Ətraflı axtarış
Baxanların
10869
İnternetə qoyma tarixi: 2008/04/16
Sualın xülasəsi
Şeyx Tusi (rh)- nin iqtisad kitabı hansı mövzuları əhatə edir?
Sual
Şeyx Tusinin iqtisad kitabı barəsində bizə izah verə bilərsinizmi?
Qısa cavab

            Şeyx Əbu Cəfər Məhəmməd bin Əl- Həsənul- Tusi (rh) Şeyx Tusi ilə məşhur olan İmamiyyə şiəsinin görkəmli fəqih, usulçu, təfsirçi, kəlamçı və hədisçisi, İslam və İranın elmi fəxrlərinin ən böyüklərindən biridir ki, elminin müxtəlif sahələrində kitab yazıbdır ki, o elmlərdən biri, kəlam elmidir. O bu sahədə 16 kitab yazılıbdır ki, onların biri, "Əl- iqtisadul- hadi ila təriqir- rəşad" kitabıdır.

Şeyx bu kitabı iki hissədə yazıbdır. Onun birinci hissəsi etiqad və kəlam elminə aiddir. Kitabın ikinci hissəsi təharət, namaz, oruc, zəkat, həcc və cihadın fiqhi məsələlərinə aiddir. Birinci hissədə daha çox əqli dəlillərdən istifadə olunub və nəqli dəlillərdən daha az istifadə olunubdur. Amma ikinci hissədə daha çox nəqli dəlillərdən istifadə olubdur.

Bu kitab müxtəsər formada yazılıb, amma tövhid, ədl, nübüvvət, İmamət və məada aid, kəlamın mühüm məsələlərinə şamil olduğuna görə, ondan çoxlu nüsxələr mövcuddur və dəfələrlə çap olubdur.

Ətreaflı cavab

Şeyx Əbu Cəfər Məhəmməd bin Əl- Həsənil- Tusi (rh), Şeyx Tusi ilə məşhur olan İmamiyyə şiəsinin görkəmli fəqih, üsulçu, təfsirçi, kəlamçı və hədisçisi, İslamın və İranın elmi fəxrlərinin böyüklərindən biridir. Əllamə Hilli (rh) onu belə tanıtdırır: "Məhəmməd bin Həsən Tusi alimlərin görkəmlisi və onların öndə gedənidir. Böyük mövqeyə malikdir. Şeyx istinad olunan və inanılan bir alimdir. Hədis, rical, fiqh, usul, kəlam və ədəb elmlərində mahir olubdur.

Fəzilətlərin hamısı ona nisbət verilir. İslamın bütün məsələləri barəsində kitab yazıbdır. Şiə əqaidin usul və furuda islah edibdir. Nəfsi qabiliyyətləri elmdə və əməldə bir yerə cəm edibdir".[1]

Şeyx Tusi (rh)- nin elmin müxtəlif sahələrində məharəti olub və dəyərli kitablar yazıbdır. O cümlədən kəlam elmində 16 kitab yazıbdır ki, onun kəlami kitablarından biri, (Əl- iqtisadul- hadi ila təriqir- rəşad) kitabıdır. Mərhum Əllamə Şeyx Ağa bozorg Tehrani Əl- iqtisad kitabı barəsində belə deyir: bu kitab, Şeyx Tusi (rh)- nin təliflərinin gözü sayılır.

Həcmi az olsa da, tövhid, ədl, nübüvvət, İmamət və məad kimi, kəlam elminin mühüm məsələləri və təharət, namaz, oruc, zəkat, həcc və cihad kimi fiqhin çoxlu məsələləri barəsində bəhs edibdir.[2]

Şeyx Tusi (rh) bu kitabı öz zamanının alimlərindən birinin istəyi ilə yazıb[3] və onu iki hissəyə bölmüşdür. Onun birinci hissəsində, kəlam elminə aid məsələlər, ikinci hissəsində fiqhin bəzi fəsilləri yəni təharət fəslindən cihad fəslinə qədər qeyd olubdur. Hər iki hissədə şeyxin nəzəri müxtəsər olmağa olubdur. Kəlam elminə aid məsələləri qeyd edəndən sonra buyurur: Biz bu barədə təlxisus- Şafi kitabında hesabdar formasında bəhs etmişik və...

