Ətraflı axtarış
Baxanların
6183
İnternetə qoyma tarixi: 2011/07/02
Sualın xülasəsi
İslam və Məsihiyyət yolunda olan dialoqlarda hansı problemlər var?
Sual
İslam və Məsihiyyət yolunda olan dialoqlarda hansı problemlər var?
Qısa cavab
Esta pregunta no tiene una respuesta breve. Pincha en respuesta detallada.
Ətreaflı cavab

Cavabı almaq üçün, münasib gördük sizin diqqətinizi ustad Hadəvi Tehraninin bu mövzuda söhbətlərinə yönəldək: Yeni əsrdə dinə doğru meyillilik daha çox müşahidə olunur, o halda ki, keçən əsrdə və bəzi dini dəstələrin fəaliyyəti (onların ilk qabaqcılı İran İslam İnqilabı idi ki, İran İslam Respublikasının yaranmasıyla nəticələndi) səbəb oldu ki, müasir insan bir çox dəyişiklikləri təcrübə etsin: Dini tanımayan, dinin aşiqi olan bir şəxsiyyətə çevrilir və axirətin həqiqət və mənəviyyətin nə olduğunu bilməyi tələb edir.

Bunun üçün də bütün və yaxud bəzi dinlər arasında dialoqlar son illər daha parlaq və bir çox konfranslar keçirilmişdir. Misal üçün beynəlzalq təşkilatlar rəhbərlərinin konfransı 2002- ci ildə taylənddə, beynəlxalq dinlər parlamenti 2003- cü ildə İspanyada, Dünya dinləri konfransı 2003- cü ildə Qazaxıstanda və nəhayət İbrahimi dinlər konransı müharibə və sülh brəsində 2006- cı ildə İtalyada keçirilmişdir.

Amma bütün bu fəaliyyətlər daxilində ki dinlər arasında konfranslar arasında keçirilmişdir lakin İbrahimi dinlərin sonuncusu xüsusiylə də İslam və məsihiyyət arasında olan faydalı dialoqların olması üçün problemlər vardır ki, onlardan bəzilərinə işarə edirik:

1.             İştiraklı nöqtələr ki, iki dinin arasında vardır həqiqi diqqətin yetirilməməsi. O nöqtələr kimi ki, Quranda onlara işarə olunmuşdur: "De: Ey kitab əhli! O sözə doğru gəlin ki, bizimlə sizin aranızda birdir, Allahdan başqasına itaət etməyək və heç bir şeyi ona şərik qərar verməyək və bizlərdən bəzilərimiz digərlərimizi (yeganə Allahdan başqa) Allah kimi qəbul etməyək".[1]

İslam və Məsihiyyətdə əqidə və əxlaq nəzərindən bir çox bərabər nöqtələr vardır və yaxud bu iki din arasında bir çox sülh və əmniyyətdən tövhid çərçivəsi daxilində əsas qanun olmalı və başqa bir tərəfdən isə bir tərəfin qarşı tərəfə rəhbərlik iddiası olmasın. Əlbəttə ki, bu iki xüsusiyyət bu günkü dünyada müşahidə olunmur. Tövhidə diqqət olunmur və güclü hakimiyyətlərin zəif dövlətlərə təcavüz etməsi addi sayılır o cür ki, İranın nüvə proqramında ətraflı müşahidə olunur.

2.             Bu iki din arasındakı dialoqların nəticəsindən məlumatın olmaması:

O cür ki, bu dialoqlar, dəqiq anlaşmalar üçün əsas bir körpüdür. Bu iki din arasında əqidə, əxlaq və... bəhslərin elmi və şəri axtarışları və müqayisə olunması böyük müvəffəqiyyətlərə səbəb olmuşdur.

Bu elmi anlaşmanın nəticəsi, açıq nəzəriyyələr əsasında azad yaşayış və bu iki din arasında bir araya gəlmək və beləliklə fikir və düşüncə müharibəsi ki, bu iki din arasında olmuşdur sona yetişmişdir. Bir sözlə inkişaf üçün əmin- amanlıq bir mühitə sahib olmaq və bəşəri istedad fəaliyyətlərini hərəkət etdirməkdir.

