Ətraflı axtarış
Baxanların
7729
İnternetə qoyma tarixi: 2010/04/25
Sualın xülasəsi
Əhli- sünnə qardaşların xilafətin siyasi və İmamətin dini vəzifə olmalarını bilib və İmamların (ə) İmaməti ilə heşb bir problemlərinin olmamasının sualının cavabı nədir?
Sual
Əhli- sünnə qardaşların xilafətin siyasi və İmamətin dini vəzifə olmalarını bilib və İmamların (ə) İmaməti ilə heşb bir problemlərinin olmamasının sualının cavabı nədir?
Qısa cavab

Əhli- sünnə siyasi rəhbərlik üçün Əbu Bəkri və digər xəlifələri və onların bir dəstəsi İmam Əli (ə)- ın elmi və mənəvi rəhbərliyə layiq bilsələr də, lakin şiənin nəzərindən İmamət və xilafət arasındakı bu ayrı salma, düzgün bir düşüncə ola bilməz.

Şiə İmaməti xüsusi bir mənada qəbul edir və İmamətin nübüvvətin davamı olması və İmamın Peyğəmbərin bütün vəzifələrinə (vəhyin nazil olmasından başqa) sahib olması fikrindədir. Yəni Peyğəmbərə (s) lazım olan hər şeyin, İmama da lazım olduğuna inanır. Buna əsasən, Peyğəmbər (s) üçün dini mərcəlikdən siyasi rəhbərliyi ayırmağın düzgün məntiqə malik olmadığı kimi, İmam üçün də belə bir ayrı salma düzgün nəzərə gəlmir.

Ətreaflı cavab

Əvvəlcə xatırlatmalıyıq ki, Əhli- sünnə siyasi rəhbərlik üçün Əbu Bəkri və digər xəlifələri və onların bir dəstəsi İmam Əlini (ə) elmi və mənəvi rəhbərliyə layiq bilsələr də, lakin şiənin nəzərində xilafət və İmamət arasındakı bu ayrılıq düzgün bir düşüncə ola bilməz.

Onlar Əhli- sünnənin bəyəndiyi yozumu açıqlamaq üçün, siyasi rəhbərliyin mənəvi rəhbərlikdən fərqli olduğunu dedilər. Yəni bu iki məsələnin bir- birindən aydı olduğunu qəbul edib və elmi cəhətdən hamıdan üstün olan İmam Əli (ə) kimi bir şəxsin siyasi rəhbərliyi öhdəsinə almasının zəruri olmadığını dedilər.

Əlbəttə, elmi və mənəvi dərəcələr barəsində də, Əli (ə) ın mövqeyini üstün bilsələr də, lakin şiənin O Həzrət və digər İmamlar (ə) haqqında inandığı üstün mənəvi dərəcələrin çoxunu çox vaxt qəbul etmirlər. Xüsusilə ismət və batini dərəcələr. Yalnız Əhli- sünnənin az bir hissəsi irfanın uca dərəcələrini xüsusi ilə Həzrət Əli (ə) üçün qəbul edirlər.

Amma diqqət etmək lazımdır ki, şiənin nəzərində İmamətin xüsusi mənası var. Şiə İmamətin nübüvvətin davamı olmasına və həqiqətdə İmamın nübüvvətin bütün şərtlərinə (vəhyin nazil olması istisna olmaqla) malik olmasına inanır. Şiə deyir: Peyğəmbərə (s) lazım olan hər şey, İmama da lazımdır. Məsələn əgər Peyğəmbərin vəzifəsi müsəlmanların işlərini islah etməkdirsə, İmam da bu işləri icra etməlidir. Hidayət bütün sahələrində Peyğəmbərin öhdəsindədir. Ona görə də, O Həzrət bütün sahələrdə məsum olmalıdır. İmamın da öhdəsində həmin vəzifələr olduğuna görə, İmam da məsum olmalıdır. Beləliklə, əgər Peyğəmbərə siyasi məsələlərə dini məsələlərə dəxalət edib və İmamları təkamülə yetirmək lazımdırsa, Peyğəmbərdən (s) sonra gələn İmama da belə bir şey lazımdır. Camaatın bu sahələrin hamısında, istər dini və istərsə də siyasi, hidayətə ehtiyacları var. Başqa sözlə, camaat məsuma təkcə mənəvi məsələlər sahəsində ehtiyaclı deyildirlər, əksinə İslami bir cəmiyyət o zaman yaranışın hədəfində yetişə bilər ki, İslam hakimi ən yaxşı yolu hətta siyasi cəhətdən müsəlmanlara təqdim edə bilsin. Belə bir şey yalnız məsum İmamın isməti ilə mümkündür.

Deməli müsəlmanların belə bir rəhbərə ehtiyacı, Peyğəmbərin (s) zamanı ilə məhdud deyil. İnsanların düzgün və hər tərəfli hidayətə ehtiyacı da, Peyğəmbərin (s) zamanına məxsus olmayıb və siyasi, dini və... bütün sahələrdə daha bilikli olan şəxs də olubdur. Bu izahla inana bilərik ki, bu sahələrin idarəsi daha aşağı bir insanın ixtiyarında qərarlaşsın.

