Ətraflı axtarış
Baxanların
3785
İnternetə qoyma tarixi: 2012/04/19
Sualın xülasəsi
Nə üçün bəzi məclislərdə imam Hüseyn (əleyhis-salam)-ın məzlumluğu təsvir olunur?
Sual
Nə üçün bəzi məclislərdə imam Hüseyn (əleyhis-salam) məzlum bir sima təqdim edilir?
Qısa cavab

Qeyd olunmalıdır ki, imam Hüseyn (əleyhis-salam)-ın şəhadətindən əvvəl və sonra varid olan müsibətlər öz-özlüyündə o həzrətdən məzlum bir çöhrənin təqdim olunmasına səbəb olur. İmam Hüseyn (əleyhis-salam) barəsində işlənən “məzlum” kəlməsinin təhlilindən belə nəticə alırıq ki, o həzrət üçün təsvir olunan məzlumiyyət “zəif və zülmü qəbul edən bir şəxs” kimi təqdim olunan məzlumiyyət deyil, əksinə izzət və başı ucalıqla yanaşı olan bir məzlumiyyətdir və onun böyük şəxsiyyətli ilə heç bir ziddiyyəti yoxdur. Həqiqətdə ona varid olan müsibətləri bəyan etmək məqamında düşmənlərinin zülmünü təsvir və imamın Əhli-beytinin məzlumiyyətini qələmə almaq məcburiyyətində qalırıq. Aydındır ki, əgər imamın məzlumiyyətini təsvir etməkdə məqsəd düşmənlərin öz həzrət haqqında etdiyi zülmün bəyanı olsa, bu, müqəddəs şəriət tərəfindən qəbul olunur və bu həm də lazım və vacibdir. Amma əgər imamın məzlumiyyətini təsvir etməkdə məqsədimiz (nəuzu billah) onun zəif olduğunu, zülmü qəbul etməyini göstərmək olsa, bu bəyan batil və şübhəsiz, haramdır.

Buna əsasən, imam Hüseyn (əleyhis-salam)-ın məzlum olması o Həzrətin özünə, səhabələrinə qarşı rəva görülən zülmlərdir və o Həzrətin böyük şəxsiyyəti ilə əsla ziddiyyətli yoxdur. Əksinə, bununla imam Hüseyn (əleyhis-salam) və onun köməkçilərinin izzət və başıucalığını bir daha artıq aydınlaşdırır. Buna görə də bu məqamda düzgün təhlil aparılmasının lazım və vacib olmasına da inanırıq.

Əlbəttə, imam Hüseyn (əleyhis-salam)-ın məzlum bir insan kimi təsvir edilməsinin digər dəlilləri də vardır. Dünyada ümumxalq kütlələrinin fikrinə aydınlıq gətirilməsi, düşmənlərinin cinayətlərinin ifşa olunması və s. hədəflərin bəyan olunması gələcək nəsillər üçün hidayət çırağıdır.

Ətreaflı cavab

Suala cavab verməzdən əvvəl qeyd etməliyik ki, əvvəla, bir çox rəvayətlərdə “məzlumiyyət” kəlməsi bütün imamlara aid edilmişdir. Misal üçün, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in buyurduğu bu hədis: “Allaha and olsun! O zamanda mən, Əli, Fatimə, Həsən, Hüseyn və Hüseynin övladlarından olan doqquz nəfər – bunlar mənim Əhli-beytim və məzlumladır –  hamımız bir yerə yığışacağıq.”[1]

İkincisi, həm Peyğəmbər (səlləllahu əleyhi və alih), həm də məsum imamlar (əleyhimus-salam) imam Hüseyn (əleyhis-salam)-ın məzlumiyyətinə xüsusi diqqət yetirmişlər. Yəni, əksər hallarda o həzrətin məzlumiyyətini bəyan etmiş, o həzrət üçün əzadarlıq saxlamış və  لَا يَوْمَ كَيَوْمِكَ يَا اَبَا عَبْدِ اللَّهِ sənin (müsibətli) günün kimi bir müsibətli gün yoxdur, ey Əba Əbdillah!”[2] deyərək “məzlum” kəlməsini imam Hüseyn (əleyhis-salam)-ın adının davamında əlavə edirdilər.[3] İmam Sadiq (əleyhis-salam)-dan nəql olunan bir hədisə “İsra” surəsinin 33-cü ayəsindəki “məzlum” kəlməsi[4] İmam Hüseynin məzlumiyyəti hesab edilmişdir.[5] Bunların hamısı göstərir ki, o Həzrətdən məzlum bir sima təqdim edilməsi Peyğəmbər və imamlar tərəfindən qəbul olunur.

