Ətraflı axtarış
Baxanların
6421
İnternetə qoyma tarixi: 2009/12/22
Sualın xülasəsi
Nəhcül- bəlağədə Əmirəl- möminin (ə)- ın sözlərinə əsasən, qadınların ərlərin ikinci evliliyinə razı olmamaları, küfr sayılırmı?
Sual
Nəhcül- bəlağənin 124- cü hikmətində deyilir ki, qadınların ərlərinin sonrakı evliliyinə razı olmamaları küfr sayılır. Nəzərə alsaq ki, təqribən qadınların hamısında belə bir xüsusiyyət var, onda onların hamısı kafir və nəcis olmalıdırlarmı?
Qısa cavab

Nəhcül- bəlağədə deyilən budur ki, kişinin qeyrət çəkməsi imanın bir əlaməti və qadının qeyrət çəkməsi küfrün bir əlamətidir. Diqqət etmək lazımdır ki, digər rəvayətləri rəvayət etməklə belə nəticə alırıq ki, əgər qadının qeyrətini ərinə məhəbbət, müştərək həyatı davam etdirmək və onun digər bir qadın tərəfindən təhdid olmaması mənasında bilsək, (necə ki, qadınların çoxunda belədir), belə bir məhəbbəti küfrün bir əlaməti saya bilmərik.

Amma əgər o öz qeyrəti ilə İslam tərəfindən müəyyən şərtlərlə qəbul olunan kişilərin neçə qadın almasının düzgün olmasını inkar edib və onu ədalətsizlik saymaq istəsə, Quranda ona işarə olunan İslamın qəti qanununa qarşı çıxdığına görə, küfrə düçar olacaq.

Bunu qeyd edək ki, bəzi rəvayətlər kişilərin yersiz qeyrətlərini də pisləyir. Nəticədə, qarşı tərəfə istər kişi və istərsə qadın tərəfdən düzgün həssaslıq olarsa, bəyəniləcək. Amma yersiz qeyrət onların hər ikisi tərəfindən, doğru deyil.

Ətreaflı cavab

Nəhcül- bəlağədə Əmirəl- möminin (ə)- a nisbət verilən söz, qadının ərinin yeni evliliyinə narazılığına aid deyil. Əksinə buyurur:

«غیرة المرأة کفر و غیرة الرجل إیمان»[1]

Mənası budur ki, qeyrət çəkmək əgər qadın tərəfdən olsa, küfrün bir əlaməti və əgər kişi tərəfdən olsa, imanın bir əlamətidir.

Bəlkə də, ilk baxışda O Həzrətin bu kəlmələrdən məqsədinin nə olduğunu anlamaq olmaz. İnsan elə düşünə bilər ki, belə bir baxış, İslamın və din rəhbərlərinin qadınlara münasibətdə ayrı- seçkilik nəzəriyəsinin göstəricisidir. Amma bir az diqqət etdikdə, belə bir təsəvvür aradan gedəcək.

Ərəb dillərin sözlərini araşdırmaqla bu məsələyə yetişəcəyik ki, onlar qeyrət kəlməsini, bir mövzuya həddən artıq əksül- əməl və həssaslıq olan yerlərdə işlədirlər.

Daha kiçik mühitdə və ailə mühitində "qeyrət" kəlməsini ər və arvadın hər birinin qarşı tərəfin müxalif cinsi ilə əlaqələri qarşısında etdikləri həssaslıq və əksül- əməl mənasında bilmək olar. İndi görək, kişi və qadının hər birinin etdiyi hər qeyrətli əksül- əməli, İslam qəbul edəcək ya yox?

