Ətraflı axtarış
Baxanların
6815
İnternetə qoyma tarixi: 2011/10/06
Sualın xülasəsi
Təzə qızılı (işlənmiş) bir miqdar çox köhnə qızıl ilə dəyişməyin düzgün olmamasının səbəbi nədir?
Sual
Sələmə məsələsində sayılması mümkün olmayan malın əvəzində, həmin cinsdən olan əvəz edicini daha çox miqdarda tələb etmək olmaz. Halbuki, qızıl məsələsində qızıl satanlar adətən işlənmiş təzə qızılın əvəzində bir miqdar çox qızıl tələb edirlər ki, bu məsələ ağıl baxımından qəbul olunmazdır. Çünki işlənmiş qızılın qiyməti köhnə qızılın qiymətindən fərqlənir. Bununla belə risalələrin çoxunda bu iş düzgün sayılmır. Xahiş edirəm bunun düzgün olmamasının səbəbini açıqlayın.
Qısa cavab

Sələdə ayə və rəvayətlərdə qəti şəkildə pislənib və haram edilmiş və onun haram olmasının bəzi hikmətlərinə də işarə olubdur. Cəmiyyətdə borc almağa meylin aradan getməsi, sələmənin zalım hərəkət olması və cəmiyyətin ehtiyacı olan ticarətlərə camaatın meylinin aradan getməsi kimi şeylər, sələmənin haram olması hikməti kimi açıqlanıbdır.

Amma diqqət etmək lazımdır ki, sələmənin haram olması hikməti kimi açıqlanan məsələlərin hamısı borc sələməsinə aiddir. Müamilə sələməsi üçün ayə və rəvayətlərdə bir səbəb qeyd olmayıb və bəndəçilik və Peyğəmbər və imamlardan tam itaət üzündən ona əməl etmək lazımdır. Əlbəttə bu məsələ bu hökmün arxasında heç bir hikmətin olmaması mənasında deyil və bu hökm heç bir məsləhətə əsaslanmır. Alimlərin bəzisi müamilə sələməsinin haram olması üçün belə bir güman irəli sürüb və deyiblər: Müamilə sələməsindən sui- istifadə edilməsi və borc sələməsindən qaçmaq üçün istifadə edilməsi mümkün olduğuna görə, haram edilibdir. Başqa sözlə, müamilə sələməsi, borc sələməsinin qadağan edilmiş yeridir.

Ətreaflı cavab

Sələmə mövzusu, haram olması ayə və rəvayətlərin təkid etdiyi fiqhin geniş mövzularından biridir.

Sələmə termini iki ayrı yerdə işlənir:

1.             Borc sələməsi.

2.             Müamilə sələməsi.

Borc sələməsi onun üçün şərt qoyulan borca deyilir. Hansı şeylərin borcun şərti sayılması və əməlin haram olmasına səbəb olması batəsində fəqihlər arasında ixtilafdır.

Sizin sual etdiyiniz müamilə sələməsi o müamiləyə deyilir ki: Bir: Eyni cinsdən olan iki şey bir- biri ilə müamilə olunsun, İki: Müamilə olan şey adi formada çəki ya ölçü ilə alb- satılsın. (kilo çəkilmiş olsun). Üç: İki cins bir ölçüdə olmasınlar.[1]

Müamilə sələməsinin haram olması hətta müamilə olunan iki şeyin bəzi cəhətlərdən (əsl cinslərindən başqa) fərqli olduğu yerdə də, sabitdir. Məsələn əgər yaxşı keyfiyyətli bir kilo düyü, pis keyfiyyətli bir kilo yarım düyü ilə dəyişilsə, sələmə və haramdır. Bu formada digər xüsusiyyətlə; iki cinsdən birinin qədimi olması ya... kimi ki, bunların hamısında, sələmə hökmü yaranır. Qızıl və gümüş barəsində də, həmin şərtlər var. yəni iki qızıl hər hansı bir xüsusiyyətlə (köhnə ya təzə, düzəldilmiş ya külçə formasında, sınmış ya salamat) bir- biri ilə dəyişdirilən zaman, onların çəkisi eyni olmalıdır, hərçənd onların qiyməti fərqli də olsa. Qızıl və gümüşün belə bir xüsusiyyəti var ki, nəqd formasında müamilə olmalıdırlar. Onları bir- biri ilə nisiyə dəyişmək olmaz.[2]

Köhnə qızılı təzə qızıl ilə dəyişmək ağıla uyğun ehtiyac yerində baş verdiyinə görə, sadə və şərii yol təklif olubdur ki, qızılı dəyişməkdən olan həm şərii və əqli hədəfə yetişmək,həm də məsləhəti olan İlahi hökmə qarşı çıxmayaq.

