Ətraflı axtarış
Baxanların
11223
İnternetə qoyma tarixi: 2011/09/12
Sualın xülasəsi
İçində cədvəl və şəkillər olan kitablardan istifadə etməyin hökmü nədir?
Sual
Mənim əlimdə müəyyən dualar yazılan bir kitab vardır. İçərisində ədədlər yazılmış cədvəl şəkilli fiqurlar da vardır. Məncə, bu ədədlər Allahın adlarıdır. Bunlar sehr və cadudur, yoxsa dua kitabıdır? Ondan istifadə etmək günahdırmı?
Qısa cavab

Əvvəla, sualınıza diqqət yetirməklə həmin kitabın hansı elmdə yazılmasını ayırd etmək çətindir və əlavə təfsilata, izaha ehtiyac vardır. Amma qısa şəkildə desək, kitabın mövzusu “qəribə elmlər”, misal üçün cəfr, rəml, nücum və sair kimi elmlər mövzusunda ola bilər, lakin onun (müşahidə edilmədən) dəqiq şəkildə ayırd edilməsi mümkün deyildir.

İkincisi, qəribə elmlərlə sehr, cadu və dua kitabları arasında çoxlu fərq vardır. Qəribə elmlər təlimlə, xüsusi qayda-qanunların öyrənilməsi ilə əldə olunur. Qəribə elmlərin əsas hədəf və məqsədi xüsusi formullar və vasitələrdən istifadə etməklə gələcəkdən xəbər vermək, müxtəlif şəxslərin vəziyyət və hallarından məlumat əldə etməkdir. Əlbəttə, bütün hallarda yox, təkcə müəyyən hallarda həqiqətə çatır. Amma sehr, cadu isə cinlər və s. ilə əlaqə yaratmaq qalibində şəriətə zidd olan əməl və rəftarlardan ibarətdir. Bu iş camaatın işlərində nasazlıq yaratmaq, onların gündəlik həyatlarında qarışıqlıq icad etmək üçün baş verir. Sehri öyrətmək və öyrətmək haramdır. Yalnız əqli və şəri məqsədlər olan hallar istisnadır.

Üçüncüsü, Əhli-beyt (əleyhimus-salam)-dan bizə gəlib çatan dua kitablarının məqamına diqqət yetirməklə əksər hallarda bizə lazım olan şey onları öyrənmək və düzgün istifadə etməkdir.

Ətreaflı cavab

Müxtəlif bəşər elmləri arasında bəzi elmlər çox da fayda və səmərəyə malik deyildir, bunlar çoxlu elmi və əməli bəhrələrə, faydalara malik olan və əksəriyyət təşkil edən sair elmlərlə müqayisədə cüzi əhəmiyyətə malikdirlər. Bu kimi bəhrəsiz elmlərdən biri kimi qəribə elmlərin – misal üçün, cəfr, rəml, [1] nücum və s. adını qeyd etmək olar. Əlbəttə, bu elmlər sehr və cadu ilə aşkar ixtilaflara və dərin fərqlərə malikdir. Qəribə elmlər xüsusi qayda-qanunları öyrənməklə əldə olunur, bunların öyrənilməsinin əsl hədəfi və məqsədi xüsusi formullar vasitəsi ilə gələcəkdən xəbər vermək, müxtəlif şəxslərin əhval və rəftarlarından məlumat əldə etməkdir. Bu da həmişə deyil, yalnız bəzi hallarda həqiqətlə uyğun olur. Buna görə də həqiqətən ilahi dinlərin ən əhatəlisi və kamili olan islam dinində onların öyrənib-öyrədilməsinə dair təşviq gözə dəymir. [2] Amma bütün müctəhidlərin aşkar bəyanına əsasən, sehr və cadunun öyrənib öyrədilməsi və istifadə edilməsi haramdır. Yalnız əqli və şəri məqsədlər olan cüzi hallar istisna olunur. [3] Çünki onun həm özü, həm də müqəddiməsi Allahın  haram buyurduğu işin nümunələrindəndir, məs; şəri olmayan riyazətlər, cinlərin ehzar edilməsi (çağırılması), xüsusən başqalarının gündəlik işlərində qarışıqlıq yaratmaq məqsədi olduqda şəriət sahibi tərəfindən şiddətlə qadağan edilmişdir. Həmin dəlilə görə ilahi kitab olan Quran, Peyğəmbər (səlləllahu əleyhi və alih) sünnəti və Əhli-beyt (əleyhimus-salam)-ın rəftar və davranışı əsasında ilahi maarif və hökmlərin təbliğ və nəşrini öhdəsinə alan bu alimlər çox da mühüm əhəmiyyət kəsb etməyən elm və kitablardan heç vaxt istifadə etməmiş və hal-hazırda da etmirlər. Amma böyük şiə şəxsiyyətlərindən bəziləri qəribə elmlərdən bəhrə almışlar, amma bunu heç vaxt izhar etmirdilər. Belə ki, Müəllim Sani – Əbu Nəsir Farabi (r) cəfr elmində bir kitabça yazmış, lakin bir müddətdən sonra onu məhv edərək buyurmuşdu: “İstəmirəm ki, mənim əsərlərim bu elm sahəsində olsun.” [4] Bu məsələ ilə əlaqədar Əllamə Həsənzadə Amuli yazır: “Cəfr elmi həfr (quyu qazmaq) kimidir; bəzən xəzinəyə çatır, bəzən isə yalnız əzab əziyyəti qalır.” [5]

