Ətraflı axtarış
Baxanların
13733
İnternetə qoyma tarixi: 2010/11/08
Sualın xülasəsi
Şeytan və cinin, gücü və qüdrəti nə qədərdir və hansı həddə insan üçün narahatçılıq yarada bilir?
Sual
Şeytan və cinin, gücü və qüdrəti nə qədərdir və hansı həddə insan üçün narahatçılıq yarada bilir?
Qısa cavab

 Şeytan və cin kəlməsi dəfələrlə və bir çox yerdə Qurani- kərimdə zikr olunmuş və cin surəsi nazil olmuşdur.

Şeytan (ümumi) bir addır ki, hər bir azdırıcı məxluqa, istər insan olsun istərsə də insandan başqa bir məxluq olsun, şamil olur. Amma iblis (xüsusi) bir addır və o şeytanın adıdır ki, Adəmi (ə) aldatdı və indi də öz dəstəsiylə insanların kəminindədir.

Cin lüğətdə gizli və örtülü mənasındadır və o məxluqa deyilir ki, atəşdən yaranıb, maddədir ruhdan və cismdən ibarətdir. Bu məxluqun ixtiyarı vardır, istər mömin ya kafir və sair olsun.

Bəziləri cin barəsində olan bir çox qorxulu əfsanələrdən vahiməyə düşüb bütün bunlara inanaraq, cinin varlığını inkar edir və baş verən həqiqi əhvalatlarında bir əfsanə olaraq tanıyırlar.

Ayə və rəvayətlərdən istifadə olunur ki, cinlər qüdrətli bir məxluqdurlar.

Misal üçün Həml sürəsinin 39- cu ayəsində bu cür işarə edir ki, həzrət Süleyman (ə) ifrit- cinin iddiasını təkzib etmir, amma diqqət etmək lazımdır ki, bu cür mətləblər bəzi insanların iddiasını təsdiqləmir, o şəxslər ki, cinlərin hər bir işə qadir olduqlarını iddia edirlər və şirkə doğru yönəlməsi təklükəsi onlar üçün yaranır, bəs heç bir məxluq Allahın izni olmadan heç bir işə qadir deyil, bunun üçün də şeytan yalnız o kəsləri yoldan azdırır ki, Allaha bəndəlik etməkdən uzaqlaşıb, şeytana tərəf meyl göstərmişdir. O cür ki, şeytan özü deyir: Mən Allahın həqiqi bəndələrini ələ ala bilmirəm[i]

"فبعزتک لأُغوینّهم اجمعین الا عبادک منهم المخلصین"

Bundan əlavə, şeytanın insana olan qüdrəti vəsvəsə çərçivəsindədir və heç vaxt insanın ixtiyarını ondan ala bilməz; çünki o, gözə görünməz bir varlıqdır və kamil insan və ağıl sahibi olan xalis bəndələr məqamına yol tapa bilməz. bəli nəfsi əmmarədən itaət etmək, şeytanın insana yol tapmasına macal yaradır və zaman keçdikcə insanı öz tələsinə salır və zəlalətə doğru aparır.

İnsanın bu vəsvəsə və yolunu azmaqdan yeganı qurtuluş yolu, Allaha doğru yol tapmaq və onun dərgahında baş əyib ibadət etməkdir; Allah- Taala buyurdur:

«ان عبادى لیس لک علیهم سلطان»[ii]



[i] - Sad surəsi, ayə 83

[ii] - Hicr surəsi, ayə 42

Ətreaflı cavab

Əvvəl Şeytan və cin kəlməsini və cinlə şeytan arasında olan mənanı və beləliklə şeytanın insanı özünə nə qədər tabe etməsini açıqlayaq:

Şeytan və cin kəlməsinin mənası:

"Şeytan" mürtəd və qovulmuş mənasındadır. Bu kəlmə tək mənasında yetmiş bir, və cəm mənasında isə (şeytanlar) on səkkiz dəfə Quranı məciddə gəlmişdir.

Lüğətdə: Təbərsi, Rağib, ibni əsir və digər lüğət alimlərinin nəzərində şeytan kəlməsində olan "N" hərfi kəlmənin öz həriflərindəndir. Yəni kəlmənin əsli "şətənə"- dir. "şətənə" uzaqlaşdırmaq mənasındadır.

