Ətraflı axtarış
Baxanların
5724
İnternetə qoyma tarixi: 2011/11/24
Sualın xülasəsi
Günaha israr onun cəzasının şiddətlənməsinə səbəb olurmu?
Sual
Zina etmək, haram musiqiyə qulaq asmaq və bu kimi sair günahların birinci dəfədəki cəzası ikinci və sonrakı mərhələlərdəki cəzası ilə müqayisədə artırmı?
Qısa cavab

Günaha israr etməyin iki mənası vardır: 1-Günahın təkrar olunması, 2-Tövbə və istiğfar fikrində olmadan yenidən günaha mürtəkib olmaq.

Günaha israr etməyin çox ağır nəticələri vardır. Ayə və rəvayətlərdə bu məsələ şiddətlə məzəmmət olunmuş, onların bəzi təsirlərinə işarə edilmişdir. O cümlədən: səğirə günahın kəbirəyə çevrilməsi, təqva hüdudlarından xaric olmaq, bədbəxtlik, itaətin qəbul olunmaması, insanın küfr və dinsizlik sərhədlərinə sürüklətməsi və sair. Günaha israr və onun təkrar edilməsinin təsirlərindən biri də onun dünya və axirətdəki cəza və təsirlərinin şiddətlənməsidir. Məsələn, əgər bir şəxs kəbirə günaha bir neçə dəfə mürtəkib olarsa, ona iki dəfə cəza verilir, üçüncü dəfə isə qətlə yetirilir.

Ətreaflı cavab

Əvvəlcə günaha israrın mənasını və onun hədd-hüdudunun nə olduğunu araşdırmalıyıq. Günaha israr etməyin iki mənası vardır:

1. Günahın təkrar olunması; İsrarın mənasının qəti miqdarı – peşmançılıq olmadan günah əməlin təkrar edilməsidir. Belə ki, camaat arasında “filan şəxs həmin günaha müdavimət edir” deyilmiş olsun. Aydındır ki, bir kəs günaha israr edərsə, deməli, ona mürtəkib olmaqdan peşman olmamışdır.

2. Günah işdən tövbə və istiğfar niyyətində olmadan, bu barədə əzm və iradəsi olmadan günaha (hətta bir dəfədə olsa) mürtəkib olmaq. İmam Baqir (əleyhis-salam) buyurur: “Günaha israr etmək budur ki, insan günah etdikdən sonra istiğfar etməsin, tövbə etmək və Allah dərgahına qayıtmaqla əlaqədar qəti qərara gəlməsin.”[1]

Başqa bir hədisdə Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur: “İstiğfar edən bir şəxsin günaha israrı yoxdur, hətta o günahı bir gündə yetmiş dəfə əncam versə də belə.”[2]

Bu və digər hədislərə diqqət yetirməklə məlum olur ki, günaha israr etmək o zaman həqiqi məna daşıyır ki, insan günahın ardınca tövbə və istiğfar fikrində olmasın.

Günaha israr etməyin təsirləri

Ayə və rəvayətlərdə günaha israr etmək şiddətlə məzəmmət və onların bəzi pis, ağır təsirləri qeyd olunmuşdur. Aşağıda onların bəzilərini qeyd edirik:

1. Səğirə günahın kəbirəyə çevrilməsi.

Rəvayətdə belə buyurulur: “Heç bir səğirə günah, ona israrla (artıq) səğirə olmur. Heç bir kəbirə günah, ondan  istiğfarla (kəbirəliyində) qalmır.”[3]

Yəni bir şəxs günaha israr edərsə, hətta səğirə olsa da belə, o, axırda kəbirəyə çevrilir. Əgər bir kəs günahdan tövbə və istiğfar etsə, hətta günahı kəbirə də olsa, kəbirə hüdudlarından xaric olur.

2. Təqva hüdudlarından xaric olmaq. Quran müttəqiləri belə vəsf edir: “Onlar həmin kəslərdir ki, çirkin işə –  günaha düçar olduqları, yaxud özlərinə zülm etdiklərinə zaman Allahı yad edir və öz günahlarından bağışlanmaq diləyirlər – Allahdan başqa günahları kim bağışlaya bilər?! – və onlar öz günahlarına israr etmirlər.”[4]

3. İbadət-itaətlərin qəbul olunmaması. İmam Sadiq (əleyhis-salam) buyurur: “Allaha and olsun! Allah bəndənin ibadətlərini günaha israrla heç vaxt qəbul etməz.”[5]

4. Bədbəxtlik. İmam Sadiq (əleyhis-salam)-dan nəql olunur ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur: “Bədbəxtliyin əlaməti aşağıdakılardır: göz yaşının quruması (Allahın xofundan ağlamamaq), qəlbin qəsavəti (daşlaşması), dünyaya həris olmaq və günahlara israr etmək.”[6]

5. Günahın qəbahətinin adiləşib əhəmiyyətsiz olması

6. İnsanın küfr və dinsizlik sərhədlərinə sürüklənməsi. Quranda buyurulur: “Günaha israr edənlərin axır-aqibəti Allahın ayələrini təkzib və məsxərə etmək oldu.”[7]

