Ətraflı axtarış
Baxanların
10775
İnternetə qoyma tarixi: 2011/05/31
Sualın xülasəsi
Nə üçün Allah- Taala Kəbə evinin düzəlməsini əmr edib?
Sual
Tanrı niyə Kəbənin tikilmə göstərişini verdi və onun əsas məqsədi nə idi?
Qısa cavab

Ayə və hədislərə istinad edərək deyə bilərik ki, Məkkə və Kəbə evi bəşəriyyətin hidayət yolunun və İlahi ibadətin göstəricisidir. Bundan əlavə insanlar üçün bərəkət və onların ibadət üçün cəmləşdikləri müqəddəs məkandır. Bu yerin susuz olmağına və daim quru səhralıq olmağına baxmayaraq İlahi öz bərəkətini buraya nazil edərək bu yeri bəşəriyyət üçün yaşayış yeri qərar verdi.

Həmçinin insanlara öz qüdrətini göstərərək bu yeri onlar üçün ibadətgah təyin etdi. Bu yeri insanlar üçün hidayət göstəricisi olaraq yaratdı. Onlara ümumi ibadətdən əlavə ildə bir dəfə necə bəndə olmalarını öyrətmək üçün xüsusi ibadəti əmr etdi. İnsan bu xüsusi ibadətdə dünyadan üz çevirməli, tövbə etməli, xalis olaraq Allahdan başqasını qəlbindən atmalı və ona yaxınlaşmağa doğru irəliləməlidir. O, öz evini İbrahimin (ə) məqamı olaraq həcilər üçün əmin və asudəlik qərar verdi. Bu məqamın ziyarətinə ildə yüz minlərlə insanlar öz bəndəliklərini iqrar etmək üçün gəlirlər.

Allah Taala bu yerin üzərində Kəbə evinin tikilməsini əmr etdi ki, insanların ibadət zamanı vahid üz tutduqları məkan olsun. Belə ki, insanlar namaz qılarkən, ölü dəfn edərkən və qurbanlıq kəsərkən üzlərini tutmağa yerləri olsun. Allah- Taala bu əmirlə bütün insanları vahid məkana dəvət edir və onları bir olan Allaha ibadət etməyi əmr edir. Həmçinin bunun vasitəsi ilə İslam dinin təhrifdən və aradan getməkdən qoruyur.

Deməli, bu bunanın (Kəbənin) inşaasından İlahi məqsəd insanların vahid mənəviyyata tərəf üz tutmalarıdır. Həmçinin Kəbədə vahid mənəviyyat göstəricisidir.

Ətreaflı cavab

Qurani kərimin ayələrinə və məsumların hədislərinə istinad edərək deyə bilərik ki, Kəbə evinin tikilməsindən əsas İlahi hədəf,[1] insanların hidayət olması,[2] ibadəti yerinə yetirmələri üçün əmr olunmuşdur. Allah Taala bu yerə bərəkət nazil edərək onu insanlar üçün yaşayış yeri təyin etmişdir.[3] Allah- Taala Kəbəni insanlar üçün süsuk və ən uca ibadət və bəndəlik məkanı olaraq təyin etmişdir. Bundan əlavə Allah- Taala bu məkanda bəzi xüsusi əməllərin icrasını əmr etmişdir. İnsanlar bu əməli yerinə yetirməklə necə Allaha bəndə olmağı, necə ibadət etməyi, dünyadan necə üz çevirməyi, necə Allaha xalis bəndə olmağı, necə öz nəfsindən Allaha tərəf hicrət etməyi, necə o Ulu Tanrıya yaxınlaşmağı və necə tövbə etməyi öyrənirlər.[4] Öz evini ibrahimin (ə) məqamı və insanların qibləgahı təyin edərək insanları birliyə rəvət etmişdir.[5]

Allah- Taala bu məkanı insanların qibləgahı qərar vermişdir ki, insanlar namaz qılarkən, qurbanlıq kəsərkən və ölü dəfn edərkən üzlərini ona tərəf tutaraq vahid olan Allahı dərk etsinlər. bundan əlavə insanlar daim vahid bir məkana diqqət yetirərək vahid olan Allahı yad etsinlər.[6]

Bu müqəddəs məkanın inşaasından əsas hədəf müsəlmanların vəhdətidir.