Şeyx birinci hissədə tövhid mövzusunda aşağıdakı məsələlərə işarə edibdir:

  1. Yaradanın vücudunun isbatı. O bu barədə buyurur: Təbiət hadisələrinin müxtəlifliyi və varlıqların fərqli olması, dünyanın cism olmayan bir yaradanın olmasından hekayət edir. Çünki, işin və əməlin nəticələrinin müxtəlif olması, əsl başlanğıcın (yaradan) cisimləri alimanə və həkimcəsinə düzəltdiyinə və hər işi öz yerinə uyğun yerinə yetirməsinə sübutdur. Buna əsasən, təbiət və ona aid işlər, varlıqların yaranmasının başlanğıcı deyillər. Çünki, təbiətin zati xüsusiyyəti, nəticənin bir formada olmasıdır.[4]
  2. Aləmin yaranması. Şeyx (rh) buyurur: Diri, qüdrətli və səbəb nəticə qanunundan uzaq olan alim yaradanın vücudu, başlanğıcsız olub və məhdud deyil. Amma ondan başqa hər şeyin yaranmasının başlanğıcı var. Çünki dünya iradə ilə yaradılıbdır. İradə ilə olan əməlin nəticəsi, əməli yerinə yetirdikdən sonra hasil olacaq. Əməl işi görən mövcud olduqdan sonra başlayır. Ona görə də, Allahın əməli olan aləm, hadis olub (baş vermiş və sonradan yaranmış) və qədim deyil.[5]
  3. O Əlvahid qanunu «الواحد لا یصدر عنه الا الواحد» (əl- vahidu la yəsduru ənhu illəl- vahid, vahid səbəbdən yalnız bir məxluq yaranar) batil edib və buyurur: Allah mütləq qadir olduğuna görə, onun çoxlu məxluqlar etməsinin heç bir maneçiliyi yoxdur. Əl- vahid qanunu Allah barəsində icra olmaz.[6]
  4. Uca yaradanın əməlindən cəbri (məcburiyyət) inkar etmək: Şeyx Tusi (rh) deyir: Cəbr qaydasının yaratmaqlıq məqamına yolu yoxdur. Çünki cəbr təbiətə aiddir. Cansız cism öz nəticəsini yerdə qoya bilməz.

Nəticə və səbəb həmişə birlikdədir. Amma diri və qüdrətli varlığın işində heç bir məcburiyyət yoxdur. Müəyyən bir işi yerinə yetirib və ya tərk edə bilər.[7]

Həmçinin ədl mövzusunda aşağıdakı məsələlərə işarə edibdir:

  1. İşi görəndə insanın qüdrət, bacarıq və ixtiyarı: Çünki onun nəzərində insanın işlərinin düzgünlüyü və qadir olması qanunu, açıq- aydın bir qanundur.[8]
  2. Təklif: O təklif mövzusunda, təklifin xüsusiyyətləri, mükəlləfin (bəndə) xüsusiyyətləri, mükəlləf bihin xüsusiyyətləri (təklif olunan iş) və təklifin hədəfləri barəsində danışır.[9]
  3. Lütf qaydası: Şeyx Tusi (rh) lütf qaydasını ümumiyyətlə qəbul edib və çoxlu əsaslı məsələləri bu qaydaya əsaslandırır. O lütf qaydası fəslində neçə məsələni xatırladır:

A). Lütf mükəlləfi vacibi yerinə yetirməyi irəlilədən və pisdən çəkindirən bir şeydir.

B) İmamın lazım olması dəlilini bu qayda ilə bilib buyurur: İmamət və rəhbərlik əqlani vaciblərdə lütf olduğuna görə, vacibdir.

