Ətraflı axtarış
Baxanların
6286
İnternetə qoyma tarixi: 2011/10/18
Sualın xülasəsi
İmam Zaman (ə.c) hər yerdə hətta qeyri İslami (yəhudi) ölkələrdə də hazır olurmu?
Sual
Belə söz var ki, deyirlər ki, İmam Zaman (ə.c) hər yerdə hazırdır. Yəhudi kimi qeyri İslami ölkələrin camaatı arasında da hazır olub və fəsad və günahda olan insanlara da nəzər edirmi?
Qısa cavab

Ağıl və məntiq baxımından Allahın hidayəti olmadan insanın ideal təkamülünə yetişməsi mümkün deyil. Allah- Taala İlahi höccətləri camaata göndərməklə insanların hidayətini ən yaxşı formada yerinə yetirmişdir. İmamlar və Peyğəmbərlər Allah- Taalanın izni ilə bütün kainatda qüdrət və nüfuz etməyə kifayət qədər imkana malik olublar və olmaqdadırlar ki, öz vəzifələrini yaxşıca yerinə yetirsinlər.

Sizin cavabınıza dörd mərhələdə cavab verilir:

1.             Yaranışın hədəfli olması və onun hidayət olunmasının lazımlığı.

Qurani- kərimdə belə oxuyuruq: "Biz cin və insanları yalnız ibadət üçün yaratdıq.

2.             Hidayət insanların bütün növlərinə aiddir. Allah- Taala buyurur: "Sən ancaq (insanları Allahın əzabı ilə) qorxudansan. Hər tayfanın (doğru yol gösrətən) bir rəhbəri vardır".

3.             İlahi rəhbərlərin yer əhlinin hamısına nəzər etmələri. Necə ki, imam Baqir (ə)- ın buyurduğuna əsasən, imamlar və Peyğəmbərlər yer əhlinin amanda qalmasına və yer əhlindən əzabın götürülməsinə səbəbdirlər ki, həzrət vəliyyi- əsr vasitəsi ilə hidayət taplamarı barəsində çoxlu əhvalatlar yazılıb ki, ətraflı cavabda onların birinə işarə edəcəyik.

4.             İmamların bütün dünyaya qüdrəti və kainatda dəxalət etmək gücləri.

İmam Hüseyn (ə)- ın buyurduğuna əsasən Allah yaratdıqlarının hamısına İlahi rəhbərlərdən itaət etmək əmri veribdir. Şiə kitablarının bəzisində (o cümlədən Müntəxəbul- əsər) imam Zaman (ə.c)- ın qeyri- adi gücünü göstərən möcüzələrindən bir neçəsi gətirilibdir.

Mövzunun ümumi nəticəsi budur ki, həzrət vəliyyi- əsr (ə.c)- in mövqeyinin əzəməti və ümumiliyi o qədər yuxarıdır ki, o həzrəti insanların xüsusi bir dəstəsinə və müsəlmanlara məxsus edə İmam Zaman (ə.c) Allahın yer üzündəki höccətidir və varlığın hər bir yerində hidayətə ehtiyacı olan hər bir insana məsləhət bildiyi formada hazır olur.
Ətreaflı cavab

Bu sualın cavabında gətirdiyimiz sübutlara əsasən həzrət vəliyyi- əsr (ə.c)- in lütf və məhəbbət nəzəri və həmçinin o həzrətin bu işə layiq olub və hidayət olmaları tələb olunan şəxslər barəsində (hərçənd onlar yəhudi və onun kimi və ya günah əhli olsa da) hazır olması sabit olur. Məntiq və ağıl baxımından insanın yaranmasına səbəb olan məsləhət (təkamülə yetişmək), yalnız Allahın əmrlərinə itaət etmək yolundan ələ gəlir və o əmrləri öyrənmək Peyğəmbərlər və İmamların hidayəti yolu ilə mümkündür. Ona görə də, hər hansı bir yerdə İmam (ə)- ın hidayətinə ya onun xüsusi nəzərinə və ya onun fiziki hüzuruna çox zəruri ehtiyacı olan şəxs üçün bu iş məsləhətə əsasən bu iş baş verir. Çünki Allah- Taala bəşəri boş yerə yaratmayıb. Ağıl və ruhun bu qədər vəsilələrini mənasız yaratmayıb. Əgər insan, hidayət edən vasitəsi ilə münasib şəkildə hidayət olunmasa yolunu azacaq və hədəf aradan gedəcəkdir. Bütün iş və hadisələr onun qüdrət əlində olan Allah, səmavi rəhbərləri lazımi güclə mücəhhəz etdi ki, onlar hər hansı bir din və məzhəbdə olan heyrətdə olan insanlara onlar hazır olmaları və ehtiyacları vaxtı, kömək edib, ümid verib və doğru yola hidayət edə bilsinlər.

