Ətraflı axtarış
Baxanların
9378
İnternetə qoyma tarixi: 2010/04/12
Sualın xülasəsi
Tuhəful- uqul kitabında rəvayət vardır ki, hər bir mənasız işin, icazə verilmədiyini bidirir. Ondan istifadə edərək, nəticə almaq olar ki, bütün səyahət və gəzintilər İslam nəzərində, qadağan edilmişdir?
Sual
Tuhəful- uqul kitabında, İmam Sadiq (ə)- dan nəql olunmuşdur: «إنما حرم الله الصناعة التی حرام هی کلها التی یجیء منها الفساد محضاً نظیر البرابط و المزامیر و الشطرنج و کل ملهو به و الصلبان و الأصنام و ما أشبه ذلک من صناعات الأشربة الحرام و ما یکون منه و فیه الفساد محضاً» yəni o işlər ki, mənasızdır, haram sayılır. Burada mənasız işdən məqsəd nədir ki, haram sayılır? O işlər ki, insan səyahət və gəzinti üçün həyata keçirir haramdırmı?
Qısa cavab

Baxmayaraq ki, hədisin zahiri xüsusiylə də “bütün o işlər ki, mənasızdır” "کل ملهو به" cümləsi hər növ gəzinti və səyahətin haram olmasını çatdırır, lakin Quran ayələrinə və digər rəvayətlərə nəzər saldıqda bu nəticəni əldə etmək olur ki, səyahət və gəzinti barəsində olan İslam nəzəriyyəsi fərqlidir. Bu tərtiblə ki, o gəzintilər ki, onlarda gününü xoş keçirmək və ömrünü o cür keçirmək məqsədi olmasa da belə təyid edilməmişdir. İmanlı bir şəxsiyyətə layiq görülmür.

O səyahətlər ki, İlahi göstərişlərə riayət olunmur, baxmayaraq ki, xeyirxahlıq və kömək üçün olmuşdur dini cəhətdən qadağandır. Amma bu iki ünvandan əlavə, insan həyatında dəyişiklik olmaq üçün olunan gəzintilər nəinki eybi yoxdur, bəlkə bizim dini rəhbərlərimizin buyurduqlarına əsasən, insanın maddi və mənəvi inkişafı, bu cür səyahətlər etməməsi üzündən zərər görəcəkdir. Buna əsasən, şəraiti nəzərə alaraq; misal üçün Allahı yaddan çıxarmamaq, digərlərinin hörmətini saxlamaq təbiəti qorumaq və... insan həyatında səyahət etmək lazım görülür.

Ətreaflı cavab

İlk növbədə, sual olunan rəvayətin sənədinin dəyərini təhlil edib sonra isə səyahət və gəzinti barəsində mütaliə edək:

İxtiyarımızda olan mənbələrə əsasən, ilk kitab ki, bu rəvayəti nəql etmişdir, Həsəb ibni Əli ibni Şöbə Hərraninin yazdığı Tuhəful- uqul kitabıdır. O hicri ilinin dördüncü əsrində və Şeyx Səduqun dövründə yaşamışdır.

Bu kitabın müəllifi bildirir ki, onun vasitəsiylə toplanan bu hədislər, fiqh və əhkam hədisləri deyil bəlkə kitabı əxlaqi baxımdan yazmışdır.[1] Bunun üçün də, rəvayətlərin sənədlərini qeyd etməmiş və yalnız rəvayətin mətnini bəyan etməklə kifayətlənmişdir. Odur ki, sualınızda olan bu rəvayət, hədis elmi baxımından, “mürsəl” və kitabın etibarı baxımından isə onu fiqh və əhkam üçün etibarlı hesab etmək mümkün deyildir. Bunun üçün də onun barəsində təhlil edib Quran ayəsi və digər rəvayətlərlə müqayisə etmək lazımdır.