(شطن عنه‏اى بَعُد)

Bunun üçün də şeytan xeyirdən uzaqlaşdırılmış deməkdir.[1] Ayə və rəvayətlərdən istifadə olunur ki, şeytan cin tayfasındandır.[2]

Buna diqqət yetirmək lazımdır ki, şeytan ümumi bir addır, amma iblis xüsusi addır. Başqa sözlə desək, şeytan hər bir təkəbbür, tüğyan edən və insanları haqq yoldan çıxardan məxluqa deyilir, istər insan olsun və yaxud insan olmasın. İblis o şeytanın adıdır ki, Adəmi aldatdı və indi də öz dəstəsiylə insanların pusqusunda durur.[3]

Cin kəlməsi

Bu kəlmə igirmi iki dəfə Quran- kərimdə zikr olmuşdur. Cin, lüğətdə örtülü və gizli demək və oddan[4] və yaxud od qarışığından[5] yaradılmışdır.

Qurani kərim cini şüurlu varlıq olaraq və insanların onu dərk etməsindən gizli olmasını bildirir, o da insan kimi məsuliyyət daşıyır və axirətdə diriləcəkdir. O öz istəyiylə Allaha itaət ya üsyan və yaxud mömin və ya müşrik ola bilər.[6]

Molla Sədra cinin mahiyyətini bu cür açıqlayır: "cini bu dünyada hiss edib, qeyb və misal aləmində olan bir varlıq kimi dərk etmək lazımdır. Amma onların bu dünyadakı varlığı, o cür ki, dedik aşkarda olan heç bir cism onlar üçün yoxdur, yalnız ruh onda qərar tapmış bir cismdir ki, Allah o varlığı ona bağışlamışdır. Mümkündür cinin bəzi vaxtlar gözə görünməsi və yaxud görünməməsinin səbəbi, onun lətif və zərif bədəni olsun. Lətif və zərif olduğu zaman normal və əks halda isə özünə görünmə qabiliyyətini götürür. O cür ki, hava çirklənir və buluda oxşadığı zaman gözə görünür və təmizləndiyi vaxt isə bir daha görünmür.[7]

Cin insan kimi ruh və bədəndən (cismdən) ibarət və şüur, iradə və hərəkətə malikdir. Onlardan bəziləri kişi, bəziləri isə qadındır, və övlad sahibi olurlar. İtaət və məsuliyyət daşıyırlar. Onlarında həyatında ölüm və yaşayış və beləliklə iman və küfrə yiyələnirlər.

Cin və şeytan mənasının əlaqəsi:

Şeytan, əsl mənasında vəsf edici məna daşıyır və "şər iş görən" deməkdir.

Quran da da şeytan bu mənada gəlmişdir, amma bəzi vaxtlar iblisin barəsində ümumi mənada və hətta hər bir şər işlə məşğul olan məxluqa ki, "onda mələkə" olmuşdur, deyilir. Quran da bunu təsdiqləyir və mümkündür şeytan cun və yaxud insan olsun.[8]

Şeytanlar arasında cinin xüsusi dərəcəsi var ki, şeytanlıqda ən uca məqamı vardır və o məhz iblisdir. Iblis barəsində çoxlu bəhslər etmişdir. O cümlədən onun cin tayfasından olduğuna təkid edir.[9]

Şeytanın insanlara hakim olması:

İranın qədim dinlərində ihriman şərrin, pisliklərin, afat və zərər verici həşəratların, o cümlədən ilan, əqrəb və başqalarının rəbbi deməkdir. Mümkündür bəzi insanlar belə təsəvvür etsinlər ki, Quranda və islamda olan şeytan, keçmiş iranlıların etiqadı olan əhriman elə bu şeytandır. Bu məhz bir səhvdir çünki şeytan və cin xaliqin işlərində heç bir rol oynamır. Bütün varlığın yaradanı (xaliqi) Allahdır və Allahdan başqa heç bir kəs varlığı yaratmasında yol tapa bilməz; Quran belə bəyənilməz batil fikirləri rədd edərək buyurur:

