Ətraflı axtarış
Baxanların
4476
İnternetə qoyma tarixi: 2011/04/14
Sualın xülasəsi
Bütün həyatı boyu azğınlıqda, günahda və s. olan bir insanın özü heç bir rol ifa etmədən onun axirətdəki vəziyyəti başqalarının ehsanı, yaxşılığı, duası və s. səbəbi ilə necə dəyişilə bilər?
Sual
Bütün həyatı boyu azğınlıqda, günahda və s. olan bir insanın özü heç bir rol ifa etmədən onun axirətdəki vəziyyəti başqalarının ehsanı, yaxşılığı, duası və s. səbəbi ilə necə dəyişilə bilər?
Qısa cavab

Sualda işarə edilən məsələ nə tamamilə qəbul, nə də tamamilə inkar edilir. Bu, günahın növünə və günahkar şəxsin kim olmasına bağlıdır. Çünki Allaha şərik qoşmaq kimi bəzi günahlar heç vaxt bağışlanmır. “Həqqun-nas” (camaatın haqqı) kimi bəzi günahlar isə, günahkarın ölümündən sonra, başqalarının onun haqqında etdiyi dua və ehsanlar vasitəsi ilə belə bağışlanmır; yalnız haqq sahiblərinin razılığını əldə etməklə onun bağışlanmasına şərait yaranır.

Günahkar şəxs bəzən cəhalət üzündən müəyyən bir günah iş görür ki, peşman olub tövbə etdikdən sonra onun bağışlanmasına ümid olunur. Bəzən o, Allah qarşısında üsyankarlıq və inadkarlıq üzündən müəyyən bir günah işi görür ki, bunu da bərpa etmək lazımdır. Günahı və onun təsirlərini bərpa etmək həm günahkar şəxsin öz tərəfindən baş verə bilər, həm də başqaları onun tərəfindən əncam verə bilərlər.

Əlbəttə, insan öz səy və fəaliyyətindən artıq şeyə haqlı deyildir, lakin bu məsələ Allahın lütf və mərhəməti sayəsində ləyaqətli olan insanlara müəyyən nemətlər verilməsinə mane olmaz. Burada “layiq olmaq”la “ehsan və mərhəmət etmək” bir-biri ilə tamamilə fərqli olan iki məsələdir.

Bundan əlavə, başqalarının (günahkar şəxs barəsində) etdiyi ehsan, yaxşılıq, dua, şəfaət və s. də hesab-kitabsız deyildir və bir növ şəxsin özünün fəaliyyətlərinə bağlıdır. Misal üçün, şəfaət məsələsində şəfaət edən şəxs ilə mənəvi rabitə icad edilməsinə və bu sahədə bir növ səy və fəaliyyətə ehtiyac duyulur. Həqiqətdə şəfaət olunacaq insanda mənəvi inkişaf, ruhi qabiliyyət və səlahiyyət olmalıdır. Bitki su, torpaq, enerji və s.-dən kömək almadan kamal dərəcəsinə çata bilməz, amma gərək onun varlığında inkişaf etmək üçün qabiliyyət və istedad da olsun ki, sudan, enerjidən və s.-dən kömək almaq onun vəziyyətinə faydalı olsun.

Ətreaflı cavab

Cavabın aydınlaşması üçün aşağıdakı incəliklərə diqqət yetirmək lazımdır:

1. Hər günahın iki yönü vardır: onun biri Pərvərdigari-aləmin müqabilində üsyankarlıq, itaətsizlik və Onun hörmətini pozmaq (Pərvərdigarın haqqına zülm rəva görmək), digəri isə günahkar şəxsin özü və cəmiyyətdəki başqa şəxslərlə əlaqədar olan yönüdür (günahkar şəxsin özü və camaatın haqqına zülm).[1]

2. Günahlar günahın əncam verildiyi zaman və məkan şərtlərinin müxtəlifliyini, günahların təfavütünü, günahkar şəxslərin şəxsiyyətini nəzərə almaqla eyni səviyyədə deyildir və bir-biri ilə fərqlidir. Təbiidir ki, onların cəzaları da fərqli olacaqdır.

