Ətraflı axtarış
Baxanların
6100
İnternetə qoyma tarixi: 2010/11/10
Sualın xülasəsi
Bəhailərin əqidəsinin səhv olması, onların murdar olmasının dəlilini və sadə lövh insanların o əqidədən qəbul etməsinin hökmünü açıqlayın?
Sual
Bəhailərin əqidəsinin səhv olması, onların murdar olmasının dəlilini və sadə lövh insanların o əqidədən qəbul etməsinin hökmünü açıqlayın?
Qısa cavab

Mirzə Hüseynəli Bəhainin (Bəhai məzhəbinin banisi) əqidəsi öz kitablarında buna əsaslanır ki, "ov" və "Əli Məhəmməd bab" ın qiyam etməsiylə islam dini nabud (ləğv) olmuş və həzrət Məhəmməd (s)- in peyğəmbərlik və risaləti sona çatmışdır. Belə bir fikir "bab" qiyamını qəbul edib və vədə verdiyi "ov" həmin o şəxslər ki, "bab" onun zuhurunu vədə vermişdi (من یظهره اللَّه) O deyir di ki, Allah bir neçə dəfə yerə enmişdir xüsusiylə də "bab" və "ov" un cismində gözə görünmüşdür, və təzə şəriət hökmünü sadir etdiyi zaman, ana bacı və insanın öz qızıyla evlənməsini halal etmiş və insanın idrar və nəcasətini, iti və donuzu və sairi pak elan eləmişdir. Baxmayaraq bu əqidə və fikrin heç biri doğru deyildir; çünki:

1.      İmam Zamanın üstün xüsusiyyətləri rəvayətlərdə elə açıqlanmışdır ki, ona qarşı olan bütün pis fikirlərin qarşısını alır və bu xüsusiyyətlər "bab"- a və "Bəhaiyə" nisbət verilmir.

2.      Amma islam peyğəmbərinin (s) xatəmiyyəti (sonuncu olması) açıq- aşkar onu isbat edir. Qurani kərim islam peyğəmbərini (s) "Xatəm nəbiyyin" (peyğəmbərlərin sonuncusu) adlandırır. Yəni risalət və peyğəmbərliyi sona yetirən. Bundan əlavə, islam kamil bir dindir ki, peyğəmbərlik tərəfindən naqis olmayıb və bütün həqiqətləri üzə çıxarmış cvə onu davamçıları da bütün bu həqiqətlərə yol tapmışdır. Başqa bir tərəfdən isə təhrifdən amanda qalmışdır və təzə bir dinin, onun səhvlərini düzəltmək üçün gəlməsi lazım deyildir ki, deyək bu dini kamilləşdirsin. Bunun üçün də deyirik: İslam bir dindir ki, onun sayəsində, insanlar bütün əsrlər boyu öz ehtiyaclarını aradan qaldırmışlar.

3.      Allah Taalanın ali məqamlı heykəlin (Bəhainin) vücudunda mücəssəm olub görünməsi tamamiylə batil və səhv bir sözdür. Bu əqidə Bəhailərin dinin hökümlərini inkar etməyə bais (səbəb) olmuşdur, bunun üçündə bu əqidədə olanların (nəcis) murdar bilirlər.

Bunuda qeyd edəki, əgər bir şəxs Bəhai məzhəb olub, sonradan tövbə edərək Allah onu bağışlamışdır və bu şəxsin başqalarına bunu söyləməsi lazım deyil bələkə də caiz deyil (icazəsi yoxdur).

Ətreaflı cavab

Bəhailərin nəzərində Mirza Hüseynəlinin (Bəhai məzhəbinin banisi) iki əsəri daha çox əhəmiyyət daşıyır və "şəriət və vəhy" kitabı adlandırılır.

1.     "İqan" Bağdadda ona vəhy olunduğunu iddia edir.

2.     "Əqdəs" hesab edir ki, Əkka şəhərində ona nazil olmuşdur. Bundan əlavə bir neçə kitab Məknunə, həft vadi, kitabi mübin və sair ona nisbət verilmişdir.

