Baxanların
4922
İnternetə qoyma tarixi: 2012/09/01
Sualın xülasəsi
Quran və rəvayətdə ixtiyari ölüm
Sual
İxtiyari ölüm nədir? Xahiş edirik cavabda Quran və rəvayətdən istifadə edin.
Qısa cavab

Demək olar ki, "ixtiyari ölüm"- ün termini İslam irfanında istifadə olunmuşdur və Peyğəmbərin (s) buyurduğu bu cümlə)- sin " موتوا قبل ان تموتوا"[i] (ölümdən əvvəl ölüm) götürülmüşdür. Bu cümlədə "ölüm" kəlməsindən məqsəd ixtiyari olan iş nəzərdə tutulur. Və ikinci "ölüm" sözündən məqsəd isə hər bir şəxs üçün nəzərdə tutulan əcəldir. O cür ki, Quranda ölüm arzusunu məhəbbət və xalis bəndələrin nümunəsi kimi bildirir, dəfələrlə işarə olunmuşdur ki, bir çox irfan sahibləri bu ayənin ixtiyari ölümə dəvət etməsini bildirmişdirlər. Onların nəzərində Allah, ona məhəbbəti onları ona dəvət edir və bunu Allaha olan məhəbbətin nümunəsi bilir.

Əməli irfanda ixtiyari ölüm üçün bir sıra mərhələlər və müqəddimələr qeyd olunmuşdur ki, onlara davam etdikdə ölüm məqamına çatdırır; bu ölüm mərhələləri ardıcıl olaraq ibarətdirlər: "Ağ ölüm" ağlığa dözüb qəlbin ağ və nurlu olmasına səbəb olur, "göy ölüm" sadə yaşamaq və fəqrlik məqamı, qırmızı ölüm, nəfs ilə mübarizə və "qara ölüm" hər bir çətinliyə dözmək. İrfan sahibləri bu dörd mərhələni açıqladıqda bir çox bəhslərə işarə etmişdirlər.

O cümlədən irfan məqamlarından biri də budur ki, "ixtiyari ölüm"- ə işarə olunmuşdur "bədənin azad olmasıdır"; yəni insan ölüm məqamından ucalır və bədən onun üçün bir libas kimidir hər bir vaxt istəsə onu əhatə edir və yaxud əksinə. Bu mərhələ ruhun, bütün nəfsin istəklərini kənar edib mücərrəd məqama çatmasıdır ki, nəticədə fəna məqamına yetişir.

 


[i] - Əllamə Məclisi, Biharul- ənvar, cild 69, səh 57.

 

Ətreaflı cavab

Müqəddimə:

Ölüm, xüsusiylə də "ixtiyari ölüm" rəvayət, fəlsəfə, irfan və digər elmlərdə müxtəlif terminlərdə istifadə olunmuşdur, baxmayaraq ki, nəticədə bir nöqtəyə işarə etmişdirlər. Lakin hər bir müxtəlif cəhətlərdən bu məsələyə nəzər salmışdırlar.

İxtiyari ölüm özü bir neçə mərhələdən təşkil olduğu kimi, müqəddimə və nəticəylə birlikdə "ixtiyari ölüm" ünvanını daşıyırlar.

Xüsusiylə də ölüm özü, məxluq üçün irfani bir həqiqətdir və ölüm hünəri (ixtiyari ölüm) irfanda ən yüksək hünər sayılır; yəni özündən fani olub müxtəlif mərtəbələdə həyat sürməkdir. Bu hərəkət aləmdə olan varlıqların Allaha və kamilliyə doğru hərəkət etməsi və əbədi yaşamasıdır.

1)- Quran və rəvayətlərdə ixtiyari ölü

Demək olar ki, "ixtiyari ölüm"- ün termini İslam irfanında istifadə olunmuşdur və İslam Peyğəmbərinin (s) buyurduğu bu cümlədən " موتوا قبل ان تموتوا"[1] (ölümdən əvvəl ölüm) götürülmüşdür.

Bu cümlədə "ölüm" kəlməsindən məqsəd ixtiyari olan iş və ya ölüm nəzərdə tutulur və ikinci "ölüm" sözündən məqsəd isə hər bir şəxs üçün nəzərdə tutulan əcəldir. O cür ki, Quranda ölüm arzusunu məhəbbət və xalis bəndələrin nümunəsi kimi bildirilir və dəfələrlə bu mövzuya işarə olunur:

«قُلْ یا أَیُّهَا الَّذینَ هادُوا إِنْ زَعَمْتُمْ أَنَّکُمْ أَوْلِیاءُ لِلَّهِ مِنْ دُونِ النَّاسِ فَتَمَنَّوُا الْمَوْتَ إِنْ کُنْتُمْ صادِقین»[2]

Ey Yəhudilər əgər düşünürsünüz ki, yalnız siz Allahın yaxınlarısınız nəin ki, digər camaat, bəs ölüm arzusu edin əgər düz danışırsınız, (ki, istəyinizə çatasınız).

