Ətraflı axtarış
Baxanların
10454
İnternetə qoyma tarixi: 2012/05/17
Sualın xülasəsi
Bəqərə surəsinin 233- cü ayəsiylə Əhqaf surəsinin 15- ci ayəsi arasında olan ixtilaf necə həll olur?
Sual
Allah, bir dəfə Bəqərə surəsinin 233- cü ayəsində elan edir ki, süd vermək müddəti iki il kamil şəkildədir. "حولین کاملین". Amma Əhqaf surəsinin 15- ci ayəsində müşahidə edirik ki, hamiləliklə süd verməyin cəmi müddəti 30 ay bəyan olubdur. (ثلاثون شهرا) bunu nəzərə alaraq ki, hamiləlik müddəti 9 aydır, təbii olaraq süd vermək müddəti 21 ay olur nə 24 ay ya iki il tam. Bu ayələr arasında olan ixtilaf necə həll olur?
Qısa cavab

Əgər iki il süd vermək müddəti deməkdən məqsəd, vacib hökm olsa, bu irad qarşıya çıxır ki, doqquz ay hamiləlik və 24 ay süd verməkliy cəmi 33 ay edir nə 30 ay ki, Quranın sözüdür. Bu miqdar süd vermək zamanı vacib deyil, bəlkə o analar üçündür ki, süd vermək dövrün tamamlamaq istəyirlər.

Buna əsasən qeyd olunan ayənin davamındakı şəraitlə uşağı süddən kəsmək cayizdir.

Nəticədə o qadın ki, doqquz aydır doğub edə bilər 21 ay süd versin (ən az süd vermək) ki, hamiləliklə süd vermək cəmi 30 ay olur. Bu da mübarək Əhqaf surəsinin 15- ci ayəsinin eynidir. İki il süd vermək vacib olan fərzdə, lazım deyil ki, hamiləlik müddəti mütləq doqquz ay olsun nə az nədə çox, çünki hamiləlik müddəti qadınlarda fərqlidir. Buna əsasən o qadın ki, altı ay hamiləlik edir və 24 ay süd verir, bu şərafətli ayə üçün başqa bir nümunədir.

Bəqərə surəsinin 233- cü və Loğman surəsinin 14- cü ayələrini ki, süd vermək müddəti iki il deyirlər, Əhqaf surəsinin 15- ci ayəsinin kənarında qərar verməklə ki, hamiləlik və süd vermək müddətini birlikdə 30 ay bəyan edir, (30 ay) dan (24 ay) iki il azaldanda (6 ay) qalır ki, ən az hamiləlik müddətidir. Ayələr arasında ixtilaf o zaman yaranır ki, iki il süd vermək vacib olsun və hamiləlik müddəti də doqquz ay olsun.

Ətreaflı cavab
  1. "Analar öz övladlarına iki il tam süd versinlər".[1]

Uşağa iki il süd vermək, vacibdir?

Şərafətli ayə vucuba dəlalət etmir; çünki davamında buyurur: "O analar ki, süd vermək dövrün tamamlamaq istəyirlər": Yəni süd vermək dövrünün tamamlanmasını Ananın meyil və iradəsinə bağlayıb. Nəticədə məlum olur ki, süd verməyi tamamlamaq vacib deyil. Başqası budur ki, buyurub: "Bir- birləriylə məsləhətləşib razılaşan halda uşağı süddən ayıra bilərlər". Aydındır ki, bu miqdarın bəyanından məqsəd, vaciblik deyil.[2] Analar süd vermək hüququndan kamil şəkildə istifadə etmək istəyən halda, övladlarına iki il tam süd verə bilərlər. İki ildən qabaq uşağı süddən ayırmaq cayizdir. Amma bu iş üçün valideynlərin razılığı kifayət deyil, bəlkə bu barədə məsləhətləşməlidirlər ki, həm uşağın haqqı və məsləhəti qorunsun həm də valideynlərin hüquqları təmin olsun. Müstəhəbdir ki, ana süd vermək üçün təyin olunmuş bütün müddəti ki, tam iki ildir öz uşağına süd versin. Əgər istəsə az süd versin ən az icazəli müddət, 21 aydır.[3]