Misal üçün, Quranda Peyğəmbər (səlləllahu əleyhi və alih)-in həyat yoldaşları barəsində buyurulur: “Əgər siz çirkin iş görsəniz, onun cəzası da iki qat artıq olacaqdır.”[2] [3]

Başqa misal: İmam Riza (əleyhis-salam)-dan nəql olunan bir rəvayətdə oxuyuruq: “Bir kəs aşkarda günah edirsə və ya günah işi yayarsa zəlildir. Günahı gizlində və məxfi şəkildə əncam verən şəxs isə bağışlanar.”[4]

3. Bir bölgüdə günahlar “Allahın haqqı” və “camaatın haqqı” olmaqla iki qismə bölünür. Rəvayətlərdə belə qeyd olunur: “Allah həqqun-nasdan (camaatın haqqı) ibarət olan günahları yalnız o vaxt bağışlayır ki, haqqın sahibi onu bağışlamış olsun.”[5]

Buna əsasən, bu qisim günahlar heç vaxt günahkar şəxsin özünün və ya başqalarının onun barəsində etdiyi dua və istiğfar ilə – istər onun həyatında olsun, istərsə də onun ölümümdən sonra – bağışlana bilməz; əksinə haqq sahibinin razılığı əldə olunmalı, yaxud haqq sahibi öz haqqından keçməlidir. Misal üçün, əgər bir şəxs başqasının əmlakını tələf və ya qəsb edibsə, malın sahibi razı olmayınca, Allah-taala belə bir günahı bağışlamayacaqdır.

4. Günahlar kiçik və böyük olmaqla iki qismə bölünür. Böyük günah o günahlara deyilir ki, İslam nəzərindən çox ciddi məsəlidir və Qurani-məciddə qadağan olunmaqdan əlavə, bu işi görənlərə ilahi əzab vədəsi də verilmişdir. Misal üçün: zina, günahsız insanı qətlə yetirmək, sələmçilik və s. Bunlar bir çox rəvayətlərdə də qeyd olunmuşdur.[6]

Kiçik günahlar isə o günahlardır ki, sadəcə qadağan olunur. Qurani-məcid kiçik günahlarla əlaqədar bağışlanmaq vədəsi verərək buyurur: “Əgər nəhy (qadağan) olunan böyük günahlardan çəkinsəniz, kiçik günahlarınızı bağışlayar və sizi gözəl bir məqama daxil edərik.”[7]

Bu şərif ayəyə əsasən, insan böyük günahlardan çəkinərsə, onun kiçik günahları bağışlanar. Amma diqqət yetirmək lazımdır ki, bəzən müəyyən şəraitlərdə kiçik günahlar böyük günahlara çevrilir və bu ilahi vədənin şamil olma dairəsindən xaric olur.[8] Yəni kiçik günahların bir çoxu böyük günahlara çevrilir. Belə ki, Allah-taala nəinki onların barəsində bağışlanmaq vədəsi verməmiş, üstəlik əzab vədəsi də vermişdir.”[9]

5. Digər bir təsnifdə günahları iki qismə bölmək olar:

a) Bəzi insanlar cəhalət və nadanlıq üzündən müəyyən bir günah iş görür, bundan sonra dərhal peşman olaraq tövbə edir və onun bərpa etmək məqamına gəlirlər. Allah-taala onların barəsində bəxşiş və bağışlanmaq vədəsi vermişdir.[10]

b) İnsan günah işlərin günah olmasını bilə-bilə onu əncam versə və bundan sonra peşman olmasa; şübhəsiz, bu dəstə insanlar Allah tərəfindən bağışlanmayacaqdır.

Yuxarıda qeyd olunanlardan məlum olur ki, Pərvərdigari-aləmin günahları bağışlaması və günahkar şəxsin vəziyyətinin müsbət istiqamətə dəyişilməsi yalnız o günahlar barəsində mümkündür ki, şəxsin tərəfindən lazımi səbəb və vasitələrin əldə edilməsi ilə[11] Allah tərəfindən də bağışlamaq və əfv vədəsi vermiş olsun.

Amma bir insan bütün həyatı boyu günah və azğınçılıqda olsa, başqalarının ehsan, yaxşılıq və duası ilə bağışlanması necə mümkün ola bilər?! Belə olan halda onun axirətdəki taleyi necə dəyişilə bilər?!

Demək lazımdır ki, günaha və azğınlığa qərq olanların hamısı belə deyildir və başqalarının əməl və ehsanları ilə onların vəziyyətinin dəyişməsi mümkün deyildir. Amma Allah-taala tərəfindən bağışlanmaq və əfv vədəsi verilən günahkarlarda isə belə ümid vardır ki, hətta başqalarının dua və ehsanı ilə belə, əfv edilsin. Çünki Quranda buyurulur: “Həsənələr (yaxşı əməllər)[12] pis işləri (və onun acınacaqlı təsirlərini) aradan aparır.”[13]

Quranın bir ayəsinə əsasən günahkar şəxsin öz həyatında gördüyü müəyyən yaxşı işlər səbəbi ilə günahları bağışlanıb, onların pis, ağır təsirləri aradan getdiyi kimi, başqaları da yaxşı işlər görüb, ehsan etsə və onun savabını (günahkar) bir şəxsə hədiyyə etsələr, bu əməllər də həmin şəxsin günahlarının bağışlanmasına və onun təsirlərinin aradan getməsinə səbəb olacaqdır.

