Baxanların
7348
İnternetə qoyma tarixi: 2011/02/14
Sualın xülasəsi
Din və mədəniyyətin əlaqəsi necədir?
Sual
Din və mədəniyyətin əlaqəsi necədir?
Qısa cavab

Din və mədəniyyətin əlaqəsini açıqlamaq, din və mədəniyyətin hədəf, təsir və mahiyyətini dəqiq tanıyarkən mümkündür.

Bir dəstə din və mədəniyyət arasındakı bütün əlaqələri inkar ediblər. amma bu baxış düzgün deyil. Əlbəttə bu məsələ aydındır ki, mədəniyyətlərin bəzisi təkamülə yetişmək olan səmavi dinlərin uca hədəflərinə qarşı olduqlarına görə, dinlə uyğun olmaya bilirlər. ona görə də din onları qəbul etmir. Amma mədəniyyətlərin çoxu, dinin praqramları ilə uyğundurlar. Ona görə də din onları təsdiqləyir. Digər tərəfdən, çox xaxt mədəniyyətlər dinərin gətirdiyi qaydalar əsasında, dinlərin vasitəsilə yaranırlar.

Ətreaflı cavab

Dinin lüğətdə müxtəlif mənaları var. məsələn cəza, itaət, adət, hökm. Dinin müxtəlif mənalarından, lüğət və təfsir kitablarının yazdığına əsasən, din Quran ayələrində, çox vaxt itaət və cəza və hökm mənalarında işlənmişdir.[1]

İtaət mənası " لااکراه فی الدی "[2] Dində məcburiyyət yoxdur ayəsi kimi. Cəza mənası "مالک یوم الدین"[3] Cəza günün maliki kimi.

Elmi termində Rağib İsfəhani dediyinə əsasən şəriətdən istiadədir.[4] Fazil Miqdadın dediyinə əsasən təriqət və şəriətdir. Yəni yol və qanun.[5]

İlahi müqavilələrdir ki, Peyğəmbərə (s) çatdırılıb və onun yanında olan, öz sahiblərini hökmləri qəbul etməyə çağırır. Bu dinin ümumi mənasıdır ki, Peyğəmbərlər tərəfindən camaata çatdırılan səmavi və ilahi qanunların hamısına şamil olur.[6]

Başqa bir sözlə, din əqaid, əxlaq və əhkam toplusudur.[7]

Amma dinin xüsusi mənası, ya haqq və bəyənilən din, Quranın buyurduğuna əsasən, islamdır. " ان الدین عندالله الاسلام..."[8] Həqiqətən Allah yanında bəyənilən din, islamdır..."

Mədəniyət, ictimai elimlərdə ümumi məfhumlardandır ki, onun üçün çoxlu tərufiflər deyilibdir.

Lüğətdə ədəb, elm, və mərifət mənasındadır.[9]

İctimai elimlərin terminində deyilibdir: Mədəniyyət yəni elm və ədəb, adət- ənənələr, hər bir tayfa və millətin arasında yayılan işlər (elm, adət və qaydalardan ümumidir) ki, o tayfanın ümumi camaatı onlara əməl edirlər.[10] Yaxud mədəniyyət elm, bilik, peşə, düşüncə və əqidə, əxlaq, qayda və qanun və adət- ənənələr toplusudur.[11]

Din ilə mədəniyyətin arasında əlaqənin olub ya olmaması, əgər əlaqə varsa bunların ikisi eynidirmi? Ya din hər millətin mədəniyyətinin bir hissəsi olur. ya dinin özü mədəniyyət yaradandır, məsələləri, mədəniyyətin müxtəlif təriflərinə əsasən ixtilaflıdır.

Bəziləri bu fikirdədirlər ki, din və mədəniyyət kəlmələri arasında heç bir bağlılıq yoxdur. Çünki mədəniyyət ictimai mirasdır və millidir ki, təbii və tədrici təkamül nəticəsində cəmiyyət yaranır və təbii və iqlim şəraiti mədəniyyətlərin fərqli olmasında təsirlidir. Başqa sözlə, cəmiyyətin təbii, coğrafi və bəlkə də tarixi şəraitdə yaratdığı və insanların öhdəsinə qoyduğu şey, mədəniyyət adlanır. Amma din ictimai miras deyil. Dinləri insanlar yaratmayıblar. Kəlamçıların dili ilə, din Allaha məxsus təbiətdir. Bu təsəvvürlə, din mədəniyyətdən ayrıdır, amma uyğundur.[12]

Alimlərin bəzisi bu fikirdədirlər ki, din və mədəniyyət məfhumları arasındakı bağlılığı almaq çətindir. Çünki dinin çatdırdıqlarının çoxu mədəniyyət çatdırmaları ilə eynidir. Dində əxlaq və etiqaddan bəhs etdiyi kimi, mədəniyətin ruhu da belədir. Adət və ənənələr mədəniyyətin hissələridirsə, dini şəriət də adət və ən- ənələrdən danışır.[13]

Əbəttə mədəniyyətlər coğrafi və iqlim şəraitinə görə fərqlənir və bərabər deyillər. Mədəniyyətlərin bəzisi, məsələn cahiliyyət dövründəki qız uşaqlarını diri- diri basdırmaq adəti, cəmiyyətlərdə bidət və xurafatlar yayılır və zaman keçdikcə o cəmiyyətin mədəniyyətinə çevrilir. Təbiidir ki, belə mədəniyyətlər və dinin arasında heç bir əlaqə yoxdur.