3.             Hər bir dində başqa bir dinə qarşı keçmiş düşüncəylə baxılması və onlar da yeni fikirlərin oyanmaması.

Bir çox fikirlər ki, bu köhnə düşüncələrdən irəli gəlir, etibarı olmayan mənbələrin mütaliəsi zamanı yaranır və ya batil sözlərdən yaranır. O cür ki, belə düşüncə və fikirlərin nəticəsi, qarşı tərəfə mənfi fikirlərin yönəlməsiylə sona çatır.

4.             Başqa problemlərdən biri də dünya səviyyəsində güclü qüvvələrin olmasıdır ki, iki din arasında mübarizələrin olmasını istəyirlər.

Bu dünya qüvvələrinin rəhbərləri, öz mənafelərini yalnız müharibələrdə görürlər. məlumdur ki, müharibənin əsl və dərin kökləri olmalıdır və bunların ən əsası etiqadda olan ixtilafdır. Buna görə də bu ixtilafların əsl dərinliyinə təkid edirlər.

Danimarkada müşahidə olunan karikaturlar, bu cür beynəlxalq ixtişaşlardan hesab olunur və bu Danimarka hadisələrinə bundan başqa ad vermək olmaz. Bu qədər nadanlıq ki, İlahi aləmin şəxsiyyəti həzrət Məhəmməd (s)- ə bu cür ehtiramsızlıq, həyata keçirildi, bunun baş verməsi Danimarka seçildi çünki bayraqlarının üzərində xaç şəkli vardır.

Onlar daha yaxşı bilirdilər ki, müsəlmanların qarşılıqlı hərəkatları onların bayraqlarını yandırmaqla nəticələncəkdir. Və bunun da qarşılığında Məsihilər öz etirazlarını bildirəcək.

Səkkiz ay öncə on altıncı bentiket, Vakitanın Papıyla olan görüşümüzdə bu nöqtəyə işarə etdim və ondan istədim ki, bu şeytan hiyləsinə diqqət edib öz tərəfdarlarına bu məsələni açıqlasın ki, bayrağı yandırmaq xaça ehtiramsızlıq deyil bəlkə dövlət əleyhinə siyasi bir hərəkatdır ki, onda Peyğəmbərə (s) ehtiramsızlıq olmuşdur.

Bu cür hadisələrdən biri də 11- sentyabr hadisəsidir ki, indi bir çox sənəd və dəlillər əsasında bilirik ki, bu yalnız bir siyasi cərəyan idi ki, dünya ticarət mərkəzinin iki böyük binası təyyarələr vasitəsiylə vuruldu və bundan məqsəd isə müsəlmanlara qarşı soyuq müharibənin dairəsinin böyüməsi (o cür ki, o zaman Amerika Prezidenti bu mövzuya işarə etdi) idi.

Mənim nəzərimdə, son zamanlar Papın gördüyü iş, dünyada dinlərə qarşı olan iğtişaşlardan biri idi. O səkkiz ay əvvəl[2] bəlkə də bir ay əvvəl dinlər arasında dialoqlara xüsusiylə də İslam və Məsihiyyətin dialoqlar etməsinə təkid edərək esesidə olan konfransda İslam və Məsihiyyətin dialoqları barəsində bəyaniyyə verdi. Bəs bu cür mövzulardan necə göz yuma bilər və bir sözlər deyir ki, onun şənində deyildir.

5.             Hər iki dinin həqiqətləri bilməməsi problemləri; bu mövzu üçün çoxlu misallar vardır, əlbəttə ki, onların ən mühümmü Papın söhbətləridir ki, onlardan bəzilərinə işarə edirəm.

1)- Cihadla ki, İslamda bir termi məna daşıyır və müqəddəs döyüş ki, Məsihiyyət tarixində baş vermişdir bir sıra anlaşılmamazlıq olur, Pap deyir: "İmperatorluğun başlanğıcı həmin cihad və müqəddəs döyüşdür". Cihad, hidayət maneələrini aradan aparmaq və Allaha ibadət etməyi asanlaşdırmaqdır, bu döyüş, o şəxslərlə döyüşməkdir ki, Allaha itaət etməyin qarşısını alırlar və Allah bəndələrini onu tanımaqdan və hidayət olmaqdan uzaqlaşdırırlar. Bu da həmin kiçik cihad hesab olunur. Bəzi vaxtlarda cihaddan məqsəd nəfsi tanımaq və onu islah etmək üçün səylərdir ki, ona nəfslə cihad etmək deyilir. O halda ki, müqəddəs döyüşün əsl məqsədi, Məsihi olmayanları öz əsarətlərinə alıb, onları Məsihi olmağa məcbur etməkdir.

