Ətraflı axtarış
Baxanların
6840
İnternetə qoyma tarixi: 2012/02/18
Sualın xülasəsi
“Səfiri Simurq” kitabını kim yazmışdır? Bunda hansı mətləblər mövcuddur?
Sual
“Səfiri Simurq” kitabını kim yazmışdır? O kitabda nələr vardır?
Qısa cavab

“Səfiri Simurq” kitabının müəllifi Şeyx İşraq adı ilə məşhur olan Şəhabuddin Yəhya ibni Həbəş ibni Əmirək Əbul-fütuh Söhrəvərdidir (rəhmətullahi əleyh).

“Səfir” hər növ uzadılmış səsə deyilir ki, hərfləri tələffüz olmadan deyilmiş olsun. Bu da iki dodağın arasından xaric olan sədaya deyilir.[i] “Simurq” da əfsanəvi quşlarının padşahıdır. İrfanda “kamil insan”a, yaxud “pirə” kinayə ünvanı daşıyır. Onunla sair quşların bəhsi fars ədəbiyyatında, irfani kitablarda müxtəlif şəkillərdə bəyan olunmuşdur. Şeyx İşraq bu risalədə irfani seyri-süluka məna bağışlamış, Allah dərgahına doğru seyr edənlərin qarşısına çıxan vəziyyətlər, yolları üzərindəki təhlükə və maneələri bəyan etmişdir.



[i] “Fərhəngi Əbcədi”, ərəb-fars lüğəti, səh. 555, “səfərə” kəlməsi, səh. 556, “əssəfir” kəlməsi; “Əl-müfrədat fi ğəribil-Quran”, səh. 487, “əssəfir” kəlməsi; “Lisanul-ərəb”, 4-cü cild, səh. 460, “əssəfir” maddəsi

Ətreaflı cavab

“Səfiri Simurq” kitabının müəllifi Şeyx İşraq adı ilə məşhur olan Şəhabuddin Yəhya ibni Həbəş ibni Əmirək Əbul-fütuh Söhrəvərdidir. Fars dilində yazılan bu risalənin möhtəvasının xülasəsini aşağıdakı kimi bəyan etmək olar:

1. “Səfir” hərfləri tələffüz olunmadan, iki dodağın arasından asta şəkildə çıxan hər növ mahnıya, avaza (ürək oxşayan nəğmə səsinə) deyilir.[1]

Simurq da əfsanəvi quşların padşahının adıdır. Onun başqa quşlarla olan əhvalatı fars ədəbiyyatında və irfani kitablarda müxtəlif şəkillərdə bəyan olunmuşdur.[2]

2. “Simürq” irfanda pir,[3] yaxud kamil insan barədə zövqi bir istilahdır.[4]

3. Müəllif bu kitabda irfani seyri-süluka həqiqi məna bağışlamış, onda Allah dərgahına doğru seyr edənlərin ruhi vəziyyətlərini, qarşılarına çıxan mövqeləri, yol üzərində mövcud olan təhlükə və maneələri bəyan etmişdir. Şeyx İşraq bu risalənin bir yerində yazır: “Müqəddimədə bu alicənab quşun (Simurqun) vəziyyətini yad edirəm. [Ruhları pak olanlar belə etmişlər ki, hər an (bir hüdhüd)[5] bahar fəslində öz yuvasını tərk edir, öz dimdiyi ilə qol-qanadlarını çıxarır və Qaf dağına getməyi qərara alır.] Bir günü min ilinə bərabər olan bir zamanda Qaf dağının kölgəsi onun üstünə düşür. وَ إِنَّ یَوْماً عِنْدَ رَبِّکَ کَأَلْفِ سَنَةٍ مِمَّا تَعُدُّونَ “Həqiqətən bu gün Rəbbinin yanında sizin saydığınız min ilə bərabərdir.”[6] Bu min il həqiqət əhlinin təqvimində ə’zəm lahutun məşriqindən olan bir sübh çağıdır. Bu müddət ərzində bir Simurq tapılır və onun səfiri (ürək oxşayan nəğmə səsi) onu yuxudan oyadır. Onun düşərgəsi Qaf dağındadır. Onu səfir (nəğmə səsi) hər kəsə çatır, lakin eşidəni çox azdır. Onun bəziləri onunladır əksəriyyəti isə onsuzdur.”[7]

Bu risalə iki bölmədən təşkil olunur, hər bölmədə də bir neçə fəsil vardır:

