Ətraflı axtarış
Baxanların
14760
İnternetə qoyma tarixi: 2011/11/24
Sualın xülasəsi
Allahdan qeyrisindən kömək istəmək tövhid ruhu ilə uyğundurmu?
Sual
Çox yerlərdə “ya Allah!”, “ya Məhəmməd”, “ya Əli!”, “ya Hüseyn!” və s. yazılır və ya deyilir. Bəziləri də deyirlər ki, Allahdan başqa şəxsi köməyə çağırmaq düzgün deyildir. Çünki bu iş Allahdan qeyrisindən kömək istəmək sayılır. Bu söz səhihdirmi?
Qısa cavab

Əgər Allahdan qeyrisindən – ilahi övliyalardan kömək istəmək hacəti rəva qılmaqda o böyük şəxsiyyətlərin və ilahi övliyaların birbaşa təsirli olmasına və Allaha ehtiyaclı olmamasına etiqad əsasında olsa, bu, tam mənada şirk, tövhidlə zidd əqidədir və bu iş caiz deyildir. Lakin əgər bu böyük şəxsiyyətlərin insanın hacətini Allahın izni və qüdrəti ilə, habelə Allahın onlara verdiyi qüdrətlə yerinə yetirdiklərinə etiqad bəsləsələr, bu nəinki şirk deyildir, üstəlik eynilə tövhiddir və heç bir iradı yoxdur.

Ətreaflı cavab

Şirkin məfhumu

Şirk budur ki, insan zatda, xaliqiyyətdə (xəlq etməkdə), malikiyyətdə (malik və sahib olmaqda), rübubiyyətdə (rəbb olmaqda) və ibadətdə hər hansı bir şəxsi Allahın tayı-bərabəri qərar versin və bu işlərin hər hansı birində onu Allah üçün şərik qoşsun. Deməli, əgər Allahdan qeyrisindən kömək diləmək Allaha şərik qoşmağı lazım tutacaq bir səviyyədə olsa, misal üçün, hacətlərin rəva olunmasında Allahdan qeyri bir şəxs üçün müstəqil şən və qüdrət olduğuna inanmaq, bu şirk və haramdır. Amma əgər Allahdan qeyrisindən kömək istəyən zaman onlar üçün təsirdə müstəqil qüdrət olmadığına inansaq, əksinə onları Allahın qüdrətinin davamında və Onun izn və istəyi ilə olduğunu bilsək, bu nəinki şirk deyildir, üstəlik Quran şahidlərinə əsasən, ilahi övliyaların sünnəti və qəbul olunmuş bir rəftar növüdür.

Deməli, əgər Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-dən və Allahın digər saleh bəndələrindən Allahın izni ilə müəyyən işləri yerinə yetirməsini istəyiriksə, bu, şirk deyildir. Çünki onları Allahla bərabər və təsirdə müstəqil qərar verməmişik. Başqalarından kömək istəmək də onlara ibadət etmək mənasına deyildir.

Quranda duanın məfhumu

Mənasını Qurandan düzgün başa düşməmək nəticəsində bəziləri Allahdan qeyrisini çağırmağı və onlardan bir şey istəməyi şirk, bu işi görən şəxsləri isə kafir hesab edərək qanlarını hədər hesab etmişlər. Bu kimi şəxslər Quranın bəzi ayələrinə, o cümlədən, “Məscidlər Allaha məxsusdur, Onunla birlikdə başqasını çağırmayın!”,[1] ayəsinə istinad edirlər. Halbuki Quranda dua kəlməsi müxtəlif mənalarda işlədilmişdir:

1. İbadət mənasına; yuxarıda qeyd etdiyimiz şərif ayədə olduğu kimi.[2]

2. Hər hansı bir şeyə doğru çağırmaq. Burada həzrət Nuh (əleyhis-salam)-ın sözünü misal çəkmək olar: “Pərvərdigara! Mən öz qovmümü gecə-gündüz (haqqa) çağırdım, lakin mənim dəvətim onların (haqdan) qaçmasından başqa bir şey artırmadı.”[3] Bu “dua” onların haqqa və imana çağırışından, dəvətindən ibarətdir. Bu kimi dua nəinki şirk deyil, əksinə eynilə imandır və onu yerinə yetirmək peyğəmbərlərə vacib idi.

3. Hacət istəmək mənası. Bu, bəzən adi yollarla olur, misal üçün: “Şahidlər şəhadət vermək üçün dəvət edildikləri zaman gərək imtina etməsinlər.”[4] Adi işlərdə baş verən bu duanı bir şəxs əncam versə, əsla kafir olmaz.