Bir məsələni də xatırlatmaq zəruridir ki, dini hökumətdə onun düzgün mənasında, o hökumətdir ki, cəmiyyəti İlahi qanunlar əsasında idarə edib və istedadların inkişafının şəraitini, insanların təkamülə yetişmələrinin imkanlarını, camaat üçün layiqli və ideal bir cəmiyyət hazırlasın və əxlaqi, ictimai və... fəsadlarla mübarizə aparsın.

Quranın baxışında, siyasi və ictimai işlərlə məğul olmaq, cəmiyyətin işlərini islah etmək və ədalətli əlaqələr qurmaq, Peyğəmbərliyin hədəflərindən və dinin əsas təlimlərindəndir ki, ayələrin bəzisi məsələni təsdiqləyirlər.[1]

Həmçinin hər fərəfli maddi, mənəvi, dünyəvi, və axirət hakimiyyətini, vilayətin və rəhbərliyini Allaha, Peyğəmbərə və onun xüsusi övliyalarına[2] məxsus etmək və Peyğəmbər (s), İmamlar (ə) və onların tərəfindən təyin olunmuşlar[3] üçün siyasi və ictimai İmamət və rəhbərliyi isbat etmək, dinin siyasətdən ayrı olmasının sübutlarındandır.

Bu məsələləri qeyd etməklə, siyasət sahəsini dindarlıqdan ayırmağın mümkün olmaması aydın olur. Bu ayrılıq mümkün olmadığına görə, həm dində və həm də siyasətdə öz zamanında camaatın ən kamil və layiqlisinin müsəlanlara rəhbər olması lazımdır. Əlbəttə, kimin bu şərtlərə malik olması öz yerində müzakirə olubdur. Biz mövcud sübutlara əsasən, məsum İmamların təkcə öz zamanlarının ən üstün şəxsləri olmasına deyil, hətta Allahın onları insanların hər tərəfli hidayəti üçün əlamət, höccət və dəlil qərar verdiyi yaranışın cövhəri olmalarına inanırıq.

Bu barədə çox məlumat əldə etmək üçün aşağıdakı cavablara baxın:

Sual 321 (sayt: 2707)

Sual 13797 (sayt: az13634)

 


[1] - Hədid surəsi, ayə 25

«لَقَدْ أَرْسَلْنا رُسُلَنا بِالْبَيِّناتِ وَ أَنْزَلْنا مَعَهُمُ الْكِتابَ وَ الْمِيزانَ لِيَقُومَ النَّاسُ بِالْقِسْطِ وَ أَنْزَلْنَا الْحَدِيدَ فِيهِ بَأْسٌ شَدِيدٌ وَ مَنافِعُ لِلنَّاسِ»

Nəhl surəsi, ayə 36

«وَ لَقَدْ بَعَثْنا فِي كُلِّ أُمَّةٍ رَسُولاً أَنِ اعْبُدُوا اللَّهَ وَ اجْتَنِبُوا الطَّاغُوتَ»

[2] - Maidə surəsi, ayə 55

«إِنَّما وَلِيُّكُمُ اللَّهُ وَ رَسُولُهُ وَ الَّذِينَ آمَنُوا الَّذِينَ يُقِيمُونَ الصَّلاةَ وَ يُؤْتُونَ الزَّكاةَ وَ هُمْ راكِعُونَ»

[3] - Nisa surəsi, ayə 58

«إِنَّ اللَّهَ يَأْمُرُكُمْ أَنْ تُؤَدُّوا الْأَماناتِ إِلي‏ أَهْلِها وَ إِذا حَكَمْتُمْ بَيْنَ النَّاسِ أَنْ تَحْكُمُوا بِالْعَدْلِ...»