Bu haqda, qeyrətin müxtəlif mənalarını İslam əsaslarına əsasən araşdıracağıq:

  1. Kişilərin həyat yoldaşlarının qeyri- qanuni əlaqələri barəsindəki qeyrəti:

Allah, kişiləri ailənin müdiri qərar verib. Ailənin idarəsinin mali vəzifəsi kişinin öhdəsində olduğu üçün, ailənin müdiriyyəti də onun öhdəsində olmalıdır.[2] İmanlı kişi, mali idarəçilikdən əlavə, ailənin mədəni idarəçiliyinə də biganə qalmamalı və özünü və idarə etdiyi insanları bacardığı qədər səhv yoldan saxlamağa çalışmalıdır.[3]

Məlumdur ki, imanlı qadınlar da öz şərii vəzifələrini bilir və İslamın qanunlarına zidd olan rəftarlardan çəkinirlər. Amma əgər bir ailənin müdiri gizli və aşkar şeytanların vəsvəsəsinin, onun həyat yoldaşı və övladlarını səhv yola çəkmələrinə çalışmalarını anlasa, amma bununla belə heç bir əksül- əməl göstərməsə, İslam nəzərində bəyənilməyən bir varlıq sayılır və pislənir.[4] Təbiidir ki, kişinin bəyənilməyən belə rəftarlara əksül- əməl göstərməsi, onun imanının əlaməti olub, təriflənməli və deyilməlidir ki: "Qeyrətur- rəcul imanun".

  1. Kişilərin həyat yoldaşlarının qanuni əlaqələri barəsindəki qeyrəti:

Kişilər həyat yoldaşları və övladlarının hər bir rəftarına qarşı pis fikirdə olub və hətta onların şəriətin əksinə olan bir iş görmədiklərinə qədər onlara nəzarət etməli və başqa sözlə qeyrət çəkən olmalıdırlarmı?

Din rəhbərlərinin təlimlərinə əsasən, kişilər halal və icazəli işlərdə qeyrət çəkməməlidirlər. Kişilərin belə bir qeyrəti pislənib və yaxşı sonluğu olmayacaq.

İmam Əli (ə) övladı İmam Həsən Müctəba (ə)- a etdiyi vəsiyyətində belə buyurur: Çox ehtiyatlı ol!

Qeyrət çəkməyə lazım olmayan yerlərdə, bu işi görmə! Belə işlər sağlam insanların xəstələnməsinə və pak insanların günaha düşməsinə səbəb olacaq.[5]

İmam Əli (ə) bu sözlərdə, psixologiyanın mühüm hissələrinə toxunub və qeyrət çəkmə bəhanəsi ilə öz həyat yoldaşının bütün ictimai fəaliyyətdən saxlayan bəzi kişilərin həssas olmalarını, tənqid etmişdir.

  1. Qadınların ərlərinin qeyri- qanuni əlaqələri barəsindəki qeyrətləri:

Sualda işarə olunan rəvayət kimi bəzi rəvayətlərə istinad etməklə belə nəticə çıxarmalıyıq ki, qeyrət çəkmək kişilərə məxsusdur, qadın ərinin şəriətə uyğun olmayan rəftarlarına heç bir əksül- əməl göstərməməli və yalnız onu Allaha tapşırmalıdır?

Bizim cavabımız budur ki, İslam təlimlərinə əsasən, qadınların da cəmiyyətdə məsuliyyətləri olub və bacardıqları qədər əyriliyin və pisliyin qarşısını almalıdırlar.[6]

Buna əsasən,əgər müsəlman bir qadın öz ərini qeyri- şərii əlaqələrdən saxlasa, öz dini vəzifəsinə əməl edibdir. Amma əgər bu məsələyə laqeyd yanaşsa, o da günah edib və Allahın qarşısında cavab verəcək.

  1. Qadınların ərlərinin qanuni əlaqələri barəsindəki qeyrəti:

Təbii olaraq, qadınlar ərlərinin müxalif cinslə olan hər bir rəftarlarına həssas olub və digər bir qadının onların müştərək həyatlarına girməsini istəmirlər.