Diqqət etmək lazımdır ki, rəvayətlər və şərii sübutlara istinad etməklə bu yolu qəbul edənlər üçün, bu yolları yerinə yetirmək, İlahi hökmdən qaçmaq və Allah- Taala qarşısında hiyləgərlik mənasında deyil, əksinə müamilə formasında haram halətindən onun halal halətinə dəyişməkdir.

Rəvayətlərdə gəldiyi kimi, "haramdan halala qaçmaq yaxşı bir şeydir".[3] Yəni həyat yolunu elə qurmaq lazımdır ki, dinin qadağasına tuş gəlməsin.

Müsəlmanların bazarlarının çoxunda yerinə yetirilən yol budur ki, möminlər iki eyni cinsi dəyişmək formasından xaric edir və onu ayrı bir müamiləyə çevirirlər. Belə ki, əvvəlcə köhnə qızıl müəyyən bir məbləğə satılır və sonra təzə qızıl alınır. Məsələn 10 qram köhnə qızılı əvvəlcə 200 min tümənə satırlar, sonra 8 qram təzə qızılı həmin məbləğə alırlar.[4]

Amma sələmənin haram olmasının səbəbi nədir?

Bu məsələyə aydınlıq gətirməmişdən qabaq, bir məsələni qeyd etmək zəruridir:

Hökmlərin belə qoyulma səbəbini bilmək, bir tərəfdən insana ona uyğun əməl etməsinə həvəsləndirir, amma digər bir tərəfdən, ümumi camaatla Allah qarşısında xalis itaət və bəndəlik ruhiyyəsini aradan aparması mümkündür. Yəni əgər bir şəxs mövlanın əmrinin səbəbini və o əmrin özü üçün olan faydasını bilsə, pnu öz mövlasına və ona olan iman və etiqadına görə etməməsi, əksinə onu yalnız öz mənfəətinə görə etməsi və İlahinin xalis bəndəlik dəyərindən məhrum olması mümkündür.[5] Bəlkə, dini kitablarda hökmlərin müəyyən edilməsinin tam səbəbinin geniş şəkildə açıqlanmaması, yalnız bəzi yerlərdə camaatı hökmlərə həvəsləndirmək üçün onların hikmətlərinin bir hissəsinin açıqlanmasının səbəbi budur. Çünki, bütün hökmlərin xüsusi səbəblə və onlarda olan məsləhət və zərərlərə uyğun müəyyənləşdiyini bilirik. Amma həmişə hökmlərin xırdalıqları barəsində zehnimizdə çoxlu suallar var. məsələn namazın faydalarının çoxunu bilirik. Amma sübh namazını niyə iki rükət qılmalıyıq. Əgər mənəvi halımız olan zaman ona bir rükət əlavə edəndə, niyə namazın hamısının batil olmasını bilmirik. İnsanın ağılı hökmlərin hikmətini ümumi formada müəyyən həddəcən dərk edir. Amma onun xırdalıqlarının çoxunu bilmir. bəndələrin Allaha və onun Peyğəmbərinə olan iman və etiqadları, onların səbəbini bilmədikləri işi yerinə yetirib ya tərk etmələrinə səbəb olur. Bu çox gözəl mömincəsinə olan bağlılıq, ləzzətli və təsirlidir.

Bunun belə, bizə yetişən bəzi ayə və rəvayətlərdə, borc sələməsinin haram olma səbəblərindən bəzisi açıqlanıbdır ki, bunlardan ibarətdir:

1.             Sələm əqli və məntiqi sübutumuz mal əldə etmək vasitəsi ya başqa sözlə şərii yozumsuzdur.[6]

2.             İmam Sadiq (ə)- dan olan rəvayətdə deyilir: "Əgər sələm halal olsaydı, camaat ehtiyacı olduqları ticarət və sənəti atardılar. Allah sələməni insanlara haram etdi ki, qalan şey borc formasına düşsün."[7] Yəni sələm iqtisada meylin aradan getməməsi üçün haram oldu.

3.             Quranda[8] sələmənin haram olma hökmünü açıqlayandan sonra buyurur:

«لا تَظلِمون و لا تُظلَمون»

Nə zülm edin, nə də zülmə məruz qalın. Bu ayədən sələmənin zülm olması istifadə olunur. Bunun özü sələmənin haram olmasının bir hikmətidir.