Əhli-beyt (əleyhimus-salam)-dan nəql olunan duaların yazıldığı kitablarının mövqeyinə diqqət yetirməklə bizə lazım olan, eləcə də dində təkid olunan məsələ dua kitablarının öyrənilməsi və onlardan istifadə edilməsidir. Çünki bu mühüm məsələyə diqqət yetirməklə Xaliqlə məxluq arasında əlaqə daim bərqərar olur və bu kimi hallarda rəml, cəfr və s. kitablara ehtiyac duyulmur.

Əlavə məlumat üçün bax:

1. “Kifayətur-rəml”, Seyid Cavad Zehni Tehrani

2. Görünüş: “Sehrin müşahidəsinin haram olmaması və onun barəsində tədqiqat”, sual 13799 (13637).

3. Görünüş: “Başqa aləm varlıqları ilə əlaqə”, sual 292

4. Görünüş: “Cinin və şeytanın qüdrəti”, sual 10487 (10479).

5. Görünüş: “İnsanın cinlə əlaqəsi”, sual 13323 (13096).

6. Görünüş: “İnsan və cinlə əlaqə”, sual 468



[1]   “Kifayətur-rəml”, Seyid Cavad Zehni Tehrani

[2] Dinin bu kimi elmlərə diqqət yetirməməsinin səbəblərindən biri bəlkə də bu ola bilər ki, bu elmlər cəmiyyətdə əxlaqi səciyyələrin, Allaha təvəkkülün, Onun qəza və qədərinə razı olmağın əhəmiyyətsiz olmasına səbəb ola bilər.

[3] “Məsaili cədid”, səh. 83; “Tovzihul-məsaile mərace”, 2-ci cild, səh. 980; “Əcvibətul-istiftaat”, Ayətulah Xamenei, 2-ci cild, səh. 50

