Ətraflı axtarış
Baxanların
7627
İnternetə qoyma tarixi: 2012/01/18
Sualın xülasəsi
İsa (əleyhis-salam)-ın atasız dünyaya gəlməsi onun üçün dəyər və imtiyaz deyildirmi?! Əgər cavab müsbətdirsə, onda nə üçün belə bir dəyər Allah-taalanın məxluqları içərisində ən böyük və seçilmiş şəxsiyyət olan Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) üçün olmamışdır?
Sual
İsa (əleyhis-salam)-ın atasız dünyaya gəlməsi imtiyaz və dəyər deyildirmi?! Əgər cavab müsbətdirsə, onda nə üçün bu dəyər Allah-taalanın yaratdığı məxluqların ən böyük və görkəmlisi olan həzrət Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) üçün olmamışdır?
Qısa cavab

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) bütün ilahi peyğəmbərlərdən üstün və yüksək məqamlı olsa da, bu xüsusiyyət digər peyğəmbərlərin bütün xüsusiyyətlərinin hamısına malik olmasına səbəb olmaz. Atasız dünyaya gəlmək İsa (əleyhis-salam)-ın dövründə ilahi kəlamın və hökmlərin təbliği üçün gözəl bir vasitə və höccətin tamamlanmasında lazım və zəruri olsa da, şəxs üçün zatən xüsusi bir səciyyə hesab olunmur. İslamdan əvvəl yəhudilik və məsihiliyin arasında şirk və bütpərəstlik geniş yayılmışdı, Hicaz müşrikləri də əməldə bütlərə pərəstiş edirdilər. Başqa bir peyğəmbər də möcüzəli şəkildə dünyaya gəlsəydi, müşriklər onu Allah üçün (nəuzu billah!) yeni bir övlad hesab edə, şirklə qarışıq fikirlər özünə yeni forma ala bilərdi, bu da peyğəmbər göndərməkdə Allahın hədəfləri ilə uyğun gəlmir.

Buna görə də Allah-taala Quranda dəfələrlə Peyğəmbərə əmr edir ki, özünün bəşər xüsusiyyətlərinə malik olmasını insanlar üçün xatırlatsın.
Ətreaflı cavab

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) bütün ilahi peyğəmbərlərdən üstün və yüksəkdir, lakin bu xüsusiyyət onun digər peyğəmbərlərin xüsusiyyət və səciyyələrinin hamısına malik olmasına səbəb olmaz. İmtiyazlardan bəzisi, o cümlədən elm, Allah dərgahına yaxınlıq və s. hər hansı xüsusi bir zamana məxsus deyildir. Bu kimi sifətlərdə Peyğəmbərimiz bütün ilahi peyğəmbərlərdən üstündür. Amma bəzi sifət və səciyyələr xüsusi zamana məxsusdur və Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in yüksək şən və məqamını isbat etmək üçün belə işlərə malik olması vacib və zəruri deyildir.

Xilqət aləminin təbii qaydası budur ki, hər bir insan öz valideyni kimi tanınan ata-anadan dünyaya gəlsin. İlahi peyğəmbərlərdən ikisi barəsində Allah-taala bu qanunu başqa cür icra etmiş və onların birini ata-anasız (həzrət Adəm) və digərini atasız (həzrət İsa) xəlq etmişdir. Allah-taala bu məsələyə işarə edərək buyurur:

إِنَّ مَثَلَ عیسى‏ عِنْدَ اللَّهِ کَمَثَلِ آدَمَ خَلَقَهُ مِنْ تُرابٍ ثُمَّ قالَ لَهُ کُنْ فَیَکُون‏

“Həqiqətən Allah yanında İsanın məsəli (eynilə) Adəmin məsələsi kimidir ki, onu torpaqdan yaratdı və ona “ol!” dedi və o da dərhal vücuda gəldi.”[1]

Bu iki ilahi peyğəmbərin vücuda gəlməsi Allahın, Özü tərəfindən qoyulan təbii qanunların hüdudlarına sığmayan sonsuz qüdrətinə işarədir. Yəni Allah-taala insanın xilqət qanununu belə qərar vermişdir ki, ata-anadan dünyaya gəlsinlər. Allahın Özü bu qanunun hüdudlarında qərar tutmur, o qanunlara məhkum edilmir. Bu mətləbin isbatı üçün peyğəmbərlərindən ikisini tam başqa şəkildə xəlq etmişdir.

