Ətraflı axtarış
Baxanların
9076
İnternetə qoyma tarixi: 2008/06/15
Sualın xülasəsi
Nə üçün şiələr Peyğəmbərlə müqayisədə imamlara daha artıq məhəbbət bəsləyirlər?
Sual
Nə üçün şiələr Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən daha çox imam Əlini, imam Həsənlə Hüseyni sevir və onlara daha çox əhəmiyyət verirlər? Şiələrin ziyarətnamələrinə nəzər salanda görürük ki, Peyğəmbərin ziyarəti imamlardan azdır. Həmçinin, merac gecəsinin müstəhəb əməllərinə baxanda görürük ki, imam Əli (əleyhis-salam)-ın ziyarəti daha çoxdur. Halbuki, bu hadisə Peyğəmbərə aid olan bir məsələdir?!
Qısa cavab

Şiələr imamlara Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-dən artıq əhəmiyyət vermirlər, əksinə onların Peyğəmbərə məhəbbəti o həzrətin həyatı ilə bağlı olan bütün şeylərə və sahələrə şamildir. Şiələrin imamlara xüsusi diqqət yetirməsi Peyğəmbərin dəvətini qəbul etməkdən və o həzrətin əmrinə itaət etməkdən başqa bir deyildir və bu məsələ çoxlu ayə və rəvayətlərdə də gəlmişdir. O cümlədən, Peyğəmbərin ən yaxın adamlarına itaət edib əzizləməyin vacibliyini göstərən ayəni, “Səqəleyn” hədisini və bundan başqa çoxlu hədisləri qeyd etmək olar. Peyğəmbərin nəslindən olan məsum imamları əzizləmək və onlara xüsusi diqqət yetirmək əslində Peyğəmbərin risalətinə diqqət yetirib, dinini qorumaqdır. Digər tərəfdən, dua və ziyarət kitablarına müraciət edən insaflı  bir kəs başa düşər ki, dua və ziyarətin  çoxu Peyğəmbərin özünə məxsusdur. Elə bir ziyarət və dua tapmaq olmaz ki, onun bir hissəsi Peyğəmbərə aid edilməmiş olsun. Əgər “Məfatihul-cinan” kitabına baxsanız, Peyğəmbərin Mədinə şəhərində ziyarətinin çoxlu ədəb qaydaları olduğunu görəcəksiniz. Eləcə də həzrət Peyğəmbərə məxsus olan dörd ziyarətdən əlavə, o həzrətin mübarək rövzəsinin, o həzrəti uzaqdan ziyarət etməyin və s. çoxlu ədəb qaydaları vardır. Həmçinin “Əl-məzarul-kəbir”, “Kamiluz-ziyarat” və sair kitablarda da belədir.

Ətreaflı cavab

Mütəmadi olaraq şiələrin əleyhinə aparılan əks təbliğatlardan biri də onların həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə qarşı məhəbbəti ilə əlaqədardır. Onlar iddia edib deyirlər ki, şiələrin imamlara məhəbbəti Peyğəmbərə məhəbbətlərindən çoxdur!

Bu şübhənin dəf və həqiqətin bəyan edilməsindən öncə bir neçə hissədən təşkil olunan bir müqəddiməni qeyd etmək zəruridir:

1. Məşhur olduğu kimi, “təşəyyö” (şiəlik) dedikdə “dinimizin Peyğəmbərin (səlləllahu əleyhi və alih) və imamların nəzərinə uyğun olaraq düzgün dərk edilməsi, Peyğəmbərdən sonra din yolunun mütləq imam Əlinin və ondan sonra da onun övladlarının vasitəsi ilə davam etdirilməsinə etiqad” nəzərdə tutulur.

Şiənin bu etiqadı həqiqətdə Quran və sünnət nəzərindən Peyğəmbərin əmr və fərmanlarına qeydsiz-şərtsiz itaət etməkdir.[1] Aydındır ki, şiə özünün bu etiqadı yolunda çoxlu ağır tələfatlar vermiş, bu yolda canfəşanlıq göstərmişdir. Onların hamısının başında da öz müxaliflərinin yaratdığı əsassız şəkk-şübhələr müqabilində haqqın isbatı üçün  ciddi səy göstərmələridir.