4.             Sələmənin haram olması üçün rəvayətlərdən istifadə olunan digər bir sübut, xeyir işləri yerinə yetirmək üçün insanlıq duyğu və hisslərini aradan aparmaqdır. Rəvayətlərin birində deyilir: "Allah sələməni camaatın yaxşı iş görməkdən (borc vermək) boyun qaçırmamaları üçün haram etdi".[9]

Məlum olduğu kimi, sələmənin haram olmasının hikmətini izah etməkdə bizə çatan bütün ayə və rəvayətlər, borc sələməsinə aiddir. Müamilə sələməsinin ya sübutu açıqlanmayıb ya da bizə gəlib çatmayıb. Bu elə bir hökmlərdəndir ki, digər hökmlər kimi, bəndəçilik və imamlara tam tabe olmaq üzündən qəbul olunmalıdır. Bununla belə, şəhid Mütəhhəri[10] və Ayətullah Məkarim[11] kimi alimlər, müamilə sələməsinin haram olması hikmətini, borc sələməsinin qarşısını almaq üçün bilirlər. başqa sözlə müamilə sələməsi, borc sələməsi üçün sərhəd rolunu oynayır. Bu borc sələməsinin əhəmiyyətinə görədir. Belə ki, sələmə ilə olan müamilələrdən, borc sələməsindən uzaq olmaq üçün istifadə etməyin mümkün olmasına görə, bu sui istifadənin qarşısını almaq üçün, sələmə ilə olan müamilələr də haram olublar.



[1] - İzahlı şəriət hökmlərinin alış- verişi hökmləri bölməsinə baxın.

[2] - İzahlı şəriət hökmlərinin qızıl və gümüşün alqı- satqı bölümünə baxın.

[3] - Kafi, cild 5, səh 246.

[4] - Bu əməlin şərtləri barəsində də fəqihlər arasında fikir ayrığılı var. daha çox məlumat əldə etmək üçün, ətraflı yazılan kitablara baxmalısınız.

[5] - Əlbəttə diqqə etmək lazımdır ki, Allahın xalis bəndələrinin hesabı ayrıdır.

[6] - Vəsailüş- şiənin rəvayətlərindən götürülüb, cild 12, əbvabur- riba, bab 1, hədis 11.

[7] - Vəsailüş- şiə, cild 12, əbvabur- riba, bab 1, hədis 8.

[8] - Bəqərə surəsi, ayə 279.

[9] - Vəsailüş- şiə, cild 12, Əbvabur- riba, bab 1, hədis 4.

[10] - Mütəhhəri, Mürtəza, Sələm və bank məsələsi, səh 46.

