Ətraflı axtarış
Baxanların
19076
İnternetə qoyma tarixi: 2012/04/09
Sualın xülasəsi
Rizq (ruzi) barəsində nə kimi rəvayətlər vardır? Halal ruzini hansı yollarla əldə etmək olar? Ruzinin artması üçün hansı dualar vardır?
Sual
Salam. Rizq (ruzi) barəsində nə kimi rəvayətlər vardır? Halal ruzini hansı yollarla əldə etmək olar? Ruzinin artması üçün hansı dualar vardır? Hansı əməllər ruzinin azalmasına səbəb olur?
Qısa cavab

Ruzini maddi nümunələrdə həsr edən adi camaatın təsəvvürünün əksinə olaraq, rəvayətlərdə ruzi kəlməsi geniş mənalara malikdir və Allahın verdiyi bütün nemətlərə şamildir – istər maddi nemətlər olsun, istərsə də mənəvi. Bununla belə, maddi ruzilər barəsində də bir çox rəvayətlər vardır ki, ətraflı cavabda onların bir neçəsi qeyd olunmuşdur.

Ətreaflı cavab

Sualda irəli çəkilən mövzunu araşdırmazdan qabaq xatırladırıq ki, ruzini maddi nümunələrdə həsr edən ümumxalq təsəvvürünün əksinə olaraq rəvayətlərdə ruzi kəlməsi daha geniş mənaya işlənir və Allahın verdiyi bütün nemətlərə şamil olur: istər maddi, istərsə də mənəvi. Buna görə də sağlamlıq, asayiş, həcc və digər vacib əməlləri yerinə yetirməyə tövfiq tapmaq, yaxşı dost və s. hamısı ruzinin nümunələridir.

Rəvayət kitablarında qeyd olunan bir çox rəvayətlər də maddi ruzi ilə əlaqədardır. Nümunə üçün onlardan bir neçəsini qeyd edirik:

1. Ruzi əldə etmək üçün səy göstərmək: İmam Sadiq (əleyhis-salam) bu barədə buyurur: “Hər kəs az ruzi axtarmaq məqamında olsa, ona çoxlu ruzi nəsib olar. Əgər insan az ruzisinin arxasınca getməsə, çox ruzini də əldən verəcəkdir.”[1]

2. Namaz və dua ruzinin çoxalmasına səbəb olur: “Kafi” kitabında bu barədə bir fəsil gəlmiş[2] və orada ruzi üçün çoxlu dualar qeyd olunur. O cümlədən, imam Baqir (əleyhis-salam) Zeyd Şəhhama buyurdu: “Ruzinin çoxalması üçün vacib namazın səcdələrində bu duanı oxu:

يَا خَيْرَ الْمَسْئُولِينَ وَ يَا خَيْرَ الْمُعْطِينَ ارْزُقْنِي وَ ارْزُقْ عِيَالِي مِنْ فَضْلِكَ الْوَاسِعِ فَإِنَّكَ ذُو الْفَضْلِ الْعَظِيم

“Ey sual edənlərin (Allahdan hacət diləyənlərin) ən yaxşı pənahı! Ey ən yaxşı əta edən! Mənə və ailəmə Özünün geniş fəzlindən çoxlu ruzi əta elə! Çünki Sən böyük fəzilət sahibisən!”[3]

Peyğəmbər (səlləllahu əleyhi və alih) səhabələrindən bir nəfəri bir müddət o həzrətin hüzuruna gəlmədi. Sonradan hüzuruna gəldiyi zaman həzrət soruşdu: “Nə üçün bizim yanımıza gəlmirdin?!”

Ərz etdi: “Xəstəlik, yoxsulluq və ehtiyac!”

Həzrət buyurdu: “İstəməzsənmi ki, sənə bir dua öyrədim, (onun vasitəsi ilə) Allah xəstəliyi və yoxsulluğu səndən uzaqlaşdırsın?!”

Ərz etdi: “Ey Allahın Peyğəmbəri! Allahın salamı və rəhməti sənə olsun! (O duanı mənə öyrət!)”

Həzrət ona buyurdu: (Bu duanı oxu:)

لَا حَوْلَ وَ لَا قُوَّةَ إِلَّا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ تَوَكَّلْتُ عَلَى الْحَيِّ الَّذِي لَا يَمُوتُ وَ الْحَمْدُ لِلَّهِ الَّذِي لَمْ يَتَّخِذْ صَاحِبَةً وَ لَا وَلَداً وَ لَمْ يَكُنْ لَهُ شَرِيكٌ فِي الْمُلْكِ وَ لَمْ يَكُنْ لَهُ وَلِيُّ مِنْ الذُّلِّ وَ كَبِّرْهُ تَكْبِيرا.

