Ətraflı axtarış
Baxanların
4330
İnternetə qoyma tarixi: 2011/01/02
Sualın xülasəsi
Deyin görək din insan üçündür yoxsa insan din üçün?
Sual
Deyin görək din insan üçündür yoxsa insan din üçün?
Qısa cavab

Baxmayaraq ki, din bir növ insanın fitrətini açıqlayır; yəni insanla din bir dəmir pulun iki tərəfi və yaxud iki üzü kimi sayılır. Nəticə almaq üçün hansı biri o biri üçündür, təyin etmək asan deyil. Amma insanın dünyadakı bütün maarif, elm və işləri özünə ixtisas verməsi bunu açıqlayır ki, din bir nemətdir və Allah Taala onu insanı kamala çatdırmaq üçün göndərmişdir. O insanın kamala çatması üçün bir nərdivandır (pillədir).

Ətreaflı cavab

Bu mövzunu başa düşmək üçün əvvəl insan, din və onun faydalarını misal üçün hər bir mürəkkəb əşyanı tanımaq, və yaxud gözə görünməyən varlıqları ki, insan vücudunda vardır tanımaq lazımdır.[1]

A)- İnsanın həqiqəti

İnsan sirlərlə dolu bir varlıqdır. İnsan vücudunda olan varlıqlar o qədərdir ki, onları rahatlıqla tanımaq mümkün deyil. Baxmayaraq ki, tarix boyu bir çox tədqiqatlar aparılmışdır. Amma bir çox sirləri hələdə açıqlaya bilməmişdirlər.[2] beləliklə insan varlığını yaxşı olardı ki, bu cür adlandıraq: Aləm varlığında yarananları özündə birləşdirmiş və Allahın həqiqət və varlığının vacibliyini özündə əks etdirən bir varlıqdır.[3] İnsanın bunları özündə birləşdirməsini tanımağın ən yaxşı yolu, insanların rəbbi olan Allah taalanın Qurani kərimdəki sözlərindən istifadə etməkdir.[4] Bunun üçündə bu mövzularda xülasə və qısa olaraq Qurani kərimdən açıqlayırıq:

İnsan vücudunda bərabər olan qüvvələr:

Quran "Şəms" surəsində insan (nəfs)- ə yer, göy, günəş və ya aydan sonra işarə edir; yəni insan onların səmərə və barıdır, bu bağın gülüdür və varlığın nəticəsi isə insandır. Başqa cür desək " و الشمس و ضحیها" – dan başlayaraq yeri zikr etdikdən sonra insan haqqın da söz açaraq insanın xüsusiyyətlərini açıqlayaraq buyurur:

«"و نفس و ماسویها"»

O cür ki, günəşin saçması və şüası onun nurundan qaynaqlanır; insanın parlaması isə onun saflıq və təmizliyindən qaynaqlanır; yəni, təadül, o deməkdir ki, insan elə bir cür olmalıdır ki, müxtəlif hissiyyatlar onda bərabər olsun, bir hissəsi o biri hissənin qarçılığında ağır olmasın.

O cür ki, seçim onun üçün rahat olsun və bu bir nöqtədir ki, birlikdə səfərdə olan o biri yoldaşlarından ayrılır.

Bu insanın digər varlıqlardan ayrılması deməkdir; yəni insan bir şeyi bilib tanımadan qəbul etmir, insandakı qüvvələr birləşərək insanı o hədəfə doğru hərəkət etdirir.[5]

Elmin yüksək məqamı:

Quran kərim buyurur: Allah taala Adəmə xüsusi bir elm öyrətdi, mələklər ondan heç bir xəbərləri yox idi. Onlar öz nadanlıqlarını (cahilliklərini) etiraf etdikdən sonra, Adəmə əmr etdiki, o xüsusi elmdən onlara da öyrətsin.[6]

İnsan tək bir varlıqdır ki, ağır bir ilahi əmanəti öz öhdəsinə götürmüşdür.[7]

İnsanın dünyadakı fəaliyyəti:

Allah taala bütün kainatı insanların fəaliyyəti və məskənləşməsi üçün yaratmışdır.

"Siz bilmirsiniz ki, Allah taala bütün yer üzündə və göydə olanları sizin ixtiyarınızda qoymuşdur, aşkarda və batində olan nemətlərini sizin üçün tamamlamışdır.[8]

Allahın yer üzündə xəlifəsi

İnsan tək varlıqdır ki, əzəmətli varlıq olduğu üçün Allahın xəlifəsi olmaq məqamına yol tapmpışdır. Qurani kərim Allahın mələklərlə Adəmi (ə) özünə yer üzündə canişini seçməsi haqda söhbətlərinibu cür açıqlayır; O zaman ki, sənin rəbbin mələklərə dedi: "Mən yer üzündə xəlifə ixtiyar edəcəyəm"[9]

Diqqət etsək, xəlifə kəlməsinin mənasında məlum olur ki, insan yeganə varlıqdır Allahın kamil sifətlərin özündə aşkar etsin. Aləmdə onun xeyir və camal sifətlərini aşkar etsin.