Keçən məsələləri isbat etmək üçün çoxlu Quran ayələri və ravayətlər var ki, onların ən mühümlərini açıqlayırıq:

1.             İnsanın yaranışının hədəfli olması və onun hidayətinin lazımlığının bəyanında Qurani- kərimdə belə axuyuruq:

"Cin və insanları yalnız ibadət üçün yaratdım".[1]

2.             Hidayət məsələsi və hidayət edənlərin olması bütün insanlara aiddir və xüsusi bir dəstəyə məxsus olmaması barəsində Allah- Taala buyurur: "Sən ancaq (insanları Allahın əzabı ilə) qorxudansan. Hər tayfanın (doğru yol göstərən) bir rəhbəri var".[2]

Bu ayəyə əsasən, insanın hidayəti ümumi bir qanun kimi açıqlandığına görə, bütün tayfa və milətlər, o cümlədən yəhudilər və günahkarlara da aid olur. Əlbəttə hidayət kömək və məhəbbətə də şamil olur."De". Layiqli höccətlər yalnız Allaha məxsusdur".[3]

Bu ayəyə əsasən, hidayət məsələsində, xüsusi bir tayfa və ya zaman və məkana heç cür aidiyyəti yoxdur və Allah-Taalanın hər yer və hər kəs üçün anlaşılan və kifayət qədər höccətləri var.

3.             Səmavi rəhbərlərin yer əhlinin hamısına (yəhudi, hindu, laik və...) məhəbbətli nəzərinin açıqlanması. İmam Baqir (ə) Peyğəmbər və İmama ehtiyaclı olmağın səbəbi barəsində soruşan ravinin cavabında belə cavab verir: "Onlar olmasa yer sabit qalmaz və yer əhlindən əzabın qalxması onların vücudunun bərəkətinə görədir." Bu zaman bu ayəyə istinad etdi:[4]

«و ما کان الله لیعذبهم و أنت فیهم»

Sonra Peyğəmbər (s)- in sözünə işarə etdi: Ulduzlar səma əhlinin rahatlğına səbəb və mənim əhli- beytim yer əhlinin rahatlıq və əmin- amanlığına səbəbdirlər. Onların vasitəsi ilə Allah bəndələrinə ruzi və günah əhlinə möhlət verir və onlara əzab verməkdə tələsmir".[5]

4.             Varlıq aləminə imamın qüdrətinin olması və onlar üçün hər cür dəxalət mümkün olub və lazım olan yerdə imam (ə) məsləhət bildiyi formada hazır olmasını isbat etmək barəsində, imam Hüseyn (ə) buyurur: "And olsun Allaha ki, Allah yaratdığı hər şeyi bizə itaət etməyə əmr etmişdir".[6]

İmam Baqir (ə) mübarək ayədəki

«و رحمتی وسعت کل شیء»

(rəhməti vəsiət kullə şəyi([7] geniş rəhmətdən məqsədi, imamın elmi" buyurmuşdur[8] ki, imamın varlığın hər yerində elmi və mənəvi hazır olmasını yaxşıca göstərin.

«و لله المثل الاعلی»

"Və lillahil- məsəlul- əla"[9] ayəsinin təfsiri barəsində on beş mötəbər doğru rəvayət əldə var. Onlarda məsum imamlar Allah Talanın elm və qüdrətinin təcəllisi göstəriliblər.[10]

İmam Sadiq (ə)- da bu yerdə buyurub: "Necə mümkündür imam Şərq və Qərbdə höccət ola, amma onları görməyə və onlara qüdrəti də çatmasın."[11]

Həzrət vəliyyi- əsr (ə)- ın qüdrəti və əhatəsi barəsində, qeyd olunanların hamısından, imam Zaman (ə.c)- in məhəbbətli və hidayət edici nəzərinin və onun ehtiyac olan hər yerdə dahiyanə məsləhətdə hazır olmasının zəruriliyi isbat olur. Həzrət Məhdi (ə.c) barəsində çoxlu rəvayət və əsərlər araşdıran, Müntəxəbul- əsərin müəllifi (Həzrət Ayətullah Safi), o həzrətin varlığa dəxalət etməsi və onun qüdrətini göstərən mühüm möcüzələrdən səkkizini bəyan edib və sonda buyurur: Biharul- ənvar və digər kitablarda çoxlu hekayətlər qeyd olunub ki, təvator həddini keçir və onların çoxunun sənədi yüksək səhihlik həddindədir.[12]

Bunların hamısı, həzrət Məhdi (ə.c)- in hamıya (hətta kafirlər, yəhudilər və...) ümumi nəzarət və əhatəsini isbat edir.