Bir çox irfan sahibləri bu ayəni ixtiyari ölümə dəvət etmək kimi bilirlər ki, Allah Taala ona eşq iddiası edənləri bu ayəylə dəvət və Allaha qarşı olan məhəbbətin nümunəsini bildirir.

Quranın digər bir ayəsində, münafiqlər barəsindədir ki, əgər Allah tərəfindən onlara ölüm əmr olunsa yalnız az bir hissəsi ona əməl edəcəklər.

«وَ لَوْ أَنَّا کَتَبْنا عَلَیْهِمْ أَنِ اقْتُلُوا أَنْفُسَکُمْ أَوِ اخْرُجُوا مِنْ دِیارِکُمْ ما فَعَلُوهُ إِلاَّ قَلیلٌ مِنْهُمْ وَ لَوْ أَنَّهُمْ فَعَلُوا ما یُوعَظُونَ بِهِ لَکانَ خَیْراً لَهُمْ وَ أَشَدَّ تَثْبیتاً»[3]

Əgər qərar versəydik özlərinizi öldürün və yaxud evlərinizi tərk edin, az bir dəstəsi əməl edərdi və onlara edilən nəsihətlərə əməl etsəydilər onlar üçün xeyirli və payidar olardı.

İmam Sadiq (ə) "Misbahul- şəriət" kitabında bu hərəkətin birinci şərtini, ölümə hazır olmaq bildirir və bu yolun davamçısına bildirir:

«فانظر أیها المؤمن فإن کانت حالتک حالة ترضاها لحلول الموت فاشکر الله تعالى على توفیقه و عصمته و إن کانت أخرى فانتقل عنها بصحیح العزیمة»

Diqqət et mömin! Əgər ölüm üçün hazır olsan, bunun üçün Allaha şükr et onun əta etdiyi müvəffəqiyyət üçün, əks halda bu işdən uzaq ol.

Buna əsasən, haqq yolunun iddiaçısı öz iddiası üçün ülgüsü vardır və o da ölümə olan əlaqəsidir. İmam Əli (ə) bu yolda hamıdan birinci idi.

O həzrət buyurur: "And olsun Allaha Əlinin ölümə olan əlaqəsi, süd əmər uşağın anasının sinəsinə olan əlaqəsindən çoxdur".[4]

Əslində bu cür insanlar ölmüşdürlər yoxdyrlar əlbəttə eşq xəncəriylə ölüm və daxildə şəhid məqamına çatmışdırlar; çünki dost əliylə ölmək, düşmən əliylə ölməkdən üstündür. O cümlədən məşhur hədisi- Qüdsidə gəlmişdir:

«من طلبنی وجدنی و من وجدنی عرفنی و من عرفنی احبنی و من احبنی عشقنی و من عشقنی عشقته و من عشقته قتلته و من قتلته فعلیّ دیته و من علیّ دیته فانا دیته»

hər kəs axtarsa, tapar və hər kəs məni tapsa sevər və hər kəs məni sevsə mənə aşiq olar və hər kəs mənə aşiq olsa mən də onun aşiqi olaram və mən hər kəsin aşiqi olsam onu öldürərəm və hər kəsi mən öldürsəm onun diyəsi mənim öhdəmdədir və hər kəsin diyəsi mənim öhdəmdə olsa, mən onun diyəsi olaram.

2)- İrfanda ölümün mərhələ və növləri:

İxtiyari ölüm üçün müqəddiməsi üçün, irfan sahibləri tərəfindən bir sıra mərhələ və növləri qeyd olunmuşdur ki, nəticədə bu yolun davamçısının həqiqi ölüm məqamına çatdırır; bu ölüm mərhələləri ibarətdirlər:

  1. Ağ ölüm; qəlbin nurlu olması.
  2. Göy ölüm, sadə yaşamaq və fəqirliyi həyatda ixtiyar etmək.
  3. Qırmızı ölmüm, insan öz nəfsiylə mübarizə aparır ki, onu böyük cihad da adlandırırlar; çünki cihadda lazım görülən qanın tökülməsidir, odur ki, onu qırmızı ölüm adlandırırlar.
  4. Qara ölüm, yəni bir çox çətinlik qarşısında səbrli olmaq.[5]

İxtiyari ölümün daha yaxşı mənasını dərk etmək olur ki, bu yolun davamçısı öz canından keçməsə canana qovuşmaz və əbədi həyatı dərk etməz. Öz çörəyindən (ikinci ölüm) keçməsə toxluq, qənaət və canının ləzzətinin məqamına çatmaz.