Bu kitablarda Bəhainin əqidəsi buna əsaslanır ki, "ov" və "bab"- ın zühuru nəticəsində islam dini ləğv olmuş və həzrət Məhəmməd (s) peyğəmbərlik dövrü sona çatmışdır və müqəddəs Allahın rəhbərliyi və dini başlamış və müqəddəs Mühəymin kitabı bütün kitabları nəsx edərək bütün şəriət hökümlərinin mərcəsi olmuşdur.[1] Bundan əlavə Allah Hüseynəlinin heykəlində (simasında) təcəlli tapıb ondan sonra da dıfələrlə yer üzünə nazil olacaq. Əlbəttə həzrət Məhəmməd (s) bab, və Mirza Hüseynəlidən sonra Allah min il müddətində yerə nazil olmayacaq.[2]

O "Mubin" kitabında özünü Allahların rəbbi olaraq adlandırır.[3] Və əqdəs kitabında[4] deyir: Allah bəndələrinə ən birinci vacib etdiyi şey vəhy etdiyi mənbə və təcəllidir ki, "o da mənəm"! o şəxs ki, dünyanın xilqətində və hakimiyyətində Allahın canişiniyəm (xəlifəsiyəm).

"Əyyame tisə" kitabında öz anadan olduğu (mövzuda) haqda yazır: Salam olsun bu sübh vaxtının açılmasına ki, onda " لم یلد ولم یولد"[5] dünyaya gəldi.[6] Və "İqan" kitabında deyir:[7] Əgər Molla Hüseyn Bəşrəviyyə[8] olmasaydı, Allah öz ərşində qərar tutmazdı. Əşraq Xavərinin "Rəhiqs məxtum" adlı kitabında yazılır: Peyğəmbərlik, peyğəmbərlərin sonuncusu olan Məhəmmədin (s) vasitəsilə sona çatdı və bu göstərir ki, Bəhaullahın zühur etməsi Allahın zühur etməsi deməkdir.[9]

Bəhai şəriət hökümlərinə bir baxış:

Əqdəs kitabında gəlmişdir ki, atanın ailəsiylə evlənmək haram və insanın öz qızı, bacısı və yaxınlarıyla evlənməsinin eybi yoxdur.[10] .Möhsinə zinanın cəriməsidə yoxdur,[11] və bütün əşya hətta idrar, insanın nəcasəti, it və donuz və sair pakdırlar,[12] və həcc yalnız kişilərə məxsusdur və o həccin yeri nöqteye Şiraz və əzəme Bağdadın evidir.[13]

Onların qibləsi əkkada Mirza Hüseynəlinin qəbridir,[14] və yenə Əqdəs kitabında oxuyuruq ki: Bəhailəri hakim və dövləte etiraz etməyə haqları yoxdur və onun əvəzində ürəklərə diqqət etməlidirlər.[15]

Bəhailərin əqidəsiylə üzləşdikdə bu nöqtəyə diqqət yetirmək lazımdır,:

Bəhai məzhəbi zaman və məkanını dəyişdikdə rəng yolunu dəyişmir. Misal üçün: "Hindistanda" bu əqidə hindlərin əqidəsiylə (Allahın cism olması) bir olmuşdur Avropa və Amerikada "huquq və azadlıq bərabərliyindən söz açırlar, "Yapon şentoistlərinin" yanında "çox Allahlıqdan" danışırlar və islam ölkələrində isə "tovhid" dən danışır və məsihi mühütündə "Allahın cismi olub yer üzünə nazil olmasını" qəbul edirlər və sair.[16]

Bəhai məzhəbini rədd edən dəlillər:

1)     O cür ki, açıqlandı Mirza Hüseynəli Babın davamçısı olub və onun "zuhur" edəcəyini qəbul edirdi, amma islam hədisləri həzrət Məhdinin (əc) xüsusiyyətlərini elə açıqlayır ki, bütün mənasız iddiaları rədd edir.[17]

Hədislərdə gəlmişdir: Onun atasının adı Həsəndir(ə) (136 hədis) Əmirəl möminin Əli (ə)- ın övladlarındandır. (214 hədis) anası kənizlərin ən yaxşısı və seyyidəsidir. (9 hədis) onikinci imam və imamların sonuncusudur. (136 hədis) həzrət Həsən (ə) və Hüseyn (ə)- ın övladlarındandır (107 hədis),[18] imam Hüseynin övladlarındandır (185 hədis) övladlarından doqquzuncusudur, (148 hədis). Zeynul Abidin (ə) övladlarındandır, (185 hədis) həzrət Baqirin (ə) yeddinci övladıdır, (103 hədis) Həzrət Sadiqin altıncı övladıdır, (99 hədis) Musa ibni Cəfərin (ə) övladlarının beşincisidir, (98 hədis)

Həzrət Rzanın (ə) övladlarının dördüncüsüdür, (95 hədis) Məhəmməd Təqinin (ə) övladlarının üçüncüsüdür, (60 hədis) İmam Əliyi Nəqinin (ə) canişininin canişinidir, (və imam Həsən Əsgərinin (ə) oğludur, (146 hədis) iki qeybə sahibdir, (10 hədis) və sair.

