Ətraflı axtarış
Baxanların
6495
İnternetə qoyma tarixi: 2011/09/18
Sualın xülasəsi
İslamda həqiqi olaraq ağıl və düşüncənin yeri haradadır?
Sual
İslamda həqiqi olaraq ağıl və düşüncəyə nə qədər yer verimişdir?
Bu cür qəbul etmək olar ki, İslam ağılı bir həddə etibarlı bilib onun hökmünü təyid edir. O vaxt ki, misal üçün oğlunun qanını ata üçün halal bilmək və ya indiki zamanda geniş şəkildə yayılmış pul vasitəsiylə mənfəətin əldə olunması və qiymətlərin hər an bahalanması və yaxud 8- yaşlı qız uşağının idarə olunmasını əgər ağıl qəbul etməzsə, o ağılın tövhid və vəhy etqadının olmasına məhkum olur!
Qısa cavab

Əvvəlcə yaxşı olar ki, bəzi dini məsələlər barəsində düzgün anlaşılmamazlıq barəsində söz açaq. Misal üçün o cür ki, burada açıqlanmışdır.

Birinci: Harada və hansı dini mənbədə gəlmişdir ki, övladı atanın vasitəsiylə öldürülməsinə icazə vardır?!

Bu səhv təsəvvürdür, heç bir fəqih bu cür hökm fətva verməmişdir. Odur ki, əgər bu cür bir hadisə baş verərsə və bir övlad atanın əlində ölərsə, aya ata bu haram işə görə qisas olmalıdır ya xeyr? Burada fəqihlər deyirlər ata qisas olunmur. Bu o demək deyil ki, övladın ata vasitəsiylə öldürülməsinə icazə verilmişdir və hər vaxt istəsə öz övladını öldürə bilər.

İkinci: Baxmayaraq ki, bəzi hökmlərin illətləri insan düşüncəsi və ağlıyla qəbul olunmur və ağıl bunları qəbul etmir, bu şübhə hazırda bəhs olunan məsələyə nöqsan yetirmir; çünki, o ağıl ki, fəlsəfə və kəlam terminlərində bəhs olunur. O ağlın xüsusi xüsusiyyətləri vardır ki, öz yerində bəhs olunmuşdur, nəin ki, hər bir hökmün fəlsəfəsi bir şəxsin ağlının dərk etməsi həddində olmalıdır! Bunun üçün də burada ağıldan məqsəd, ümumi termində işlədilən ağıl nəzərdə tutulmamışdır.

Üçüncü: Bəzi insanlar tərəfindən bəzi hökmlərin illətinin qəbul olunmaması, dindən çıxmağa və kənar olmağa səbəb olmur. Bu müqəddiməni açıqladıqdan sonra deyirik: Ağıl insanların daxilində olan bir inamdır ki, onları kamilliyə doğru rəhbərlik edir və şəriət (din) insan varlığından kənarda olan bir inamdır və bu (din) insanları çirkinliklərdən uzaqlaşdırıb olmarı kamillik və səadətə çatdırır.

Buna əsasən daxildə və xaricdə olan inamların bir- biriylə zidd olması mümkün deyildir.

O cür ki, ağıl, yaranılmışlardan biridir və hər bir varlığın da öz əhatəsi məhdudiyyəti vardır, təbidir ki, onu əhatə və dairəsi mümkün deyildir ki, məhdudiyyət daxilində olmasın. Bəs, ağılın fəaliyyət və məhdudiyyəti yaranmışlar dairəsindədir və bir həddə Allahı tanımağa qüdrəti çatır və olmadığı üçün, ona yol tapa bilmir.

Ağılın buna qüdrəti çatır ki, təbiətdə olan varlıqlar və şəriət çərçivəsi daxilində fəaliyyət göstərsin və onları dərk etməyə nail olsun, baxmayaraq ki, hər birinin barəsində vəhydən ehtiyacsız deyildir, ağılın əli, məad bəhsinin xırdalıqlarından və əhkamın sirlərindən aşağıdır. Bunun üçün də şəriətin göstərişlərinə ehtiyacı vardır. Nəticədə heç bir halda İslam və ağıl arasında müxalifətçilik yoxdur.

