Baxanların
3467
İnternetə qoyma tarixi: 2012/01/09
Sualın xülasəsi
Allah- Taala Qədir günündə Peyğəmbərə (s) göstəriş verdi ki, Əliyə (ə) tabut versin. O tabutdan məqsəd nədir?
Sual
Allah- Taala Qədir günündə Peyğəmbərə (s) buyurur: Keçmiş Peyğəmbərlərin elmi və bütün möcüzələri olan silah tabutunu Əmirəl- mömininə (ə) ver. Bu tabut nədir? Quranda da gəlibdirmi?
Qısa cavab

Bu hədisdə "tabut" kəlməsi vardır və Qurani- kərimdə də ona işarə olunubdur:

«... أَنْ یَأْتِیَکُمُ التَّابُوتُ فیهِ سَکینَةٌ مِنْ رَبِّکُمْ ...»

Bu şərif ayə buna işarə edir ki, elə bil bəni İsrail hələ Talutun Allah- Taala tərəfindən məmuriyətinə inanmamışdılar, hətta özlərinin Peyğəmbəri "İşmuilin" aydınlatması ilə belə. Ondan dəlil və nişanə istədilər. Onların Peyğəmbəri dedi: Onun hökumətinin nişanəsi budur ki, sizin üçün tabut (əhd sandığı) gələcək.

Bəni İsrailin tabutu (başqa ibarətlə əhd sandığı) nə olub, onu kim düzəldib, onun nədən təşkil tapdığı barədə rəvayətlərdə, təfsirlərdə, hətta "qədim əhd" (tövrat) kitablarında çoxlu söz deyilibdir. Onlardan ən aydını Əhli- beytin (ə) hədislərində və müfəssirlərin bəzisinin sözlərində gəlibdir: Rəvayətlərə əsasən tabut, Allah- Taalanın əmri ilə Musanın (ə) anasının öz körpəsini qoyduğu və Nil çayında tərk etdiyi taxta sandıqdan ibarət olub.

Bəni İsrail qövmünün Talutdan tabut (sandıq) istəməyinə işarə edən ayə və Allah- Taalanın Qədir günündə Peyğəmbər- əkrəmə (s) silah tabutunu öz canişininin ixtiyarında qoymaq barədə verdiyi göstəriş arasında əlaqə vardır. Bu əlaqəni belə izah etmək olar ki, vasitələr, nəsildən- nəsilə keçərək axırıncı İmama yetişib və əsrin İmamı (ə.c.) bu sandıqçanı və silahı öz nişanələrindən biri ünvanına camaata çatdıracaq.

Ətreaflı cavab

Bu hədisin bir qismətində belə gəlibdir: "...Cəbrail nazil oldu və Peyğəmbərə (s) xitab edərək dedi: Allah- Taala salam yetirəndən sonra deyir: Sənin vəfatının vaxtı yaxınlaşıbdır, xəbər çatdırma (elçilik) müddətin sona çatıbdır və bilki, mən səni heç bir çarəsiz çağırıram. Bəs öz əhdini və sifarişini söylə və öz elmini, keçmiş Peyğəmbərlərin elmlərinin mirasını, silah və tabutu, öz risalətinin (elçiliyinin) nişanələrini və əsərlərini, öz canişin və qəyyumun, mənim xəlqim üçün höccət olan Əli ibn Əbi Talibə tapşır. Onu özündən sonra öz ardıcılın kimi camaata tanıtdır, onun əhd- peymanını yeniləşdir və həmçinin öz qəyyumum, bütün mömin qadın və kişinin mövlası, Əli ibn Əbi Talib üçün bağladığım peymanı onlara xatırla..."[1]

Bu hədisdə "Tabut" kəlməsi vardır və Qurani- kərimdə də ona işarə olunubdur:

«وَ قالَ لَهُمْ نَبِیُّهُمْ إِنَّ آیَةَ مُلْکِهِ أَنْ یَأْتِیَکُمُ التَّابُوتُ فیهِ سَکینَةٌ مِنْ رَبِّکُمْ وَ بَقِیَّةٌ مِمَّا تَرَکَ آلُ مُوسى‏ وَ آلُ هارُونَ تَحْمِلُهُ الْمَلائِکَةُ إِنَّ فی‏ ذلِکَ لَآیَةً لَکُمْ إِنْ کُنْتُمْ مُؤْمِنینَ»[2]

Və Peyğəmbərləri onlara dedi: .onun hökumətinin nişanəsi budur ki, sizin üçün Tabut (əhd sandığı) gələcək (O sandıqda) onda sizin, Musa və Harun ailəsindən olanlar üçün Allah- Taala tərəfindən aramlıq vardır. Bir halda ki, onu mələklər aparırlar və əgər İmamımız olsa onda sizin üçün (aydın) nişanələr vardır.