Birinci bölmə: Bəhsin müqəddimələri ilə əlaqədardır və üç fəsildə tənzim olunmuşdur: 1. Bu elmin fəziləti, 2. Bədaya əhlinə (ibtidai mərhələdə olanlara) zahir olanlar, 3. Səkinə (ruhu aramlıq).[8] Nümunə üçün, onun ikinci fəsli seyri-sülük yolunun əvvəlində riyazət və zikrlərlə məşğul olanlara aiddir. Allah dərgahına doğru seyr edənlərin bu dəstəsinə ilahi nurlar zahir olur. (Şeyx İşraq bu qismi “bədaya əhli üçün zahir olanlar” təbiri ilə qeyd edir.)[9]

İkinci bölmə: Bəhsin məqsədləridir və üç fəsildən ibarətdir: 1. “Fəna”, 2. “Hər kəs daha çox alim olsa daha çox arif olar”, 3. “Bəndəyə haqqın ləzzətinin isbat edilməsi”.[10]



[1] “Əbcədi” ərəb-fars lüğəti, səh. 555, “səfərə” kəlməsi, səh. 556, “əssəfir” kəlməsi; “Əl-mufrədat fi ğəribil-Quran”, səh. 487, “əssəfir” kəlməsi; “Lisanul-ərəb”, 4-cü cild, səh. 460, “əssəfir” maddəsi

[2] Bu barədə www.noormags.com saytına baxa bilərsiniz. Simurq quşu ilə əlaqədar məqalələrə bax: Münzəvi, Əli Nəqi, “Si morğ və Simorq”; Şəfii Kədkəni, Məhəmməd Rza, “Simurq”; Nücumi, Möhtac, “Simurq İran mədəniyyətinə kölgə salmış əfsanəvi quş”; Novruzi Pənah, Əli, “Simurq”

[3] İrfanda “pir” – kamil arif mənasınadır, bu da yaş cəhətindən qoca olmaq mənasına deyil, onun zəmanəyə əhatəsinə dair bir kinayədir.

[4] Səccadi, Seyid Cəfər, “İslami məarif ensiklopediyası”, 1-ci cild səh. 1030, Tehran, universitetinin nəşriyyatı, 3-cü çap, 1373-cü şəmsi il

[5] Allah dərgahına seyr edən şəxs – salik üçün bir rəmzdir.

[6] “Həcc” surəsi, ayə: 47

[7] Şeyx İşraqın əsərlərinin məcmuəsi, Hanri Karbon, Nəsr Seyid Hüseyn və Həbibi Nəcəfqulunun müqəddimə və islahları ilə: 3-cü cild, səh. 314 və 315, “Mədəni-maarif tədqiqat və araşdırmalar müəssisəsi”, Tehran, 1-ci çap, 1375 şəmsi il