Ətreaflı cavab

Əvvəlcə yaxşı olar ki, bəhsin məlum olması üçün, dini məsələlərdə bəzi səhv təsəvvür və düşüncələr barəsində söz açaq. O vür ki, burada açıqlandı.

Birinci: Harada və hansı dini mənbədə göstərilmişdir ki, övladın ata tərəfindən öldürülməsinə icazə verilmişdir? Bu səhv bir təsəvvürdür. Heç bir fəqih bu cür hökmə fətva verməmişdir. Fəqihlərin verdiyi fətva budur ki, əgər bu cür hadisə baş verərsə, övlad atanın vasitəsiylə ölübdürsə, aya bu haram işə görə qisas icra olunur ya xeyr? Burada fəqihlər deyirlər ata qisas olunmur. Bu o demək deyildir ki, atanın vasitəsiylə övladın öldürülməsinə icazə verilir və hər vaxt istəsə övladını öldürsün.

İkinci: Baxmayaraq ki, bəzi insanlar arasında, bəzi hökmlərin illəti ağıl qəbul etməzdir və ağıl qəbul etmir, bu şübhə məsələyə heç bir nöqsan gətirmir; çünki, İslam fəlsəfəsi və kəlamı terminlərində bəhs olunan ağıl nəzərdə tutulmuşdur və o ağılın özünə məxsus xüsusiyyətləri vardır ki, öz yerində bəhs olunmuşdur, nəin ki, hər bir hökmün fəlsəfəsi hər şəxs üçün və onun ağıl dərk edən həddə olmalıdır!

Bunun üçün də burada ağıldan olan məqsəd ümumi insanlar arasında nəzərdə tutulan açıq deyildir.

Üçüncü: Bəzi insanlar tərəfindən, bəzi şəriət hökmlərinin illətinin qəbul olunmaması, insanların dindən uzaqlaşmasına səbəb olmur. Bu müqəddimədən sonra deyirik:

Termində, ağıl dərk edilməz bir varlıqdır ki, insanlar onun vasitəsiylə həqiqətlərə yol tapılır. Bunun üçün də ağıl həqiqətləri dərk etmək üçündür.

Həqiqətləri dərk etməkdən əlavə, insan şəxsiyyətini qoruyub- saxlayan və ona şərəf verən bir varlıqdır.[1] Hikmət sahiblərinin nəzərində ağıl bir neçə hissədən ibarətdir: Nəzəriyyə və əməl ağılı; nəzəriyyə ağlının vəzifəsi həqiqətləri tanıyıb dərk etmək və onlar haqında qəzavətlə hökm etməkdir.[2] Əməl ağılı isə o qüvvəyə deyilir ki, insan əxlaqı və rəftarını kontrol edir[3] və ya əməl etməli və etməməli işləri dərk edir. Əslində əməl ağılı həyat elmləri əsasındadır. Əməl ağılının hökmü bundan ibarətdir ki, bu işi həyata keçirim ya xeyr?[4] İmam Sdiq (ə) sözü kimi, əməl ağılı insanın bəndəlik mənbəyidir və Allah Taaladan behişt sərmayəsini əldə etmək yoludur.

« العقل ما عبد به الرحمن و اکتسب به الجنان » [5]

Hər halda, Ağıl və vəhy bəhslərində ağıldan məqsəd, insanın həmin dərk etmə qüvvəsidir ki, hər bir şeyi dərk edir.

