Ətraflı axtarış
Baxanların
3304
İnternetə qoyma tarixi: 2012/04/10
Sualın xülasəsi
Təşbeh qəbilindən İsanı “Allahın oğlu” hesab etmək olarmı?
Sual
Nə üçün biz məcazi mənada “Allahın əli”, “Allahın üzü” və s. ifadələrdən istifadə edirik, lakin İsa (əleyhis-salam)-ı məcazi şəkildə Allahın oğlu hesab etmirik? Halbuki, yuxarıdakı misallarda olduğu kimi təşbeh oluna bilər?
Qısa cavab

“İbnullah” (Allahın oğlu) kəlməsi həqiqi mənada olan “ata-oğul” mənasından başqa heç bir digər mənanı çatdırmır. “Allahın əli”, “Allahın xəlili” və s. ifadələrin öz həqiqi mənalarında Allah üçün işlədilməsi qeyri-mümkündür və mütəal Allaha övlad aid edilməsi Onun bəsit və mütləq (qeyri-məhdud) olan vücudu ilə ziddiyyətlidir. Digər tərəfdən, əgər burada “Allahın oğlu” doğub-doğulmaq məsələsini deyil, sadəcə təşbeh mənasını daşıyırsa və İsa (əleyhis-salam)-a ehtiram əlaməti olaraq işlədilirsə, bu mənada “İsa peyğəmbər Allahın övladıdır” sözünün ona bir ehtiram əlaməti olduğunu deyən və bununla da həzrət İsanın ilahiləşdirilməsini isbat etmək məqsədi ilə yalnız ona aid olan bir imtiyaz olduğunu demələrinin məsihilərin məqsədi ilə ziddiyyəti vardır. Çünki üçlük təşkil edən üqnumlarda deyildiyi kimi, onlar üç Allahın olduğuna inanır, ikinci üqnumun həzrət Məsihin cismi şəklinə düşdüyünü deyir və buna görə də məbud ünvanı ilə ona pərəstiş edirlər. Buna görə də Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) məsihi və yəhudi alimləri ilə mübahisə məqamında buyurmuşdu: “Əgər siz Üzeyir və İsaya hörmət əlaməti olaraq onlara “Allahın oğlu” deyirsinizsə, onda gərək bu nisbət digər peyğəmbərlərə də verilsin.”

Ətreaflı cavab

Məsihi aləmində üçlüyə etiqadın müxtəlif ibarələri vardır və “üç üqunum” adı ilə bəhs edilir.[1] Ortodoks kilsəsinin üçlük təşkil edən müqəddəs varlıq ətrafındakı nəzəriyyəsi son dərəcə mürəkkəb və müəmmalıdır. Bir tərəfdən bu din özünü “vahid Allahın ardıcılı” hesab edir, mütəal və qadir Atanı yerin və asimanların xaliqi hesab edir, habelə, məsihiyyəti tövhid dinləri cərgəsində hesab edib inanırlar ki, Allahı əql vasitəsi ilə tanımaq olar. Eyni halda inanırlar ki, üluhiyyət (ilahilik) bir-birindən tamamilə ayrı olan üç şəxsiyyətdən təşkil olunmuşdur. Bu üçü əzəli olmaqda, qüdrətdə və cəlalda bir-birinə bərabərdir, hər biri də ayrı-ayrılıqda ilahi sifətlərin hamısına malikdir. Lakin onlardan hər birinin elə xüsusiyyətləri vardır ki, onları bir-birindən seçib ayırır. Bu üç üqunum və şəxsiyyət: Vücud üqnumu, Elm üqnumu və Həyat üqnumudur. Birincisinə Ata, ikincisinə Oğul, üçüncüsünə Ruhul-qudus deyirlər.[2] Külli şəkildə desək, məsihilər vəhdətlə eyni zamanda üçlüyə inanırlar, öz əqidələrinə görə onların bu sözü bəşər dərkindən xaricdədir.[3]

Təslisin (üçlüyə etiqadın) sonrakı mərtəbəsində tədqiq edilən və mülahizə olunan şey əzəli və vacibul-vücud olan ikinci üqnumun İsanın insani şəxsiyyəti ilə necə əlaqədə olmasıdır: İsanın fəaliyyətləri ilahi iradədən təşkil edilir, yoxsa insani iradədən? Bu bəhs “təcəssüd (cisim halına düşmək) bəhsi” adı ilə məşhurdur.