O sür ki, xəlifə (nümayəndə) hər bir baxımdan rəhbərin (haqq taalanın) nümayəndəsidir və onun tərəfindən xəlifə olaraq seçilmişdir. Bunun üçün də, insanı bu məqama seçmək bunu tələb edir ki, insan sonsuz qabiliyyətlərə və istedadlara sahib olub kamil olmağa yiyəlnəsin.[10]

Allaha bağlılıq:

Allah taala Qurani kərimdə insanı hər bir halda möhtac bir varlıq kimi tanıtdırır, onu fəqirliyin özü adlandırır; yəni bütün varlıq o haqq Allaha bağlıdır:

«"یا ایها الناس انتم الفقرا الی الله و الله هو الغنی الحمید"»[11]

Əgər insan özünü möhtac və fəqir olduğunu dərk etsə öz rəbbini ehtiyacsız olaraq tanıyacaq.[12]

«"من عرف نفسه فقد عرف ربه"»[13]

Nəticə alırıq ki, Quran insanın həqiqətini açıqladığı zaman buyurur: İnsan (həyyi mütəal)- dır; yəni diri bir varlıqdır ki, onun həyatı onun təlləsi üzərində aşkar olur. Təllə, bir şeyin Allah qarşısında əriməsi və yumşalması deməkdir. İnsan həqiqəti dəyişilməzdir; çünki o ("حی متألّه") gözəl surətdə yaradılmışdır. Allah taala o həqiqəti dəyişməz; çünki onun gözəl bir başqası da onu dəyişə bilməz; çünki onu dəyişməyə qüdrəti çatmaz.

"لا تبدیل لخلق الله"[14]

Quran insanı elə tanıtdırır ki, insan bilsin haradan gəlib, haraya gedir və dünyada nə iş hörməlidir.[15]

B)- Dinin həqiqəti:

Dindən məqsəd əqidə, əxlaq və qanuna riayət etmək üçün bir təşkilatdır. Allah onu insanların hidayəti üçün göndərilmişdir. İnsan bunu öyrənməklə öz nəfsini kontrol edib öz azadlığını təmin edir. İlahi din insanın həqiqət və ehtiyaclarına diqqət edib onun üçün proqram tökür ki, onun ehtiyaclarını hər tərəfli olaraq həll etsin. Kamil ilahi dindən məqsəd, islam dinidir ki, bir mənalı olaraq cəmiyyəti və onun hansı işə doğru getməyə hidayət edir.[16]

C)- Fayda və mənfəətin mənası:

Bəzi vaxtlar fayda və mənafe həqiqidir və bəzi vaxtlar isə həqiqi yox məcazidir.

Həqiqi xeyir və mənafe odur ki, insan varlığıyla uyğun olsun və xoşbəxtliyə, səadətə və ləzzətə həmişə olaraq özündə yer versin. İnsan onun özündə olduğunu hiss etdikdə heç bir zaman peşimançılıq hissi keçirməsin; Ədalət, ehsan (yaxşılıq) haqqa qovuşmaq, cənnət, məzlumdan himayət etmək, ehtiyacı olanlara kömək etmək və s. kimiləri həqiqi fayda və xeyirdir.

Amma məcazi və həqiqi olmayan xeyir ondan ibarətdir ki, onda olan ləzzət bir anlıqdır və daimilik deyil; əsər və bədbəxtçiliyi isə uzun müddətli və həmişəlikdir. Duzlu bir sudur susuz insan içdikcə susayır, xəstəni isə ölümə doğru çəkər. Sədrul Mütəllihin deyir: Bəzi ürəklərdə, insanlarla düşmənçilik etmək üçün minlərlə vəsvəsə, yalan və düşmənçilik vardır. Belə bir ürək, qəmin- qüssənin, qəzəb və ağır əzabların bitdiyi bir yerdir. O cəhənnəm quyularından olan bir quyudur qorxulu, sıx və qaranlıq.[17]

Həqiqi xeyir və faydanı, məcazi və həqiqi xeyirdən ayıran yalnız dindir.