İndi isə sona qədər bizimlə olun ki, İslam mənbələrinə nəzər salaraq nəticəni sizə məlumat verək:

Geniş bir baxımdan demək olar ki, əgər axirət nemətləri və onun əbədi olmasını yad etsək, dünya həyatına bağlı olan bütün varlıqlar, istər halal istərsə də haram olsun, oyun- oyuncaqdan başqa bir şey deyildir. Quran ayələrindən bir çoxu, bu cür geniş bir mənanı bildirir və dünya və onda olan hər bir şeyin “oyun” və “mənasız” olduğunu bildirir.[2]

Bunun qarşısında və məhdudiyyət daxilində nəzər salınsa bəzi vaxtlar adi “mənasız” işlər yalnız Allahı insanın yadından çıxarır,[3] və...

Lüğət alimləri, “ləhv” sözünün mənası üçün öz kitablarında bir çox mənalarda yer verilmişdirlər.[4]

Digər bir tərəfdən, biz onu Fars dilində “Təfrih” mənasında işlədirik, lakin onun əsl kökü ərəb dilində “fərəh” və sevinmək mənasındadır. Amma İslam mənbələrində, bu mənaları bəyan etmək üçün, digər kəlmələrdən o cümlədən “tənəzzüh”, “təfərroc” və ya “ləhv” kəlmələrindən istifadə olunur və günlərini xoş keçirən insanlar isə “fərihin” ünvanıyla tanıyırlar

Allah- Taala bununla belə ki, Quranda elan edir “fərihin” və günlərini xoç keçirənləri sevmir[5] və ya cəhənnəm əhlinin əzablarının dəlilini dünyada boş yerə xoş gün keçirirdilər bildirir,[6] amma digər bir tərəfdən lüğətdə “fərəh” kəlməsinin əslindən istifadə edərək, imanlı insanlara əmr edir ki, Allahın mənəvi köməkləri sayəsində, xoşhal olsunlar.[7] Şəhidləri vəsf etdikdə bəyan edir ki, onların ixtiyarında qərar verilmiş nemətlərdən istifadə edərək, xoşluq və naz- nemət içindədirlər.[8]

Bütün deyilənlərə və bunun kimiləri onu açıqlayır ki, bu sözlər təqribən yaxın mənaları, o cümlədən “ləhv” “ləb” “ləğv” “təfrih”, “vaxt keçirmək” və... sözlər müxtəlif misdaqları verir.

Bundan əlavə bir şəxs müxtəlif mənalarda onu bəyan etsə belə, ümumi bir məna əldə edə bilməyəcəkdir, çünki onlardan biri İslam nəzərində fərqli hökmlərə şamildir ki, ardıcıllıqla onlara işarə edirik:

  1. Səyahət və gəzinti ki, müqəddəs İslam tərəfindən qadağan olunmuşdur: Bu cür gəzintilər; o cümlədən spirtli içkilər və ya narkotik istifadə etmək və yaxud qumar və musiqili məclislərdə vaxt keçirmək və... ki, hər bir məqsədlə olsa, icazə verilmir. Bu cür yerlərdə heç bir zaman məqsəd vasitənin həyata keçirilməsinə yol verməyəcəkdir. Misal üçün, konsert vermək üçün ki, dini məqamlar qorunmur və onun üçün saysız hesabsız biletlər satılırsa, onun puluyla imkansız və ya zindanda olan insanlara kömək etmək məqsədiylə icra olunur ki, düzgün deyildir. Bu cür yerlərdə hədəfin müqəddəs olması, haram işlərin həyata keçirilməsinə icazə vermir.

Quranda, bu cür işlərdən pərhiz etmək imanlı insanların xüsusiyyətlərindən sayılmışdır.[9]

  1. İnsanların həyat sürmək və güclü ruhiyyəyə sahib olmaq üçün, səyahət və gəzintiyə ehtiyacları vardır. İnsan həyatının bir şəkildə davam etməsi, maddi və hətta mənəvi həyatında, ziyan və çatışmamazlıqlar yaradacaqdır. Bu cür bir şəraitdə, İslam səyahətin əksinə və onunla mübarizə edəcəkdirmi?