Burada irəli sürülən çoxlu nəzəriyyələr arasından yalnız biri “ortodoksun düzgün təlimləri” ünvanı ilə təsdiq olunmuşdur. 451-ci miladi ilində Kalsidun şurası məsihi kilsəsinin qəti mövqeyini belə aydınlaşdırdı: “İki zatı: həm insani, həm də ilahi zatı olan bir Məsih İsa vardır. O həqiqətdə Allahdır, həm ruha, həm də bədənə malikdir. İlahi nəzərdən Ata Allah ilə eyni zatdan təşkil olmuşdur. İnsani baxımdan da insan ilə eyni zata malikdir, lakin heç bir günahı yoxdur. İlahiləşmə nəzərindən zamanın başlanmasından əvvəl Allahdan mütəvəllid  olmuş (dünyaya gəlmiş), insani nəzərdən bakirə Məryəmdən dünyaya gəlmişdir. İki zat arasında fərqlilik ittihad nəticəsində aradan getməmiş, əksinə, onların xüsusiyyətləri qorunub saxlanmışdır və eyni zamanda tərkib taparaq bir-birinə qarışmışdır. İsa iki şəxs deyil, əksinə bir şəxsdir və Allahın oğludur!”[4]

Məsihilərin öz etiraflarına əsasən, təcəssüm təlimlərinin təsviri və təsdiqi çox çətin, hətta dərk olunmaz bir məsələdir.[5]

Deməli, məsihilərin “İsa Allahın oğludur” deməkdə məqsədləri ilahi yönə malik olan ilahi ruhun o həzrətdə hülul etməsidir (onun bədəninə keçməsidir), “elm üqnumu” kimi məşhur olan bu ruh Allahdan təvəllüd etmişdir. Lakin say baxımından Allah ilə heç bir fərqi yoxdur. Bu onların öz təlimlərində mövcud olan bir məsələdir. Onların çoxu bu cür mövcud şübhələrdən və anlaşılmazlıqlardan yaxa qurtarmaq üçün bu etiqadlardan bəzilərini inkar edirlər. Necə ki, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-n onlarla elmi mübahisəsində görəcəyik. O həzrət yəhudi və məsihi alimləri ilə apardığı elmi mübahisədə bu iradlara oxşar olan iradlar irəli çəkərək digər üç firqənin cavabını vermişdir.

İmam Sadiq (əleyhis-salam) əziz ata-babalarından, onlar da Əli (əleyhimus-salam)-da nəql edirlər ki, beş firqənin rəhbərləri: yəhudi, məsihi, dəhri (materialist), sənəviyyə (ikiliyə ibadət edənlər) və ərəb müşrikləri (bütpərəstlər) öz aralarında söz qoyub həzrət Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in hüzuruna gəldilər və dəlil-sübut gətirməyə, bəhs aparmağa başladılar. Yəhudi alimləri dedilər: – Bizim etiqadımız budur ki, Üzeyir Allahın oğludur. Bu barədə müzakirə edib sənin nəzərini öyrənmək istəyirik. Əgər bizimlə həməqidə olsan, irəli olmağa biz haqlıyıq; yox əgər bizim əqidəmizlə müxalifət etsən, səninlə düşmən olacağıq!

Məsihi alimləri dedilər: – Biz inanırıq ki, İsa Allahın oğludur və Allah onunla müttəhid olmuşdur. Biz də gəlmişik ki, sənin bu barədəki nəzərini bilək. Bizimlə müvafiq olduğun surətdə səndən irəli olmağa biz haqlıyıq; əks halda, səninlə düşməm olacağıq.

Sonra materialistlər dedilər...

Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) buyurdu: – Mən şəriksiz və yeganə Allaha iman gətirmişəm, Ondan başqa hər bir məbuda (büt və tağutlara) qarşı kafir olmuşam. Allah-taala məni bütün aləmlərə məbus etmişdir ki, insanlara (əbədi səadəti və ilahi nemətləri) müjdə verəm, ilahi əzabdan qorxudam ki, dəlil-sübut və höccət onların hamısına tamamlanmış olam. Rəbbim məni hər yerdə qorumuş, düşmənlərin və müxaliflərin şərini məndən dəf etmişdir.... (Sonra yəhudilərə üz tutub buyurdu:) Mənim yanıma gəlmişsiniz ki, sizin əqidənizi heç bir (məntiqi) dəlil olmadan qəbul edim?!

Dedilər: – Xeyr.

Həzrət buyurdu: – Hansı dəlilə əsasən Üzeyir peyğəmbərin Allahın oğlu olduğuna inanırsınız?

Dedilər: – Çünki müqəddəs “Tövrat” kitabı tərk edildikdən sonra bir daha onu dirçəltmişdir. Bu işi “Allahın oğlu” məqamında olanlardan başqası yerinə yetirə bilməz.

Həzrət buyurdu: – Bu dəlilə əsasən gərək həzrət Musa (əleyhis-salam) Allahın oğlu olmaqda Üzeyirdən irəli olsun! Çünki Tövrat onun vasitəsi ilə nazil olmuşdur, özünüz də bildiyiniz çoxlu möcüzələri onda müşahidə etmişsiniz! Sizin məntiqinizə uyğun olaraq gərək həzrət Musa Üzeyirin malik olduğu məqamdan – Allahın oğlu məqamından daha yüksək bir məqama malik olsun. İkincisi, əgər “Allahın oğlu” dedikdə məqsədiniz digər atalar kimi mütəal Allahın da öz həyat yoldaşı ilə yaxınlıq etməsi və bu yaxınlıq nəticəsində Üzeyir kimi bir övladın dünyaya gəlişidirsə, bu halda siz aləmlərin Pərvərdigarını maddi və məhdud dünyəvi varlıqlardan biri kimi təsəvvür və məxluqların sifətlərini Ona aid edirsiniz.

Yəhudilər dedilər: – Təvəllüd dedikdə məqsədimiz bu məna deyildir. Çünki sizin sözünüzə əsasən o, küfr və nadanlıqdır. “Allahın oğlu” dedikdə məqsədimiz, hətta təvəllüd də olmasa, Üzeyirə ehtiram və əzəmət göstərməkdir. Eynilə alimin və ustadın öz şagirdlərinə “ey oğlum!”, yaxud “sən mənim oğlumsan” deyə xitablarına bənzəyir. Bu təbirlə onun nəzəri təvəllüd deyil, sadəcə məhəbbət göstərmək və ehtiram qoymaqdır (yəni başqa bir şey yox, təşbeh mənası daşıyır) ki, bu sözü aralarında heç bir nisbət (qohumluq əlaqəsi) olmayan kəsə deyir. Allah-taala da eynilə həmin təbiri Üzeyir barəsində demiş, ona şərafət və əzəmət vermək məqsədi ilə “öz oğlu” seçmişdir, nəinki təvəllüd əsasına oğlu olmuş olsun.

Həzrət buyurdu: – Bu izahla da sizin cavabınız əvvəldə dediyimdir: Çünki bu təbirə əsasən Musa bu məqama Üzeyirdən də artıq layiqli idi. Həqiqətən, Allah-taala batil əhlilin iqrarı ilə onları rüsvay edər, höccəti onların əleyhinə tamamlayar. Dəlil-sübut gətirdiyiniz bu izah və yozumlar sizi dediyinizdən daha  çətin yolda qərar verdi. Siz deyirsiniz ki, böyük şəxsiyyətlərinizdən biri təvəllüd məsələsi irəli çəkilmədən yad bir şəxsə “ey oğlum!”, “sən mənim oğlumsan”, başqasına “sən mənim şeyxim, ustadım və atamsan”, başqasına isə “sən mənim ağamsan”, “ey ağam!” deyir. Ehtiram nə qədər artıq olsa, bu sözlər də bir o qədər möhtərəm olar. Bu əqidəyə əsasən, həzrət Musa ibni İmranın Üzeyirə olan fəziləti başa düşülsün deyə, gərək Musa Allahın qardaşı, yaxud ustadı, yaxud atası, yaxud mövlası olsun. Sizin nəzərinizcə, bu sözlərin Üzeyirdən üstün olan Musanın barəsində Allaha aid edilməsi düz olan bir işdirmi?!