"و جعلواللَّه شرکاء الجن و خلقهم و خرقوا له بنین و بناتٍ بغیر علم سبحانه و تعالى عما یصفون "[10]

Şeytanın insana hakim olması, əvvəl vəsvəsə ilə pislikləri yaxşı iş kimi göstərib ona dəvət etməsi və yaxud bunun əksinədir.[11]

Bundan başqa insana hakim olmağa heç bir kəsi də bu işləri görməkdə məcbur etmir. Qurani kərimdə nə qədər onların işlərindən xəbər verilirsə, bundan başqası deyildir.[12]

Əlbəttə mələklər və cinlər qüdrət sahibidirlər və insana nazil olması yalnız ölüm vaxtı deyildir. Əgər insan "Allah" deyib öz sözündə payidar olsa, mələklər ona nazil olarlar,[13] cində bir miqdar qüdrətə malikdir. O cümlədən az bir zamanda ağıl dərk etməyən işləri görür, baxmayaraq ki, cinin ağıl qüdrəti zifdir amma onun hərəkəti daha çoxdur, bu qüdrətə malikdir ki, ağır bir yükü ən az bir zamanda bir yerdən başqa bir yerə aparsın. Onun təfəkkürü, güclü və ağıl təfəkkürü deyil və ən yuxarısı xəyal və düşüncədir. Qurani- kərimdən cinin (insan kimi) maddi olması istifadə olunur. Süleyman (ə)- ın dastanında, cin tayfasından olan ifrit iddia edir ki, Süleymanın (ə) məclisi yerdən qalxınca Bilqeysin Taxtını onun üçün gətirəcək,[14]

Həzrət Süleyman o cini təkzib etmədi. Baxmayaraq ki, Quranda cinin o taxtı gətirməsi qeyd olunmamışdır.[15] Cin və şeytanlar mümkündür Qurana qulaq asmaq kimi işlərdə görsünlər.

Şeytanın nüfuz yolu:

Şeytan müxtəlif tərəflərdən insana hücum edir, bəzi vaxt arxadan və yaxud üz- üzə və bir zaman sağdan və bir zaman isə soldan hücum edir.

"ثمّ لآتینهم من بین ایدیهم و من خلفهم و عن أیمانهم و عن شمائلهم "[16]

Hücumdan sonra insana ən yaxın olub əsarətində saxlaması, insanın fikr və xəyallarını ələ almaqdır.[17] Şeytan tez- tez pusqularda durur və biz onlardan bəzilərinə işarə edirik:

1.      Bəzi vaxtlar insanın ibadəti yolunda pusqu qurur ki, insanı bəndəlik yolundan azdırsın, o, çalışır insanı vəhy əsasında olan ibadətdən çəkindirib, öz istədiyi kimi ibadətə məşğul olsun, amma insan ibadət zamanı Allaha bəndəlik etmək üçün bütün işlərini Allahın vəhyi əsasında yerinə yetirir.

2.      Bəzi vaxtlar şeytanın qurduğu pusqu insanın ağıl və düşüncə yolundadır, bir iş görür ki, insan onu Allahın göstərdiklərini dəlil və sübut üzərində təhlil edib yəqinliklə başa düşüb qəbul edincə, şeytan həqiqi dəlil və sübut yerinə dəlilə bənzər dəlillərlə ağıl və təfəkkürdən məhrum edir.

3.      Bəzi vaxt isə şuhud məqamında pusqu qurur, yəni o vaxt ki, insan bu dünyanın həqiqətini o cür ki, var ürəkdən və söz, məna və dəlilə ehtiyacsız onu müşahidədir.

4.      şeytan pusqu qurub həqiqəti olduğu kimi görməyə mane olur və yaxud bu yolu inkar edir. Bəs şeytan əvvəl şühud və ardınca düşüncə və sonra isə rəftarı azdırır.[18]

Ayə və məsumların rəvayətlərindən istifadə olur ki, şeytan və onun qoşunu o şəxslərə yol tapıb öz əsarətləri altında saxlaya bilirlər ki, Allaha bəndəlik yolundan çıxmışlar və qəflət nəticəsində özlərinə pərəstiş edib, şeytanın onlara nüfuz etməsinə macal yaradırlar.

