Ətraflı axtarış
Baxanların
3421
İnternetə qoyma tarixi: 2012/01/16
Sualın xülasəsi
Ayə və rəvayətlər nəzərindən, hansı əməllər yaxşı və bəyənilmiş əməllərin batil olmasına səbəb olur?
Sual
Ayə və rəvayətlər nəzərindən, hansı əməllər yaxşı və bəyənilmiş əməllərin batil olmasına səbəb olur?
Qısa cavab
 

Quran və rəvayətlərdə Allaha iman şirkdən və mürtəd olmaqdan uzaq olmaq, əməllərin qəbul olmasın da ilk şərtlər kimi gəlib ki, onsuz heç bir yaxşı əməl qəbul olmur. Namazı tərk etmək, yaxşı əməllərdə minnət qoymaq, baş verən hadisələrə razı olmamaq və ... bu kimi əməllərinizin silinməsinin səbəblərinin (ki, ətraflı cavabla bu barədə danışacağıq) kökü qəlbi inam və imamın zəif olmasındandır ki, əgər imanı qorumağa çalışsaq, bizim əməllərimiz də qorunacaq

Ətreaflı cavab

Quran və rəvayətlərdə yaxşı və bəyənilmiş əməllərin aradan getməsinə səbəb olan günahlar, əməllərin həbti və batil olması ilə xatırlanıbdır. Ona görə də suala cavab verməmişdən qabaq, əvvəlcə həbt kəlməsinin lüğəti mənasını izah edib, sonra Quran və rəvayətlərdə onun məna və işlədilmə yerlərini və sonda yaxşı əməlləri qorumağın əhəmiyyətini açıqlayacağıq.

Həbtin mənası:

Həbt kəlməsi əməlin batil olması və onun təsirdən düşməsi mənasınadır. Sihahul-lüğət kitabında deyilir:

«حبط عمله حبطا بطل ثوابه»

Əməli həbt oldu, yəni onun savabı aradan getdi.[1] Həmçinin əl misbahul münirdə deyilir:

«حبط العمل حبطا ... فسد و هدر»

Əməli həbt oldu yəni fasid və hədər oldu.[2]

Quran və rəvayətlərdə bəyənilməyən bəzi əməllər yaxşı və bəyənilmiş əməllərin həbt və aradan getməsinə səbəb tanıtdırılıblar ki, sıra ilə onu Quran və rəvayətlərdə araşdırırıq:

A)- Həbt Quranda:

Həbt kəlməsi və ondan düzəılən kəlmələr Quranda on altı yerdə gəlibdir ki, onlarda yaxşı əməlin aradan getməsinə səbəb olan əməllər qeyd olubdur. Biz onlardan neçəsinə işarə edirik:

1)- Küfr və şirk

a)-

«مَنْ یَکْفُرْ بِالْإیمانِ فَقَدْ حَبِطَ عَمَلُهُ وَ هُوَ فِی الْآخِرَةِ مِنَ الْخاسِرینَ»[3]

İmanı dananların bütün işləri boşa çıxar və o axirətdə zərər çəkənlərdən olar.

b)-

«ما کانَ لِلْمُشْرِکینَ أَنْ یَعْمُرُوا مَساجِدَ اللَّهِ شاهِدینَ عَلى‏ أَنْفُسِهِمْ بِالْکُفْرِ أُولئِکَ حَبِطَتْ أَعْمالُهُمْ وَ فِی النَّارِ هُمْ خالِدُون»[4]

Müşriklər küfr etdikləri barədə öz – özlərinə şahid olduqları halda Allahın məscidlərini təmir etmək onlara layiq olmaz. Onların əməlləri puça çıxmışdır Onlar cəhənnəmdə əbədi qalacaqlar.

Bu iki ayədə açıqca şirk və küfrü müşrik və kafirlərin əməllərinin puş olmasına səbəb bilir.

2)- Nifaq:

«وَ یَقُولُ الَّذینَ آمَنُوا أَ هؤُلاءِ الَّذینَ أَقْسَمُوا بِاللَّهِ جَهْدَ أَیْمانِهِمْ إِنَّهُمْ لَمَعَکُمْ حَبِطَتْ أَعْمالُهُمْ فَأَصْبَحُوا خاسِرین»[5]

İman gətirənlər deyəcəklər: Sizinlə birlikdə olacaqları barədə Allaha möhkəm and içən kəslər münafiqlər bunlardır? Onların əməlləri puça çıxdı və zərərçəkənlərdən oldular.