 

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) və bəşər xilqətinin imtiyazı

Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in risalətinin əvvəllərində yəhudilər və məsihilər şirkə düçar olmuşdular. Onların hər biri Allah üçün müxtəlif övladlar olduğuna inanırdılar. Allah-taala buyurur: “Yəhudilər dedilər: Üzeyir Allahın oğludur.” Məsihilər dedilər: “Məsih Allahın oğludur.””[2] Həmin dövrdə Hicaz müşrikləri çoxlu ilahələrə inanır və mələkləri Allahın qızları hesab edirdilər.[3]

Şirkə qarışıq olan belə əqidələr camaatın zehnində elə yer açmış və möhkəmlənmişdi ki, yeni gələn peyğəmbərin onların özü kimi bazarda yol gedən, onlar kimi yerdə oturan, onlar kimi yuxulayan bir insan olduğuna inana bilmirdilər.[4] Onların nəzərində o kəs ilahi peyğəmbər ola bilərdi ki, təvəllüdü, hərəkəti və sükunəti bütünlüklə qeyri-adi şəkildə olsun.

Əgər ilahi peyğəmbərlərin “Allahın övladı” hesab edildiyi belə şirş dolu mühitdə digər bir peyğəmbər həzrət İsa, yaxud Adəm kimi (möcüzəli şəkildə) dünyaya gəlsəydi, camaatın zehnində çox ağır və təxribatçı bir təsir qoya, onların şirklə qarışıq olan etiqadlarını da daha möhkəmləndirə bilərdi. Camaatın malik olduğu belə etiqadla yanaşı Peyğəmbər tövhiddən və vahid Allahdan söhbət edərək bu dəvətdə müvəffəqiyyət qazana bilərdimi?!

Quran bu yanlış təfəkkürlə mübarizəyə qalxmış, bu aşkar gerçəkliyi camaata dəfələrlə xatırlatmış və onların əqidələri ilə müxalifətə qalxaraq təkid etmişdir ki, Peyğəmbər sizin hamınız kimi bir bəşərdir. Buna görə də Allahın Peyğəmbəri dəfələrlə özünü digər insanlar kimi bir insan olduğunu demişdi. Qurani-kərim buyurur: “De: mən yalnız sizin kimi bir bəşərəm (imtiyazım da budur ki,) mənə vəhy olunur.”[5]

Deməli, İsa (əleyhis-salam)-ın bu xüsusiyyəti onun dövründə ilahi hökmlərin təbliği üçün böyük bir imtiyaz olsa da, həmin imtiyaz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih)-in dövründə İslam dininin zəif bir cəhət sayıla bilərdi.

 

İsa (əleyhis-salam) Allahın kəlməsidir

Quran İsa (əleyhis-salam)-ı “Allahın kəlməsi” ünvanı ilə yad edir[6] və onu əzizləyir. Habelə, digər peyğəmbərləri də səbir və müqavimətlərinə,[7] “siddiq” (doğru danışan) olduqlarına[8], “muxləs”[9], “təvvab”[10] və “bəsirətli” olmaq[11] xüsusiyyətinə görə tərifləmişdir. Amma Quran ayələri və Əhli-beyt rəvayətlərinin heç birində həzrət İsa atasız dünyaya gəldiyinə görə təriflənməmişdir.

