Ətraflı axtarış
Baxanların
5253
İnternetə qoyma tarixi: 2011/09/04
Sualın xülasəsi
Niyə görə zəkat ona vacib olmamasına baxmayaraq Həzrət Əli (ə) namaz halında zəkat verdi?
Sual
Mənin sualım vilayət ayəsi, yəni Maidə surəsinin 55-ci ayəsi barəsindədir. Ayə deyir İmama Əli (ə) namaz qılan zaman sədəqə verdi...Burda bir sual yaranır: Həzrət Əli (ə) Peyğəmbər (s)-ın zamanında yoxsul idi. Elə buna görə də Həzrət Fatimə (s)-ya mehriyyə olaraq yalnız bir zireh verə bilir...Zəkat da ki, yoxsul insana vacib deyil, zəkat verməməlidir...Nəyə görə zəkat ona vacib olmamasına rəğmən bu işi gördü?
Qısa cavab

Həzrət Əli (ə) heç vaxt fağır və yoxsul olmamışdır, əksinə həmişə zəhmət çəkib çoxlu mal-dövlət ələ gətirər və hamısını bir yerdə Allah yolunda xərcləyər, ianə verərdi. Beləlilkə özü üçün bir şey qalmazdı. Bu ayədə o Həzrətin zəkat verdiyi yerlərdən birinə işarə edilir. Bundan əlavə, Quranda bir çox yerlərdə müstəhəb sədəqələrə də zəkat deyilmişdir. Bu növ sədəqələri bütün insanlar ödəyə bilərlər.

Ətreaflı cavab

Birinci: tarixdə qeyd edildiyi kimi, Həzrət Əli (ə) heç vaxt fağır və yoxsul olmamışdır, əksinə həmişə zəhmət çəkib çoxlu mal-dövlət ələ gətirər və hamısını bir yerdə Allah yolunda xərcləyər, ianə verərdi. Beləlilkə özü üçün bir şey qalmazdı. O Həzrətin çörək və xurma kisələrini çiyninə alıb yoxsulların evlərinə aparması haqqındakı hədis və rəvayətlər o qədər geniş yayılmışdır ki, bizim onlardan birini belə nəql etməyimizə ehtiyac qalmır. Habelə, qeyd edirlər ki, öz mal və sərvətinin böyük bir hissəsini qulların azad edilməsi üçün xərcləyirdi. Belə ki, yazırlar öz əlinin zəhmətilə min qul azad etmişdi. Bundan başqa, döyüş qənimətlərindən ona düşən pay da yüksək məbləğdə idi. Beləliklə zəkatı ödənilməsi vacib olan bir miqdar mal və ya kiçik bir xurmalıq elə də böyük bir mülkiyyət deyildi ki, Əli (ə)-da olmasın.[1]

Əgər hardasa onun yoxsulluğundan söz açılırsa, səbəbi o misilsiz insanın yoxsullara hədsiz əl tutmağıdır. Bu ayə də o Həzrətin zəkat verdiyi yerlərdən birinə işarə edir və göstərir ki, hətta rüku halında da yoxsulların əlindən tutmağı tərk etmirdi.

İkinci: Quranda bir çox yerlərdə müstəhəb sədəqələrə də zəkat deyilmişdir. Məsələn, bir çox Məkkə surələrində işlədilən “zəkat” kəlməsindən məqsəd həmin müstəhəb zəkatdır,[2] çünki, məlum olduğu kimi, zəkat Peyğəmbər (s)-ın Mədinəyə hicrət etməsindən sonra vacib olmuşdur.[3]

Əllamə Təbatəbai “Əı-mizan” kitabında yazır:

“Biz bu gün görürük ki, zəkat dedikdə insanın fikrinə vacib zəkat gəlir, sədəqə yadına belə düşmür. Onun səbəb bu deyil ki, ərəb dilinə əsasən sədəqə zəkat deyildir, bələkə buna görədir ki, İslamın yaşadığı bu min neçə yüzə il müddət ərzində din adamları və müsəlmanlar “zəkat” kəlməsini vacib yerlərdə işlətmişlər. Yoxsa ki, İslamın əvvəllərində zəkat kəlməsi özünün həmin lüğəvi mənasında işlənirdi. Zəkatın lüğəvi mənası onun dini terminologiyada ifadə etdiyi mənasından daha genişdir və sədəqəyə də şamil olur. Əslinə baxanda, zəkat elə lüğətdə – ələlxüsus, namaz kəlməsinin qarşılığında işlədilərsə – Allah yolunda mal-pul xərcləmək və bunu sinonomi mənasındadır. Göründüyü kimi, bu məsələ keçmiş peyğəmbərlərin əhvalatlarını hekayət edən ayələrdə də tamamilə müşahidə edilir...”[4]

Maidə surəsinin 55-ci ayəsi də (bu ayə əksər təfsir alimlərinin[5] də qeyd etdiklərinə əsasən Həzrət Əli (ə)-ın zəkat verməsi barəsindədir; o Həzrət rüku halında olmuş və üzüyünü fağıra vermişdir) ola bilər bu qəbildən olsun.

Beləliklə, əgər fərz etsək ki, Həzrət Əli (ə)-ın malına vacib zəkat gəlmirdi, yenə də üzüyü Allah yolunda vermək o Həzrətin fağıra verdiyi sədəqə və müstəhəb ianələrdən biri hesab edilə bilər.



[1] - “Təfsiri-numunə”, s. 429.

[2] - Nəml surəsi, 3; Rum surəsi, ayə 39; Loğman surəsi,ayə 4; Fussilət surəsi, ayə7 və s...

[3] - “Təfsiri-numunə”, c. 4, s.430.

[4] - “Əl-mizan” (farca tərcüməsi), c. 6. s. 11.