Bəzən isə qeyri-adi və möcüzə yolu ilə baş verir. Bu da iki qisimdir:

a) Bəzən Allahdan qeyrisinin təsirdə müstəqil olmasına etiqadla yanaşı olur. Bu qisim şirkin bir növüdür. Çünki təsirdə müstəqil olan yalnız Allah-taaladır və Ondan qeyrisinin, hətta adi səbəblərin belə, malik olduğu hər bir şey Allah tərəfindəndir və Onun izni ilə təsir qoyur. Quran bu barədə buyurur: “De, Allahdan qeyri məbud hesab etdiklərinizi çağırın! Onlar sizin probleminizi həll edə və nə də onda dəyişiklik yarada bilməzlər.”[5] Heç bir imanlı, agah mömin peyğəmbərlərdən və ilahi övliyalardan hətta birinin barəsində belə bir etiqada malik deyildir.

b) Bəzən bir şəxsdən istəyirik ki, bizim üçün Allahdan bir şeyi diləsin. Bu növ istək kamil insanın tövhididir. Allah dərgahında şəfaətçi və vasitəçi qərar verilən belə bir böyük insan bütün səbəblərin səbəbkarının və həqiqi təsir qoyanın yalnız Allah olduğunu bilir. Lakin şəxs ilahi övliyalara təvəssül etməklə onlardan istəyir ki, Allah yanında hacətinin yerinə yetməsi üçün dua etsin. Bu, eynilə tövhid və yeganəpərəstlikdir. Quran buyurur: “Bəni-israil Musanın yanına gəlib ondan istədilər ki, Allahdan onlar üçün müxtəlif çeşidli yeməklər diləsin. Dedilər: “Ey Musa! Biz bir növ yeməklə qənaətlənə bilmərik, Allahından istə, bizim üçün yer üzərində cücərən şeylərdən – göyərtilərdən və s. yetirsin.”[6]

Musa (əleyhis-salam) da əsla onlara irad tutmadı və “nə üçün mənə “ya Musa” deyə xitab etdiniz?! Nə üçün özünüz birbaşa Allahdan istəmirsiniz?!” və “bu, şirk və küfrdür” demədi?! Əksinə, Musa onların istəyini Allahdan dilədi və onların hacətləri yerinə yetirildi.

Məxluqların təsir qoymaq, təsirlənmək, səbəb və nəticə olmaqdakı roluna inanmaq şirk deyildir. Tövhid dünyadakı səbəbləri inkar etməyi, hər bir təsirin heç bir vasitə olmadan birbaşa Allahın işi bilməyi, səbəblər üçün hətta Allahın qüdrətinin davamında olduğu halda belə heç bir rol olduğuna inanmamağı tələb etmir. Misal üçün inanaq ki, od müəyyən bir şeyi yandırmaqda heç bir rol ifa etmir, su susuzluğu yatırtmaqda, yağış damcıları toxumu cücərtməkdə heç bir rolu ifa etmir və yandıran, susuzluğu yatırdan və cücərdən birbaşa Allahdır. Deməli, məxluqun varlığına etiqad zatda şirkə və ikinci bir məbuda etiqad olmadığı, əksinə yeganə Allahın varlığına etiqadın təkmil edicisi olduğu kimi, səbəblərin təsirinə, məxluqların yaradılış aləmində ifa etdiyi rola inanmaq da şirik deyildir.

Diqqət yetirmək lazımdır ki, varlıqlar istisnasız olaraq nə öz zatda, nə də təsirdə heç bir müstəqilliyə malik deyildirlər. Deməli, tövhidlə şirikin sərhədi Allahdan qeyrisi üçün təsirdə heç bir rol olduğuna inanıb-inanmamaq deyildir; əksinə, şirk budur ki, Allahdan başqa səbəbləri Onunla eyni səviyyədə qərar verək, təsirdə onlar üçün müstəqillik olduğuna inanaq.

Başqa sözlə desək, mələk, peyğəmbər və ya imam kimi bir varlığın təbiətin fövqündə olan təsir və qüdrətinə etiqad, adi səbəblərin təsirinə olan etiqaddakı kimi, şirk deyildir, yəni onlar üçün adi amillər həddindən yüksəkdə olan bir rola inanmaq Allah qarşısında hər hansı bir müstəqil qüdrətin rolu olduğuna inanmaq deyildir. Onlar elə bir varlıqdır ki, bütün zatları Allahın iradəsinə bağlıdır, özündən heç bir istiqlaliyyət yönü və müstəqilliyi yoxdur. Onun malik olduğu fövqəltəbii təsiri də özünə istinad verilməzdən öncə Allaha istinad verilir. Həmin varlıq da ilahi feyzin əşyalara nazil olması üçün vasitədən başqa bir şey deyildir. Necə ki, Cəbrəilin vəhy feyzinin və elmin nazil olma vasitəsi, Mikailin ruzinin verilmə vasitəsi, İsrafilin həyat vermə vasitəsi, Mələkul-movtun ruhların qəbz olunma vasitəsi olmasına etiqad da şirk deyildir.