İslam məktəbində, ağıl yüksək və uca bir məqama sahibdir. Əllamə Təbatəbai Əl- mizan təfsirində deyir: Ağıl insan varlığında olan ən şərəfli bir qüvvədir.[6] Allah Taala Quranda üçyüz dəfədən artıq insanları bu İlahi vergidən yararlanıb bəhrələnməyə dəvət etmişdir.[7]

Əllamə Təbatəbainin nəzərində, İslamda düşüncə və fikirləşməyin yeri o qədər yüksəkdir ki, Allah- Taala Qurani- kərimdə, hətta bir ayədə belə öz bəndələrini düşünməyə və ya öz yollarını kor- koranə getməyə əmr etməmişdir.[8] Bunun üçün də İslamla ağıl arasında heç bir müxalifətçilik rəva görülmür. Əlbəttə bəzi vaxtlar din çərçivəsindən kənar göstərişləri din dairəsində yerləşdirmək və yaxud ağılın doğru və düzgün dəlillərlə üzləşməməsi və ya ağıldan məxsus mənanın nəzərdə tutulması, bəziləri bu cür anlaşılmamazlığa doğru çəkir.

Nəhcül- bəlağədə həzrət Əlinin (ə) nəinki sözlərinə nəzər saldıqda, Peyğəmbərin (s) risatəli barəsində, bu cür istifadə olunur ki, ağıl və şəriət arasında nəin ki müxalifət yoxdur, bəlkə bir- birlərini təyid edirlər.

«... و یثیروا لهم دفائن العقول...»[9]

Ağıl xəzinələrini onlar üçün aşkar etsinlər. həzrət (ə) bu açıqlamada, Peyğəmbərlərin göndərilməsinin fəlsəfəsi barəsində buyurur: Allah Taala Peyğəmbərləri insanlara doğru göndərdi ki, onların yatmış ağıl və düşüncələrini oyatsınlar. Ağıl və insan fitrəti, bir xəzinə kimidir ki, bütün həqiqətlər onda toplanmışdır. Onun üçün də Peyğəmbərlər hər nə deyirlərsə ağıl və məntiq əsasında deyirlər. fiqh üsulu terminində (mulazimə qaydası) vardır ki, deyir:

« کل ما حکم به العقل حکم به الشرع »[10]

hər bir şeyə ki, ağıl hökm verir, şəriətdə ona hökm verir. Bunun əksi də düzgündür: Yəni

« کل ما حکم به الشرع حکم به العقل »

hər o şeyə ki, şəriət hökm verir ağılda hökm verir. Bunun üçün də şəriət hökmlərinin əsllərindən biri də ağıldır.

Buna görə də Peyğəmbərlərin və şəriətin hökmləri, ağılı əksinə deyildir. Onların bütün dedikləri ağılın qəbul etdikləridir ki, şeytanın vəsvəsələri nəticəsində, insanlar ondan xəbərsiz olmuşdurlar. Peyğəmbərlər gəldilər ki, insanların ağıl xəzinələrini onlar üçün təkrar etsinlər. Əsl halda Peyğəmbərlərin insanları haqq və həqiqətlərə dəvət yoluyla insanların özlərinin dəlil və məntiq vasitəsiylə ələ gətirdikləri yol arasında heç bir fərq yoxdur. Yalnız fərq ondadır ki, Peyğəmbərlər qeyb mənbəyindən kömək alırdılar və vəhy çeşməsindən içirdilər. Əlbəttə o böyük şəxsiyyətlər baxmayaraq ki, başqa bir aləmə bağlı idilər və oradan nazil olub insanların öz həddi və dərk etdikləri qədər onlarla söhbət edirdilər və insanlardan istəyirdilər ki, bütün insanlardan öz fitrət qüvvələrini işə alsınlar: Möhkəm məntiq və dəlillərə əl atsınlar. Bəs Peyğəmbərlər bu əxlaqa layiq deyildirlər ki, insanları gözü bağlı və kor- koranə hərəkət etməyə məcbur etsinlər.

