Ətraflı axtarış
Baxanların
11543
İnternetə qoyma tarixi: 2009/12/12
Sualın xülasəsi
Rüşvət almaq haramdırmı?
Sual
Rüşvət almaq haramdırmı? Yaşadığın yer və cəmiyyətlə əlaqəsi varmı? Haram olduğu halda, onun səbəbini açıqlayın?
Qısa cavab

Rüşvət "rşv" " ر ش و" kəlməsindən olan ərəb kəlməsidir və üç formada "ra" hərfinin fəthə (ə) zəmmə (u) və kəsrə (i), işlənibdir. Bu kəlmə tək formadadır və onun cəmi "roşa" yaxud "rişa" (ra hərfinin zəmmə (u) ya kəsrəsi (i) ilə)-dir. Fars dilində muzd mənasındadır.[1] Elmi termində isə, bir şəxsin bir şey ödəmək və saxtakarlıqla öz istəyinə çatması mənasındadır.[2]

Böyük fəqihlər, rüşvətin haram olmasını izah etmək üçün, dörd sübutdan; Qurani- kərim, sünnə, icma və ağıl, faydalanıblar.[3]

  1. Qurani kərim.

Allah buyurur: "Bir birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə- bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin."[4] Əllamə Təbatəbayi (rəh) bu ayəni təfsir edərkən deyir: "Ədla (tudlununməsdəri) suyu çəkmək üçün vedrəni quyuya salmaqdır. Mübarək ayədə ondan məqsəd, hakimlərə rüşvət verməkdir. Rüşvət verənin hökmünü quyunun dibinədək su kimi qərar verib ki, rüşvət vedrəsi ilə quyudan çıxır və buna gözəl bir kinayə ilə işarə edir.[5]

Rüşvət verməyi  haram olması, onu almağın da haram olmasını lazım tutur.[6]

  1. Rəvayətlər:

Rəvayətlərin çoxu rüşvət almağı, küfrün təzahürlərindən sayıbdır. Bu rəvayət kimi: Peyğəmbər (s) buyurdu: "Rüşvətdən uzaq olun, çünki bu iş küfrdür. Rüşvət alan behiştin iyini duymayacaq."

İmam Sadiq (ə) da bu haqda buyurur: "Amma rüşvət, ey Əmmar! Hökmlərdə, böyük Allaha və onun Rəsuluna küfrdür".[7]

  1. İcma:

Bəzi fəqihlərin rüşvətin haram olmasını isbat etmək üçün istinad etdikləri digər bir sübut şiə və Əhli- sünnəni əhatə edən bütün İslam firqələrinin icmasıdır (hamısının eyni nəzəri qəbul etməsi).[8]

  1. Ağıl:

Rüşvət cəmiyyətə çoxlu zərərlər vurur. Pul ilə bütün istəklərinə əgər bəzi insanlar çata bilirlərsə, pulsuzlar ya hansısa səbəb üzündən rüşvət verməyənlər öz haqlarına çatmaq üçün, çoxlu problemlə üzləşirlər. Əgər vəzifəli şəxslər işləri yerinə yetirmək qarşısında rüşvət almağa adət etsələr, rüşvət verməyən şəxslər üçün vəzifələrini yaxşı yerinə yetirməzlər və idarəçilik sistemi fəsada doğru gedər. Ona görə də, Müqəddəs Ərdəbili kimi alimlər, ağılı rüşvətin haram olmasına müstəqil sübut kimi buyurublar. Necə ki, "Məcməul- faidə vəl- burhan" kitabında gəlibdir:"Rüşvətin haram olma səbəbini ağıl və nəqldən, Quran, müsəlmanların icması və sünnət yolu ilə əldə etmək olar."[9]

Sonda təqlid mərcələrinin fətvalarını gətiririk:

Böyük mərcələr İmam, Bəhcət, Xamneyi, Safi, Fazil, Məkarim və Nuri: Müraciət edən tərəfindən idarə işçilərinə (hansılar ki, vəzifələri camaata xidmət etməkdir) pul və ya mal ödəmək, idarələrin fəsadına gətirib çıxaracaq ki, şərii nəzərdən haramdır. Onu almaq, alana da haramdır və ondan istifadə etmək haqqı yoxdur.[10]

Böyük mərcələr Təbrizi, Sistani və Vəhid: Qəzavət (məhkəmə) mövzusundan qeyri yerdə haqqı əldə etmək üçün rüşvət vermək, caizdir. Amma vəzifəsi camaata xidmət edib və iş görmək olan şəxs üçün onu almaq, düzgün deyil.[11]

Həzrət Ayətullah Məhdi Hadəvi Tehrani (danət bərəkatuh):

Rüşvət fiqhin xüsusi terminində, qazinin haqqın əleyhinə hökm etmək üçün aldığı maldır. Bu mal mütləq şəkildə (ümumiyyətlə) haramdır. Hazırkı mənada işlənən rüşvət isə, bir nəfərin qanun əleyhinə iş görmək üçün aldığı maldır ki, bu da, ümumiyyətlə haramdır.

