Ətraflı axtarış
Baxanların
10426
İnternetə qoyma tarixi: 2011/05/30
Sualın xülasəsi
Qurani- kərimdə müsəlman hansı mənanı daşıyır?
Sual
Xahiş edirik Quran ayələrindən istifadə edərək açıq olaraq "Müsəlman"ın mənasını tərif edin.
Qısa cavab

Quran terminində, müsəlman Allahın göstərişləri bərabərində tam şəkildə təslim olmaq və hər növ şərik qoşmaqdan kənar olub Allahın birliyini qəbul edib Allahdan başqasını pərəstiş etməmək deməkdir. Buna görə ki, Qurani- kərim həzrət İbrahimi () müsəlman tanıtdırır.

Allah yanında həqiqi din İslam dinidir " ان الذین عندالله الاسلام" bunun üçün də hər kəs öz dövründə İlahi dini qəbul etsə və Allahın göstərişlərinə əməl etsə, o şəxs müsəlmandır.

Quran nəzərində, hər bir şıxs əgər öz dövründə İlahi dindən itaət etmişdirsə müsəlmandır; Məsihlər, Yəhudilər və... əgər dinləri təzə din vasitəsiylə batil olmamışdırsa müsəlmandırlar; çünki Allaha təslimdirlər və əgər onlara Yəhudi və yaxud məsihi deyilirsə onların Peyğəmbərlərinə görə deyilirdi. Bəs açıqladığımız kimi bütün İlahi dinlərə İslam deyilir onlar yalnız şəriət hökümlərində fərqlidirlər.

Doğrudur ki, bu gün müsəlman yalnız İslam dininin davamçılarına deyilir, ona görə ki, onlar İslam dinini, bütün Peyğəmbərləri və səmavi şəriəti qəbul etməklə, Allah qarşısında təslim olduqlarını bildirirlər. bu məna əsasında başqa dinlərin davamçılarına müsəlman deyilmir; çünki İslam Peyğəmbərinin dininiqəbul etməklə, Allaha itaət etməkdən boyun qaçırmaqla, müsəlmanlıq vəsfini və təslim olmağı özlərindən uzaqlaşdırırlar.

Əlbəttə, həqiqi müsəlman o şəxsdir ki, istər dildə istərsə də əməlində İlahi göstəriş və əmrlərə tabe olsun; yəni həm dilində Allahın birliyini Peyğəmbərlərin risalətini və həzrət Məhəmmədi (s) qəbul edir və həm də əməlində İlahi və dini əmrlərə əməl edir misal üçün cəmiyyətdə digərlərinin hüquqlarını gözləyir, vətəndaşların hüquqlarına ehtiram qail olur və ... şəxsi hökümlərdə misal üçün namaz, oruc və... kimi məsələlərdə payidardır. Qurani- kərimdə həqiqi müsəlmanı mömin olaraq adlandırmışdır.

Ətreaflı cavab

Quranda müsəlman kəlməsinin mənasının məlum olması üçün lazımdır ki, əvvəl İslam kəlməsinin mənasını araşdıraq.

"İslam" kəlməsi ərəb qramatikasında (ifal babından) və sağlamlıq və hər cür eybdən uzaq olmaq deməkdir ki, (ifal babında) bir neçə mənada işlədilir və onlar ibarətdir:

1-     İtaət və bütün əmr və qadağan olan göstərişləri etirazsız qəbul etmək.[1]

2-     Qurani- kərimdə bu cür geniş mənada və kəlmədən istifadə etmişdir. O cür ki, buyurur: Bütün o şəxslər ki, göydə və yerlərdədirlər, və ya bütün varlıqlar ki, göydə və yerlərdədirlər müsəlman və Allahın əmrlərinə təslimdirlər istər təkvini, istərsə də təşrii olsun (ixtiyari və yaxud məcburi).[2]

Amma insanın Allah üçün təslim olması, tərəfindən onun üçün qanun olaraq qoyulmuş qanunlar qarşısında, istər (təkvini) təbiətdə olan qanunlar və hədislər, istərsə də şəri hökümlər ki, əmr və nəhy olunmuş göstərişlər.[3]

Buna görə də İslam məxsus bir vəsf və iman və ehsan sifətlərinin yanında müstəqim bir məna daşıyır.