Qurani- kərim buyurur: "De bu mənim yolumdur, mən və mənim davamçılarım tamam aşkar və gözü açıq olaraq bütün insanları Allaha doğru dəvət edirik".[11]

Bu üzdən ağıl və din, və yaxud şəriət və hikmət ki, məqsəd və yolları birdir, bir- birləriylə heç bir müxalifətçilikləri yoxdur. Həqiqi din, insanları dəlil üzündən təbiət aləmindən başqa bir aləmi tanımağa dəvət edir. Ağıl və Quran, rəvayət bir- birinə öz daxilində yer vermişdirlər. Ağıl insanların daxilində olan bir inamdır ki, onlar kamillik yolunda rəhbərlik edir, şəriət isə onların daxilindən kənarda olan bir inamıdır ki, insanların çirikinliklərdən nicat tapması üçün onları kamal və səadətə doğru zövq verir. O cür ki, İmam Kazım (ə) buyurur: Allah insanlar üçün iki inam yeri qərar vermişdir: İnsanın daxilində və zahirində olan iki inam mənbəyi amma insanın daxilindən xaricdə olan inam, Allahın göndərdiyi Peyğəmbər və imamlardır (ə) amma insanın daxilində olan inam isə ağıldır.[12]

Buna əsasən mümkün deyildir daxildə və insan xaricində olan iki inam arasında müxalifət olsun. İnam səlil və yol göstərən mənasında işlədilmiş və yol göstərən o şəxsə deyilir ki, məqsəd və yola və beləliklə onun son nəticəsiylə məlumatı vardır. İmam Kazım (ə)- ın rəvayətinə əsasən yeganə Allaha çatmaq üçün iki yol göstərən vardır: İnsanın daxilində olan yol göstərən və insan varlığında kənarda olan yol göstərən. Əlbəttə diqqət etmək lazımdır ki, bu iki inam mənbəyi bir- birlərindən ayrı və ehtiyacsız deyildirlər. O zaman insan öz məqsədinə nail olur ki, bu iki inam arasında bərabərlik və həm fikirlik olsun. O cür ki, İmam Hüseyn (ə) buyurur: Ağılın kamilliyi odur ki, haqdan itaət etsin[13], və Qurani- kərim buyurur: Allah Taala haqdır[14] və həqiqətlər onun tərəfindəndir.[15] Bəs ağılın haqdan itaət etməsiylə kamilləşir və o cümlədən Allahın göstərişlərindən itaət etmək, zahirdə olan inamdan (dindən) itaət etmək deməkdir.

Qurani- kərim buyurur: Allah, Peyğəmbər və Peyğəmbərlərin vəsilərindən itaət edin.[16] Mühüm nöqtə budur ki, dinin o böyük həqiqətləri ağılının kiçik bir hissəsiylə (Dekartın nəzərinə əsasən kamil ağılın mənası yoxdur və ona işarə etmir. Onun bütün diqqəti qabaqğı fikirləşmək və hesab- kitabı olan ağıl üzərindəndir). Yaxud da Preqmatizm məktəbində ağılladır. (Preqmatizm məktəbində o ağıl səmərəli və xeyirlidir ki, qarşılaşdığımız problemlərdə yolu bizim üzümüzə açsın.) və ya nəzəriyyə ağlıyla Kantın nəzərində (Kantın nəzərində, nəzəriyyə ağlı həll olmayan məsələlərdə və ağılın əmr etdiyi hökmlərdə heç bir etibarı yoxdur) müxalifdirlər.

Məlum olur ki, iman, şəhadət, qeyb aləminə inam və minlərlə İslamın əsası ağlın kiçik bir hissəsi və hesab edici ağıl hesabıyla təhlil və açıqlanan deyildir. Başqa bir tərəfdən isə ağılla düşüncə arasında fərq qoymaq lazımdır, bəzi vaxt düşüncə ağılın yerini tutur. Bunun üçün də həqiqətə oxşar məsələləri həqiqətin əsl yerində qərar verir, o cür ki, Qurani- kərimdə buyurur:

«... و هم یحسبون اَنهم یحسنون صنعاً»

Onlar hesab edirlər ki, xeyir iş görürlər.[17] Amma əslində onların düşüncələri başdan- başa batil idi.