[8] Yenə orada, səh. 3016

[9] Yenə orada, səh. 3019

[10] Yenə orada, səh. 3016

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Din vahiddir yoxsa çoxlu?
    6922 Təzə kəlam 2011/02/14
    Əgər dindən məqsəd, Allah tərəfindən nazil olub və peyğəmbərlər (ə) vasitəsi ilə camaata çatdırılan əqaid, əxlaq və qanunlar toplusu olarsa, bu halda din vahid bir şeydir və dinlərin fərqi zaman və məkanların tələbinə əsasən fərdi və tayfa xüsusiyyətlərinə uyğun olaraq cüzi göstərişlərdə dəyişilir. Əgər dindən məqsəd, dünyadakı mövcud dinlər ...
  • Һәр бир мүсәлманын илк әввәлдә билмәли олдуғу етигады нәдир?
    7720 Qədim kəlam 2010/09/29
    Һәр бир инсан кәлмеји-шәһадәтини јәни, “Әшһәду ән ла илаһә илләллаһ вә әшһәду әннә Мәһәммәдән рәсулуллаһ” (шәһадәт верирәм ки, Аллаһдан башга танры јохдур вә Мәһәммәд Аллаһын елчисидир) – демәклә мүсәлман олур вә бүтүн Ислам ганунлары онун үчүн тәтбиг олунур. Бәдәни пак вә һимајәсиндә олан һәдди булуға чатмајан ...
  • İsmət məqamı ixtiyaridir, yoxsa icbari?
    6266 Din fəlsəfəsi 2012/01/18
    Peyğəmbərlərin və məsumların (əleyhimus-salam) ismət məqamına malik olmaları şiə məzhəbinin mühüm etiqadlarından biri hesab olunur. Siz onun ətraflı izahına baxmaq üçün həmin saytın bu suallarına müraciət edə bilərsiniz: sual 1738 (sayt 1885), sual 1740 (sayt 2139) və sual 3026 (sayt 4594)
  • Sair səma cisimlərində və kürələrdə canlı varlıqların olması barəsində İslamın nəzəri nədir?
    8786 Təfsir 2011/07/28
    Başqa göy cisimlərində və ya kəhkəşanlarda canlı və yaxud ağıllı varlıqların olub-olmaması bəşəriyyəti maraqlandıran suallardan biridir, lakin indiyə qədər onlara lazımi cavab tapmamışlar. Quranın bəzi ayələrində asimanda canlı varlıqların olmasına işarə edilir. O cümlədən:
  • Dindən qaçan şəxsi necə hidayət etmək olar?
    5773 Əməli əxlaq 2011/07/28
    Belə insanlara ən yaxşı yol göstərmə aşağıdakılardan ibarətdir:1. Ona başa salmaq və soruşmaq lazımdır ki, Allah-taalanın bizə bəxş etdiyi bu qədər nemətlər – başda insanın xilqəti olmaqla ...
  • Hal-hazırdakı və keçmişdəki mərcəyi-təqlidlərin baş yarmaq barəsindəki fətvalarını bəyan edin.
    8729 Nizamlar hüquq və əhkam 2011/07/28
    İmam Hüseyn (əleyhis-salam)-a əzadarlıq məsum imamlar (əleyhimus-salam) və din rəhbərləri tərəfindən həmişə təkid edilmiş, bu mərasim tarix boyu davam etmişdir. Bəzi şəhərlərdə, məntəqələrdə və ölkələrdə İmam Hüseyn (əleyhis-salam)-a və onun vəfalı səhabələrinə əzadarlıq üslublarından biri də baş yarmaqdan ibarətdir. ...
  • Aya Şərab satılan ve verilen yerde işləməyin işkalı var?
    7916 Nizamlar hüquq və əhkam 2012/04/17
    Sualda fiqhi hökmünüzü bilmək istədiyinizə görə, zəriridir ki, mərcəi təqlidlərin dərtərlərindən cavab alacağıq və qısa müddətdə sizə gondərəcəyik. Alınan cavablar belədir: Həzrəti Ayətullahul üzma Sistaninin dəftərxanası: O surətdəki siz özünüz şərab və digər haramlarda işləməyəsiniz və sırf halal qismətdə işləyinizin manei yoxdur.
  • Uxdud səhabələri kim idi?
    7491 Təfsir 2012/03/14
    “Uxdud” böyük çala, yaxud xəndək mənasınadır. Bu ayədə odla doldurulan böyük çala nəzərdə tutulur ki, mömin şəxsləri oraya salıb yandırmış və ağır işgəncə ilə qətlə yetirmişlər. Bu hadisənin nə zaman baş verməsi, hansı qövmə aid olması, eləcə də bunun xüsusi və konkret bir hadisə, yoxsa ...
  • Teyyul- ərz nədir?
    13940 Nəzəri irfan 2011/06/19
    Teyyul ərzin həqiqəti barəsində bir çox nəzəriyyələr verilmişdir ki, onlardan biri İbni ərəbinin "edam və yaratmaq (və ya hazır etmək) nəzəriyyəsidir. Bu nəzəriyyə əsasında, şəxs özünü ilk yaranış yerindən "edam" və istədiyi yerdə "icad" hazır edir. Başqa bir nəzəriyyəyə görə Təyyul- ərz bədənin ən tez bir zamanda köçürülməsidir ...
  • Allahın vücudunun sonsuz olması digər varlıqların mövcudluğu ilə ziddiyyətli deyildirmi?
    8065 İslam fəlsəfəsi 2012/06/23
    Allah-taalanın sonsuz olmasının mənası budur ki, Onun müqəddəs zatı hər bir cəhətdən sonsuzdur, bütün sonlara malikdir, fərz olunan hər bir cəhətdə qeyri-məhduddur. Elə bir yer yoxdur ki, Allah orada hazır olmasın. Elə bir zaman yoxdur ki, onda mövcud olmasın, elə bir kamal yoxdur ki, Allah ona malik ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164708 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    163839 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119771 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113724 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    110649 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94083 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54853 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    54200 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46175 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45785 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...