Ətraflı axtarış
Baxanların
6110
İnternetə qoyma tarixi: 2012/04/18
Sualın xülasəsi
Şer barəsində İmamların (ə) və alimlərin nəzəri nədir?
Sual
Şeri haram sayan alim vardırmı? Şer barəsində İmamların (ə) nəzəri nədir?
Qısa cavab

            Bəziləri İmamlar, şer və şairlik ilə uyğunsuzluğunu təsəvvür edirlər, amma bu xəyaldan artıq bir şey deyil.

Şübhəsiz, şer zövqü və şairlik hünəri, insan varlğının bütün sərmayəsi kimi o zaman qiymətlidir ki, düzgün yolda işlənmiş ola və ondan müsbət və yaradıcı fayda aparılmış ola. Amma əgər, cəmiyyətin əxlaqi və əqidəsinin əsasını viran etmək üçün, fəsada təşviq etmək üçün xarab edici bir vasitə kimi istifadə oluna, yaxud insanları puçluq, bihudəlik və xəyalpərəstliyə sövq edə və ya mənasız bir məşğuliyyət olaraq başa düşülə, əhəmiyyətsiz və hətta ziyan verən olar.

Bəs şer, vasitədir və onu qiymətləndirmənin meyarı şerin hansı yolda işə aparıldığı hədəfdir.

Təəssüflər olsun ki, dünya millətləri və qövmlərinin ədəbiyyat tarixi boyunca şerdən çoxlu sui istifadələr olubdur və bu İlahi lətif zövq çirkin mühitlərdə elə rüsvayçılığıa uğrayıbdır ki, bəzən ən təsirli fəsad törədən və xarab edən amil olubdur. Məxsusən cahiliyyət əsrində, ərəb qövmünün əxlaqi və fikri düşgünlüyü dövründə "şer", "şərab" və "qarət" həmişə bir- birinin kənarında olublar!Amma kim, bu həqiqəti inkar edə bilər ki, yaradıcı və hədəfli şerlər tarix boyunca çoxlu dastanlar yaradıbdır. Bəzən isə hansısa bir milləti və qövmü zalım və qan içən düşmənlərin qarşısında elə səfərbər ediblər ki, heç bir şeydən qorxmadan düşmən cərgələrini və onun qəlbini sındırıblar.

Əhli- beyt İmamlarından (ə) da şerlər, hədəfli şairlər, onların haqqında dua etmək və onlara çoxlu hədiyyələr verilməsi barədə tövsiyələr yetişibdir. Əgər onları bəyan etməyi qəsd edək sözümüz çox uzanmış olar. İmam Sadiq (ə) buyurub: İndiyə kimi heç kəs bizim barəmizdə Ruhul- qudusun (müqəddəs mələk) təsdiqi olmadan şer yazmayıbdır.

Ətreaflı cavab

            Bəziləri İslamın, şer və şairlik ilə uyğunsuzluğunu təsəvvür edirlər. Bu təsəvvür,

«وَ الشُّعَراءُ يَتَّبِعُهُمُ الْغاوُون»[1]

"Şairlər, yolunu azmışların ardınca gedirlər" ayəsindən nəşətlənib. Amma belə təsəvvür xəyaldan başqa bir şey deyil. Çünki ayə, şerin bütün növlərini məzəmmət etmək qəsdində deyil, bəlkə şerin bir növünü məzəmmət edir. Buna görə də görürük ki, bizim alimlər şer barəsində ətraflı bəhslər ediblər. O cümlədən nümunə təfsirində qeyd olunubdur:

İslamda şer və şairlik.

Şübhəsiz, şer zövqü və şairlik hünəri, insan varlığının bütün sərmayəsi kimi o zaman qiymətlidir ki, düzgün yolda işləmiş ola və ondan müsbət və yaradıcı fayda aparılmış ola. Amma əgər, cəmiyyətin əxlaqi və əqidəsinin əsasını viran etmək üçün, fəsada təşviq etmək üçün xarab edici bir vasitə kimi istifadə oluna, yaxud insanları puçluq, bihudəlik və xəyalpərəstliyə sövq edə və ya mən mənasız bir məşğuliyyət olaraq başa düşülə, əhəmiyyətsiz və hətta ziyan verən olar.