C). Dərdlər və şərlər məsələsi: O şərləri yaxşı və pis qismə bölüb və buyurur: Pis şərlərin üç səbəbi var: 1. Zülm olduğuna görə pisdir. 2. Fəsad olduğuna görə, pisdir. 3. Bihudə olduğuna görə pisdir. Bu üç qismdən qeyrisi olsa, qəbahəti yoxdur, əksinə həsəndir (yaxşı). Buyurur: Allah- Taala zülm, bihudə və fəsad olan dərd və şərii etməz. İlahi dərd və şərin zahiri forması şər olur və əslində çoxlu mənfəətləri var. Hədiyyə və qurbanlıq kimidir ki, Allah bəndəsi üçün bəla adında hədiyyə göndərir.

Ədl mövzusunun davamında, şərii vaciblər, əcəl, ruzi, vəd və vəid, iman və küfr, bərzəx və qiyamətdə mükəlləflərin hökmləri və yaxşılığa əmr və pislikdən çəkindirməyə aid məsələlər barəsində danışır.

Nübüvvət mövzusunda, nəbinin tərifi, Allah tərəfindən Rəsulların göndərilməsi, Peyğəmbərlərin göndərilməsinin zəruriliyi, İlahi Peyğəmbərləri möcüzə yolu ilə tanımaq və Peyğəmbərin işinin möcüzə olmasının şərtləri, sonuncu Peyğəmbər (s)- in möcüzəsi və Qurani- kərimin möcüzə cəhətlərinə aid məsələlərə işarə edibdir.[10]

İmamət mövzusunda, İmamın zəruriliyi, İmamın sifətləri, həzrət Əli (ə)- ın İmamətinə Quran və rəvayətdən olan sübutlar və on iki İmamın isbatına aid sübutlara aid məsələlərdən danışıbdır.[11]

İkinci hissədə də, qısa formada fiqhi məsələlərə işarə edibdir:

Bu kitab neçə dəfə çap olubdur. Onun çoxlu nüsxələri mövcuddur ki, onların bəzisi aşağıdakılardır:

  1. Məktəbətu came şehlsutun əl- amə Tehran nüsxəsi, Əbdül- Məcid bin Müzəffər bin Həsən... Tubli Kuri.
  2. Məktəbətul- Əllamə əl- höccəttul- muhəqqiq əs- seyyid Məhəmməd Əli Rovzati İsbəhan nüsxəsi. Seyid Məhəmməd bin Zeynul- abidin Musanın kitablarının toplusu ilə birgə çap olubdur ki, hər iki nüsxədə çoxlu səhifə səhvləri mövcuddur.[12]
  3. Mktəbətul- İmamil- Həkim fin- Nəcəf nusxətun kətəbəha Məhəmməd bin Tahir Səmavi, 10 Cəmadiul- axər 1336 hicri qəməri ili, nüsxəsi.
  4. Məktəbətul- İmami Əmirəl- möminin (ə) Nəcəf nüsxəsi ki, köçürülmüşdür və onun çap tarixi məlum deyil.
  5. Məktəbətul- höccət əş- şeyx Əli Ali Kaşiful- ğita nüsxəsi ki, köçürülmüşdür və onun çap tarixi məlum deyil.
  6. Məşhəddə, məktəbətul- imamir- Rza (ə) nüsxəsi.
  7. Tehranın mərkəzi kitabxanasında 1430, 2969, 920 rəqəmləri altında çoxlu nüsxələr mövcuddur.
  8. Qahirənin Darul- kutubul- misriyyədə mövcud nüsxəsi ki, yalnız ibadət bölümünə aiddir.[13]
  9. Mərhum hacı Şeyx Məhəmməd Xansari çahar Suqi Rovzatul- cinanın sahibinin qardaşının xətti ilə qiymətli nüsxə.[14]
  10. Şeyx Məhəmməd Hüseyn bin Məhəmməd Qasim Qumşehi Nəcəfi kitabxanasının nüsxəsi.
  11. Şeyx Hadi Ali Kaşiful- qitanın nüsxəsi ki, onda etiqadi məsələlərin əvvəlindən edadus- səlatın axırınadək, qeyd olubdur.
  12. Ayətullah Təbatəbainin nəvəsi Seyid Məhəmməd Baqirin nüsxəsi ki, ibadət bölümünə aiddir.[15]

 


[1] - Şeyx Tusinin minilliyi, hazırlayan, tərcümə və islah edən, Əli Dəvani, səh 27.

