Ətraflı axtarış
Baxanların
13186
İnternetə qoyma tarixi: 2012/01/18
Sualın xülasəsi
Kərbəla hadisəsindən sonra imam Hüseyn (əleyhis-salam)-ın həyat yoldaşlarının başına nə gəldi?
Sual
Bilmək istəyirik ki, Kərbəla hadisəsindən sonra İmam Hüseyn (əleyhis-salam)-ın qadınlarının başlarına nə gəldi?
Qısa cavab

İmam Hüseyn (əleyhis-salam)-ın beş həyat yoldaşı var idi. Bəzi tarixçilər o həzrətin bu qadınlardan dünyaya gələn övladlarının sayını altı, bəziləri isə altından çox qeyd etmişlər. Həzrətin həyat yoldaşları aşağıdakılar idi:

1. Şəhrbanu, 2. Leyla, 3. Qüzaiyyə qəbiləsindən olan bir qadın (o, İmam (əleyhis-salam)-ın salığında dünyadan getmişdi), 4. Rubab, 5. Ümmü İshaq.

Kərbəla hadisəsində iştirak etməsi qəti olan yeganə qadın Əli Əsğər (əleyhis-salam)-ın anası Rübab (əleyha salam) idi. O, Kərbəla faciəsindən sonra əsirlərlə birlikdə Mədinəyə qayıtmışdı. Şəhrbanu və Leylanın Kərbəlada olması naməlum məsələdir.

Ətreaflı cavab

Bu məsələni iki bölmədə araşdırırıq:

a) İmam Hüseyn (əleyhis-salam)-ın həyat yoldaşlarının sayı

Tarixçilərin əksəriyyəti, o cümlədən Şeyx Mufid “İrşad” kitabında imam Hüseyn (əleyhis-salam)-ın həyat yoldaşlarının beş nəfər olduğunu qeyd edir: 1. Şəhrbanu, 2. Leyla, 3. Qüzaiyyə qəbiləsindən olan bir qadın, 4. Ümmü İshaq, 5. Rubab.[1]

b) İmam Hüseyn (əleyhis-salam)-ın həyat yoldaşlarının tərcümeyi-halı

İmam Hüseyn (əleyhis-salam)-ın həyat yoldaşlarının tərcümeyi-halı, habelə Kərbəla hadisəsində iştirak etmələri və ondan sonrakı dövrlərdə olmaları çox mənbələrdə qeyd olunmamışdır. Amma onların həyatına qısa şəkildə işarə edirik.

1. İmam Səccad (əleyhis-salam)-ın anası Şəhrbanu. Onun doğum yeri və əsil-nəsəbi ilə əlaqədar çoxlu ixtilaf vardır. Bəziləri onun adını Şahi-zənan (qadınlar şahı), Şahi-cəhan (dünyanın şahı), Şəhrbanu, Şəhrbanuyə demişlər. Bu qrupun dediyinə əsasən o, sonuncu Sasani padşahı olan üçüncü Yezdəgerdin qızı idi. Rəvayətdə qeyd olunur ki, o, Həzrət Səccad (əleyhis-salam)-ı dünyaya gətirdikdən sonra dünyadan getmişdir.[2]

Bu barədə əlavə məlumat almaq üçün “İmam Hüseyn (əleyhis-salam)-ın izdivacı və Şəhrbanu xanım” adlı görünüşə – 7873-cü sualın cavabına (sayt 8096) baxa bilərsiniz.

2. Həzrət Əli Əkbər (əleyhis-salam)-ın anası Leyla. Onun Kərbəla hadisəsində və ondan sonrakı yerlərdə hazır olması barəsində ciddi şəkk-şübhə vardır. Həzrət Əli Əkbər (əleyhis-salam)-ın anasının Kərbəla hadisəsində iştirakı ilə əlaqədar əlavə məlumat üçün 11901-ci suala (sayt 11671) müraciət edə bilərsiniz.

3. Qüzaiyyə qəbiləsindən olan bir qadın

4. Təlhə ibni Übeydullahın qızı Ümmi İshaq. O, Teym qəbiləsindən və imam Hüseyn (əleyhis-salam)-ın qızı Fatimənin anasıdır. Kərbəla hadisəsində iştirak etməmişdir.