Qurani kərim bu müqəddəs məkanın inşaası barəsində buyurmuşdur: "Məkkə torpaqlarında insanların mənfəəti üçün ilk tikilidir. Bu insanların yer üzündə bərəkət mənbəyidir".[7]

Amma Kəbə evinin tikilməsinin faydasına və hədəfinə ümumi şəkildə aşağıda işarə edirik:

1). İslam dininin mərkəziyyəti

İmam Sadiq (ə) buyurmuşdur: "Allah Taala insanları yaratdı və onlara dinin göstərişlərinə əməl etməyi əmr etdi. Onların dünya işlərini də nizama saldı. Bu zaman Kəbə evini də müsəlmanlar üçün vahid ictima yeri qərar verdi ki, müsəlmanlar dünyanın hər yerindən ora cəmləşsinlər".[8]

Başqa bir rəvayətdə isə belə buyrulmuşdur: "Əgər qövmlər öz ölkələrindən kənara çıxmasalr, öz ölkələrində olanlarla kifayətlənsələr, ölkələr dağılar və ticarətlər aradan gedər. Bu zaman ölkələr böyük mədəni iflasa uğrayarlar".[9]

2). Ehtirama layiq mərkəz

Bir anlamın səngər ünvanında olması və hamının bu məktəbə ehtiramla yanaşması bir dünya məktəbi üçün zəruridir. Allah Taala bu məktəbin təməlini Peyğəmbərlərin vasitəsi ilə möhkəmləndirmiş və onun hörmətinin günbə- gün artmasını iradə etmişdir.

Qurani- kərim İbrahim Peyğəmbərin buranı məkan seçməsinin heyrətli hekayəsini nəql edərkən onun nəfsinin bu yerə hörmətlə yanaşmasını da qeyd etmişdir". "Ey mənim Pərvərdigarım! Öz övladlarımın bəzisini (heç bir şeyi olmayan) sənin (girami) evinin yaxınlığında məskunlaşdırdım".[10] Əmirəl möminin də Kəbə evinin ehtiramına işarə edərək buyurmuşdur: "Görmürsünüzmü Allah- Taala Adəm Peyğəmbərdən bəri bütün insanları bir parça daşla imtahan edir? O, o evi özü üçün möhtərəm qərar verdi və Adəm övladlarına onun ətrafında təvaf etməyi əmr etdi."[11]

3). Əmin amanlığın təmin olunması

Müqəddəs Qurani kərimin bəyanına əsasən Kəbə evi insanların cəmləşdiyi və əmin amanlıq yeridir.[12]

Tarix boyunca düşmənlər bu yeri xarab etmək fikrində olsalar da Allah Taalanın iradəsi buna yol verməmişdir. Allah Taala daim onların hiyləsini zərərsiz etmişdir. "Əshabi fil" və "Əbrəhənin qoşununun" dastanı tarixdə İlahi iradənin böyük nümunəsidir.

4). Həcc mərasiminin keçirilməsi

Qurani- kərim bu mərasimi böyük bir ibrət və ən qiymətli ibadət olaraq qeyd etmişdir. Həmçinin bununla yanaşı həcc mərasiminin əxlaq dəyərlərinə, iqtisadiyyata və İslam siyasətinə olan faydasını da açıqlamışdır. Qurani kərim bu barədə olan ayədə "mənafe"[13] kəlməsindən istifadə etmişdir ki, bu da çoxlu faydaya şamil olur.

5). Bütün bu saydıqlarımızdan savayı digər faydalarda vardır ki, onları yalnız olduqca xülasə qeyd edirik:

A). Ticarət mərkəzlərinin qurulması və müsəlmanların iqtisadi inkişafı

B). Mədəni inkişafın genişlənməsi üçün münasib məkan.