[2] - Həmin, səh 69.

[3] - Əl- iqtisadul- hadi ila təriqir- rəşad, səh 15, kəlimətul- musəhhih.

[4] - Əl- iqtisadul- hadi, səh 34.

[5] - Həmin, səh 20- 24.

[6] - Həmin, səh 34.

[7] - Həmin, səh 32- 34.

[8] - Həmin, səh 32- 34.

[9] - Həmin, səh 61.

[10] - Həmin, səh 151- 182.

[11] - Həmin, səh 183- 231.

[12] - Əl- iqtisadul- hadi, səh 15, Mətbəətul- xiyam, Qum, 1400 hicri qəməri.

[13] - Əş- şeyx Tusi Əbu Cəfər Məhəmməd bin əl- Həsən, yazan Hüseyn İsa Əl- Həkim, Məktəbətul- adab ən- Nəcəful- əşrəf, Əttəbətul- ula 1395 h, səh 579- 580.

[14] - Şeyx Tusi (rh)- nin xatirəsi, Məhəmməd Vaizzadə Xorasani, cild 3, səh 682.

[15] - Əz- zəriə ila təsanifuş- şiə, Şeyx Ağa bozorg Tehrani, Mətbəətul- qərra fin- Nəcəf, 1355 h, cild 2, səh 269- 270.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Qəməri il neçə gündən ibarətdir? Qəməri illərinin günlərinin sayı bir-biri ilə fərqlidirmi? Fərqli olan hallarda nə etmək lazımdır?
    8230 Nizamlar hüquq və əhkam 2011/11/24
    Qəməri aylarının hamısının günləri bir-biri ilə bərabər və dəqiq şəkildə 29 gün, 12 saat, 44 dəqiqə və 3 saniyədən, yaxud 29,53059028 gündən ibarətdir. Hicri qəməri illərinin hamısının günlərinin sayı bir-biri ilə bərabərdir və 12 ay və ya 354,3670834 günə bərabərdir. Münəccimlər hər ayın günlərini kəsirsiz (tam) ədədlə bəyan etməlidirlər. Onlar ...
  • Hindıya onun Quranla tanışlıq və onu oxumaq istəməsini nəzərə almaqla Quran hədiyyə etməyin şərii hökmü nədir?
    7091 Nizamlar hüquq və əhkam 2011/09/11
    Bu barədə mərcələrin nəzərini açıqlamamışdan qabaq, bir neçə məsələyə diqqət etmək lazımdır:Hindu kafirlərdən sayılır.Quranın kafirlər tərəfindən hörmətsizlik və ya nəcislənməsinə yəqin etdikdə (nəinki ehtimal), mərcələrdən heç biri onlara Quranı verməyə icazə vermirlər.
  • Naməhrəmə baxmaqla əlaqədar İslam inqilabının əzəmətli rəhbərinin fətvası nədir?
    7745 Nizamlar hüquq və əhkam 2011/09/12
    İslam inqilabının əzəmətli rəhbərinin – Ayətullah Xamenei cənablarının naməhrəmə baxmaqla əlaqədar fətvası eynilə imam Xomeyninin (r) fətvası kimidir. İmam Xomeyni (r) müsəlman qadınlara baxmaqla əlaqədar buyurur: “Kişinin naməhrəm qadının bədəninə baxması istər ləzzət məqsədi ilə olsun, istərsə də olmasın, haramdır. (Biləkdən aşağı) əllərə və üzə baxmaq da ...
  • Xallaqiyyətdə tövhidin mənası nədir?
    11294 Qədim kəlam 2012/02/15
    Xəllaqiyyətdə tövhid yəni vaqrlıq aləmində Allahdan başqa heç bir yaradan yoxdur. Mümkün varlıqlar, onların fel və təsirləri, hətta insan və onun ixtira və kəşflərinin hamısı həqiqətən və yalansız, Allahın yaratqıdlarıdır. Varlıq aləmində olanlardan hamısı, onun yaratdıqlarıdır, lakin bəzisi vasitəsiz və bəzisi isə vasitə ilə. ...
  • Qurani kərimdə Qədir xum barəsində olan ayələr əhli sünnət tərəfindən dəyişdirilmişdirmi?
    14821 Qədim kəlam 2010/11/10
