Ətraflı axtarış
Baxanların
14107
İnternetə qoyma tarixi: 2012/02/13
Sualın xülasəsi
لا اله الا هو “la ilahə illa huvə” ilə لا اله الا الله “la ilahə illəllah” cümlələrinin arasında nə kimi fərq vardır?
Sual
Bu iki cümlə arasında nə kimi fərq vardır: لا اله الا هو la ilahə illa huvə və لا اله الا الله la ilahə illəllah?
Qısa cavab

Bəzi rəvayətlərdə qeyd olunur ki, “ya Huvə”, “ya mən la huvə illa huvə” Allahın ismi-ə’zəmidir (ən böyük adıdır). Aydındır ki, Quranda gələn bu kəlmə لا اله الا هو “la ilahə illa huvə” ilə لا اله الا الله “la ilahə illəllah” arasında olan fərq “Huvə” ilə “Allah” kəlmələri arasındakı fərqə qayıdır.

“Huvə” o sifətdir ki, həmişə Onun qeybində qalır və vəsf edilib agah olmaq dairəsindən xaricdir. Lakin “Allah” dedikdə bütün cəlal və cəmal sifətlərinə malik olan müqəddəs zat nəzərdə tutulur. “La ilahə illəllah” dedikdə məqsəd budur ki, bütün gözəl sifətləri özündə cəm və əhatə edən Allahdan başqa heç bir məbud yoxdur. Amma bununla bu zatın hər növ sifətdən xaric olmasına heç bir işarə olunmur. (“İxlas” surəsində) “Huvə” dedikdə yenə də həmin “Allah” nəzərdə tutulur, yəni Allahın sifətləri Onun zatı ilə eynilik təşkil edir.

Ətreaflı cavab

Qurani-Kərimdə oxuyuruq: “Huvəllahul-ləzzi la ilahə illa huvə”[1] Yəni O, həmin Allahdır ki, Ondan başqa heç bir məbud yoxdur.”

Eyni zamanda ərəbcə sintaktik təhlil nəzərindən “Huvə” əvəzlikdir. Bilmək lazımdır ki, ümumiyyətlə, “Huvə”nin özü Allahın adlarından olan bir addır. Amma görəsən, hansı mənaya əsasən Allahın adı olur?

Kamal sifəti olan və Allah-taalaya nisbət verdiyimiz hər bir sifət ada çevrilir. Misal üçün, elmi Onun zatına nisbət verdiyimiz zaman “Alim” deyilir və bundan sonra Alim kəlməsi Allah üçün ad olur. “Elm”ə sifət, “Alim”ə isə isim deyilir. Qüdrət Allah üçün sifətdir, Qadir isə isim. Rəhmət Allah üçün sifətdir, Rəhman və Rəhim isə isimdir. İndi əgər “Huvə Allahın adıdır” deyiriksə, hansı şey sifət və hansı şey isimdir?

Sifət olan şey “mütləq qeyb” olmaqdan ibarətdir. “Mütləq qeyb” – yəni elə bir həqiqət ki, Öz zatının dərinliklərinə əhatəlidir, zatının dərinliklərinə məlumat və agahlıq heç bir başqa varlıq üçün mümkün deyildir. Əlbəttə, Allah barəsində mərifət məsələsinə gəldikdə isə, bu mərifətin çoxlu dərəcələri vardır. “Allah-taalanın zatının dərinlikləri barəsində mərifət” dedikdə Allahı elə tanımaq nəzərdə tutulur ki, artıq ondan yüksəkdə heç bir mərifət olmasın. Bu, yalnız Allah-taalanın zatına məxsus olan bir məsələdir. Hətta varlıq aləminin ilk arifi olan Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) də deyir:

مَا عَرَفْنَاکَ حَقَّ مَعْرِفَتِکَ

“Biz Səni heç vaxt layiqincə tanıya bilmədik.”[2]