Adından və abrından (qara ölüm) keçməsə həqiqət və vücudundan mənasını dərk etməz, öz əziz və sevdiklərindən uzaq olmasa Allaha qovuşmaz və eşq sahibi olmaz dördüncü ölüm- ağ ölüm).[6]

İrfan sahibləri ölümün bu cür dörd mərhələsinin tozihində bir çox məsələlərə işarə etmiş və onları əməli irfanın əsas qanunları kimi qeyd etmişdirlər.

3)- Bədənin ayrılması

İrfan məqamlarından digər bir termini ki, "ixtiyari ölümün" başqa bir hissəsinə işarə olunmuşdur "bədənin ayrılması"-dır. Yəni bu yolda hərəkət edən şəxs ölüm məqamından üstün və bədən onun üçün bir libas kimidir hər vaxt istəsə onu əhatə edir və yaxud ondan uzaq olur. Arif şəxs bu məqamda əsasən öz vücudundan üstündür. Şeyx İşraqın dediklərinə əsasən ilk növbədə bu termini o istifadə etmişdir:

«لایعد الانسان من المتألهین ما لم یصر بدنه کقمیص یخلعه تارة و یلبسه اخری، ثم اذا شاء عرج الی النور»[7]

heç bir kəsi arif bilmək olmaz yalnız onun bədəni libas hökmündə olsun ki, öz ixtiyarında ondan ayrılsın və ya geyinsin, sonra isə öz iradəsiylə nurda ucalsın. O cümlədən başqa bir yerdə buyurur:

«و اعظم الملکات ملکة موت ینسلخ النور المدبر عن الظلمات انسلاخاً و ان لم یخل عن بقیة علاقة مع البدن، الا انه یبرز الی عالم النور و یصیر متعلقا بالانوار القاعرة و یری الحجب النوریة کلها»[8]

İrfanın ən yüksək mələkəsi ölümdür ki, tədbir görən nur zülmətdən tamamıyla azad olur baxmayaraq ki, insan cisminə bağlıdır. Bununla belə nur aləminə çatır və o nurlara qovuşaraq bütün nurani hicabları müşahidə edir.

Bu cümlələrin oxşarlarını "məbaniyyə münacatlarında da müşahidə edirik:

«الهی هب لی کمال الانقطاع الیک ....حَتَّى تَخْرِقَ أَبْصَارُ الْقُلُوبِ حُجُبَ النُّورِ فَتَصِلَ إِلَى مَعْدِنِ الْعَظَمَةِ وَ تَصِیرَ أَرْوَاحُنَا مُعَلَّقَةً بِعِزِّ قُدْسِک»[9]

Ey Rəbbim! Mənə özünə qarşı elə bir bağlılıq əta et ki, ...qəlbimin dərk etməsi nur hicablarını keçərək əzəmət mədəninə yol tapsın və bizim ruhlarımız sənin qüds və mübarək izzətinə qovuşsun.

Burada qeyd etmək lazımdır ki, bir çox yeni irfanlarda və ruhi elmlərdə, ruhun bədəndən ayrılması bir məqsəd olaraq nəzərdə tutulur və "ruhun kənarlaşdırılması" və yaxud "ruhi səfər" deyilir ki, İslam elmlərində irfan və fəlsəfə nəzərində bu ayrılığa misali bədənin maddi bədəndən ayrılması deyilir.

Ruhun kənarlaşdırılması terminində ruhi özündə daşıyan misali bədəndir ki, öz iradəsiylə yuxu halı kimi və ya iradəsi olmadan digər bir şəxsin vasitəsiylə maddi bədəndən ayrılır, lakin bunun əksinə bədənin ayrılması İslam israfında, ruhun ixtiyarsız olaraq bədənə bağlılığıdır.[10]

Bu ehtiyacsızlıq mümkündür bir neçə an və ya təkrar və yaxud ardıcıl və əbədidir.