Bəs Bəhai və bab bu xüsusiyyət və sifətlərin heç birisinə sahib deyil, və ailimlərin Seyyid Əli Məhəmməd babla ixtilaflarının sirri də budur.

2) Mirza Hüseyn Əli, Seyyid Əli Məhəmməd babın qiyamını qəbul etdikdən əlavə buna qaildir ki, o təzə din gətirmişdir, və özünü " فَتَخَه" adlandırıb iddia edir ki, müstəqil bir din bəşər üçün gətirmişdir. Elə bir halda ki, bütün müsəlmanlar islam peyğəmbərinin sonuncu olduğunu bilirlər və rəvayət dəlil gətirib bunu isbat etdikdən başqa məntiqi dəlillər də peyğəmbərin sonuncu olduğuna gətirirlər.

Nəqli dəlillər[19]:

(Quran və rəvayətdən dəlillər). Qurani kərimdə islam peyğəmbəri, peyğəmbərlərin sonuncusu olaraq qeyd olunmuşdur,[20] və "Xatəm" sona yetirən deməkdir, bunun üçün də məktubların sonunda vurulan möhürə xatəm deyilirdi və üzüyünün qaşı üzərində işarə olaraq döyülüb möhür kimi istifadə olunurdu və bu da xatəm mənası daşıyırdı, bu cür olmayan üzüklərə "fətəxə" deyirdilər.[21] İbni kəsir təfsirində bu ayənin aşağısında, peyğəmbərdən rəvayət nəql edir ki, o həzrət "Xatəmi nəbiyyin" peyğəmbərlərin sonuncusu olmasını özünə iftixar bilir.

Nəhcül- bəlağədə də peyğəmbərdən belə bir "Xatəm rəsul" rəsulların sonuncusu adlı mətləb qeyd olmuşdur.[22] Bunuda qeyd edək ki, Quranda da bir çox, ayədən peyğəmbərin sonuncu və islam dininin cavidan olmasına dəlil gətirmək olar.[23]

1.     O ayələr ki, islamın bütün bəşər üçün olduğunu açıqlayır.

2.     O ayələr ki, yalnız islamı Allahın həqiqi dini olaraq tanıtdırır.[24] Bu ayələrdən istifadə olur ki, islamdan başqa bütün dinlər istər indiki zamanda bütün dinlər istər indiki zamanda və yaxud gələcəkdə islamın qarşısında batildir. Bunun üçündə bəhailərin dedikləri bu söz ki, "xatəmi ənbiya" qaş və peyğəmbərlərin bəzəyi deməkdir mənasız və səhabənin, təfsir alimlərinin və beləliklə lüğət kitablarının dediklərinin ziddinədir.[25] bunlardan əlavə, peyğəmbərdən rəvayətlər vardır və bunu açıqlayır ki: İslam peyğəmbərindən (s) sonra peyğəmbər yoxdur və onlarda "xatəm" (sona çatdıran) kəlməsindən istifadə olunmayıbdır, Bəhailər ondan sui istifadə edə bilməzlər.[26] Misal üçün, bir hədisdə peyğəmbər (s) imam Əli (ə)- a buyurur: " انت منى بمنزلة هارون من موسى الاّ انه لابنى بعدى"[27] (sənin mənə olan nisbətin, Harunun Musaya olan nisbəti kimidir yalnız bu fərqlə ki, məndən sonra peyğəmbər yoxdur.

Məntiqi dəlillər:

