Ətraflı axtarış
Baxanların
3765
İnternetə qoyma tarixi: 2011/05/15
Sualın xülasəsi
Bir Avropalı üçün İslam və şiəni olduğu kimi tanıtdırın.
Sual
Bir Avropalı üçün İslam və şiəni olduğu kimi tanıtdırın.
Qısa cavab

İslam lüğətdə təslim olmaq və boyun əymək deməkdir. Bunun üçün də İslam dinini, İslam adlandırmışdırlar ki, onun bütün göstərişləri aləmlərin Rəbbi olan Allahın qarşısında təslim olmaqdır ki, insan yeganə Allahdan başqasına itaət etməsin və yalnız o Allahın əmrlərini yerinə yetirsin.

Həqiqətdə İslam dini bütün keçmiş dinlərin kamilliyidir ki, onlara nisbət kamil olaraq zühur etmişdir. İslam dini bütün dinlər kimi üç hissə, əxlaq və hökümlərdən ibarətdir.

Əqidə ibarətdir: Allahın birliyinə, ədalət, nübüvvət, İmamət və məada inam.

Ayə və rəvayətlərdən istifadə edərək İslamın həqiqi gerçəkliyini Əhli- beyt (şiə) məzhəbində görmək olar. Şiə buna inanır ki, İslam Peyğəmbəri (s) öz ümmətini özündən sonra rəhbərsiz qoymamış və Allahın əmriylə İslam dininin qorunub saxlanması üçün on iki İmamı öz canişini olaraq insanlara tanıtdırdı ki, onların birincisi İmam Əli (ə) və onların sonuncusu isə həzrət Məhdidir (ə) ki qeyb dövrünü yaşayır. Öz zuhuruyla zalimlərə və zülmə son verəcək və dünyanı ədalətlə dolduracaq.

Hökümlər hissəsində də demək lazımdır: İslam nəzərində bütün işlər ki, insanın ixtiyarına qoyulur, vacib, haram, müstəhəb, məkruh (xoşagəlməz) və mübah (bəyənilmiş) hökümlərindən kənar deyildir. Bu hissəni dinin furuları (yolları) kimi də adlandırmışdırlar ki, (namaz, oruc, həcc, zəkat, xums, cihad, əmr be məruf və nəhy əz münkər (xeyir işlərə dəvət və çirkin işlərdən çəkindirmək) Təvəlla və Təbərra (Əhli- beyti sevmək, düşmənlərinə qarşıdüşmənçilik) və... şamil olur.

Əxlaq da yuxarıdakı iki yol kimi: bir sıra işlərdir ki, İslam burada insaniyyət yolunu göstərir ki, insan fitrətiylə bərabərdir və onun yolu yalnız dünya və axirətdə səadətə yetişməkdir.

Ətreaflı cavab

İslam dini Allah tərəfindən olan ən son və kamil bir dindir ki, onun əziz Peyğəmbəri həzrət Mustafa (s)- in vasitəsiylə insanların hidayəti üçün göndərilmişdir. Bir dindir ki, əvvəlki Peyğəmbərlər onun və Peyğəmbərin gələcəyindən xəbər vermişdirlər. Quran ki, İslam Peyğəmbərinin cavidan möcüzəsidir, buyurur: Əvvəlki Peyğəmbərlər, İslam Peyğəmbərinin zühur edəcəyindən xəbər vermişdirlər və hətta kitab əhli İslam Peyğəmbərinin (s) zühurunun intizarını çəkirdilər. [1] Xüsusiylədə həzrəti İsanı ibn Məryəmin dilindən buyurur: ki, O İslam Peyğəmbərinin zühur edəcəyindən xəbər vermiş və o həzrətin adını Əhməd (s) olaraq tanıtdırmışdır. [2]