Əlbəttə, rüşvəti hər hansı bir halda almaq haram olsa da, lakin əgər bir şəxs özünün həqiqi haqqına yetişmək üçün, qanunun əksinə olaraq, onun xeyrinə hökm verilməsi üçün pul ödəməyə məcbur olsa, bu pulu ödəməyin onun üçün iradı yoxdur.

 


[1] - Məcməul- bəhreyn, cild 1, səh 184

[2] - İbn Əsir, Ən- nihayə, cild 2, səh 226

[3] - Xoyi, Misbahul- fiqahət, cild 1, səh 256

[4] - Bəqərə surəsi, ayə 188

[5] - Əl- mizan, cild 2, səh 52, Bəqərə surəsinin 188- ci ayəsinin davamında

[6] - Misbahul- fiqahət, cild 1, səh 234

[7] - Vəsail, cild 12, səh 63, bab 5, h 1

[8] - Nəcəfi, Cəvahidul- kəlam fi şərhi şəraiil- İslam, cild 22, səh 145; Misbahul- fiqahət, cild 1, səh 263

[9] - Müqəddəs Ərdəbili, Məcmul- faidə vəl- burhan fi şərhi irşadil- əzhan,cild 12, səh 49, İslami nəşrlər dəftəri, Qum, 1404 hicri qəməri

[10] - İmam, Təhzibul- vəsilə, cild 2, kitabul- qəza, m 6, Ayətullah Fazil, Cameul- məsail, cild 1, səh 972, Ayətullah Məkarim, İstiftaat, cild 2, səh 664 və 665 Ayətullah Safi, Cameul- əhkam, cild 2, səh 1540, Ayətullah Xamneyi, Əcvibətul- istiftaat, səh 1246 və 1247 və Ayətullah Bəhcət, Tozihul- məsail, mütəfərriqat, m 16