İslam mənbələri də, bizi bu nəticəyə gətirir ki, əgər səyahət və gəzinti bir həddə olsa ki, insan Allahı yaddan çıxarmasın və həyatın əsl hədəfindən uzaq düşməsin və o cümlədən bu səyahətində haram işlərə düçar olmasın, nəinki buna qadağan olunmamış bəlkə Quran və rəvayətlərdən istifadə olunur ki, bu cür gəzintilər təyid olunmuş və insan həyatının sağlamlığında olan böyük rolu inkar edilməzdir. İndi isə bəzi şahidləri nəzərinizə çatdırırıq:

2-1: Baxmayaraq ki, çox yerlərdə “ləb” kəlməsi pis və çirkinlik mənasında istifadə olunmuşdur,[10] amma o vaxt ki, Yəqubun (s) övladları ondan istədilər ki, Yusifi (ə) də onlarla gəzməyə göndərsin,[11] bu sualla qarşılaşmadılar ki, gəzinti imanlı şəxslərə layiq deyil, bəlkə öz narahatçılığını Yusifə bir zərər yetiriləcəyi ehtimalını bildirdi[12] və hətta qayıtdıqdan sonra dedilər biz müsabiqə keçirtdik və onu öz əşyalarımızın yanında saxladıq[13] və...Yəqub (ə) onlara etiraz etmədi ki, nə üçün müsabiqə keçirib istirahət etdiniz və...

Bu dastandan nəticə almaq olar ki, müsabiqə və gəzinti, bəyənilməz hesab olunmur.

2-2: İmam Sadiq (ə) Peyğəmbərin kitabından nəql edərək bəyan edir: Hər bir ağıllı insan, həyatındakı fürsətləri üç hissəyə bölməlidir, ondan bir hissəsini ruzi əldə etmək və həyatında ondan istifadə etmək üçün, digər bir hissəsini isə axirəti üçün azuqə toplamağa sərf etməlidir. Üçüncü hissəsini isə sağlam gəzintilərdə ki, haram əməllərə yol verilmir kekirsin; əlbəttə üçüncü hissəyə əməl etmək mömin insana kömək edəcəkdir ki, əvvəlki iki hissəni daha yaxşı şəkildə geridə qoysun.[14] Bu hədis, bunu bildirir ki, nəin ki, gəzintiyə icazə verilmir bəlkə onun müstəhəb bir əməl olduğunu bəyan edir.

2-3: Bəzi rəvayətlərdə, bundan da yüksək mənaya işarə olunaraq, gəzinti və istirahətləri insanların xüsusiyyətlərinə görə müəyyən etmişdir, misal üçün bəyan edir ki, parça toxumaq xeyirxah qadın üçün gözəl bir istirahətdir;[15] və ya digər bir hədisdə yarış atlarını saxlamaq və ox atmaq yarışlarını münasib istirahət olduğunu elan etmişdir.[16]

Bu cür rəvayətlərdən nəticə alırıq, istirahət və səyahət üçün o işləri və istirahətdən əlavə digər faydaları da olsun, nəinki elmin inkişaf etdiyi müasir bir dövrdə ki, bir çox zavodlar və fabriklərin olduğu zamanda, rəvayətdə işarə olunmuş işlər çərçivəsində məhdudiyyət təyin edək.

  1. Haram səyahət və gəzintilərdən əlavə ki, hər bir halda qadağan olunmuşdur, amma icazə və müstəhəb sayılan səyahətlər ki, hədəf nəzərdə tutulmuşdur, bu cür səyahət və gəzintilər ki, mübahdırlar, onlar üçün məhdudiyyət təyin edilmişdirmi?