Allah-taala həzrət İsa və onun anasına verdiyi fəzilət və nemətləri xatırladır və buyurulur: “(Yada sal) zamanı ki, Allah İsa ibni Məryəmə buyurdu: “Sənə və anana bağışladığım nemətləri yad et! O zaman ki, səni Ruhul-qüdüqslə gücləndirdim. Sən beşikdə ikən və böyüdüyün zaman camaatla danışırdın. Kitabı, hikməti, Tövrat və İncili sənə öyrətdim. O zaman ki, Mənim fərmanımla palçıqdan quşa oxşayar bir şey düzəldir və ona üfürürdün, o da Mənim fərmanımla dirilib quş olurdu. Anadangəlmə kora, xora xəstəliyinə düçar olanlara Mənim iznimlə şəfa verir, ölüləri də Mənim iznimlə dirildirdin. Bəni-İsrail sənə zərər yetirmək istədikləri zaman onların qarşısını aldım. Sən onlar üçün aşkar dəlillər gətirdin, lakin kafirlərdən bir dəstəsi “bu, aşkar sehrdən başqa bir şey deyildir!”  dedilər.”[12]

İsa (əleyhis-salam)-ın əri olmayan bir qadından dünyaya gəlməsi hikmətsiz deyildi. Bu iş o həzrətin dövründə də Allah-taalanın sonsuz qüdrətini isbat etməkdən əlavə (əlbəttə, o dövrdə Bəni-İsrail ona iman gətirmişdilər, yaxud heç olmazsa onların əsl problemləri bu deyildi) bir ayə və nişanə idi ki, camaat onun vasitəsi ilə hidayət olunsunlar. Əlbəttə, bir dəstə adam bu imtahanlar qarşısında məğlub oldular.

Qurani-Kərimdə buyurulur: “Yada sal o qadını ki, öz iffətini pak saxladı, Biz öz ruhumuzdan ona üfürdük və onu onun övladını (Məsihi) aləmdəkilər üçün böyük bir nişanə qərar verdik.”[13]

Mərhum Əllamə Təbatəbai bu ayə barəsində buyurur: “Bu cümlədə İsa və anası bir ayət və nişanə hesab olunur. Çünki burada “ayət” belə dünyaya gəlməkdir və bu ayət hər iki tərəfin vasitəsi ilə həyata keçir. Bu ayətin gerçəkləşməsində həzrət Məryəm İsadan irəli olunduğuna görə əvvəlcə Məryəmin adı çəkilir və “Biz onu və övladını nişanə qərar verdik” deyə buyurulur. Amma “Biz onun övladını və özünü ayət qərar verdik” deyə buyurmur.[14]

Deməli, belə bir şey yalnız Allah-taalanın yenilməz qüdrətinə dair bir nişanə, insanların hidayət vasitəsidir və imtahan yönü daşıyır.[15]

Həzrət İsanın bu möcüzəsi baş verən zaman camaat təbabətlə tanış olunduğundan, ilahi möcüzə və qüdrət nişanəsi olmaqdan əlavə, bir növ həzrət İsa üçün əzizləmək və imtiyaz da hesab olunurdu və o həzrət də ilahi dinin təbliğ olunmasında bu xüsusiyyətdən lazımınca və gözəl şəkildə edirdi.



[1] “Ali-İmran” surəsi, ayə: 59

[2] “Tövbə” surəsi, ayə: 30

[3] “Allah üçün Onun yaratdığı cinlərdən şəriklər qoşurdular və nadanlıq üzündən Onun üçün oğlan və qızlar qərar verirdilər. Allah belə şeylərdən pak-pakizə, onların vəsf etdiklərindən üstündür” “Ən’am” surəsi, ayə: 100

[4] “Deyirlər: “Bu necə peyğəmbərdir ki, adı camaat kimi yemək yeyir və bazarda yol gedir?! Nə üçün ona bir mələk nazil olmur ki, onunla birlikdə qorxudan olsun?!” “Furqan” surəsi, ayə: 7