7. Günahın dünya və axirətdəki cəzalarının şiddətlənməsi. Rəvayətdə qeyd olunur ki, kəbirə günaha mürtəkib olan bir şəxsə iki dəfə cəza verildikdən sonra üçüncü dəfə (həmin günahı təkrar edərsə) qətlə yetirilməlidir.[8]

Həmçinin çirkin və yaramaz zina əməli barəsindəki rəvayətlərdə qeyd olunur ki, zinakara üç dəfə şallaq vurulur, dördüncü dəfə edam olunur.[9]

Buna əsasən, insan hətta kiçik olsa da, hər hansı günaha mürtəkib olduqdan sonra dərhal tövbə etməli və bir daha o işə qayıtmaq fikrində olmamalıdır. Çünki günaha israr etmək və onun təkrarı get-gedə bəndəni Allahdan uzaqlaşdırır, qəlbini qaraldır. Belə olan halda insan tövbə tövfiqindən məhrum edilir.



[1] Məhəmməd ibni Yəqub Kuleyni, “Kafi”, 2-ci cild, səh. 288, “israr ələz-zənb” babı, hədis 2

عَنْ أَبِی جَعْفَرٍ ع فِی قَوْلِ اللَّهِ عَزَّ وَ جَلَّ وَ لَمْ یُصِرُّوا عَلى‏ ما فَعَلُوا وَ هُمْ یَعْلَمُونَ قَالَ الْإِصْرَارُ هُوَ أَنْ یُذْنِبَ الذَّنْبَ فَلَا یَسْتَغْفِرَ اللَّهَ وَ لَا یُحَدِّثَ نَفْسَهُ بِتَوْبَةٍ فَذَلِکَ الْإِصْرَارُ

[2] “Ənvarut-tənzil”, 1-ci cild, səh. 182

[3] “Kafi”, 2-ci cild, səh. 282, “israr ələz-zənb” babı, hədis 1

[4] “Ali İmran” surəsi, ayə: 135:

وَ الَّذِینَ إِذَا فَعَلُواْ فَاحِشَةً أَوْ ظَلَمُواْ أَنفُسَهُمْ ذَکَرُواْ اللَّهَ فَاسْتَغْفَرُواْ لِذُنُوبِهِمْ وَ مَن یَغْفِرُ الذُّنُوبَ إِلَّا اللَّهُ وَ لَمْ یُصرُِّواْ عَلىَ‏ مَا فَعَلُواْ وَ هُمْ یَعْلَمُون

[5] “Kafi”, 2-ci cild, səh. 288, “israr ələz-zənb” babı, hədis 3:

قال أَبِی بَصِیرٍ سَمِعْتُ أَبَا عَبْدِ اللَّهِ ع یَقُولُ لَا وَ اللَّهِ لَا یَقْبَلُ اللَّهُ شَیْئاً مِنْ طَاعَتِهِ عَلَى الْإِصْرَارِ عَلَى شَیْ‏ءٍ مِنْ مَعَاصِیهِ

[6] Şeyx Hurr Amili, “Vəsailuş-şiə”, 15-ci cild, səh. 337, hədis 20680

عَنْ أَبِی عَبْدِ اللَّهِ ع قَالَ قَالَ رَسُولُ اللَّهِ ص مِنْ عَلَامَاتِ الشَّقَاءِ جُمُودُ الْعَیْنِ وَ قَسْوَةُ الْقَلْبِ وَ شِدَّةُ الْحِرْصِ فِی طَلَبِ الدُّنْیَا وَ الْإِصْرَارُ عَلَى الذَّنْبِ

[7] “Rum” surəsi, ayə: 10

ثُمَّ کانَ عاقِبَةَ الَّذِینَ أَساؤُا السُّوآی أَنْ کَذَّبُوا بِآیات اللَّهِ وَ کانُوا بِها یَسْتَهْزِؤُنْ

