Ətraflı axtarış
Baxanların
37264
İnternetə qoyma tarixi: 2011/09/18
Sualın xülasəsi
Musiqinin haram olmasının dəlillərini açıqlayın?
Sual
Musiqi nə üçün haramdır?
Qısa cavab

Fiqh terminində musiqiylə ğina bir- birindən fərqlidirlər. Ğina o səsə deyilir ki, insan boğazında bir neçə not şəklini alaraq səslənsin və dinləyicidə sevinc və fərəh halının yaranmasına səbəb və oyun və rəqs məclislərinə münasib olsun.

Amma musiqi, bir səsdir ki, musiqi alətindən eşidilir.

Bir çox ayə və rəvayətlərə və bir çox psixoloqların sözlərinə nəzər saldıqda insanın fəsada, Allahı yaddan çıxarması və musiqinin insan ruhiyyəsində mənfi təsir qoyması və zalım hakimiyyətlərin ondan çirkin məqsədləri üçün istifadə etməsi, musiqinin haram olması dəlili kimi hesab olunur. Musiqinin əsas haram olmasının dəlili (və yaxud onun bir hissəsinin halal olması) Quran ayələri, Peyğəmbər (s) və məsum İmamların (ə) rəvayətləridir. Quran ayələri arasında Furqan surəsi 72- ci ayəsi, Həcc surəsinin 30- cu ayəsi, möminun surəsinin 3- cü ayəsi və Loğman surəsinin 6- cı ayəsi bu mövzuya işarə etmişdir ki, imamlar (ə) onun təfsirində buyurmuşdurlar: ""قول زور" ، "لهو" و "لغو"" (qəvli zur) "ləhv" və "ləğv" kəlmələrindən məqsəd ğinadır.

Beləliklə bir çox rəvayətlər vardır ki, ğinanın haram olmasını sabit etmək üçün onlara əsaslanmışdır. Amma başqa bir dəstə rəvayətlərə görə, onda musiqi alətinin istifadə olunması haram sayılmış və onun haram olmasını isbat etmək üçün onlardan istifadə olunmuşdur.

O cür ki, ğina hər cür səsin ucaldılması mənasında istifadə olunmuşdur, bunun üçün də bütün fəqihlər (insan hislərini oyadan) bir vasitə kimi, ğinanı haram bilirilər. bəziləri isə onun insanı hərəkətə gətirən bir vasitə olmasını əlavə edirlər.

Musiqi barəsində də bir çox fəqihlər onun haram olmasını haram bilir və bəziləri də onun oynaq olması üçün onun haram olmasını bildirirlər.

Ətreaflı cavab

1.             Musiqinin mənası.

"Musiqi" və ya "Musiqa" Yunan kəlməsidir və lüğətdə isə "ğina" kimi də tərcümə olunmuşdur; amma dini nəzəriyyə və fiqh terminində bir- biriylə fərqlidirlər. "Ğina" şəriət terminində ibarətdir "insan boğazından səslənib boğazda fırlanıb cəh- cəh şəklində eşidilsin. Və eşidən şəxsdə sevin və fərəh halı yaratsın, bundan əlavə kef və münasib olmayan məclislərdə uyğun olsun". Amma musiqi "bir səsdir ki, musiqi alətindən eşidilir, bunun üçün də elmi və fiqhi nəzəriyyəsi çərçivəsində bir- birindən fərqlənirlər.[1]

2.             Musiqi və ğinanın haram olmasının hikməti.

Bir çox ayə və rəvayətlər və psixoloqların sözləri üzündə tədqiqat aparıldığı zaman, onun haram olmasının fəlsəfəsini aşağıda qeyd olduğu kimi əldə etmək olar:

A: İnsanı fəsad və çirkinliyə doğru çəkir:

Peyğəmbərdən (s) bizə çatan hədislərdən birində buyurur: "Ğina zinanın nərdivanıdır".[2] Təcrübə göstərir ki, bir çox insanlar ğinanın təsiri altında təqvadan uzaq olub fəsad yola düşmüşdürlər. Ümumi olaraq ğina məclisləri hər növ fəsadın mərkəzidir.[3]

B: Ğina insanı Allahı yad etməkdən uzaqlaşdırır:

Qurani- kərim buyurur: İnsanlardan bəziləri mənasız söz xəridarıdırlar ki, nadanlıq vasitəsiylə insanları İlahi (haq) yoldan azdırırlar və Quranı məsğərə edirlər, onlara xar edici əzab nəsib olacaqdır."[4] Bu ayədə insanları haqq yolundan azdıran amillərdən biri də "ləhvul- hədis" mənasız söz bildirilmişdir. "Ləhv" o şeydir ki, insanı elə özünə məşğul edər ki, lazım olan işlərin yadan çıxmasına səbəb olar. İslamı rəvayətlərdə onu "Ğina" kimi təfsir etmişdirlər.[5]

C: Musiqini insan psixologiya və sinir sistemlərində mənfi təsiri:

Musiqi və ğina insanın sinir sistemlərinin pozulmasında rolu olan amilərdən biridir. Musiqi tədqiqatçılarının nəzəriyyəsi ömründə bir çox narahatçılığa səbəb olur və zaman keçdikcə insan öz sinir sistemini itirir və bir çox insan psixoloji xəstəliklərə düçar olur. Əlbəttə özlərinin idarə olunmasını da əldə verirlər. bəziləri isə fələc və öz qüdrətlərini əldən vermişdirlər. bəziləri isə musiqi alətlərini ifa edərkən qan dövrləri yüksəlir və nəticədə infakt xəstəliyinə düçar olmuşdurlar".[6]

D: Ğina, istemarçıların bir növ vəsiləsidir:

Dünya istismarçıları hər zaman insanların, xüsusiylə də cavan nəslin ayağa qalxmasından qorxmuşdurlar, bunun üçün də onların geniş proqramlarından bir hissəsi də insanları qəflət və nadanlığa doğru çəkib münasib olmayan işlərlə insanların məşğul olmasını istəmişdirlər.

Fəsad mərkəzlərinin yaradılması, qumarxana klubları və beləliklə bir çox münasib olmayan proqramlar o cümlədən ğina və musiqi ən mühüm vasitədir ki, onlar insanların fikir və düşüncələrinin məlumatsız olması üçün buna təkid etmişdir.[7]

3). Musiqi və ğinanın haram olması yuxarıda qeyd olunan hikmətlərdir,

nəin ki, tamam ilət və bu dəlil olsun, bəzi yerlərdə də baxmayaraq ki, bu cür yerlərdə mənfi təsiri yoxdur amma yenə də haram sayılmışdır.

4). Musiqinin haram olmasının əsl dəlilləri (və ya bəzi hissəsinin halal olması)

Quran ayələri, Peyğəmbər (s) və İmamların (ə) rəvayətləridir ki, fiqh elmi ixtisası çərçivəsində təhqiq və tədqiq olunur və bu məqalə bu geniş bəhsin dairəsindən kənardır.

Amma o ki, xülasə olaraq ona işarə etmək olar bir neçə mətləbdən ibarətdir:

A: Baxmayaraq ki, Quran ayələri bir başa musiqinin haram olmasını açıqlamışdır və bir çox hökmlər kimi ümumi olaraq hökm vermişdir. Amma bəzi ayələr, o cür ki, Peyğəmbər (s) və İmamlar (ə) onlardan təfsir etmişdirlər ğinaya (musiqiyə) şamil olur. Bu mövzuda bir neçə ayəyə işarə edirik:

1.              İmam Sadiq (ə) ayələr və o şəxslər batilə şəhadət vermirlər (və batil məclislərində iştirak etmirlər)[8] və "batil sözlərdə pərhiz edən"[9] barəsində buyurur: "Məqsəd musiqi və ğina məclisləridir".[10]

2.              İmam Sadiq (ə) "və onlar ki, ləğv və mənasız sözlərdən üz çevirmişdirlər".[11] Ayəsi barəsində buyurur: Bu ayədə "ləğv"dən məqsəd ğina və oxumaqdır".[12]

3.              İmam Baqir (ə) və imam Sadiq (ə) bu ayə "insanlardan bəziləri mənasız sözləri alırlar ki, insanları nadanlıq üzündən İlahi yolundan azdırsınlar və Allahın ayələrini məsğərə etsinlər, onlar üçün xar edici əzab nəzərdə tutulmuşdur".[13] Barəsində buyururlar: "Mənasız sözlərdən məqsəd. Ğinadır".[14]