[5] “Kəhf “surəsi, ayə: 110, “Fussilət” surəsi, ayə: 6

[6] “Nisa” surəsi, ayə: 171

[7] “Sad” surəsi, ayə: 41

[8] “Məryəm” surəsi, ayə: 41

[9] “Məryəm” surəsi, ayə: 51

[10] “Sad” surəsi, ayə: 17

[11] “Sad” surəsi, ayə: 45

[12] “Maidə” surəsi, ayə: 110

[13] “Ənbiya” surəsi, ayə: 91

[14] Təbatəbai, Məhəmməd Hüseyn, “Əl-Mizan” (farsca tərcüməsi), 14-cü cild, səh. 447, “İslami nəşriyyatın dəftərxanası”, Qum, 1374

[15] Bəzi rəvayətlərdə İsa (əleyhis-salam)-ın bu xüsusiyyətinin imtahan vasitəsi olmasına işarə edilmişdir. Məs’udi, Əbul-Həsən, “İsbatul-vəsiyyət lil-İmam Əli ibni Əbi Talib (əleyhis-salam)”, (farsca tərcüməsi, mütərcim Məhəmməd Cavad Nəcəfi), səh. 136. “İslamiyyə” nəşriyyatı, Tehran, 1362.

Rəvayət olunur ki, həzrət İsa (əleyhis-salam)-ın təvəllüdü zamanı İblis o həzrətin ardınca getdi, amma onun mələklər tərəfindən əhatə olunduğunu gördü. İsaya yaxınlaşmaq istədikdə məlaikələr ona nərə çəkdilər (və onun İsaya yaxınlaşmasına mane oldular). İblis dedi: “İsanın atası kimdir?!” Məlaikələr dedilər: “İsanın məsəli Adəmin məsəli kimdir (çünki həzrət Adəm ata-anasız dünyaya gəlmişdi).” İblis dedi: “Allaha and olsun ki, (əgər camaatı beş yerə bölsək) onların dörd qismini İsanın atasız xəlq olunduğuna görə yoldan azdıracağam.”