Öz ətrafımızda bəzi insanlarla qarşılaşırıq ki, bütün və ya ömrünün çox hissəsini mənasız keçirir və bu cür xoç gün və gəzintilərdə olmaq onların bir növ əxlaqi xüsusiyyətləri olmuşdur. Bu cür insanlar üçün bu səyahətlər yüksək məqama yüksəlmək üçün bir vasitə deyildir, bəlkə bu cür səyahətlər onların son məqsədləridir. Bu cür insanlar həyatı belə səyahət və xoş günlərdə görür və ondan üstün bir şey barəsində fikirləşmirlər. Onlar üçün din və dindarlığın bir oyun olduğunu düşünürlər ki, nəticə onlar üçün mənasız yaşamağa yol açır.[17]

Bu cür insanlar heç bir zaman problemlə üzləşməyiblər və hər zaman öz istəklərinə nail olub maddi Allahın nemətlərdən, bəhrələnib, günlərini mənasız puç keçirərlər. Amma əgər həyatlarında çətinliklərlə qaşılaşsalar, ümüdsiz olarlar.[18]

İslam ki, hədəfi olan bir din və insanın həqiqi dəyərini onun mənəviyyatında bilir, bu cür bir əməli təyid edərmi?!

O cür ki, ikinci hissədə bəyan oldu, sağlam səyahət və gəzinti o zaman münasib görülür ki, yalnız insan həyatının bir hissəsini təşkil etmiş və insanın maddi və mənəvi inkişafına kömək etsin. Lakin bu cür gəzinti və səyahətlərə o qədər yer verilməməlidir ki, insan ömrünü tamamıyla əhatə etsin.

İmam Əli (ə) bu barədə buyurur: Bütün ömrünü batil və səyahətlərdə keçirmə ki, nəticə odur axirət evi üçün heç bir azuqə əldə etmirsən.[19]

Yenə buyurur: Mənasız və xoşgün keçirmək, insanı lazımlı işlərdən ayırır.[20]

Bəzi vaxtlar müşahidə edirik ki, bizim dini rəhbərlərimiz, camaatı bu cür işlərdən çəkindirir və nümunə üçün bəyan edirlər ki, İslamda zarafat yoxdur, həmişə dəqiqdir, mənasızlıq, puçluq, oyun yoxdur, həmişə dəqiqdir,[21] dəlil onun haram olması deyil, bəlkə bu böyük şəxsiyyətlərin tövsiyəsi budur ki, gəzinti və səyahətlərdə də məqsəd olmalıdır, bu zaman nəin ki, səyahət və gəzintilər haram və məkruh olmayacaq bəlkə insan həyatı üçün lazımlı hesab olunacaqdır.

Qeyd olunanlara nəzər saldıqda, bu nəticəni əldə edirik ki, hər bir səyahət haram deyil və əgər biz haram iş görməsək, həyatımızda dəyişiklik etmək üçün, səyahət və istirahət edə bilərik.

Lakin aşağıdakı nöqtələri də nəzərdən qaçırmamalıyıq:

  1. Hətta halal səyahət və gəzinti zamanı belə Allahı yaddan çıxarmamalıyıq. Allah Taala imanlı şəxslərə tövsiyə edir var- dövlət və övlad belə Allahı yaddan çıxarmağınıza səbəb olmasın.[22]

Digər bir yerdə buyurur: Həqiqi mömin oşəxsdir ki, ticarət (ki, lazımlı bir işdir) onları Allahı yad etməkdən ayırmasın.[23]

İmam Əli (ə) buyurur: Hər bir şey ki, insanı, Allahı yad etməkdən ayırır, qumarla fərqi yoxdur.[24]

Quranda imanı zəif olan insanların dastanına işarə olunur ki, ticarət və gəzinti əlamətli sözləri eşitdikdə, cümə namazını tərk və Peyğəmbərdən (s) uzaq olurlar. Bu insanlar Allahın tənqidinə məruz qaldılar.[25]

Burada diqqət etmək lazımdır ki, insanların bu cür kəminindən uzaq olasan ki, insan istəklərini nəzərə alaraq, bu kəminə düçar olub İlahi haqq yoldan ayrılacaqdır.[26]

  1. Səyahət və gəzintilərimiz bütün fikirlərimizi özünə məşğul etməsin, o zaman və vaxta kimi ki, istirahət və səyahətimiz sona çatmışdır, zahirdə ibadət və namaza məşğul oluruq lakin fikrimiz hələ də o səyahət aləmində seyr edir; odur ki, Allah insanın istəklərini ki, müxtəlif fikirlə dua edir, ona əta etməyəcəkdir.[27]