Əgər Ermənilərin İranda Lobnanda və başqa- başqa ölkələr ki. tarixlərinə nəzər salsaq, onların tədqiqatçılarının bu mövzuya etiraf etmələrini görərik ki, Məsihilərin başqa məzhəbləri səy etmişdirlər Ermənilərin din və dindarında dəyişiklik etsinlər, amma müsəlmanlar bu mövzuya hətta bir qədəm belə götürməmişdirlər.

2)- Quran tarixindən və ayələrinin nazil olmasının tarixindən məlumatının olmamazlığı.

O deyir: "Həqiqətən imperatorluq bilirdi ki, Quranın ikinci surəsinin (Bəqərə 256- cı ayəsi deyir: "Dində xoşagəlməməzlik yoxdur"... və bu surə Quranın ilk surələrindəndir ki, Məhəmmədin 9s) öz zamanına bağlıdır ki, o dövürdə heç bir qüdrət və rəhbərliyə çatmamışdı..."

Amma bu ayəyə nəzər saldıqda, bu ayə Mədinədə o zaman nazil olmuşdur ki, Peyğəmbər 9s) hökumət təşkil verib qüdrət sahibi idi və heç bir qüvvə onu qorxurtmurdu və bu ayənin barəsində olan rəvayətlər bu cür açıqladırlar ki:

Müsəlmanlardan biri, Mədinəyə ticarət üçün gələn Məsihilərin təsirinə düşərək Məsihi olur. Onun atası Peyğəmbərin (s) hüzuruna yetişib oğlunu məcbur olaraq qaytarılmasını istəyir. Peyğəmbər (s) bu işdən üz çevirib, bundan sonra ayə nazil olur.

Əlbəttə bu ayədə nişanələr vardır ki, Peyğəmbərliyin ilk illərinə dəlalət etmir, çünki ondan bir hissəsi buyurur: "Hidayət yolu, gümrahlıq yolundan seçilmişdir". Bəs məlumdur ki, bu cür məzmun Peyğəmbərliyin son illərində nazil olmuşdur nəin ki, ilk ilərində.

3)- O söhbətlərindən bir- hissəsində deyir: İmperator birdən- birə üzünü söhbət edən şəxsə tərəf çevirdi və... bizim əsl sualımız, dinlə rabitə və qəzblə olan rabitə birdir.

Sonra dedi: Ciddi bir şey ki, Məhəmməd (s) gətirmişdir mənə göstərin? O halda ki, siz insanlığa layiq olmayan və çirkinlik, misal üçün onun dinin qılınc vasitəsiylə yayılması əmrindən başqa bir şey toplamayacaqsınız!

Əlbəttə ki, bu sözlərdə heç bir insaf görünmür, bəzi müasir Məsihilər, Peyğəmbərin (s) risaləti barəsində Məsihilər üçün yazmışdırlar ki, bildirir ki, Məsihi bir şəxs, Məsih olmasıyla belə Peyğəmbərin nurundan istifadə etmiş və o həzrətin həyat tərzindən bəhrələnmişdir.

İslam tarixilə qısa bir nəzər salmaqla bilirik ki, İslam və müsəlmanlar bəşər cəmiyyətinə necə elm, maarif və yüksək nəaliyyətlər bağışlamışdır.

İslam İlahi maarifini tövhid üzərində bərpa etdi, bir fəlsəfə yaratmışdır ki, bərabəri yoxdur. Bu fəlsəfə Molla Sədranın hikməte Mütəaliyyəsində öz əksini tapmışdır və dünya fəlsəfəsində xüsusi yer tutmuşdur.

İslamda əxlaq və mənəvi dəyərlər parlayıb saçmış və İslam irfanında kamilliyə çatmışdır, bunun vasitəsiylədir ki, ruhani və nəfsani dəyərlər öz məqamına yol tapmışdır.

Şəriət, qanun və kamil göstərişlər ki, İslam insan həyatının müxtəlif yerlərində rol oynayır, İslamda xüsusi əhəmiyyət daşıyır.