[11] - Məkarim Şirazi, Nasir, Ər- riba vəl- bənkul- İslami, səh 60.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Peyğəmbərin besəti və meracı bir gündə (rəcəbin 27-də) baş vermişdirmi?
    8924 تاريخ بزرگان 2012/04/10
    Cavabı bəyan etmək üçün Peyğəmbərin besəti və meracı ilə əlaqədar məsələni təfsir kitablarından araşdırırıq. 1. Besətin tarixi ilə əlaqədar müsəlman alimləri arasında iki nəzəriyyə vardır: Birincisi şiələrin nəzəriyyəsidir. Onlar rəcəb ayının 27-ci gününü Peyğəmbər (səlləllahu əleyhi və alih)-in besət günü hesab edirlər. İkinci nəzər isə ...
  • Türbət suyunu əldə etmək üçün, su, yağış suyu olmalıdırmı? Ona dua da oxunmalıdır yoxsa lazım deyil? Xahiş edirəm tam izah verin.
    8842 Nizamlar hüquq və əhkam 2011/10/02
    Türbət suyunu hazırlamaq üçün, pak və gigiyena suyu kifayətdir.[1] Hərçənd, fərat suyu[2] zəmzəm suyu[3], yaxud neysan ayında[4] olan yağış suyu kimi bəzi suların daha çoxImtiyazları var. yağış suyu da çox vaxt saf və təmiz olduğuna görə, bəlkə adi sulardan daha yaxşı ...
  • Günahdan paklanmanın hansı yolları vardır?
    8738 Əməli əxlaq 2011/06/14
    İnsanın günahlarının bağışlanması yolları çox olmasına baxmayaraq biz onların bəzilərini aşağıda qeyd edirik: 1). Tövbə və Allaha tərəf qayıdış (bəzi şərtlərlə) 2). Günahların bağışlanmasına səbəb olan ən gözəl savabları əldə etmək, yəni yaxşı əməllərə qədəm qoymaq. 3). Kiçik günahların ...
  • İbn Ərəbinin İmam Zaman (ə.c) barəsində baxışı nədən ibarətdir?
    11923 تاريخ بزرگان 2011/09/04
    Mühyəddin İbn Ərəbinin əsərlərini mütaliə etdikdə onun İmam Zaman (ə.c) barəsindəki inancı üzə çıxır. O, "Fütuhati-məkkiyyə" kitabının Həzrət Məhdinin axırzamandakı silahdaş və yavərlərnə həsr etdiyi 366-cı babında belə qeyd edir: “Allahın diri, sağ bir xəlifəsi vardır, o, üzə çıxar. Onun zühuru dünya zülm və sitəmlə ...
  • Pişnamazı tanımadığımız halda camaat namazının hökmü nədir?
    9218 Nizamlar hüquq və əhkam 2012/06/23
    Pişnamazın şərtlərindən biri ədalətli olmaqdır.[1] Pişnamazın bu ədaləti aşkar olunub isbat edilməlidir.[2] Ədalət batində Allahdan bir növ qorxu hissidir ki, insanın böyük günah iş görməsinin və ya kiçik günahları təkrar etməsinin qarşısını alır. Əgər bir şəxslə oturub-dursaq və ondan ...
  • Niyə dəstəmaz ayəsində “mərafiq (dirsəklər)” kəliməsi cəm halında, ancaq “kəbeyn (Ayağın üzərində yerləşən hər iki bənd,çıxıntı)” kəliməsi ikili cəm halında gəlibdir?
    5734 Təfsir 2019/05/05
    Dəstəmazın necə alənmasının keyfiyyətini bəyan edən dəstəmaz ayəsi olan Maidə sürəsinin 6-cı ayəsində Allah taala buyurur: Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərə qədər qollarınızı yuyun! Başınızı və hər iki bəndə (oynağa) qədər ayaqlarınızı məsh edin!...[1] Ayədə gələn kəlimələrin mənası “Mərafiq” dirsəklər ...
  • İrfan elmində xət və nöqtə və s.... hansı mənadadır və “ənə nöqtətu təhtül-ba” (Mən ba hərfinin altındakı nöqtəyəm”- rəvayətinin mənası nədi?
    10843 Nəzəri irfan 2014/05/22
    İrafan elmində qeyb aləmindən bəzi həqiqətləri çatdırmaqdan ötrü ədədlər, hərflər və şəkillərin özünəməxsus ilahi rəmzləri vardır. Nöqtədən məqsəd, allah-Taalanın həqiqi vəhdətidir və bu həqiqi vəhdətin şəkli insan qəlbinin dərinlkilərindən qərar tutmuşdur. Ona görə də kamil insan, varlıq aləminin mərkəzi kimi tanıtdırılmışdır. Allah-taalanın yer üzündə həqiqi vəhdətindəki xəlifəsidir. Əmirəl-mömininin (əleyhissalam) ...
  • Xahiş edirik Şeyx Tusinin siyasi nəzəriyyəsini açıqlayasınız.
    6395 Nizamlar (Qurluşlar) 2011/10/04
    Hər bir dövr və əsrdə özünə məxsus suallar yaranırdı ki, elm sahiblərini vadar edir ki, onlara cavab versinlər və bunlardan biri də şeyx Tusidir ki, bu işin öhdəsindən gəlmişdir. Şeyx Tusinin ümumi olaraq siyasi nəzəriyyəsinin əslini, aşağıdakı mərhələlərdə xülasə etmək olar:
  • Lütfən qadının hicabının necəliyi barəsində hədis yazın.
    8634 Nizamlar hüquq və əhkam 2011/04/13
    Nur surəsinin 31- ci ayəsi başqa olmaqla çox sayda hədis və ayələr qadının hicabı barəsində söhbət açmışdır.həmçinin Nur surəsinin 31- ci ayəsində buyurulur: "Mömin qadınlara de ki, gözlərini haram buyrulmuş şeylərdən çəkindirsinlər, namuslarını qorusunlar; öz- özlüyündə görünən (əl- az) istisna olmaqla, zinətlərini göstərməsinlər baş örtüklərini yaxalarına çəksinlər; zinətlərini ərlərindən başqasına ...
  • Təşəhhüd və salam halında hansı əməllər müstəbdir?
    9362 Təşəhhüd və salam 2015/04/19
    Namazın salam və təşəhhüdündə müstəhəb sayılan əməllər aşağıdakılardır: Təvərrük halında oturmaq, Yəni namaz qılan adam sol budu üstə otursun, və sağ ayağının üstünü sol ayağının üzərinə qoysun. Təşəhhüddən sonra desin: “Əlhəmdulillah” ya da desin “Bismillah və billah vəlhəmdu lillahı və xəyrul əsmai ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164891 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    164578 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119934 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    114047 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    111311 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    94296 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54955 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    54848 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    46401 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45974 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...