Əlbəttə həzrətin hidayətli xüsusi nəzər və köməkləri, İslam ya küfr torpaqlarında olmasından asılı olmayaraq həmin kömək və feyzləri qəbul etməyə hazır olan insanlara məxsusdur.

Xülasə budur ki, İslam Peyğəmbəri (s)- in Peyğəmbərliyi bütün dünyaya aid olduğu kimi, imamlar (ə) o həzrətin canişinləri kimi də, müsəlman və qeyri müsəlman olmasından asılı olmayaraq bütün insanların imamlarıdır. Amma onların (qeyri müsəlmanlar) o həzrətin yol göstərmələrindən faydalanmaq və ona tabe olmaq tofiqləri yoxlarıdır. Əgər imam Zaman (ə.c) qeyri müsəlmanlara nəzət edirsə, bu onların insanlığın və əxlaqın əksinə olan işlərini təsdiqləmək mənasına deyil. Çünki onların belə İlahi höccətləri ola- ola, pis seçimləri ilə belə işləri görürlər.



[1] - Zariat surəsi, ayə 54.

«و ما خلقت الجن و الانس الا لیعبدون»

[2] - Rəd surəsi, ayə 8, Əl- mizan, cild 11, səh 335, (İmamət mövzusu həmin kitabın 1- ci vildi, səh 270- 282- də ətraflı açıqlanıbdır).

«انما انت منذر و لکل قوم هاد»

[3] - Ənam surəsi, ayə 149.

«قل فلله الحجة البالغة»

[4] - Halbu ki, sən onların (günahkarların) arasında ola- ola Allah onlara əzab verən deyildir". Ənfal surəsi, ayə 33.

[5] - Rəvayətin hamısı Biharul- ənvarda, cild 23, səh 19.

[6] - Namazi, Əli, Vilayətin isbatı, səh 59.

«و الله ما خلق الله شیئاً الا و قد امره بالطاعة لنا»

[7] - Əraf surəsi, ayə 56.

[8] - Namazi, Əli, Vilayətin isbatı, səh 67.

[9] - Nəhl surəsi, ayə 60.

[10] - Namazi, Əli, Vilayətin isbatı, səh 126- 127.

[11] - Həmin, 65.