Çoxlu rəvayətlərdə deyilir: Bir şəxs dünyadan gedən zaman əgər başqaları (övladları, yaxud başqa şəxslər) namaz, oruc, həcc, sədəqə, qulların azad edilməsi və s. kimi yaxşı işləri görərək savabını dünyadan getmiş həmin şəxsə hədiyyə etsələr, bu əməllərin savab və mükafatı o meyitə çatacaqdır.[14]

Şübhəsiz, başqaları tərəfindən görülən yaxşı işlərin və ehsanların savabı günahkar şəxsə çatan zaman bu savablar günahkar şəxsin günahlarının pis təsirlərini bərpa etmək miqdarında olsa onun günahları təmizlənəcəkdir. Ümumiyyətlə, Allahın ədaləti tələb edir ki, günahkar şəxsin barəsində başqalarının yaxşı əməllərini – həmin yaxşı əməllərin meyarına müvafiq olaraq – bağışlasın. Çünki Allah-taala öz Peyğəmbərinin dili ilə bu yolu açıq qoyduğunu bəyan etmişdir.[15]

Bu dünyada da əgər bir şəxs pis və yaramaz işlər görüb başqasına xəsarət vurarsa, bundan sonra üçüncü bir şəxs bu xəsarətləri bərpa edərsə, şübhəsiz, xəsarət görmüş şəxs razı olacaqdır. Əgər razı olmazsa, onda onu məzəmmət edərlər. Deməli, “necə olur ki, günahkar şəxs dünyadan getdikdən sonra onun günahları başqalarının onun barəsində etdiyi yaxşı əməllər və ehsanlar səbəbi ilə bağışlanmış olsun?!” deyə heç bir suala və təəccübə yer yoxdur.

Bəli, əgər bir insan, bütün yaxşı əməl sahiblərinin öz yaxşı əməllərini ona hədiyyə edəcəkləri təqdirdə belə, yenə də onun böyük və sonsuz günahları bərpa olunmayacaq dərəcədə ağır günahlara düçar olubsa, belə olan halda başqalarının xeyir əməlləri onun günahlarının tamamilə bağışlanmasına əsla səbəb olmaz; sadəcə onun günah yükü azaldılar və Allah-taala onun əzabını müəyyən qədər yüngülləşdirər.[16]

Qeyd olunmalıdır ki, Allah-taala ədalətli və hikmət sahibi olub bəndələrinin heç birinə zərrə qədər belə, zülmü rəva görmədiyindən heç bir bəndənin əməlini görməməzliyə vurmur, heç bir yaxşı əməl sahibinin əcr və mükafatını zay etmir. Allah-taala bizim nəzərimizdə günahkar və ilahi əzaba layiq olan bir çox insanları bağışlaya bilər, çünki biz onun əməl və rəftarlarının hamısından agah deyilik. Lakin mütəal Allah onların hamısından agah olduğundan, eləcə də bizim agah olmadığımız çoxlu (yaxşı) şeyləri bildiyindən məğfirətə və əfvə layiq görülməsini Allah-taalanın bildiyi, bizim isə xəbərdar olmadığımız həmin yaxşı əməllərin hesabına qoymalıyıq.

Əlbəttə, qafil olmamalıyıq ki, adətən insanın başqaları üçün Allahdan bağışlanmaq istəməsi və xalis dua etməsi o (başqa) insanın öz həyatında yerinə yetirdiyi müsbət cəhətlərə və xeyir əməllərə görədir; əks halda, əgər öz həyatında heç bir müsbət yönə malik olmayıbsa, həyatının başdan-başı günahla dolu olubsa, heç kəs onun barəsində xalis niyyətlə və səmimi-qəlbdən dua etməyəcəkdir, hətta onun övladları və yaxın adamları belə! Onun yaxın adamları əgər nasaleh (ləyaqətsiz) adamlar olarsa, onu ümumiyyətlə yadlarına salmazlar; yox əgər saleh insanlar olarsa, ona qarşı müsbət nəzərləri yoxdur ki, onun barəsində israrla dua etmiş olsunlar.