İndi görək, imam Hüseyn (əleyhis-salam)-ın məzlumiyyəti dedikdə məqsəd nədir? Cavabda deyirik: Məzlumiyyəti iki cür təsvir etmək olar:

Birinci mənaya olan məzlumiyyətdə imam zəif, zülmü qəbul edən şəxs kimi qələmə verilir və onu Allahın sonsuz qüdrətinə qovuşma məqamından ayırırlar.

İkinci mənaya olan məzlumiyyətdə imam zəif qələmə verilmir, əksinə ona baş verən müsibətləri, düşmənlərin o həzrətə və Əhli-beytinə qarşı etdiyi zülmləri bəyan etmək məqsədi güdülür.

Şəhid Mütəhhərinin (rəhmətullahi əleyh) də bu kəlmə barəsində buyurduğu bəyana əsasən, o, iki mənaya işlənir. Birincisi zülmü qəbul etmək, ikincisi zülmə məruz qalmaq. Bəzi insanların ruhu zəif olduğuna görə zülmü və haqsızlığı qəbul edir; bunlar zülm çəkənlərdir. Bəziləri də var ki, özlərinə və ya mənsub olduqları qruplara zülm olunur, amma bu iş ruhlarının zəif olduğuna görə deyil, əksinə özündən və hüquqlarından daha mühüm əhəmiyyət kəsb edən bir məsləhətə riayət etməklərinə görə bu işə razılıq verir, zülmə məruz qalır və səbir edirlər. Necə ki, Əli (əleyhis-salam) buyurmuşdur: “Mən gözündə tikan, boğazında sümük qalan bir adam kimi (mənə rəva görülən zülmlər qarşısında) səbir etdim.”[6] İmamların məzlumiyyəti ikinci növdən olan məzlumiyyətdir; yəni onlar bəşəriyyətin, islam ümmətinin və  islam dininin məsləhətlərinə riayət etmək üçün onlara varid olan müsibətlərin hamısına dözmüşlər.

Deməli, “imam Hüseyn (əleyhis-salam) məzlum olmuşdur” - deyərkən o Həzrətin özünə və köməkçilərinə qarşı rəva görülən zülmləri təhlil etmək məqamındayıq və bunun o Həzrətin alicənablığı, izzəti və böyük şəxsiyyəti ilə heç bir ziddiyyəti yoxdur. Üstəlik, bununla o həzrətin özü və köməkçilərinin izzəti daha artıq aydın olur. Çünki o Həzrətin düşmənlərinin rəva gördükləri zülmü, habelə imam Hüseyn (əleyhis-salam)-ın onlarla necə rəftar etməsini və zülmlə mübarizəsini bəyan etməklə izzətli bir ruhiyyə ilə zülmün qarşısında necə dayanması aydın olur.

Əlbəttə, imam Hüseyn (əleyhis-salam)-dan məzlum bir insan siması təqdim edilməsinin digər dəlilləri də vardır ki, aşağıda onlara işarə edirik:[7]

1. Şəhadətindən əvvəl və sonra ona rəva görülən müsibətlər[8] o qədər şiddətli, çox və vəhşətli idi ki, hətta cahiliyyət dövründə belə, bunun misli görünməmişdi.[9] Digər tərəfdən, bu qədər cinayətlərin hamısı belə bir izzətli və şərafətli imama qarşı bir gün ərzində rəva görülmüşdü. Bunların hamısı o Həzrətin məzlumiyətinə dəlil deyildirmi və öz-özünə o imamdan məzlum bir sima təqdim etmirmi?!

2. Dünyada ümumxalq fikrinin oyadılması məhz o Həzrətin fəzilətlərinin xatırladılması, düşmənlərinin ona qarşı etdiyi zülm və haqsızlığı bəyan etməklə müyəssər olur və Muxtar kimi şəxslərin qiyamından ibarət olan əksül-əməllərin baş verməsi ilə nəticələnir. Deməli, o Həzrətin məzlumiyyəti camaata mütləq təqdim olunmalı idi.