Bu cümlə də elə “Huvə”nin mənasıdır. Yəni Sən elə bir məqam və dərəcədəsən ki, nə qədər Sən mənim üçün “əntə” (Sən) olsan, yenə də onun bir dərəcəsi “Huvə”dir (Odur). Yəni heç bir varlıq üçün Pərvərdigarın zatına əhatə tapmaq mümkün deyildir. Buna görə də Ona Ğeybul-ğuyub (bütün qeyblərin qeybi) deyilir və bununla o cəhətə işarə edilir ki, Pərvərdigarın zatından başqa heç bir digər varlıq ona nail ola, əhatə tapa bilməz:

لاَ اُحْصِی ثَنَاءً عَلَیْکَ اَنْتَ کَمَا اَثْنَیْتَ عَلَی نَفْسِکَ

“Pərvərdigara! Mən Sənə nə qədər həmd-səna etsəm də, Səni, Özünə layıq olan şəkildə tərif deməyə qadir olmaram. Sən o vəziyyətdəsən ki, Özün Özünü vəsf və tövsif edirsən.” Deməli bu, “Huvə”nin isim olmasının mənasıdır.[3]

Amma “la ilahə illəllah” dedikdə məqsəd budur ki, Allahdan (yəni bütün camal və cəlal sifətlərini Özündə əhatə edən pak və müqəddəs Zatdan) başqa heç bir məbud yoxdur, bununla eyni zamanda bu zatın həmişə tanınmaz qaldığına işarə etmiş oluruq.



[1] “Həşr” surəsi, ayə: 23

[2] Məclisi, Məhəmməd Baqir, "Biharul-ənvar", 66-cı cild, səh. 292, “Vəfa” müəssisəsi, Beyrut, 1409-cu qəməri il

[3] Mütəhhəri, Mürtəza, “Quran ilə tanışlıq”, 6-cı cild, səh. 186-187, “Sədra” nəşriyyatı, Tehran, 14-cü çap, 1378-ci şəmsi il

