Ətraflı axtarış
Baxanların
8354
İnternetə qoyma tarixi: 2011/11/24
Sualın xülasəsi
Bir-biri ilə müqayisədə bəzi günahlar digərlərindən bir neçə qat artıq cəzaya malikdir?
Sual
Dini mənbələrə və hədislərə əsasən günahların cəzasının (bir-biri ilə müqayisədə) xüsusi miqdarı vardırmı? Məsələn, zinanın günahı musiqiyə qulaq asmaqdan 34 dəfə artıqdır və sair?
Qısa cavab

Quran ayələrindən və Əhli-beyt (əleyhimus-salam) hədislərindən məlum olur ki, günahların dünya və axirətdəki cəzalarının müxtəlif mərtəbələri vardır. Quranda şirk günahı “zülmün ən böyük mərtəbəsi” ikimi qeyd olunur. Həmçinin bəzi günah işləri görən adamlara ilahi əzab vədəsi verilir ki, bu da həmin günahın nə qədər böyük və qəbahətli olduğunu göstərir.

Günahın dünyəvi cəzaları da müxtəlifdir. Bəzi günahlar üçün şallaq, bəziləri üçün edam, bəziləri üçün kəffarə, bəziləri üçün isə cərimə təyin olunmuşdur.

Ətreaflı cavab

Allah-taala insanın əbədi xoşbəxtliyi və səadəti üçün müxtəlif qayda-qanunlar, fərman və göstərişlər vermişdir. İnsan bu göstərişlərə əməl edəcəyi təqdirdə dünya və axirətdə səadətə çatar, müxalifət etdiyi surətdə isə özünü həqiqi səadətdən məhrum etmiş olur. Günah – Allahın göstərişləri qarşısında itaətsizlik etmək, bəndəlik və itaət hüdudlarından xaric olmaq və Onun əmr və fərmanlarını yerinə yetirməməkdir.[1] Günahlar malik olduqları dünya və axirət cəzaları ilə əlaqədar bir-biri ilə fərqlənir.

Günahların Quranda təsnifatı

Quran-kərim şirki (Allaha şərik qoşmağı) ən böyük günah kimi təqdim edərək buyurur: إِنَّ الشِّرْکَ لَظُلْمٌ عَظِیم “Həqiqətən şirk çox böyük bir zülmdür.”[2] Başqa bir ayədə buyurulur ki, Allah-taala günahları şirkə və şirkdən aşağı səviyyədə olmaqla iki qismə bölərək buyurur: “Allah, Ona şərik qoşmağı bağışlamır, lakin ondan aşağı səviyyəli günahları istədiyi şəxslər üçün bağışlayır.”[3]

Başqa bir yerdə buyurur: “Hər kəs böyük günahlardan və çirkin əməllərdən uzaqlaşsa – kiçik günahlardan başqa (belə ki, bəzən onlara mürtəkib olur), Allahın məğfirəti (bağışlaması) genişdir.”[4]

Başqa sözlə desək, Allah-taala fərman verir ki, “Əgər böyük günahları tərk etsəniz, Allah “ləməm”i – insanın bəzən mürtəkib olduğu kiçik günahları sizin üçün bağışlayır. Əlbəttə, bu şərtlə ki, kiçik günaha israr və onu təkrar etməsin.”[5]

Rəvayətlərdə günahların bölgüsü

Əhli-beyt (əleyhimus-salam)-ın rəvayətlərində də günahlar kəbirə (böyük) və səğirə (kiçik) olmaqla iki qismə bölünür. İmam Sadiq (əleyhis-salam) Quran ayələrindən istifadə etməklə aşağıdakı əməlləri kəbirə günah hesab edir:[6]

Allahın rəhmətindən naümid olmaq (“Yüsif” 78), Allahın məkrindən əmin-amanlıq hissi keçirmək (“Əraf” 99), valideynə qarşı ağ olmaq (“Məryəm” 32), mömin insanı qəsdən qətlə yetirmək (“Nisa” 93), pak və iffətli qadınlara töhmət vurmaq (“Nur” 23), yetim malını mənimsəmək (“Nisa” 10), cihaddan qaçmaq (“Ənfal” 16 ), sələmçilik (“Bəqərə” 277), zina etmək (“Furqan” 68-69), xəyanət etmək (Ali İmran” 161), vacib zəkatı verməmək (“Tövbə” 35), sehrlə məşğul olmaq (“Bəqərə” 102), günah üçün yalandan and içmək (“Ali İmran” 77), əhd-peymanı pozmaq (“Bəqərə” 27).[7]