[8] “Kafi”, 7-ci cild, səh. 191, hədis 2

[9] Yenə orada, hədis 1

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Çox şəkk edənin hökmü nədir?
    6556 • دیگر احکام مرتبط با نماز 2015/05/27
    Şübhə yoxdur ki, çox və həddən artıq şəkk etməklə vəsvəsəyə yetişmək şeytanın hilələlrindən biri olub, Allah bəndələrini öz bəndəçiliklərində süsləşdirib ibadətdən uzaqlaşdırır və Allah eləməmiş kimi bəzən insanı ibadətə qarşı laqeyd həddinə kimi gətirib çıxarır. Ona görə də həddən arıq şəkk edəndə ona fikir vermək lazım deyil.
  • Bir neçə mətləb Buxarinin həyatından açıqlayın.
    6278 تاريخ بزرگان 2011/05/05
    Əbu Əbdullah, Məhəmməd ibni İsmayıl ibni Muğəyrə ibni Bərdəziyyə, Cofi əl- Buxari, Əhli sünnətin tanınmış hədis alimlərindəndir. O hicrət ilinin 194- cü ilində Buxara şəhərinin kəndlərindən olan "Xərtəng" kəndində dünyaya gəlmiş və həmin uşaqlıq dövründə, atasını itirmişdir. Güclü yaddaşa malik olmuş və uşaqlıq dövründən hədisləri toplayıb saxlamağa səy etmişdir.
  • Həzrət Adəmin övladları, kimlə evləndilər?
    18687 Quran elmləri 2011/05/31
    Həzrət Adəmin (ə) övladlarının evlənməsi barəsində, İslam alimləri arasında iki nəzəriyyə vardır: 1.             O zamanlar bacıyla qardaşın evlənməsinin haram olması Allah tərəfindən qərar verilməmişdi; çünki bəşər nəslinin qalması üçün başqa bir yol yox idi, bunun üçün də onlar bir- biriylə evləndilər.
  • Nə üçün qədr gecəsində bədənə zəfəran sürtmək qadağan edilmişdir?
    7407 Əməli əxlaq 2011/04/16
    1). Zəfəranın üç əsas xüsusiyyəti vardır: Yemək ədviyası, dərman və gözəllik kimi istifadə olunması. 2). Zəfəranı bədənə sürtmək haram deyildir. Amma bu hədisə əsasən qədr gecəsi bədənə çox zəfəran sürtmək mələklərin ona salam verməməsinə səbəb olur. bunun əsas səbəbi bu ola bilər ki, bədənə çox zəfəran sürtmək, onun iyinin ...
  • Xeyir əməllə həsənə və salehlin fərqləri nədir?
    6668 Əməli əxlaq 2011/05/17
    Xeyir, həsənə, saleh kəlmələri lüğət baxımından fərqli mənalara malik olsa da, xarici nümunə və işlədilmə baxımından aralarında heç bir fərq yoxdur. ...
  • Kişilərdə spermanın əlamətləri hansılardır? Cənabət halında qılınan namazlar, qəza olunmalıdırmı?
    13449 Nizamlar hüquq və əhkam 2011/06/18
    Sizin sualınız əslində üç hissəyə bölünür və onlara ayrıca cavab veririk: Spermanın əlamətləri hansılardır? Və nə zaman pollyusiya kişidə baş verir? Əgər spermanın xaric olmasına yəqin etsək, bunun hökmü nədir?
  • Xahiş edir ki, “Cəmkəran” məscidi və onun inşası ilə əlaqədar izah verəsiniz.
    6929 Məlanların tarixi 2011/09/12
    İmam Zaman (əccələllahu təala fərəcəhuş-şərif)-ə mənsub edilən müqəddəs məkanlardan biri də Qum şəhərinin altı kilometrliyində yerləşən müqəddəs “Cəmkəran” məscididir. Bu məscid min il bundan qabaq İmam Zaman (əleyhis-salam)-ın bir nəfərə (yuxuda deyil) ayıqlıqda verdiyi fərman əsasında inşa olunmuşdur. Bu məscid o həzrətin kəramət və inayətlərinin cilvəgahı, Ali-Muhəmməd ...
  • Mümkündürsə, keçmiş əsrlərdən indiyə qədər müsəlman alim qadınlarının adını bəyan edin.
    6836 تاريخ بزرگان 2012/01/19
    Keçmiş dövrlərdən indiki zamana qədər islam aləmində fəqih, mühəddis, filosof və s. qadınların adları bəzi tarixi mənbələrdə qeyd olunmuşdur. O cümlədən:1. İmam Kazim (əleyhis-salam)-ın qızı və imam Riza (əleyhis-salam)-ın bacısı Həzrət Məsumə (əleyha salam);2. Ümmü Külsum Roğəni Qəzvini – ...
  • Məsumların yaşadıqları dövründə mömin insanların Quranla rəftarları necə olmuşdur?
    5510 Qədim kəlam 2011/04/16
    Qurani kərim Allah- Taala tərəfindən bəşəriyyət üçün göndərilmişdir ki, insanlar onu oxumaqla, başa düşməklə və əməl etməklə ilahi səadətə və xoşbəxtliyə nail olsunlar. Amma Quranın bütün ayələrini elə də asanlıqla başa düşmək olmur. Əksinə Qurani- kərimin ayələrinin bəzisini başa düşmək asan, bəzisini çətin və bəzisini isə çox çətindir. Yalnız Allahın ...
  • “Rəbbin və mələklər səf-səf gələrlər” ayəsində “səf”in mənası nədir?
    6561 Təfsir 2012/02/13
    Bu kəlmə və ondan alınan başqa kəlmələrdən digər ayələrdə də istifadə olunmuşdur.[1] Səf kəlməsinin mənası əşyaların düz xətt üzərinə olmasıdır. İnsanların və ya ağacların səflərə düzülməsi kimi.[2] Ayədəki “səffən” kəlməsi sintaktik təhlil baxımından məlaikələr üçün haldır. Məna nəzərindən isə Quran ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    157155 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    137651 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    113091 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    103233 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    86668 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    78155 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    50826 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    39377 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    38885 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    38314 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".