3)- Allahın ayələrini və qiyamət gününü inkar etmək

«وَ الَّذینَ کَذَّبُوا بِآیاتِنا وَ لِقاءِ الْآخِرَةِ حَبِطَتْ أَعْمالُهُمْ هَلْ یُجْزَوْنَ إِلاَّ ما کانُوا یَعْمَلُون»[6]

Ayələrimizi və axirətə qovuşmağı doğru hesab etməyənlərin əməlləri puça çıxdı. Onlar ancaq öz əməllərinin cəzasını çəkəcəklər.

B)- Həbt rəvayətlərdə

1)- səbəbsiz və xəstəlik olmadan namazı tərk etmək. İbsul ibn Zürarə deyir: İmana (İslam dininə) kafir olan kəsin əməli puç olar ayəsinin təfsiri barəsində həzrət Sadiq (ə) dan soruşdum,[7] buyurdu: Məqsəd etiraf etdiyi əməli tərk edən şəxsdir. Ərz etdim: O əməli tərk etmək dərəcəsi nədir? Onun hamısını tərk etsə, Buyurdu: O cümlədən bilərəkdən və məst olmayan və ya digər səbəb olmadan namazı tərk edən şəxs.[8]

2)- Üsuli dində şəkk və şübhə ilə əməl etmək

İmam Sadiqin (ə) Müfəzzəl adlı səhabələrindən biri deyir: o həzrətin buyurduğunu eşitdim: Şəkk ya gümanı olan və onda qalan şəxsin allah əməlin puç edər. Allahın dəlili aydın dəlildir.[9]

Məclisi (rh) hədisin izahinda buyurur: Yəqinə yetişmək imkanı olan şəxsə üsuli dində şəkk və şübhə ilə əməl etmək olmaz. Allahın dəlili aydındır cümləsindən məqsəd budur ki, Üsuli dində dəlil dalinca olan hər kəs, yəqinə yetişər. Yəqinə yetişməklə şəkk və günaha heç bir yer qalmır.[10]

3)- Ərinə mən səndən heç bir xeyir görmədim deyən qadın

Qadın və kişinin həyat əlaqələrində, qadın təmizlik, yemək bişirmək, uşaq saxlamaq və... kimi ev işlərini görməkdə çəkdiyi zəhmətlərin çoxu onun vacibi vəzifələrindən olmasa da Allah bu işlərə görə ona çoxlu savab verər. Amma əgər onun zəhmətləri ərini incitmək və minnətlə yanaşı alsa, onun işlərinin savabı aradan gedən. Hədislərin birində İmam Sadiq (ə) buyurur: Ərinə mən səndən heç bir yaxşılıq görmədim deyən qadının əməlinin savabı aradan gedər.[11]

5)- Əli (ə) ın vilayətinə kafir olmaq

Əbu Həmzə deyir, İmam Baqir (ə) dan bu ayənin və mən yəkfir fil imanı fəqəd həbitə əməluhu və huvə fil axirəti minəl xasirin, təfsiri barəsində soruşdum. Həzrət buyurdu: Bu ayənin batini təfsiri Əmirəl möminin Əli (ə) ın vilayətinə kafir olmaqdır. Çünki, imandan məqsəd Həzrəti Əli (ə) dır.[12]

Yuxarıdakı məsələlərin hamısından məlum olur ki, həbt yaxşı əməllərdən məxsus birinə aid deyil əksinə fərdi və ictimai əqidə və əxlaqı işlərdən asılı olmayaraq, həyatın bütün işlərində cərəyan edir.

Həbtin qarşı tərəfində təksir dayandığına görə onun barəsində də bir az izah veririk.