“Uca məqamlı və əzəmətli Allahdan başqa heç bir qüvvə və dəyişiklik səbəbkarı yoxdur. Heç vaxt ölməyən diri Allaha təvəkkül edirəm. Həmd (tərif) o Allaha məxsusdur ki, Özünə nə həyat yoldaşı, nə də övlad seçməmişdir. Hakimiyyət və mülkdə heç bir şəriki yoxdur, zillətə (düşmür ki,) ondan çıxmaq üçün bir qəyyuma ehtiyacı olsun. Allahı böyüklüklə yad et!”[4]

Az müddət keçəndən sonra o kişi Peyğəmbərin hüzuruna gəlib dedi: “Ey Allahın Rəsulu! Allah (o duanın səbəbi ilə) xəstəliyi və yoxsulluğu məndən uzaqlaşdırdı.”

3. Sübh azanından gün çıxana qədər yatmamaq. Məhəmməd ibni Müslim imam Baqir (əleyhis-salam)-dan sübh namazından sonra yatmaq barəsində soruşduqda həzrət buyurdu: “Ruzilər bu zaman bölüşdürülür. Mən istəmirəm ki, bir kəs bu vaxt yatsın.”

İmam Sadiq (əleyhis-salam) buyurur: “Sübh zamanı yatmaq nəhsdir, insanın üzünü saraldıb çirkinləşdirir. Belə yuxu xeyir-bərəkəti olmayan insanların yuxusudur. Allah-taala bəndələrinin ruzisini sübh açılandan gün çıxan vaxt arasında bölüşdürür.”[5]

4. Gecə namazı qılmaq: Bir nəfər imam Sadiq (əleyhis-salam)-ın hüzurunda yoxsulluqdan gileylənməyə başladı, o qədər gileyləndi ki, hətta aclıqdan da gileylənmək istəyirdi. Həzrət ona buyurdu: “Ay kişi! Gecə namazı qılırsanmı?!” Dedi: “Bəli.” İmam yanındakılara üz tutub buyurdu: “Gecə namazı qıldığını təsəvvür edərək gündüz ac olduğunu deyən adam yalan danışır! Həqiqətən mütəal Allah gecə namazı ilə həmin günün ruzisini (onu qılan şəxs üçün)  öhdəsinə almışdır.”[6]

Ruzinin artmasına səbəb olan əməllər çoxdur, biz qeyd olunanlarla kifayətlənirik. Ruzinin azalmasına səbəb olan bəzi şeyləri də xülasə şəkildə qeyd edirik:

1. Niyyət. Əlbəttə, niyyət hər iki yöndə: ruzinin həm artmasında, həm də azalmasında təsirlidir. Əli (əleyhis-salam) buyurur: “İnsanın ruzisi onun niyyəti qədərindədir.”[7]

Bu sözün mənası odur ki, insanın niyyəti ruzinin artıb-azalmasında təsirlidir. Əgər onun məqsədi ailəsinə və başqalarına firavanlıq yaratmaq olsa, Allah onun ruzisini artırar. Əgər niyyəti onları sıxıntıya məruz qoymaq olsa, Allah da onu sıxıntıda qərar verər.

2. Rəvayətlərdə bəzi işlər ruzinin azalma səbəbi kimi bəyan olunmuşdur. Əli (əleyhis-salam) buyurur: “Ruzinin azalmasına səbəb olan işlər: evdəki hörümçək torunu təmizləməmək, hamamda qəzayi-hacət etmək (ayaqyoluna getmək), cünub halda (cənabət qüslü almamış) yeyib-içmək, dişlərin dibini “gəz” çubuğu ilə təmizləmək, ayaq üstə baş daramaq, evin toz-torpağını evdə saxlamaq, yalandan and içmək, zina etmək, məğrib və işa namazları arasında yatmaq, sübh namazından sonra və gün çıxmazdan qabaq yatmaq, yalan danışmağa adət etmək, haram musiqilərə qulaq asmaq, gecə vaxtı dilənçini əli boş qaytarmaq, xərcdə orta səviyyəni gözləməmək, qohumluq əlaqələrini kəsmək...”[8]

Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) buyurur: “İyirmi şey ruzinin azalmasına səbəb olur. O cümlədən: Qəzayi-hacət (ayaqyoluna getmək) üçün yataqdan çılpaq durmaq, yemək zamanı əlləri yumamaq, çörək qırıntılarına ehtiramsızlıq etmək, soğan və sarımsaq qabığını yandırmaq, evin qapısının astanasında oturmaq, evi gecə süpürmək, evi paltarın bir tərəfi ilə təmizləmək, başı və üzü paltarın qolu ilə qurulamaq, çirkli qabları gecə yumamaq, su qabının ağzını açıq qoymaq, məsciddən çıxmaq üçün tələsmək, sübh erkən bazara getmək və gecəyə qədər bazarda qalmaq, fəqirlərdən çörək almaq, övlada qarğış etmək, paltarı bədəndə olan halda tikmək, çırağı üfürməklə söndürmək.”[9]

Əlavə məlumat üçün bu görünüşlərə bax: Sual 3783 (sayt 4007), “Ruzinin müqəddimə olması”, sual 2626 (sayt: 4801), “Sərvət qazanmaq üçün dua etmək.”

 


[1] Kuleyni, Məhəmməd ibni Yəqub, “Kafi”, 5-ci cild, səh. 311, hədis 29, “Darul-kutubil-islamiyyə”, Tehran, 1365-ci şəmsi il

[2] “Kafi”, 2-ci cild, səh. 550, “Babud-dua lir-rizq”

[3] Yenə orada, səh. 511, hədis 4

[4] Yenə orada, səh. 551, hədis 3

[5] Tusi, Məhəmməd ibni Həsən, “Əl-istibsar”, 1-ci cild, səh. 350, hədis 2, “Darul-kutubil-islamiyyə”, Tehran, 1390-cı qəməri il

[6] Səduq, Məhəmməd ibni Əli, “Mən la yəhzuruhul-fəqih”, 1-ci cild, səh. 474, hədis 1371, “Camieyi müdərrisin” nəşriyyatı, Qum, 1413-cü qəməri il

[7] Amədi, Əbdül-Vahid, “Ğürərül-hikəm”, səh. 399, “Dəftəri təbliğat”ın nəşriyyatı, Qum, 1366-cı şəmsi il

[8] Təbərsi, Əli ibni Həsən, “Mişkatul-ənvar”, 1-ci cild, səh. 128, “Heydəriyyə” kitabxanası, Nəcəf, 1385-ci qəməri il.

[9] Məclisi, Məhəmməd Baqir, “Biharul-ənvar”, 73-cü cild, səh. 314, hədis 1, “Vəfa” müəssisəsi, Beyrut, 1404-cü qəməri il

