Ətraflı axtarış
Baxanların
9474
İnternetə qoyma tarixi: 2012/04/16
Sualın xülasəsi
Həzrət Əli (ə) farslar haqqında ərəblərə belə buyrurduğu: “Siz, Quranın nazil olmasına xatir onlarla döyüşdünüz, amma çox çəkməz ki, onlar da sizinlə Quranın yozulması mövzusunda döyüşərlər.” - hədisin sənədi necədir?
Sual
Bir müddət öncə jurnallardan birində belə bir hədisə rast gəldim. Sizcə hədisin sənədi düzgündürmü? İmam Əli (ə) buyrur: “And olsun o kəsə ki bığdanı yarıb yaranmışı yaradır! Onlar (iranlılar) sizin onlarla İslama gəlməkdən ötrü döyüşdüyünüz kimi onlar da sizinlə sizi İslam dininə qaytarmaqdan ötrü döyüşəcəklər!”
Qısa cavab

Rəvayət mənbələrində İmam Əlinin (ə) ərəblərə farslar haqqında belə bir kalamı var ki buyurur: “Siz, Quranın nazil olmasına xatir onlarla döyüşdünüz, amma çox çəkməz ki, onlar da sizinlə Quranın yozulması mövzusunda döyüşərlər.”   Bu rəvayət sənəd cəhətdən etibarlıdır.

Ətreaflı cavab

Heç bir rəvayət mənbəsində qeyd etdiyiniz formada mətn nəql olunmamışdır. Amma başqa bir rəvayət var ki, həmin mənanı çatdırır. Bu rəvayət  də Qurbul-Əsnad kitabında gəlib.

Qurbul-Əsnad kitabında İmam Sadiq (ə) atasından (əleyhissalam) O da İmam Əlidən (ə) fars haqqında belə bir hədis nəql edir ki, Həzrət buyrur: "Siz indi Quranın nazil olması haqqında onlara (farslarla) vuruşursunuz, çox keçməz ki onlar sizinlə Quranı təvil etdiyinizə (mənasını dəyişdinizə) görə vuruşarlar." [1]

Amma, rəvayətin sənədi və etibarı haqqınıda qeyd etmək lazımdır ki, hər bir rəvayətin mövzusuna görə onun etibarı müəyyən olunur. Belə ki, əgər rəvayət etiqada aid olsa, müxtəlif silsilə sənədlərlə nəql  və etibarlı olması lazımdır. Halbuki, fiqhə aid olan rəvayət yalnız, bir mötəbər sənədlə də olsa qəbul olunur və icrası vacibdir.

Adətən, qeyd olunmuş rəvayət nə etiqadi və nə də fiqhi məsələ olduğuna görə sənədləri də o qədər araşdırılmır. Amma, cavabında fəqət onu demək olar ki, Əllamə Məclisinin Biharıda (Biharul-Ənvar kitabının) müqəddəməsində qeyd etdiyi kimi Qurbul-Əsnad kitabı alimlər arasında ən mötəbər və məşhur kitablardan biri hesab olunur.[2]  Kitabın müəllifi Humeyri isə şiə alimləri arasında ən tanınmış və mötəbər ravilərdən biridir. Rəvayətin sənədi Humeyridən sonra  Həsən ibn Zərif və Hüseyn ibn Əlvana çatır. Həsən ibn Zərifi şiələrin mötəbər rical kitablarında mötəbər ravi kimi tanıtdırıblar.[3]   Lakin, Hüseyn İbn Əlvan haqqında alimlər arasında ixtilaf var. Bu ixtilaf da rical kitablarında onun haqqında yazılmış "qeyri-şiədir və qardaşının künyəsi Əba Mühəmməddir və etimad olunmalıdır." – ifadəsidir. İndi alimlər arasında dəqiq məlum deyil ki, "etiad etmək olar" – cümləsi kimə aiddir? Hüsyen ibn Zərifə yaxud, onun qardaşına? [4] Ona görə də bu ravinin etibarında şəkk etmişlər. Amma, mərhum ayətullah Xoi onu mötəbər ravilərdən bilir və haqqında yazır: "Belə ifadələr, ravilər  haqqında çoxdur və məlumdur ki, söhbət əsl ravidən gedir."[5]

Hər halda, Qurbul-Əsnad kitabının bir çox rəvayətləri həmin ravinin adından nəql olunduğuna görə belə nəticəyə gəlmək olar ki, bu rəvayət də sənəd və etibar cəhətdən qəbul olunasıdır.

 


[1] و عنه (عن حسن بن طریق عن ابی علوان) عن جعفر عن ابیه عن علیّ (علیه السلام) قال فی فارس ضربتموهم علی تنزیله و ال تنقضی الدنیا حتّی یضربوکم علی تاویله :    Qurbul-Əsnad, səh.52; Biharul-Ənvar, c.64; səh.174

[2] Biharul-Ənvar, c.1; səh.27

[3] Rical Nəcaşi, səh.61; Əl-Xulasə, səh.43

[4] Rical-Nəcaşi, səh.52

[5] Möcəm Rical hədis, c.4; səh.383

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    120206 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    91477 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    71347 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    55177 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    52898 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    37818 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    26839 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    26528 Nizamlar hüquq və əhkam
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    26163 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    25246 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...