Yəhudilər Peyğəmbərin cavabından mat-məəttəl qaldılar və dedilər: – Ey Məhəmməd! İcazə ver, bu söz barəsində dərindən təfəkkür edib tədqiqat aparaq.

Həzrət  buyurdu: – Ümidvaram ki, öz əqidə və danışıqlarınız barəsində pak-pakizə qəlblə, insaf əsasında fikirləşərsiniz ki, mütəal Allah həqiqəti sizə aşkar etsin.

Sonra məsihilərə üz tutub buyurdu: – Siz inanırsınız ki, əzəli və qədim varlıq olan Allah Öz oğlu həzrət Məsih ilə müttəhid olmuşdur. Deyin görüm, bu müəmmalı və anlaşılmaz sözdən məqsədiniz nədir? Məqsədiniz əzəli və qədim olan Allahın hadis (sonradan yaranan) bir varlıq ilə müttəhid olmasıdırmı? Yəni hadis və məhdud olan həzrət Məsih qədim və əbədi Pərvərdigar ilə müttəhid olmaq sayəsində tərəqqi etmiş və Onunla bərabər və bir səviyyədə olmuşdur? Bunun özü də həzrət İsaya son dərəcə təzim və ehtiramdır?

Birinci iki surət əqli bürhana (qəti dəlil-sübuta) əsasən qeyri-mümkündür. Çünki  qədim varlıq hadis ola bilməz, hadis də qədimə çevrilə bilməz. Buna əsasən, hadis hər bir cəhətdən qədimin ziddi, üstəlik onun nəqizidir – bunların bir yerdə və bir varlıqda cəm olması qeyri-mümkün olacaqdır. Axırıncı halda isə aydındır ki, Məsih Allahın məxluqlarından və seçilmiş bəndələrindən biridir və hadis olmalıdır. Hər bir halda Məsihin Allahın oğlu olması, Allah ilə müttəhid olması (birləşməsi) qeyri-mümkün və batil nəzərdir.

Məsihi dedi: – Ey Məhəmməd! Bizim məqsədimiz budur ki, Allah-taala Məsihə qarşı sonsuz diqqət və xüsusi mərhəmət nəzərlərinə görə qəribə möcüzələri onun əli ilə icra etmişdir. Buna görə də “İsa Allahın oğludur” dedikdə məqsəd yalnız ona ehtiram etmək və əzizləməkdir, vəssalam!

Həzrət  buyurdu: – Yəqin ki, yəhudilərə dediyim sözləri eşitdiniz...

Bundan sonra Üzeyirin Allahın oğlu olması barəsində dediyi sözünü onlara da təkrar etdi. Məsihilər sakit dayanıb qane oldular. Yalnız onlardan biri Peyğəmbərə üz tutub dedi: – Ey Məhəmməd! Məgər siz İbrahimi “Allahın xəlili” hesab etmirsinizmi?

Həzrət buyurdu: – Elədir.

Soruşdu: – Onda nə üçün İsanın Allahın oğlu olması barədəki əqidəmizlə müxalifət edirsiniz?!

