Ətraflı axtarış
Baxanların
14649
İnternetə qoyma tarixi: 2011/05/05
Sualın xülasəsi
Şirk nədir?
Sual
Şirk nədir?
Qısa cavab

"Şirk" lüğətdə nisbət (pay) qərar vermək və Quran terminində isə şirkdən məqsəd, şərik, oxşar və Allah- Taalaya onun kimi başqa bir varlığı qərar verməkdir və bunun qarşılığında isə "Hənəfiyyət"- dir. "Hənif" yəni bərabərliyə meyilli olmaq, odur ki, tövhid yolunun davamçıları şirkdən üz çevirərək, əsl mənbəyə üz tutmuşdurlar və bunlara hənif deyilir.

Şirk iki qismdir: Şirk etiqadi məsələlərdə və şirk əməldə (ibadət və itaət). Əqidə məsələlərində şirk, bir neçə hissəyə bölünür:

1-           Allahın, Allahlğına şərik qoşmaq: Allahdan başqa bir varlığa inanmaq ki, Allahda olan bütün sifətlər müstəqil olaraq ona nisbət verilsin.

2-           Xaliqliyinə şərik qail olmaq: Aləm üçün iki ayrı xaliqə əqidəli olmaq.

3-           Rəbbin varlığına şərik qail olmaq:

Bu cür bir əqidəyə sahib olmaq ki, müstəqil və çoxlu Allahlar varlıq aləmin tədbirlərin həyata keçirilməsində hər birinin ayrı- ayrılıqda rolu vardır.

Əməldə şirkə qail olmaqda iki hissəyə bölünür: Aşkarda şərik qail olmaq və gizlində şərik qail olmağa bölünür və özünəməxsus hökümləri vardır ki, fiqh və kəlam (əqidə) elmlərində bəhs olunur. Allah- Taala yanında, şirkin bütün hissələri, haqq yolu azmaq və Allah Taalaya qarşı böyük zülm hesab olunur və Allah dərgahında bağışlanmazdır.

Bu gün bəzi məzhəblər bu məsələni (şərik qoşmağı) başqalarının insanların yolunu azmasına səbəb olan hiylələri kimi adlandırırlar və hər zaman və hər an özlərini dəlil və istidlal gətirməkdə zəif görürlər başqalarına şirklə töhmət vururlar. Əlbəttə ki, bu İslamdan kənar və əxlaqdan uzaq olan bir işdir. Əlbəttə İslam dininin alimləri bütün onların suallarının və şübhələrinin cavablarını vermişdirlər.

Ətreaflı cavab

"Şirk" lüğətdə oxşar qərar vermək və iki şirkin bir- birinə qarışması deməkdir.[1] Amma Quran terminində, Hənəfiyyət qarşısında istifadə olunmuş və şirkdən məqsəd, şərik oxşar və Allah Taalaya onun kimisini qərar verməkdir. Hənif isə doğru və düzgün yoldan nahaq yola meyilli olmaq deməkdir. O cür ki həqiqi tövhid yolu tutanlar, şirkdən üz çevirərək bu doğru yola üz tutmuşdurlar, onlara hənif deyilir. Buna görə də hənifin mənasından biri də doğru və düz deməkdir.[2] Allah Taala Qurani- kərimdə öz Peyğəmbərinə buyurur: "De! Rəbbim məni doğru yola hidayət etmiş, payidar din, (dünya və axirət səadəti onda qərar vermişdir) İbrahimin (ə) dini ki, xurafatla dolu dinlərdən üz çevirib və müşriklərdən deyildir."[3]

Yenə də buyurur: Mənə əmr olunmuşdur ki, üzünü o dinə doğru yönəlt ki, hər növ şirkdən və müşriklərdən uzaqdır."[4]

Bunun üçün də Quran nəzərində, şirk, hənif din qarşılığındadır. Şirki tanımaq üçün, hənifi tanımaq lazımdır, əlbəttə bu cəhətdən ki," تعرف الاشیاء باضدادها"

Yəni, əşyanı onun ziddinə olan əşyanın vasitəsiylə tanımaq olar. Bir cümlədə demək olar ki, şirk, tövhidin ziddidir, o cür ki, tövhid bir neçə hissəyə bölünür, şirk də bir neçə hissədən ibarətdir.