"Təfsiri-nümunə" kitabında şəfaəti irəli çəkən ayələrlə əlaqədar belə sual irəli çəkilir: Şəfaət bəyan olunan ayələr və ya “Tur” surəsinin 21-ci ayəsi – “behişt əhlinin övladlarını da onlara qovuşdurarıq, halbuki onun övladları bu yolda səy etməmişlər”, yaxud rəvayətlərdə deyilən “hər vaxt bir şəxs xeyir işlər görərsə, bu xeyir işlər onun övladlarına da çatar” kəlamı “qiyamət günü hər bir şəxsin əməyinin hasili yalnız onun öz səyinə bağlıdır” ayəsi ilə necə uyğun gələ bilər?!

Quran buyurur ki, insanın öz səy və fəaliyyətlərindən artıq bir haqqı yoxdur, lakin bu məsələ Pərvərdigari-aləmin lütf və mərhəməti ilə müəyyən layiqli insanlara bəzi nemətlərin verilməsinə mane olmur. Ləyaqətli olmaq bir məsələ, Allah tərəfindən mərhəmətə layiq görülmək isə tamamilə başqa bir məsələdir. Necə ki, Allah-taala bəzən yaxşı işlərə on qat, bəzən yüz qat, bəzən də minlərlə qat artıq mükafat verir.

Bundan əlavə, şəfaət təsadüfü və hesab-kitabsız olan bir məsələ deyildir. O, şəfaət edən şəxslə müəyyən əlaqə yaradılmasına, (günahkar) şəxsin öz müsbət səy və fəaliyyətlərinə də bağlıdır.[17]

Həmçinin behişt əhlinin övladlarının onlara qovuşdurulmasında da belə buyurulur: وَاتَّبَعَتْهُمْ ذُرِّیَّتُهُمْ بِایِمَانٍ “(bu şərtlə:) övladları imanda onlara tabe olmuşlar.” Bu o haldadır ki, övladları imanda onlara tabe olsunlar.”[18]

Mərhum Əllamə Təbatəbai “Əl-mizan” təfsirində şəfaət barəsində buyurur: Əgər bir şəxs heç bir ilahi təklifi (vəzifəni) əncam vermədən müqəddimələrini hazırlamadığı müəyyən bir savaba nail olmaq və müxalifət etdiyi ilahi vəzifələrin cəzasından xilas olmaq istəsə, şəfaətə üz gətirir. Şəfaətin təsir etmə halları da həmin yerlərdir. Amma mütləq və qeydsiz-şərtsiz deyildir. Çünki elə insanlar vardır ki, nəzərdə tutulan kamala nail olmağa ümumiyyətlə ləyaqətləri yoxdur. Misal üçün, nə savadı, nə də istedadı olmayan avam bir insanın şəfaət vasitəsi ilə ən bilikli alim olmaq istəyi kimi; yaxud özü ilə vasitə və şəfaətçi olacaq başqa bir şəxs arasında heç bir əlaqə olmayan bir insan kimi. Misal üçün, öz mövlasına heç bir vəchlə itaət etmək məqsədində olmayan bir qulu göstərmək olar. Mövlası qarşısında inadkarlıq və üsyankarlıqla eyni zamanda onun tərəfindən əfv olunmaq üçün şəfaət və vasitə axtarmış olsun. Bu iki fərzdə şəfaətin heç bir faydası yoxdur. Çünki, şəfaət səbəblərin tamamlanması üçün bir vasitədir, amma onun özü müstəqil bir səbəb deyildir ki, birincini alimlərin ən savadlısı, ikincisini isə mövlasına itaətsizlik etməklə eyni zamanda onun yanında hörmətli bir şəxs etmiş olsun.[19]



[1] "Təfsiri-nümunə", 6-cı cild, səh. 415

[2] “Əhzab” surəsi, ayə:30

[3] “Kafi”, 2-ci cild, səh. 428

[4] "Təfsiri-nümunə", 14-cü cild, səh. 406

[5] “Kafi”, 2-ci cild, səh. 433

[6] “Kəbirə günah odur ki, Allah-taala ona cəhənnəm odunu vacib etmişdir.” “Kafi”, 2-ci cild, səh. 276

[7] “Nisa” surəsi, ayə: 31; Məkarim Şirazinin tərcüməsi

[8] Kiçik günahları böyük günahlara çevirən şərtlər aşağıdakılardır:

1. Səğirə günah təkrar olunsun. İmam Sadiq (əleyhis-salam) buyurur:

لاَ صَغیرَةَ مَعَ الاصرَار

“heç bir kiçik günah təkrar və israr olunmaqla artıq səğirə olmayacaqdır (və kəbirəyə çevriləcəkdir)”. “Kafi”, 2-ci cild, səh. 88.