[11] - Ayətullah Təbrizi, İstiftaat, səh 999, AyətullahVəhid, Minhacus- salihin, cild 3, m 32 və Ayətullah Sistani, Sistani, org, rüşvət. Porseman diskindən  istifadə etməklə.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
    11912 Əməli əxlaq 2012/04/19
    Fəzilətinə dair məsumlardan (əleyhimus-salam) çoxlu rəvayət nəql olunan aylardan biri də rəcəb ayıdır. Bu ayın əməlləri: oruc tutmaq, istiğfar (günahlardan tövbə) etmək, zikr demək, qüsl etmək, namaz qılmaq, ümrə əməllərini əncam vermək, imamları, xüsusilə iman Hüseyn və imam Riza (əleyhiməs-salam)-ı ziyarət etmək. ...
  • İmam Zaman (əleyhis-salam)-ın yaşayış yeri haradadır?
    7752 کیفیت زندگی امام غایب 2012/06/23
    Bu barədə üç cür rəvayətlə qarşılaşırıq: Bəzi rəvayətlər o həzrət üçün xüsusi bir yaşayış yeri təqdim etmir. Amma bu qisimdən olan rəvayətlərin bəzilərində o həzrətin yeri “səhralar və dağlardır” deyə deyilir. İkinci qisimdən olan rəvayətlərdə camaat arasında tanınmaz halda yaşaması deyilir. Üçüncü qisim isə Mədinə ...
  • Ömər Əbu- Hüreyrəni saxta hədis düzəltməsinə görə cəzalandırıbdırmı?
    15340 Hədis nəql edənlər 2011/09/18
    Buxari, Müslim, Zəhəbi, İmam Əbu Cəfər İskafi, Müttəqi Hindi və digərləri nəql ediblər ki, ikinci xəlifə Əbu- Hüreyrəni Peyğəmbər (s)- ə nisbət verdiyi çoxlu əsassız rəvayətlərə görə şallaqladı və ona öz hökumətinin sonuna kimi rəvayət nəql etməyi qadağan etdi.Ömərin Əbu- Hüreyrəni pis gümanda olmasının səbəbləri aşağıdakılardan biri ola bilər:
  • Həzrət Müslim kim idi?
    16493 اهل بیت و یاران 2012/07/22
    Əqilin oğlu Müslim üç imamla müasir olmuşdur: İmam Əli, imam Həsən və imam Hüseyn (əleyhimus-salam). Üçüncü imamın dövründə canını öz mövlasına fəda etdi və Übeydullah ibni Ziyadın (lənətullahi əlehy) göstərişi ilə şəhid edildi. İmam Hüseyn (əleyhis-salam) onu öz xüsusi nümayəndəsi ünvanı ilə Kufə şəhərinə göndərdi, amma o, ...
  • Aya İslamın tez- tez bir mətləbi oxumaq barəsində nəzəri vardırmı? Xahiş edirik bu məsələyə də işarə edin ki, hansı mövzularda tez- tez oxumağa İslam razıdır?
    6996 2012/02/09
    Tez- tez və yaxud yavaş- yavaş oxumaq mütaliə edən şəxsə bağlıdır. Din təlimlərində bu mövzuya işarə olunmamışdır. Amma Quran oxumaq barəsində budur ki, Quranı yavaş- yavaş və aşkar şəkildə oxuyun: Quranı kəlmə- kəlmə oxuyun. «وَ رتّلِ القُرآنَ تَرتیلاً»[1]
  • İstimna ilə izdivacın fərqi nədir?
    28571 Əhkam və hüquq fəlsəfəsi 2011/11/24
    İstimna insanın cinsi ehtiyaclarını gerçək və həqiqi şəkildə təmin etmir; o, aldadıcı və müvəqqəti bir təminedicidir. Yəni insanın şəhvət hissləri məninin xaric olması ilə təmin olunub aradan qalxmır, əksinə bu hisslərin kamil şəkildə təmin olunması eşq, insani duyğular, atifə, üns-məhəbbətlə yanaşı olmalıdır. Odur ki, bu əmələ qurşananlar öz daxillərini daim ...
  • Əhli- sünnə qardaşların xilafətin siyasi və İmamətin dini vəzifə olmalarını bilib və İmamların (ə) İmaməti ilə heşb bir problemlərinin olmamasının sualının cavabı nədir?
    8262 کلیات 2012/10/01
    Əhli- sünnə siyasi rəhbərlik üçün Əbu Bəkri və digər xəlifələri və onların bir dəstəsi İmam Əli (ə)- ın elmi və mənəvi rəhbərliyə layiq bilsələr də, lakin şiənin nəzərindən İmamət və xilafət arasındakı bu ayrı salma, düzgün bir düşüncə ola bilməz. Şiə İmaməti xüsusi bir mənada ...
  • Cəhənnəm və behiştdə şəxslərin yaşı nə qədər olacaq?
    7512 Təfsir 2012/02/09
    Yaşın və ilin dəyişməsi ilə insanların şəklinin dəyişməsi bu dünyaya aid olan mövzularındandır, amma axirət aləmi, məxsusən behişt belə təsvir edilməz ki, insanlar müxtəlif şəkl və qiyafələrdə, məsələn bir dəstə kiçik yaşlı, bir dəstə orta yaşlı, bəziləri qoca və s... olalar. Hətta əgər axirət aləminin də maddi ...
  • Doğru və aldadıcı sübhdən məqsəd nədir?
    7533 Zaman 2015/04/16
    Doğru və aldadıcı fəcr və ya sübhdən məqsəd fiqhdə və astronomiyada işlədilən terminlərdir. Onlardan məqsəd gecə və gündüzdə müəyyən vaxtları bildirməkdir. Yalançı yaxud aldadıcı sübh məşriq səmtində ağartı və işıqlanmanın əmələ gəlməsinə deyirlər. Bu vaxtda sübh namazın qılmaq olmaz. Doğru və ya sadiq fəcr və sübh çağı ...
  • Nə üçün müsəlmanlar müxtəlif dini mərasimlərdə və əlamətdar hadisələrdə qoyun və ya başqa heyvan kəsirlər?
    7720 Əhkam və hüquq fəlsəfəsi 2011/07/28
    İnsan bütün məxluqların ən şərafətlisidir. Allah-taala bütün varlıqları, o cümlədən heyvanları onun üçün xəlq etmişdir ki, onların mənfəətindən istifadə etsin (ətindən yemək, minmək, ağır yükləri daşımaq və sair). Bayramlarda və dini mərasimlərdə heyvan kəsilməsi ilahi göstərişdən qaynaqlanır. Kəsilməyə yararlı ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168695 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166538 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    121950 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115874 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115068 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96533 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60792 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56583 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49304 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47317 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...