Ətraflı axtarış
Baxanların
6757
İnternetə qoyma tarixi: 2012/02/13
Sualın xülasəsi
İmam Hüseyn (əleyhis-salam)-ın qiyamında olan şəhidlərin neçəsi Peyğəmbər səhabəsi idi?
Sual
İmam Hüseyn (əleyhis-salam)-ın qiyamında iştirak edən şəhidlərdən neçəsi Peyğəmbər (səlləllahu əleyhi və alih) səhabəsi idi?
Qısa cavab

Son dövrlərdə Aşura ilə əlaqədar tədqiqat aparanların nəzərində və onların tədqiqat əsərlərində sezilən məsələ budur ki, imam Hüseyn (əleyhis-salam)-ın köməklərindən beş nəfər Peyğəmbər (səlləllahu əleyhi və alih) səhabəsi imiş və bunlar Aşura hərəkatında şəhadətə çatmışlar. Bu beş nəfər: Ənəs ibni Hərəs, Hani ibni Ürvə, Müslim ibni Ovsəcə, Həbib ibni Məzahir və Əbdullah ibni Yəqtər.

Ətreaflı cavab

İmam Hüseyn (əleyhis-salam) hicrətin 61-ci ilində qiyam etmişdi. Buna diqqət yetirməklə Peyğəmbər (səlləllahu əleyhi və alih) səhabələrindən bəzilərinin imam Hüseyn (əleyhis-salam)-ın köməkçiləri arasında olması uzaq ehtimal deyildir. Çünki imam Hüseyn (əleyhis-salam)-la bir yaşda olanlar, eləcə də ondan bir neçə yaş böyük olanlar Peyğəmbərin dövründə olmuşdular. Kərbəla hadisəsində onların altmışdan artıqdan yaşı var idi. O həzrətin səhabələri arasında Peyğəmbər səhabələrindən bir nəfər olmasaydı belə, Aşura qiyamının haqq olmasından heç bir şeyi azalmazdı. Çünki Aşura ilə Peyğəmbərin dövrü arasında uzun zaman fasiləsi olduğuna görə Peyğəmbər səhabələri əksərən ya dünyadan getmişdilər, ya da yaşları çox olduğuna görə müharibədə iştirak edə bilməzdilər. Bununla eyni zamanda imam Hüseyn (əleyhis-salam) köməkçiləri arasında olan və şəhadət məqamına çatan Peyğəmbər səhabələrindən bir neçəsinin adını qeyd edirik:

1. Ənəs ibni Hərəs Kahili

Səmavi “İbsarul-eyn fi ənsaril-Hüseyn (əleyhis-salam)” adlı kitabında onun adını Kərbəla şəhidlərinin içində qeyd etmişdir.[1] Mərhum Şeyx Tusi də onu həm Peyğəmbər səhabələri arasında,[2] həm də imam Hüseyn (əleyhis-salam)-ın köməkçiləri sırasında olub şəhadətə çatanlardan biri kimi qeyd edir.[3] Bu Peyğəmbər səhabəsinin adını qeyd edərkən “o, imam Hüseyn (əleyhis-salam)-ın önündə şəhadət məqamında çatmışdır” deyə xatırladır. O elə böyük şəxsiyyətli və məşhur bir insan idi ki, Əllamə Möhsin Əminin “Ə’yanuş-şiə” kitabında qeyd etdiyinə əsasən[4] məşhur Əhli-beyt şairi Kümeyt ibni Zeyd öz şerlərində onun adını çəkir və deyir:

سوى عصبة فیهم حبیب معفر             قضى نحبه و الکاهلی مرمل

“O qrupdan başqa ki, Həbib onların içində idi, şəhadətə çatdı və Kahili qanına qəltan oldu.”

2. Həbib ibni Müzəhhər.[5]

O, həm Peyğəmbər (səlləllahu əleyhi və alih)-in, həm də imam Əli (əleyhis-salam)-ın ən böyük səhabələrindən biri olmuş, hər üç müharibədə: Nəhrəvan, Cəməl və Siffeyn müharibələrində iştirak etmişdir.[6] Şeyx Tusi (rəhmətullahi əleyh) onun adını Peyğəmbər səhabələri cərgəsində qeyd etməmişdir, amma onu imam Əli, imam Həsən və imam Hüseyn (əleyhimus-salam)-ın səhabələri sırasında qeyd edir.[7] Bəzi alimlər, o cümlədən “İbsarul-eyn” kitabının müəllifi onun adını Peyğəmbər səhabələri cərgəsində qeyd etmiş və Kərbəlada şəhadət məqamına çatmasını demişdir.[8]

3. Müslim ibni Ovsəcə.

“İbsarul-eyn” kitabında onun adı Peyğəmbər (səlləllahu əleyhi və alih)-in və imam Əli (əleyhis-salam)-ın səhabələri cərgəsində qeyd olunur.[9] Əllamə Möhsün Əmin də “Ə’yanuş-şiə” kitabında imam Hüseyn (əleyhis-salam)-ın səhabələrinin adını qeyd edərkən onu Peyğəmbərin səhabələrindən biri kimi qeyd etmişdir.[10]

4. Hani ibni Ürvə.

Kərbəlada şəhid olan Peyğəmbər səhabələrindən biri də Hani ibni Ürvədir. O Muradi qəbiləsinin ağsaqqalı və böyük şəxsiyyətli insanı idi və Əli (əleyhis-salam)-ın önündə hər üç müharibədə iştirak etmişdir.[11]

5. Əbdullah ibni Bəqtər (Yəqtər) Ümeyri.