  1. Bütün uşaqlar bu hökmdə müştərəkdirlər? İbni Əbbas kimi təfsirçilərdən bəzisinin etiqadı budur ki, bu miqdar (2 il) hər körpə üçün sabir deyil və ancaq altı aylıq doğulmuş uşaqlar üçündür.[4] İbni Əbbasın dlili Əhqaf surəsinin 15- ci ayəsidir (ثلاثون شهرا) bu ayə dəlalət edir ki, həml (hamiləlik) və fisal (süddən ayırmaq) müddəti 30 aydır. Nəticədə hər nə qədər hamiləlik dövrü qısalsa süddən ayırma müddətin çoxaldırıq ki, hamiləlik və süddən ayırmaq kamilləşsin və hər nə qədər hamiləlik müddəti çoxalsa süd vermək dövrü və müddəti azalır.[5]
  2. Hamiləliyin ən qısa müddəti neçə aydır?

Şeyx Mufid (rəh) İrçad- kitabında nəql edir ki, Ömərin xilafət dövründə bir qadını ki, altı ay (evləndikdən sonra) dünyaya uşaq gətirmişdi, Ömərin yanına gətirdilər. Ömər onu daşqalaq etmək istədi: Əmirəl- möminin Əli (ə) mane oldu və bu ayələrin əsasında sübut etdi ki, mümkündür uşaq o qadının ərindən olsun və o qadın zina etməmiş olsun. Həzrət buyurdu: "Allah Taala qadının hamiləliyinin əvvəlindən övladını süddən ayıran müddət barəsində buyurur: Hamiləliyi və süddən ayırması otuz aydır və süd vermək zamanı barəsində buyurur: Tam iki ildir: Nəticədə o vaxt ki, qadın iki il tam uşağına süd verdi və (o tərəfdən) hamiləlik və süddən ayırma dövrü otuz ay olsa (nəticədə) hamiləlik müddəti altı ay olacaq. Ömər bu bəyanı eşidən zaman o qadını buraxdı və bu hökmü İslamda qanunlaşdırdı.

Peyğəmbərin (s) səhabələri və onlardan sonra gələnlər bizim zamana qədər bu hökmə əməl etdilər.[6]

Əllamə Təba- təbai təfsirində bu rəvayəti Durrul- mənsurdan[7] nəql edir. Əllamə Əhqaf surəsinin 15- ci Bəqərə surəsinin 233- cü və Loğman surəsinin 14- cü ayələrini mülahizə edərək bu nəticəni alır ki, ən az hamiləlik altı aydır. . buna əsasən otuz aydan iki il çıxanda belə nəticə əldə olur ki, ən az hamiləlik müddəti altı ay və an çox süd vermək dövrünün iki fiqhi hökmü vardır ki, iyirmi dörd aydır; əgər uşaq yeddi ya səkkiz ya doqquz ay ana bətnində qalarsa, doğuşdan sonra ən az süd vermək müddəti sırayla iyirmi üç, iyirmi iki və iyirni bir aydır. Şeyx Tusivə Əminul- İslam Təbərsi İbni Əbbasın sözünü deyəndən sonra yazırlar: Bizim alimlərin nəql etdikləri rəvayətlər həmin mətləbə dəlalət edir; çünki onlar rəvayət ediblər ki, 21 aydan az süd vermək uşağa stəmdir.[8]

  1. Rəvayətlər nəzərindən ən az süd- vermək müddəti:

Vəsailüş- şiə kitabından iki rəvayətə əsasən, ən az süd vermək müddəti 21 aydır və ondan az cayiz deyil.