İmam Xumeyninin bu barədə və musiqiyə həddən artıq diqqət etməyin mənfi cəhətlərini bəyan edərək bildirir: Bütün diqqət düşüncə musiqi olur. Həqiqi və dəqiq fikir yerini, mənasız fikir tutur. Bir insan lazımdır ki, öz aqibəti barəsində fikirləşsin ki, onun fikrini ondan almışdırlar.[28]

  1. İstirahətlərdə məqsəd olmalıdır; çünki bir iş müxtəlif niyyətlərlə və hökmlərlə olmağa malikdir. Şiələrdən biri İmam Sadiqin (ə) ov barəsində ki, bir növ gəzinti hesab olunur soruşdu. İmam cavabında ovçuları üç hissəyə böldü: Bir dəstəsi ailəsinin ruzisini təmin etmək üçün bu işin ardınca gedirlər. İkinci dəstənin isə işi bundan ibarətdir və bu yolla məişətini təmin edir, üçüncü dəstə isə yalnız xoş gün və istirahət üçün bu işə əl atırlar. Birinci və ikinci dəstə üçün heç bir maneəsi yoxdur, amma imanlı insan fürsət etmir ki, (həftə və günlərini) faydası olmayan ovda gününü keçirsin (başqa cür desək üçüncü dəstədə özünü qərar versin).[29]

Buna əsasən, o ov ki, təbiəti məhv etməkdən başqa digər heç bir faydası yoxdur, (sağlam) düzgün bir gəzinti hesab olunmur. Baxmayaraq ki, müxtəlif hədəflərlə, istirahətdən əlavə gəlir və ruzini də əldə edir. Bu baxışdan, gəzinti məqsədi insanlarda əgər insan sağlamlığı üçün nəzərdə tutulursa, bəyənilmiş bir məqamdır. Lakin imanlı bir insan üçün layiqli deyil vaxtını keçirmək məqsədiylə idman etsin! Digər gəzinti və istirahətlərdə də, insanların fikri budur ki, onun səyahətində icazə və ya qadağan İslam tərəfindəndir.

  1. Hər bir insan öz daxilinə agah olduğu üçün,[30] o özü ən yaxşı vasitədir ki, gəzintisi hansı mövqedədir, həyatında dəyişiklik və digər işləri üçün daha dəqiq olması üçündür və ya ömrünü batil və mənasız keçirmək üçün.
  2. Digər insanlarla gəzinti və vaxt keçirdiyimiz zaman, diqqətli olmalıyıq ki, öz həyəcanlarımızı kontrol və qarşı tərəfin ehtiramını saxlayaq; çünki “ilk növbədə istirahət oyun və onun kimi işlərlə başlayır lakin nəticədə ixtilaf və narahatçılıqla sona yetir”.[31]

Bu yerdə demək olar ki, Tuhəful- uqul kitabında olan rəvayət də bu cür yerlərə işarədir və hər bir istirahət və gəzintini haram bilmir; çünki o rəvayətdə bir cümlə vardır ki, bizim dediklərimizi təyid edir. Rəvayət deyir:

«ما یکون منه و فیه الفساد محضاً»

Nəticə alırıq düzgün istirahətdə müsbət məqsəd və hədəf nəzərdə tutulur və heç bir fəsada yol verilmir.

 


[1] - Hərrani. Həsən ibni Şöbə, Tuhəful- uqul, səh 2- 3 Cameətu- müdərrisin nəşriyyatı, Qum, 1404 hicri qəməri

[2] - Ənam surəsi, ayə 32

«وَ مَا الْحَياةُ الدُّنْيا إِلاَّ لَعِبٌ وَ لَهْوٌ وَ لَلدَّارُ الْآخِرَةُ خَيْرٌ لِلَّذينَ يَتَّقُون‏»