Onun özü imam Hüseyn (əleyhis-salam)-ı süd qardaşı,[12] atası Bəqtər (Yəqtər) isə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in xidmətisi idi. O, imam Hüseyn (əleyhis-salam)-ın yazdığı bir məktubu Kufəyə Müslim ibni Əqilə aparmışdı. Sonralar tutulmuş və həmin yerdə də İbni Ziyadın (lənətullahi əlehy) vasitəsi ilə şəhadətə çatmışdı.[13]



[1] Səmavi, Məhəmməd ibni Tahir, “İbsarul-eyn fi ənsaril-Hüseyn”, Məhəmməd Cəfər Təbəsinin tədqiqi ilə, səh. 192, “İslami təhqiqat” mərkəzi, Qum, 1384-cü şəmsi il

[2] Tusi, Məhəmməd ibni Həsən, “Kitabur-rical”, səh. 21, “Heydəriyyə” nəşriyyatı, Nəcəf, 1381-ci qəməri il

[3] Yenə orada, səh. 99

[4] Amili, Möhsün Əmin, “Ə’yanuş-şiə”, 3-cü cild, səh. 500, “Darut-təarif”, Beyrut, 1406-cı qəməri il

[5] “Ə’yanuş-şiə” kitabının müəllifi Həbib ibni Məzahiri “Həbib ibni Müzəhhər” kimi qeyd və bu cür yazılışı daha səhih hesab edir. “Ə’yanuş-şiə”, 4-cü cild, səh. 553

[6] Mühəddisi, Cavad, “Fərhəngi Aşura”, səh. 151, “Məruf” nəşriyyatı, Qum, 1381-ci şəmsi il

[7] “Ə’yanuş-şiə”, 4-cü cild, səh. 553

[8] “İbsarul-eyn”, səh. 193

[9] Yenə orada

[10] “Ə’yanuş-şiə”, 1-ci cild, səh. 612

[11] Mərhum Səmavi onun adını Peyğəmbər (səlləllahu əleyhi və alih) səhabələrindən biri kimi qeyd edir. Yaş baxımından Hani öz qəbiləsinin böyük şəxsiyyəti, şeyxi və ağsaqqalı olduğundan, habelə imam Hüseyn (əleyhis-salam)-dan bir neçə yaş böyük olduğuna görə Peyğəmbər səhabələrindən olması uzaq ehtimal deyildir. “Əbsarul-uns” surəsi, ayə: 192