[5] -“Təfsiri-numunə”, c.4, s. 424.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • İmam Zaman (əleyhis-salam)-ın yaşayış yeri haradadır?
    3848 کیفیت زندگی امام غایب
    Bu barədə üç cür rəvayətlə qarşılaşırıq: Bəzi rəvayətlər o həzrət üçün xüsusi bir yaşayış yeri təqdim etmir. Amma bu qisimdən olan rəvayətlərin bəzilərində o həzrətin yeri “səhralar və dağlardır” deyə deyilir. İkinci qisimdən olan rəvayətlərdə camaat arasında tanınmaz halda yaşaması deyilir. Üçüncü qisim isə Mədinə ...
  • Namazda böyük həcmli surələri oxumaq üçün kampyuterin manitorundan istifadə etmək olarmı?
    3413 Qiraət
    Əgər ayaq üstrə namaz qıla bilmirsinizsə sizin vəzifəniz stul üzərində namaz qılmaqdır. Bu halda qalan şəraitə riayət etməklə kampyuter mizi üzərində namaz qılmağın eybi yoxdur. İstənilən halda Quranın böyük surələrini namaz qılarkən kampyuterin manitoru üzündən oxumaq olar. ...
  • Yerli cavanlar cəmiyyəti arasında, Allahı tanıma mövzusunu necə izah vermək olar?
    3827 Qədim kəlam
    Etiqadi məsələlər silsiləsində, Allah tanıma mövzusu ən mühüm mövzulardandır ki, çox geniş məsələləri əhatə edir. Siz bu məsələləri təbliğ və izah etmək üçün, iki məsələyə riayət etməlisiniz. Birincisi budur ki, münasib və məntiqi müzakirələr seçsinlər. İkincisi budur ki, xitab olunanların elmi səviyyəsi və ruhiyyəsi dəqiq formada riayət olunmalıdır. Birinci ...
  • Nə üçün ölü müctəhidə təqlid etmək caiz deyildir?
    3595 Əhkam və hüquq fəlsəfəsi
    Ölü müctəhidə təqlid etməyi caiz bilməyən fəqihlər bir çox dəlillərə istinad etmişlər. Həmin dəlillərdən agah olmaq üçün gərək fiqhi kitablara müraciət olunsun. Amma bu sual digər şəkildə də irəli çəkilə bilər. O da bundan ibarətdir ki, bu qrup müctəhidin nəzərindən belə bir hökmün faydası və həqiqətdə onun ...
  • Tin surəsinin təfsirində (Furat təfsiri)belə bir hədis gəlmişdirki əncirdən tindən məqsəd Həsən zeytundan isə məqsəd Hüseyn əleyhissəlamdır. Bu barədə olan hədis mötəbərdirmi?
    4352 Təfsir
    Qurani kərim zahiri mənalarına malik olmaqdan əlavə, mümkündür çoxlu batini mənaları da olsun. Nümunə üçün Allahın tin surəsinin əvvəllərində and içdiyi tin və zeytunun zahiri mənası ola bilsin həmin incil və zeytun olsun ki, bütün camaatın diqqət mərkəzində olanlar olsun. Yəni İncil və Zeytun ...
  • Özünü müdafiə edərkən insanın başqasını yaralamasının və ya qətlə yetirməsinin şəri hökmü nədir?
    797 Nizamlar hüquq və əhkam
    Cəmiyyətin ayrı-ayrı fərdləri arasında baş verən ixtilaflarda tərəflərdən heç birinin qarşı tərəfə fiziki güc işlətmək, yaxud savaşmaq haqqı yoxdur.[1] İslam nəzərindən ixtilafların həll edilməsinin və haqqın öz sahibinə qaytarılmasının yeganə yolu xeyirxah insanlara, yaxud islam qazisinin məhkəməsinə müraciət etməkdir. Buna görə də əgər bir ...
  • “Seyid” ilə “Mir” in fərqi nədir
    1776
    Əziz oxucu! “Mir” kəlməsi “Əmir” kəlməsinin qısaldılmış formasıdır. Bəzən “seyid” kəlməsinin sinonimi kimi və bəzən də “Mirza” (Mirza o şəxsə deyilir ki, anası seyiddir amma atası yox.) mənasında işlədilir. Bu səbəbdən bu kəlmənin işləndiyi yerə və seyid ilə əlaqəsinin növündən asılı olaraq, mənası dəyişir. ...
  • Zəlalət yaradan kitablar və onun hökmü nədir?
    3037 Azdırıcı kitabların saxlanması
    “Zallə” (zəlalət yaradan) kəlməsi “zəlal” və “zəlalət” kökündən alınmışdır və hidayətin antonimidir. Termində isə “qəti və danılmaz olan haqqın əksi” mənasınadır, istər islam dininin etiqad prinsiplərinin, istər şiə məzhəbinin, istərsə də şiənin qəti əqidələrindəki məsələlərin əksinə olsun. Bu şərtlə ki, o məsələlərin haqq olması qəti olsun. Buna ...
  • Үсулиддиндә әдаләтдән мәгсәд нәдир?
    4731 Qədim kəlam
    Кәлам елминдә әдаләт бәһси ҝениш мәнада арашдырылыр вә тәриф олунур. Амма, алимләр арасында (хүсусилә, имамијјә илә мөтәзилә) әдаләт бәһсиндә ән чох ихтилафлы мәсәлә һәр бир шәхсә мүкафат вә ҹәза верилмәсиндә онун һаггынын нәзәрә алынмасы зәрурәтидир.Әшаирә мәзһәбиндән оланлар әдаләт бәһсиндә бу нәзәријјәни ...
  • Ayağın üstünə məsh çəkmək üçün söykənəcəyə söykənmək şərtdirmi?
    3161 Nizamlar hüquq və əhkam
    Başa və ayağa məsh çəkmək, söykənəcəyə söykənmək ya söykənməmək şərt olunmayıbdır. Əksinə meyar budur ki, baş və ayaq hərəkətsiz saxlanılıb və onların üstünə əl şəkilməlidir. Ayağın söykənəcəyə söykənməsinin deyilməsi, onun hərəkətsiz qalması üçündür. Həzrət İmam Xumeyni (rh) bu barədə buyurubdur: "Başa və ayağın üstünə məsh çəkəndə əli onların üstünə ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    111749 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    85095 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    63938 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    47078 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    34901 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    34027 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    24312 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    23651 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    23378 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    21683 Qədim kəlam
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...