Həzrət buyurdu: – Bu iki məsələ arasında heç bir oxşar və müştərək cəhət yoxdur. “İbrahim Allahın xəlilidir” sözündə xəlil “xəllət”, yaxud “xüllət” kökündən alınmışdır və ehtiyac və fəqirlik mənasınadır. “Xəlil”in mənasının həqiqəti: ehtiyaclı, möhtac və fəqir bir şəxs. İbrahim nəfsinin qəni (ehtiyacsız) olması mərhələsində başqalarından qaçaraq yalnız mütəal Allaha sığındı və Ona üz gətirdi. Buna görə də ona “Xəlil” ləqəbi verdilər. Bu məna onu mancanağa qoyub oda atmaq istədikləri vaxt ən yüksək həddinə çatdı. Bu zaman Cəbrəil Allah tərəfindən ona kömək eləməyə məmur oldu, lakin həzrət İbrahim cavabında dedi: “Allahdan qeyrisinə heç bir hacətim yoxdur! Onun mənə kömək etməsi kifayətdir!” “Xəlil” kəlməsi lüğətdə “xillət” kökündən götürülmüş olsa, mənası “mənaların incəliklərində tədqiq etmək”, “incəliklərə, həqiqətlərə və sirlərə diqqət yetirmək”dir. Belə olan halda da sizin gətirdiyiniz dəlil-sübutlarla heç bir əlaqəsi olmayacaqdır, çünki  bu, Allahın məxluqa oxşadılmasına səbəb olur. (Çünki tənasüb və təşaböh zatın və həqiqətin yox, əvarizlərin sifətindəndir). Görmürsünüz ki, əgər həzrət İbrahim bütün məxluqatdan ümidini kəsib Allaha sığınmasaydı, sirlərə və həqiqətlərə agah olmasaydı, Allahın Xəlili ola bilməzdi?! Lakin təvəllüd və nəsil artırma mövzusunda məsələ tamamilə bunun əksinədir. Çünki ata ilə oğul arasındakı məsələ həqiqi və zati bir məsələdir, hətta ata oğlunu söysə, yaxud qovub özündən uzaqlaşdırsa da, bu bağlılıq aradan getmir. Çünki təvəllüdün mənası onun vasitəsi ilə həyata keçir (ata həmişə övladın vücuda gəlməsinin mənşəyidir və o övladın zatən atasıdır). Əgər İsanın Allahın oğlu olması barəsində sizin dəliliniz həzrət İbrahimin Allahın Xəlili olmasına istinadınızdırsa, onda gərək həzrət Musa da Allahın oğlu olsun! Çünki onun vasitəsi ilə baş verən möcüzələr, İsanın möcüzələrindən heç də geri qalmırdı. Onda deməlisiniz ki, Musa Allahın atasıdır! Hətta yəhudilərlə bəyan olunan mübahisəyə əsasən “Musa Allahın atası, ağası, əmisi, rəisi və əmiridir” deməyiniz lazım gələrdi.

Məsihilərdən biri dedi: – Həzrət Məsih öz İncilində buyurur: “Mən öz atama doğru gedirəm”

Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) buyurdu: – Bu kitaba əməl edilməsi təqdirində bu cümlənin əsli “mən özümün və sizin atanıza doğru gedirəm” kimi olacaqdır. Onda gərək etiraf edəsiniz ki, İsanın xitab etdiyi bütün insanlar Allahın oğludur. Həmin cümlədən məlum olur ki, “Allahın oğlu” kəlməsinin həzrət İsaya aid edilməsi təkcə ona məxsus və təkcə onun xüsusiyyəti deyildir; onun bütün səhabələri və kəlamını dinləyənlər də Allahın oğlu hesab olunmalıdır. Halbuki, onlar bu imtiyazdan məhrumdurlar. Siz özünüz bu cümləni nəql edirsiniz, lakin onun məzmunundan qafilsiniz və o böyük şəxsiyyətli insanın dediyinin tam əksini deyirsiniz.

Əgər sizin ata və oğul kəlmələrinin zahiri və ləfzi mənalarını nəzərdə tutursunuzsa, onda nə üçün demirsiniz ki, ata dedikdə həzrət Adəm, yaxud həzrət Nuh olsun?! Axı bu iki əziz peyğəmbər həm həzrət Məsihin, həm də başqalarının həqiqi mənada atasıdırlar. Bu həqiqi mənanı necə inkar edə, özünüz istədiyiniz təsəvvürləri necə sübuta yetirə bilərsiniz?!

Peyğəmbər (səlləllahu əleyhi və alih)-in bu tutarlı və məntiqi dəlil-sübutundan sonra məsihilər bir qədər susdular, sonra dedilər: – Biz indiyə qədər dəlil-sübut məqamında sənin kimi (məharətli) bir şəxs görməmişdik. Bir qədər möhlət ver, bu mövzu barəsində təfəkkür edək.