Digər bir tərəfdən, İslam hökmlərindən bir az məlumatlı olan hər bir şəxs, kişilər (əlbəttə müəyyən şərtlərlə) neçə arvad ala bilərlər. Bu məsələyə Qurani- kərimdə də işarə olubdur.[7] Baxmayaraq ki, statiska, kişilərlə qadınların nisbətən bərabər olmaları və İslamın evlənmək barəsindəki kişilərə göstəriş verməsi ilə, kişilərin 100%- dən azı yenidən evlənə bilərlər. Hər halda, biz fərz edirik ki, İslamın kişilərin neçə arvad almasının sübutlarını bilir və bu haqda sizin üçün heç bir qaranlıq şey qalmayıbdır.[8]

Deyilənlərə əsasən, qadınların ərlərinin şərii əlaqələri barəsindəki qeyrətini iki qismə bölmək olar:

  1. Sevgidən qaynaqlanan qeyrət:

Yəni qadın ərinin digər bir qadınla daimi ya müvəqqəti evliliyə qərar verməsinin şəriətin əksinə olmadığını anlaya, amma yalnız öz ərini çox sevdiyinə və həmçinin müştərək həyatlarının gələcəyi barəsindəki narahatlığa görə, İslamın hökmünə heç bir etiraz etmədən, müxtəlif yollarla öz ərinin bu evliliydəki niyyətdən saxlamaq istəyir. Qadınların qeyrət çəkən rəftarlarının çoxunu bu formada yozmaq olar. Qadınların belə bir qeyrəti də, küfrdürmü?

İshaq bin Əmmardan olan bir rəvayət, bu suala cavab verir. O rəvayət edir ki, İmam Sadiq (ə)- a dedim: Bir qadın öz ərinə qarşı qeyrət çəkir və ona görə də ona əziyyət verir. İmam Sadiq (ə) (o qsdını bu işdə təqsirkar demədən) buyurdu: Belə qeyrətin səbəbi, o qadının ərinə olan eşq və məhəbbətidir.[9]

Diqqət edin ki, bu haqda məsum İmam qadınların həssaslıq və qeyrətini küfr buyurmur. Əksinə onu eşq və məhəbbətdən qaynaqlanan sayır ki, onun barəsində pis fikirlə rəftar edib və onun ərinə olan sevgisini, Allaha küfrlə bərabər sayaq.

  1. 2- İslamın hökmünü qəbul etmədiyinə görə olan qeyrət:

Baxmayaraq ki, Quran buyurur ki, kişilər çox evliliyin icazəli olmasından sui- istifadə etməməli və həvəsbazlıq və neçə yaşayış təşkil etməklə ailə əsasını zəiflətməməlidirlər.[10] Amma əgər bir kişinin hər hansı bir səbəbdən təzədən evlənməyə ehtiyacı olsa və lazımi şərtləri riayət etməklə bu evliliyi icra etsə, fərqi yoxdur daimi lsun yoxsa müvəqqəti, onun birinci arvadı elə formada etiraz etməməlidir ki, onun rəftarından İlahi hökmə qarşı çıxmaq başa düşülsün. Çünki belə hərəkətlər, sonda küfrlə nəticələnir. İmanlı qadınlar heç vaxt küfr qorxusu gələn işlər görməzlər.[11]

Nəhcül- bəlağədə "Qeyrətul- mərətu kufr" deyən hədis də həmin mənadadır. Onda, qadınların belə yersiz qeyrəti, küfr və naşükürlük sayılır.

Qeyd etdiyimiz kimi, kişilərin də yersiz qeyrəti öz yerində pislənibdir. Buna əsasən və bu rəvayəti araşdırıb və onu digər ayə və rəvayətlərə tətbiq etməklə belə nəticə almaq olar ki, İmam Əli (ə) nə qadınların düzgün qeyrətini tənqid edib və nə də kişilərin düzgün olmayan qeyrətlərini təsdiqləyib.

Sonda qeyd etmək istəyirik ki, İslami mənbələrdə işarə olunan hər bir küfr, məşhur küfr mənasında olmayıb və nəcis olmağa səbəb olmur. Əksinə bu mənbələrdə bəzi naşükürlüyə də "küfr" deyilibdir.

 


[1] - Nəhcül- bəlağə, səh 491, hikmət 124, Darul- hicrə nəşriyyatı, Qum, Bita.

[2] - Nisa surəsi, ayə 34

«الرِّجالُ قَوَّامُونَ عَلَى النِّساء»

[3] - Təhrim surəsi, ayə 6.