2. Əgər günahkar şəxs günahı kiçik hesab etsə, ona etinasız, laqeyd yanaşıb həqarət nəzəri ilə baxsa, artıq kəbirə olur. Həzrət Əli (əleyhis-salam) buyurur:

اَشَدُّ الذُّنُوبِ مَا اسْتَهَانَ بِهِ صَاحِبُهُ

“Günahların ən böyüyü o günahdır ki, onu əncam verən şəxs onu kiçik hesab etsin.” “Vəsailuş-şiə”, 15-ci cild, səh. 312, bab 43.

3. Günahkar insan tüğyan, təkəbbür və üsyankarlıq üzündən günaha mürtəkib olsun. Quranda buyurulur:

فَأَمَّا مَن طَغَى * وَآثَرَ الْحَیَاةَ الدُّنْیَا * فَإِنَّ الْجَحِیمَ هِیَ الْمَأْوَى

“Amma tüğyan edərək dünya həyatını irəli salan şəxsə gəldikdə isə, şübhəsiz, cəhənnəm onun yeridir.” “Naziat” surəsi, ayə: 37

4. Səğirə günah mühüm ictimai mövqeyə malik olan böyük şəxsiyyətli insandan baş versə. Quran Peyğəmbər (səlləllahu əleyhi və alih)-in həyat yoldaşları barəsində buyurur: “Əgər siz çirkin və yaramaz iş görsəniz, onun günahı iki qat artıq olacaqdır.” “Əhzab” surəsi, ayə: 30 (Məkarim Şirazinin tərcüməsi)

5. İnsan günahı əncam verməklə sevinsin: Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: “Hər kim sevincli halda bir günah işi görərsə, ağlar halda cəhənnəm oduna daxil olar.” “Vəsailuş-şiə”, 15-ci cild, səh. 305, bab 40

6. Günahkar özünün dərhal cəzalandırılmamasını Allahın onun bu işindən razı olmasına dəlil hesab etsin. Qran bəzi məğrur günahkarların dilindən nəql edib buyurur ki, onlar öz qəlblərində deyirdilər: “Allah nə üçün bizi cəzalandırmır?! (Bəlkə də Allah bizim (günah) işimizdən razıdır!)” Sonra Quran əlavə edir ki, “cəhənnəm atəşi onlar üçün kifayətdir.” “Mücadilə” surəsi, ayə: 8, "Təfsiri-nümunə", 3-cü cild, səh. 359-dan sonra

[9] Əlbəttə, bu məsələ kəbirə günahlar edən şəxslərə şəfaətin şamil olması ilə ziddiyyətli deyildir. Əllamə Təbatəbayi (r) şəfaətin nəyə aid olması ilə əlaqədar yazır: Şəfaət iki qisimdir: Biri təkvinidir və o da aləmdə hər bir təkvini səbəbin təsirindən ibarətdir. Digəri isə təşriidir ki, savab və cəzalarla əlaqədardır. İndi deyirik: İkinci qisim bütün günah növlərində – şirkdən tutmuş, onun ən aşağı həddinə qədər olan günahlara təsir qoyur. Misal üçlün, şəfaət, tövbə ilə imanın vasitə olması kimi. Əlbəttə, tövbə və imanın təsiri bu dünyada və qiyamətdən qabaqdır. Digərləri də bəzi günahların əzabının azalmasında təsirlidir. Saleh əməli misal göstərmək olar; belə ki, o, günahların məhv olmasına səbəb olur. Amma ixtilaflı şəfaət peyğəmbərlər və onlardan qeyrilərinin qiyamət günü şəfaəti ilə əlaqədardır. Bu növ şəfaətin mənası əzabın bir şəxsdən götürülməsindən ibarətdir və qiyamət hesabı ilə əlaqədar əzaba layiq görülən bəndəyə aiddir. Keçmişdə şəfaətin hansı şəxslər barəsində qüvvədə olduğu məsələsində dedik ki, bu şəfaət kəbirə günahlar edənlərə aiddir. O kəslər ki, haqq dinə tabe olmuşlar, Allah da onların dinini bəyənmişdir. “Əl-mizan”ın tərcüməsi, 1-ci cild, səh. 264