Bu cümlə ilə bu sualın cavabı aydın olur ki, yuxarıda qeyd olunan ayədən belə başa düşülür: Şair olmaq yaxşıdır ya pis? Gözəldir ya çirkin? İslam şer ilə müvafiqdir ya müxalif?

Bu sözün cavabı budur ki, İslamın bu sahədə dəyərləndirməsi "hədəflər", "səbəblər" və "nəticələrə" görədir. Əmirəl- möminin Əlinin (ə) sözünə əsasən ki, mübarək Ramazan ayının günlərindən birində iftar vaxtı o Həzrətin (ə) dostlarından bir dəstəsi şer və şairlərdən söhbət açan zaman, Həzrət (ə) onlara xitab edərək buyurub:

«اعلموا ان ملاك امركم الدين، و عصمتكم التقوى، و زينتكم الادب، و حصون اعراضكم الحلم»

"Bilin ki, sizin işinizin meyarı, dindir; sizin hifz olunma səbəbiniz təqvanızdır; sizin bəzəyiniz ədəb və şərəf və ləyaqətinizin möhkəm qalaları səbr və dözümdür".[2]

Buna işarə etmək lazımdır ki, şer, vasitədir və onu qiymətləndirmənin meyarı şerin hansı yolda işə aparıldığı hədəfdir. Təəssüflər olsun ki, dünya millətləri və qövmlərinin ədəbiyyat tarixi boyunca şerdən çoxlu sui istifadələr olubdur və bu İlahi lətif zövq çirkin mühitlərdə elə rüsvayçılığa uğrayıbdır ki, bəzən ən təsirli fəsad törədən və xarab edən amil olubdur. Məxsusən cahiliyyət əsrində, ərəb qövmünün əxlaqi vəfikri düşgünlüyü dövründə "şer", "şərab" və "qarət" həmişə bir- birinin kənarında olublar! Amma kim, bu həqiqəti inkar edə bilər ki, yaradıcı və hədəfli şerlər tarix boyunca çoxlu dastanlar yaradıbdır. Bəzən isə hansısa bir milləti və qövmü zalım və qaniçən düşmənlərin qarşısında elə səfərbər edibdir ki, bir şeydən qorxmadan düşmən cərgələrini və onun qəlbini sındırmayıblar.

İslami inqilabın bar verən dövründə öz gözümüz ilə gördük ki, vəznlənmiş şerlər və şer formasında səsləndirilən şüarlar necə təşviş, həyəcan və hərəkət yaradırdı, necə damarlarda qanları coşdururdu, insanların cərgələrini həyəcana gətirirdi. Bu qısa və sadə, lakin epik və həyəcanlandırıcı şerlər düşmənin bədənin necə titrədirdi və onların saraylarının əsasını necə titrədirdi.

İnkar etmək olmaz ki, bəzən əxlaqi bir şer insanın canının dərinliyində elə nüfuz edir ki, böyük və mənalı kitab onun işini görə bilmir.

İslamın əziz Peyğəmbərindən (s) söylənilən məruf hədisdə deyildiyi kimi:

«ان من الشعر لحكمة، و ان من البيان لسحرا»

"Şerlərin bəzisi hikmətdir və sözlərin bir hissəsi sehr"!.[3]

Bəzən şerlər qovğa yaradır.

Bəzən vəznlənmiş şairanə kəlmələr düşmənin qəlbində oz nüfuzu və qılınc itiliyi kimi təsir qoyur. Belə şerlər barədə İslam Peyğəmbərindən (s) olan bir hədisdə oxuyuruq:

«و الذى نفس محمد بيده فكانما تنضهونهم بالنيل!»

"Məhəmmədin canı onun qüdrət əlində olan kəsə and olsun ki, bu şerləri deməklə onlar tərəfə oxlar atırsız"![4]

Bu sözü o vaxt buyurdu ki, düşmən, müsəlmanların ruhiyyəsini zəiflətmək üçün istehzalı şerlərdən istifadə edirdi. Peyğəmbər (s) göstəriş verdi ki, onları məzəmmət etmək və möminlərin ruhiyyəsini qüvvətləndirmək üçün şer qoşsunlar.

