Ətraflı axtarış
Baxanların
12265
İnternetə qoyma tarixi: 2012/02/15
Sualın xülasəsi
Əllahus- səməddə, əs- səməd kəlməsi hansı mənadadır?
Sual
Əllahus- səməddə, əs- səməd kəlməsi hansı mənadadır?
Qısa cavab

Lüğət kitabları, rəvayətlər təfsirçilərin kəlamlsrında "səməd" kəlməsi üçün, çoxlu mənalar qeyd olubdur. Ona görə də bu qısa məqalədə bir neçə nümunə hər üç dəstədən (lüğət, rəvayət və təfsir) açıqlayır.

A). Rağib müfrədatda deyir: Səməd ağa və böyük mənasındadır ki, iş görmək üçün ona tərəf gedirlər. Bəziləri deyiblər: "Səməd" boş deyil, əksinə dolu olan şey mənasındadır.[1]

B). İmam Hüseyn (ə) hədislərin birində səməd üçün beş məna buyurubdur:

1. "Səməd", seyidlik və cənablığın son həddində olan şəxsdir.

2. "Səməd", daim, əzəli və əbədi olan bir zatdır.

3. "Səməd", daxili olmayan bir vücuddur. Daxili dolu olub, boş olmayan hər bir şey mənasındadır.

4. "Səməd", yeyib və içməyən çəxsdir.

5. "Səməd", yatmayan çəxsdir.[2]

Digər bir rəvayətdə gəlibdir: Səməd özünə söykənən və digərinə ehtiyacı olmayan şəxsdir.[3]

İmam Əli bin Əl- Hüseyn (ə)- dan nəql olubdur: Səməd, şəriki olmayan, bir şeyi qorumağın onun üçün çətin olmayan və heç şeyin ondan gizli olmayan şəxsdir.[4]

Həmçinin nəql olubdur, Bəsrə camaatı imam Hüseyn (ə)- a məktub yazıb və o həzrətdən səmədin mənasını soruşdular.

İmam (ə) onların cavabında buyurdu:

"Bismilahir- rəhmanir- rəhim. Quran, barəsində məlumatsız müzakirə və söz- söhbət etməyin. Çünki mən babam Peyğəmbərdən belə buyurduğunu eşitdim: Elmsiz danışan şəxs, onun üçün təyin olmuş odun bir yerində yer tutmalıdır. Allah özü səmədi təfsir edibdir: " لَمْ یَلِدْ وَ لَمْ یُولَدْ وَ لَمْ یَکُنْ لَهُ کُفُواً أَحَدٌ" o, nə doğmuş, nə də doğulmuşdur. Onun heç bir bənzəri də yoxdur... Bəli Səməd Allah, o kəsdir ki, heç nədən yaranmayıb, heç nə də mövcud deyil, heç bir şeyin üzərində qəratlaşmayıb. Əşyaları yaradan və onların xaliqidir, hər şeyi qüdrəti ilə yaradıb, fəna üçün yaratdığı, onun iradəsi ilə məhv olur və qalmaq üçün yaratdığı, onun əməlilə qalır, budur səməd Allah..."[5]

Qeyd etmək lazımdır: "Səməd" üçün rəvayətlərdə gələn mənalara diqqət etdikdə, anlayırıq ki, onların hamısı bir həqiqətə qayıdır. O, böyük və cənablıqdır ki, heç nəyə ehtiyaclı deyil və hamı ona ehtiyaclıdırlar.

C. Əllamə Təba təbai deyir: Allah Səməddir cümləsinin mənası budur ki, hər şey zat, təsir və xüsusiyətlərdə ona möhtacdır və o məqsədlərin sonudur. "Səməd", kəlməsinin mənasında əsas, qəsd etmək və ya etimadla qəsd etməkdir. "Nəsərə" yənsuru" babından, "Səmədəhu" yəsmuduhu, səmdən" deyilən zaman, mənası budur ki, filan adam etimad etdiyi halda filan kəsin ya filan şeyi qəsd edibdir.

Təfsirçilərin bəzisi bu kəlməni (ki, sifətdir) çoxlu mənalara təfsir ediblər ki, onların çoxu bu mənaya qayıdır: "Ehtiyaclarını yerinə yetirmək üçün, hər tərəfdən ona üz tutulan və qəsd olunan böyük və seyiddir. Müzakirə olunan ayədə mütləq gəldiyi üçün, həmin mənanı çatdırır. Deməli, Allah- Taala aləmin bütün varlıqlarının ehtiyaclarında onu qəsd etdikləri bir seyid və böyükdür.