    Bir çox böyük Quran təfsirçiləri, istər sünnü olsun istərsədə şiə məktəbindən, bu mətləbi belə qəbul edirlərki, "Əlyəvm yəisəl- ləzinə   əl islamə dinən" Maidə surəsinin üçüncü ayəsinin içərisində mötərizədə olan bir cümlədir, və bir çoxları da bu nəzərdədilər ki, bu mötərizə cümləsi əvvəldən və Peyğəmbərin (s) izni ilə ...
  • Quranın təhrif olmamasının səbəbləri nədir?
    10193 Qədim kəlam 2011/04/14
    Quranın təhrif və dəyişilkliyinin ümumi mənası, bütün azaltma, çoxaltma və ya Quranın kəlmə və tərkiblərinə şamil olur. Alimlər Quranın təhrif və dəyişilməməsinə çoxlu dəlillər bəyan ediblər. Biz burada yalnız onların əqli sübutlarının bəzisini bəyan edirik: 1.     Quran nazil ...
  • İslamda faizsiz borc verməyin və borc almağın qaydaları nədir?
    10803 Qərzulhəsənə və riba 2012/03/14
    Dini təlimlərimizdə mömin qardaşlara borc verməyin xüsusi qayda-qanunların və şərtləri vardır ki, onların bəzilərini qeyd edirik: 1. Borc vermək ixlsala yanaşı olsun; 2. Tam razılıq üzündən və ürəkdən verilmiş olsun; 3. Borc halal maldan verilsin; 4. Borc verilən zaman ...
  • Dinin bəlası nədir?
    8632 Din fəlsəfəsi 2011/11/24
    Din ilahi və qüds aləminə məxsus olan bir məsələdir, onda xəta, səhv, bəla və afətə yer yoxdur. Xəta və səhvə yol verilən şeylər bəşərə aid olan işlərdir. Dindarlıq və dinşünaslıq bəhslərində deyilmişdir ki, bəla və afət dinin həqiqətinə aid olmur, əksinə camaatın ...
  • Demokratiya ilə əlaqədar İslamın mövqeyi nədir?
    8990 Nizamlar (Qurluşlar) 2011/04/16
    Demokratiya cəmiyyətin idarə olunması yollarından biridir. Əksəriyyətin rəyinə, fərdi, mədəni və s. azadlıqlara ehtiram qoyulması onun bariz xüsusiyyətlərindəndir. Əksəriyyət həmişə haqq olmağı və əksinə, haqq olmaq əksəriyyəti tələb etməsə də[i] amma əksəriyyət (hökuməti) zühur ərsəsinə çatdıra,[ii] yaxud özünün məqbul ...
  • Şeyx Tusinin hpkumət çərçivəsi barəsindəki siyasi düşüncəsi nədir?
    6690 پیشینه تاریخی ولایت فقیه 2012/06/13
    Şeyx Tusinin hökumət barəsindəki siyasi düşüncəsinin müxtəlif cəhətləri var: İslam hökumətinin hədəfləri: Şeyx bu fikirdədir ki, İslami hökumətin hədəfləri aşağıdakılara aiddir: a)- Cəmiyyətdə nəzm və əmin- amanlıq. O olmadıqda hərc mərclik hakim olur. b)- İctimai ədaləti genişləndirmək. Əgər camaatın ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168830 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166638 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    122048 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115931 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115198 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96644 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    61023 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56666 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49413 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47404 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...