İslam da digər İlahi dinlər kimi üç hissə əqidə, əxlaq və hökümlərdən təşkil olmuşdur. Yalnız fərq bundan ibarətdir ki, başqa dinlərə nisbət bunların hamısında ən kamilidir: Çünki İslam yeganə bir dindir ki, Allah tərəfindən həzrət Adəm (ə)- dan həzrət Məhəmməd (ə-) a qədər bütün Peyğəmbərlərə nazil etmiş və bütün suhufi İbrahimdə (ə) və Davudun (ə) Zəburunda, Musanın (ə) Tövratında və İsanın (ə) İncilində gəlmişdir, kamil və tamam şəkildə həzrət Məhəmmədin (s) Quranında qeyd olunmuşdur [3] və təhrifdən amanda qalmışdır.

Əqidə ibarətdir: Allah Taalanın birliyinə inam və ədalət (Allahın adil olması) nübüvvət (Allah tərəfindən insanların hidayəti üçün Peyğəmbərlərin göndərilməsi) İmamət və məad (qiyamət gününə inam) qəbul etmək.

Əqidə hissəsində hər bir müsəlmana lazımdır, Allahın yeganəliyinə şəhadət verdikdən əlavə həzrət Məhəmmədin (s) Peyğəmbərliyini də qəbul etsin. Amma belə olmadıqda müsəlman sayılmır, əlbəttə şəhadətin lazım nöqtəsi, digər Peyğəmbərlərə də iman gətirib, qiyamət gününü qəbul edərək, İslamın sonuncu din olmasını, mələkləri, Peyğəmbərin doğru və düzgün olduğunu sabit edən dəlilər ki, dinin lazım olan nöqtələrindən sayılır, bunlardan hər birinə iman gətirməmək insanın İslam əhatəsindən xaric (kənar) olmasıdır. İslam dini ağıl və fitrət dini olduğu üçün, əqidə də təqlid etməyi qəbul etmir və insanlardan istəyir ki, tədqiq və dəlilər əsasında öz dinini təyin etsin. [4]

Amma əhkam bölməsində demək lazımdır: Mükəlləf (həddi buluğa çatan) hər bir şəxs gördüyü iş vacib, haram, müstəhəb, məkruh və mübah dairəsindən kənar deyil.

Bu hökümlər ki, İslam insanlar üçün qərar vermişdir, dinin furuları (budaqları) adlandırılmışdır ki, namaz, oruc, həcc, zəkat, xums, cihad, əmr be məruf və nəhy əz münkər Təvəlla və Təbərra- dan ibarətdir.

Bu hökümlərə əməl edib onlarda payidar olmaq insan xoşbəxtliyini öz öhdəsinə götürür. [5]

İnsan ağılı buna əmr edir ki, dinin hökümlərində nəzər sahibi və mütəxəssis olmaq lazımdır və nəticədə öz nəzəriyyəsinə əməl etməli və yaxud başqa bir şıxs ki, bu mövzuda nəzər sahibidir (müctəhid) ona müraciət etsin. [6]

Əxlaq bölümündə də yuxarıdakı iki bölümdə işarə olduğu kimi: İslam insanlıq vəzifəsinə ən yaxın olan göstərişləri tanıtdırır. İslamda əxlaqın əhəmiyyət və qiyməti o qədər yüksəkdir ki, İslam Peyğəmbəri, öz Peyğəmbərliyinin hədəfini, gözəl əxlaqın kamilliyə çatdırması kimi elan etmişdir.

İslamn üstün xüsusiyyətlərini və fəzilətlərini burada açıqlamaq mümkün olmadığı üçün, yalnız İslamın insanlara həyat bağışlayan bir neçə xüsusiyyətlərinə qısa olaraq işarə edirik. Misal üçün: İslam insanlara və İlahi bəndələrinə qarşı mehriban bir dindir. Bütün insanlar və heyvanlar üçün hüquqlarını qoruyur. Hətta bir serçənin ölüsünə ürək yandırıb rəhm etməyi qiyamət günü Allahın rəhmətinə səbəb olmasını bildirir. [7]

İslam dini heyvanlara zülm etməyi qadağan edir və susuz ağacları sulamağı, susuz bir möminə su vermək kimi dəyərləndirir. [8]

Kitab əhli və hətta kafirlərlə üz- üzə gəldikdə, ədalətə riayət etməyi tövsiyə edir, [9] o cür ki, Əli (ə) əmr edir Nəsrani kişinin malını beytul maldan təmin etsinlər. [10]

İslamın lüğət mənasının əsli iki kəlmədə sələm və səlam yəni sülh və rahatlıq deməkdir.