[4] “Min bir nöqtə”, Əllamə Həsənzadə Amuli, 2-ci cild, səh. 722

[5] Y enə orada, 1-ci cild, səh. 160

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Oruc tutmağın insana nə kimi tərbiyəvi təsirləri vardır?
    7717 Əməli əxlaq 2012/04/09
    Oruc tutmaq nəfsi saflaşdırmaq və rəzalət sifətləri özündən uzaqlaşdırmaq üçün bir növ məşq, insanın öz nəfsinə hakim kəsilməsi və nəfsani istəklərlə mübarizə üçün münasib bir yoldur. Oruc tutmağın ictimai və fərdi yönlərdə fiziki faydalarından əlavə, mənəviyyatı qurmaqda çoxlu tərbiyəvi təsir və faydaları da vardır. O ...
  • Nə üçün arvadın bacıları ilə evlənməyin haramlıq hökmü zamanın dəyişməsinə uyğun olaraq dəyişmir?
    6997 Əhkam və hüquq fəlsəfəsi 2011/07/28
    Cavabın aydın olması üçün bir neçə məsələni xatırlatmaq lazımdır: 1. “İslam müasir dindir” dedikdə məqsəd onun ən kamil din olması, onun qayda-qanunlarının bütün əsr və zamanlarda bəşərin ...
  • Peyğəmbərin besəti və meracı bir gündə (rəcəbin 27-də) baş vermişdirmi?
    9207 تاريخ بزرگان 2012/04/10
    Cavabı bəyan etmək üçün Peyğəmbərin besəti və meracı ilə əlaqədar məsələni təfsir kitablarından araşdırırıq. 1. Besətin tarixi ilə əlaqədar müsəlman alimləri arasında iki nəzəriyyə vardır: Birincisi şiələrin nəzəriyyəsidir. Onlar rəcəb ayının 27-ci gününü Peyğəmbər (səlləllahu əleyhi və alih)-in besət günü hesab edirlər. İkinci nəzər isə ...
  • Bizim salavat göndərməyimiz Peyğəmbərin (s) məqamının yüksələməsinə səbəb olur?
    6809 صلوات بر محمد و آل محمد 2012/09/01
    Peyğəmbərə salavat göndərməyin bir neçə müxtəlif cəhətləri vardır ki, bunların bəzilərinə işarə edirik: Salavat Allahın Quranda qeyd edilən əmridir. Buyurur: «إِنَّ اللَّهَ وَ مَلائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ يا أَيُّهَا الَّذينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَ سَلِّمُوا تَسْليما» ”Həqiqətən ...
  • Yuxu ilə huşdan geymə vəziyyətində ruhun fəaliyyətlərinin fərqi nədir?
    11180 İslam fəlsəfəsi 2011/11/24
    Ruhun ayıqlıqda bədənlə əlaqəsi və idarəsi onun yuxudakı əlaqə və idarəsi ilə tamamilə fərqlidir. Buna görə də islam təlimlərində yuxu bir növ “ölümün qardaşı” hesab olunmuşdur.Təcrübi elmlərin yuxu zamanı ruhun bədənlə əlaqəsinin necəliyi barədə agahlığı olmasa da, yuxu zamanı baş verən fiziki dəyişikliklərə ...
  • Бир нәфәр хачпәрәсти Ислам ирфаны илә Ислама неҹә ҝәтирмәк олар?
    6603 Nəzəri irfan 2012/05/21
    Ислами ирфаны, онун хүсусијјәтләрини вә шахәләрини һәмчинин, Ислам вә Әһли-Бејт (әлејһиссалам) мәктәбинин сајәсиндә јетишән ирфаны ачыгламагла өз мәгсәдинизә чата биләрсиниз. Биринҹи: Ислами ирфан ики гисмә, нәзәри вә әмәли гисмә бөлүнүр. Нәзәри ирфанын әсас вә көклү мөвзусу ики мәсәләдир. Биринҹи, төвһидин һәгигәтинин ачыгланмасы; икинҹи һәгиги тәкаллаһлыны ...
  • Otaqda bir qızla tənha (tək) qalmağın iradı varmı?
    6746 Əməli əxlaq 2012/02/12
    Dini təlimlərdə insanın günahdan hifz olunması üçün qadağan olunan yerlərdən biri naməhrəm ilə xəlvət etməkdir (tənha qalmaqdır).İblisin həzrət Musaya (ə) vəsiyətində oxuyuruq: Ey Musa! Biganə (yad) qızla xəlvət etmə; çünki, hər kim belə edə mənim dostlarım deyil, mən özüm ona köməkçi olaram.
  • Hansı hallarda təyəmmüm almaq olar?
    7013 شرایط انتقال به تیمم 2015/04/16
    İnsan yalnız cənabət qüslü ilə cənabəti özündən götürə bilər. Əlbəttə bəzi hallarda qüslü təyəmmümlə əvəz etmək olar.[1] O hallar aşağıdakılardan ibarətdir: Şəxsin imkanında su olmadıqda. Qüsl üçün kifayət vaxtı olmadıqda, Qüsl almaq onun namazının qəzaya getməsinə səbəb olduqda.
  • "Əhli-beyt" kimə deyilir?
    22542 İslam fəlsəfəsi 2011/06/28
    "Əhli-beyt" kəlməsi Quran, hədis və ilahiyyat termini olub, İslam peyğəmbərinin (s) ailəsi mənasındadır. Bu termin məlum (əhli-beyt) mənada Quranın "təthir" ayəsində; yəni "Əhzab" surəsinin 33-cü ayəsində istifadə olunmuşdur.«انما یرید الله لیذهب عنکم الرجس اهل البیت و یطهرکم تطهیرا» Şiə təfsirçilərinin hamısı, həmçinin əhli-sünnə təfsirçilərinin əksəriyyəti – şahidlərə, qərinələrə ...
  • Dünyada bu qədər zülm və haqsızlığın varlığı ilə nə üçün İmam Zaman (əleyhis-salam) zühur etmir?
    6726 Qədim kəlam 2011/10/22
    Bir neçə məsələyə diqqət yetirmək sualın cavablandırılmasında sizə kömək edə bilər:1. Rəvayətlərdə çox gözə dəyən məsələ budur:یَمْلَأُ الْاَرْضَ قِسْطًا وَ عَدْلًا کَمَا مُلِئَتْ ظُلْمًا وَ جَوْرًا

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    167261 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165616 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120692 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115310 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    113847 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    95544 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    57061 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55525 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    47482 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46672 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...