Ümumi bir qismlərə böldükdə, şirk iki hissəyə bölünür" əqidə də olan şirk" və "əməldə olan şirk". Əqidədə olan şirk üç hissəyə bölünür:

1.            Allaha şərik qoşmaq: Allahdan başqa bir varlığa əqidəli olmaq ki, müstəqil olaraq bütün camal və kamal sifətlərə sahibdir. Bu cür etiqad kafirliyə doğru yol açır.[5] Buna görə də Allah- Taala Qurani- kərimdə buyurur: "Onlar ki, dedilər Allah, həmin Məsih ibni Məryəmdir, həqiqətən kafir oldular."[6]

2.            Xaliqlikdə şərik qail olmaq: İnsan aləmin yaranmasında iki müstəqil məbdəyə qail ola, o cür ki, aləmdə yaratmaq və bütün imkanlar onların ixtiyarında olsun. O cür ki, Məcus (Zərdöştlər) iki mənbəyə, mənbəyi xeyr (Yəzdan) və şər (Əhrimən)- ə qail idilər.

3.            Rububiyyətdə şərik qail olmaq: O deməkdir ki, insanın etiqadı aləmdə bu olsun rəblər (Allahlar) çoxlu saydadır və Allah o rəblərin rəbbidir.

Bu mənada ki, aləmdə olan işlər hər biri ayrı- ayrılıqda təyin olunmuş və hər birinin öz ixtiyarındadır. Elə ki, müşriklər həzrət İbrahim (ə)- ın dövründə bu cür şirkə düçar olmuşdular. Bir dəstə ulduzları aləmin tədbirçisi bilir və başqa bir dəstə isə ayı, başqa bir dəstə isə günəşi bilirdi.

Əməl məqamında şərik qail olmaq:

Əməl məqamında olan şirk ki, ibadət və itaətə olan şirkə deyirlər, ona görə ki, insanın Allahın, xaliqin və Rəbbin qarşısında olan etiqadı bəzi şəxslər üçün olsun ki, onların qarşısında itaət edib onlara hörmət qoyur. Bunlar şirkin nişanələridir ki Qurani- kərimdən istifadə olunmuşdur. Amma bir dəstə, özlərindən olaraq şirkin nişanə və əlamətlərini təyin etmiş və bu əlamətlərlə başqa müsəlmanları şirkdə müttəhəm edirlər.

Bizim nəzərimizdə, onların şirk üçün müəyyən etdikləri nişanələrin heç bir etibarı yoxdur; çünki onların dedikləri Quran ayəsi, İslam Peyğəmbərinin və o həzrətin canişinlərinin (on iki İmam) dedikləriylə üst- üstə düşmür.

Burada, onların özləri təyin etdikləri nümunələrdən bir neçəsinə işarə edirik:

1.             Allahdan başqasının qeyb elmindən xəbəri olması; onlar deyirlər: Əgər bir kəs Peyğəmbərdən və yaxud ondan başqa İlahi övliyalarından istəklərini diləsə (və onlardan kömək istəsə) və bu məsələyə ki, onun duası eşidilir və onun halından xəbərdar olurlar və yaxud hacətini verəcəklər deyə etiqadı olsa, bunlar ən böyük şirklərdən hesab olunur.[7]

2.             Ölülərdən hacət diləmək; deyirlər: Şirkin bir növü də, ölülərdən hacət diləyib onlardan kömək istəyib və onlara üz tutmaqdır; bu da aləmdə şirkin əsl mənbəyidir.[8]

3.             Dua və məsum İmamlarla (ə) rabitə yaratmaq (təvəssül etmək) bir növ ibadətdir; deyirlər: İbadət Allaha məxsusdur, dua da bir növ ibadətdir, bəs Allahdan başqasından bir şey istəmək şirkdir.[9]

4.             Qəbirləri ziyarət etmək şirkdir.

5.             Peyğəmbər və saleh bəndələrdən təbərrük götürmək şirkdir.

6.             Peyğəmbərin təvəllüdünü qeyd etmək şirkdir.

7.             Qəbrlərin üstündə məqbərə və günbəz tikmək şirkdir.

Bu əqidə və özləri təyin etmiş nümunə və nişanələri iki dəstəyə bölmək olar:

1-            Bu nümunə və əlamətlərin bir dəstə insanlar, o cəhətdən ki, əqidədə şirk olmasını bilirlər, müşrikcəsinə olunan əməllər deyirlər.