C). Şirk və mübarizə etmək üçün ən münasib məkandır.

D). İslam düşmənləri ilə mübarizə aparmaq üçün ən münasib məkandır.

Q). İslam ümmətinin bir yerə cəm olması və onlara rəhbərlik etmək üçün münasib məkandır.



[1] - Ali- İmran surəsi, ayə 96.

[2] - Bəqərə surəsi, ayə 125.

[3] - İbrahim surəsi, ayə 37.

[4] - Təba- təbai, seyyid Məhəmməd Hüseyn, Əl- mizan, cild 1, səh 298.

[5] - Yenə də ora, cild 3, səh 354.

[6] - Yenə də ora, cild 6, səh 142.

[7] - Ali- İmran surəsi, ayə 96.

«ان اوّل بیت وضع للناس للذی ببکة مبارکا و هدی للعالمین»

[8] - Vəsailüş- şiə, cild 11, səh 14.

«ان الله خلق الخلق ... و امرهم بما یکون من امر الطاعة فی الدین و مصلحتهم امر دنیاهم فجعل فیه الاجتماع من الشرق و الغرب»

[9] - Yenə də ora, səh 15.

[10] - İbrahim surəsi, ayə 37.

«ربنا انی اسکنت من ذریتی بواد غیر ذی ذرع عند بیتک المحرم»

[11] - Nəhcül- bəlağə, xütbə 183.

[12] - Bəqərə surəsi, ayə 125.

[13] - Həcc surəsi, ayə 28.

«لیشهدوا منافع لهم و یذکروا اسم الله فی ایام معلومات»