5. Rübab. Tarixçilərin qeyd etdiyinə görə Rübab – İmrəul-Qeys ibni Ədinin qızı və imam Hüseyn (əleyhis-salam)-ın həyat yoldaşı, Səkinə və Əli Əsgərin anasıdır. O, Kərbəla səfərində iştirak etmiş, əsirlərlə birlikdə Şama aparılmış, sonra Mədinəyə qayıtmış, bir il ərzində imam Hüseyn (əleyhis-salam)-a matəm saxlamış və o Həzrətin əzadarlığında çoxlu mərsiyələr demişdir. Qüreyşin böyük şəxsiyyətlərindən və əyan-əşraflarından olan elçilərin hamısına mənfi cavab vermiş və heç kəslə izdivaca razı olmamışdır. İmam Hüseyn (əleyhis-salam)-ın əzasında daim ağlayır və heç vaxt kölgəliyə getmirdi. İmamın şəhadətindən sonra qəm-qüssə və ağlamağın şiddətindən 62-ci hicri qəməri ilində dünyadan getmişdir.[3] İmam Hüseyn (əleyhis-salam)-ın şəhadəti ilə əlaqədar onun dediyi şerlərdən biri belə başlanır:

اِنَّ الَّذِى کَانَ نُورًا یُسْتَضَاءُ بِهِ                  فِى کَرْبَلاَءَ قَتِیلٌ غَیْرُ مَدْفُونِ‏

سِبْطَ النَّبِىِّ جَزَاکَ اللّهُ صَالِحَةً                 عَنَّا وَ جُنّبتَ خُسْرَانَ الْمَوَازِینِ

“O kəs ki, aydınlıq bağışlayan nur idi, Kərbəlada qətlə yetirildi və torpağa tapşırılmadı.

Ey Peyğəmbərin nəvəsi! Allah bizim tərəfimizdən sənə xeyir əvəzi versin! Sən zərərlərdən uzaqlaşdırıldın.”[4]

Bəziləri İmam Hüseyn (əleyhis-salam)-ın başqa bir həyat yoldaşı da olduğunu qeyd edərək demişlər ki, o, özünün Möhsün adlı övladını Hələb şəhərinin yaxınlığında yerləşən Covşən adlı bir yerdə mis mədəninin yaxınlığında siqt etdirmişdir. Ehtimal verilir ki, bu həyat yoldaşı adları qeyd olunanlardan biri olsun. Həməvi “Möcəmül-buldan” kitabında yazır: “Covşən Hələbin qərb tərəfində yerləşən bir dağdır. Əhli-beyt əsirləri oradan keçəndə imam Hüseyn (əleyhis-salam)-ın hamilə olan həyat yoldaşı onlardan su istədi, lakin ona nalayiq sözlərlə cavab verdilər, su vermədilər. Qadın onları qarğışladı və o mis mədəni işdən dayandı. Həmin yer “Məşhədus-siqt” və “Məşhədud-Dəkkə” adı ilə məşhurdur.”[5]



[1] Şeyx Mufid, Məhəmməd ibni Məhəmməd ibni Nöman, “Əl-irşad”, 2-ci cild, səh. 135, “Şeyx Mufid” konfransı, Qum, 1413-cü hicri qəməri ili

[2] Ravəndi, Qutbuddin, “Əl-xəraicu vəl-cəraih”, 2-ci cild, səh. 750, “İmam Məhdi (əleyhis-salam)” müəssisəsi, Qum, 1409-cu hicri qəməri ili

[3] İbni Əsir, İzzud-din, “Əl-kamil”, 4-cü cild, səh. 88, “Darus-sadir”, Beyrut, 1385-ci hicri qəməri ili

[4] Seyid Möhsin Əmin, 6-cı cild, səh. 449, “Darut-təarif”, Beyrut 1406-cı il

[5] Həməvi, Yaqut, “Möcəmul-buldan”, 2-ci cild, səh. 186, “Darus-sadir”, Beyrut, 1995-ci miladi il