Bu hərəkət və yola davam etmək nəfsin paklanmasıyla həyata keçir və onu bit şəxsin özünə nisbət verməsi və yaxud digər insanlar tərəfindən qeyb aləmini dərk etməsinin iddia olunması, İslam irfanı məntiqindən uzaqdır.[11]

Qeyd olunanlardan məlum olur ki, ixtiyari ölüm və nəticədə bədənin ayrılması, İslam irfanında ruhun nəfsin istəklərindən tamamıyla uzaq olmasıdır ki, fəna məqamıyla nəticələnir.

 


[1] - Biharul- ənvar, cild 69, səh 57.

[2] - Əl- cümə surəsi, ayə 6.

[3] - Əl- Nisa surəsi, ayə 66.

[4] - Biharul- ənvar, cild 71, səh 5.

«وَ اللَّهِ لَابْنُ أَبِی طَالِبٍ آنَسُ بِالْمَوْتِ مِنَ الطِّفْلِ بِثَدْیِ أُمِّهِ»

[5] - Nəql olunur "Şərhe məsailun- nəfs"- dən Həsənzadə Amuli, səh 154.

[6] - Xancani, Əli Əkbər, Hikməte Nuri (işraq) fəsle mərgi sefid (qiyaməte del), səh 41.

[7] - Suğraverdi, Hikmətul- işraqın şərhi, səh 4. Abdullah nurani- Məhdi muhəqqiq, Tehran asar və məfaxire fərhəngi təşkilatı, səh 1383.

[8] - Həmin, səh 531.

[9] - Biharul- ənvar, cild 91, səh 98.

[10] - Buna əsasən, ruhun kənarlaşdırılması, ruhi bir varlıq olaraq özü- özlüyündə və nəfsin paklaşdırılması bir halda heç bir mənəvi kamilliyə yol açmayacaqdır (baxmayaraq ki, bir çox bu yolun davamçıları və ixtiyari ölüm, əsl mənada ruhun kənarlaşdırılmasından daha yüksək məna daşıyır; çünki, arif şəxsdə tamamıyla başqa bir varlıq yaradır ki, tamamıyla cismindən yüksək bir varlığa aparır. Odur ki, maddi cism nurun aşkar olunması onun üçün bir hicab kimi zərif müşahidə olunur ki, hər vaxt ondan uzaq ola bilər və bu irfanda yüksək məqamdır ki, Şeyx İşraq onu cismin ayrılması kimi adlandırır və az bir insanların bu məqama çatmasına inanır.

[11] -Bu cür halda olmaq, ruhla cismin ayrılması mümkündür qorxu və əzaba səbəb olsun və xəstəliklər yaratsın və irfan məqamlarından hesab olunmur.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    103931 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    79107 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    56986 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    39226 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    30293 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • islam sözünün mənası Ali- imran surəsinin 19- cu ayəsinə əsasən nədir?
    22120 Təzə kəlam 2010/12/07
    İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- ...
  • Niyə duaların çoxu yağış yağan zaman qəbul olur?
    21510 Əxlaq fəlsəfəsi 2012/03/11
    Dua oxunması tövsiyə olunan vaxtlardan biri yağış yağan zamandır; Quran ayələri və rəvayətərdən istifadə etməklə sübut etmək olar ki, yağış, Allahın rəhmət nişanəsidir. İndiki Allahın rəhmət qapısı açılıb, duanın qəbul olması üçün daha çox ümidli olmaq lazımdır. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    20767 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Saqqal və bədən tüklərini kəsməyin hökmü nədir?
    20016 Nizamlar hüquq və əhkam 2011/08/09
    Ülgüc və ya üz qırxan maşınla yalnız üz tüklərini (saqqalı) dibindən qırxmaq[1] (belə ki, başqaları - onun üzündə saqqal yoxdur – deyə) ehtiyat vacibə görə caiz deyil.[2] Əlbəttə, saqqalın bir hissəsini belə kəsmək, onu tam kəsmək hökmündədir.
  • Dünyanın ilk yaranmasını təşkil edən maddə nədir, Quran və hədislərin bu mövzuda nəzəri nədir?
    19873 Qədim kəlam 2011/02/15
    Təbiət şünas alimlərinin bu mövzuda olan dəqiq nəzəriyyələri budur ki, varlığın ilk maddəsini təşkil edən ünsürlar bunu isbat edir ki, əslində fəzada dağılmış "sedyom"- ların təşkil olmasıyla yaranmışdır. Bu maddə uzun zamanlardan təqribiylə 13 milyard il şiddətli partlayış nəticəsində, hissələr və qismətlərə bölünmüşdür, günəş, ulduzlar, göy (səma) yer və...özlərinə məxsus ...