Quran bunu təyid edərək ki, İslam sülh və rahatlıq dinidir. Buyurur: "Ey o şəxslər ki, iman gətirmisiniz hamınız sülh və rahatlıqda qərar tapın və şeytanın dediklərindən itaət etməyin ki, o sizin aşkar düşməninizdir". [11] Quran nəzərində bəşərin sülh və rahatlığını yalnız Allaha iman gətirməklə bərpa olur. baxmayaraq ki, insanlar dil, nicat, mədəniyyət, tayfa və coğrafiya sahəsində fərqlidirlər amma yalnız Allaha iman gətirirlər. İslamın ədaləti tələb etməsi o qədər yüksəkdir ki, bir başa kitab əhlini birliyə dəvət edib ürək oxşayan sözləriylə buyurur: "Ey bizim Peyğəmbərimiz kitab əhlinə (Yəhudi və Nəsrani) de tövhidi qəbul etsinlər ki, bir qəlb və bir dildən o tək Allahı pərəstiş edib ona şərik qoşmayaq. [12]

O vaxt ki, müsəlmanlar Mədinəyə hicrət etdilər və qələbə bayrağı onların başları üstündə ucaldı, müxaliflər sülh etməyi Peyğəmbərə təklif etdilər, həzrət də onları qəbul etdi. Bu sülhün canlı şahidi Yəhudilər idi ki, hicrətin birinci ilində baş vermişdi. İslam sülh və mehriban yaşamağı sevən bir dindir və bu haqda çoxlu göstərişlər verir. [13]

İslamın elm və savada verdiyi əhəmiyyət, heç bir dinlərdə müşahidə olunmur. Bir məqamda ki, elm öyrənməyi hər bir müsəlmana lazım, [14] alimin yuxusunu, nadanın ibadətindən yüksək [15] və alimin qələmini şəhidlərin qanından fəzilətli bilir. [16] Bu göstərişlər və misallar ona işarə edir ki, müsəlmanlar qısa bir zamanda elm qalasını ələ keçirsinlər. İslam mədəniyyəti və maarifi nəticəsində Cabir ibni Həyyan (kiçya elminin atası) Zəkəriyya Razi (spirti kəşf edən) Əbu Əli Sina (öz dövrünün böyük təbibi və filosofu) İbni Heysəm. Xacə Tusi və ... kimi tayı bərabəri olmayan alimlər yetişdirmiş və cəmiyyətə təhvil vermişdir, əlbəttə bunu da unutmayaq ki, qərb alimlərinin bu alimləri tərifləməsi və ehtiram etmələri də inkar edilməzdir. [17]

İslam nəzərində kişiylə qadının yaranmasında heç bir fərq yoxdur və kişinin qadına nisbətdə heç bir üstünlük təşkil edən fəziləti nəzərdə tutulmamışdır. İslam dini ən gözəl şəkildə qadının məqamını qoruyub saxlayır. Qurani- kərim Həzrət Məryəmin Allahın ən yaxın və məxsus bəndələrindən tanıtdırır, [18] Frironun arvadı müsəlmanlar üçün nümunə və ülgü olaraq tanıtdırır [19] və həzrət Musanın (ə) anasının vəhy (ilham) üçün layiq görür. [20]

İslam dini qdını kişi üçün rahatlıq mənbəyi hesab edir. [21] Əhli- beyt maarifində qadını qəhrəman yox reyhan bildirir. [22] Çoxlu xeyir bərəkət ondadır [23] və ananın məqamı atadan yüksəkdir. [24]