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Lütfən, Şəhidi Saninin (rəhmətullahi əleyh) həyatını müxtəsər şəkildə bəyan edin.
    5906 تاريخ بزرگان 2012/03/14
    Şəhidi Sani ləqəbi ilə məşhur olan Zeynuddin ibni Nuriddin Amili 911-ci hicri qəməri ilində Livanın Cəbəl-Amil məntəqəsində yerləşən Cəbə (جبع) kəndində dünyaya gəlmişdir. O, fiqh elmini və ədəbiyyatı 925-ci ilə qədər atasından öyrənmiş, sonra yüksək səviyyəli elmləri öyrənmək üçün müxtəlif yerlərə səfər etmişdir. O, sair islam ...
  • Məsumların yaşadıqları dövründə mömin insanların Quranla rəftarları necə olmuşdur?
    5707 Qədim kəlam 2011/04/16
    Qurani kərim Allah- Taala tərəfindən bəşəriyyət üçün göndərilmişdir ki, insanlar onu oxumaqla, başa düşməklə və əməl etməklə ilahi səadətə və xoşbəxtliyə nail olsunlar. Amma Quranın bütün ayələrini elə də asanlıqla başa düşmək olmur. Əksinə Qurani- kərimin ayələrinin bəzisini başa düşmək asan, bəzisini çətin və bəzisini isə çox çətindir. Yalnız Allahın ...
  • Allahın istəyinin insanların əzab və rəhmətinə aid edilməsinin mənası nədir?
    6638 ثواب و عقاب 2012/09/01
    Bir çox ayələrdə Allahın iradəsi, bəndələrin izzət və zillətinin, ruzinin, bağışlanmağın, əzab və mükafatın səbəbi bəyan edilmişdir. Digər ayələrdə isə hidayətin, izzətin, səadətin və ruzinin əldə edilməsi üçün təqva və ixlasla səy göstərməkdən aslı olduğunu bildirmişdir. Bu iki qrup ayələr bir- biri ilə ziddiyyət təşkil etmir. Əksinə ...
  • Hədis elmində Şazz və müəllil hədis hansı məna da işlədilir?
    6394 Hədis elmləri 2015/05/30
    Şazz hədis: O rəvayətə deyilir ki, bir sənədi olsun, amma rəvayəti nəql edənlərin hamısı siqə (inanlmış və dürüst) insanlar olsun. Lakin mətn baxımından məşhurun nəql etdiyi rəvayətlə müxalif olsun. Şazz rəvayətə Nadir rəvayətdə deyilir[1]. Fiqh elmində Şazz adı çox vaxtı o ...
  • Yerli cavanlar cəmiyyəti arasında, Allahı tanıma mövzusunu necə izah vermək olar?
    5754 Qədim kəlam 2012/04/18
    Etiqadi məsələlər silsiləsində, Allah tanıma mövzusu ən mühüm mövzulardandır ki, çox geniş məsələləri əhatə edir. Siz bu məsələləri təbliğ və izah etmək üçün, iki məsələyə riayət etməlisiniz. Birincisi budur ki, münasib və məntiqi müzakirələr seçsinlər. İkincisi budur ki, xitab olunanların elmi səviyyəsi və ruhiyyəsi dəqiq formada riayət olunmalıdır. Birinci ...
  • Quran nəzərindən seçilmiş xalqın xüsusiyyətləri nədir?
    6892 Təfsir 2012/09/24
    Quranda “seçilmiş xalq” və onun xüsusiyyətləri ilə əlaqədar nazil olan ayələri araşdırarkən aşağıdakı məsələlər əldə olunur: 1. Qurani-kərim peyğəmbərlərin ümmətindən heç birini bütün cəhətlərdən ideal olan bir xalq (qövm və ümmət) kimi təqdim etməmiş, əksinə onların ümmətlərinin əksəriyyətini məzəmmət etmişdir. 2. Qurani-kərim yalnız ...
  • Xəstəlik ya həkimlik məsələlərindən qeyri yerlərdə uşaq saldırmaq olarmı?
    9149 Uşaq salmaq 2012/07/18
    Sualdakı məsələ barəsində təqlid mərcələrinin fətvaları var ki, onlara işarə etmək yaxşı olar: Sual 1260: İqtisadi problemlər üzündən uşaq saldırmaq olarmı? Cavab: İqtisadi problemlərin yaranması üzündən uşaq saldırmaq düzgün deyil. (Cayiz deyil) Sual 1261: Hamiləliyin ilk aylarında, həkim müayinə etdikdən sonra, ...
  • Nə üçün şəhadət zamanı bir kişinin şəhadəti iki qadının şəhadətiylə bərabər olur?
    6256 Əhkam və hüquq fəlsəfəsi 2011/04/16
    Əhkam və qanunlar ki, Allah tərəfindən insanlar üçün qoyulmuşdur, təbiət aləmi, dünya varlığının həqiqətləri və insan vücudunun təməliylə müvafiqdir. O cür ki, kişiylə qadın vücud və ruhunun varlığında fərq vardır, bu iki varlığın vəzifə, təklif və əhkamları da bir- birindən fərqlidir. təkliflərdən biri də qazinin yanında şəhadət verməkdir ki, həqiqətlə ...
  • Zəlalət yaradan kitablar və onun hökmü nədir?
    4839 Azdırıcı kitabların saxlanması 2012/04/09
    “Zallə” (zəlalət yaradan) kəlməsi “zəlal” və “zəlalət” kökündən alınmışdır və hidayətin antonimidir. Termində isə “qəti və danılmaz olan haqqın əksi” mənasınadır, istər islam dininin etiqad prinsiplərinin, istər şiə məzhəbinin, istərsə də şiənin qəti əqidələrindəki məsələlərin əksinə olsun. Bu şərtlə ki, o məsələlərin haqq olması qəti olsun. Buna ...
  • Təyin olunmuş ruziylə, insanın çalışmasının nə rabitəsi var?
    7009 Qədim kəlam 2010/09/23
    Rizq və ruzu iki cürdür: Dalınca getdiyimiz ruzi və bizim dalımızca gələn ruzi. Rəvayətlərdə, bizim dalımızca gələn ruzi " talib rizq" və dalınca getdiyimiz ruzi "mətlub rizq" adlanmışdır. Talib və qəti ruzi, vücud, varlıq, ömür, şərait, mühit, ailə və istedad və sair ruzisidir ki, bu qism ruzi ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    160229 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    146192 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    115553 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    106703 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    89169 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    88076 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    52087 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    41564 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    40777 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    40439 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...