  1. İmam Sadiq (ə) buyurub: "Süd verməyin vacib miqdarı 21 aydır, ondan az süd verən qadın səhlənkarlıq edibdir. Əgər süd vermək müddətini tamamlamaq istərsə, məqsəd tam iki ildir.[9]
  2. O həzrət habelə buyurub: Süd vermək zamanı 21 aydır ondan az uşağa zülm (stəm) sayılır.[10]
  1. Süd vermək hökmündə uşaqların müştərək olması: Təfsirçilərdən bəzisinin etiqadı budur ki, iki il bütün uşaqlar üçün sabitdir.

İki il süd yemək təkcə altı aylıq uşaqlara məxsus olması ayənin zahiriylə uyğun deyil. Ayənin zahiri: "الوالدات یرضعن اولادهن حولین کاملین ..." tam iki ilə qədər süd vermək hüququnun isbatı dünyaya gələndən sonradır, ana bətnində uşağın qalmasının və qidalanmasının ölçüsünün bunda təsiri yoxdur. Nəticədə bütün uşaqların haqqı var tam iki il ana südüylə qidalansınlar və ananında haqqı var ki, öz övladına tam iki il süd versin.[11]

  1. Nəticə: (یرضعن) kəlməsi xəbərdir ondan əmr mənası başa düşülür və aydındır ki, bir müstəhəb işdir (والدات) kəlməsi bütün anaları əhatə edir ki, ibarətdirlər: Altı aylıq, yeddi aylıq, səkkiz aylıq və ya doqquz aylıq dünyaya uşaq gətirən analar. (اولاد) kəlməsi bütün uşaqları əhatə edir ki, ibarətdirlər: Altı aylıq, yeddi aylıq, səkkiz aylıq və yaxud doqquz aylıq. Deyilən mətləblərə əsasən şərafətli ayə süd vermək hökmünün bəyanında bütün uşaqları bu hökmdə bərabərdirlər. Yəni hamının haqqı var iki il tam süd yesinlər. Amma bu hökm müstəhəbdir.

Əgər süd vermək müddətinin ən azına kifayət etsələr Əhqaf surəsinin 15- ci ayəsinə əməl olunub.

Yəni süd verməyin ən az zamanı doqquz ay hamiləliklə birgə ki, uşağın ana ilə bütün əlaqəsi 30 aydır. Əgər iki il tam süd yesə Bəqərə surəsinin 233- cü ayəsinin müstəhəbbi hökmünə əməl olub ki, Əhqaf surəsinin 15- ci ayəsiylə heç bir ziddiyyəti yoxdur. Çünki vacib deyil ki, hökman iki il süd versinlər ayəni süd verməyin ən az müddətində istifadə etmək olar. Əgər buyursaydı: İki il süd vermək vacibdir və sonra buyursaydı: Hamiləliklə süddən ayırma cəmi 30 aydır, aşkar şəkildə ziddiyyət qarşıya çıxardı. Buna əsasən (otuz ayın) mənalarından biri altı aylıq uşaqdır ki, iki il tam süd içir.

(Ən az hamiləlik + ən çox süd vermək)

(6+ 24 = 30) və başqası o uşaqdır ki, doqquz aylıq doğulub və 21 ay süd içir. (Ən az süd vermək + adi hamiləlik) (9+ 21 = 30).

 


[1] - Bəqərə surəsi, ayə 233.

[2] - Fəxri Razi, Təfsir kəbir, cild 6, səh 118, ikinci çap, darul- kutubul- elmiyyə. Tehran.

[3] - Şəhid Sani, Şərhi lümə, Nigah kitabı, babu- rza.

[4] - Əli Fəzl ibni Həsən, Məcməul- bəyan fi təfsiril- Quran, cild 2, səh 171, birinci çap. Sazimani oqaf və xeyriyyə, üsvə nəşriyyatı, 1426, hicri qəməri 1384 hicri şəmsi. Məhəmməd ibni Həsən Tusi, Əttibyan fi təfsiril- Quran, cild 3, səh 373 birinci çap, İslam nəşriyyat müəssisəsi, (camee müdərrisin).