Amma Allahın saleh və xalis bəndələri şeytanın hiylə və əsarətindən amandadırlar. O cür ki, bir çox ayələrdə şeytan özü buna etiraf etmişdir:

"قال فبعزّتک لأغوینّهم اجمعین، الّا عبادک منهم المخلصین "[19]

Şeytanın mücərrəd olması, misal və xəyal olan bir varlıqdır, və ağılı dərk etdiyi bir varlıq deyil. Bunun üçün də insanın ağlına tamami ilə yol tapmadığı üçün onun ağıl qüvvəsinə və düşündüyü işlərdə təsir qoya bilməz. O bu iki mərhələdən heç birinə layiq deyil və bundan aşağıdakı mərtəbədə özünə yer tutur. Bunu da qeyd etmək lazımdır ki, şeytan həmişə pusqudadır və kamil insanlara tamah salır.

Avam camaat cin barəsində çoxlu əfsanələr qoşmuşdurlar və onlardan heç birisi məntiq və ağılla qəbul edilmir. Deyirlər əgər bir isti suyu yerə töksən, onlar evə od vurub yandırarlar; onlar zərərverici, əxlaqsız və kin- küdrətli məxluqdurlar. Amma əgər cinin varlığı mövzusu bu xürafat və əfsanələrdən təmizlənsə, mətləbi tamami ilə qəbul etmək olar; çünki, bütün varlığı görməyimizə dəlil yoxdur, ola bilsin ki, görmədiyimiz məxluqlar həddən artıq çoxdur. Peyğəmbər (s)- dən bizə çatan rəvayətdə gəlmişdir:

«خلق الله الجن خمسة اصناف کالرّیح فى الهواء و صنف حیات و صنف عقارب، و صنف حشرات الارض و صنف کبنى آدم‏علیه السلام الحساب والعقاب.»[20]

O cür ki, olmuş hadisə və tarixdən istifadə olur, keçmişdən indiyədək bir çox insanların ürəkləri cinə qarşı təsəvvür etdikləri bu qorxunc əfsanələrlə doluymuş, elə ki, bir dəstə tamamıyla onu inkar edib, əfsanə olduğundan başqa bir şey bilmirlər amma başqa bir tərəfdən isə bəzilərinin zehinləri bu qorxunc əfsanələrlə doludur bunu demək olar ki, hər iki dəstə öz həddindən çıxmışdır. İslam dini onun həqiqətini isbatlayıb, qorxunc təsəvvürləri isə islah edir. İnsanların fikrində olan o xürafat və səhv fikirləri onların qəlbindən silir və ürəkləri o qorxuların əsarətindən qurtarır.

Buna görə də Quranda bir surəni onun (cinin) xüsusiyyətlərinə ixtisas vermişdir.[21]

Bu nöqtəni nəzərdən qaçırmayaq ki: Dünyanın nəzmində, bütün əşyaların varlığı istər mələk, cin, insan və başqa varlıqlar. Hiss olunan və olunmayanlar. Allah tərəfindəndir və onların təsir qoymasında Allahın izniilə və müəyyən bir ölçüdədir. Allah Taala Qurani kərimin nurani kəlamlarında bunu nəzərə çatdırır ki, heç bir varlığın istər maddi və yaxud maddi olmasın müstəqilliyi yoxdur, həyat və ölüm, xeyir və ziyan və sair hamısı Allahın qüdrətindəndir. İnsan heç vaxt onu unutmamalı və ona təvəkkül edib, pənah aparmalıdır; belə bir halda heç bir varlıq ona zərər verə bilməz.