Buna əsasən, bəhsimizi “haqqın isbatı və batilin rədd edilməsi” istiqamətində davam edirik ki, islam  Peyğəmbəri tərəfindən vəsiyyət olunan və itaət edilməsi əmr edilən həqiqi rəhbərlər və imamlarla əlaqədar camaata (islam ümmətinə) agahlıq verək.

Aydındır ki, bu mövzu çox sadə və asan deyildir – xüsusilə, tarix və hədis kitablarını mülahizə etdiyimiz zaman. Çünki bu əsərlərdən çoxu üməyyə hakimlərinin və abbasi xəlifələrinin mənafeyini təmin etmək istiqamətində yazılmışdır. Həmçinin, islam tarixinin axarlarından məlum olur ki, fiqh firqələrinin və kəlam məzhəblərinin rəhbərləri də həmin məsələ istiqamətində hərəkət və əməl etmişlər.

Buna görə də imamların (əleyhimus-salam) tarixini tədqiq edib araşdırmaq zəruri və təbii nəzərə çarpır. Bəlkə də məhz buna görə imam Səccad (əleyhis-salam) Yezidin məclisində oxuduğu məşhur xütbəsində babası Əli (əleyhis-salam)-ı təqdim etmiş, Peyğəmbərdən daha çox onun parlaq xüsusiyyətlərini və mühüm, bariz fəzilətlərini bəyan etmişdir. O həzrət buyurmuşdu: “Mən Əlliyi Mürtəzanın oğluyam, o kəsin oğluyam ki, ərəblərin ən məşhur pəhləvanları və cəsur cəngavərləri təslim olduqları vaxta qədər onlarla döyüşdü. Mən möminlərin ən salehinin oğluyam, peyğəmbərlərin varisinin və səbirlilərin ən səbirlisinin oğliyam...”[2] Səbəbi də bu idi ki, camaat Əli (əleyhis-salam)-ın böyük şəxsiyyəti və yüksək mənəvi xüsusiyyətləri ilə agah deyildilər. Amma Peyğəmbər barəsində vəziyyət belə deyildi.

2. Şiələrin məsum imamlara, xüsusilə Əli (əleyhimus-salam)-a məhəbbət və bağlılığı əslində Peyğəmbərə məhəbbətdən başqa bir şey deyildir. Çünki imam Əli (əleyhis-salam) (“Mübahilə” ayəsində deyilən) “ənfusəna” – Peyğəmbərin canıdır: “(Ya Peyğəmbər!) Sənə gələn elm və bilikdən sonra hər kəs onun (həzrət İsanın) barəsində səninlə höcətləşib mübarizə aparsa (və haqq sözü qəbul etməkdən imtina etsə) de: gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də canımızı (yəni öz canımız kimi əziz olan insanları), siz də canınızı çağıraq, sonra (Allah dərgahında nahaq olan tərəfi) qarğışlayaq, Allahın lənətini yalançılara qərar verək.”[3]

Bir çox rəvayətlər də, o cümlədən “Mənzilət”, “Qardaşlıq”, “Qızardılmış quş”[4] və s. həzrət Peyğəmbərlə imam Əlinin möhkəm əlaqəsinə təkid və bəyan edir ki, imam Əli Peyğəmbər (səlləllahu əleyhi və alih) şəriətinin davam etdiricisidir.

3. Şiələr inanırlar ki, bütün məxluqatın ən şərəflisi yalnız həzrət Peyğəmbəri-əkrəm Məhəmməd ibni Əbdullahdır (səlləllahu əleyhi və alih) və o həzrətdən sonra onun kimi bir şəxs dünyaya gəlməyəcəkdir. Peyğəmbər elə bir meyar və mizandır ki, bütün insanlar onun vasitəsi ilə ölçülür. Şiənin nəzərində hər kəs (mənəvi yaxınlıq baxımından) o həzrətə daha yaxın olsa, bu yaxınlığa görə böyük bir məqama malik olar və hər kəs o həzrətin yolundan uzaqlaşa, heç bir dəyərə malik deyildir, hətta əgər Qureşydən də olsa. Bu müddəanın şahidi Peyğəmbərin əmisi Əbu Ləhəbin barəsində nazil olan “Məsəd” surəsidir. Məhz bu halda Əli (əleyhis-salam)-ın belə buyurduğunu görürük: “Siz mənim Peyğəmbərin yanında olan məqamımı, yaxın qohum olmağımı və o həzrətin nəzərində böyük şən və mənzilət sahibi olduğunu yaxşı bilirsiniz. Mən uşaq olduğum zaman Peyğəmbər məni öz qucağında (dizləri üstündə) oturdur, məni ağuşuna sıxır və özünə məxsus olan yataqda yatızdırırdı. Bədənini mənim bədənimə yapışdırır, öz gözəl ətrini mənə iylədir, bəzən yemək tikələrini çeynəyib ağzıma qoyurdu. O həzrət heç vaxt mənim sözlərimdə yalan və əməlimdə səhv görmədi. Peyğəmbər süddən ayrıldığı vaxtdan etibarən Allah Özünün ən böyük mələyini (Cəbraili) məmur etmişdi ki, o həzrəti tərbiyə etsin, gecə-gündüz onu alicənablıq, düzlük və gözəl əxlaq yollarına hidayət etsin. Mən həmişə Peyğəmbərlə birlikdə idim; öz anasının yanında olan bala dəvə kimi onun ardınca gedirdim. Peyğəmbər hər gün gözəl əxlaqdan yeni bir nişanəni mənim üçün aşkar və əmr edirdi ki, ona iqtida edəm.”[5]

4. Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) elə xislətlərə malik idi ki, başqalarında yox idi. O cümlədən: Peyğəmbərlərin sonuncusu olmaq, risalətinin xətmi-risalət olması (yəni o həzrətdən sonra yalnız yalançılar vəhy və risalət iddiası edə bilər). Deməli, risaləti peyğəmbərliyi xətm edən və bütün asimani (peyğəmbərlik) vəzifəsi onunla sona çatan bir Peyğəmbər (bütün asimani risalətlər onda cəm olmuşdur) bütün kamallara malikdir, o, bütün bəşəriyyətə örnəkdir, təvəllüdündən vəfatına qədər hər növ zahiri çirkinliklərdən və batini aludəliklərdən pak-pakizədir. O, Allah yanında şəfaət (etmək) məqamına nail olmuşdur və həyatının bütün sahələrində məsum (günahdan və xətadan pak) idi.

Əli (əleyhis-salam) bu barədə buyurur: “Peyğəmbər süddən ayrıldığı vaxtdan etibarən Allah Özünün ən böyük mələyini (Cəbraili) məmur etmişdi ki, o həzrəti tərbiyə etsin, gecə-gündüz onu alicənablıq, düzlük və gözəl əxlaq yollarına hidayət etsin. Mən həmişə Peyğəmbərlə birlikdə idim, öz anasının yanında olan bala dəvə kimi həmişə onun ardınca gedirdim. Peyğəmbər hər gün gözəl əxlaqdan yeni bir nişanəni mənim üçün aşkar və əmr edirdi ki, ona iqtida edəm.”[6]

Bu qısa müqəddiməni bəyan etdikdən sonra əsil məsələni irəli çəkirik. Şiələr öz mədəniyyətlərində Peyğəmbərin özünə və onun təlimlərinə xüsusi əhəmiyyət verirlər – istər şəriət, istər təfsir, istər əxlaq, istər siyasət və s. sahələrdə. Çünki mütəal Allah buyurur: “Şübhəsiz, sizin üçün Allahın Rəsulunun həyatında gözəl örnək və nümunələr vardır...”[7]

Habelə buyurur: “Peyğəmbərin sizin üçün gətirdiyi şeyləri əxz (və icra) edin, onun çəkindirdiyi şeylərdən çəkinin...”[8]

Şiələrin dini mənbələrinə müraciət edən hər bir insaflı şəxs görəcəkdir ki, şiənin ikinci dərəcəli mənbəyi Peyğəmbər sünnətidir.[9] Bu da aşağıdakı mühüm məsələləri bəyan edir:

1. Bu məsələ şiələrin nəzərində Peyğəmbər üçün böyük və  müqəddəs bir məqam olduğunu  və o həzrətə dərin ehtiramını aşkar edir. Bu da o həzrətin bütün işlərdə bizimlə Allah arasında vasitə olduğuna görədir.[10]

2. Şiələr bütün var-qüvvələri ilə Peyğəmbər sünnətini qoruyub saxlamağa çalışırlar – istər sünnətin yazılması, istərsə də şərh olunması sahələrində. İslamın əvvəllərindən indiyə qədər şiə alimləri bu sahədə  (hədis məcmuələrinin bir yerə toplanmasında) çoxlu yorulmaz səylər göstərmişlər. “Kutubi ərbəə”, “Biharul-ənvar”, “Vəsailuş-şiə”, “Müstədrəkul-vəsail” və s. hədis və rəvayət toplumlarına müraciət etmək bu müddəanın isbatında kifayətdir.

3. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in həyatının elə bir dövrünü tapmaq olmaz ki, şiələr həmin sahələrdə tədqiqat aparıb təhlil etməmiş olsunlar. Bu müddəanın da şahidi sözügedən məsələ barəsində mövcud olan dəyərli əsərlər və nəfis kitablardır.[11] Əgər bu zəmində islam mədəniyyətinə və müsəlman cəmiyyətinə xidmət edən şiə alimlərinin fəaliyyətlərini sadalamaq istəsək, daha böyük bir kitab alınar və bu kiçik məqaləyə sığmaz. Dahi şiə alimləri Peyğəmbər sünnətinin yazılıb qorunması və nəşr edilməsi yolunda yorulmaz səylər göstərsələr də, bu qədər fəaliyyətləri o həzrətin böyük və əzəmətli şəxsiyyəti müqabilində heç bir şey hesab etmirlər. Çünki o həzrət elə yüksək bir şəxsiyyətə malikdir ki, əgər bütün aləm bir yerə toplaşaraq öz ixtiyarlarında olan bütün imkanlardan istifadə etsələr, yenə də onun haqqını olduğu kimi əda edə bilməzlər.

4. Sualda gələn “dua və ziyarət”lə əlaqədar demək lazımdır: Şiələr dua və ziyarətlərdə imamlara Peyğəmbərdən artıq məhəbbət göstərmirlər. Bu məsələ aşağıdakı incəliklərə diqqət yetirməklə aydın olur:

* Elə bir dua və ziyarət tapmaq olmaz ki, onun müəyyən bir hissəsi Peyğəmbərə aid edilməmiş olsun (nadir hallar istisnadır);

* “Məfatihul-cinan” kitabının birinci duasında görürük ki, Allaha həmd-səna etdikdən sonra tövsiyə edilir ki, dua edən şəxs yeddi dəfə belə desin: “Ey Məhəmmədin və Ali-Məhəmmədin Rəbbi! Məhəmmədə və Ali-Məhəmmədə salavat göndər və Ali-Məhəmmədin fərəcini tezləşdir!” Buna görə də biz bu məsələdə həmin tövsiyəyə əməl edirik.

* Sübh namazının təqibatında deyilir ki, yüz dəfə de: “Pərvərdigara! Həzrət Məhəmmədə və Ali-Məhəmmədə salavat göndər!” Həmin duanın davamında deyilir: “Pərvərdigara, Səndən istəyir və Səni and verirəm həzrət Məhəmməd və Ali-Məhəmmədin haqqına...”

* Bazar gününün duasında oxuyuruq: “Öz məxluqatının ən yaxşısı və Sənə doğru dəvət edən şəxsə – həzrət Məhəmmədə salavat göndər!”

* Həmçinin tək gününün duasında deyirik: “Pərvərdigara! Peyğəmbərlərin sonuncusu həzrət Məhəmmədə salavat göndər...”

* Çərşənbə gününün duasında deyilir: “Peyğəmbərlərin sonuncusu həzrət Məhəmmədə və onun pak Əhli-beytinə salavat göndər, həzrət Məhəmmədin şəfaətini bizə nəsib et, bizi o həzrətlə müsahib olmaqdan məhrum etmə...”

* Cümə gününün duasında deyilir: “Allahın salavatı Məhəmməd və onun Əhli-beytinə olsun! Pərvərdigara, məni o həzrətin ardıcıllarından və şiələrindən qərar ver və onun cərgəsində məhşur et!”

* Cümə gününün əməllərində deyilir: “Bağışlayan və mehriban Allahın adı ilə. Allahın salavatı rəsulların ağası, peyğəmbərlərin xatəmi və Pərvərdigarın aləmdəkilərə höccəti həzrət Məhəmmədə olsun... (O həzrət) hər növ aludəlikdən pak-pakizə, hər eyibdən uzaq, qurtuluş üçün arzu olunan, şəfaət üçün ümid ediləndir və Allahın dini ona həvalə edilmişdir. Pərvərdigara! Onun əslinə şərafət ver, onun bürhanını böyüt və dərəcəsini yüksəlt!”