İslam nəzərində heç bir qövm və nicat başqa bir qövm və nicata üstünlüyü yoxdur. Allaha təqva yeganə üstünlük yolu insanlar üçün sayılır. [25] Hər bir şəxs öz əməllərinin məsuliyyətini yaşayır və heç bir kəs digərlərinin günahına cavabdeh deyildir. [26] Allah Taala günahdan tövbə edənləri sevir və qapıları onun üzünə açaraq onu qəbul edir. [27]

Allahın rəhmətindən naümid olmağı bəyinilməz və imanın zəif olmasının nişanəsi kimi bildirir. [28] Müsəlmanları bir- birinin qardaşı bilir. [29] Möminlərə töhmət, qeybət, məsğərə və iftira vermağı düzgün olmadığını bildirir. [30] Müəllimin məqamını daha fəzilətli tanıtdırır. [31] Təmizliyi imanın əlamətindən bildirir [32] və...

Amma İslam dininin davamçıları bir hesaba görə iki hissəyə şiə və sünni məzhəbinə bölünmüşdür ki, ətraflı tədqiqat nəticəsində, Quran ayələrinə və İslam Peyğəmbərindən əlimizə çatan hədislərdən və yaxud ağıl və alimlərin fikirlərinə diqqət etdikdə şiənin haqq olmasını daha yaxşı dərk etmək olar. Şiənin əqidəsi budur ki: Mümkün deyil Peyğəmbər (s) vəfat etsin və özündən sonra heç canişin təyin etməsin və müsəlmanların rəhbərliyini və onların işlərinin həll olmasını rəhbərsiz qoysun. [33] Şiənin əqidəsində İslam Peyğəmbəri məsum olduğu kimi, onun canişinləri də hər növ səhv və günahlardan məsum olmalıdır ki, o həzrətdən sonra müsəlmanların rəhbərliyini öz öhdəsinə götürsün. Başqa cür desək, Şiənin nəzəri budur ki, İslam Peyğəmbəri özündən sonrakı dövürlərdə İlahi dinin qorunması üçün Allahın əmriylə öz canaşinlərini təyin etmişdir. Şiə nəzərində o həzrətin özündən sonrakı canişinləri 12 nəfərdir ki, onların birincisi Əli ibni Əbu Talibdir (ə) ki, Əhli- sünnətdən bir dəstəsi də (mötəzilələr) o həzrətin digər səhabələrdən fəzilətli olduğunu qəbul edirlər. [34]

Həzrət Əli (ə)- dan sonra 10 nəfər İmamət məqamına seçilərək şəhid oldular. Amma hicri qəməri ilinin 260- cı ilində, sonuncu İmam, Allahın höccəti, yəni Həzrət Məhdi (ə. c). Bəşər aləminin nicat verəni yer üzündə İmamət məqamına seçildi ki, Allahın məsləhətiylə qeyb aləmində həyata davam edir. Zühur etdiyi zaman dünyanı ədalətlə dolduracaqdır. [35] Şiə öz iddiasını isbat etmək üçün Quran ayəsi və Peyğəmbərdən onlara çatan hədislərdən istifadə edirlər. [36]

Əhli- beytin məqam və fəzilətlərini bir həddə Peyğəmbərin kəlamlarında və Quran ayələrində müşahidə etmək olar ki, onları inkar etmək mümkün deyildir və bəzi əhli- sünnət qardaşlarımız da bunu etiraf edərək qəbul edirlər.

Şiənin dünyaya olan yeganə şürarı budur ki, "Allahı tanıyın" [37] İslamın əqidə, əhkam və əxlaqı yüksək bir dərəcədə insan fitrətiylə üst- üstə düşür və İslamın tək istəyi bəşərin dünya və axirətdə səadətə çatmasıdır.

