Ətraflı axtarış
Baxanların
8880
İnternetə qoyma tarixi: 2012/03/11
Sualın xülasəsi
Fiqhi hökmlərin fəlsəfəsi haqqında sual etmək olarmı?
Sual
Mən eşitmişəm ki, fiqhi hökmələrin səbəbləri haqqında sual etməzlər. Məcbur bu cümlənin özü bu mövzuda sənəd deyilmi? Nəyə görə şəriət hökümndə nə üçün yoxdur? Siz bunu qəbul edirsiniz ki, şəri hökmlərdə səbəb soruşulmasın?
Qısa cavab
Bu sualın cavabı aşağadakı mövzuda cavablınır;
1.İlahi hökmlərin həmişə məsləhətlər və fəsadları nəzərə almaqla olduğuna görə heç vaxt hansısa hökm heç bir səbəb olmadan halal və ya haram və vacib ola bilməz. Heç də belə deiyl ki, ilahi hökmlər heç bir meyar və hikmət olmadan bəşəriyyətə gəlmiş olsun və o hökmlərin səbəbləri haqqında sual olmasın.
2.Qeyd etmək lazımdır ki, ayə və rəvayətlərdə küllü və cüzü olaraq, bəzi şəri hökmlərin səbəb və hikmətləri haqqında açıqlamalar verilmişdir. Bəzi məqamlarda isə ələ gətirdiyimiz meyarlar əsasında bir çox şəri hökmlərin hikməti və fəlsəfəsi haqqında məlumat əldə edə bilərik.
3.Bir məsələni də bilmək lazımdır ki, əgər hansısa bir şəri məsələdə onun hikməti haqqında bir şey deiylmirsə, bu deyilməməyin özü insan üçün xüsusi bir hikmətdir və əslində bu məqamda hansısa məsləhətlərə görə insanın şəri hökmlər müqabilində, Allaha olan bəndəçiliyi  və ruhunda olan təslimçilik yoxlanılır.
4.İsanın əqli məhdud olduğuna görə bütün şəri hökmlərin cüzi və külli hikmətəlrinə agahlığı qeyri-mümkündür. Bu mənada əgər insanın əqli hansısa şəri hökmün cüziyyatına və bəzən küliyyatına çatmırsa, bu heç də o mənada deiyl ki, ilahi hökmlər hansısa mənada naqidsir və onda hikmət yoxdur. Çüniki, Allahın elm və hikməti tələb edir ki, heç bir fərman və şəri hökm bəndələrinin məsləhəti nəzərə alınmadan verilmiş olsun. Çünki, belə olan surətdə insalar həmişə ilahi göstərişlərdən şübhəsiz olaraq itaət edəcəklər.
 
Ətreaflı cavab
Verilmiş suala bir neçə nöqtəni qeyd etməklə cavab vermək olar:
1.Bütün ilahi hökmlər hansısa məsləhətlər və fəsadları nəzərə almaq üzrədir. Biz qəbul etmirik ki, hansısa şəri hökm səbəsiz ola bilər. Belə ki, heç vaxt hansısa hökm heç bir səbəb olmadan, halal və ya haram və vacib ola bilməz. Həmçinin, hər bir hökmün cəza və mükafatı da vardır. Öz etiqad və əqidələrini tövhid üzrə möhkəmləndirən hər bir fərd öz-özlüyündə yəqinliyi var ki, qanun təyin edən İslamdır. Yəni, Allah-Taala, sonsuz elm və hikmət sahibi olmaqla bərabər mütləq olaraq ehtiyacsızdır. Bu mənada iman sahibi olan heç vaxt şəkk və şübhə etməz ki, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) vasitəsi ilə bizə çatan bütün İslam hökmləri və göstərişləri heç vaxt məsləhət və fəsadları nəzərə almadan vəhy vasitəsi ilə nazil olmuş olsun. Çünki, Allah-Taalanın elmi və hikməti tələb edir ki, bəndələrində verdiyi qanun və hökmlərdə heç vaxt onların məsləhət və fəsadları nəzəra alınmadan verilmiş olsun. Belə etiqadlı insanlar həmişə Allahın onlara verdiyi göstəriş və hökmlər ardıncadırlar. İlahi hökmlərin hikmətlərinin məlum olub-olmaması onların ruhiyyələrində heç bir mənfi təsir qoymur.