* O həzrətin ziyarətində deyilir: “Şəhadət verirəm ki, Allahdan başqa heç bir məbud yoxdur və şəhadət verirəm ki, sən Allahın göndərdiyisən!”[12]

Qeyd etdiyimiz bu nümunələrdən əlavə “Məfatihul-cinan” kitabına müraciət etdiyimiz zaman aşağıdakı ünvanları müşahidə edirik:

1. Peyğəmbər (səlləllahu əleyhi və alih)-in Mədineyi-Münəvvərədəki ziyarəti;

2. Münəvvər rövzənin əməlləri;

3. Peyğəmbər (səlləllahu əleyhi və alih)-in uzaqdan ziyarət edilməsi;

4. Cümə günü Peyğəmbər (səlləllahu əleyhi və alih)-in və imamların uzaqdan  ziyarəti;

5. Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə salavat və salam göndərməyin fəziləti;

6. Peyğəmbər (səlləllahu əleyhi və alih)-lə vidalaşmaq;

7. Mədinə ziyarətçisinin riayət etməli olduğu ədəb qaydaları.[13]

“Kamiluz-ziyarat” kitabının müəllifi öz kitabını Peyğəmbəri ziyarət etməyin savab və fəzilətlərini sadalamaqla başlayır. Həmçinin “Məzar” kitabının müəllifi öz kitabında Peyğəmbər üçün 4 ziyarət qeyd etmişdir.[14]

Bunlar şiələrin Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə qarşı məhəbbət göstərmələri və o həzrəti imamlardan üstün bilmələri ilə əlaqədar nümunələr idi. Tədqiqatçı insan şiə mənbələrinə müraciət etməklə başa düşür ki, onların Peyğəmbərə olan məhəbbəti imamlara olan məhəbbətindən qat-qat artıqdır. Xüsusilə, əgər dərindən və diqqətlə baxsa başa düşəcəkdir ki, həm məsumların, həm də qeyri-məsumlardan olan böyük şəxsiyyətlərin və səhabələrin (misal üçün, Həmzə Seyyiduş-şühəda, Cəfər Təyyar, Salman Farsi və s.) ziyarətinin sayı Peyğəmbərlə müqayisədə çox cüzidir.

Diqqət yetirilməli sonuncu məsələ “İsra” (merac) gecəsinin müstəhəb əməllərində Əli (əleyhis-salam)-ın ziyarətinin varlığıdır. Halbuki “merac” məsələsinin yalnız Peyğəmbərə aid olduğunu bilirik?!

Yuxarıda qeyd olunanlara əsasən bu sualın cavabı aydın olur. Şiələrin adəti budur ki, islam tarixində mövcud olan hər bir əlamətdar hadisələrdə məsumları, xüsusilə imam Əli (əleyhis-salam)-ı ziyarət etmək üçün ən yaxşı şəkildə istifadə etsinlər. Buna görə də məsum imamlar bu əlamətdar hadisələrdə bəzi ziyarətləri imam Əli (əleyhis-salam) üçün qərar vermişlər.

Əlbəttə, bu məsələ qeyd olunan əlamətdar hadisələrə məxsus deyildir, “məbəs” günündə və s. də Əli (əleyhis-salam)-a aid olan ziyarət vardır.[15]

 


[1] Burada ayə və rəvayətləri qeyd etmək məqamında deyilik. Bu barədə mərhum Əllamə Əmininin “Əl-qədir” kitabına baxa bilərsiniz.

[2] “Biharul-ənvar”, 45-ci cild, səh. 138; Əmin, Seyid Möhsün, “Ləvaicul-əşcan”, səh. 243

[3] “Ali-İmran” surəsi, ayə: 61. Təfsir kitablarına müraciət etməklə məlum olur ki, bütün təfsir alimləri yekdil fikirlə ikinci “ənfusəna” (özümüz, canımız) kəlməsində Əli (əleyhis-salam)-ın nəzərdə tutulduğunu demişlər.

[4] Əlavə məlumat üçün bax: “Əl-qədir”, Əllamə Əmini

[5] “Nəhcul-bəlağə”, xütbə 192 (“Qasiə” xütbəsi)

[6] Yenə orada; “Əl-ilahiyyat”, Sübhani, Cəfər, 2-ci cild, habelə nübüvvət və ismət mövzularında yazılan digər kitablara baxa bilərsiniz. Şiələr inanırlar ki, Peyğəmbər həm vəhyin təbliğində, həm də başqa hallarda məsumdur. Amma əhli-sünnət alimləri inanır ki, Peyğəmbər yalnız şəriətin təbliğində məsumdur.