Nəticə alırıq ki, Din və ağılın bir arada olması və İslamla ağılın dəlilləri arasında heç bir ixtilafın olmaması, onun üçündür ki, onların məqsədləri məlum və birdir, amma dinin həqiqətləriylə ağılın qanunlarında anlaşılmamazlığın olmalsı ağılın dəlil və məntiq əsasına riayət etməməsi və yaxud bizim dindən səhv nəticə almağımızın əsasındadır ki, öz səhv düşüncələrimiz əsasında hökm etmişik.

Əlbəttə diqqət etmək lazımdır ki, İslamın iki dairəsi, əqidə (dinin əsli) və əhkam (dinin fəri) daxilində, bəzi məsələ və hökmlər insan ağlından yuxarıdır, baxmayaraq ki, ağıl onlarla müxalifət etmir amma onların son məna və həqiqətinə də çata bilmir və onları dərk etməyə də qüdrəti çatmır o cümlədən məadın bəzi kiçik məsələlərini dərk etməkdən acizdir. Amma o hökmlər ki, siz sualınızda açıqladınız ağıl və məntiq əsasında sabit etmək olar və bu cür məsələlərdə ağıl və vəhy arasında heç bir qarşı durma və müxalifətçilik müşahidə olunmur.[18] Misal üçün İslamda ribanın haram olması, özünəməxsus fəlsəfəsi vardır, İslam məntiq əsasında iqtisadiyyatdan kənar olan hər cür mənffəti qəbul etmir, baxmayaraq ki, sərmayə qoymağı və onun yaradılmasına təkid edir və onu sahiblərinin haqı olmasını bildirib və iqtisadiyyatın fəaliyyətinin dayandırılması kimi və onun kontrol olması kimi bilir. Sərmayənin yaradılmasında ən tez nəzərə çarpan nöqtələrdən biri də budur ki, ribanın yaranmasına şərait yaradır ki, bu da qorxulu bir məsələdir.[19] Amma İslam ribanı haram etməklə və başqa buna oxşar problemlərin qarşısını almaq üçün o cümlədən qumar və şərt bağlanan oyunların və... tamamıyla dəlillərini rədd edib onların ziyanını faydasız bilmişdir. Başqa bir tərəfdən isə riba varlılarla kasıblar arasındakı dasiləni artırır və sərvətin çıxalmasına səbəb olur.

Nəticədə yaranan sıxıntılar cəmiyyətdəki kasıb insanların öhdəsinə düşür.[20]

Bəs "riba" nəinki şəriətdə qəbul olunmur bəlkə heç bir dəlil və məntiqə uyğun deyildir. Amma bizim nəzərimizdə bəzi hökmlərin ağıla müxalif olmasının illəti iki şeydədir:

Birincisi budur İslamın bir çox əsas həqiqətləri insanın kiçik ağlı nəticəsiylə dərk və qəbul edilməzdir.

İkincisi isə budur ki, ağıl və düşüncə arasında fərq qoymaq lazımdır, o cür ki, açıqlandı, mümkündür bir şəxsin düşüncəsi onun ağıl və dərk etdiyi məqamı ələ alsın. Nəticədə, çünki ağıl Allahın nişanə və vergisidir, hər kəs ağıl vasitəsiylə elm sorağına gedərsə, elmdən bəhrələnəcəkdir. İstər nəşr olunmuş elmlərdən olsun istərsə də ağlın dəlilləri. Amma əgər bir şəxs naqis oxşar məntiq və yaxud aldadıcı dəlillər əsasında müqəddəs mənşələri öyrənmək sorağına gedərsə, insan istəkləri tozu müqəddəs din əsaslarını bir örtük kimi alaraq öz tozuyla bürüyəcəkdir.

