Ətraflı axtarış
Baxanların
4884
İnternetə qoyma tarixi: 2011/05/17
Sualın xülasəsi
Bəzi Quran ayələrində həzrət Adəm (əleyhis-salam)-ın qara rəngli və dəyişkən torpaqdan yaradıldığı qeyd olunur. Onda demək olarmı ki, o həzrət qara dərili idi?
Sual
14040. Bəzi Quran ayələrində həzrət Adəm (əleyhis-salam)-in qara torpaqdan (palçıqdan) yaradıldığı qeyd olunur. Belə nəzərə çarpır ki, o həzrət afrikalı, yaxud qara dərili olmuşdur. Xahiş edirik ki, bu barədə dəqiq məlumat verəsiniz.
Qısa cavab

İnsanın xilqəti ilə əlaqədar Quranda çoxlu müxtəlif təbirlər bəyan olunmuşdur. Bu göstərir ki, insanın yaradılışı bir çox mərhələləri keçmişdir. O cümlədən:

1. Torpaqdan yaranış:[1]

“Ey insanlar! Əgər qiyamət günü barəsində şəkk-şübhədəsinizsə, (bilin ki,) Biz sizi torpaqdan ... xəlq etmişik.”[2]

2. Su ilə qarışaraq palçıq şəkilinə düşmüş torpaqdan:

“O Allah sizi palçıqdan xəlq etdi.”[3]

3. Pis iyli və çamır şəkilində olan palçıqdan:

“Pərvərdigarın mələklərə dedi: Mən quru palçıqdan və pis, üfunətli qoxu verən ləcəndən bəşər yaratmaq istəyirəm.”[4]

4. Onda yapışqanlıq halətinin yaradılması:

“Biz onları (insanları) yapışqanlı palçıqdan xəlq etdik”.[5]

5. Qurumuş vəziyyətə düşməsi:

“Adəmi küzə şəkilinə düşmüş quru palçıqdan yaratdıq.”[6]

Bu bəyandan aydın olur ki, insanın qara palçıqdan xəlq olunması dedikdə məqsəd insan xilqətin mərhələlərini bəyan etməkdir. Yəni əvvəldə bir qədər torpağın bir yerə yığılır. (Əlbəttə, heç bir Quranın ayəsində qeyd olunmayıb ki, ilk insanın rəngi qara olmuşdur; əksinə Quran ayələrində torpaqdan mütləq (qeydsiz-şərtsiz) şəkildə xilqət qeyd olunur. Buradan onun hansı növ  torpaqdan olması məlum olmur.) Sonra ona bir qədər su əlavə edilərək palçığa çevrilir. Təbiidir ki, palçıq uzun müddət bir yerdə qalanda, hətta ağ torpaqdan hazırlanmış olsa belə, rəngi və iyi dəyişilir: rəngi qaralır, iyi xoşa gəlməz olur. Sonra yavaş-yavaş quruyur, əvvəlcə yapışqanlı halətə düşür, sonra tamamilə quruyaraq kuzə halına düşür.

Deməli, bu ayə həzrət Adəmin qara dərili olmasına heç bir vəchlə dəlalət etmir. Əgər fərz üzrə, Adəmin xilqəti qara torpaqdan olsa da, onun dərisinin qara olmasını necə nəticə çıxarmaq olar?! Çünki bir ovuc qara torpağın qara insana çevrilməsi üçün milyardlarla dəyişkənlik baş verməlidir və bu dəyişikliklər əsnasında onun qara rənginin sabit qalaraq dəyişməməsi məlum deyildir!

Nəticə:

Quran ayələrindən həzrət Adəmin dərisinin qara olduğunu əldə etmək olmaz. O həzrətin dərisinin rənginin necə olmasını bilmək üçün gərək bu sahədə ixtisasçı tədqiqatlar aparılsın  və Adəmə məxsus olan bir rəngdən bir-biri ilə fərqli olan qara, ağ, qırmızı və s. rənglərin necə vücuda gəldiyi ayırd edilsin.


[1] "Təfsiri-nümunə", 23-cü cild, səh, 118

[2] “Həcc” surəsi, ayə: 5

[3] “Ənam” surəsi, ayə:   2

[4] “Hicr” surəsi, ayə:   25

[5] “Saffat” surəsi, ayə:   11

[6] “Ər-Rəhman” surəsi, ayə:   14

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    136287 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    106400 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    87412 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    86278 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    69823 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    44064 Nizamlar hüquq və əhkam
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    43086 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    31251 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    31243 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    29887 Nizamlar hüquq və əhkam
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...