İmam Rza (əleyhissalam) buyurur: “Həqiqətən, belə dərk etmişik ki, Allah-Taalanın bəndələri üçün buyurduğu hər bir halal şeydə onların səlah və faydaları vardır. Əslində bəndələrin ona ehtiyacı var və o hökmdən ehtiyacsız deyillər. Həmçinin, Allah-taalanın bəndələri üçün haram buyurduğu hər bir şeydə bəndələrin əslində ona ehtiyacı yoxdur və bəlkdə əgər bəndə ona tərəf getsə, onun özünün məhv və həlak olmasına səbəb olacaq.”[1]
2. Baxmayaraq ki, insan əqli məhdud olmasına görə bütün ilahi hökmlərin məsləhət və fəsadlardan qorunmaq üçün olan hikmətlərinə agah ola bilməz. Amma, qeyd etmək lazımdır ki, bir çox ayə və rəvayətlərda bəzi əhkamların küllü və cüzi də olsa hikmət və səbəblərinə işarələr olmuşdur. Bəzən isə müxtəlif meyarlar əsasında bəzi hökmlərin fəlsəfəsini də ələ gətirmək olar. Məsələn, İləluş-şəraye kitabında mərhum Şeyx Səduq şəriyət hökmlərinin hikmət və fəlsəfəsi haqqında çox qeydlər gətirmiş və bu mövzda çox rəvayətlər cəm etmişdir.
Nümunə üçün ilahi vacib hökmlərdən ən mühümünün namaz olmasını nəzərə alaraq, namazın  bəzi fəlsəfə və hikmətlərinə işarə edirik. Bilidiymiz kimi Allah-Taala insanı bihudə xəlq etməmiş və insan ilk yaradılışdan ilahi kamala yetişmək arzusunda olur. Buna görə də bu kamala yetişməkdən ötrü müəyyən yol lazımdır. Bu yol, yalnız Allah-Taalaya itaət və bəndəçilik yolu vasitəsi ilə yetişmək olar. O da qəflət müqabilində olan agahlığ, huşyarlıq itaət və ibadətsiz mümükün deyildir. Qəflət, insanı Allaha-yaxınlaşdırmaqdan və kamala yetişməkdən saxlayır və nəfsin islahına mane olur. Necə ki, Əmirəl-möminin Əli (əleyhissalam) buyurur: “Qəflətdə olmaq, insanın ruh və canının zəlalətə düşməsidir və bütün bədbəxtçiliklərin qapısıdır.”[2] Belə bir qəflətin aradan getməsinin ən mühüm yollarından biri insanın beş vaxtda namaz qılmasıdır.[3] Ona görə də namazın nə mühüm təsirlərindən biri insanın ən böyük günahlardan və xoşagəlməz işlərdən uzaq düşməsidir. Quranda oxuyuruq: “(Ya Rəsulum!) Qur’anda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər.”[4]
3.Əgər hansısa şəri hökmün bəyanında, Allah-taala onun hikmətinə işarə etməyibsə, bunun özünün hikməti vardır. Məsələn, belə açıqlamanın olmamasının səbəblərindən biri budur ki, Allah-Taala insanda bəndəçilik və Allah-Taalaya qeydsiz şərtsiz tabe olmaq ruhiyyəsini möhkəmlətsin. Əgər kimsə Allah-Taalaya xalis bəndəçilik etmək istayirsə və ilahi kamala yetişmək istəyirsə, məgər sübh namazının nəyə görə iki rəkət olması və ya zöhr namazının nəyə görə dörd rəkət olması onunçün nə qədər mühümdür?!  Namazın neçə rəkət olması onun bəndəçilyinə xələl gətirirmi? Baxmayaraq ki, həmin namazın neçə rəkət olmasının özünün hikməti var amma, bu səbəbin ən böyük hikmətlərindən biri budur ki. Allah-taala insanın bənçəlik ruhunu imtahan edir ki, insan belə imtahanlarla ruhi cəhətdən inkişaf edir və bəndəçiliyi möhkəmlənir. Yəni, insan öz Allahının həkim və hikmət sahibi olmasına qəti yəqinliyi vardır və bilir ki, Allah-Taala heç vaxt bihudə hökm verməz. Mən, Onun müqabilində tam olaraq təslim oluram və bu əməlləri yerinə yetirməklə sübh namazının iki və zöhr namazının dörd  rəkat olmasından asılı olmayaraq, Allaha bəndəçilik edirəm.