Amma termində, İslam, Peyğəmbərlərin sonuncusu həzrət Məhəmmədin (ə) dininə deyilir.[4]

İslam kəlməsinin lüğətdə və termində olan mənalarının arasındakı rabitə bundan ibarətdir ki, İslam dini tamamıyla Allah qarşısında itaət və ona tabe olmaq onu heç bir etiraz olmadan qəbul etmək deməkdir.[5]

Quran maarifində, müsəlman yalnız İslam Peyğəmbərinin davamçıları nəzərdə tutulmur, bəlkə İslam kəlməsinin daha geniş mənaya (lüğətdə) malik olması bildirilir ki, o da Allahın əmrləri qarşısında tamamıyla boyun əyib və Allaha şərik qoşmadan onun birliyinə iman gətirməkdir. Bunun üçün də Qurani- kərim həzrət İbrahimin (ə) müsəlman (müərrifi edir) tanıtdırır.[6]

Əgər Allah Taala İslam Peyğəmbərinə (s) buyurursa: De, mən hər an məmuram ki, Allahın əmrlərinə itaət etməkdə birinci şəxs olum.[7] Burada birinci, müsəlman sözünün mənası Allahın bəndələri arasında tamam şəkildə təslim olmaqdır (termində). Belə olmadıqda şübhəsiz ki, əvvəlki Peyğəmbərlər və onlardan itaət edənlərdə Allahın əmrləri qarşısında təslim olmuşdurlar.

Bəs bütün bunlar ki, Ali- İmran surəsinin 85- ci ayəsində (hər kəs İslam dinindən başqa bir dini özünə din seçsə, ondan qəbul edilməz). beləliklə Maidə surəsinin 30- cü ayəsində (bu gün sizin dininizi kamilləşdirdik... və İslamı sizin üçün din seçdik) istifadə olur, müsəlman İslam dinini davam etdirən şəxslərə deyilir; çünki onlar İslam dinini seçməklə və səmavi dinləri və bütün Peyğəmbərləri qəbul etməklə özlərini Allah qarşısında tabe olduqlarını elan etmişdirlər. Bu məna əsasında, bundan başqa dinlərin davamçılarına müsəlman deyilmir; çünki sonuncu Peyğəmbərin dinini qəbul etməməklə Allahın əmrindən boyun qaçırdılar və təslim olmaq və müsəlmanlıq vəsfini özlərindən uzaqlaşdırdılar. Bəs müsəlman yalnız o şəxslərə deyilir ki, Allahın bir olmasına və İslam Peyğəmbərinin (s) Peyğəmbərliyinə iman gətirmişdirlər, baxmayaraq ki, əməl etmirlər. bu məna (Hucurat surəsinin 1- ci ayəsindən) də istifadə olunur. O zaman ki, bir dəstə ərəb Peyğəmbərin (ə) hüzurunda hazır olurlar və o həzrətə minnət qoymaq üçün dedilər: biz iman gətirdik və mömin olduq. Allah tərəfindən Peyğəmbərə (s) vəhy nazil oldu, onlara de iman gətirməmisiniz, bəlkə deyin İslam gətirib müsəlman olmuşuq. Əlbəttə bu cür İslam və müsəlmançılıq zahirdədir, nəinki həqiqi olsun. Həqiqi müsəlman o şəxsdir ki, dilində, əqidəsində və əməlində dinin hökm və göstərişlərinə təslim olsun; yəni dilində Allahın tək olmasını və Peyğəmbərin (s) risalətini aşkara desin və bundan əlavə əməlində də Allahın əmr və nəhy etdiyi işləri icra etsin.

Həqiqi müsəlman o şəxsdir ki, dinin bütün qanunlarına, ictimai, insanların haqlarının qorunması, vətəndaşların hüququnu gözləməkdə və yaxud insanın şıxsi işlərində misal üçün namaz, oruc və... payidar və möhkəm olsun.



[1] - Əl- nukət və əl- uyğun (Mavərdi təfsiri), cild 1, səh 379- 380.

[2] - Nümunə təfsiri, cild 2, səh 643.

[3] - Təbatəbai, Məhəmməd Hüseyn, Əl- mizan (tərcümə), cild 1, səh 454.

[4] - Əl- vucuh və əl- nəzair, cild 1, səh 248.

[5] - Məbadi əl- İslam, səh 7.

[6] - Ali- İmran surəsi, ayə 67.

[7] - Ənam surəsi, ayə 14.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    109663 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    83429 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    61485 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    44858 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    34180 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    30426 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    23456 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    23291 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    22616 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    21283 Qədim kəlam
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...