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Nə üçün bəziləri ölülərin qəbirlərini açırlar? Bu iş haram deyildirmi?
    6828 2012/04/09
    Möhtərəm mərcəyi-təqlidlərin bu suala cavabı belədir: Möminin qəbrini açmaq haramdır, amma aşağıda qeyd olunan bəzi hallarda bu haramlıq götürülür: 1. Meyit qəsbi torpaqda dəfn olunsun və yerin sahibi meyitin orada qalmasına icazə verməsin. 2. Meyitlə birlikdə dəfn olunan kəfən və bu ...
  • Allah- Taalanın şəxsiyyəti varmı?
    7407 Nəzəri irfan 2011/05/05
    İslam dini xristianlığın əksinə olaraq Allah taalanı insan kimi təsəvvür etmir və etməyi də qadağan edir. Həmçinin Allah taalanı insan formasında (qiyafəsində) deyil, əksinə bənzəri olmayan nəhsayətsiz (sonsuz) vücud olaraq tanıtdırır. Bu cəhətdən də Allah taala insanla müqayisə olunmur; insanda olan sifətlərin heç biri onda axtarılmır və ya insanda olan ...
  • Quranla ünsiyyətdə olub, ona məhəbbət göstərməyin yolu nədir?
    7023 Əməli əxlaq 2011/10/24
    ƏgərQuranıntilavətiilahiniyyətlə, təfəkkürvəonaəməlləbirlikdəolsaöz-özünəQuranlainsanınarasında
  • Qadının şəxsiyyəti və məqamı İslam məktəbində hansı həddədir? Görəsən onlar da kişilər kimidirlər?
    10392 Əhkam və hüquq fəlsəfəsi 2011/02/14
    İslam dini nöqteyi nəzərində qadın və kişi arasında yaradılışın əsil hədəfinə (kamil və insanlıq nöqtəsi) çatmaqda heş bir fərq qoyulmamışdır. Belə ki, hər iki cins yaradılışın təkamül nöqtəsinə çatmaq üçün nə qədər çox çalışsalar bir o qədər də insanlıq aləmində uca məqama yiyələnəcəkdir. Amma bu məqama yiyələnmək üçün cinsiyyət heç ...
  • Amerika fabriklərində hazırlanan üzüm mürəbbalarından yemək halaldır?
    6114 Nizamlar hüquq və əhkam 2011/11/12
    Üzüm mürəbbasından istifadə etmək barədə istər Amerka fabriklərində hazırlanmış olsun olsun istər qeyri İslami ölkələrdə, sizin sualınızın araşdırmasında, əziz mərcəyi təqlidlərin dəftərlərindən aşağıdakı cavablar alınmışdır: Həzrəti ayətullah- ul- üzma Xameyi (Allah izzətin artırsın)Əgər məstedici olmasa və yəqininiz də olmasa ki qeyri əhli kitab kafirin bədəni rütubət halında onunla ...
  • Əhli- sünnənin nəzərində bəyan olunan Əhli- beyt kimlərdirlər?
    8514 اهل بیت و ذوی القربی 2012/09/01
    "Əhlul- beyt" kəlməsi Qurani- kərimdə iki dəfə zikr olubdur.[1] Bir dəfə İbrahim (ə)- ın ailəsi üçün və müzakirə mövzusu olan o biri ayə də, Əhzab surəsinin 33- cü ayəsidir. Bu ayənin axırında, Allah Əhli- beytin pak edilməsinə olan iradəsindən xəbər verir. Tarix boyu bu ...
  • İctihad etmək üçün mənbələrin bir olmasını nəzərə alaraq, bəzi Müctəhidlərin oxşar məsələlərdə nəzər ayrılığının illəti nədir?
    9269 Nizamlar hüquq və əhkam 2011/05/31
    Müctəhidlər arasında fətva və nəzəriyyə vəhdəti bir neçə işdən aslıdır: 1.             İctihad mənbələrinin bir olması. 2.             Elmin ilkin mərhələlərinin birliyi ki, ictihad onlara bağlıdır. 3.             İctihad ...
  • Zamanın keçməsinə diqqət yetirməklə İmam Zaman (əleyhis-salam)-ın zahiri bədən quruluşu necədir?
    7188 Qədim kəlam 2011/10/20
    Həzrət Məhdi (əleyhis-salam) 255-ci hicri-qəməri ilində dünyaya gəlmişdir. Hal-hazırda 1432-ci (miladi 2011) il olduğunu nəzərə alsaq, bu ilin Nimeyi-Şəbanında o həzrətin 1177 yaşı tamam olacaqdır. İmam Zaman (əleyhis-salam) əziz atasının şəhadətindən sonra onun pak cənazəsinə namaz qılarkən camaat onu görmüşdü: buğdayı bir uşaq ...
  • Yəhudilərin sifətlərinin ən çox qeyd olunduğu Quran ayələri hansılardır?
    29294 اهل کتاب 2012/09/24
    Qurani-kərim yəhudilərin tarix, əxlaq, əqidə, sifət və xüsusiyyətlərini elə müfəssəl şəkildə bəyan etmişdir ki, digər ilahi dinlərdən heç birinin tarixini belə vəsf etməmişdir. Yəhudi məsələsinə bu səmavi kitabın bir çox ayələrində geniş yer verilmişdir. Bu ayələrin hər birində Bəni-israilin (yəhudilərin) xüsusiyyət, sifət, adət, davranış və etiqadlarından birinə ...
  • Allahı həm sevmək, həm də Ondan qorxmaq necə mümkün ola bilər?
    10608 Əməli əxlaq 2011/09/12
    Allaha məhəbbətlə əlaqədar qorxu və ümid çox da təəccüblü deyildir. Çünki bu məsələ müəyyən mənada bizim həyatımızın hər bir sahəsində də nəzərə çarpır. Lakin bu o qədər şiddətli aşkardır ki, ondan qafilik. Ən sadə məsələ olan yol getməyimiz də qorxu, ümid və məhəbbət əsasındadır. Çünki müəyyən bir şeyə ümidimiz olmayınca ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168617 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166501 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    121900 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115847 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115001 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96498 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60662 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56534 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49218 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47287 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...