[5] - Təfsiri kəbir, Fəxri Razi, cild 6, səh 118.

[6] - Şeyx Mufid, Əl- irşad fi mərifəti höcəcullah ələl- ibad, cild 1, səh 197, tərcümə seyyid haşim Rəsuli Məhəllati, Naşir: Elmiyyətil- İslamiyyəh; Deyləmi, İrşadul- qulub, cild 2, səh 6. Nəcəf çapı, Əlmətbuətül Hüdeybiyyəh.

[7] - Əddürrül- məsur, cild 6, səh 40, Əl- mizandan nəql. Götürülüb.

[8] - Məcməül- bəyan, cild 2, səh 171, tibyan, cild 3, səh 373.

[9] - Muhəmməd ibni Həsən, Əlhürrül- amuli, vəsailuş- şiə, cild 21, h 27564. s 454, çap 3. Alul- beyt müəssisəsi Əleyhimus- səlam li ehyautturas, Beyrut, Livan. 1429 hcri qəməri.

[10] - Vəsailüş- şiə, cild 21, səh 455, h 2767.

[11] - Cavadiyi Amuli, Əbdullah, Təsnifi, cild 11, səh 374, birinci çap, Əsra nəşriyyatı, Qum, İsfənd 1385 hicri şəmsi.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Allahdan qeyrisindən kömək istəmək tövhid ruhu ilə uyğundurmu?
    16820 Təfsir 2011/11/24
    Əgər Allahdan qeyrisindən – ilahi övliyalardan kömək istəmək hacəti rəva qılmaqda o böyük şəxsiyyətlərin və ilahi övliyaların birbaşa təsirli olmasına və Allaha ehtiyaclı olmamasına etiqad əsasında olsa, bu, tam mənada şirk, tövhidlə zidd əqidədir və bu iş caiz deyildir. Lakin əgər bu böyük şəxsiyyətlərin insanın hacətini Allahın ...
  • Doğru və aldadıcı sübhdən məqsəd nədir?
    6974 Zaman 2015/04/16
    Doğru və aldadıcı fəcr və ya sübhdən məqsəd fiqhdə və astronomiyada işlədilən terminlərdir. Onlardan məqsəd gecə və gündüzdə müəyyən vaxtları bildirməkdir. Yalançı yaxud aldadıcı sübh məşriq səmtində ağartı və işıqlanmanın əmələ gəlməsinə deyirlər. Bu vaxtda sübh namazın qılmaq olmaz. Doğru və ya sadiq fəcr və sübh çağı ...
  • Əgər namaz dinin sütunudur, onda niyə füruddindən biridir?
    9432 Qədim kəlam 2011/11/17
    Üsuliddin o şeylərə deyilir ki, insan öz ağıl və düşüncəsi ilə onları qəbul edib, müsəlman olur. İslamı qəbul edəndən sonra, onda fərdi və ictimai vəzifə və təkliflər vacib olur ki, onun ən mühümlərindən biri, namazdır. Buna əsasən, namaz hökmlərin içində daha çox əhəmiyyətə malik olduğu üçün, ona dinin sütunu deyilir. ...
  • İmalar (ə) niyə öz hərəmlərini teror hücumlarından qoruya bilməyiblər?
    6976 Qədim kəlam 2011/10/04
    Allah- Taala İslamın əziz Peyğəmbəri (s) və pak imamlara (ə) təşrii vilayətdən (qanun qoymaq və şey işləri halal və haram etmək haqqı) əlavə, təkvini vilayət də vermişdir və onların aləmdə hər hansı bir işi görməyə güdrətləri çatır. Bu cür vilayət və qüdrət onların zahiri həyat vəziyyətlərinə məxsus deyil. ...
  • Şəhid Dəstğeybin kitabları etibarlıdırmı?
    8476 تاريخ بزرگان 2011/06/27
    Əzəmətli şəhid Ayətullah Seyyid Əbul- Hüseyn Dəstğeyb Şirazi şiə aləminin alimlərindən və müctəhidlərindən biri olmaqla yanaşı arif bir insan olubdur ki, fiqh, ilahiyyat, əxlaq, irfan və... elmlərdə mütəxəssis olub onun kitabları və əsərləri ümumi şəkildə etibarlı və istifadəyə yararlı eyni zamanda təsirlidir. Əlbəttə bu məsələyə diqqət etmək lazımdır ki, məsum ...