Ənkəbut surəsi, ayə 64, Məhəmməd surəsi, ayə 36, Hədid surəsi, ayə 20

[3] - Loğman surəsi, ayə 6

«وَ مِنَ النَّاسِ مَنْ يَشْتَري لَهْوَ الْحَديثِ لِيُضِلَّ عَنْ سَبيلِ اللَّهِ بِغَيْرِ عِلْم‏»

Cümə surəsi, ayə 11

[4] - İbni Mənzur, lisanul- ərəb, cild 15, səh 259, Daru Sadir, Beyrut, 1404, hocri qəməri

[5] - Qəsəs surəsi, ayə 76

«إِنَّ اللَّهَ لا يُحِبُّ الْفَرِحين‏»

[6] - Ğafir surəsi, ayə 75

«ذلِكُمْ بِما كُنْتُمْ تَفْرَحُونَ فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ وَ بِما كُنْتُمْ تَمْرَحُون‏»

[7] - Yunis surəsi, ayə 58

«قُلْ بِفَضْلِ اللَّهِ وَ بِرَحْمَتِهِ فَبِذلِكَ فَلْيَفْرَحُوا هُوَ خَيْرٌ مِمَّا يَجْمَعُونَ»

[8] - Ali- İmran surəsi, ayə 170

«فَرِحينَ بِما آتاهُمُ اللَّهُ مِنْ فَضْلِه»

[9] - Möminun surəsi, ayə 3

«وَ الَّذينَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِضُونَ»

[10] - Ənbiya surəsi, ayə 2, Zuxruf surəsi, ayə 83, Tur surəsi, ayə 12 və ...

[11] - Yusif surəsi, ayə 12

«أَرْسِلْهُ مَعَنا غَداً يَرْتَعْ وَ يَلْعَب»

[12] - Yusif surəsi, ayə 13

«قالَ إِنِّي لَيَحْزُنُني‏ أَنْ تَذْهَبُوا بِهِ وَ أَخافُ أَنْ يَأْكُلَهُ الذِّئْبُ وَ أَنْتُمْ عَنْهُ غافِلُون»

[13] - Yusif surəsi, ayə 17

«قالُوا يا أَبانا إِنَّا ذَهَبْنا نَسْتَبِقُ وَ تَرَكْنا يُوسُفَ عِنْدَ مَتاعِنا...»

[14] - Kuleyni, Məhəmməd ibni Yəqub, Kafi, cild 5, səh 87, hədis 1. Darul- kitab Əl- İslamiyyə, Tehran, 1365 hicri şəmsi

[15] - Şeyx Səduq, İləluş- şəraye, cild 2, səh 583, hədis 23, Məktəbətud- davəri nəşriyyatı, Qum

[16] - Kuleyni, Məhəmməd ibni Yəqub, Kafi, cild 5, səh 50, hədis 13

[17] - Ənam surəsi, ayə 70

«وَ ذَرِ الَّذينَ اتَّخَذُوا دينَهُمْ لَعِباً وَ لَهْواً وَ غَرَّتْهُمُ الْحَياةُ الدُّنْيا»

Əraf surəsi, ayə 51

[18] - Rum surəsi, ayə 36

«وَ إِذا أَذَقْنَا النَّاسَ رَحْمَةً فَرِحُوا بِها وَ إِنْ تُصِبْهُمْ سَيِّئَةٌ بِما قَدَّمَتْ أَيْديهِمْ إِذا هُمْ يَقْنَطُون»

[19] - Amədi, Əbdulvahid ibni Məhəmməd, Ğurərul- hikəm, səh 461, hədis 10562. Dəftəre təbliğate İslami nəşriyyatı, Qum, 1366 hicri şəmsi

[20] - Həmin, hədis 10550

[21] - Səhifeyi nur, cild 9, səh 454

[22] - Munafiqun surəsi, ayə 9

«يا أَيُّهَا الَّذينَ آمَنُوا لا تُلْهِكُمْ أَمْوالُكُمْ وَ لا أَوْلادُكُمْ عَنْ ذِكْرِ اللَّه»

[23] - Nur surəsi, ayə 37

«رِجالٌ لا تُلْهيهِمْ تِجارَةٌ وَ لا بَيْعٌ عَنْ ذِكْرِ اللَّه‏»