[10] Quranda buyurulur: 

إِنَّمَا التَّوْبَةُ عَلَى اللّهِ لِلَّذِینَ یَعْمَلُونَ السُّوَءَ بِجَهَالَةٍ ثُمَّ یَتُوبُونَ مِن قَرِیبٍ فَأُوْلَـئِکَ یَتُوبُ اللّهُ عَلَیْهِمْاً

“Allah tərəfindən tövbənin qəbul edilməsi o kəslərə şamildir ki, cəhalət üzündən pis iş görsünlər, sonra dərhal tövbə etsinlər. Allah belə şəxslərin tövbəsini qəbul edir.” “Nisa” surəsi, ayə: 17, Məkarim Şirazinin tərcüməsi

[11] Təfsirçilər ayə və rəvayətlərdən istifadə etməklə günahların bağışlanma səbəblərini belə qeyd edirlər:

1. Keçmiş günahlardan peşmançılıqla yanaşı tövbə edərək Allah dərgahına qayıdış, eləcə də gələcəkdə onlardan uzaq olmağa dair qəti qərara gəlmək. Quran bu barədə buyurur:

وَهُوَ الَّذِی یَقْبَلُ التَّوْبَةَ عَنْ عِبَادِهِ وَیَعْفُو عَنِ السَّیِّئَاتِ وَیَعْلَمُ مَا تَفْعَلُونَ

“Allah həmin kəsdir ki, bəndələrin tövbəsini qəbul edir, pis işlərini bağışlayır və onların gördüyü işləri bilir.” “Şura” surəsi, ayə: 25, Məkarim Şirazinin tərcüməsi

2. Allah dərgahında gözəl və bəyənilən olan işlərin yerinə yetirilməsi çirkin əməllərin bağışlanmasına səbəb olur:

اِنَّ الْحَسَنَاتِ یُذْهِبْنَ السَّیِّئَاتِ

“Həsənələr (gözəl işlər) səyyiatı (günahları və onun əsər-əlamətlərini) aradan aparır.” “Hud” surəsi, ayə: 114, Məkarim Şirazinin tərcüməsi.

3. Şəfaət: Şəfaətin həqiqəti Peyğəmbər (səlləllahu əleyhi və alih)-in və ya məsum imamlardan hər hansı birinin günahkar şəxs barəsində duasından ibarətdir. O, dua edir ki, Allah belə bir bəndəni əfv edib bağışlasın. Cəfər Sübhani, “Buhusun Quraniyyə”, səh. 117-118

Şəfaət islamın danılmaz prinsiplərindən biridir. Bu məsələ Quran və hədislərdə irəli çəkilmiş və buyurulmuşdur ki, şəfaət günahkar bəndələrin bağışlanmasına səbəb olur. Lakin şəfaətin müxtəlif şərtləri vardır və hər kəsə aid olmur. Əksinə yalnız o kəslərə aid olur ki, vacib əməlləri yerinə yetirməkdə, xüsusilə namaz qılmaqda səhlənkar olmasınlar. Allah-taala da onların barəsində şəfaət icazəsini vermişdir. Həmçinin bütün günahlara da şamil olmur. (Şəfaətin şərtləri və onun xırdalıqları öz yerində qeyd olunmuşdur.)

4. Böyük günahlardan çəkinmək kiçik günahların bağışlanmasına səbəb olur. “Nisa” surəsi, ayə: 31

5. Allah o şəxsləri (şəfaət səbəbi ilə) bağışlayır ki, bağışlanmağa layiq olsunlar. Allahın bağışlaması ilahi məşiyyətlə (iradə və istəklə) şərtlənir, onun müəyyən şərtləri və qeydləri də vardır. O şəxslərə aid olur ki, əməli olaraq öz ləyaqətlərini müəyyən mənada isbat etmiş olsunlar.

6. Buradan Allah-taalanın nə üçün “şirk bağışlanmır” - deyə buyurmasının səbəbi aydın olur. Çünki, müşrik (Allah şərik qoşan) şəxs özünün Allahla olan əlaqəsini tamamilə kəsmiş və bütün yaradılış qanunları və dinin əsasının tamamilə əksinə olan bir iş görmüş olur.