3. İmam Hüseyn (əleyhis-salam)-ın  şəhadət günlərində o Həzrət üçün matəm saxlayıb göz yaşı axıtmaq, ona qəm-qüssəli olmaq məsələsinə imamlar tərəfindən təkid olunmuşdur. Məhəmməd ibni Müslim deyir ki, imam Baqir (əleyhis-salam) buyurdu: Əli ibni Hüseyn (imam Zeynul-Abidin) buyururdu: “İmam Hüseyn (əleyhis-salam)-ın qətlə yetirilməsi faciəsinə görə hər bir mömin göz yaşı axıtsa və bu göz yaşları yanaqlarına axsa Allah-taala behişt otaqlarında ona yer verəcəkdir.”[10]

İmam Hüseyn (əleyhis-salam)-ın fəzilətlərini bəyan etmək və ona qarşı rəva görülən zülmləri açıqlamaq göz yaşı axıtmaq və qəm-qüssəli olmaqdan başqa bir yolla mümkün deyildir. Bu da matəm məclislərinin təşkil edilməsi, əzadarlıq keçirilməsi və o Həzrətin məzlumiyyətinin bəyan olunmasından ibarətdir. Halbuki, bu məzlumiyyət onun bacarıqsızlığına və zəifliyinə dəlalət etmir, əksinə imamın izzət və şücaətinə işarədir.[11]

4. Əhl-beyt (əleyhimus-salam)-ın, məxsusən imam Hüseyn (əleyhis-salam)-ın məzlumiyyətini bəyan etmək.

Əhli-beyt düşmənlərinin törədikləri cinayət və bidətləri ifşa etmək gələcək nəsillər üçün hidayət çırağı ola bilər və bunun sayəsində dostlarını düşmənlərdən seçib ayıra bilərlər. Buna görə də Əhli-beytin, xüsusilə imam Hüseyn (əleyhis-salam)-ın müsibətlərinin zikr olunması və o Həzrətin məzlum simasının təqdim edilməsi zəruri məsələdir.

Qeyd olunan dəlillərdən aydın olur ki, Əhli-beytdən, məxsusən imam Hüseyn (əleyhis-salam)-dan məzlum sima təqdim olunması, məzlumiyyətin ikinci mənasına olmaqla[12] müqəddəs şəriət tərəfindən qəbul olunmuşdur, üstəlik bu iş vacib və lazımdır. Lakin bəzi məclislərdə nadanlıq üzündən deyildiyi kimi, İmam Hüseyndən birinci mənaya (zülmü qəbul etmək) olan simanın təqdim olunması şübhəsiz, bidət və haramdır.

 


[1] Məclisi, Məhəmməd Baqir , "Biharul-ənvar", 25-ci cild, səh. 7, “Vəfa” müəssisəsi, Beyrut, Livan, 1404-cü hicri qəməri il; Dəvani, Əli, “Məhdiye movud”, "Biharul-ənvar"ın  13-cü cildinin tərcüməsi, səh. 1237, 28-ci çap, “Darul-kutubil-islamiyyə” nəşriyyatı, Tehran, 1378-ci şəmsi ili

[2] Şeyx Səduq, “Əmali”, səh. 115

[3] Bir çox ziyarətnamələrdə, dualarda və hədislərdə bu cür kəlmədən istifadə edilməsini görürük.

[4] مَن قُتِل‌َ مَظْلُومًا فَقَدْ جَعَلْنَا لِوَلِيِّه‌ِ سُلْطاناً (“Hər kəs məzlum şəkildə qətlə yetirilsə, Biz onun qəyyumları üçün bir sultan (intiqam haqqı) qərar verərik...”)

[5] Bir nəfər İmam Sadiq (əleyhis-salam)-dan “İsra” surəsinin 33-cü ayəsi barəsində soruşdu. Həzrət buyurdu: “(Məzlum kəlməsindən) məqsəd imam Hüseyn (əleyhis-salam)-dır ki, məzlum şəkildə qətlə yetirilmişdir. Biz onun qəyyumlarıyıq və bizim Qaimimiz zühur edən zaman o həzrətin intiqamını alacaqdır.” "Biharul-ənvar", 44-cü cild, səh. 218; Əyyaşi, Məhəmməd ibni Məsud, “Təfsiri Əyyaşşi”, 2-ci cild, səh. 290, “Elmiyyə” çapxanası

[6] "Nəhcul-bəlağə", 3-cü xütbə, səh. 48, “Darul hicrət” nəşriyyatı, Qum

[7] Məsələn, övladlarının, qardaşlarının və köməkçilərinin şəhid olması, özünün, Əhli-beytinin və s. susuzluğa məruz qalması.