Mədəniyyətlərin bəzisi düzəliş və uyğunlaşma ilə din onları qəbul edir. Çox vaxt da din mədəniyyətlərin əsasını qoyandır.

Dinin zühuru məsələsində, dinlər tarixi göstərir ki, din o zaman zühur edir ki, qabaqkı dindəki sistemin forması fəsada çevrilsin, ya da əxlaqi- ictimai yoldan çıxma yaransın. Hər halda, din ya məktəb zühur edərkən, adətən cəmiyət sitemində və dəyərlərdə əsaslı dəyişiklik ya inqilab yaradır ki, mədəniyyətlərin silkələnməsinə, bəzi ünsürlərin dağılmasına və yeni dəyərlərə uyğun yeni ünsürlərin ya yeni məktəbi qəbul edən ünsürlərin yaranmasına səbəb olur. məktəblər bu yolla mədəniyyət yaradırlar.

Əlbəttə belə də deyil ki, hər bir din özü ilə bir mədəniyyət gətirir. Əksinə hər bir din müəyyən dəyərlər yaradır və ya onları açıqlayır. Bu dəyərlər, bir mədəniyyət formasında, bu dəyərlərə uyğun olmayan qədimi mədəniyyəti, aradan aparı. İslamın zühur etməsi və qız uşaqlarını diri- diri dəfn etmək adətini aradan aparması kimi. İki: Bəzi formalar var ki, məna cəhətdən dəyərsiz və yeni dəyərlərin əksidir, amma yeni dəyərlərə əsasən onda ruh üfürüb, fəsaddan xaric edib və həmin dəyərlərin zühuru üçün vasitə qərar vermək olar. Bu formaların nümunəsi islamda həccdən ad aparmaq olar ki, onun qədimi forması tam şirk idi. Amma islam onu aradan aparmadı, əksinə həmin adət- ənənələri saxladı. Lakin ona məna bağışladı. Buna əsasən, bunlar yeni mədəniyyət sistemində güclənir və qalır. İranda islamdan qabaqkı və ondan sonrakı növruz bayramı kimi.

Əslində yeni din, yeni mədəniyyət gətirmir. Əksinə yeni dəyərlər açıqlanır və cəmiyyət bu dəyərlər əsasında yeni mədəniyyəti yaradır. Yəni dinin əsasında, yeni mədəniyyət zühur edəndən sonra, artıq din də, o cmiyyətin mədəniyyətinin bir hissəsi sayılır.[14]

Diqqətə layiq məsələ budur ki, müxtəlif tayfalarda eyni dinin daxil olması, vahid dəyərlər əsasında, müxtəlif mədəniyyətlərin zühur etməsinə səbəb olur. din hansı yerə daxil olsa, eyni mədəniyyət yaradar, məfhumunu güman etmək, doğru təsəvvür deyil.

Din eyni dəyərləri müxtəlif tayfa və yerlərdə hakim edir. Amma müxtəlif mədəniyyətlər, qədimi mədəniyyətlərin olmasına görə, fərqli yaranır. Çünki formaların yaranması, coğrafi- məşiət mövqeyinə bağlıdır.[15]



[1] - Şiənin Dairətül- maarifi, cild 7, din kəlməsi.

[2] - Bəqərə surəsi, ayə 256

[3] - Həmd surəsi, ayə 4.

[4] - Rağib İsfəhani, Quran ləfzlərinin mənaları, səh 177, din kəlməsi.

[5] - Fazil Miqdad, Babi Hadi Əşərin şərhi, səh 2

[6] - Şiənin Dairətül- maarifi, cild 7, din kəlməsi.

[7] - Cavadi Amuli, Abdullah, Fitrət Quranda, cild 12, səh 145.

[8] - Ali- imran surəsi, ayə 19

[9] - Muin, Məhəmməd, Muinin lüğət kitab, cild 2, Fərhənge (mədəniyyət) kəlməsi.

[10] - Hüseyni Dğşti, Seyyid Mustafa, maarif və maariflər, cild 8, mədəniyyət kəlməsi.

[11] - Səidiyan, Əbdül- Hüseyn, Yeni Dairətül- maarif, cild 4, mədəniyyət kəlməsi.

[12] - Salam qəzeti, 15, 7, 1371. səh 10

[13] - Salam qəzeti, 15, 7, 1371. səh 10

[14] - İslam dünyası qəzeti, 1, 2, 1373. səh 10.

[15] - İslam dünyası qəzeti, 1, 2, 1373. səh 10.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    102950 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    78515 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    56589 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    38527 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    29876 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    22053 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    21196 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    19791 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    19785 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    19719 Qədim kəlam 2011/02/15
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...