4.Sonda bir məsələni də bilmək zəruridir ki, dini hökmlər və qanunlar elə bir nüsxədirlər ki, ilahi peyğəmbərlər və rəhbərlər Allah-Taala tərəfindən bu hökmləri bəşəriyyətin səadət və xoşbəxtliyinə görə və onların hər cəhətdən təmin olunmasına xatir yer üzünə gətirirlər. Əgər bu arada kimsə, bu hökmlərin bəzilərinin fəlsəfə və hikmətinə əli çatmasa, heç də icazə verilmir ki, belə qanunları naqis hesab edib rədd etsinlər. İnsan hər şeyi özünün naqis düşüncəsi və ağlı ilə ölçməli deyildir. Nümunə üçün demək olar ki, əgər bir nəfər xəstə müalicə üçün həkimə müraciət edərsə və həkim ona dərdinə uyuğun dərman yazarsa, xəstə həkimi suala tutmalıdır ki, nəyə görə mənə məhz bu dərmanı yazmısan?! Və ya əgər xəstə həkimin yazdığı dərmanın hikmətindən xəbəri olmasa və o dərmanları istifadə etsə, dərmanların təsiri aradan gedəcək ya öz təsirini xəstədə qoymayacaqmı?
Bəs, bütün bu deyilənləri nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, insan özünün düşüncə və ağlı kəsən dairədə ilahi hökmlərin hikmət və fəlsəfəsindən sual edib maraqlana bilər. Bizim hər bir şeydən sual etməyə haqqımız olan halda, heç də intizarımız olmalı deyil ki, bu naqis bəşər ağlımızla şəriətin bütün hökmlərinin fəlsəfəsindən və  cüziyyatından xəbərdar olmalıyıq. Çünki, bu şəriət hökmləri elə bir mənbədən sərçeşmə alıb ki, bəşərin bütün elm və biliyin onun elm və biliyinin müqabilindən okean müqabilindnə bir damla da hesab olunmur. Ümumiyyətlə, bəşər elminin məlumatlarının bilmədiklərinə nisbətdə müqayisəsində heç olması bütün dünya alimləri tərəfindən tam olaraq etiraf olunmuşdur.
Daha çox məlumat almaq üçün: Şəri hökmlərin fəlsəfi və hikmət mənəbələri” mövzusuna müraciət edin.
 

[1] Һүрр Амули, Мәһәммәд ибн Һәсән ибн Әли, Вәсаил шиә, ҹ.25; сәһ.51; һәдис-31146; Мүәссисеји Алул-Бејт (әлејһимуссалам), Гум, биринҹи чап, 1409 һ.гәмәри или
[2] АғаҸәмаләддин Хонсари, Шәрһ Ғүрәрүл-һикәм, ҹ.1; сәһ.369; Теһран универистети, биринҹи чап, 1366 шәмси или
[3] Вәсаил шиә, ҹ.4; сәһ.14-15
[4] Әнкәбут сурәси 45
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Tənbəlliyi aradan qaldırmaq üçün dua varmı?
    10370 Əməli əxlaq 2012/02/13
    O işlərdən ki, dini təlimlərdə onlardan çəkindirilib, ərinmək və tənbəllikdir və İmamlar (ə) Allaha bu bəyənilməyən xislətdən pənah aparırlar.Bu barədə İmamlar (ə)- dan çatmış dualardan bəziləri bunlardan ibarətdir:1.             Müsədə Sədəqənin övladı deyir: İmam Sadiq (ə)- dan böyük ...
  • Başqa planetlərdə yaşamaq olarmı?
    7505 Nizamlar hüquq və əhkam 2011/05/05
    Başqa planetdə yaşamaq sualı iki cəhətdən araşdırıla bilər: 1). Görəsən bağqa planetlərdə yaşayış varmı? Biz onun nişanələrin görə bilirikmi? Görəsən başqa planetlərdə yaşamaq imkanı insanlar üçün realdırmı? İnsan o yerlərə gedib çıxa bilərmi?. Bu suallara cavab vermək bizim deyil, əksinə astronomların və ...
  • İslam nöqtey- nəzərində təbliğin meyar və metodları nədir? Klassik (sünnəti) metodlardan istifadə etmək vacibdirmi?
    8397 Əməli əxlaq 2012/03/11
    Dini cəhətdən təbliğ və rabitələr əxlaq üzərində qurulmalıdır. İslam təlimlərində bu barədə çoxlu tövsiyələr edilmişdir ki, hədəfə çatmaq üçün bu metodları bizim ixtiyarımıza buraxmışdır. Baxmayaraq ki, peyğəmbər və İlahi övliyalar öz zamanlarına uyğun. Adi və klassik təbliğ metodlarından istifadə etmişlər, amma bu nöqtəyə diqqət etmək lazımdır ki, ...
  • Şiə kitablarında gələn rəvayətlərdə bəzən oruc halında cinsi əlaqədə olmağın orucu batil etməməsi haqqında məsələ var. Bunun haqqında nə deyə bilərsiz?