İslam dünya və axirəti birləşdirib siyasət, iqtisad və tərbiyyət sahəsində olan ən yüksək mənəviyatı insan ixtiyarında qoyur.

Müsəlmanlarda bəşərin inkişafı tarixində böyük izlər qoymuşdurlar.

Bir çox ixtiralar onların əlləriylə həyata keçmişdir və bir çox elmlərin misal üçün kimya və fizika kimi elmlərinin əsas qanunları onlar tərəfindən kəşf olunmuşdur və ya bəzi elmlərin inkişafında tibb elmi kimi böyük rolları olmuşdur.

İslamın parlaq əsri bu cür nümunələrlə doldurur, bəs necə olur ki, o bütün bunlardan xəbərsizdir və yalnız özündən əvvəlkilərin cahil və ya cahillikcə sözlərinin nəticələrini təkrar edir.

4)- O deyir: "İmprator ətraflı olaraq açıqlayır ki, necə çətinlik və qəzəblə dini nəşr etmək ağılla düz gəlmir..."

O bu məsələni bir şəkildə açıqlayır ki, güya İslamda, dinin nəşr olunması, çətinlik vermək və qəzəb vasitəsi əsasında bərpa olmuşdur.

Amma bu Roma kilsəsinin seçdiyi yoldur ki, bu kilsənin tarixinə müraciət etməklə daha yaxşı məlum olar.

Amma İslam dini, elm, ixtiyar və iradə dinidir. Allah Taala insanları elmə dəvət edir və buna tərəf zövq verir": Aya o şəxslər ki bilirlər, o şəxslər ki, bilmirlər, bərabərdirlərmi?.[3]

Peyğəmbərin (s) risaləti oxumağa başlamışdır:" Oxu Rəbbinin adıyla ki, yaratdı..."[4]

"Oxu ki, Rəbbin (hamıdan) ucadır, o kəsdir ki, oxumağı qələm vasitəsiylə öyrətdi və insana o şeylər ki, bilmirdi öyrətdi!"[5]

"Və bəşarət ver o şəxslərə (ki, çox) sözlər eşidirlər və onların ən yaxşısından itaət edirlər"[6]

Gözəl hikmət və nəsihətlərlə Allaha doğru dəvət et! Və onlarla ən gözəl şəkildə münazirə et! Sənin Rəbbin hər kəsdən yaxşı bilir kim onun yolundan azmışdır, o hidayət olanları daha yaxşı tanıyır.[7]

İslam dini, hikmət və gözəl nəsihət və ağıl və məntiq dinidir.

Onun digər bir ibarəti ki impratorluqdan söz açır budur:" Bu cür qəzəb və çətin tutmaqlıq Allah və ruhun təbiətiylə əks bir haldır.

Allah qanı istəmir və ağıl çərçivəsində olmayan işlər Allahın təbiətiylə müxalif haldır. İman ruhun səmərəsidir nəin ki, cismin."

Bu sözlər daha çox Məsihi tarixiylə xüsusiylə də kataloq Məsihiyyətiylə münasibdir.

5)- O deyir: "İslam əqidəsində Allahın iradəsi mütləq deyil və bu da nəin ki, bizim nəzəriyyəmiz bəlkə ağılla üst- üstə düşmür".

Sonra isə İbni Həsmin təfsirindəki sözlərini dəlil gətirir ki, demişdir: Allaha vacib deyildir ki, hətta əgər bir kəlmə və sözünə əsaslansın və heç bir şey onu məcbur etmir həqiqətləri bizə anlatsın və insanın ixtiyarı vardır ki, əgər istəsə bütlərə ibadət etsin."

Papın bu sözləri, onun İslam mədəniyətində fəlsəfə və etiqadi kitablara müraciət etməməsinə ən gözəl dəlillərdir. İslamın fəlsəfə mənbələri buna təkid edir ki, Allahın iradəsi mütləqdir və onun iradəsinin həqiqəti onun elm və zatı deməkdir.

Amma onun fel iradəsi onun fellərində öz əksini tapır və onun dəlilləri ki, ibni Həzm Əndolosinin sözlərindən gətirir çox güman ki, mədəniyyət və maarifinin zəifliyindən irəli gəlir; çünki ibni Həzmin məzhəbi rədd olunmuş və məhv olmuş bir dindir ki bu gün onun heç bir davamçısı və tərəfdarı yoxdur.