Bəli, əgər Allah- Taala bütün aləmin yaradanı və var olan hər nəyin varlığını Allah veribsə, deməli hər nə ki, ona "şey" adı şamil olur, zat, xüsusiyyət və təsirlərində Allaha möhtacdır və ehtiyacını aradan qaldırmaqda onu qəsd edir. Necə ki, özü buyurub: " أَلا لَهُ الْخَلْقُ وَ الْأَمْرُ"[6] və həmçinin mütləq şəkildə buyurub: «وَ أَنَّ إِلى‏ رَبِّکَ الْمُنْتَهى» [7]

Deməli Allah- Taala vücud aləmində təsəvvür olunan hər bir ehtiyacda, səməddir. Yəni hər nə hər bir şeyi qəsd edirsə, yalnız o məqsədinin sonu odur və ehtiyacı onun vasitəsilə yerinə yetirilir.

Bundan məlum olur ki, "Səməd", kəlməsinin əvvəlinə əlif və lamın gəlməsindən məqsəd, məxsusluğu çatdırmaqdır. Yalnız Allah- Taalanın mütləq səməd olduğunu anladır. Əksinə "Əhəd" kəlməsinin əvvəlinə əlif və lam gəlməyib, ona görə ki, bu kəlmə çatdırdığı xüsusi məna ilə, müsbət cümlədə yalnız Allah- Taalada işlənir. Deməli, əhəmiyyəti Allah- Taalada xüsusi işlətmək və ya əhədiyyətlər içindən qəsd olunmuş əhədiyyəti çatdırmaq üçün əlif və lam gətirməyə ehtiyac yox idi.[8]

Bu sualın ətraflı cavabı yoxdur.



[1] - Rağib İsfəhani, Quran kəlmələrinin mənaları, cild 1, səh 492, "Səməd", kəlməsi, Baxın: Sihahul- lüğət, Məcməul- Bəhreyn, Cameul- came, Quran lüğəti, İbn Əsirin Nihayəsi və...

[2] - Baxın: Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 3, səh 223, Müəssisətul- vəfa, Beyrut, 1409 hicri qəməri.

[3] - Həmin.

[4] - Həmin.

[5] - Hürr Amuli, Vəsailüş- şiə, cild 27, səh 189, Müəssisətu alil- beyt ələyhissəlam, Qum, 1409 hicri qəməri.

[6] - Bilin ki, icad və tədbir yalnız onun əlindədir. Əraf surəsi, ayə 54.

[7] - Həqəqətən, hər şeyin sonbu ona doğrudur. Nəcm surəsi, ayə 42.

[8] - Baxın: Təbatəbai- Seyid Məhəmməd Hüseyn, Əl- mizan fi təfsiril- Quran, cild 20, səh 388- 389, İslami nəşrlər dəftəri, Qum, çap beşinci, 1417 hicri qəməri.

