Ətraflı axtarış
Baxanların
3491
İnternetə qoyma tarixi: 2007/12/07
Sualın xülasəsi
“Hicr” surəsinin 91-ci ayəsində deyilən “müqtəsimin” kəlməsində məqsəd nədir?
Sual
“Hicr” surəsinin 91-ci ayəsində deyilən “müqtəsimin” kəlməsində məqsəd nədir? Quranın saxtalaşdırılmış bir nüsxəsi də nəşr olunubmu?
Qısa cavab

Bu şərif ayədə gələn الْمُقْتَسِمِينَ “əl-müqtəsimin” kəlməsi “ayrılıq salanlar və bölənlər” mənasınadır. Bu ayənin şəni-nüzulu (kimlərin barəsində nazil olması) ilə əlaqədar təfsirlərdə bir neçə ehtimal verilmişdir:

1. Kafir başçılar; belə ki, onlar həcc mövsümündə öz qüvvələrini Məkkənin yollarında və girişlərində bölüşdürürdülər ki, müsafirlərə desinlər: “Məhəmməd adlı bir şəxs böyük iddialar edir, onun sözlərinə qulaq asmayın!” Habelə, o həzrəti kahin, sehrkar və məcnun bir insan kimi təqdim edirdilər.

2. Bir qrup da Quranı öz aralarında bölüşdürürdülər ki, hər biri özünə düşən hissənin oxşarını düzəltsin.

3. Bəziləri Quranı hissə-hissə edir, bir hissəsinə əməl edib başqa hissəsini boşlayırdılar.

4. Qüreyş tərəfindən bir tayfa Quranı hissə-hissə edirdilər, bir dəstə “sehrdir!”, başqa bir dəstə “keçmiş nəsillərin əfsanəsidir!”, bir dəstə də “saxta şeylərdir!” deyirdilər.

5. Bəziləri demişlər: məqsəd İslamdan əvvəlki yəhudilər və məsihilərdir. Belə ki, onlar dində təfriqəyə düçar olaraq müxtəlif firqələr şəkilinə düşmüşdülər. Hər qrup öz ixtiyarında olanlarla şad olurdular və “Quran” dedikdə məqsəd ümumi şəkildə asimani kitabdır.

Aydın olur ki, “Hicr” surəsinin 91-ci ayəsində Allahın məqsədi Quranın saxta nüsxəsinin varlığı və ya yayılması deyildir.

Ətreaflı cavab

Allah-taala “Hicr” surəsinin 89-91-ci ayələrində Peyğəmbərə göstəriş verərək buyurur: “İmansız şəxslərin müqabilində möhkəm dayan və çəkinmədən de: mən aşkar şəkildə (ilahi əzabdan) qorxudanam[1], mən sizə təhlükə elan edirəm! Çünki Allah buyurur ki, sizə ağır bir əzab nazil edərəm ki, necə ki, təqsim edənlərə (müqtəsimlərə) göndərmişəm.[2] Həmin kəslər ki, Allahın ayələrini hissə-hissə edirdilər.”[3]

Bu şərif ayədə gələn “əl-müqtəsimin” kəlməsi ayrılıq salanlar və bölənlər mənasına gəlmişdir. Bu ayənin şəni-nüzulu və kimlərin barəsində nazil olması ilə əlaqədar təfsirlərdə bir neçə ehtimal verilmişdir:

1. Kafir başçılar, belə ki, onlar həcc mövsümündə öz qüvvələrini Məkkənin yollarında və girişlərində bölüşdürürdülər ki, müsafirlərə desinlər: “Məhəmməd adlı bir şəxs böyük iddialar edir, onun sözlərinə qulaq asmayın!” Habelə, o həzrəti kahin, sehrkar və məcnun bir insan kimi təqdim edirdilər.