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Aya bu nəzəriyyə doğrudur ki, Kafi kitabında səhih hədislər azdır?
    7835 Hədis nəql edənlər 2012/01/08
    Kuleyni hədisi təyin etmək üçün gətirdiyi nümunələrin açıqlaması o hədislər barəsindədir ki, bir- birinin əksinə olunsun; nəin ki, bütün düzgün hədisləri təyin etmək üçün bu üç yoldan və qanundan istifadə olunsun yəni Quranla müvafiq, sünni məzhəbinin əksi və ixtiyarı olsun; bəlkə nişanələr bunlardan daha çoxdur. Kuleynidən sonra ...
  • Aya həzrət Məhdi (ə. c.) təzə din və Qurandan başqa bir kitab gətirəcəkdirmi?
    6586 Qədim kəlam 2011/10/13
    Bildiyimiz kimi İslam dini Allah tərəfindən və bütün səmavi dinləri kamil edən bir din kimi Peyğəmbərə (ə) nazil olmuş və qiyamət gününə kimi sabit və dəyişilməzdir. Bütün İlahi övliyaları və məsum imamların vəzifəsi bundan ibarətdir ki, onu hifz edib və onu insanlar arasında nəşr etsinlər. O cür ki, həzrət Əli ...
  • Нәјә ҝөрә Әһли-Бејти (әлејһимуссалам) бир нечә нәфәрә нисбәт верирсиниз?
    7731 Qədim kəlam 2010/11/22
    “Әһли-Бејт” термининин он дөрд Мәсума (әлејһимуссалам) нисбәт верилмәси бәшәрин вә ади инсаларын нәзәријјәси дејилдир. Белә бир инһисар Тәтһир ајәсиндәки илаһи кәламдан вә Ислам Пејғәмбәринин (сәлләллаһу әләјһи вә алиһи вә сәлләм) рәвајәтләриндән әлә ҝәлир. ...
  • qadın xanəndəsinin səsini eştiməyin nə hökmü var?
    7226 Əhkam və hüquq fəlsəfəsi 2015/06/29
    Bu sual haqqında əvvəlcədən qeyd etməliyik ki, qadın insanı vəcdə gətirən və adi halətindən çıxaran xanəndəçiliklə məşğul olmamalıdır. Bütün fəqihlər yekdilliklə istər örpəkdə olsun, istərsə də başı açıq belə bir əməlin qadın üçün haram olmasına fətva veriblər. Amma, qadının ğina və həyəcansız xanəndəlik etməsi haqqında alimlər arasında ...
  • Илаһи истәклә инсанын истәји арасында нә әлагә вар?
    7619 Qədim kəlam 2010/06/13
    Инсан мүмүкүн мөвҹуд олмагла јанашы өз варлығыны тамамилә Аллаһ-тааладан алыр вә Аллаһ-таала өз тәквини (сабит) гануну илә инсаны мүхтар вә ирадә саһиби кими јаратмышдыр. Бу үстүнлүклә дә инсан бүтүн варлаглара үстүн гәрар верилмишдир. Беләликлә, инсан ...
  • Şeyx Tusi (rh)- nin iqtisad kitabı hansı mövzuları əhatə edir?
    10276 تاريخ بزرگان 2012/06/13
    Şeyx Əbu Cəfər Məhəmməd bin Əl- Həsənul- Tusi (rh) Şeyx Tusi ilə məşhur olan İmamiyyə şiəsinin görkəmli fəqih, usulçu, təfsirçi, kəlamçı və hədisçisi, İslam və İranın elmi fəxrlərinin ən böyüklərindən biridir ki, elminin müxtəlif sahələrində kitab yazıbdır ki, o elmlərdən biri, kəlam elmidir. O bu sahədə ...
  • Haram yeməyi meyl etməyin hökmü nədir?
    8293 Nizamlar hüquq və əhkam 2011/10/13
    Əgər bir şəxs yemək yedikdən sonra, bilsə ki, yediyi yemək haram yeməkdir və ehtimal verməmişdir ki, haramdır bəlkə halal olmasının nişanələrini hiss etmişdir, misal üçün bir müsəlmandan almışdır ki, günah iş görməmişdir. Amma əgər yemək barəsində şəkk edibdirsə misal üçün müsəlman olmayan bir şəxsdən almışdır, belə bir halda təhqiq etməli ...
  • Kovsər hovuzu nədir?
    11181 Təfsir 2010/10/03
    "Kövsər" çoxlu xeyir mənasındadır. Onun üçün çoxlu dəlil və faktlar qeyd etmək olar. Məsələn: Kövsər arxı və hovuzu, şəfaət, nübüvvət, hikmət, elm, çoxlu nəsl, çoxlu zürriyyə və sair.Kövsərin iki mənası var, biri dünyaya aid (Fatimeyi- Zəhra (s), o biri isə axirətə (kövsər hovuzu)- na aiddir. Kövsər hovuzu, Behiştdə ləzzətli ...
  • Quranda burucdan məqsəd nədir?
    15664 Təfsir 2012/02/15
    "Buruc" kəlməsi gələn ayələrin zahiri mənası budur ki, Allah buyurur: "Biz səmada (hansı ki, yerin yuxarı tərəfindən ibarətdir) günəş və ayın mənzilləri olan bürc və qəsrlər qərar verdik və ona baxanlar üçün zinətlə bəzədik və zinət ulduzlardır.Bu kəlmə həm hasarlı və möhkəm bürc və qalalar olan qədimi ...
  • Bir qadının qanun çərçivəsində ərinin qarşısında olan vəzifəsini açıqlayın və deyin ki, kişi hansı işlərdə qadını məğlub edə bilər.
    18734 Nizamlar hüquq və əhkam 2011/06/27
    Möhkəm bir ailə həyatı davamlı və minnətsiz məhəbbətdən, dostluqdan, geniş təşəkkürdən, bir- birlərinə səmimi rəftardan və bir- birlərinin hüququna riayət etməkdən ibarətdir. Müqəddəs İslam dini ailələri kiçik bir ictimaiyyət sayaraq onların möhkəm və davamlı olması üçün hər iki tərəf üçün müəyyən qanunlar nəzərdə tutulmuşdur. Çünki, Allah Taala bütün hüquqlar üçün ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    165532 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165128 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120182 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    114476 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    112099 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94616 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    55653 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55123 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46781 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46189 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...