Ətraflı axtarış
Baxanların
6267
İnternetə qoyma tarixi: 2012/02/13
Sualın xülasəsi
Məhəmməd ibni Hənəfiyyənin rəvayətində deyilən “hüczə” kəlməsinin mənası nədir?
Sual
Məhəmməd ibni Hənəfiyyənin imam Əli (əleyhis-salam)-dan nəql etdiyi bir rəvayətdə deyilir:
إِنَّ رَسُولَ اللهِ (ص) یَوْمَ الْقِیَامَةِ أَخَذَ بِحُجْزَةِ اللهِ وَ نَحْنُ آخِذُونَ بِحُجْزَةِ نَبِیِّنَا وَ شِیعَتُنَا آخِذُونَ بِحُجْزَتِنَا
“Həqiqətən Allahın Rəsulu (səlləllahu əleyhi və alih) qiyamət günü Allahın hüczəsinə sarılacaq, biz də Peyğəmbərimizin hüczəsindən yapışacağıq, şiələrimiz də bizim hüczəmizdən yapışacaqlar.” Bu hədisdəki “hüczə” kəlməsinin mənası nədir?
Qısa cavab

Rəvayətlərdə “hüczə” kəlməsindən məqsəd dünyada bizimlə Allah, Peyğəmbər və imamlar (əleyhimus-salam) arasında qərar verilən sarılma vasitəsi və səbəbidir. O səbəblər din, gözəl əxlaq, saleh əməllərdən ibarətdir. Əgər insanlar islam dininə tabe olsalar, gözəl əxlaqa yiyələnsələr və yaxşı işlər görsələr, bu əməllər axirətdə ilahi nurlar surətində zahir olacaq, cisim şəkilinə düşəcəkdir.

Ətreaflı cavab

Bu hədis müxtəlif şiə mənbələrində Məhəmməd ibni Hənəfiyyədən nəql olunmuşdur. O deyir ki, imam Əli (əleyhis-salam) buyurdu: “Həqiqətən Allahın Rəsulu (səlləllahu əleyhi və alih) qiyamət günü Allahın hüczəsinə sarılacaq, biz də Peyğəmbərimizin hüczəsindən yapışacağıq, şiələrimiz də bizim hüczəmizdən yapışacaqlar.” Mən soruşdum: “Ya Əmirəl-möminin, hüczə nədir?” Həzrət buyurdu: “Allah hüczə və sair kimi şeylərlə vəsf edilməkdən çox-çox yüksəkdədir. Amma (məqsəd budur ki,) Peyğəmbər (səlləllahu əleyhi və alih) Allahının əmrini alacaq, biz Ali-Məhəmməd isə Peyğəmbərimizin əmrini, şiələrimiz də bizim əmrimizi alacaqlar.”[1]

Bəzi rəvayətlərdə də “hüczə” din kimi təbir olunmuşdur.[2]

İmam Riza (əleyhis-salam) onun mənasını belə bəyan edir: “Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) qiyamət günü Allahın hüczəsinə sarılacaqdır. Biz də Peyğəmbərimizin hüczəsinə, şiələrimiz də bizim hüczəmizə sarılacaqlar. (Sonra buyurdu:) Hüczə dedikdə məqsəd nurdur.”[3]

Rəvayətlərdə hüczə dünyada bizimlə Allah, Peyğəmbər və imamların (əleyhimus-salam) arasında qərar verilmiş sarılma vasitəsi və səbəbləridir. Onlar da din, gözəl əxlaq, saleh əməldən ibarətdir. Əgər insanlar islam dininə tabe olub gözəl əxlaqa yiyələnsələr və gözəl, bəyənilən işlər görsələr, axirətdə onların saleh əməlləri ilahi nurlar surətində zahir olaraq, təməssül edəcəkdir. Buna əsasən, birinci rəvayətdə “qiyamət günü Peyğəmbərin vasitəsi ilə hüczəyə sarılmaq” bu mənayadır ki, o həzrət ilahi göstərişlərə əməl edilməsi ilə əlaqədar dəlil-sübut gətirəcəkdir. İkinci rəvayətdəki “nur” dedikdə məqsəd budur ki, din, yaxşı əxlaq və gözəl əməllər mənəvi nurlara malikdirlər ki, qiyamət günü camaat üçün zahir olacaqdır.[4]

Nəticə

Rəvayətlərdə “hüczə” dedikdə məqsəd Allahın göstərişləri və vəhy yolu ilə Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə çatdırılmış olan dindir ki, o da camaata xəbər vermişdir. Sonra məsum imamların vasitəsi ilə digər insanlara çatdırılmışdır. Əgər bir şəxs onları özünə ülgü, nümunə seçərək  onlara tabe olarsa və Allahın kitabına əməl edib, Əhli-beytin yolunda hərəkət edərsə, həm dünyada, həm də axirətdə xoşbəxt və səadətli olacaqdır. Bu sarılma da onun cəhənnəm odundan xilas olmasına səbəb olacaqdır.[5]



[1] Məclisi, Məhəmməd Baqir (rəhmətullahi əleyh), "Biharul-ənvar", 4-cü cild, səh. 24, “Vəfa” müəssisəsi, Beyrut , 1404-cü il

[2] Şeyx Səduq (rəhmətullahi əleyh), “Ət-tövhid”, səh. 166, “Müdərrislər heyəti”nin nəşri, Qum, 1-ci çap, 1398-ci il

[3]  "Biharul-ənvar", 4-cü cild, səh. 25

[4] Yenə orada

[5] Çünki “hüczə” kəlməsi “həcəzə” kökündən alınmışdır və “mane olmaq”, “iki şeyin arasında fasilə salmaq” mənasınadır. “Hüczə” lüğətdə şalvarın bəndinə deyilir. “Əl-eyn”, 3-cü cild, səh. 71, “əl-hüczət” kəlməsi; “Lisanul-ərəb”, 5-ci cild, səh. 331, “həcəzə” kəlməsi, səh. 323, “əl-hüczət” kəlməsi; “Ərəb-fars dili lüğəti”, səh. 320, “əl-hüczət” kəlməsi. Buna görə də rəvayətlərdə “hüczət” təbiri gətirilmişdir.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163319 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    156367 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118156 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    110524 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    101250 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91838 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53701 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    46664 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    44208 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    43508 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...