Əlavə məlumat üçün müraciət olunsun göstəricilər:

1. Müsəlmanların ilk etiqadları, sual 888.

2. Şiənin üstünlüyünü bildirən dəlillər, sual 13072. (site:13108)

3. İslam və Müsəlmanın mənası və Quran, sual 829. ğ

4. Şiənin xüsusiyyət və nişanələri sual 13075. (site:13123)



[1]   - Misbah Yəzdi, Məhəmməd Təqi, rah və rahnəmaşünasi, səh 113.

[2]   - Həmin, səh 115; Səf surəsi, ayə 6.

[3]   - İlahi dinlərdə fərq yalnız şəriət hökümlərindədir ki, Qurani- kərim də yalnız vəhdətə təkid edir: Ali- imran, ayə 19, " ان الدین عندالله الاسلام " Bax: Cavadi Amuli, Abdullah, İntizare bəşər əz din, səh 178.

[4]   - Risaleye Tozihul- məsaile mərace, məsələ 1.

[5]   - Bax: Müsəlmanların ilk əqidəsi, sual 888.

[6]   - Həmin.

[7]   - Mizanul- hikmət, cild 4, səh 6962.

[8]   - Vəsail, cild 17, Kitabut- ticarət, bab 10.

[9]   - Nəhcül- bəlağə, namə 53.

[10]   - Həmin.

[11]   - Bəqərə surəsi, ayə 208.

« یا ایها الذین آمنوا ادخلوا فی السلم کافة و لا تتبعوا خطوات الشیطان انه لکم عدو مبین »

[12]   - Ali- İmran, surəsi, ayə 64.

[13]   - Durərul- əxbar, səh 28, h 11.

[14]   - Biharul- ənvar, cild 74, səh 55, babi elm və əql.

[15]   - Həmin.

[16]   - Həmin.

[17]   - Bax: Nik bin, Nəsrullah, İslam əz didqahe daneşməndane ərəb.

[18]   - Ali- İmran, surəsi, ayə 42.

[19]   - Təhrim surəsi, ayə 11.

[20]   - Qəsəs surəsi, ayə 7.

[21]   - Rum surəsi, ayə 21.

[22]   - Nəhcül- bəlağə, namə 31.

[23]   - Mənla yəhzuruhu əl- fəqih, cild 3, səh 385.

[24]   - Kafi, cild 2, səh 162, əlavə məlumat üçün bax göstərici: Qadın İslamda, sual 12401.

site:12204)

[25]   - Hucurat surəsi, ayə 13.

[26]   - İnam surəsi, ayə 164.

[27]   - Bəqərə surəsi, ayə 222.

[28]   - Yusuf surəsi, ayə 87.

[29]   - Hucurat surəsi, ayə 10.

[30]   - Nümunə təfsiri, cild 14, səh 370- 400.

[31]   - Biharul- ənvar, cild 74, bab 165, h 193.

[32]   - Müstədrəkül vəsail, cild 16, bab 319, h 9.

[33]   - Təbatəbayi, Məhəmməd Hüseyn, Şiə dər İslam, səh 128.

[34]   - Bax: Bidayətul məarif, Möhsin Xərrazi, İmamət bölmü.

[35]   - Mütəhhəri, Mürtəza, Kəlam və İrfan, səh 38.

[36]   - Bax: Bidayətul- məarif, Möhsin Xərrazi, İmamət bölümü.

[37]   - Təbatəbayi, Məhəmməd Hüseyn, Şiə dər İslam, səh 236.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    111906 Nizamlar hüquq və əhkam
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    85249 Əməli əxlaq
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    64115 Nizamlar hüquq və əhkam
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    47315 Nizamlar hüquq və əhkam
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    34987 Hədis elmləri
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    34395 Nizamlar hüquq və əhkam
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    24353 Əxlaq fəlsəfəsi
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    23674 Təzə kəlam
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    23473 Nizamlar hüquq və əhkam
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    21701 Qədim kəlam
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...