İnsan fitri olaraq Allahı axtarır,[28] amma fitrət haqq dini və əqidəni seçmək üçün kifayət deyildir. Bu fitrət, bir yoldur və yol seçmək üçün doğru yola hidayət olmağı göstərir. Allah Taala ağıl ki, daxildə olan bir peyğəmbərdir, bundan əlavə aşkarda olan peyğəmbərləri bizim üçün göndərdi, ağılın dərk etmədiyini bizlərə anlatsın.[29] Və bizim üçün açıqlasın ki, bu peyğəmbərlər gəldilər həqiqi hidayət yolunu göstərsinlər.[30] və hər birisi iki məhduduiyyət və bir qorxu ilə üzləşirlər, peyğəmbərin özünə olan həddən [31] və onun dinləyicilərində olan hədd,[32] və təhrifdən qarşıya gələn qorxu,[33] bunun üçündə həmişə təzə gələn din, özündən əvvəlki dində olan səhvləri düzəldib kamilləşdirir. Peyğəmbərin gəlməsi dastanı, onun gəlməsiylə o uca peyğəmbərliy mərifəti sona çatdı. Peyğəmbərin öz ümmətlərinin rəhbərləri idilər o isə peyğəmbərlərin rəhbəridir. Başqa bir tərəfdən camaatın başa düşməyə hazırlığı var idi; yəni camaat, və ya onlardan bəziləri buna hazır idilər ki, Allahın o uca maarifini, elə o məqamda da dərk etsinlər.[34] Bu iki məhdudiyyətin aradn getməsiylə, islam öz məqsədlərini çatdırmaqda müvəffəq oldu yəni, Allahın bütün hidayətini ki, bəzilərini keçmiş dinlər özünə ixtisas vermişdi irayə verdi ki, həqiqətən də o sonuncu və kamil bir dindir.[35] Başqa bir tərəfdən isə "xatəmi din" sonuncu və dinləri sona çatdıran din təhrifdən amanda qalsın və bu islamda, yəni təhrifdən amanda olmaq, iki amilin nəticəsindən qarşıya gəlir:

a.     Əsl mənbənin təhrifdən amanda qalması.

b.    Bir yolun banisi ki, o yolun əslini hər bir dövürdə başa düşmək və hər bir insan onunla əlaqə yaratmaq istəyirsə o mənbələrə müraciət etmək imkanını yaradır.[36]

3. Mirza Hüseynəli yalnız müstəqil şəriətin iddiaçısı yox bəlkə iddia edir ki, Allah onun cisminə nazil olmuşdur və (bu iddianın ariflərin sözləriylə çox fərqi var) bu Allahın cism olmasını bir başa açıqlayır və bu əqidənin batil olması o qədər məlumdur ki, bu suala cavab verməyi mənasız bilirik.

Beləliklə bu əqidə müsəlmanlar arasında buna səbəb olmuşdur ki, Bəhai məzhəbini usuli dini inkar edən bir məzhəbdir[37] və kafir nəcis və murdardır,[38] əlbəttə ki, fiqhdə[39] kafirin nəcis olmasına dəlilləri axtarıbisbat etmək üçün başqa bir vaxt istəyir.

Amma əgər bir şəxs bəhai məzhəbinə qoşulmuşdursa, digər onsanların yanında bunu açıqlaması lazım deyil, bəlkə də caiz deyildir (din buna icazə vermir) və Allahda buna razı deyil. Ümüd var ki, öz tövbəsiylə keçən səhvlərini düzəltmiş və Allahın rəhmətini qazanmışdır.



[1] - Məkatube Əbdül Bəhai, cild 1, səh 343

[2] - Xatəmiyyəte peyambəre islam, səh 72- 75

[3] - Xatəmiyyəte peyambəre islam, səh 229, Əlbətdə Allahlıq iddiası mubin kitabının 323- cu səhifəsində də qeyd olinmuşdur.

[4] - Xatəmiyyəte peyambəre islam, səh 1

[5] - Xatəmiyyəte peyambəre islam, səh 50

[6] - Xatəmiyyəte peyambəre islam, səh 173

[7] - Molla Hüseyn Bəşrəviyyə o şəxsdir ki, Bəhai onun təbliği nəticəsində baba qoşulub iman gətirmişdir., səh 733 Daneşnameye cahane islam, cild 4 səh 733

[8] - Daneşnameye cahane islam, cild 1, səh 78

[9] - Daneşnameye cahane islam, cild 1, səh 253

[10] - Daneşnameye cahane islam, cild 1. 300

[11] - Daneşnameye cahane islam, cild 1 səh 142

[12] - Daneşnameye cahane islam, cild 1 68

[13] - Xatəmiyyəte peyambəre islam, səh 82

[14] - Xatəmiyyəte peyambəre islam, səh 225

[15] - Bax: Xatəmiyyəte peyambəre islam, səh 82- 85; Firəq və Məzahibe islami, səh 343- 350

[16] - Bax: Lütfüllah, Safi Gülpayqani, İmamət və Məhdəviyyət, cild 3, səh 63- 70, bu kitabda imam Zamanın (əc) 40 xüsusiyyəti qeyd olunmuşdur ki, onlardan heç biri babın xüsusiyyətləri ilə düz gəlmir.

[17] - İmam Baqir (ə)- ın anasının adı da Fatimə imam Həsən (ə)- ın qızı idi, bunun üçündə imam Zaman (əc), imam Həsən (ə)- ın nəslindən də hesab olur.