Başqa bir yerdə İslamı müdafiə edəm şairlərdən biri üçün buyurub:

«اهجهم فان جبرئيل معك»

"Onları həcv (rişxənd) et ki, Cəbrail səninlədir".[5] Məxsusən o zaman ki, İslamın qüvvətlənməsində şer yazan imanlı şair "Kəb ibn Malik" Peyğəmbərdən (s) soruşdu: Ya Rəsuləllah şer barəsində bu məzəmmət edici ayələr nazil olub, nə edim? Peyğəmbər (s) buyurdu:

«ان المؤمن يجاهد بنفسه و سيفه و لسانه»

"Mömin, öz canı, qılıncı və dili ilə Allah yolunda cihad edir".[6]

Əhli- beyt İmamlarından (ə) da şerlər hədəfli şairlər, onların haqqında dua etmək və onlara çoxlu hədiyyələr verilməsi barədə tövsiyələr yetişibdir. Əgər onları bəyan etməyi qəsd edək sözümüz çox uzanmış olar. Amma təəssüflər olsun ki, tarix boyu bir dəstə, bu böyük və mələkuti lətif zövqü çirkləndiriblər və asimanın yüksəkliyindən materializmin ən aşağı nöqtəsinə endiriblər. O qədər yalan danışdılar ki, məruf atalar sözü " احسنه اكذبه" (şerin ən yaxşısı onun ən yalançısıdır) vücuda gəldi.

Bəzən onu, zalımlar və qəddarların xidmətində dedilər və dəyərsiz ənama xatir o qədər yaltaqlıq etdilər ki, fələyin doqquz kürsüsünü (taxtını) onların fikirləri ayaq altına qoyuldu. "Ta Ərsəlanın kəhərinin üzəngisinə busə vura"! Və bəzən də eyş- işrət, şərab, rüsvayçılıq və abırsızlığın vəsfində o qədər qabağa getdilər ki, qələm onları bəyan etməkdən həya edir.

Bəzən öz şerləri ilə müharibə alovu qaldırdılar və insanları qarət və qırğın üçün bir- birinin canına saldılar. Bu əməlləri ilə yer üzünü, günahsızların qanına boyadılar.

Amma onların qarşısında imanlı və mərd şairlər dururlar ki, fələyə bac (vergi) vermirdilər və bu mələkuti zövqü (zəkanı) təqva, paklıq, insanların azadlığı, zalımlar, qarətçilər və oğrularla mübarizə yolunda işlətdilər və iftixarın ucalığına yetişdilər.

Bəzən haqqdan müdafiə etmək üçün şerlər dedilər ki, hər bir beyti ilə özləri üçün cənnətdə bir beyt aldılar.[7] Bəzən nəfslərdə sinələrdə həbs edən "bəni Üməyyə" və "bəni Abbas" kimi zülmkar hakimlərin yaratdığı boğunuq dövrlərdə "məradese ayat" "nişanələr mədrəsələri" qəsidəsi kimi qəsidələr deməklə qəlbləri işıqlandırdılar və yalan və hiylə pərdələrini kənarlaşdırdılar. Elə bil ki, Ruhul- qudus bu şerləri onların dilində canlandırırdı.

Bəzən alçaqlığı hiss edən incimiş kütlədə hərəkət yaratmaq üçün şerlər yazırdılar və dastan və həyəcan yaradırdılar.

Quran bunların barəsində buyurur:

«إِلَّا الَّذِينَ آمَنُوا وَ عَمِلُوا الصَّالِحاتِ وَ ذَكَرُوا اللَّهَ كَثِيراً وَ انْتَصَرُوا مِنْ بَعْدِ ما ظُلِمُوا»

Maraqlıdır ki, bu dəstə şairlər bəzən özlərindən elə əbədi əsərlər yadigar qoyublar ki, bəzi rəvayətlərə əsasən İslamın böyük rəhbərləri camaata, onların şerlərini hifz etməyi tövsiyə ediblər. Necə ki, İmam Sadiq (ə) "Əbdinin" şerləri barədə buyurub:

«يا معشر الشيعة علموا اولادكم شعر العبدى، فانه على دين اللَّه»

"Öz övladınıza Əbdinin şerlərini öyrədin, çünki o, Allahın dinindəndir".[8]

Bu bəhs, İslam Peyğəmbərinin (s) canişinlik və xilafət barədə Əbdinin yazdığı məruf bir şeri ilə tamamlayırıq:

و قالوا رسول اللَّه ما اختار بعده             اماما و لكنا لأنفسنا اخترنا!

اقمنا اماما ان اقام على الهدى             اطعنا، و ان ضل الهداية قومنا!