"Tabut", "Təvəbə" kəlməsindən götürülübdür və qayıtmaq mənasındadır.[3] Həmçinin taxtadan düzəldilmiş sandıq mənasına da işlənilir. Cənazələrin aparılmasında istifadə olunan sandığa da tabut deyirlər. Amma gərək diqqət edək ki, Tabutun əsil mənası ölülərə məxsus deyil, bəlkə hər növ taxta sandığa aiddir.[4]

Bəni İsrailin tabutu (başqa ibarətlə əhd sandığı) nə olub, onu kim düzəldib, onun nədən təşkil tapdığı barədə rəvayətlərdə, təfsirlərdə, hətta "qədim əhd" (tövrat) kitablarında çoxlu söz deyilibdir. Onlardan ən aydını Əhli- beytin (ə) hədislərində və müfəssirlərin bəzisinin sözlərində gəlibdir: Rəvayətlərə əsasən tabut, Allah- Taalanın əmri ilə Musanın (ə) anasının öz körpəsini qoyduğu və Nil çayında tərk etdiyi taxta sandıqdan ibarət olub. Ola bilsin bu sandıq, nəhayət həzrət Musanın (ə) nicatına və onun anasının yanına qayıtmağına səbəb olduğu üçün "tabut" adı ilə adlandırılıb.[5]

Əli ibn İbrahim Qummi, İmam Həhəmməd Baqirin (ə) belə söylədiyini nəql edir: "Tabutdan məqsəd, Allah- Taalanın Musanın (ə) anası üçün göndərdiyi sandıqdır ki, Musanı onda qoydu və dəryaya atdı. Bu tabut bəni İsrailin yanında çox möhtərəm və qiymətlidir. Onunla xoşbəxtlik arayardılar....."[6]

Bu şərif ayə buna işarə edir ki, güya bəni İsrail hələ Talutun Allah- Taala tərəfindən məmuriyyətinə, hətta özlərinin Peyğəmbəri "İsmuilin" aydınlatması ilə belə inanmamışdılar və ondan dəlil və nişanə istədilər. Onların Peyğəmbəri dedi: Onun hökumətinin nişanəsi budur ki, sizin üçün Tabut (əhd sandığı) gələcək.[7]

Bəni İsrail qövmünün Talutdan tabut (sandıq) istəməyinə işarə edən ayə və Allah- Taalanın Qədir günündə Peyğəmbər əkrəmə (s) silah tabutunu öz canişininin ixtiyarında qoymaq barədə verdiyi göstəriş arasında əlaqə vardır. Bu əlaqəni belə izah etmək olar ki, bu vasitələr, nəsildən- nəsilə keçərək axırıncı İmama yetişib və əsrin İmamı (ə.c.) bu sandıqçanı və silahı öz nişanələrindən biri ünvanına camaata çatdıracaq.[8]

 

 



[1] - Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 37, səh 202, Müəssisətül- vəfa, Beyrut-, 1404 h.q. Təbərsi, Əhməd ibn Əli- ehticacu ələ əhlil- licac, cild 1, səh 56, Murtəza, Məşhəd, birinci çap, 1403 h.q.

[2] - Bəqərə surəsi, ayə 248.

[3] - Qurşi, seyyid Əli Əkbər, Quranın lüğəti, cild 1, səh 260, Darul- hutubil- islamiyyə, Tehran, altıncı çap, 1371, h. ş. Təbatəbai, seyyid Məhəmməd Hüseyn, Əl- mizan fi təfsiril- Quran, cild 2, səh 289, Dəftəre intişarate İslamiye cameye müdərrisine hozeye elmiyyeye Qum, beşinci çap, 1417, h. q.

[4] Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, cild 2, səh 239, Darul- kutubul- İslamiyyə, Tehran, birinci çap, 1374, h.q.

[5] - Hüseyni Həmədani, seyyid Məhəmməd Hüeyn, Parlayan nurlar, təhqiqI Behbudi, Məhəmməd Baqir, cild 2, səh 267, Lütfi kitab mağazası, Tehran, birinci çap, 1404 h.q. Mustəfəvi, Həsən, Ət- təhqiq fi kəlimatil- Quranil- kərim, cild 1, səh 372, kitab nəşri və tərcüməsi müəssisəsi, Tehran, 1360 h.q. Nümunə təfsiri, cild 2, səh 239 və 240.

[6] - Təbərsi, Fəzl ibn Həsən, Məcməul- bəyan, fi təfsiril- Quran, təhqiq: Bəlağinin müqəddiməsi ilə, Məhəmməd Cavad, cild 2, səh 614, Nasir Xosrov nəşriyyatı, Tehran, üçüncü çap, 1372, h.ş.

[7] - Məcməul- bəyan, fi təfsiril- Quran, cild 2, səh 614; Nümunə təfsiri, cild 2, səh 239.

[8] - Müraciət edin: Biharul- ənvar, cild 53, səh 85.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    105928 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    80769 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    58564 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    41286 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    31356 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    23975 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    22471 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    22242 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    20785 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    20390 Qədim kəlam 2011/02/15
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...