7. Günahın bağışlanma səbəbləri arasında bəlkə də ə güclü səbəb tövbədir. Belə ki, çoxlu ayələrdə Allah-taala Öz bəndələrini tövbəyə dəvət edir: “Təhrim”, surəsi, ayə: 8, “Hud” surəsi, ayə: 60, “Nur” surəsi, ayə: 31. Həmçinin buyurur: “Allah tövbə edənləri sevir.” “Bəqərə” surəsi, ayə: 223; “Allah tövbə edənlərin günahlarını həsənələrə çevirir." “Furqan” surəsi, ayə: 70

8. Amma bu tövbə də özünün xüsusi şərtlərinə malik olmalı, münasib vaxtda yerinə yetirilməlidir ki, təsirli olsun. O cümlədən, günahkar insan gərək: a) Öz əməlindən həqiqi mənada peşman olsun; b) Özünün nalayıq əməllərini bərpa etsin (əgər camaatın haqqını aradan aparıbsa onu bərpa etsin, onların razılığını əldə etsin); v) Qəti qərara gəlsin ki, bir daha o günah işlərə qayıtmasın; q) Ölümü qəti olan zaman deyil, kafi surətdə vaxt olan zaman tövbə etmiş olsun.

[12] Yaxşı əməllər

[13] “Hud” surəsi, ayə: 114, Məkarim Şirazinin tərcüməsi

[14] “Vəsailuş-şiə”, 1-ci cild, səh. 245, 3-cü cild, səh. 206, 219, 11-ci cild, səh. 204

[15] “Mizanul-hikmət”, “ta” hərfi, “tövbə” mövzusu

[16] Əlbəttə, şirk günahının ayrı hesabı vardır. Qurani-məcid bu barədə buyurur: “Müsəlmanların müşriklər üçün istiğfar etməyə haqları yoxdur, hətta onların öz qohum-əqrəbaları və yaxınları da olsa belə.” Sonra İbrahimin atası Azər barəsində istiğfari bəhanə edilməsin deyə, buyurur: “İbrahimin atası Azər üçün etdiyi istiğfar yalnız ona verdiyi vədə xatirinə idi.” “Tövbə” surəsi, ayə: 114, "Təfsiri-nümunə", 5-ci cild, səh. 304

[17] Şəfaətin mənası, şərtləri və s.dən artıq məlumat üçün bax : "Təfsiri-nümunə", 1-ci cild, səh. 228, 229, 235, 9-cu cild, səh. 90, 13-cü cild, səh. 304; “Əl-mizan”ın tərcüməsi, 1-ci cild, səh. 238-265