فقلنا اذا انتم امام امامكم             بحمد من الرحمن تهتم و لا تهمنا

و لكننا اخترنا الذى اختار ربنا             لنا يوم خم ما اعتدينا و لا حلنا!

و نحن على نور من اللَّه واضح             فيا رب زدنا منك نورا و ثبتنا!

"Onlar dedilər: Allahın Rəsulu (s) özündən sonra üçün bir kəsi İmam ünvanına seçməyibdir, amma biz özümüz seçirik.

Biz bir İmam seçirik. Əgər hidayət yolunda ola, ondan itaət edərik, əgər azğınlıq yolunu gedərsə onu düz yola gönəldərik! (Yaxud kənara qoyarıq).

Biz onlara dedik: Bu surətdə siz, özünüzün imamısız, siz yolunuzu azdınız və biz yolumuzu azmadıq.

Amma biz, bizim Allahımızın Qədir- Xum günü bizim üçün seşdiyini seçdik, ondan azacıqda olsa belə uzaqlaşmayacağıq.

Biz İlahinin aşkar nurunundayıq, İlahi bizim nuraniyyətimizə artıq və bizi sabit qədəm et".[9] [10]

Həmçinin şəhid Məhəmməd Sadiq Sədr (r) şer və şairlik barəsində fiqh baxımından ətraflı bəhs müzakirə edib. Daha çox istifadə etmək üçün ona müraciət edə bilərsiz.[11]

Əminul- İslam Şeyx Təbərsi "Əl- adabud- diniyyə lil- xəzanətil- muəyniyyə" kitabında İmam Rzadan (ə) bir rəvayət zikr edəndən sonra deyir: Xülasə budur ki, zikr olunan səbəblərin hamısından istifadə etməklə bu nəticəyə gəlmək olar ki, müqəddəs və şərəfli və zamanda şer demək məkruhdur (ikrahı vardır).[12]

Bu barədə olan kəskin rəvayətlər isə təqiyyəyə (dini əqidəsini gizlətmə) aid edilir.

Yaxşı sonluq üçün İmam Sadiqdən (ə) bir təvayət zikr edirik: O həzrət (ə) buyurub: İndiyə kimi heç kəs bizim haqqımızda Ruhul- qudusun təsdiqi olmadan şer yazmayıbdır.[13]

 


[1] - Əş- şüəra surəsi, ayə 224. Yolunu azanlar şairlərin arxasınca gedirlər.

[2] - İbn Əbil- Hədid, Nəhcül- bəlağənin şərhi, cild 20, səh 461.

[3] - Bu hədisi şiə və əhli- sünnə alimlərinin böyük bir dəstəsi öz kitablarında gətiriblər (Əl- ğədir kitabının 2- ci cildi, səh 9- a müraciət edin).

[4] - Mosnəde Əhməd, cild 3, səh 460.

[5] - Mosnəde Əhməd, cild 4, səh 299.

[6] - Qertəbi Təfsiri, cild 7, səh 4869.

[7] - İmam Sadiqdən (ə) rəvayət olubdur ki:

«من قال فينا بيت شعر بنى اللَّه له بيتا فى الجنة»

"Hər kəs bizim haqqımızda bir beyt şer deyə, Allah onun üçün behiştdə bir ev bina edər" (Əl- ğədir, cild 2, səh 3).

[8] - Nurus- səqəleyn, cild 4, səh 71.

[9] - Qumi, Abbas, Əl- kony vəl- əlqab, cild 2, səh 455.

[10] - Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, cild 15, səh 382- 386.

[11] - Bax: Ma vəraul- fiqh, cild 10, səh 93.

[12] - Bəhrani, Yusuf ibn Əhməd ibn İbrahim, Əl- hədaiqun- nazirətu fi- əhkamil- itrətit- Tahirə, cild 13, səh 164, Müəssisətu ən- nəşrul- İslami, nəşriyyatı, cameeye- müdərrisinə bağlı, birinci çap, Qum, 1405 hicri qəməri.

[13] - Şeyx Səduq, Uyuni əxbari ər- Rza (ə), cild 1, səh 7, Nəşre cahan nəşriyyatı, Tehran, birinci çap, 1378 hicri qəməri.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    124806 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    94458 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    75695 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    61548 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    59068 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    38759 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    30610 Nizamlar hüquq və əhkam
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    27724 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    27532 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    25900 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...