Ətreaflı cavab
Bu sualın ətraflı cavabı yoxdur.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Qurani-kərimdə gözəllikşünaslıq məsələsini isbat edən ayələr vardırmı?
    10335 Təfsir 2012/07/22
    Farsca ziba (gözəl) kəlməsinin müxtəlif mənaları vardır: layiqli, yaxşı, xoş surət. Termində isə kamalın üzərinə çəkilmiş şəffaf bir pərdəyə deyilir. Ümumiyyətlə, gözəlliyin dörd növü vardır: Hiss olunan, hiss olunmayan, məqul (əqli) və Allah-taalanın mütləq gözəlliyi. Quran nəzərindən insanın gözəlliyi, təbiət gözəlliyi, mənəvi və əxlaqi gözəlliklər ...
  • Nə üçün din siyasət əhatəsinə daxil olur?
    10586 Nizamlar hüquq və əhkam 2012/10/15
    Dinin siyasətdən ayrı olması nəzəriyyəsi, dinin insan həyatının müxtəlif mərhələlərindən kənar olmasını himayət edir. Bu nəzəriyyəyə əsasən, insanlar öz ağıl və elmi çərçivəsində maarif, siyasət, qəzavət, iqtisadi, ticarət, əxlaq və ictimai rəftarlarla bağlı qanunları tanımağa malik və onları sadir etməyə qadirdirlər; odur ki, insan öz həyatını idarə ...
  • İmtina edilmişə hakimin vilayəti qaydasının mənası nədir?
    5728 Nizamlar hüquq və əhkam 2012/02/15
    Qaydanın qısa və açıq tərifi budur ki, müsəlmanların hakimi, bir nəfər öhdəsinə olan hüquqları (ümumi mənada) ödəməkdən imtina edən zaman, hakim onu öhdəsində olan haqqı yerinə yetirməyə məcbur edir.Fiqhi əsərlərə qısa və səthi baxışda, insana bu nəticəni qəbul etdirir ki, imtina edilmişə hakimin vilayəti, möcüzə qaydası olaraq ...
  • İt və donuzun nəcis olması barəsindəki hədisi bəyan edin.
    9383 Nizamlar hüquq və əhkam 2011/07/28
    İt və donuzun nəcis olması barəsində imamlardan (əleyhimus-salam) çoxlu rəvayət nəql olunmuşdur. Bu rəvayətlər iki qisimdir: bəzi rəvayətlərdə “nəcisdir” kəlməsi aşkar deyilmiş, bəzilərində isə aşkar deyilməmişdir, amma mülazimədən (bir şeyin hökmünün deyilməsindən başqa bir şeyin hökmünün də məlum olması) it ...
  • Mən əvvəllər dövlət işçisi olmuşam və sonradan xəstəliklə əlaqədar təqaüdə çıxmışam. Amma, 4 ildən sonra sağlamlığım düzəldi. İndi, xəstəlik ünvanı ilə aldığım təqaüd mənə halaldırmı?
    4025 Nizamlar hüquq və əhkam 2015/05/23
    Ümumiyyətlə,belə işlər təqaüdə çıxmaq qanununa bağlıdır. Bu mənada ki, əgər sizin belə vəziyyətdə aldığınız təqaüd haqqı idarənizin qanununda heç bir problem deyilsə, şəri cəhətdən də müşkülü yoxdur. Əlavələr: Təqlid edilən müctehidlərin bu sual haqqında nəzərləri bundan ibarətdir:[1] Həzrət ayətullah-üzma Sistani (Allah hifz etsin); Halaldır.
  • Peyğəmbərin buyurduğu “qələm-kağız” hədisində “mənim yanımda mübahisə aparmaq rəva deyildir!” dedikdə məqsədi nə idi?
    9111 Məsumların (Əleyhimussəlam) sirəsi 2012/02/13
    Peyğəmbər (səlləllahu əleyhi və alih)-in buyurduğu “mənim üçün qələm-kağız gətirin” cümləsi sünnü və şiə kitablarında müxtəlif sənədlərlə nəql olunan məşhur hədisin bir hissəsidir. Rəyasət aşiqi olan bir dəstə adam Quranda وَمَا یَنْطِقُ عَنِ الْهَوَی “O, heç vaxt havayi-nəfs üzündən danışmır” deyə vəsf edilən Peyğəmbərin hüzurunda olan zaman ...
  • Şeyx Tusi (rh)- nin iqtisad kitabı hansı mövzuları əhatə edir?
    10184 تاريخ بزرگان 2012/06/13
    Şeyx Əbu Cəfər Məhəmməd bin Əl- Həsənul- Tusi (rh) Şeyx Tusi ilə məşhur olan İmamiyyə şiəsinin görkəmli fəqih, usulçu, təfsirçi, kəlamçı və hədisçisi, İslam və İranın elmi fəxrlərinin ən böyüklərindən biridir ki, elminin müxtəlif sahələrində kitab yazıbdır ki, o elmlərdən biri, kəlam elmidir. O bu sahədə ...
  • İnsanın pisliyə doğru meyli Allah-taalanın istəyidirmi?
    6921 Qədim kəlam 2011/08/23
    SualolunmuşayəTəkvirsurəsinin 29-cuayəsivəDəhrsurəsinin 30-cuayəsininbirqismətidir
  • Aya sizin nəzərinizdə vəliyi- fəqih məsumdur?
    6155 Nizamlar hüquq və əhkam 2011/09/11
    Məsum imamların (ə) hədis və rəvayətlərinə əsasən, məsum olmaq yalnız 14 nəfər- Peyğəmbər (s), həzrət Zəgra (s) və 12 imama məxsusdur. Bunun üçün də vəliyi- fəqih məsumlar sırasında hesab olunmur. Amma bir çox ayə və rəvayətlərə əsasən, İmam Zamanın (ə) qeybəti dövründə vəliyi- fəqihdən itaət etmək vacibdir və lazımdır. İmam ...
  • Əbu Dərdanın şəxsiyyəti necə olub? Onun barəsində Əhli- beytin nəzəri nə idi? Ondan nəql olunan rəvayətlərin hökmü nədir?
    6709 تاريخ بزرگان 2012/02/18
    Daha çox öz kenyəsi ilə (Əbu Dərda) çağırılan. Xəzrəcin nəvələrindən olan "Ovəymər bin Malik" Peyğəmbər (s)- in səhabələrindən olubdur. O, Xəzrəc qəbiləsinin camaatından olaraq Mədinədə yaşayırdı. Peyğəmbər (s)- in Mədinədə hüzurundan neçə ay keçəndən sonra, o həzrətin yanına gəlib və müsəlman oldu. İmam Əli (ə)- ın Müaviyədən üstün olmasına ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164834 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    164363 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119889 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113947 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    111109 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94233 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54926 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    54648 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46321 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45922 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...