[18] "Təfsiri-nümunə", 22-ci cild, səh. 555-556

[19] “Əl-mizan”ın farsca tərcüməsi, 1-ci cild, səh. 240

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Dua kitabları kifayət qədər etibara malikdirmi?
    5894 Əməli əxlaq
    Burada üç məsələni qeyd etmək lazımdır: 1. Qeyd olunan kitablar, müəllifləri tərəfindən etimadlı sayılır və qəbul olunur. Bu mövzuya “Əl-məzarul-kəbir”, “Əl-bələdul-əmin” kitablarının müqəddiməsində işarə edilmişdir. Mərhum Əllamə Məclisi bu kitablara etimad ...
  • Allahın inkarının illəti onun isbatı dəlillərində çatdırılmanın zəif olmasıdır?
    4253 İslam fəlsəfəsi
    Buna diqqət etməklə ki, İlahi Peyğəmbərlər özlərinin qəti hikmət və dəlilləri ilə yenədə öz zamanlarında kafir şəxslərin inkarı ilə qarşılaşıblar, bu, inkar edənlərin inadının nişanəsidir. Çünki, istəmirlər həqiqi təsdiq edələr. Baxmayaraq ki, kifayət edən dəlillər göstərilib və onların dəlillərinin hamısı rədd olunub. ...
  • Əgər namaz qılmayan bir şıxsin arxasınca danışılarsa qeybət sayılırmı?
    4323 Nizamlar hüquq və əhkam
    Şeyx Ənsari (rəh) qeybətin tərifində: Hədislərdən və Alimlərin qeybətin tərifi barəsində olan sözlərindən nəticə alırıq ki, qeybət ibarətdir: İnsanların arxasınca danışmaq, bir söz ki, qeybəti olunan şəxs o sözləri sevmir.[1] Qeybət (kəbirə) böyük günahlardan sayılır, ayə və rəvayətlərdə onun tərk edilməsinə təkid ...
  • Evə, qııla və sikkəyə xümus düşürmü?
    3896 O şey ki, ona xums təəlluq tapır
    Məunədən olan şeyələrə xümus düşmür. Məunə yaşayışın xərclərindən ibarətdir. Numunə olaraq: Yemək, geyinmək, yaşayış üçün ev, lazımi əşyalar, maşın və ... Əlbəttə bunların hamısı o surətdədir ki, insanın şənində olsun. Nəticə etibarı ilə əgər öz şənindən bahalı ev alarsa, öz şəni miqdarından çox olan miqdara xümus ...
  • Quran nəzərindən seçilmiş xalqın xüsusiyyətləri nədir?
    4907 Təfsir
    Quranda “seçilmiş xalq” və onun xüsusiyyətləri ilə əlaqədar nazil olan ayələri araşdırarkən aşağıdakı məsələlər əldə olunur: 1. Qurani-kərim peyğəmbərlərin ümmətindən heç birini bütün cəhətlərdən ideal olan bir xalq (qövm və ümmət) kimi təqdim etməmiş, əksinə onların ümmətlərinin əksəriyyətini məzəmmət etmişdir. 2. Qurani-kərim yalnız ...
  • Əimmədən hansı Fərəc duasını şəxsən oxuyurdu?
    7285 Hədis elmləri
    “Fərəc” sözü (fətəhə, f, r) lüğətdə “qəm, kədər və qüssədən azad olmaq” mənasındadır.[1] Hədis kitablarında fərəc üçün dualar və əməllər zikr olunmuşdur ki, həmin lüğəvi mənasındadır.Burada Fərəc duası adı ilə adlandırılan 3 dua, Fərəc namazı adlandırılan namaza ...
  • İslam nəzərindən təzim səcdəsi etmək olarmı?
    6158 Təfsir
    İslam və Əhli- beyt məktəbi nəzərindən səcdə ibadətin kamil və gözəl formasıdır ki, uca Allaha məxsusdur və Allahdan qeyrisinə qadağandır. Amma həzrət Yusifə edilən səcdə, ibadət səcdəsi deyildi, əksinə əslində Allaha ibadət idi. Biz Kəbəyə tərəf namaz qılıb və ona tərəf səcdə edirik, ama heç vaxt bu səcdə və namaz ...
  • İmam Əlidən (ə) “Ənvarul muşəşəşin” kitabında cəmkəran məscidi haqqında hədis vardır. Bu hədis düzgündür və istifadə etmək olarmı? Bu o həzrətin möcüzələrindən hesab etmək olarmı?
    4463 Hədis elmləri
    Baxmayaraq ki, belə rəvayəti qəti şəkildə inkar etmək olmaz, amma indi bu rəvayəti elə kitablarda rast gəlmək mümkündür ki, Əmirəl mömininlə (ə) onun arasında min ilə fasilə vardır. Əlavə olaraq, “Ənvarul muşəşşişin” kimi son zamanların kitabında hədisin tam adresinin Şeyx Səduqun (Munil həzin) kitabının qeyd olunmasına baxmayaraq, ...
  • İnsanın öz dini qardaşının (aralarında olan dava-dalaş və narahatçılığa görə) əzab-əziyyətinə səbəb olan sözlər danışmağa və onunla küsülü qalmağa haqqı vardırmı? Halbuki, qarşı tərəf üzrxahlıq da etmişdir?
    4269 Əməli əxlaq
    Əfv edib güzəştə getmək böyük insanların bariz xüsusiyyətlərindən, əxlaqi səciyyələrindəndir. Bu əməl ruhun alicənablığı əlamətidir. İslam məktəbində bu sifət böyük əxlaqi fəzilətlərdən hesab olunur. Hansı ki, bu dinin Peyğəmbəri “əxlaqi fəzilətləri, mənəvi kamalları təkmil edilib sona çatdırmaq üçün” məbus olmuş, özü də Quranın buyurduğu kimi “böyük və ...
  • Kərbəlada İmam Hüseynin (ə) atı üçün hansı hadisə yarandı?
    8032 تاريخ بزرگان
    Kərbəla hadisəsinin tarixinin müəllifləri, həzrət İmam Hüseynin (ə) atı (Zül- cənah) barəsində geniş şəkildə söz açmamışdırlar.Bu hadisə barəsində olan bir çox xəbərlərdə işarə olunmuşdur ki, ibarətdir: İmam Hüseynin şəhadətindən sonra o həzrətin atı öz yalını imamın qanına batıraraq xeymələrə doğru hərəkət edib kişnəyirdi.İmamın Əhli- əyalı Zül- cənahın səsini ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    127736 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    96856 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    78452 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    67040 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    61735 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    39295 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    33189 Nizamlar hüquq və əhkam
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    28704 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    28304 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    26369 Nizamlar hüquq və əhkam
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...