[8] Məsələn, o həzrətin Əhli-beytinin çadırlarına hücum və hörmətsizlik edilməsi, o Həzrətin özünün və köməkçilərinin kəsik başlarının Kufədə, Şamda və sair yerlərdə dolandırıb hörmətsizliyə məruz qoymaları.

[9] İmam Riza (əleyhis-salam) bu müsibətlər barəsində buyurur: “Cahiliyyət dövrünün (İslamdan qabaqkı dövrün) insanları Məhərrəm ayında müharibəni və qan axıtmağı haram hesab edirdilər. Lakin düşmənlər bu ayda bizim qanımızı axıtdılar, hörmətimizi pozdular, arvad-uşaqlarımızı əsir tutdular.” "Biharul-ənvar", 4-cü cild, səh. 283, 34-cü bab, “Səvabul-buka əla müsibətih”, hədis 17

[10] Ənsari Məhəllati, Məhəmməd Rza, “Səvabul-ə’mal”, tərcümə: Ənsari, səh. 163, 1-ci çap, “Nəsimi Kövsər” nəşriyyatı, Qum, 1382-ci şəmsi il

[11] Nəcəfi, Məhəmməd Cavad, “İmam Hüseyn (əleyhis-salam)-ın həyatı”, səh. 74, 3-cü çap, “İslamiyyə” nəşriyyatı, Tehran, 1364-cü hicri şəmsi il