«يا أَيُّهَا الَّذينَ آمَنُوا قُوا أَنْفُسَكُمْ وَ أَهْليكُمْ ناراً وَقُودُهَا النَّاسُ وَ الْحِجارَة»

[4] - Kuleyni, Məhəmməd bin Yəqub, Kafi, cild 5, səh 536, h, 2- 5, Darul- kutubul- İslamiyyə, Tehran, 1365. Hicri şəmsi.

[5] - Nəhcül- bəlağə, səh 405, kitab 31.

[6] - Tövbə surəsi, ayə 71.

«الْمُؤْمِنُونَ وَ الْمُؤْمِناتُ بَعْضُهُمْ أَوْلِياءُ بَعْضٍ يَأْمُرُونَ بِالْمَعْرُوفِ وَ يَنْهَوْنَ عَنِ الْمُنْكَرِ»

[7] - Nisa surəsi, ayə 3.

«فَانْكِحُوا ما طابَ لَكُمْ مِنَ النِّساءِ مَثْنى‏ وَ ثُلاثَ وَ رُباعَ فَإِنْ خِفْتُمْ أَلاَّ تَعْدِلُوا فَواحِدَةً»

[8] - Bu göstəriciyə baxa bilərsiniz: Yenidən evlənməyin və neçə arvadlığın şərtləri, sual 3103 (sayt: 3368).

[9] - Kafi, cild 5, səh 506, h 6.

[10] - Nisa surəsi, ayə 129.

«فَلا تَميلُوا كُلَّ الْمَيْلِ فَتَذَرُوها كَالْمُعَلَّقَةِ وَ إِنْ تُصْلِحُوا وَ تَتَّقُوا فَإِنَّ اللَّهَ كانَ غَفُوراً رَحيماً»