Bəhsin daha aydınlaşması üçün bəzi ayələrə işarə edirik:

1. Quran həzrət İsa (əleyhis-salam)-ın dilincə buyurur: “Allahın izni ilə anadangəlmə korlara, bərəs xəstəliyinə tutulanlara şəfa verirəm, ölüləri Allahın izni ilə dirildirəm.”[7]

2. Yəqub (əleyhis-salam)-ın oğlanları öz işlərindən peşman olduqdan sonra atasının hüzuruna gəlib dedilər: “Ey ata! Allahdan günahlarımızın bağışlanmasını istə, çünki biz xətakar idik.” Atası dedi: “Tezliklə sizin üçün Pərvərdigarımdan bağışlanmaq istəyəcəyəm, çünki O, bağışlayan və rəhm edəndir.”[8]

Gördüyünüz kimi, Yəqubun övladları “ey ata” ifadəsindən istifadə etmişdilər. Həzrət Yəqub (əleyhis-salam) da onları bu sözdən çəkindirmədi və “özünüz birbaşa Allahdan istəyin!” deyə buyurmadı. Deməli, bu işin tövhidlə heç bir ziddiyyəti yoxdur.

Əlavə məlumat almaq üçün aşağıdakı mənbələrə müraciət edə bilərsiniz:

1. “Təvəssül və vasitə olmadan Allahla əlaqə”, sual: 542 (sayt 590)

2. “Quran və sünnətdə təvəssül”, sual 2032 (sayt (2265)

3. “Əhli-beyt (əleyhimus-salam)-a təvəssülün fəlsəfəsi”, sual 1321 (sayt 1316)

4. Mütəhhəri, Mürtəza, “Tövhid dünyagörüşü”, Tehran, “Sədra” nəşriyyatı. 21-ci çap, 1384-cü il

5. Məkarim Şirazi, Nasir, “Vəhhabilik iki yol ayrıcında”, Qum, “İmam Əli ibni Əbi Talib (əleyhis-salam)” adına mədrəsə, birinci çap, 1384-cü il



[1] “Cin” surəsi, ayə: 18

[2] “Cin” surəsi, ayə: 18:

وَ أَنَّ الْمَساجِدَ لِلَّهِ فَلا تَدْعُوا مَعَ اللَّهِ أَحَدا

[3] “Nuh” surəsi, ayə: 5 və 6

[4] “Bəqərə”surəsi, ayə: 282:

وَ لَا یَأْبَ الشهَُّدَاءُ إِذَا مَا دُعُواْ

[5] “İsra” surəsi, ayə: 56:

قُلِ ادْعُواْ الَّذِینَ زَعَمْتُم مِّن دُونِهِ فَلَا یَمْلِکُونَ کَشْفَ الضُّرِّ عَنکُمْ وَ لَا تحَْوِیلا

[6] “Bəqərə” surəsi, ayə: 61:

وَ إِذْ قُلْتُمْ یَمُوسىَ‏ لَن نَّصْبرَِ عَلىَ‏ طَعَامٍ وَاحِدٍ فَادْعُ لَنَا رَبَّکَ یخُْرِجْ لَنَا ممَِّا تُنبِتُ الْأَرْضُ مِن بَقْلِهَا وَ قِثَّائهَا وَ فُومِهَا وَ عَدَسِهَا وَ بَصَلِهَا