2. Bir qrup da Quranı öz aralarında bölüşdürürdülər ki, hər biri özünə düşən hissənin oxşarını düzəltsin.[4]

3. Qüreyşdən bir tayfa Quranı hissə-hissə edirdilər, bir dəstə “sehrdir!”, başqa bir dəstə “keçmiş nəsillərin əfsanəsidir!”, bir dəstə də “saxta şeylərdir!” deyirdilər.[5]

4. Bəziləri demişlər: Məqsəd islamdan əvvəlki yəhudilər və məsihilərdir ki, dində təfriqəyə düçar olmuş və müxtəlif firqələr şəkilinə düşmüşdülər. Hər qrup öz ixtiyarında olanlarla şad olurdular, Quran dedikdə məqsəd asimani kitabdır.[6]

5. Bəziləri Quranın bir hissəsinə əməl edib başqa hissəsini boşlayırdılar.

Beşinci ehtimalda qeyd etmək lazımdır ki, ilahi proqramlar ümumi şəkildə bütün insanların mənafeyini qoruyub təmin edir. Lakin zahirdə və ilk baxışda adətən, onun bəziləri insanın meylləri ilə müvafiq, bəziləri isə müxalif olur. Məhz belə olan halda həqiqi möminlər yalançılardan seçilir. Birinci dəstə hər bir hökmü sözsüz qəbul edirlər. Onlar hətta zahirdə onların mənfəətinə olmasa belə, “Hər şey Allah tərəfindəndir” deyərək[7] ilahi hökmlərin arasında heç bir fərq qoymadan və istisnasız olaraq hamısını qəbul edirlər.

Amma qəlbləri xəstə olanlar, Allahın dinindən və ilahi hökmlərdən şəxsi mənafe istiqamətində bəhrələnmək istəyənlər yalnız öz mənfəətlərinə olanları qəbul edir və sairlərdən üz çevirirlər. Onlar Quran ayələrindən hətta bir ayənin özünü belə, iki hissəyə bölür, öz meylləri ilə müvafiq olanları qəbul edir, qalanlarını isə boşlayırlar.

نُؤْمِنُ بِبَعْضٍ وَ نَكْفُرُ بِبَعْضٍ “Bəzi ayələrə iman gətirib bəzilərinə kafir oluruq”[8] deyən bəzi keçmiş qövmlər kimi nəğmələr oxumağımız layiqli deyildir. Çünki bütün dünyapərəstlər elə bu işi görürlər. Haqq və batil ardıcıllarının seçilməsində əsas meyar insanların şəxsi meylləri, nəfsani istəkləri və zahiri mənafeyi ilə uyğun gəlməyən şeylər müqabilində təslim olmaqdır. Məhz belə olan halda möminlər münafiqlərdən ayrılıb seçilir.[9]

Deməli, “Hicr” surəsinin 91-ci ayəsində məqsəd Quranın saxta nüsxələrinin varlığı və ya nəşr olunması deyildir. Tövsiyə edirik ki, şəkk-şübhəyə düşdüyünüz və ya məfhumunu düzgün şəkildə təhlil edə bilmədiyiniz ayələrlə qarşılaşan zaman aşağıdakı mötəbər təfsir kitablarına müraciət edəsiniz:

1. “Əl-mizan” təfsiri, Əllamə Məhəmməd Hüseyn Təbatəbai

2. “Təfsiri-nümunə”, Ayətullah Məkarim Şirazi və alimlərdən bir qrupu

3. “Nur” təfsiri, Möhsün Qiraəti.

 


[1] وَقُلْ إِنِّي أَنَا النَّذِيرُ الْمُبِينُ

[2] كَمَا أَنزَلْنَا عَلَى الْمُقْتَسِمِينَ

[3] الَّذِينَ جَعَلُوا الْقُرْآنَ عِضِينَ

[4] “Təfsiri-nur”, 6-cı cild, səh. 356

[5] “Əl-mizan” təfsirinin farsca tərcüməsi, 12-ci cild, səh. 286

[6] “Hidayət” təfsiri, 5-ci cild, səh. 401

[7] “Ali-İmran” surəsi, ayə: 7 كُلٌّ مِنْ عِنْدِ رَبِّنَا

[8] “Nisa” surəsi, ayə: 150

[9] “Təfsiri-nümunə”, “Hicr” surəsinin 85-91-ci ayələrinin təfsiri

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    113188 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    86240 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    65139 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    48584 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    36961 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    35780 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    24668 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    23995 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    23903 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    21916 Qədim kəlam
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...