    7428 Cənabət 2015/05/28
    Soruşulan mövzu haqqında onu demək olar ki, həqiqətən də Şeyx Hürr Amili özünün Vəsil-Şiə kitabında "məni (sperma) gəlmədən arxadan oruc qadınla əlaqədə olmağın hökmü" adı bir fəsl açmış və bəzi rəvayətləri nəql etmişdir. Bu fəsldə Şeyx Tusidin üç rəvayət nəql etmişdir ki, onlardan birində kişinin öz qadını ...
  • İmamlara nisbət verilən şəkillərin şərii hökmü nədir?
    10473 Nizamlar hüquq və əhkam 2011/05/05
    Aşağıda təqlid mərcələrinin cavabı belə gəlibdir: Həzrət Ayətullahul- üzma Xamineyi: Bu işin öz- özlüyündə şərii cəhətdən iradı yoxdur. Bu şərtlə ki, ürfdə hörmətsizlik sayılan və İmamların şəni ilə ziddiyyətçiliyi olmayan işlərlə olmasın.[1] Həzrət Ayətullahul- üzma Safi Gülpayqani: Ümumiyyətlə onları divara vurmamaq, o həzrətlərin şəninə ...
  • Həzrət Abbas su gətirən zaman nə mədhi oxuyurdu?
    8410 Dahilərin sirəsi 2011/12/25
    Keçmiş zamanlarda doyüşlərdən öncə öz doyüşçülərini ruhlandırmaq üçün müxtəlif şüarlar və mədhlər (təriflər) söyləyirdilər. İmam Hüseyn və onun yavərləri də aşura günü bir çox əzici və məna dolu şüar və mədhlər söyləmişlər. O cümlədən Həzrət Hüseynin (ə) böyük qardaşı həzrət Əbulfəz Abbasın da aşura günü müxtəlif vaxtlarda ...
  • qadın xanəndəsinin səsini eştiməyin nə hökmü var?
    7894 کلیات 2015/06/29
    Bu sual haqqında əvvəlcədən qeyd etməliyik ki, qadın insanı vəcdə gətirən və adi halətindən çıxaran xanəndəçiliklə məşğul olmamalıdır. Bütün fəqihlər yekdilliklə istər örpəkdə olsun, istərsə də başı açıq belə bir əməlin qadın üçün haram olmasına fətva veriblər. Amma, qadının ğina və həyəcansız xanəndəlik etməsi haqqında alimlər arasında ...
  • Allahın Məknun və Mustəəsər adlarından məqsəd nədir?
    8576 Nəzəri irfan 2011/10/08
    Məsum Əhli- beytdən bizə çatan dua və rəvayətlərdən istifadə olur ki, Allah Taalanın bəzi adları vardır ki, onları özü üçün seçmiş və onlardan heç bir kəsin xəbəri yoxdur. Bu adlar "Əsmai Mustəəsərə" kimi tanınmışdırlar. Rəvayətlərdən istifadə olunur ki, Əsmai- Mustəəsərə Allahın qeyb əzəm adlarından və Allahın ilk adlarındadırlar. Mustəəsər adlarını ...
  • Allahın vücudunun sonsuz olması digər varlıqların mövcudluğu ilə ziddiyyətli deyildirmi?
    8912 پروردگار. نامها و ویژگی ها 2012/06/23
    Allah-taalanın sonsuz olmasının mənası budur ki, Onun müqəddəs zatı hər bir cəhətdən sonsuzdur, bütün sonlara malikdir, fərz olunan hər bir cəhətdə qeyri-məhduddur. Elə bir yer yoxdur ki, Allah orada hazır olmasın. Elə bir zaman yoxdur ki, onda mövcud olmasın, elə bir kamal yoxdur ki, Allah ona malik ...
  • Беһишт вә ҹәһәннәмдә дә өлүм вармы?
    7183 Qədim kəlam 2012/05/20
    Гуран ајәләри, рәвајәтләр вә әгли дәлилләрин һамысы јекдилликлә она дәлаләт едир ки, инсан Беһиштә вә ја ҹәһәннәмә ҝетдикдән сонра бир даһа өлүм ҝөрмәјәҹәк. Гурани-Кәрим бир тәрәфдән Гијамәти Әбәди ҝүн адландырыр, диҝәр тәрәфдән исә Беһишт әһлини һәмишәлик галанлар кими вәсф едир. Рәвајәтләрдә ҝәлиб ки, беһиштликләрә вә ҹәһәннәмликләрә хитаб ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168952 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166739 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    122151 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    116012 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115340 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96747 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    61187 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56740 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49507 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47476 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...