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Müslim ibn Əqilin qızlarının adı nə idi?
    13107 تاريخ بزرگان 2011/05/31
    Cənab Müslim ibn Əqilin həyatı barəsində olan kitabların hamısını araşdırarkən, bu nəticə ələ gəlir ki, cənab Müslimin Atikə və Həmidə adında iki qızı olubdur. Atikə Kərbəla hadisəsində Aşura günü düşmən xeymələrə hücum edərkən şəhid olur. Amma Həmidə Kərbəla əsirləri karvanında olub və cənab Müslimin nəsli yalnız onun vasitəsi ilə davam ...
  • Вилајәти фәгиһин васитә илә сечилмәси гајдасында дөвр ирады гаршыја чыхыр. Буну неҹә һәлл етмәк олар?
    7943 Nizamlar (Qurluşlar) 2010/02/06
    Һазырда Иран Ислам Республикасында вилајәти фәгиһи сечән мүтәхәссисләр (хубраган) мәҹлисини мүһафизләр шурасы тәсдиг едир. Инди бела бир шүбһә јараныр ки “әҝәр мүһафизләр шурасыны рәһбәр тәсдиг едирсә, мүһафизләр шурасынын үзвүләри вилајәти-фәгиһи сечән мүтәхәссисләри тәсдиг едирсә, вә онлар да рәһбәрлији сечирсә, бу мәсәлә гејри-мүмүкүн олан ...
  • 15 yaşa çatmadan öncə həddi buluğa çatmanın əlamətləri hansılardır?
    9669 Tklifin başlanması 2015/04/19
    Qız və oğlanlarda həddi büluğun olması aşağıdakı əlamətlərdən biri ilə bilinir: Qarın altında iri və kobud tüklərin əmələ gəlməsi (cinsi övrətlərin üstündə ); Spermanın gəlməsi istər yuxuda olsun istərsə də oyaq olan halda; (Öncəki, əlamətlər müşahidə edilmədiyi təqdirdə) Oğlanlarda qəməri tarixi ...
  • Yerli cavanlar cəmiyyəti arasında, Allahı tanıma mövzusunu necə izah vermək olar?
    6725 Qədim kəlam 2012/04/18
    Etiqadi məsələlər silsiləsində, Allah tanıma mövzusu ən mühüm mövzulardandır ki, çox geniş məsələləri əhatə edir. Siz bu məsələləri təbliğ və izah etmək üçün, iki məsələyə riayət etməlisiniz. Birincisi budur ki, münasib və məntiqi müzakirələr seçsinlər. İkincisi budur ki, xitab olunanların elmi səviyyəsi və ruhiyyəsi dəqiq formada riayət olunmalıdır. Birinci ...
  • “Səfiri Simurq” kitabını kim yazmışdır? Bunda hansı mətləblər mövcuddur?
    7135 Nəzəri irfan 2012/02/18
    “Səfiri Simurq” kitabının müəllifi Şeyx İşraq adı ilə məşhur olan Şəhabuddin Yəhya ibni Həbəş ibni Əmirək Əbul-fütuh Söhrəvərdidir (rəhmətullahi əleyh).“Səfir” hər növ uzadılmış səsə deyilir ki, hərfləri tələffüz olmadan deyilmiş olsun. Bu da iki dodağın arasından xaric olan sədaya deyilir.[i] “Simurq” da əfsanəvi quşlarının ...
  • Qurani- Kərimdə sonuncu ayə hansıdır? Məgər vəhyin əlavə edilmə imkanı olmuşdurmu?
    16486 Təfsir 2011/11/19
    Peyğəmbərə (s) nazil olan sonuncu ayə haqqında müxtəlif və bir çox rəvayətlər mövcuddur. Bu ayələrdən bu nəticəni əldə etmək olar ki, Peyğəmbərə (s) sonuncu kamil nazil olan surə “nəsr” olmuşdur. Bu surə ya Məkkənin fəthindən öncə yaxud fəthlə eyni zamanda nazil olmuşdur. Sonuncu nazil olan surə başlanğıc ...
  • Ислам дининдә дәјишән үнсүрләр вармы?
    8776 Təzə kəlam 2009/06/21
    Илаһи динләринпринсипләри ики гисимдән тәшкил олунуб: Бир гисми сабит үнсүр, диҝәри исә дәјишәндир. Илаһи динләрин дәјишмәз, сабит вә дүнјәви принсипләри һәмишәлик вә һәр заман олмушдур. Әслиндәинсанын
  • Öz iradəmizi necə gücləndirək?
    13703 Əməli əxlaq 2011/04/13
    İradəli şəxs o insandır ki, çətinliklə üzləşdikdə, onun öhdəsindən layiqincə gəlsin, onu yerinə yetirmək qərarına gəlir və öz səyi və payidarlığıyla onu icra edir. Aşağıdakı göstərişlər iradənin təqviyət olması üçün sifariş olunmuşdur: 1. Həyatınızda və yaxud hər hansı bir işi ilk mərhələdə yerinə yetirmək üçün onun hədəfini özünüz üçün ...
  • Ramazan ayında Peyğəmbərə və imamlara and içmək orucun batil olmasına səbəb olurmu?
    6726 Nizamlar hüquq və əhkam 2011/11/24
    And içmək orucu batil edən şeylərdən deyildir. Amma əgər and içməklə Allaha, Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə və o həzrətin canişinlərinə qəsdən müəyyən bir yalanı nisbət verərsə, bu iş Allahın, Peyğəmbərin və onun canişinlərinin adından yalan danışmağın nümunəsi olduğuna görə orucun batil olmasına səbəb olar.Amma dualarda qeyd olunan andlara ...
  • Nəsnasın keyfiyyəti və varlığı necədir?
    6838 آفرینش انسان و جهان 2015/05/04
    Nəsnas müxtəlif formalarda təsvir olunub. Bəzi rəvayətlərə əsasən həzrəti Adəmin (ə) yaradılışından öncə olublar. Əlbəttə digər rəvayətlərə əsasən insanlardan bir dəstəsi mənəvi saflıqdan uzaq olmağa, heyvani hisslərinin güclü olmasına və bir çox günahları törətdiklərinə görə nəsnasın nümunələrindən hesab ediliblər. ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    167331 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165635 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120713 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115341 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    113931 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    95575 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    57157 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55536 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    47509 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46695 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...