Bu dəstənin o cür əqidəsini rədd etmək üçün, demək olar ki, qeybdən məlumat əldə etmək, şəfa verməyə inanmaq və hacətin verilməsinə etiqad bəsləmək və... bu işləri tamamıyla Allaha nisbət vermək və başqalarının ixtiyarında hər nə vardırsa Allah tərəfindən onlara verilmişdir desək, şirk sayılmır; çünki, heç bir halda müstəqillik Allahdan başqası üçün nəzərdə tutulmur. Biz Allaha qarşı, onun xaliq və rububiyyətinə qarşı şirkə qail olmağın tərifində dedik ki, etiqadda şirkə yol verməsi, o zaman yarana bilər ki, bir şəxs bu əqidəyə sahib olsun ki, Allahdan başqası tamamıyla müstəqil olaraq cəlal və kamal sifətlərinə sahibdir və ya tamamiylə müstəqil olaraq yarada bilər və müstəqil olaraq aləmin tədbirini həyata keçirə bilər. Amma onun qüdrəti Allaha bağlı bir qüvvədirsə daha şirk sayılmaz. Biz və başqa müsəlmanlar Peyğəmbər və onun canişinlərindən hacət istəyirik və ya əqidəmiz budur ki, onlar böyük bir qüvvəyə sahibdirlər və... bu məqamı Allah tərəfindən onlara əta olunmuş bir məqam bilirik.

Belə olduqda, aya yenə də şirkdirmi?

2-            İkinci dəstə ki, bəzi işlərin şirk olmasını iddia edirlər, bu cəhətdəndir ki, bəzi işləri ibadət olaraq qəbul edirlər. Misal üçün Peyğəmbərin (s) ad günündə bayram keçirmək, qəbrlərin üzərində məqbərə və günbəzlərin tikiləsi zərihlərin (məsum mamların və Peyğəmbərin) qəbrinin üzərində qoyulmuş dəmir örtüklər) öpülməsi və ...

İslam məzhəbində ibadətin, özünəməxsus xüsusiyyətləri vardır və o xüsusiyyətlər də Allaha məxsusdur. İbadət, ibadətdir. Allah, xaliq və rububiyyət qarşısında ibadət etmək əqidəsindən. Amma əgər bu ibadətlər bu əqidə daxilində olmazsa, heç bir halda ibadət hesab olunmur. Bunun üçün də Allah- Taala Qurani- kərimin Yusif surəsində Yusifin qardaşlarının o həzrətin qarşısındakı səcdədən söz açaraq onun şirk olmadığını bildirir; çünki onlar heç vaxt Yusif haqqında, Allahlıq, xaliqlik və rəbb olmasında əqidələri olmamışdır. Xoşbəxtlikdən İslam dininin ayıq alimləri və elm sahibləri bütün bu nümunələr ki, bəzi şəxslər tərəfindən təyin olunmuşdur, cavab verilmişdir.

Əlavə məlumat üçün aşağıdakı kitaba müraciət etmək olar:

Buhus Quraniyyə fi əl- tövhid və əl- şirk, Sübhani, Cəfər.



[1] - Məcməul- bəhreyn, cild 5, səh 274; Əl- eyn, cild 5, səh 293.

[2] - Hənif, Hənəf maddəsindən (hədəf vəznində) nahaq yoldan düzgün yola meyilli olmaq deməkdir. O halda ki, cənəf onun əksinədir; yəni düz yoldan səhv yola düşmək. O cür ki, tövhid davamçıları şirkdən tövhidə üz çevirmişlər və bu əslə meyilli olmuşdurlar, onlara hənif deyirlər. Buna əsasən də hənifin mənalarından biri də düz deməkdir. Bundan məlum olur ki, təfsir alimlərinin hənif kəlməsi üçün etdikləri təfsir, Allah evini həcc (ziyarət) etmək kimi, haqqdan itaət etmək, İbrahib (ə) davamçısı və düzgün əmələ sahib olmaq hamısı birlikdə bu mənanı daşıyır və bunların hər biri ona sadiqdir. Nümunə təfsiri, cild 2, səh 605.