Amma Əhli- beyt məktəbi diri bir məktəbdir, elm, ağıl və iradə dolu imanda daha gözəl şəkildə məlumdur.

Quranda imanda olan iradənin roluna işarə edərək buyurdu: "Və onu zülm və tuğyan əsasında inkar etdilər, o halda ki, qəlblərində ona yəqinləri var idi!"[8]

İnanaraq inkar etmək yəni iradənin imanda əsas rol oynaması. İslam kəlamı və fəlsəfəsinin bəhslərini nəzərə alaraq inanırıq bunu isbat edək ki, hətta elm də zəruri olaraq imana əsaslanmır.

Amma ibni Həzmin sözü ki, Allaha vacib olmasını rədd edir, ağılın yaxşı və pisi dərk etməsini inkar etmək deməkdir.

O halda ki, şiə filosofları ağılın yaxşı və pisi dərk etməsini isbat etmişdirlər, baxmayaraq ki, Əşairə firqəsi onu inkar etmişdirlər.

Dialoqun məntiq və öz çərçivəsi var.

Dialoq məntiqi iki ünsür əsasındadır:

1.             Deyilənlərin doğruluğu və qarşı tərəfdə həqiqətlərə ehtimal verək.

2.             Qarşı tərəfdə olan problem və nöqsanı özümüzdə olmasını da ehtimal verək. Amma dialoq çərçivəsi; ki, hormonotikada üfüq adlandırılır (Horrizon), yəni; bir məntəqənin bir bəhsdə hər iki tərəfi şərik (bərabər) olsunlar.

3.             bəs mümkün deyil faydalı dialoqlara əl tapaq yalnız bu məntiq və çərçivəyə riayət etməklə.

Vəs- səlam.



[1] - Ali- imran surəsi, ayə 64.

[2] - İbrahimi dinlərdə müşaharibə və sülh barəsində olan konfransda görüşdüyüm zaman.

[3] - Zümər surəsi, ayə 9.

[4] - Ələq surəsi, ayə 1.

[5] - Ələq surəsi, ayə 3- 4.

[6] - Zümər surəsi, ayə 19.

[7] - Nəhl surəsi, ayə 125.