Sonra Peyğəmbər materialist şəxsə üz tutaraq buyurdu: ...

İmam Sadiq (əleyhis-salam) buyurur: “Allaha and olsun! Üç gün keçməmiş bu 25 nəfər hamılıqla Peyğəmbər (səlləllahu əleyhi və alih)-in hüzurunda gəlib müsəlman oldular və dedilər: “Biz heç vaxt belə tutarlı, qəti və möhkəm dəlil-sübut görməmişdik. Şəhadət veririk ki, sən Allahın göndərdiyi Peyğəmbərsən!”[6]

Deməli, əvvəla Allahın əli”, “Allahın xəlili” və sair kimi mənaların əksinə olaraq “Allahın oğlu” kəlməsi həqiqi ata və oğul mənasından başqa mənaya aid edilə bilməz. Onun həqiqi mənada Allah-taala barəsində işlənməsi qeyri-mümkündür. Allaha oğul nisbət verilməsi O pak və müqəddəs Zatın bəsit və mütləq vücud olması ilə ziddiyyətlidir. İkincisi, fərz üzrə, bu bölmədə “Allahın oğlu doğub törəmək, nəsil artırmaq mənasına deyil, məcaz və təşbeh məqsədi ilə ehtiram və əzizləmə mənasında işlənmişdir” desək, bu söz də məsihilərin nəzərdə tutduğu məqsədlə uyğun gəlmir; çünki, onlar ehtiram qəbilindən olan övladlıq nisbətini yalnız həzrət İsaya məxsus bilir və həmin imtiyaza görə də o həzrəti ilahiləşdirirlər. Üçlük təşkil edən üqunum barəsində deyildiyi kimi, onlar üç Allahın varlığına inanır və deyirlər ki, ikinci üqunum həzrət Məsihdə təcəssüd etmiş – cisim formasında düşmüşdür. Ona görə də ona “ilah” ünvanı ilə pərəstiş edirlər. Odur ki, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) dəlil-sübut məqamında məsihilərə və yəhudilərə buyurdu: “Əgər sizin meyarınız ehtiram ünvanı ilə Üzeyirə və İsaya “Allahın oğlu” nisbətini verməyə səbəb olan möcüzələr olsa, onda gərək bu nisbəti bütün digər peyğəmbərlərə də verəsiniz. Hətta bu təbirə əsasən, həzrət Musa bu məqama hamıdan artıq layiqdir. Belə olan halda Allahın oğlu olmaq heç vaxt İsaya həsr olunmayacaqdır. Bu da sizin məqsədinizin tam əksinədir.”

 


[1] Siriyani kəlməsi olan “üqnum” şəxsiyyət və ya əsl mənasına gəlmişdir.

[2] Təbatəbai, Seyid Məhəmməd Hüseyn, “Əl-mizan fi təfsiril-Quran”, 3-cü cild, səh. 286, “İslam nəşriyyatı”nın dəftərxanası, Qum, 1417-ci qəməri il

[3] “İzahut-təlim Məsihi”, səh. 35, Zibai Nəjad, Məhəmməd Riza, “Məsihiliyin kəlam və tarixinin müqəddiməsi” kitabından nəqlən: səh. 136, “İşraq” nəşriyyatı, Qum, 1375-ci il

[4] “Məsihi ilahiyyatı”, səh. 199, “Məsihiliyin kəlam və tarixinə müqəddimə” kitabından nəqlən: səh. 151

[5] “Qədim kilsələrin tarixi”, səh. 254, “Məsihiliyin kəlam və tarixinə müqəddimə” kitabından nəqlən: səh. 152

[6] Təbərsi, Əhməd ibni Əli, “Əl-ehticac əla əhlil-licac”, 1-ci cild, səh. 21-29, “Mürtəza” nəşriyyatı, Məşhəd, 1403-cü qəməri il

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    108734 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    82824 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    60631 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    43954 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    33661 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    28977 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    23201 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    23144 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    22235 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    21120 Qədim kəlam
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...