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Şeytanın hədəf və proqramları nədir?
    7265 Qədim kəlam
    1. İnsanları düz yoldan çıxarmaq. 2. İnsanları bidət və xuafatlı əməllərə dəvət etmək. 3. İnsanları Allahın yaranışında dəyişiklik etməyə məcbur etmək. Bunlar Quranda şeytana nisbət verilən hədəf və proqramlardır. ...
  • Quslun fəlsəfəsi nədir?
    7411 Əhkam və hüquq fəlsəfəsi
    Cənabət quslunun səbəbi, nəfsin onun çirkinliklərindən təmizlənməsi və bədəni çirkinliklərdən pak etməkdir. Çünki, cənabət bədənin hamısından xaric olur. Ona görə də, insana bədənin hər yerini paklamaq vacibdir. Alimlərin insanın bədənində apardıqları araşdırmalara əsasən, bədənin bütün fəaliyyətlərini idarə edən iki qism köklü əsəb sistemi var. bəzən bədəndə bəzi ...
  • Xeyir və şər Allahın yeganəliyi, mehribanlığı ilə necə uyğunluq təşkil edir?
    6694 Qədim kəlam
    1.     Aləmdə mövcud varlıqlar azad deyil, bir-birindən asılı şəkildə yaradılmışdır. Mövcud aləmin bütünüzvlərini araşdırsaq, onların halqalar kimi zəncirvari surətdə bir-birlərinə bağlı olduqlarını müşahidə edərik. Bütün bu üzvlər toplusu isə gözəl bir sistemi ifadə edir. Buna əsasən kainatda iki ...
  • İmam Əli (ə) İbn Mülcəmin pis niyyətini bilə- bilə, öz canını qorumaq üçün, niyə heç bir iş etmədi?
    5378 Qədim kəlam
    İmam Əli (ə)- ın heç bir əksül- əməl göstərməməsini neçə cəhətdən cavablandırmaq olar: 1.             Vəzifəni yerinə yetirməkdə meyar və ölçü, adi elmdir. İmam Allah əmrinə itaət etdikdə öz daxili elminə (qeyb elmi) əməl etmir və digər adi insanlar kimi rəftar edir. Əgər imam öz qeyb elminə ...
  • Məsumların kəlmələrinin və işlərinin höcciyyət ölçüsü nə qədərdir?
    4870 ولایت، برترین عبادت
    İslamın mötəbər dəlillərindən biri, Peyğəmbərin (s) və digər Məsumların (ə) sünnətidir ki, Quran ayələri kimi Müsəlmanlar üçün höccətdir, üç şəkildə bizim əlimizdədir. Məsumun sözü, işi və təsdiqi. Məsumların hədislərdə və rəvayətlərdə gəlmiş sözləri "Məsumun qovlu (sözü)" onların etdikləri fellər və işlər "Məsumun feli" onların başqalarının işini yaxud ...
  • Aya İslamın tez- tez bir mətləbi oxumaq barəsində nəzəri vardırmı? Xahiş edirik bu məsələyə də işarə edin ki, hansı mövzularda tez- tez oxumağa İslam razıdır?
    5105
    Tez- tez və yaxud yavaş- yavaş oxumaq mütaliə edən şəxsə bağlıdır. Din təlimlərində bu mövzuya işarə olunmamışdır. Amma Quran oxumaq barəsində budur ki, Quranı yavaş- yavaş və aşkar şəkildə oxuyun: Quranı kəlmə- kəlmə oxuyun. «وَ رتّلِ القُرآنَ تَرتیلاً»[1]
  • Kərbəla hadisəsindən sonra imam Hüseyn (əleyhis-salam)-ın həyat yoldaşlarının başına nə gəldi?
    12721 تاريخ بزرگان
    İmam Hüseyn (əleyhis-salam)-ın beş həyat yoldaşı var idi. Bəzi tarixçilər o həzrətin bu qadınlardan dünyaya gələn övladlarının sayını altı, bəziləri isə altından çox qeyd etmişlər. Həzrətin həyat yoldaşları aşağıdakılar idi:1. Şəhrbanu, 2. Leyla, 3. Qüzaiyyə qəbiləsindən olan bir qadın (o, İmam (əleyhis-salam)-ın salığında dünyadan getmişdi), 4. Rubab, 5. Ümmü ...
  • İslam və Quran nəzərindən qisas hökmünün fəlsəfəsi nədir?
    12913 Əhkam və hüquq fəlsəfəsi
    Qisas İslamın cəza qanunlarından və ilahi hökmlərdən biridir və Quranda “cəmiyyətin həyat amili” kimi təqdim edilir. Qisas hökmünün qanun halına salınması ədalətdən uzaq olan kor-koranə intiqamçılığın qarşısını almaq məqsədi daşıyır. Həmçinin bu qanun cinayətkarların günahsız insanları qətlə yetirməyə cürət tapmaması, mülki əhalini yaralayıb döyməyin qarşısını almaq üçün qoyulmuşdur. Sağlam ictimai ...
  • Aya əməllə Allahın verdiyi vədəsi arasında nisbətə riayət olunmuşdur?
    4696 Qədim kəlam
    Bu cür savablara vədə vermək, Allahın ədalətinə heç bir zərər vurmur və əməllə savab arasında olan nisbət də onun kimi; çünki əgər ədalətin mənası bir şeyi özünə münasib olan yerdə qərar verməkdirsə; yəni əməllə savab arasında uyğunluq olmalıdır. İşarə etdiyimiz mövzuda əməllə onun savabı arasında münasiblik vardır: ÇünkiBirincisi: ...
  • Namaz qurtardıqdan sonra əlləri möhürə çəkib sonra əli üzə sürtmək müstəhəb sayılır?
    4592 بیشتر بدانیم
    Müstəhəbdir insan namazdan sonra namazın təqibin yəni zikr, dua və quran oxusun.[1] Bu təqiblərdən biri də odur ki, rəvayətlərdə ona sifariş olunmuşdur, səcdə yerinə əl çəkib (o əşyalar ki, onların üzərinə səcdə etmək düzgündür) sonra üzünə çəksin, əlbətdə o cür ki rəvayətlərdə onlara işarə olunmuşdur: Rəvayətlərdən ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    150512 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    121875 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    103189 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    97777 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    80708 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    64555 Nizamlar hüquq və əhkam
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    47983 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    36223 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    35464 Nizamlar hüquq və əhkam
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    35077 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...