[7] “Əhzab” surəsi, ayə: 21

[8] “Həşr” surəsi, ayə: 7

[9] Şiələrin nəzərində sünnət təkcə Peyğəmbərin sözü, əməli və təqrirində (başqasının əməlini görüb təsdiqləməsində) həsr olunmur, əksinə Əhli-beytin də söz, əməl və təqririnə şamildir. Amma əhli-sünnət Peyğəmbər sünnətini yalnız o həzrətin əməl və davranışına həsr edirlər. Bu da şiələrin əhli-sünnətlə olan əsaslı fərqlərindən biridir. Şiənin nəzərində sünnətin hüdudlarının genişlənməyinə səbəb olan şey məsum imamların ismətidir (günahdan, xətadan və səhvdən uzaq olmalarıdır). Dini mənbə ünvanı ilə Peyğəmbərin sünnətindən bəhrələnməyə əsas verən ismətin özü də Əhli-beytə sarılmağa əsasdır. Başqa sözlə desək, sünnət hövzəsində bizim bəhsimiz məsumların sünnətidir. Hər kəs bu məfhumun (məsumun) nümunəsi olsa onun sözü, əməli və təqriri bizim üçün mötəbər bir mənbə ünvanı ilə qəbul olunur. Hadəvi Tehrani, Məhdi, üsulun xaric dərsi, beşinci dəftər

[10] “Üsuli fiqhi müqarin”, Həkim, Seyid Məhəmməd Təqi, “Sünnətin höccət olması” fəsli

[11] “Əz-zəriə”, Tehrani, Şeyx Ağa Bozorg

[12] “Məfatihul-cinan”, səh. 314, 315, 326, 335, 336.