Nəticə:

Nəticə alırıq ki, kamil ilahi din insanın həqiqətini açıqlamaqda gözəl və ətraflı bir məlumat verən və doğru hisləri hər tərəfli olaraq ona anladır. İnsanın ehtiyacı olan həqiqi niyazlarını, puç və həqiqəti olmayan ehtiyaclardan ayıraraq kömək edir. Çünki, yalnız insanı yaradan bir varlıq insanın həqiqi ehtiyaclarını, puç və mənasız ehtiyaclardan ayırmağa qüdrəti çatır. Bununla belə insanı ilahi məqsədə və kamilliyə doğru yol açır. Başqa sözlə desək insan susuz bir varlıqdır ki, bu susuzluğu yalnız din aradan qaldırır. İnsanın elmdən susuzluğuğa üz çevirməsi, o susuzluğu bir daha artırır və ölümə doğru aparır.

İndiki dövrdə insanlar bütün insanlıq məqamlarını keçmişdir. Bəzi qərb alimlərinin dediyi kimi bəşər dünyanın sonunu öz gözləriylə görmüşdür. Dinə olan ehtiyaclarını dərk edərək vəhyi candan qəbul edir. Buna səslənir ki, nicat yolu yalnız ilahi vəhyi qəbul etməklə və peyğəmbərlərə üz çevirməklə mümkündür.[18]

Bəs bu açıqlama nəticəsində məlum olur ki, din insan üçün gəlmişdir. Əgər bir şəxs insanı din üçün olmasını deyirsə, yenə də sözünü həqiqət üzündən demişdir; çünki, insan əgər öz canını və ruhunu dinə qurban verib Xosvovla Şirin və Leyliylə Məcnun kimi olursa, Behişt bu dünyada onun üçün hazır olur. Onun təravət və şirinliyini canında və ürəkləri osunlayan ətriylə hiss edir.[19]

Bəs hər halda nəticə və faydası insana qayıdır. Əlbəttə bu mətləbi açıqlamaq burada mümkün deyil ətraflı məlumat üçün kitab halında yazmaq lazımdır.



[1] - Cavadi Amuli, Abdullah, İntizare bəşər əz din, səh 24.

[2] - Məarife islami, cild 1, nehade nümayəndegi, səh 93, Əlavə etməklə.

[3] - Həsənzadə Amuli, Həsən, Mərifəte nəfs, cild 1,

[4] - İntizare bəşər əz din, səh 3, Əlavə etməklə.

[5] - Hairi Şirazi, Əxlaqe islami, səh 4, əlavə etməklə.

[6] - Bəqərə surəsi, ayə 13- 31

[7] - Əhzab surəsi, ayə 72.

[8] - Loğman surəsi, ayə 20

[9] - Bəqərə surəsi ayə 30

[10] - Məarife islami, cild 1 səh 100

[11] - Fatir surəsi, ayə 15

[12] - İntizare bəşər əz din, səh 30

[13] - Biharul- ənvar, cild 2, səh 32.

[14] - Rum surəsi, ayə 30

[15] - İntizare bəşər əz din, səh 30- 31 əlavə etməklə.

[16] - İntizare bəşər əz din, səh 26, əlavə etməklə.