[24] - Şeyx Tusi, Əl- Əmali, səh 336, hədis 681, Darul- səqafə nəşriyyatı, Qum 1414 hicri qəməri

[25] - Cümə surəsi, ayə 11

«وَ إِذا رَأَوْا تِجارَةً أَوْ لَهْواً انْفَضُّوا إِلَيْها وَ تَرَكُوكَ قائِماً قُلْ ما عِنْدَ اللَّهِ خَيْرٌ مِنَ اللَّهْوِ وَ مِنَ التِّجارَةِ وَ اللَّهُ خَيْرُ الرَّازِقين»

[26] - Loğman surəsi, ayə 6

«وَ مِنَ النَّاسِ مَنْ يَشْتَري لَهْوَ الْحَديثِ لِيُضِلَّ عَنْ سَبيلِ اللَّه»

[27] - Kuleyni, Məhəmməd ibni Yəqub, Kafi, cild 2, səh 473, hədis 2.

[28] - Səhifeyi Nur, cild 9, səh 464

[29] - Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 73, səh 356, hədis 22, Əl- vəfa müəssisəsi, Beyrut, 1404 hicri qəməri

[30] - Qiyamət surəsi, ayə 14

«بَلِ الْإِنْسانُ عَلى‏ نَفْسِهِ بَصيرَة»