[8] - Nəml surəsi, ayə 14.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Əsir namazının ilk vaxtı nə zamandır?
    20979 Nizamlar hüquq və əhkam 2011/03/06
    Əsir namazının ən fəzilətli vaxtı (ilk vaxtı) zöhr namazının xüsusi vaxtından sonra başlayır. ...
  • Hər kəs Hüseyni ibni Əlini Allahın Peyğəmbərinin nəvəsini ziyarət etsə, sanki ərşdə Allahı ziyarət eymişdir? İfasdəsinin mənası nədir?
    8693 Qədim kəlam 2011/12/25
    Həzrət Hüseyn ibni Əli (ə) (şiələrin üçüncü imamı), Allah yolunda gördüyü müsibətlər, fədəkarlıqlar, əməllər, bəxşişlər, xüsusiyyətlər və hədəflərə görə Allah Taalanın yanında çox böyük məqama malikdir. Allah ona çox böyük mükafat varibdir ki, onlardan biri bu dünyada izzət və əzəmətdir. Buna xatir bütün camaat o həzrətin (ə) pak məzarının ziyarətinə ...
  • Nəhcül- bəlağədə Əmirəl- möminin (ə)- ın sözlərinə əsasən, qadınların ərlərin ikinci evliliyinə razı olmamaları, küfr sayılırmı?
    6655 Hədis elmləri 2012/07/16
    Nəhcül- bəlağədə deyilən budur ki, kişinin qeyrət çəkməsi imanın bir əlaməti və qadının qeyrət çəkməsi küfrün bir əlamətidir. Diqqət etmək lazımdır ki, digər rəvayətləri rəvayət etməklə belə nəticə alırıq ki, əgər qadının qeyrətini ərinə məhəbbət, müştərək həyatı davam etdirmək və onun digər bir qadın tərəfindən təhdid olmaması ...
  • Şiələr İmamlar və Allah arasında fərqə qaildirlərmi?
    8540 Qədim kəlam 2012/10/13
    Şiə məktəbi; digər məktəblər kimi tarix boyu ifrat və təfritlə bir olmuşdur. Bu cərəyan müxtəlif adlarla o cümlədən Ğulat, Müqəssirə, Nasibilər tanınmış şiə və onların İmamları üçün bir çox çətinliklər yaratmışdırlar. Şiə İmamların, şiələrin bu cərəyandan amanda qalması üçün çoxlu səylər etmişdirlər. Onlar öz məqamlarını ...
  • imam Baqir (ə) İmam Sadiq (ə) dan çoxlu hədislər ola- ola, niyə onların sözləri bir kitabla cəm olmamışdır?
    9465 Hədis elmləri 2012/01/16
    İmam Baqir (ə) və İmam Sadiq (ə) ın yaşadığı zaman və məkan mövqe və şəraitinə diqqət etdikdə, o dövrdə kitabın yazılmaması üzürlü səbəb sayılır. Amma bu hədislər Üsuli ərbəə miə adı altında, sonralar kirabi ərbəə adı altında cəm olubdur ki, sonradan böyük hədisçi cənab Hürr Amili 30 cilddə Vəsailuş- Şiə ...
  • İmam Əli (əleyhis-salam) Əbu Bəkr, Ömər və Osmanla beyət etmişdimi? Nə üçün?
    16957 Qədim kəlam 2011/11/24
    Əvvəla, İmam Əli (əleyhis-salam)-ın özü, köməkçilərindən bir dəstəsi, eləcə də Peyğəmbər (səlləllahu əleyhi və alih) səhabələrindən bir qrupu əvvəldə Əbu Bəkrlə beyət etməmişdilər. Sonradan beyət etmələri də yalnız islamın hifz olunması, islam hökumətinin mənafeyinin qorunması məqsədi ilə baş vermişdi. İkincisi, bütün problem qılınc və şücaətlə həll olunmur, hər yerdə ...
  • Nə üçün Allah-taala bütün kamal sifətlərinə malik olmalıdır?
    5243 İslam fəlsəfəsi 2012/02/18
    Aləmə hakim olan vəhdət bu təsəvvürə – yəni “hər hansı bir varlığın yalnız xüsusi bir növdən olan kamallara malik olması, sair kamallardan heç birinə ehtiyaclı olmaması” təsəvvürünə mane olur Bu məsələ yalnız camaat arasında deyilən və etibari kamallarda təsəvvür oluna bilər. Amma bunun vücud mərtəbələrində həyata keçməsi mümkün deyildir. ...
  • Quranda başqalarının qəlbin sındırmaq haqqında ayə varmı?
    23301 Təfsir 2011/08/23
    Hətta, əgərQurandabeləbirayəaçıqşəkildəyəni, “qəlbsındırmaq” ünvanıiləgəlməsədə
  • Niyə görə insan Allahı yaddan çıxarır?
    6288 Əməli əxlaq 2011/08/09
    Şeytanın vəsvəsələri, dünyaya bağlılıq və günah Pərvərdigarı yaddan çıxarmağın amillərindəndirlər, bunların əksi olaraq, namaz, Quran, Allahın ayələrində təfəkkür, dəlil və sübutlardan istifadə etmək qəlbləri Allahı yadı ilə dirildə bilər.Allahı yada salmağın aşağıdakı müsbət təsirləri vardır:1- Allaha itaəti zərur hesab etmək. 2- Təvazökarlıq. ...
  • İran dini mədrəsələrində təhsil sistemi necədir?
    14312 Fiqh tarixi 2011/11/14
    Bu gün İran elmi hövzələrində təhsil şagirdlərin birinci dövrəni və ya orta məktəbi bitirdikdən sonra başlayır. Bu təhsil zamanı başlanğıc mərhələnin dərslərini (sərf, ərəb dilinin qramatikası (nəhv), məna və bəyan, məntiq), səth dərslərini (üsul, fiqh, fəlsəfə), ümumi dərsləri (əqaid, təfsir, iqtisadiyyat, Quran elmi, əxlaq, xarici dillər, kompyuter ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162893 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154997 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117779 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109724 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98866 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91324 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53362 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45285 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43740 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42907 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...