Nöqtə: Baxmayaraq ki, bu rəvayətlərin çoxu, işarə olunan ayələrin ğinaya şamil olmasını bildirir, amma bəzi rəvayətlərdə, musiqiyə şamil olduğunu bildirmişdir.[15] Fəqihlər də bu ayələrdən bəzilərinin musiqiyə şamil olduğunu bildirmişdirlər.[16]n

B: Quranın haram olmasına dəlalət edən ən mühüm dəlil, bir neçə rəvayətdir ki, Peyğəmbər (s) və Əhli-beytindən bizim əlimizə çatmışdır və bir başa olaraq açıq- aşkar ğinanın haram olmasına dəlalət edir. Nümunə olaraq onlardan bir neçəsinə işarə edirik:

İmam Baqir (ə) buyurur: Ğina o şeylərdəndir ki, Allah Taala onun əzabını cəhənnəm qərar vermişdir".[17]

İmam Sadiq (ə) buyurur: "Ğinadan çəkinin".[18]

C: Musiqinin də haram olması haqqında Peyğəmbər (s) və məsum imamlardan (ə) bir çox rəvayət əlimizə çatmışdır ki, onlardan bir neçəsinə işarə edirik:

İmam Sadiq (ə) buyurur: "Saz və avaz alətləri, şeytan əlamətlərindəndir, bəs yer üzündə bu növdə olan hər bir şey şeytan tərəfindəndir".[19] Peyğəmbər (s) buyurur: Sizləri musiqi alətlərindən qadağan edirəm."[20]

D: Bəs "ğina" kəlməsi "səsin uzadılması" mənasında işlədilmiş və bəlkə də hər növ səs və avaz mənasında işlədilmişdir.[21]

Şeyx Ənsarinin sözlərinə əsasən "tamamiyla və aşkar olaraq bu mənalardan heç biri haram olmasını bildirmir".[22] Bunun üçün də bütün fəqihlər (Müctəhidlər) ğinada "ləhv" in (mənasız sözlərin) olmasına işarə edərək onun haram olmasını bildirirlər; yəni (ləhv) mənasız ğinalar haramdır.[23] ("ləhv" kəlməsini Allahı yaddan çıxarıb çirkin sözlərdə qərq olmaq mənasında işlədmişdirlər.[24] Deyirlər o ğina və avaz haramdır ki, ləhv və fəsad məclislərinə münasib olsun.[25]

Bəzi fəqihlər ğinanın "ləhv" olmasından əlavə "mutrib"- i də ona əlavə etmişdirlər.[26] "Mutrib yüngül düşüncəli insana deyilir ki, musiqi səsini eşitməklə insanın daxilində yaranır və insanı normal haldan uzaqlaşdırdır. Musiqi barəsində (bir səs ki, musiqi alətindən eşidilir) də bir çox fəqihlər, o növ musiqini ki, onda "ləhv" vardır haram bilir və bəziləri "mutrib" musiqiçilərə qulaq asmağı haram bilirlər.[27]

Son nöqtə:

Əvvəldə qeyd etdiyimiz kimi, bu bəhsin dəqiq tədqiqi üçün, fiqh ixtisası dairəsində həyata keçirilməsi lazımdır və o şəxslər ki, bu mövzuda ictihad etmə qüdrətləri yoxdur öz müctəhidindən itaət etməlidir.



[1] - Seyyid Müctəba Hüseyni (porseşha və pasoxhaye daneşcuyi) səh 169; İmam Xumeyni (rəh) əl- məkasib əl- muhərrəmə, cild 1, səh 198- 224; Hüseyni, Əli, Əl- musiqi, səh 16- 17; Təbrizi istiftaat, sual 10, 46 və 1048; Fazil, Cameul- məsail, cild 1, sual 974,978 və 979.

[2] - Əl- ğina təqiyyətul- zina; Biharul- ənvar, cild 76, bab 99, Əl- ğina.

« الغناء رقیة الزنا »

[3] - Bax: Təsiri musiqi bər rəvan və əsab, səh 29; ruhul- məani təfsiri, cild 21, səh 6; nümunə təfsiri, cild 17, səh 25 və 26.