Dünyadakı cəzaları ilə əlaqədar günahlar müxtəlif mərtəbələrə malikdir: bəzilərinin cəzası edamdır, o cümlədən qəsdən adam öldürmək, möhsinə zina və s. Bəzi günahların cəzası da şallaq zərbəsidir, o cümlədən qeyri-möhsinə zina, şərab içmək və s.[8] Bəzi günahların cəzası isə kəffarə və cərimədən ibarətdir, o cümlədən orucu pozmaq, əhdi-peymanı pozmaq, anda xilaf çıxmaq və s. Bunların kəffarəsi (cəriməsi) oruc tutmaq, yaxud fəqirlərə təam verməkdir.[9]

Amma zinanın musiqi ilə müqayisəsinə gəldikdə isə, deməliyik ki, musiqiyə nisbətən zinanın haramlığı daha çoxdur. Çünki Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən və belə nəql olunur: “Ğina (musiqi) zinanın nərdivanıdır.”

İmam Sadiq (əleyhis-salam) da buyurur: “Ğina olan ev fəsad və əxlaqsızlıqdan amanda olmaz.”[10]

Bu iki rəvayətdə ğinaya qulaq asmaq zina etməyin müqəddiməsi hesab olunmuşdur. Amma, biz zinanın musiqiyə (haram ğina) qulaq asmaqdan 34 dəfə artıq günah olmasını deyən mətləbə dair bir dəlil tapmadıq.

İslam mədəniyyətində günahların müxtəlif mərhələləri vardır. Amma diqqət yetirmək lazımdır ki, günah nə qədər kiçik olsa da, Allah-taalanın yüksək və müqəddəs məqamına qarşı edildiyi üçün böyük sayır. İmam Baqir (əleyhis-salam) buyurur: “Günahın kiçikliyinə yox, kimin müqabilində günaha cürət etdiyinə fikir ver.”[11]



[1] Əllamə Əsgəri, “İsmətul-ənbiya vər-rusul”, səh. 78

[2] “Loğman” surəsi, ayə: 13

[3] “Nisa”surəsi, ayə: 116

[4] “Nəcm” surəsi, ayə: 32

[5] عَنْ عَمَّارِ بْنِ مَرْوَانَ الْقَنْدِیِّ عَنْ عَبْدِ اللَّهِ بْنِ سِنَانٍ عَنْ أَبِی عَبْدِ اللَّهِ ع قَالَ لَا صَغِیرَةَ مَعَ الْإِصْرَارِ وَ لَا کَبِیرَةَ مَعَ الِاسْتِغْفَارِ

[6] “Vəsailuş-şiə”, 15-ci cild, səh. 319, hədis 2

[7] “Qurani-kərimdən 105 mövzu”, Əkbər Dehqan, səh. 210-212

[8] İslam cəza qanunlarının 3-cü maddəsindən – “İslam cəza qanunlarının şərhi”, Mürtəzəvi, səh. 1

[9] “Tovzihul-məsaile mərace”, orucun hökmləri, əhdin hökmləri və s.

[10] “Suallar və cavablar”, səh. 22, “Musiqinin hökmləri”, səh. 32

[11] “Biharul-ənvar”, 77-ci cild, səh. 168; “Əhli-beyt (əleyhimus-salam) hədislərində 150 mövzu”, Əkbər Dehqan, səh. 247