[13] Yenə orada

[14] Məşhədi, “Məzar”, səh. 55-76

[15] “Məfatihul-cinan”, səh. 380

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Peyğəmbərin besəti və meracı bir gündə (rəcəbin 27-də) baş vermişdirmi?
    8924 تاريخ بزرگان 2012/04/10
    Cavabı bəyan etmək üçün Peyğəmbərin besəti və meracı ilə əlaqədar məsələni təfsir kitablarından araşdırırıq. 1. Besətin tarixi ilə əlaqədar müsəlman alimləri arasında iki nəzəriyyə vardır: Birincisi şiələrin nəzəriyyəsidir. Onlar rəcəb ayının 27-ci gününü Peyğəmbər (səlləllahu əleyhi və alih)-in besət günü hesab edirlər. İkinci nəzər isə ...
  • Türbət suyunu əldə etmək üçün, su, yağış suyu olmalıdırmı? Ona dua da oxunmalıdır yoxsa lazım deyil? Xahiş edirəm tam izah verin.
    8842 Nizamlar hüquq və əhkam 2011/10/02
    Türbət suyunu hazırlamaq üçün, pak və gigiyena suyu kifayətdir.[1] Hərçənd, fərat suyu[2] zəmzəm suyu[3], yaxud neysan ayında[4] olan yağış suyu kimi bəzi suların daha çoxImtiyazları var. yağış suyu da çox vaxt saf və təmiz olduğuna görə, bəlkə adi sulardan daha yaxşı ...
  • Günahdan paklanmanın hansı yolları vardır?
    8738 Əməli əxlaq 2011/06/14
    İnsanın günahlarının bağışlanması yolları çox olmasına baxmayaraq biz onların bəzilərini aşağıda qeyd edirik: 1). Tövbə və Allaha tərəf qayıdış (bəzi şərtlərlə) 2). Günahların bağışlanmasına səbəb olan ən gözəl savabları əldə etmək, yəni yaxşı əməllərə qədəm qoymaq. 3). Kiçik günahların ...
  • İbn Ərəbinin İmam Zaman (ə.c) barəsində baxışı nədən ibarətdir?
    11923 تاريخ بزرگان 2011/09/04
    Mühyəddin İbn Ərəbinin əsərlərini mütaliə etdikdə onun İmam Zaman (ə.c) barəsindəki inancı üzə çıxır. O, "Fütuhati-məkkiyyə" kitabının Həzrət Məhdinin axırzamandakı silahdaş və yavərlərnə həsr etdiyi 366-cı babında belə qeyd edir: “Allahın diri, sağ bir xəlifəsi vardır, o, üzə çıxar. Onun zühuru dünya zülm və sitəmlə ...
  • Pişnamazı tanımadığımız halda camaat namazının hökmü nədir?
    9218 Nizamlar hüquq və əhkam 2012/06/23
    Pişnamazın şərtlərindən biri ədalətli olmaqdır.[1] Pişnamazın bu ədaləti aşkar olunub isbat edilməlidir.[2] Ədalət batində Allahdan bir növ qorxu hissidir ki, insanın böyük günah iş görməsinin və ya kiçik günahları təkrar etməsinin qarşısını alır. Əgər bir şəxslə oturub-dursaq və ondan ...
  • Niyə dəstəmaz ayəsində “mərafiq (dirsəklər)” kəliməsi cəm halında, ancaq “kəbeyn (Ayağın üzərində yerləşən hər iki bənd,çıxıntı)” kəliməsi ikili cəm halında gəlibdir?
    5734 Təfsir 2019/05/05
    Dəstəmazın necə alənmasının keyfiyyətini bəyan edən dəstəmaz ayəsi olan Maidə sürəsinin 6-cı ayəsində Allah taala buyurur: Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərə qədər qollarınızı yuyun! Başınızı və hər iki bəndə (oynağa) qədər ayaqlarınızı məsh edin!...[1] Ayədə gələn kəlimələrin mənası “Mərafiq” dirsəklər ...
  • İrfan elmində xət və nöqtə və s.... hansı mənadadır və “ənə nöqtətu təhtül-ba” (Mən ba hərfinin altındakı nöqtəyəm”- rəvayətinin mənası nədi?
    10843 Nəzəri irfan 2014/05/22
    İrafan elmində qeyb aləmindən bəzi həqiqətləri çatdırmaqdan ötrü ədədlər, hərflər və şəkillərin özünəməxsus ilahi rəmzləri vardır. Nöqtədən məqsəd, allah-Taalanın həqiqi vəhdətidir və bu həqiqi vəhdətin şəkli insan qəlbinin dərinlkilərindən qərar tutmuşdur. Ona görə də kamil insan, varlıq aləminin mərkəzi kimi tanıtdırılmışdır. Allah-taalanın yer üzündə həqiqi vəhdətindəki xəlifəsidir. Əmirəl-mömininin (əleyhissalam) ...
  • Xahiş edirik Şeyx Tusinin siyasi nəzəriyyəsini açıqlayasınız.
    6395 Nizamlar (Qurluşlar) 2011/10/04
    Hər bir dövr və əsrdə özünə məxsus suallar yaranırdı ki, elm sahiblərini vadar edir ki, onlara cavab versinlər və bunlardan biri də şeyx Tusidir ki, bu işin öhdəsindən gəlmişdir. Şeyx Tusinin ümumi olaraq siyasi nəzəriyyəsinin əslini, aşağıdakı mərhələlərdə xülasə etmək olar:
  • Lütfən qadının hicabının necəliyi barəsində hədis yazın.
    8634 Nizamlar hüquq və əhkam 2011/04/13
    Nur surəsinin 31- ci ayəsi başqa olmaqla çox sayda hədis və ayələr qadının hicabı barəsində söhbət açmışdır.həmçinin Nur surəsinin 31- ci ayəsində buyurulur: "Mömin qadınlara de ki, gözlərini haram buyrulmuş şeylərdən çəkindirsinlər, namuslarını qorusunlar; öz- özlüyündə görünən (əl- az) istisna olmaqla, zinətlərini göstərməsinlər baş örtüklərini yaxalarına çəksinlər; zinətlərini ərlərindən başqasına ...
  • Təşəhhüd və salam halında hansı əməllər müstəbdir?
    9362 Təşəhhüd və salam 2015/04/19
    Namazın salam və təşəhhüdündə müstəhəb sayılan əməllər aşağıdakılardır: Təvərrük halında oturmaq, Yəni namaz qılan adam sol budu üstə otursun, və sağ ayağının üstünü sol ayağının üzərinə qoysun. Təşəhhüddən sonra desin: “Əlhəmdulillah” ya da desin “Bismillah və billah vəlhəmdu lillahı və xəyrul əsmai ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164891 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    164578 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119934 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    114047 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    111311 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94296 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54955 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    54848 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46401 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45974 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...