[11] - Kafi, cild 5, səh 505, hədis 2.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • “Kəhf” surəsinin məzmun və qiraətinin fəziləti nədir?
    12288 Təfsir 2012/04/09
    Quranın digər surələri kimi, “Kəhf” surəsinin də çoxlu xüsusiyyətləri və fəzilətləri vardır. Bu əzəmətli fəzilətlər Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən və imamlardan (əleyhimus-salam) nəql olunan çoxlu rəvayətlərdə bəyan edilmişdir. Məsələn, nəql olunur ki, “bu surə nazil olan zaman yetmiş min mələk onu yola salmışdır.” Yaxud “hər kəs ...
  • İmam Riza (əleyhis-salam)-ın “Zamini-ahu” (Ahunun zamini) adlandırılmasının səbəbi nədir?
    9481 تاريخ بزرگان 2012/01/19
    İmam Riza (əleyhis-salam)-ın məşhur ləqəblərindən biri də “Zamini-ahu”dur (ahunun zamini). Şiə mənbələrində bu hadisə camaat arasında məşhur olan şəkildə mövcud deyildir. Amma camaat arasında deyilən nəqlə oxşar rəvayət vardır. Peyğəmbərə, İmam Səccada və İmam Sadiq (əleyhimus-salam)-a mənsub edilən möcüzələrdə də gözə dəyir. Mərhum Şeyx Səduq “Uyunu əxbarir-Riza (əleyhis-salam)” kitabında bu ...
  • Ramazan ayının qayda-qanunları və sünnətləri nədir?
    11097 Əməli əxlaq 2012/04/09
    Mübarək, xeyir-bərəkətli və fəzilətli Ramazan ayında oruc tutmağın çoxlu qayda-qanunları və şərtləri vardır. Onların bəzisini qeyd edirik: 1. Ayın hilalını (birinci gecəsində) görmək. Mübarək Ramazan ayının qayda-qanunlarından biri bu şərif ayın birinci gecəsində hilalı görmək üçün çalışmaqdır. 2. İftar və obaşdanlıq ...
  • Qəbirlərin ziyarəti müvəqqəti olaraq qadağan olunmuşdur. Hansı ildə icazə verildi?
    7226 Qədim kəlam 2012/04/18
    İslamın əvvəlində qısa bir müddət qadağan olunan işlərdən biridə qəbirlərin ziyarəti olub. Bu qadağan olmanın müxtəlif dəlilləri vardır. İslami cəmiyyətin kəmiyyət və keyfiyyət cəhətdən inkişaf və genişlənməsi ilə bu məsələyə məşğul olmaq üçün münasib fəza hazırlandı. Buna görə də Peyğəmbər Əkrəm (s) bir müddətdən sonra qəbirlərin ...
  • Şərab və ya donuz əti verilən restoranlarda, yaxud İsrailə kömək edən müəssisələrdə işlənmək haramdırmı?
    6679 Nizamlar hüquq və əhkam 2011/05/17
    İslam inqilabının rəhbəri “Donuz əti konservləşdirmə zavodlarında işləmək, eləcə də gecə kabaralarında və ya fəsad mərkəzlərində işləmək caizdirmi və ondan əldə olunan qazancın hökmü nədir?” sualına cavabda buyurur: “Haram işlərdə işləmək, o cümlədən şərab və donuz əti satmaq, gecə kabarları icad edib oradan qazanc əldə etmək (fırlatmaq), ...
  • Бүтүн ҹәмијјәтләрин еһтијаҹларыны өдәјә биләҹәк бир динин ҝәлмәси неҹә мүмкүндүр?
    6261 Təzə kəlam 2009/06/18
    Бусуалыҹавабландырмаг үчүн бәшәринвәзијјәтивәһалыһаггындафикирләшмәк лазымдыр. Ҝөрәсән, доғурданда тарих бојуинсанда һәр
  • "Əhli-beyt" kimə deyilir?
    20088 İslam fəlsəfəsi 2011/06/28
    "Əhli-beyt" kəlməsi Quran, hədis və ilahiyyat termini olub, İslam peyğəmbərinin (s) ailəsi mənasındadır. Bu termin məlum (əhli-beyt) mənada Quranın "təthir" ayəsində; yəni "Əhzab" surəsinin 33-cü ayəsində istifadə olunmuşdur.«انما یرید الله لیذهب عنکم الرجس اهل البیت و یطهرکم تطهیرا» Şiə təfsirçilərinin hamısı, həmçinin əhli-sünnə təfsirçilərinin əksəriyyəti – şahidlərə, qərinələrə ...
  • İmam ilə xəlifənin fərqi nədir?
    9790 Qədim kəlam 2011/05/17
    Bəzi sünnü alimlərinin, o cümlədən İbni Xəldunun nəzərinə əsasən, imam ilə xəlifənin arasında heç bir fərq yoxdur və onların hər ikisi bir mənaya – “din və dünya siyasətinin qorunmasında şəriət sahibinin tərəfindən naib olmaq” mənasına gəlmişdir. Amma qısa şəkildə demək lazımdır ki, Quran və ...
  • Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
    4013 Fitr və Qurban bayramının namazı 2013/12/17
    Bəzi tarix məmatlarına əsasənilk bayram namazı qurbanvə fitr bayramı namazıdır, bunların hər ikisi hicrət ilinin ikinci ilində baş vermişdir. Tarixçilər bu haqda yazırlar: Fitr bayramı, hicrətin ikinci ilində, İslam peyğımbəri (s) camatı fitrə zəkatını verməyə əmr etdi, o həzrət fitrbayramından bir ya iki gün öncə ...
  • "Ali Məhəmməd" kəlməsi olmayan salavat hansı səbəblə naqis və qadağan olunmuşdur?
    15444 Təfsir 2011/04/16
    Peyğəmbər (s)- ə salavatla yanaşı ali Məhəmmədə (s) salavat bidət deyil. Hətta Quran, rəvayət, ağıl və irfana da uyğundur. Çünki: 1.             Bidətin mənası odur ki, dində olmayan şey, dinin bir hissəsi sayılsın. Biz Peyğəmbərin ailəsinə salavat göndərməyi bidət saymırıq. Çünki Peyğəmbər (s) ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    161740 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    150624 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    116567 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    108313 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    93401 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    90113 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    52647 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    42663 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    42491 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    41658 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...