[31] - Ğurərul- hikəm, səh 461, hədis 10554

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • İran İslam respublikasını hansı təhlükələr təhdid edir?
    6180 Nizamlar (Qurluşlar) 2011/11/24
    Hər hansı bir varlığı təhdid edən təhlükələri tanımaq üçün ilk növbədə onu icad edən səbəbi (illəti-muvcidə), daha sonra isə onun qalıb davam etməsinə səbəb olan amilləri (illəti-mubqiyə) tanımaq lazımdır ki, o varlığın həyatına zəmanət verilmiş olsun. Çünki hər bir varlığa yönələn ...
  • Əgər behişt nemətləri yorucu və bezdirici deyilsə, onda behişt əhli bir ləzzətdən necə əl çəkərək başqası ilə məşğul olurlar?
    6591 Qədim kəlam 2012/06/23
    Belə nəzərə çarpır ki, bu sualın mənşəyi bir növ bu dünyanın xüsusiyyətlərini axirət məsələləri ilə müqayisə etmək və dünyanın nöqsan, eyib, xəstəlik, ölüm, süstlük, xoşagəlməz hadisələr və s. xüsusiyyətlərini meyar qərar verməkdir, halbuki Quran və rəvayətlərə əsasən axirət aləminin xüsusiyyətləri bu dünya ilə uyğun gəlmir.
  • Nə üçün bildirçinin yeyilməsi halaldır?
    10356 پرندگان 2012/05/19
    Şahin kimi yırtıcı olan və caynaqlara sahib quşalar və həmçinin uçan zaman qanadlarını düz tutmaq hərəkət edirtməkdən az olan hər quşun əti haramdır. Həmçinin bütün növ qarğalar, hətta sağsağan ətinin yeyilməsi ehtiyate vacibə əsasən haramdır. Amma qanadlarının hərəkəti düz saxlamasından çox olan hər bir quşun ...
  • İmam Həsən Müctəba (əleyhissalam) kim olub və hansı fəzilətləri olub?
    12606 امام حسن مجتبی ع 2015/05/27
    İmam Həsən (əleyhissalam) , Əli ibn Əbi Talibin oğlu olub, mübarək Ramazan ayının ortasında, hicrətin üçüncü ilində Mədinə şəhərində dünyaya göz açmışdır. 37 yaşında O Həzrətlə İmam Əlinin canişini kimi ikinci İmam olaraq beyət olunmuşdur. İmam Həsənin (əleyhissalam) imamət müddəti on il, altı ay üç gün çəkmişdir. ...
  • Bir neçə mətləb Buxarinin həyatından açıqlayın.
    8288 تاريخ بزرگان 2011/05/05
    Əbu Əbdullah, Məhəmməd ibni İsmayıl ibni Muğəyrə ibni Bərdəziyyə, Cofi əl- Buxari, Əhli sünnətin tanınmış hədis alimlərindəndir. O hicrət ilinin 194- cü ilində Buxara şəhərinin kəndlərindən olan "Xərtəng" kəndində dünyaya gəlmiş və həmin uşaqlıq dövründə, atasını itirmişdir. Güclü yaddaşa malik olmuş və uşaqlıq dövründən hədisləri toplayıb saxlamağa səy etmişdir.
  • Nə üçün Quran ayə-ayə nazil olmuşdur? Hansı surələr bir dəfəyə və bir yerdə Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə nazil olmuşdur?
    14331 Quran elmləri 2011/11/24
    Quran iki cür: bir dəfəyə və tədrici (ayə-ayə və surə-surə) nazil olmuşdur. Tədrici nazil olma səbəbi ilə əlaqədar müxtəlif dəlillər qeyd olunmuşdur. O cümlədən: 1. Bu iş Peyğəmbər (səlləllahu əleyhi və alih)-in qəlbini ...
  • Şiə məzhəbinin əsas firqələrinin sayını neçədir?
    14351 Qədim kəlam 2011/09/10
    "Şiə" kəlməsi lüğətdə "davamçı" və "yavər" mənasını daşıyır, habelə "bir əqidə və dinə malik olmaq" mənasında da işlədilmişdir. Müsəlmanların arasında geniş yayılmış dini terminalogiyada isə bu kəlmə Həzrət Əli (ə)-ın ardıcılları barəsinə işlədilmiş və onlarla xüsusi bir bağlılıq kəsb etmişdir. Həzrət Əli (ə)-ın ardıcılları barəsində də aşağıdakı müxtəlif mənalarda işlədilmışdir: Həzrət Əli (ə)-ı ...
  • Nə üçün bəzi jele və kisellər haran və ya haladırlar?
    12375 Nizamlar hüquq və əhkam 2011/05/31
    Kiselin müxtəlif növü vardır ki, onların bəziləri halal və bəziləri isə haramdır. Bunun səbəbləri isə onun tərkibidir. Əgər jelenin və kiselin tərkib hissəsi bitkilərdən və bəzi kimyəvi maddələrdən hazırlanıbsa, onun xarici və daxili pak olmaqla yanaşı yeyilməsi və istifadəsi halaldır. Bundan əlavə kiselin və jelenin tərkibinə əti halal olan heyvanın ...
  • Aya zahirdə olan bərabərlik və xüsusiyyətlər misal üçün bədən və yaş cəhətindən dostluqda şərtdir?
    7555 Əməli əxlaq 2012/04/18
    İslamda dost tapmaq üçün ilk mərhələdə lazım və mühüm olan, onun zahiri və madi xüsusiyyətləri deyil, bəlkə mənəvi xüsusiyyətləri daha çox əhəmiyyət daşıyır; baxmayaraq ki, bəzi maddi və zahiri xüsusiyyətlərinə də rəvayət etmək lazımdır; misal üçün o şəxslə dostluq etmə ki, insanı cəmiyyətdə bəzi töhmətlərlə qarşı- qarşıya ...
  • Öhdəsində xüms olan şəxs hal- hazırda onların xümsünü verməyə imkanı yoxdur. Bu şəxs nə etməlidir?
    6615 Xumsun hesablanması və onun ödənmə qaydası 2013/02/03
    Ümumiyyətlə xüms ili çatmış şəxs malının xümsünü vermədən öz malındaan istifadə edə bilməz. Əgər xümsü verməzdən əvvəl həmin maldan istifadə edərsə həmin miqdar xümsə zamindir. Və əgər xümsü bir dəfəyə ödəyə bilmirsə öz məhəlləsində və yaxud tanıdığı yerin təqlid etdiyi qanuni mərcə təqlidin nümayəndəsindən bu barədə şəriətin ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168782 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166612 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    122025 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115921 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115152 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96603 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    60931 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56644 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49378 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47379 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...