[3] - Ənam surəsi, ayə 161.

«قل اننی هدانی ربی الی صراط مستقیم دیناً قیماً ملة ابراهیم حنیفاً و ما کان من المشرکین»

[4] - Yunus surəsi, ayə 105

 

«و ان اقم وجهک للدین حنیفاً و لاتکونن من المشرکین»

[5] - Bunu da qeyd etmək lazımdır ki, şirkin bütün qismətləri, bir növ kafirliyə səbəb olacaqdır. Əlbəttə diqqət etmək lazımdır ki, bizim küfrdən olan məqsədimiz fiqhə və əqidədən də üstündür.

[6] - Maidə surəsi, ayə 17

«لقد کفرالذین قالوا ان الله هو المسیح بن مریم»

[7] - Məcmueye fətavəye ibni baz, cild 2, səh 552.

[8] - Fəthul- məcid, səh 68.

[9] - Əl- rədd ələl- Rafizə (şiə şunasinin yazdığına əsasən) Rizvani, Əli- Əsgər, səh 135- 143.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Qurani-kərimdə gözəllikşünaslıq məsələsini isbat edən ayələr vardırmı?
    10335 Təfsir 2012/07/22
    Farsca ziba (gözəl) kəlməsinin müxtəlif mənaları vardır: layiqli, yaxşı, xoş surət. Termində isə kamalın üzərinə çəkilmiş şəffaf bir pərdəyə deyilir. Ümumiyyətlə, gözəlliyin dörd növü vardır: Hiss olunan, hiss olunmayan, məqul (əqli) və Allah-taalanın mütləq gözəlliyi. Quran nəzərindən insanın gözəlliyi, təbiət gözəlliyi, mənəvi və əxlaqi gözəlliklər ...
  • Nə üçün din siyasət əhatəsinə daxil olur?
    10586 Nizamlar hüquq və əhkam 2012/10/15
    Dinin siyasətdən ayrı olması nəzəriyyəsi, dinin insan həyatının müxtəlif mərhələlərindən kənar olmasını himayət edir. Bu nəzəriyyəyə əsasən, insanlar öz ağıl və elmi çərçivəsində maarif, siyasət, qəzavət, iqtisadi, ticarət, əxlaq və ictimai rəftarlarla bağlı qanunları tanımağa malik və onları sadir etməyə qadirdirlər; odur ki, insan öz həyatını idarə ...
  • İmtina edilmişə hakimin vilayəti qaydasının mənası nədir?
    5728 Nizamlar hüquq və əhkam 2012/02/15
    Qaydanın qısa və açıq tərifi budur ki, müsəlmanların hakimi, bir nəfər öhdəsinə olan hüquqları (ümumi mənada) ödəməkdən imtina edən zaman, hakim onu öhdəsində olan haqqı yerinə yetirməyə məcbur edir.Fiqhi əsərlərə qısa və səthi baxışda, insana bu nəticəni qəbul etdirir ki, imtina edilmişə hakimin vilayəti, möcüzə qaydası olaraq ...
  • İt və donuzun nəcis olması barəsindəki hədisi bəyan edin.
    9383 Nizamlar hüquq və əhkam 2011/07/28
    İt və donuzun nəcis olması barəsində imamlardan (əleyhimus-salam) çoxlu rəvayət nəql olunmuşdur. Bu rəvayətlər iki qisimdir: bəzi rəvayətlərdə “nəcisdir” kəlməsi aşkar deyilmiş, bəzilərində isə aşkar deyilməmişdir, amma mülazimədən (bir şeyin hökmünün deyilməsindən başqa bir şeyin hökmünün də məlum olması) it ...
  • Mən əvvəllər dövlət işçisi olmuşam və sonradan xəstəliklə əlaqədar təqaüdə çıxmışam. Amma, 4 ildən sonra sağlamlığım düzəldi. İndi, xəstəlik ünvanı ilə aldığım təqaüd mənə halaldırmı?
    4025 Nizamlar hüquq və əhkam 2015/05/23
    Ümumiyyətlə,belə işlər təqaüdə çıxmaq qanununa bağlıdır. Bu mənada ki, əgər sizin belə vəziyyətdə aldığınız təqaüd haqqı idarənizin qanununda heç bir problem deyilsə, şəri cəhətdən də müşkülü yoxdur. Əlavələr: Təqlid edilən müctehidlərin bu sual haqqında nəzərləri bundan ibarətdir:[1] Həzrət ayətullah-üzma Sistani (Allah hifz etsin); Halaldır.