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Qəməri il neçə gündən ibarətdir? Qəməri illərinin günlərinin sayı bir-biri ilə fərqlidirmi? Fərqli olan hallarda nə etmək lazımdır?
    8230 Nizamlar hüquq və əhkam 2011/11/24
    Qəməri aylarının hamısının günləri bir-biri ilə bərabər və dəqiq şəkildə 29 gün, 12 saat, 44 dəqiqə və 3 saniyədən, yaxud 29,53059028 gündən ibarətdir. Hicri qəməri illərinin hamısının günlərinin sayı bir-biri ilə bərabərdir və 12 ay və ya 354,3670834 günə bərabərdir. Münəccimlər hər ayın günlərini kəsirsiz (tam) ədədlə bəyan etməlidirlər. Onlar ...
  • Hindıya onun Quranla tanışlıq və onu oxumaq istəməsini nəzərə almaqla Quran hədiyyə etməyin şərii hökmü nədir?
    7091 Nizamlar hüquq və əhkam 2011/09/11
    Bu barədə mərcələrin nəzərini açıqlamamışdan qabaq, bir neçə məsələyə diqqət etmək lazımdır:Hindu kafirlərdən sayılır.Quranın kafirlər tərəfindən hörmətsizlik və ya nəcislənməsinə yəqin etdikdə (nəinki ehtimal), mərcələrdən heç biri onlara Quranı verməyə icazə vermirlər.
  • Naməhrəmə baxmaqla əlaqədar İslam inqilabının əzəmətli rəhbərinin fətvası nədir?
    7745 Nizamlar hüquq və əhkam 2011/09/12
    İslam inqilabının əzəmətli rəhbərinin – Ayətullah Xamenei cənablarının naməhrəmə baxmaqla əlaqədar fətvası eynilə imam Xomeyninin (r) fətvası kimidir. İmam Xomeyni (r) müsəlman qadınlara baxmaqla əlaqədar buyurur: “Kişinin naməhrəm qadının bədəninə baxması istər ləzzət məqsədi ilə olsun, istərsə də olmasın, haramdır. (Biləkdən aşağı) əllərə və üzə baxmaq da ...
  • Xallaqiyyətdə tövhidin mənası nədir?
    11294 Qədim kəlam 2012/02/15
    Xəllaqiyyətdə tövhid yəni vaqrlıq aləmində Allahdan başqa heç bir yaradan yoxdur. Mümkün varlıqlar, onların fel və təsirləri, hətta insan və onun ixtira və kəşflərinin hamısı həqiqətən və yalansız, Allahın yaratqıdlarıdır. Varlıq aləmində olanlardan hamısı, onun yaratdıqlarıdır, lakin bəzisi vasitəsiz və bəzisi isə vasitə ilə. ...
  • Qurani kərimdə Qədir xum barəsində olan ayələr əhli sünnət tərəfindən dəyişdirilmişdirmi?
    14821 Qədim kəlam 2010/11/10
    Bir çox böyük Quran təfsirçiləri, istər sünnü olsun istərsədə şiə məktəbindən, bu mətləbi belə qəbul edirlərki, "Əlyəvm yəisəl- ləzinə   əl islamə dinən" Maidə surəsinin üçüncü ayəsinin içərisində mötərizədə olan bir cümlədir, və bir çoxları da bu nəzərdədilər ki, bu mötərizə cümləsi əvvəldən və Peyğəmbərin (s) izni ilə ...
  • Quranın təhrif olmamasının səbəbləri nədir?
    10193 Qədim kəlam 2011/04/14
    Quranın təhrif və dəyişilkliyinin ümumi mənası, bütün azaltma, çoxaltma və ya Quranın kəlmə və tərkiblərinə şamil olur. Alimlər Quranın təhrif və dəyişilməməsinə çoxlu dəlillər bəyan ediblər. Biz burada yalnız onların əqli sübutlarının bəzisini bəyan edirik: 1.     Quran nazil ...
  • İslamda faizsiz borc verməyin və borc almağın qaydaları nədir?
    10803 Qərzulhəsənə və riba 2012/03/14
    Dini təlimlərimizdə mömin qardaşlara borc verməyin xüsusi qayda-qanunların və şərtləri vardır ki, onların bəzilərini qeyd edirik: 1. Borc vermək ixlsala yanaşı olsun; 2. Tam razılıq üzündən və ürəkdən verilmiş olsun; 3. Borc halal maldan verilsin; 4. Borc verilən zaman ...
  • Dinin bəlası nədir?
    8632 Din fəlsəfəsi 2011/11/24
    Din ilahi və qüds aləminə məxsus olan bir məsələdir, onda xəta, səhv, bəla və afətə yer yoxdur. Xəta və səhvə yol verilən şeylər bəşərə aid olan işlərdir. Dindarlıq və dinşünaslıq bəhslərində deyilmişdir ki, bəla və afət dinin həqiqətinə aid olmur, əksinə camaatın ...
  • Demokratiya ilə əlaqədar İslamın mövqeyi nədir?
    8990 Nizamlar (Qurluşlar) 2011/04/16
    Demokratiya cəmiyyətin idarə olunması yollarından biridir. Əksəriyyətin rəyinə, fərdi, mədəni və s. azadlıqlara ehtiram qoyulması onun bariz xüsusiyyətlərindəndir. Əksəriyyət həmişə haqq olmağı və əksinə, haqq olmaq əksəriyyəti tələb etməsə də[i] amma əksəriyyət (hökuməti) zühur ərsəsinə çatdıra,[ii] yaxud özünün məqbul ...
  • Şeyx Tusinin hpkumət çərçivəsi barəsindəki siyasi düşüncəsi nədir?
    6690 پیشینه تاریخی ولایت فقیه 2012/06/13
    Şeyx Tusinin hökumət barəsindəki siyasi düşüncəsinin müxtəlif cəhətləri var: İslam hökumətinin hədəfləri: Şeyx bu fikirdədir ki, İslami hökumətin hədəfləri aşağıdakılara aiddir: a)- Cəmiyyətdə nəzm və əmin- amanlıq. O olmadıqda hərc mərclik hakim olur. b)- İctimai ədaləti genişləndirmək. Əgər camaatın ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    168830 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    166638 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    122048 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115931 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    115198 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    96644 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    61023 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    56666 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    49413 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    47404 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...