Beləliklə o şəxsin cavabında ki, deyir: Aya dinin bütün məsələlərində ağıl vasitəsiylə müdafiə etmək olar? Demək lazımdır: Ağıl dini tanımaq üçün lazımdır amma kifayət etmir. Bunun üçün də dinin bəzi məsələlərini ağılla himayət etmək olmaz çünki dinin ən zəruri məsələləri ağıl dəlilləri çərçivəsində qərar tutmamışdır, istər təbiətdə olan məsələlərə aid olsun. Istərsə də şəriətə. Başqa cür desək, zəruri məsələlər ümumi olaraq elm, aşkar və həqiqət olaraq ağılın dərk etmə qüvvəsi daxilində deyildirlər və o şeylər ki, ağıl ona elm və yəqin tapa bilmir və heç bir illət ona gətirə bilməz. Amma təbiətin və şəriətin ümumi hökmləri və anlaşmalarında ağıl dəliləri yol tapır.

Bir sözlə, çünki ağıl özünü bir çox məsələlər qarşısında aciz görür, vəhyə möhtacdır. Ağılın məntiqi budur ki, mən bilirəm ki, bir çox şeyləri bilmirəm və vəhyə ehtiyacım vardır.[21]

Əlavə məlumat üçün müraciət edin:

1.             Təfəkkür dər Quran, Əllamə Təbatəbayi seyyid Məhəmməd Hüseyn.

2.             Hikməte nəzəri və əməli dər Nəhcül- bəlağə, Cavadi Amuli Abdullah.

3.             Şəriət dər ayineye mərifət, Cavadi Amuli, Abdullah, səh 199- 224.

4.             Din şunasi, Cavadi Amuli Abdullah, səh 170- 174.

5.             Bavərha və porseşha, Məhdi Hadəvi Tehrani, səh 51- 58.

6.             Məbaniye kəlamiye ictihad, Məhdi Hadəvi Tehrani, səh 280- 284.

7.             Nəşriyyeye porseman, piş şomareye dəvazdəhom. 1381- ci il mordad ayı.

Məsələ: İslam və ağıl, həmsuyi və təzad. Rzaniyan Həmid Rza.



[1] - Kərəci, Əli, İstilahate fəlsəfi və təfavote anha ba yehdigər, səh 171- 172.

[2] - Şəhid Mütəhhəri, dəh qoftar, səh 30- 31.

[3] - Cavadi Amuli, Abdullah, Rəhiqe məxtum, cild 1, birinci hissə, səh 153.

[4] - Şəhid Mütəhhəri, qoftar, səh 30- 31.

[5] - Kuleyni, üsuli- kafi, cild 1, səh 11, hədis 3.

[6] - Təbatəbayi, Məhəmməd Hüseyn, Əl- mizan, cild 3, səh 57.

[7] - Həmin, cild 5, səh 255.

[8] - Nəfisi, Şadi, Əqlgerayi dər təfsire qərne çahardəhom, səh 194- 195.

[9] - Nəhcül- bəlağə, xütbə 1.

[10] - Səbzivari, seyyid Əbdül əli, Təhzibul- usul, cild 1, səh 145; Muzəffər, Məhəmmədrza, usulul- fiqh, cild 1, səh 217.

[11] - Yusif surəsi, ayə 108.

[12][12] - Bax: Müntəxəbe mizanul- hikmət, Reyşəhri Məhəmməd, səh 358, rəvayət 4387.

[13] - Bax: Muntəxəbe mizanul- hikmət, səh 359 rəvayət 4407.

[14] - Loğman surəsi, ayə 30.

[15] - Ali- İmran surəsi, ayə 60.

[16] - Nisa surəsi, ayə 59.

[17] - Kəhf surəsi, ayə 104.

[18] - Əgər bu sualınız barəsində ətraflı məlumat istəyirsiniz, sual şəklində hazırlayıb, təhqiq olunduqdan sonra cavabı göndəriləcəkdir.

[19] - Müraciət olunsun məktəb və nizame iqtisadiye İslami kitabına, Hadəvi Tehrani, səh 180.

[20] - Həmin, səh 180- 181.

[21] - Cavadi Amuli, Abdullah, din şunasi (dinin fəlsəfəsi silsiləvari bəhsləri), səh 127- 174.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    150621 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    122059 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    103299 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    97862 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    80808 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    64778 Nizamlar hüquq və əhkam
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    48012 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    36275 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    35510 Nizamlar hüquq və əhkam
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    35118 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...