Yaxşı əməllər pis işlər görməklə aradan getdiyi kimi günahların pil əməlləri də, yaxşı işlər görməklə aradan gedir. Və hətta yaxşı əməllərə çüvirilir. Nümunə olaraq bir neçəsinə işarə edirik:

1-     Vacibi namazları yerinə yetirmək

«وَ أَقِمِ الصَّلاةَ طَرَفَیِ النَّهارِ، وَ زُلَفاً مِنَ اللَّیْلِ، إِنَّ الْحَسَناتِ یُذْهِبْنَ السَّیِّئات»[13]

Namazı gündüzün iki vaxtında və gecənin bəzi saatlarında qıl. Həqiqətən yaxşı əməllər pis işləri yuyub aparır.

2-     Böyük günahlardan uzaq olmaq

a)-

«إِنْ تَجْتَنِبُوا کَبائِرَ ما تُنْهَوْنَ عَنْهُ نُکَفِّرْ عَنْکُمْ سَیِّئاتِکُمْ»[14]

Əgər siz qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, biz də sizin qəbahətlərinizin üstünü örtərik.

b)-

«الَّذِینَ یَجْتَنِبُونَ کَبائِرَ الْإِثْمِ وَ الْفَواحِشَ إِلَّا اللَّمَمَ، إِنَّ رَبَّکَ واسِعُ الْمَغْفِرَةِ»[15]

Qəbahətlər istisna olmaqla, böyük günahlardan və rəzil işlərdən çəkinən yaxşı insanlar, həqiqətən sənin rəbbin çox bağışlayandır.

Insanların həyatında həbt və təksirin tərbiyəvi roluna diqqət edib, ona görə əməlləri qorumağın əhəmiyyətini bəyan etmək yaxşı olar.

Quran və rəvayətlərdə insanların əməlləri ilə əlaqədə təkid olunan məsələlərdən biri yaxşı işləri qorumağa çalışmaqdır.

Əks halda yaxşı əməllərimizin istənilən nəticəni verməməsi mümkündür.

Təsbihatu ərbəəni fəziləti barəsində İslam Peyğəmbərindən olan bir rəvayətdə belə deyilir: Allah möminin dediyi hər bir zikr miqdarında onun üçün behiştdə bir ağac əkər. Bir nəfər ərz etdi: Deməli behiştdə bizim ağaclarımız nə qədər çoxdur. Həzrət buyurdu: Bəli Amma ehtiyatlı olun ki, onları yandırmağa od göndərməyin. Sonra bu ayəni oxudu: Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və əməllərinizi puça çıxartmayın.[16]



[1] - Əlcovhəri, ismayil ibn həmmad, əs-sihah, cild 34, səh 1118, darul elm, beyrut, 1990 miladi

[2] - Əl fuyumu, Əhməd ibn muhəmməd , əlmisbahul münir, səh 118

[3] - Maidə surəsi, ayə 5

[4] - Tövbə surəsi ayə 17

[5] - Maidə surəsi ayə 53

[6] - Əraf surəsi ayə 147

[7] - Maidə surəsi ayə 5

[8] - Koleyni, məhəmməd ibn Yəqub, Əlkafi, cild 2, səh 387, hədis 12, darul kutubul islamiyyə, tehran, 1365, Hicri şəmsi tarixi ilə

[9] - Həmin, cild 23, səh 400, hədis 8

[10] - Məclisi, məhəmməd baqir, miratul uqul, cild 11, səh 186, darul kutubul islamiyyə, tehran, 1404 hicri qəməri tarixi ilə

[11] - Hürr Amuli, Məhəmməd ibn Həsən, Vəsailuş- şiə, cild 20, səh 162, hədis 7, müəssisətu Alulbeyt, Qum, 1409, hicri qəməri tarixi ilə

[12] - Məclisi, məhəmməd baqir, miratul uqul, cild 35, səh 369, hədis 14, darul kutubul islamiyyə, tehran, 1404 hicri qəməri tarixi ilə

[13] - Hud surəsi, ayə 114

[14] - Nisa surəsi, ayə 31

[15] - Nəcm surəsi, ayə 32

[16] - Məhəmməd, 33, Səduq, Məhəmməd ibn Əli, əl əmali, cild 1, səh 607, İslami kitabxana nəşriyyatı, Tehran, 1362, hicri şəmsi tarixi ilə

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    113453 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    86471 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    65383 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    48856 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    37489 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    35959 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    24803 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    24097 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    23957 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    21966 Qədim kəlam
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...