[17] - Şəvahidur- rububiyyə, Sədrül- Mütəllihin, səh 283

[18] - İntizare bəşər əz din, səh 10

[19] - İntizare bəşər əz din, səh 10

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Quranın təhrif olmamasının səbəbləri nədir?
    4645 Qədim kəlam
    Quranın təhrif və dəyişilkliyinin ümumi mənası, bütün azaltma, çoxaltma və ya Quranın kəlmə və tərkiblərinə şamil olur. Alimlər Quranın təhrif və dəyişilməməsinə çoxlu dəlillər bəyan ediblər. Biz burada yalnız onların əqli sübutlarının bəzisini bəyan edirik: 1.     Quran nazil ...
  • Şəxsi (xüsusi) və növi (ümumi) məhdəviyyət dedikdə məqsəd nədir?
    3565 Nəzəri irfan
    “Növi məhdəviyyət”ə etiqad “imam Məhdi” (əleyhis-salam) adlı xüsusi bir şəxsin olmadığına inanan və məhdəviyyət məsələsini hər bir əsrdə kamil insanda qərarlaşan bir məqam hesab edən etiqaddır. Bu etiqada görə o şəxs bəşər övladlarından hər biri ola bilər. Bunun müqabilində “şəxsi məhdəviyyət” termini də bu mənayadır ki, vədəsi ...
  • Xəcalətin kökü nədir?
    5665 Nəzəri əxlaq
    "Xəcalət" "utancaqlıq" mənasındadır. Utancaqlıq yəni, özünə həddən artıq diqqət və digərləri ilə qarşılaşmaqdan qorxmaq. Utancaqlıq həya ilə eyni mənada deyil. Həya özünü saxlamağa qüdrətin olmasıdır ki, iradə üzündən olan və dəyərli bir işdir. Ayə və rəvayətlərdə ona yaxşı qiymət verilir. Amma utancaqlıq tamamilə iradə ...
  • Bəzən bankdakı hesabımızda bir miqdar pul qalır. Bank avtamatik şəkildə öz qanunlarına əsasən bir fayiz bizim hesabimiza əlavə edir. Bu pul mənfəət sayılır ya yox?
    3315 Bank mənfəəti
    Bu suala əksər mərcə təqlidlərin cavabı belədir: Əgər bank vəkil olsa ki, hesab sahibinin tərəfindən (şəri əqdlərə əsasən) şəri müamilə etsin, bu surətdə mənfəəti almağın işkalı yoxdur. Amma əgər hesabdakı pul borc şəkilində və mənfəət şərti ilə olsa, mənfəəti almaqlıq haramdır.[1] Ayətullah üzma Behcət:
  • bir şeyin pak və ya nəcis olması haqqında vasvaslıq xəstəliyindən necə qurtarmaq olar?
    4482 وسواس
    Sualın cavabınıdan əvvəl bir neçə məsələni bilmək lazımdır: 1.Allah-Taala buyurur: Dində sizdən ötrü heç bir çətinlik qərar vermədim. İslam Peyğəmbəri (s) tanınmış bir hədisdə buyurur: Mən birbaşa şəriətlə, asan, zəhmətsiz və nuraniyyətlə seçilmişəm. Əgər kimsə belə başa düşür ki, paklıq məsələsindən özünü çətinliyə və ifrat-təfritliyə salmaqla, həyatın ...
  • Cəhənnəm və behiştdə şəxslərin yaşı nə qədər olacaq?
    3952 Təfsir
    Yaşın və ilin dəyişməsi ilə insanların şəklinin dəyişməsi bu dünyaya aid olan mövzularındandır, amma axirət aləmi, məxsusən behişt belə təsvir edilməz ki, insanlar müxtəlif şəkl və qiyafələrdə, məsələn bir dəstə kiçik yaşlı, bir dəstə orta yaşlı, bəziləri qoca və s... olalar. Hətta əgər axirət aləminin də maddi ...
  • Allah- Taalanın şəxsiyyəti varmı?
    3517 Nəzəri irfan
    İslam dini xristianlığın əksinə olaraq Allah taalanı insan kimi təsəvvür etmir və etməyi də qadağan edir. Həmçinin Allah taalanı insan formasında (qiyafəsində) deyil, əksinə bənzəri olmayan nəhsayətsiz (sonsuz) vücud olaraq tanıtdırır. Bu cəhətdən də Allah taala insanla müqayisə olunmur; insanda olan sifətlərin heç biri onda axtarılmır və ya insanda olan ...
  • İmamlara nisbət verilən şəkillərin şərii hökmü nədir?
    5542 Nizamlar hüquq və əhkam
    Aşağıda təqlid mərcələrinin cavabı belə gəlibdir: Həzrət Ayətullahul- üzma Xamineyi: Bu işin öz- özlüyündə şərii cəhətdən iradı yoxdur. Bu şərtlə ki, ürfdə hörmətsizlik sayılan və İmamların şəni ilə ziddiyyətçiliyi olmayan işlərlə olmasın.[1] Həzrət Ayətullahul- üzma Safi Gülpayqani: Ümumiyyətlə onları divara vurmamaq, o həzrətlərin şəninə ...
  • Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
    18843 Qədim kəlam
    Diqqət yetirmək lazımdır ki, məsum imamların adları Quranda aşkar şəkildə gəlməsə də, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in kəlamında onların adları, xüsusi ilə “Qədir” hədisinin aşkar nümunəsi olan Əli (əleyhis-salam)-ın adı tam aşkar şəkildə zikr olunur. Bu hədis Əli (əleyhis-salam)-ın xilafət məqamını rəsmi olaraq bəyan edir. “Qədir” ...
  • عُقُولُ النِّسَاءِ فِي جَمَالِهِنَّ وَ جَمَالُ الرِّجَالِ فِي عُقُولِهِمْ “Qadınların ağlı onların gözəlliyində, kişilərin gözəlliyi isə ağıllarındadır” hədisinin sənədi mötəbərdirmi? Bu hədisin mənası nədir?
    5355 زن
    Yuxarıdakı hədis bir çox hədis kitablarında gəlsə də, səhih və ya mötəbər hədislərdən hesab olunmur. İslamda Allah dərgahında yaxınlaşmaqda və insani gövhər baxımından qadınla kişi arasında heç bir fərq yoxdur. Onların arasında əql baxımından mövcud olan fərqlər isə, “vasitə yönlü olan əql” barəsindədir, yəni o əql ki, ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    113453 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    86471 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    65383 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    48857 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    37489 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    35960 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    24803 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    24098 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    23957 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    21966 Qədim kəlam
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...