Baxanların
6719
İnternetə qoyma tarixi: 2011/01/05
Sualın xülasəsi
İslamda ağılın rolu nə qədərdir hansı yerlərdə və necə ondan istifadə olunur?
Sual
İslamda ağılın rolu nə qədərdir hansı yerlərdə və necə ondan istifadə olunur?
Qısa cavab

Ağıl qiymətli bir qüvvədir ki, Allah taala onu insanın vücudunda qərar vermiş və bir neçə mərhələdən ibarətdir.

  1. Nəzəriyyə ağılı: Bunun işi bundan ibarətdir ki, hadisələri dərk edib tanıyır və onun haqqında qəzavət edir.

  2. Əməl və rəftarını kontrol edir və yaxud lazım olub- olmayanı dərk etməkdir. Həqiqətdə əməl ağılı həyatın gedişi üzərində əsaslanmışdır və onun qəzavəti isə bundan ibarətdir ki, bu işi görüm yoxsa yox?

O Cür ki, ağıl yaradılmışlardan biri hesab olunur və hər yaradılmışın bir məhdudiyyəti vardır. Bəs təbiidir ki, onun işi öz məhdudiyyətindən artıq ola bilməz. buna görə də ağılın işi və fəaliyyəti yaranmışların bir hissəsindədir, və Allahı tanımaq üçün də bir məhdidiyyəti var. Allahın həqiqəti ki hədsiz bir varlıqdır, onu dərk edə bilməz .

Ağılın buna qüdrəti var ki, şəriət və yaxud şəriətdən başqa işlərdə fəaliyyət göstərib onları dərk etməyə nail olsun. Baxmayaraq ki, bu iki mövzunun hər birində vəhydən ehtiyacsız deyil, və ağıl məad və əhkamların həqiqətini dərk etməkdən acizdir və şəriətin köməyinə ehtiyacı vardır.

Ətreaflı cavab

Ağıl kəlməsi və ondan tutulan kəlmələr lüğətdə başa düşmək, bilmək, möhkəm olmaq mənasındadır.[1]

Qurani kərimdə dərk və düşüncə mənasında gəlmişdir.[2] Rəvayətlərdə isə insanda olan yaxşı və doğru yolu seçən qüvvəyə deyilir ki, insanı şər və fəsadlardan ayırır.[3]

Termini mənasında isə ağıl bir varlıqdır ki, onsanlar onun vasitəsilə həqiqətləri tapır. Bunun üçün də, ağıl həqiqəti tapmaq deməkdir. Həqiqəti tapmaqdan əlavə isə, nəfsi saxlayıb ona şərəf vermək deməkdir.[4]

Ağıl müxtəlif mərhələlərdən ibarətdir.

  1. Nəzəriyyə ağılı; ağıl nəzəriyyəsidir ki, insan onun vasitəsilə olub olmamağı, varlığı və yoxu təbiətdə, riyaziyyat, məntiq və ilahiyyata tamamıyla hikmət nəzəriyyəsini dərk edir.

  2. Əməl nəzəriyyəsi: O yerdə işlənir ki, iman, iradə və məqsəd qarşıya qoyulsun; yəni o yerdə ki, bir işə başlamaq qarşıya qoyulsun.

  3. Umumi ağıl: Yəni o ağıl, səy və fəaliyyətiylə həyatı qoruyub saxlayır. Umumi camaat belə bir qüvvəni ağıl adlandırır.[5]

Bir sözlə, nəzəriyyə ağılın işi həqiqəti dərk edib tanımaq və onun haqda qəzavət etməkdir.[6]

Əməl ağılı o qüvvədir ki, insanın iş və rəftarını nizamlayıb və yaxud olmalı və olmamalı işləri dərk edir.[7]

Həqiqətdə əməl ağılı insan həyatındakı elm əsasındadır. Əməl ağılının qəzavəti bundan ibarətdir ki, bu işi görmüş ya yox? [8]

Əməl ağılı imam Sadiq (ə)- ın sözlərində: İnsanın bəndəlik mərkəzi və behişti Allahdan qazanmaq sərmayəsi deməkdir.

"العقل ما عبد به الرحمن و اکتسب به الجنان"[9]

İnsanlara həyat bağışlayan islam dinində, ağıl yüksək bir məqama sahibdir.