[12] - Safi Gülpayqani, Muntəxəbul- əsər, səh 401- 411.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Qadın incə bir varlıq, yoxsa zəif bir insandır?
    6897 زن 2012/06/23
    Quran nəzərindən qadının çox yüksək məqamı vardır. Qurani-kərim qadınla kişini xilqət baxımından bir insani gövhərdən və bir cinsdən yarandığını bəyan edir. Bu asimani kitab xüsusi ilahi mərhəmətə layiq görülən, rübubi məqamın vəhyini əldə edən, mələklərlə danışan qadınlardan xəbər verir. Onlar Allah yolunda müqavimət və iman ...
  • Həzrət Müslim kim idi?
    16093 اهل بیت و یاران 2012/07/22
    Əqilin oğlu Müslim üç imamla müasir olmuşdur: İmam Əli, imam Həsən və imam Hüseyn (əleyhimus-salam). Üçüncü imamın dövründə canını öz mövlasına fəda etdi və Übeydullah ibni Ziyadın (lənətullahi əlehy) göstərişi ilə şəhid edildi. İmam Hüseyn (əleyhis-salam) onu öz xüsusi nümayəndəsi ünvanı ilə Kufə şəhərinə göndərdi, amma o, ...
  • Dünyada xeyir və şər, gözəllik və çirkinlik olmasına rəğmən Allahın mehriban olmasını neçə isbat etmək olar?
    26993 Qədim kəlam 2011/09/10
    Allah insanı mümkün olan ən yaxşı halda yaratmış, onun həm bu dünyadakı, həm də o biri dünyadakı ehtiyaclarını, tamamilə, təmin etmişdir. Daha doğrusu, bütün varlıqları insan və ona xidmət etmək üçün yaratmışdır. Bunun özü Allahın insana qarşı nə qədər mehriban olduğunu göstərən ən güclü arqumentdir. Habelə O, başqa varlıqlara qarşı ...
  • Quranda (aləmin xəlq edilməsi barəsində deyilən) “altı gün”ün mənası 24 saatlıq həmin ündürmü?
    7807 Qədim kəlam 2011/05/17
    Qurani-Kərimdə asimanların və yerin xəlq edildiyi zaman müddəti “altı gün” təbiri ilə qeyd olunur. Lakin Adəmin xilqətinin altıncı gündə olması, eləcə də Allah-taalanın hər gündə əncam verdiyi işlər qeyd olunmamışdır.Zahirdə “altı gün” təbiri altı dövrə işarədir. Necə ki, bu mənaya olan “yovm” – ...
  • " السلام علیک یا حجة الله لا تخفی" "Əssəlamu ələykə ya höccətəllahi la təxfa" cümləsindən məqsəd nədir?
    7241 Qədim kəlam 2012/02/07
    "Əssəlamu ələykə ya höccətəllahi la təxfa",«السلام علیک یا حجة الله لا تخفی» İmam Zamanın (ə.c.) ziyarətlərindən birinin bir fəqərəsidir ki, dua və hədis kitablarında gəlibdir.[1] Onun mənası barədə iki ehtimal vermək olar:
  • Мәләкләр мүҹәррәддиләр, ја мадди?
    7116 İslam fəlsəfəsi 2010/06/12
    Ола билсин ајә вә рәвајәтләрдә мәләкләрин сырф мүҹәррәд олмасы ајдын шәкилдә бәјан едилмәјиб. Амма, онларын һаггында әлдә олан мәлуматлар, о ҹүмләдән, онларын рәфтарлары вә вәсфләри мүҹәррәд олмаларына дәлилдир. Чүнки, ајә вә Мәсумларын (әләјһимуссалам) рәвајәтләриндә мәләкләр һаггында бизә чатан һәдис вә кәлмәләрин мәзмуну онларын ...
  • Xüms ilinin sonunda gündəlik təlabat mallarının xümsünün hesablanması necə aparılır?
    8146 Xumsun hesablanması və onun ödənmə qaydası 2012/05/19
    Həzrət Ayətullah uzma Xamenei bu suala belə cavab vermişdir: “Gündəlik istifadə edilən, düyü, yağ və s kimi mallar xüms ilinin sonunda artıq qalarsa” onların xüms pulu verilməlidir.[1] Xüms pulu həmin artılq qalan malın özündən verilməli olduğundan, məsələn ilin sonmunda 5 kq düyü ...
  • Həqiqi mənəviyyata meyillilik nə deməkdir?
    9511 Əməli əxlaq 2010/10/03
    Çox vaxt mənəviyyat və imana meyilli şəxslərin məsləki duyğulu və həssasdır. Yəni ata- ana, mühitə tabe olma bəzi hadisələri məsələn Allah övliyalarının kəramətlərini görmək və camaat namazı, həcc, əzadarlıq və bayramları müşahidə etməklə onların hissiyyatlarının cuşa gəlməsinin təsiri altına düşməklə, mənəvuyyata meyl edib və dinə və onun əməllərinə əməl etməyə ...
  • Şəriyət baxımından bank xidmətlərindən və ya borc verən bank müəssisələrindən borc almağın hökmü nədir?
    14194 Bank imkanları 2012/05/21
    Bank xidmətlərində və borc verən müəssisələrindən alınmış borc əgər sələm kimi (faizlə) qiymətləndirilməsə və banklarda verilən şərtlərin əsasında xərclənərlsə heç bir iradı yoxdur. Aşağıda banklardan borc alarkən bir neçə zəruri məsələnin diqqətdə olmasını nəzərə çatdırırıq: 1.Bank kreditinin götürülməsi əvvəlcən orda borc (kredit) dərftərçəsinin açılması ilə ...
  • Niyə biz Aşura ziyarətinin səcdəsində bu müsibətə görə şükr edirik?
    7091 Əməli əxlaq 2012/02/07
    Nemətlərə şükr eləmək rəvayətlərdə xüsusi mövqeyi olan mövzulardandır.[1] Mömin və dinə bağlı insan Allah və yaratdıqları barəsində dəqiq mərifətə malik olsa Allah tərəfindən ona çatan hər bir şeyə şükr eləyər. Ona görə də bu insan həmişə Allah qarşısında öz vəzifəsini yerinə yetirir. İstər yaxşı, ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    167390 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165647 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120736 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115352 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    113984 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    95600 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    57203 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55555 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    47529 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46725 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...