[7] “Ali-İmran” surəsi, ayə: 49

[8] “Yusif” surəsi, ayə: 97-98

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • İmam Zaman (əleyhis-salam)-ın bizdən razı olmasını necə başa düşmək olar?
    5359 Əməli əxlaq 2011/10/22
    İmam Zaman (əleyhis-salam)-ın şiələri olan həqiqi möminlər həm özlərini, həm də əməllərini anbaan o həzrətin hüzurunda görür, o əziz insanın şərf xatirini kədərləndirməmək, yaxud o həzrətin xüsusi inayətlərindən məhrum olmamaq üçün, habelə o həzrətin diqqətini daha artıq cəlb etmək və ona yaxınlaşmaq üçün ruhi-mənəvi ...
  • Kim və necə teyyul ərz edə bilər?
    14905 Əməli irfan 2011/06/14
    "Teyyul- ərz" termini "bir anda dünyanın hər yerinə getmək" mənasındadır. O, adi insanların qüdrətindən xaric olan bir əməldir. İnsan bu məqama yetişmək üçün gərək təbiətin bəzi silsiləvi qanunlarını keçsin və onu öz qüdrətinin müstəmləkəsi etsin. Bunun ümdə şərti insanın nəfsin mərifətini əldə etməsidir. Yəni insan şəri və düzgün ...
  • Qurani kərimdə Qədir xum barəsində olan ayələr əhli sünnət tərəfindən dəyişdirilmişdirmi?
    12064 Qədim kəlam 2010/11/10
    Bir çox böyük Quran təfsirçiləri, istər sünnü olsun istərsədə şiə məktəbindən, bu mətləbi belə qəbul edirlərki, "Əlyəvm yəisəl- ləzinə   əl islamə dinən" Maidə surəsinin üçüncü ayəsinin içərisində mötərizədə olan bir cümlədir, və bir çoxları da bu nəzərdədilər ki, bu mötərizə cümləsi əvvəldən və Peyğəmbərin (s) izni ilə ...
  • Naməhrəmə əl vermək barəsində İslamın nəzəri nədir?
    6273 Əməli əxlaq 2012/09/03
    Müxalif cinsə əl vermək bəlkə də insanların çoxu üçün şəhvətə səbəb olmasa da, bəzi şəxslər var ki, belə qısa əlaqə ilə də həvəslənirlər. Nəzərə alsaq ki, birinci dəstənin içində də elə şəxslər ola bilər ki, özlərini səmimi göstərməklə qeyri- qanuni əlaqələrə şərait yarada bilərlər. Buna ...
  • İslam peyğəmbəri Həzrət Məhəmməd (s)- in həyatını qısa olaraq bəyan edin.
    3755 پیامبر اکرم ص 2019/10/09
  • “Əməli əsl” və “ictihadi dəlil” dedikdə məqsəd nədir və bunların arasında nə kimi əlaqə vardır?
    5595 Nizamlar hüquq və əhkam 2012/02/18
    Əməli əsl“Əməli əsl” üsuli-fiqh elmində bir termindir. Onun mənası şəri hökmün təyinində şəkk yaranan zaman mükəlləfin əməli (şəri) vəzifəsini aydınlaşdıran bir qaydadan ibarətdir – dəlil və əmarə tapmadıqdan sonra. Başqa sözlə desək, əməli əsl, yaxud əməliyyə əslləri şəkk-şübhəyə düçar olan bir şəxsin əməlini ...
  • Mümkündürsə, keçmiş əsrlərdən indiyə qədər müsəlman alim qadınlarının adını bəyan edin.
    7376 Nizamlar hüquq və əhkam 2012/01/19
    Keçmiş dövrlərdən indiki zamana qədər islam aləmində fəqih, mühəddis, filosof və s. qadınların adları bəzi tarixi mənbələrdə qeyd olunmuşdur. O cümlədən:1. İmam Kazim (əleyhis-salam)-ın qızı və imam Riza (əleyhis-salam)-ın bacısı Həzrət Məsumə (əleyha salam);2. Ümmü Külsum Roğəni Qəzvini – ...
  • İslamda faizsiz borc verməyin və borc almağın qaydaları nədir?
    9465 Əməli əxlaq 2012/03/14
    Dini təlimlərimizdə mömin qardaşlara borc verməyin xüsusi qayda-qanunların və şərtləri vardır ki, onların bəzilərini qeyd edirik: 1. Borc vermək ixlsala yanaşı olsun; 2. Tam razılıq üzündən və ürəkdən verilmiş olsun; 3. Borc halal maldan verilsin; 4. Borc verilən zaman ...
  • Həzrəti Əli (ə) şənində ayələrin daha çoxu hansı ayda nazil olubdur?
    6367 Təfsir 2012/02/07
    Cavabdan əvvəl neçə məsələyə giriş adıyla diqqət etmək lazım gəlir: 1.             Ümumi olaraq, Quran ayələrinin Əsbabi nuzuli barəsində daxil olan rəvayətlər: Əziz Peyğəmbər (s)- in zamanında baş vermiş tarixi hadisələri bəyan edir və həmən hadisə ilə əlaqədar ayə ya ayələr o həzrətə nazil olub. ...
  • Nə üçün Peyğəmbər və imamlar, özləri hədis kitabı yazmamışdırlar?
    9345 Hədis nəql edənlər 2012/01/16
    İslam Peyğəmbəri Allahın istəyi və bəzi məsləhətlər üzündən o dərs oxumamış və heç bir zaman müəllim yanına getməmiş və o cümlədən kitabda yazmamışdır. Allahın bu məsləhətinin də səbəbi tamami ilə məlumdur. O həzrətin Quran adlı kitabı əbədi möcüzədir və dərs oxuyub yazan bir şəxs üçün bir kitab gətirmək çətin vəmümkün ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162900 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    155023 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117787 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109737 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98910 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91337 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53368 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45303 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43748 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42914 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...