Əllamə Təbatəbai Əl- mizan təfsirində deyir: Ağıl insan vücudunda olan ən qiymətli bir qüvvədir.[10] Allah taala Qurani kərimdə insanları üçyüz dəfədən çox bu ilahi qüvvədən istifadə edib bəhrələnməyə çağırır.[11] Əllamə Təba- təbainin nəzərində ağıl və təfəkkürün islamdakı məqamı o qədər böyük və ucadər ki, Allah Qurani kərimdə, hətta bir ayədə olsun belə bəndələrini düşünməməyə və ya bir yolu bilmədən arxada qoymağa dəvət etmir.[12]

Ağılın fəaliyyət məhdudiyyəti

Tarix və ağıl dəlilləri əsasında, insanlarda olan ağıl fəaliyyətinin məhdudiyyəti, təbiətin yaranması, şəriət hökümləri və Allahı tanımaq umumi bir haldır; yəni insan ağılı Allah taalanın həqiqətini tanımağa qadir deyildir; çünki hər bir varlıq sonradan yaranıb həyat tapdığı üçün sonsuz və nəticəsiz ola bilməz.

Ağıl Allahın yaratdığı insan və məxluq kimi bir varlıqdır, bunun üçün də məhdudiyyəti var və həddi olan bir şey həddi olmayan bir varlığı tanıya bilməz.

İnsan ağılı buna qadirdir ki, dünyanı, ondakı varlığı və ona hakim olan qanunları tanısın və onlar haqda höküm verib qəzavət etsin.

Hökümləri tanımaq üçün də ağıla etimad edirlər. Fiqh (əhkam) elmində, ağıl Quran və sünnətin kənarında əhkamı tanıyan dəlillərdən biri sayılır.

Usul elmində də ağılın yaxşını pisliklərdən ayıra biləcəyi mövzusunda da açıqlanmış və sabit olmuşdur ki, şəriətin qadağan və əmr etdiyi işlərdən itaət etməyi dərk etmək ağılın hökmüdür.[13]

Bunu da qeyd etmək lazımdır ki, islamda iki yerdə (usul) əqaidə və (furu) əhkamda yuxarıdakı höküm və məsələlər üçün ağıla yer vermişdir, baxmayaraq ki, ağıl bunlarla müxalifətçilik etmir, amma onların əsl həqiqətini dərk edə bilmir. Əhkamın (şəriətin) fəlsəfəsi və yaxud məada məxsus olan bəzi məsələlərin dərk olunması kimi, bu kiçik mövzuda ətraflı olaraq ona işarə etmək mümkün deyildir.

Əllamə Təbatəbai Fransalı "Henri Korbenin" soruşduğu sünnət, kitab və şəriətlə ağılın arasında əgər müxalifətçilik olarsa nə edilir? Sualın cavabında deyir: O zaman ki, kitab (Quran) bir başa ağılı dəstəkləyərək təsdiq edir və onu höccət qərar verirsə, heç zaman onların arasında müxalifətçilik olmaz.[14]

Bundan əlavə, Nəhcül- bəlağədə imam Əli (ə)- dan peyğəmbərlərin risaləti barəsində belə istifadə olunur ki, ağıl və şəriətin arasında müxalifətçilik yox bəlkə bir olub bir- birini təyid edirlər.

"... و یثیروا لهم دفائن العقول..."[15]

Ağıl xəzinələrin onlar üçün açarlar. Həzrət bu mövzuda, peyğəmbərlərin besətinin fəlsəfəsi haqda buyurur: Allah taala peyğəmbərləri insanlara doğru göndərdi ki, onların gizli ağıllarını aşkar edib oyatsınlar.

İnsanın fitrəti və ağılı bütün həqiqət və baş verən hadisələrin xəzinəsinə bənzəyir, çünki peyğəmbərlərin dediyi hər bir şey insan fitrəti, ağılı və məntiqiylə bir olur. Usul elminin terminində (mulazimə qaydası) var ki, deyir:

"کل ما حکم به العقل حکم به الشرع"[16]

Hər hansı bir şey ki, hökm edir, şəriətdə ona hökm edir. Bunun əksidə doğrudur; yəni ("کل ما حکم به الشرع حکم به العقل")hər hansı bir şey ki şəriət ona hökm edir, ağılda ona hökm edir. Çünki şəriət hökümlərinin əslindən biri də ağıldır.

Bunun üçün də şəriət və peyğəmbərlərin açıqladığı hökümlər ağılla müxalifətçilik etmir. Onların dediyi hər bir şeyi ağıl dərk edir. Lakin şeytanın vəsvəsəsi nəticəsində insan onlardan qafil olur.

Peyğəmbərlər gəlmişlər ki, insanların xəzinə və diqqət mərkəzi olan ağıllarını onlar üçün oyatsınlar.

Nəticə: O cür ki, şəriət və ağıl bir- birinin kənarındadır və şəriət hökümlərində də həqiqətən fitrətlə heç bir müxalifətçiliyi yoxdur.