[12] Yəni, elə bir məzlumiyyət ki, onda imam zəif göstərilmir, əksinə o Həzrətə qarşı rəva görülən haqsızlıq və müsibətləri bəyan etmək məqamındadır. Belə ki, düşmənlərin o Həzrətin özü və Əhli-beytinə qarşı rəva gördükləri zülmləri bəyan etmək məcburiyyətində oluruq.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Osmanlı və Hindistanda olan İslam nəzəriyyəsində olan fərq nədir?
    4015 Fiqh tarixi
    Hind və Osmanlı hakimiyyətində olan İslamı müqayisə etmək üçün bu iki ölkədə olan məzhəblər ki, hakim olmuşdurlar, Məlumat əldə edilsin. Osmanlı hakimiyyətində olan fiqhi məzhəb (7- ci əsrdə kimi) hənəfi məzhəbi olmuşdur ki, sünnü məzhəbində olan dörd məzhəbdən biridir. Əlbəttə Osmanlılar əqidə cəhətindən Əşəri ...
  • Oğurluq günahını necə bərpa edə bilərik?
    6221 Nizamlar hüquq və əhkam
    Allah-taalanın lütf və mərhəmətinin sizə şamil olduğuna görə təbrik edirəm! Çünki siz bu işin qəbahətli olduğunu başa düşüb tövbə ilə bu yaramaz işi bərpa etmək fikrinə düşmüşsünüz. Tövbə etməklə bu günahın bərpa olunması üçün ona deməyiniz lazım və vacib deyil. Siz onu öz işinizdən agah etməyin; özünüzlə ...
  • Aya məsum olmayan Müctəhiddən itaət etməyə dəlalət dən ayə və rəvayətə işarə edə bilərsinizmi?
    3154 Nizamlar hüquq və əhkam
    Qurani- kərim buyurur: Və yaxşı deyildir müsəlmanlar hamısı (cihad üçün) hərəkət etsinlər. Bəs nə üçün o dəstələrdən bir hissəsi köçmürlər ki, (bir hissəsi qalsın və) dində məlumat əldə etsinlər və öz qövmlərini ki, onlara doğru qayıtdılar, qorxutsunlar ki, onlar (İlahi əzabdan) qorxsunlar.[1] Quran, bu ayədə ...
  • Sehrə baxmaq və onun barəsində kitab oxumaq haramdırmı?
    4791 Nizamlar hüquq və əhkam
    İslamda sehr əməli, öyrənməsi, öyrətməsi və onu yerinə yetirməyə görə pul almaq qadağan və haramdır. Amma əgər onu başqasının sehrini batil rtmək üçün öyrənsə haram deyil. Deməli sehrbazların işinə baxmaq və onların etdiklərinə filmdə tamaşa etmək və sehr və cadigərlik barəsində kitab və jurnal oxumaq, əgər öyrənmək üçün olmasa, iradı ...
  • Günəş vasitəsi ilə bina və yerin paklanması şərti
    3617 Nizamlar hüquq və əhkam
    Şərh: Günəş mütəhhirlərdən (pak edicilər) biridir. Yer və bina, günəş vasitəsi ilə pak olanlardandırlar.[1] Amma yer və binanın günəş vasitəsi ilə pak olması şərti budur ki, günəşin düşdüyü yerin, yaxudbinanın üzü ilə onun daxili arasında hava və ya başqa pak şey fasilə salmasın.Məsələn, sement bloklar ...
  • Nə üçün seyyidüş- şühədanın əzadarlığına roza oxumaq deyirik?
    3697 تاريخ کلام
    Rozaxanlıq termini xətiblərin və minbər əhlinin «روضة الشهداء» "rovzətüş- şühəda" kitabı oxumaq adətindən irəli gəlibdir. Bu kitab Kərbəla hadisəsini zikr edən ilk kitablardandır ki, Molla Hüseyn Kaşifiyi Səbzvarinin (M 910 q) vasitəsiylə fars dilində yazılıbdır uzun müddət əzadarlıq məclislərində oxunulubdur. Buna görə əzadarlıq məclisləri rozaxanlıq adıyla ...
  • Siz deyirsiniz ki, din əqli dəstəkləyir və onu etibarlı sayır. Əgər belədirsə, biz əqlimizdən istifadə edərək istintac edə (şəriət hökmünü çıxara) bilərikmi? Ümumiyyətlə, təqlidin məqam, tərif və zərurəti nədir?
    3725 Təzə kəlam
    Şəriətdə dəstəklənən əql məsləhəti ayırd edə bilən və camaat arasında deyilən mühasibəçi əqldən tamamilə başqadır. Bu əqlin də şəriət sahibi tərəfindən dəstəklənməsinə baxmayaraq, diqqət yetirmək lazımdır ki, əql idraklara hüdudlanır və bir sıra külliyyatı dərk edə bilər, amma onun xüsusiyyət və incəliklərə daxil olmağa qüdrəti ...
  • İranda yaşayan məzhəbi azlıqlar, Quranın hansı ayələrinə əsasən hicab geyiminə riayət etməlidirlər?
    4393 Təzə kəlam
    Hicabın müsəlmanlar üçün nə kimi əhəmiyyət kəsb etməsi və onun vacibliyi mümkündür bir çox insanlar üçün düşündürücü olsun. Həmçinin məzhəbi azlıqların hansı hökmə əsasən buna riayət etməsi də sual doğurucu məsələlərdəndir. Bu suala ümumi cavab vermək üçün bir neçə məsələni açıqlamaq lazımdır:
  • Kəsa hədisinin əhəmiyyətini bəyan edin?
    3813 Hədis elmləri
    Şərif kəsa hədisi ki, hədis kitablarında və Şeyx Abbas Quminin Məfatihul- cinan kitabında gəlib ki, cəhətdən əhəmiyyət daşıyır. Biri İmamət və vilayət məsələsidir digəri isə ismətdir. Əhli- beytin (ə) İmaməti və vilayəti bir sıra şahidlər vasitəsiylə hədisdə sübut olur. Peyğəmbər (s) xüsusi danışıq və rəftarla ki, hədisdə nəql olub, İmaməti ...
  • İmam Zaman (əleyhis-salam)-ın yaşayış yeri haradadır?
    3929 کیفیت زندگی امام غایب
    Bu barədə üç cür rəvayətlə qarşılaşırıq: Bəzi rəvayətlər o həzrət üçün xüsusi bir yaşayış yeri təqdim etmir. Amma bu qisimdən olan rəvayətlərin bəzilərində o həzrətin yeri “səhralar və dağlardır” deyə deyilir. İkinci qisimdən olan rəvayətlərdə camaat arasında tanınmaz halda yaşaması deyilir. Üçüncü qisim isə Mədinə ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    113403 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    86427 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    65341 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    48817 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    37418 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    35931 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    24784 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    24080 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    23944 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    21958 Qədim kəlam
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...