[4] - Loğman, surəsi, ayə 6.

« ومن الناس من یشتری لهو الحدیث لیضل عن سبیل الله بغیرعلم و یتخذها هزوا اولئک لهم عذاب مهین »

[5] - Vəsailüş- şiə, cild 12, bab 99, əbvabe ma yəktəsibu bih.

[6] - Təsiri musiqi bər rəvan və əsab, səh 29- 92. (Götürülmüşdür nümunə təfsiri, cild 17, səh 26).

[7] - Nümunə təfsiri, cild 17, səh 27.

[8] - Furqan surəsi, ayə 72.

« والذین لا یشهدون الزور »

[9] - Həcc surəsi, ayə 30.

« واجتنبوا قول الزور »

[10] - Vəsailüş- şiə, cild 12, bab 99, Əbvabe ma yəktəsibu bih, hədis 2- 3- 5- 9 və 26.

[11] - Möminun surəsi, ayə 3.

« والذین عن اللغو معرضون »

[12] - Əli- ibni İbrahimin təfsiri, cild 2, səh 88.

[13] - Loman surəsi, ayə 6.

[14] - Vəsailuş- şiə, cild 12, bab 99, əbvabu ma yəktəsibu, hədis 6- 7- 11- 16- 25.

[15] - Həmin, bab 100, hədis 3.

[16] - İmam Xumeyni (rəh) Əl- məkasib əl- muhərrəmə, cild 1, səh 2.

[17] - Vəsailuş- şiə, cild 12, bab 99, əbvabu ma yəktəsibu bih, hədis 6.

[18] - Həmin hədis 23- 24.

[19] - Həmin, bab, 100, hədis 5- 6.

[20] - Həmin.

[21] - İmam Xumeyni (rəh) Əl məkasib əl muhərrəmə, cild 1, səh 299.

[22] - Məkasib, Şeyx Ənsari, cild 1, səh 292.

[23] - Risaleye daneşcuyi, səh 171.

[24] - Əhməd Şərəmxani, İnsan, ğina, musiqi, səh 14.

[25] - Risaleye daneşcuyi, səh 171. hər halda gözəl səsin tamamıyla haram olması insan ağlına qəbul edilməz və bəzi rəvayətlərlə müxalifdir ki, Quranı gözəl səslə oxumağa çağırır. Məqsəd məxsus olan bir növ haramdır ki, ondan "batil" və ya "ləhv" kimi (təbir) məna olunmuşdur.

[26] - Həmin.