Buna görə də insan hər şeyi qəbul etmək üçün dəlil arxasınca gəzir ki, öz vicdanını bunlardan qane etsin. Həqiqəti tapdığı zaman ona əməl edir. Buraya qədər; yəni dünyanı və onda olan varlığı tanımaq, dünyadakı qanunlar və şəriət hökümləri ağıl çərçivəsindən kənar deyil. Bunların haqqında düşünərək, qəzavət edir, amma Allahın zat və həqiqətini tanımaq üçün, ağılın qüdrəti və düşüncəsi məhduddur və ona acizdir. İmam Əli (ə) bu mövzuda buyurur:

"... لم یطلع العقول علی تحدید صفته..."[17]

Ağılı Allahı tanımağa qüdrəti yoxdur... O cür ki, Allahın sifətləri onun həqiqətidir və Allahın həqiqəti aşkarda olan varlıqdan tamamilə başqa bir şeydir. Bəs kamal sifətləri elm, qüdrət, həyat, iradə və s. kimiləridir.

Bunlar ayerılıqda yox bəlkə Allahın zatının özüdür. Əgər onun zat və həqiqəti ondan ayrı deyildirsə, insan ağılı onu dərk edə bilməz və bundan əlavə onun məhdudiyyətini də təyin edə bilməz. bir sözlə, əgər insan məhdudiyyət çərçivəsində olan bir yaranmışdırsa, məhdudiyyəti olmayan bir varlığı dərk etməyə qüdrəti çatmaz. İmam Əli (ə) buyurur: Allah taala insan ağılını öz sifətlərinin həqiqətinə agah etməmişdir. Əlbəttə bu o demək deyil ki, Allah insanların onu tanımağına mane olmuşdur" çünki o həzrət öz xütbəsinin davamında buyurur:

"و لم یحجبها عن واجب معرفته"[18]

Ağılla özünü tanımaqlığın arasında pərdə qoymamışdır; yəni Allah taala insanları onu tanımağa mane olmur. İmam Sadiq (ə) bu mövzuda buyurur:

"... فبالعقل عرف العباد خالقهم و انهم مخلوقون و انه المدبر و انهم المدبرون و انه الباقی و هم الفانون..."[19]

Ağıl vasitəsilə Allah bəndələri öz xaliqlərini tanıyır və bilirlər ki, onlar xəlq olunmuşdurlar. O hər bir şeyi idarə edəndir, onlar da onun idarəçiliyi altındadırlar, rəbbləri əbədi və özləri isə fanidirlər...

İnsan ağılı yalnız bunu bilir ki, dünyanın rəbbi var və o Allah üçün camal və kamal sifətlər vardır. Elm, qüdrət, həyat və s. kimi sifətlərə malikdir. Ağılın vəzifəsi də bu qədər dərk etməkdir və buna qüdrəti çatır. Allah taala bu yerə qədər ağılın Allahı tanımaqlığına mane olmur. Bundan artıq isə, Allahın zat və həqiqətini tanımaqdır, insan ağılı bundan acizdir və qüdrəti çatmır.



[1] - Muin Məhəmməd, Fərhənge Muin, cild 1, ağıl kəlməsi.

[2] - Səccadi, seyyid Cəfər, Fərhənge ulume fəlsəfi və kəlami, ağıl kəlməsi.

[3] - Kuleyni, Usuli kafi, cild 1, səh 11.

[4] - Kərəci, Amuli, istilahate fəlsəfi və təfavote anha ba yekdigər, səh 171- 172.

[5] - Cavadi Amuli, Abdullah, Fitrət dər Quran, cild 12, səh 29- 30 və 397.

[6] - Şəhid Mütəhhəri, dər qoftar, səh 30- 31

[7] - Cavadi Amuli, Abdullah, Rəhiqe məktum, cild 1, birinci hissə, səh 153.

[8] - Şəhid Mütəhhəri, dər qoftar, səh 30- 31.

[9] - Kuleyni, Usuli kafi, cild 1, səh 11, hədis 3,

[10] - Təbatəbai, Məhəmməd Hüseyn, Əl- mizan, cild 3, səh 57.

[11] - Təbatəbai, Məhəmməd Hüseyn, Əl- mizan, cild 5, səh 255.

[12] - Nəfisi, Şadi, əql gerayi dər təfsire qərn çahardəhom, səh 194- 195.

[13] - Məliki İsfəhani, Müctəba, Fərhənge istilahate usul, cild 2, səh 279

[14] - Kədivər, Möhsün, Dəftəre əql, səh 115

[15] - Nəhcül- bəlağə, xütbə 1,

[16] - Səbzivari, Seyyid Əbdüləli, Təhzibul usul, cild 1, səh 145, Muzəffər, Məhəmmədrza, usule fiqh 1, səh 217

[17] - Nəhcül- bəlağə, xütbə 49

[18] - Nəhcül- bəlağə, xütbə 49

[19] - Kuleyni, Usuli kafi, cild 1, səh 33- 34

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    103932 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    79112 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    56987 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    39227 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    30294 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    22121 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    21511 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    20769 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    20016 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    19874 Qədim kəlam 2011/02/15
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...