  • İmam Əlinin qadınların və kişilərin ağlına münasibəti necədir?
    16803 Hədis elmləri 2011/04/16
    Həzrəti Əli (ə) heç vaxt deməmişdir ki, "kişilər ağıl və ülfət (ötəri hisslər) baxımından qadınlardan üstündür." Əksinə İmamın sözü xüsusi bir baxışda yalnız "cəməl" döyüşünə aiddir. Bu söz də heç vaxt ümumilik daşıyıb bütün qadınlara aid edilə bilməz. Çünki bəzi vaxtlar kişilər də bəzi məsələlərdə imamın danlağına tuş gəlmişlər. bundan ...
  • Ислам вә бир прогармын зәрурилији.
    7053 Təzə kəlam 2009/11/10
    Бу вахта гәдәр дин алимләри вә фәгиһләр дүнјанын һәр бир саһәсинә аидијјаты олан ислам маарифи адлы бир хәзинәдән онун јалныз, ҹүзи һиссәләрин бәјаны илә мәшғул олмушлар. Ислама бу бахыш, бу вахта гәдәр сәбәб олуб ки ислам һаггындакы мүбһисәләр үмуми вә низамнамә шәкилиндә ҝетмәсин. Һәмчинин, исламын ҝөзәл ...
  • Nə üçün şəhadət zamanı bir kişinin şəhadəti iki qadının şəhadətiylə bərabər olur?
    7466 Əhkam və hüquq fəlsəfəsi 2011/04/16
    Əhkam və qanunlar ki, Allah tərəfindən insanlar üçün qoyulmuşdur, təbiət aləmi, dünya varlığının həqiqətləri və insan vücudunun təməliylə müvafiqdir. O cür ki, kişiylə qadın vücud və ruhunun varlığında fərq vardır, bu iki varlığın vəzifə, təklif və əhkamları da bir- birindən fərqlidir. təkliflərdən biri də qazinin yanında şəhadət verməkdir ki, həqiqətlə ...
  • Əgər xəstəliyinə görə bir nəfərin ayağının baş barmağı kəsilsə, imam cammat dura bilərmmi?
    4657 İmamın şərtləri 2015/05/30
    Bədən üzvünün bu qədər naqis olması imam camaatın namazda durmasına xələl gətirmir amma, əgər əlin biləkdən kəsilməsi və ya əl-ayağın fələc olmasının imam camaat olmaqda xələli var. Bununla belə bəzi fəqihlər[1] belə bir şəxsin imam camaatı tərk etməsini ehtiyata yaxın bilirlər. Əlavələr: Təqlid olunan ...
  • Nə üçün seyyidüş- şühədanın əzadarlığına roza oxumaq deyirik?
    7223 تاريخ کلام 2011/12/25
    Rozaxanlıq termini xətiblərin və minbər əhlinin «روضة الشهداء» "rovzətüş- şühəda" kitabı oxumaq adətindən irəli gəlibdir. Bu kitab Kərbəla hadisəsini zikr edən ilk kitablardandır ki, Molla Hüseyn Kaşifiyi Səbzvarinin (M 910 q) vasitəsiylə fars dilində yazılıbdır uzun müddət əzadarlıq məclislərində oxunulubdur. Buna görə əzadarlıq məclisləri rozaxanlıq adıyla ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    166849 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165526 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120549 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115119 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    113505 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    95333 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    56767 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55426 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    47337 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46540 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...