  • Peyğəmbərin buyurduğu “qələm-kağız” hədisində “mənim yanımda mübahisə aparmaq rəva deyildir!” dedikdə məqsədi nə idi?
    9111 Məsumların (Əleyhimussəlam) sirəsi 2012/02/13
    Peyğəmbər (səlləllahu əleyhi və alih)-in buyurduğu “mənim üçün qələm-kağız gətirin” cümləsi sünnü və şiə kitablarında müxtəlif sənədlərlə nəql olunan məşhur hədisin bir hissəsidir. Rəyasət aşiqi olan bir dəstə adam Quranda وَمَا یَنْطِقُ عَنِ الْهَوَی “O, heç vaxt havayi-nəfs üzündən danışmır” deyə vəsf edilən Peyğəmbərin hüzurunda olan zaman ...
  • Şeyx Tusi (rh)- nin iqtisad kitabı hansı mövzuları əhatə edir?
    10184 تاريخ بزرگان 2012/06/13
    Şeyx Əbu Cəfər Məhəmməd bin Əl- Həsənul- Tusi (rh) Şeyx Tusi ilə məşhur olan İmamiyyə şiəsinin görkəmli fəqih, usulçu, təfsirçi, kəlamçı və hədisçisi, İslam və İranın elmi fəxrlərinin ən böyüklərindən biridir ki, elminin müxtəlif sahələrində kitab yazıbdır ki, o elmlərdən biri, kəlam elmidir. O bu sahədə ...
  • İnsanın pisliyə doğru meyli Allah-taalanın istəyidirmi?
    6921 Qədim kəlam 2011/08/23
    SualolunmuşayəTəkvirsurəsinin 29-cuayəsivəDəhrsurəsinin 30-cuayəsininbirqismətidir
  • Aya sizin nəzərinizdə vəliyi- fəqih məsumdur?
    6155 Nizamlar hüquq və əhkam 2011/09/11
    Məsum imamların (ə) hədis və rəvayətlərinə əsasən, məsum olmaq yalnız 14 nəfər- Peyğəmbər (s), həzrət Zəgra (s) və 12 imama məxsusdur. Bunun üçün də vəliyi- fəqih məsumlar sırasında hesab olunmur. Amma bir çox ayə və rəvayətlərə əsasən, İmam Zamanın (ə) qeybəti dövründə vəliyi- fəqihdən itaət etmək vacibdir və lazımdır. İmam ...
  • Əbu Dərdanın şəxsiyyəti necə olub? Onun barəsində Əhli- beytin nəzəri nə idi? Ondan nəql olunan rəvayətlərin hökmü nədir?
    6709 تاريخ بزرگان 2012/02/18
    Daha çox öz kenyəsi ilə (Əbu Dərda) çağırılan. Xəzrəcin nəvələrindən olan "Ovəymər bin Malik" Peyğəmbər (s)- in səhabələrindən olubdur. O, Xəzrəc qəbiləsinin camaatından olaraq Mədinədə yaşayırdı. Peyğəmbər (s)- in Mədinədə hüzurundan neçə ay keçəndən sonra, o həzrətin yanına gəlib və müsəlman oldu. İmam Əli (ə)- ın Müaviyədən üstün olmasına ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164834 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    164363 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119889 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113947 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    111109 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94233 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54926 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    54648 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46321 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45922 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...