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Əgər bir müsəlman araşdırma edəndən sonra məsihi dininə iman gətirsə, fitri mürtəd və edam olunmalıdırmı?
    12477 Əhkam və hüquq fəlsəfəsi 2011/09/11
    İslam dini hamını İlahi tövhidi qəbul etməyə dəvət etsə də, amma bu hamını onu qəbul etməyə məcbur etmək mənasında deyil. Çünki iman və etiqad məcburiyyət və zoru qəbul etmir. Əlbəttə bu iş dinin əsası ilə müxalifətçilik fəzasına şərait yaratmaq mənasına deyil. Çünki İslamın əsası tövhid və şirki inkar etməyə möhkəmlənibdir. ...
  • İmam Hüseyn (ə) aşura günü onun üçün gətirilən suyu rədd etmişdirmi?
    8167 Qədim kəlam 2011/05/05
    Bu sualın cavabı üçün aşağıdakı qeydlərə diqqət yetirmək lazımdır: 1). İmamların və Peyğəmbərlərin insanlardan fərqli gücə malik olmasına baxmayaraq onların vəzifəsi adi insanlar kimi rəftar etməkdir. Onlar ictimai və məişət məsələlərində demək olar ki, heç bir qeybi köməkdən istifadə etməmişdirlər. Əgər İlahi qeyblərin möməklikləri ilə ...
  • Xəcalətin kökü nədir?
    10044 Nəzəri əxlaq 2012/06/13
    "Xəcalət" "utancaqlıq" mənasındadır. Utancaqlıq yəni, özünə həddən artıq diqqət və digərləri ilə qarşılaşmaqdan qorxmaq. Utancaqlıq həya ilə eyni mənada deyil. Həya özünü saxlamağa qüdrətin olmasıdır ki, iradə üzündən olan və dəyərli bir işdir. Ayə və rəvayətlərdə ona yaxşı qiymət verilir. Amma utancaqlıq tamamilə iradə ...
  • Xal qoymaq haramdır?
    6481 Nizamlar hüquq və əhkam 2012/02/09
    Həzrət Ayətullah Məhdi Hadəvi Tehraninin (damət bərəkatuh) cavabı belədir: Əgər bədən üçün zərəri olmaya, onun şəkilləri qəbahətli (eyibli) olmaya və xal qoyan şəxsin şəxsiyyətinin süstlüyünə səbəb olmaya, maneəsi yoxdur. Bu sualın ətraflı cavabı yoxdur. ...
  • Əfqanıstan və Pakistan ölkələrində fəaliyyətdə olan firqə və məzhəblər hansılardır?
    7571 تاريخ کلام 2012/06/23
    1. Əfqanıstan ölkəsində çoxlu firqələr, məzhəblər və sufi təriqəti mövcuddur. Onların fəaliyyətdə olan ən ümdə qisimləri aşağıdakılardır: a) Fiqhi firqələr: hənəfi, şiə, hənbəli (sələfiyyə); b) Kəlami firqələr: Şiə və maturidiyyə; v) Sufi təriqətləri: qadiriyyə, nəqşbəndiyyə, çeştiyyə. Əfqanıstanda fəaliyyətdə olan ...
  • Нәфс вә ја руһ да јухуја мүбтәла олурму?
    7804 Qədim kəlam 2010/06/13
    Кечмишдән бу вахта гәдәр инсан үчүн ән мүһүм вә ихтилафлы бәһсләрдән бири руһ вә онун һәгигәти һаггындадыр. Јухарыдакы суал да һәмин мөвзудан мәншәләнир ки, инсанын һәгигәти һәмин мадди вә заһири тәрәфидир, јохса, онун заһиринин архасында диҝәр бир варлыг да вар ки, онда артыг ...
  • Şivən və matəm ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih) və Əhli-beytin rəvayətləri mötəbərdir, yoxsa şiə alimlərinin nəzəri?
    7546 Qədim kəlam 2011/10/20
    Bu mövzu barəsində bir neçə məsələyə diqqət yetirmək lazımdır: 1. Bu barədə rəvayət olunanların hamısına etimad etmək olmaz;2. Hökmlərin dəyişməsində zaman ...
  • Hədis elmində Şazz və müəllil hədis hansı məna da işlədilir?
    8057 Hədis elmləri 2015/05/30
    Şazz hədis: O rəvayətə deyilir ki, bir sənədi olsun, amma rəvayəti nəql edənlərin hamısı siqə (inanlmış və dürüst) insanlar olsun. Lakin mətn baxımından məşhurun nəql etdiyi rəvayətlə müxalif olsun. Şazz rəvayətə Nadir rəvayətdə deyilir[1]. Fiqh elmində Şazz adı çox vaxtı o ...
  • Qərb ökələrinin İslam Peyğəmbərinə əhanət etməsində məqsəd nədir?
    7479 Siyasət fəlsəfəsi 2011/04/16
    Sualın cavabını açıqlamaq üçün bir neçə nöqtəyə işarə edirik: 1.             Tarixdə bu cür əhanətlər: Peyğəmbərə (ə) və İslam Peyğəmbərinə (s) əhanət olunması təzə bir məsələ deyil, bəlkə çox keçmiş zamanlarda bu hadisənin olduğunu tarix bizlərə xəbər ...
  • Oğurluq günahını necə bərpa edə bilərik?
    12195 Nizamlar hüquq və əhkam 2011/11/24
    Allah-taalanın lütf və mərhəmətinin sizə şamil olduğuna görə təbrik edirəm! Çünki siz bu işin qəbahətli olduğunu başa düşüb tövbə ilə bu yaramaz işi bərpa etmək fikrinə düşmüşsünüz. Tövbə etməklə bu günahın bərpa olunması üçün ona deməyiniz lazım və vacib deyil. Siz onu öz işinizdən agah etməyin; özünüzlə ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    167106 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165590 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120656 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115252 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    113738 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    95475 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    56936 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55492 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    47447 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46628 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...