«ا... و لیس بضارّهم شیئاً الا باذن الله»[22]

Cin və insan əhlindən olan şeytanlar barəsində də xəbərdarlıq edib buyurur: Olmaya onlara tərəf meyl göstərirsiniz, şeytan Allahın düşmənidir və sizin də aşkara düşmənlərinizdir. Şeytan özü and içib ki, insanları yolundan azdırsın. Əlbəttə şeytanın qüdrəti onun vəsdvəsəsi çərçivəsindədir və heç vaxt insanın ixtiyarını əldən ala bilməz. Bəli şeytanın fikirləri, nəfsi əmmarənin ətrafındadır və həqiqətdə nəfsi əmmarə şeytanın insanlara nüfuzu üçün bir amil hesab olunur. "və biz insanı yaratdıq və bilirik ki, onun nəfsi ona necə vəsvəsə edir. Və biz onun şax damarından ona yaxınıq"[23] o cür ki, Allah – Taala buyurur: "Həqiqətən sən mənim bəndələrimə hakim ola bilməzsən yalnız yolunu azmış insanlar ki, səndən itaət edirlər."[24]

Mütaliə üçün mənbələr:

1.     Fəraib və əcaibul- cin, Bədrəddin ibni Abdullah əlşəbli, tərcümə və təhlil və təhqiq İbrahim Məhəmmədəl cəmal.

2.     Cin və şeytan, Əli rza Ricali, Tehran, nəşre nübuğ.

3.     Əl- cin fil kitab vəl- sünnət, edad zar ibni şah Zadin, Beyrut 1996

4.     Əl- cin fil Quran vəl- sünnət, Əbdül Əmir Əli Məhənna, Beyrut, çap 1992

5.     Əl- cin bəynə Əl- işarətil Quraniyyə və elmul fizya, Əbdül Rəhman Məhəmməd Əl Rəfail, çap 1997

6.     Nəmayeye: Şeytan, fereşte ya cin.



[1] - Qərəşi, Seyyid Əli Əkbər, Qamusa Quran, vajeye şətənə.

[2] - Kəhf sürəsi, ayə 51, "فسجدوا الا ابلیس کان من الجن"

[3] - Məkarim Şirazi, Nasir, Təfsiri numune, cild 29, səh 192

[4] - Hicr surəsi, ayə 27, " والجانَّ خلقناه من قبلُ من نارالسموم"، و جان را از پیش، از آتش زهرآگین آفریدیم."

[5] - Ər- rəhman, surəsi, ayə 15

[6] - Qamuss Quran, vajeye cin.

[7] - Abbasi, İbrahim. Dastanhaye şeqeft dər bareye cin, səh 25

[8] - Ənam susəsi, ayə 112

[9] - Kəhf surəsi, ayə 50, Bax: Misbah Yəzdi, Məhəmməd Təqi, Məarife- Quran, səh 289

[10] - Ənam Surəsi, ayə, 100

[11] - İbrahim, 22, "«ماکان لى علیکم من سلطان الاّ ان دعوتک...»" bir çox ayələrdən istifadə olur ki, başqa işlərdə şeytanın vəsvəsəsindən amanda qalmır. O cümlədən: pis işlərə zinət vurmaq. Vədə vermək bir işi yaddan çıxarmaq və sair.

[12] - Qamuse Quran. Vajeye şeytan.

[13] - Fussilət surəsi, ayə 30

[14] - Nəml surəsi, ayə 30- 40

[15] - Cavadi Amili, Abdullah, Təfsirie mozui. cild 1, səh 119

[16] - Əraf surəsi, ayə 17

[17] - Təsnim, cild 3, səh 393

[18] - Təfsire mövzuyi, cild 12, səh 400

[19] - Sad surəsi, ayə 83

[20] - Məkarim Şirazi, Nasir, Təfsir nümunə, cild 29, səh 157, Biharul- ənvar, cild 60, səh 168

[21] - Seyyid Qütb, Təfsir fi zülalil- Quran, cild 6, səh 27- 28

[22] - Mücadilə surəsi, ayə 10

[23] - Qaf surəsi, ayə 16 (Məhəmməd Mehdi Fuladvənd, Qurani kərimin tərcüməsi)

[24] - Hicr surəsi, ayə 42, (Məhəməd Mehdi Fuladvənd, Qurani kərimin tərcüməsi)

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    119883 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    91270 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    71102 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    54960 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    52273 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    37766 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    26795 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    26201 Nizamlar hüquq və əhkam
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    26096 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    25204 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...