[27] - Tozihul- məsaile mərace, cild 2, səh 813- 913; Məsaile cədid, cild 1, səh 47- dən sonra.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Zikrdən məqsəd nədir?
    13129 ذکر 2012/10/06
    Allahı zikir etmək insanın ruhiyyə və əxlqında böyük təsiri vardır ki, qarşılıqlıdır. Allahı yad etmək bəndədən və ürəyin aydın, saf və Allahın əmirlərinə əməl etməmək qorxusu, günahların bağışlanması, elm və hikmətin əta olunması isə Allah tərəfindəndir. Umumi olaraq zikri iki hissəyə bölmüşdürlər dildə və qəlbdə, dildə olan ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    95362 Təmkin etməyin həddi və şərayiti 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • “Quran qiraətinin batini ədəb qaydaları” dedikdə məqsəd nədir?
    8169 Quran elmləri 2012/04/09
    Quran Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in əbədi möcüzəsi və böyük Allahın kəlamıdır. Buna görə də islamın əvvəllərindən etibarən müsəlmanların arasında xüsusi ehtiram və dəyərə layiq görülmüşdür. Müsəlmanlar hətta bu asimani kitabın qiraəti ilə əlaqədar Quran ayələrinə və Peyğəmbərin tövsiyə və hədislərinə əsasən öz növbəsində misilsiz olan xüsusi ...
  • Aya qadın edə bilər ailəsinin icazəsi olmadan internetdə başqalarıyla rabitə yaratsın?
    6844 Nizamlar hüquq və əhkam 2012/02/07
    Müctəhidlərin bu sual qarşısında olan cavabları ibarətdir: 1.             Xamineyi: Əgər kişinin malından istifadə etmirsə, icazə lazım deyil, amma diqqət etmək lazımdır naməhrəmlə rabitə həmişə fəsadla birlikdədir və ya günaha düşmək qorxusu vardır və caiz deyildir (icazə verilmir).
  • Əhli-sünnət və Bilal Həbəşi
    8583 تاريخ بزرگان 2011/09/12
    Əhli-sünnətin mənbələrində Peyğəmbər (səlləllahu əleyhi və alih)-in böyük səhabəsi olan cənab Bilal Həbəşi barəsində müəyyən mətləblər qeyd olunmuş və deyilmişdir ki, onu Əbu Bəkr azad etmişdi. Kafirlərin işgəncələri qarşısında müqavimətli bir şəxs olan Bilal Peyğəmbər (səlləllahu əleyhi və alih)-in azan deyəni, müharibələrdə İslam mücahidi idi və həmişə Peyğəmbərlə yanaşı ...
  • İmam Zaman (ə.c.) barəsində şiə və sünni nəzərləri arasında fərqlər varmı?
    15829 Qədim kəlam 2011/11/09
    Məhdəviyyət inancı və Məhdi (ə)- in zühuru düşüncəsi İslam əqidəsinin mühüm bir hissəsindən sayılır ki, İslam Peyğəmbəri (s)- in müjdə verməsinə əsasən, bütün İslami firqə və məzhəblər arasında formalaşmışdır. Həzrət Məhi (ə)- də aid hədislər əhli- sünnənin məşhur kitablarının çoxunda da gəlibdir. Bu hədislərə yaxşı diqqət etdikdə, imam ...
  • Һансы үстүнлүјә ҝөрә Аллаһ-таала Һәзрәт Сүлејмана (әлејһиссалам) һөкумәт вә әзәмәтли мүлк әта етмишдир?
    8588 Qədim kəlam 2010/09/29
    Илаһи пејғәмбәрләрин ҝөндәрилмәсиндән һәдәф дүзҝүн јашајыш вә хошбәхтлик јолуну, илаһи ҝөстәришләри инсанлара чатдырмагдыр. Амма бәзи дини мәсәләләр вар ки, о ҹүмләдән, игтисади ислам ганунлары, ҹиһад вә с... һаким гүдрәт олмадан оналары иҹра етмәк мүмкүн дејил. Белә олан һалда әҝәр ҹәмијјәтин идарә едәнләри пејғәмбәрләрин ҝөстәришләринә табе олмасалар, ...
  • “Əliyə itaət etmək (Allaha) bəndəlik və xüzu, ona itaətsizlik etmək Allaha küfrdür” hədisi düzdürmü?
    7059 Hədis elmləri 2011/10/20
    Məzmunu mütəvatir olduğuna görə bu hədis (məzmunca) səhihdir. Yəni bu mənaya çoxlu hədislərdə təkid olunmuşdur. Bu hədisdə deyilən “küfr” islamın müqabilində olan küfr yox, imanın müqabilində olan küfrdür. Aydındır ki, kafirin nəcis olması və s. hökmləri iman müqabilində olan küfrə aid ...
  • İslami cəhətdən hindlilər (bütpərəstlər) nəcisdirlərmi və onların rütubətindən çəkinmək lazımdırmı?
    6702 Nizamlar hüquq və əhkam 2011/10/24
    Bütünmüctehidlərinrəyinəəsasən, kafirnəcisdirvəonunrütubətindənçəkinməklazımdır. MərhumİmamXomeyni (rəhmətullah
  • Sizin Qold-kuist şirkəti barəsində nəzəriniz nədir?
    6309 Nizamlar hüquq və əhkam 2011/09/12
    Qold-kuist, Qold-mayn şirkətlərinin fəaliyyəti, eləcə də ümumi şəkildə piramida tipli sərmayə yığmağa məşğul olan şirkətlərin ölkə iqtisadiyyatına vurduğu zərər və xəsarətlərə nəzər yetirməklə o şirkətlərin fəaliyyəti qadağandır. O zərərlərdən bəzilərini qeyd edirik:1. Sərmayənin və valyutanın ölkədən xaric olması və onun müqabilində həqiqi əmtəənin ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    166904 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165544 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120577 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115153 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    113567 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    95362 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    56800 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55448 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    47359 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46553 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...