[12] Ricali Tusi” səh. 103

[13] “Fərhəngi Aşura”, səh. 323. Rical kitablarında onun adı Peyğəmbər səhabələri cərgəsində qeyd olunmasa da, onun özünün imam Hüseyn (əleyhis-salam)-ın süd qardaşı və atasının Peyğəmbərin xidmətçisi olduğuna diqqət yetirməklə belə bir hadisənin baş verməsi uzaq ehtimal deyildir. Buna görə də “İbsarul-eyn” kitabında onun da adı Peyğəmbər səhabələrindən bir kimi qeyd olunmuşdur.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Allah təalanın məkrinin mənası nədir?
    8256 Təfsir 2012/09/01
    Ərəb lüğətində “məkr” kimisə məqsədindən yayındırmaqdır. (istər məqsədi pis yaxud yaxşı olsun). Bu mənaya əsasən məkr hər yerdə pis deyil. Bu mənanın Allaha aid edilməsi ziyanverici planların məhv edilməsi mənasındadır. Bu fasidlər barəsində işlədildikdə isə islah proqramlarının önünü kəsmək mənasında işlədilir. Bu ayənin məqsədi “Məsihin” ...
  • Niyə biz Aşura ziyarətinin səcdəsində bu müsibətə görə şükr edirik?
    5964 Əməli əxlaq 2012/02/07
    Nemətlərə şükr eləmək rəvayətlərdə xüsusi mövqeyi olan mövzulardandır.[1] Mömin və dinə bağlı insan Allah və yaratdıqları barəsində dəqiq mərifətə malik olsa Allah tərəfindən ona çatan hər bir şeyə şükr eləyər. Ona görə də bu insan həmişə Allah qarşısında öz vəzifəsini yerinə yetirir. İstər yaxşı, ...
  • Hikmət və elmi hər bir alimdən öyrənmək olar?
    7959 عقل، علم، حکمت 2012/10/09
    İnsanlar həmişə haqqın qarşısında tabe olmalıdır. Əlbəttə əgər ağıl və dinin göstərişlərinə əsasən sözün haqq və düzgün olması sabit olarsa, sözü deyənin kim olmasına diqqət etmədən onu qəbul etsinlər. Amma şübhəsiz ki, elmi faydalı insanlardan öyrənmək lazımdır ki, öz elminə əqidəsi olsun və həyatında ondan bəhrələnsin. Haqq sözü ...
  • İslamdan qeyri dinlərin vasitəsi ilə mənəvi kamala çatmaq olarmı? Tövhidə çatmaq necə, mümkündürmü?
    8224 Təzə kəlam 2011/04/14
    Hazırda dünyada mövcud olan dinlərin bəzilərində həqiqətlərin müəyyən bir qismi müşahidə olunsa da, lakin əsl  tövhiddən ibarət olan kamil həqiqət yalnız islamın sayəsində müşahidə oluna bilər. Müddəamızın isbatına dair ən ümdə dəlil bu dinlərin mətnində əql ilə ziddiyyətli olan mətləblərin, təhrifin varlığı, mötəbər sənədin olmamağı; bunun müqabilində isə ...
  • Əgər cənnətin dərəcələri varsa, cəhənnəmdə bu cürdür?
    8677 Qədim kəlam 2012/02/09
    O ki Quran ayələrindən və rəvayətlərdən cəhənnəmin təbəqələri və dərəcələri haqqında ələ gəlir; budur ki, cəhənnəmdə cənnət[1] kimi müxtəlif təbəqələrə sahibdir ki, günahkarlar öz günah və cinayətinin dərəcəsinə uyğun olaraq, bu təbəqələrin birində yerlərib və əzaba düçar olacaqlar. İmam ...
  • Namazda səcdə halında farsca söhbət etməyin hökmü nədir?
    4272 • دیگر احکام مرتبط با نماز 2014/05/20
    1.Namazı batil edən əməllərdən biri namazda qəsdən danışmaqdır. Yəni, namaz qılan şəxs əgər namaz halinda qədsən bir cümlə, bir kəlmə və hətta, iki hərfdən ibraət bir kəlmə də dilinə gətirsə, namaz batildir. Hətta, bəziləri ehtiyat vacib[1] bilirlər ki, mənası olmayan iki hərfdən ibarət bir ...
  • Şəriyət baxımından bank xidmətlərindən və ya borc verən bank müəssisələrindən borc almağın hökmü nədir?
    12482 Bank imkanları 2012/05/21
    Bank xidmətlərində və borc verən müəssisələrindən alınmış borc əgər sələm kimi (faizlə) qiymətləndirilməsə və banklarda verilən şərtlərin əsasında xərclənərlsə heç bir iradı yoxdur. Aşağıda banklardan borc alarkən bir neçə zəruri məsələnin diqqətdə olmasını nəzərə çatdırırıq: 1.Bank kreditinin götürülməsi əvvəlcən orda borc (kredit) dərftərçəsinin açılması ilə ...
  • Şərtidə təəbbüddən məqsəd və onun şəraiti nədir? Onu sabit etmək üçün hansı dəlili açıqlamaq olar?
    6037 بندگی و تسبیح 2012/09/10
    Təəbbüd sözünün əsli əbd və übudiyyət sözündən götürülmüş, bəndəlik və pərəstiş mənasındadır, rəvayətlərdə də bu cür istifadə olunmuşdur. Alimlər təəbbüd sözünün digər mənalarda da istifadə etmişdirlər. O yerdə ki, təəbbüd sözünün termin olaraq istifadə etmişlər o yerdədir ki, orada dəlil gətirməyə ehtiyac duyulmamış olsun. Hər ...
  • Əbu Əli Sina nə üçün məntiq kitabında sıralamanı əvəz etdi?
    6047 İslam fəlsəfəsi 2011/10/03
    İbn Sina məntiqdə iki növ yenilik etmişdir:1.             Məntiq məsələlərində yenilik2.             Məntiqin yazılış quruluşunda yenilikİkinci növ yenilik məntiqin yazılışında onun iki düşüncə tərzinə dəlalət edir. Birinci düşüncə məntiqin bəzi məsələlərinin ...
  • İnsanın öz həyat yoldaşı, övladları və sair insanlarla yaxşı rəftarda olması onların tərəfindən sui-istifadəyə səbəb olmur?
    5396 خوش رفتاری 2012/06/23
    Əvvəla, müqəddəs islam dini bütün insanlarla, o cümlədən həyat yoldaşı, övlad, şagird və s. gözəl əxlaq və rəftarın tərəfdarıdır. Buna görə də Quran ayələrində və məsumların (əleyhimus-salam) rəvayətlərində gözəl əxlaqa və bəyənilən rəftara çoxlu tövsiyələr edilmişdir. İkincisi: Əhli-beyt (əleyhimus-salam)-ın göstərişlərinə diqqət yetirməklə insani rəftarın əsli ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    160403 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    146626 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    115672 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    106893 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    89275 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    88608 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    52188 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    41710 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    40902 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    40549 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...