[18] - Əhzab surəsi, ayə 40

[19] - Bu dəlil dindən kənar dəlildir.

[20] - Erabul Quran, və bəyanuh. Cild 3, səh 44, Əqrəbul məvarid, cild 1, səh 275 və cild 3, səh 319

[21] - İcəl məarifi sələvatuk, əla Məhəmmədin əbrik və rəsulikə əl xatəmu liməsabiq (x 81) Əminu vəhyih və xatəmu rəsul (x 172) fəqəfa bihi ər- rəsul və xatəmə bihil vəhy (x 133)

[22] - " لیکون للعالمین نذیرا" Furqan Surəsi, ayə 1, və bunun kimi " و ما ارسلناک الاّ کافة للناس بشیراً و نذیرا" (28- 34

[23] - " و من یبتغ غیر الاسلام دیناً فلن یقبل منه" (3- 85) " هوالذى ارسل رسوله بالهدى و دین الحق لیظهره على الدین کله " (61- 9)

[24] - Bax Əlmizan, cild 16, səh 345, Xerəd dər ziyarəte din, səh 248

[25] - Bu mövzuda olan o qədər çoxdur ki, mərhum Mir Hamid Hüseyn "Əbəqatda" bir cildi buna ixtisas verilmişdir.

[26] - Sənin mənə olan nisbətin, Harunun Musaya olan nisbəti kimidir, yalnız bu fərqlə ki, məndən sonra peyğəmbər gəlməyəcək.

[27] - Quran, psixoloq və tarix dəliləriniMəhdi ,Hadi Tehraninin, "Bavərha və porseşha", səh 17- 21, səhfəni oxuyaraq əldə etmək olar. Bax: Əllamə məclisi, Biharul- ənvar, cild 8, səh 1, hədis 1

[28] - Bax: Bavərha və porseşha, səh 46- 58

[29] - Bax: Bavərha və porseşha, səh 21- 24

[30] - Peyğəmbərlər vəhyin nazil olub həqiqətini bilməkdə öz çərçivəsi daxilində olmuş və onu ən yüksək mənada dərk etmələrinə qüdrətləri yox idi. Bax: Bavərha və porseşha, səh 24

[31] - Dinləyicilər öz məlimatları daxilində, həqiqəti dərk edib və onu qəbul etməsindən bəhrələnirlər, bunun üçün də peyğəmbərlər dinləyicilərin (insanların) üçün onların dərk etdiyi səthdən yuxarı onlarla həqiqəti aça bilmirdilər. Bax: Bavərha və porseşha, səh 24

[32] - Peyğəmbər dünyadan köçdüyü zaman, mənasız təfsirlərlə və sair Quranı din

züylə göstərərək nabud olaraq aradan gedirdi. Bax: Bavərha və porseşha, səh 25

[33] - Demək olarki, sonuncu din ictimai, elmi və hər dövürdəki insanların ən- ənəsini gələcəklə birləşdirməlidir. Yəni dinin qorunub saxlanması, insanlar arasında olan bəzi şəxslər ki, özlərini alim bir insan olaraq tanıtdırmışlar başqalarına da çatdırmaqdır. Bunun üçündə bütün insanların ümumi şəkildə din elimlərinin dərs alaraq oxumasına ehtiyac yoxdur və bununla din qorunub saxlanmır. Bəs peyğəmbərliyin sona çatmasının sirri bu deyil ki, deyək insanlar bir zaman din hökümlərini biləcək və peyğəmbərə ehtiyac yoxdur və yaxud deyək ki, peyğəmbər insanlar arasında elə bir təbliğ etmişdir ki, bir daha peyğəmbərə ehtiyac yoxdur. Bax: Bavərha və porseşha, səh 33- 43

[34] - Kamil olan din lazımdır ki, insanların ehtiyacı olan bütün məsələləri həll edib, haqqa doğru hidayət etsin, islam da bu xüsusiyyətlərə malikdir. Bax: Bavərha və porseşha, səh 59- 81, bəzi vaxt tarixə nəzər salaraq dinin kamil olması iki dəlil üzərində (insanların həyatda məişətini təmin etsin) və (hər zaman əhatə etsin) üzərindədir. Insanların həyatda durmasına kömək etməsi üç hissədən ibarətdir. (dünya və axirət arasında bərabərlik yaratsın- insanların ictimai yaşayışında yer tutsun- tək Allahlığa və vəhyə doğru hidayət etsin) və bunlar kamil olaraq islam dinində görürük. Bax: Xerəd dər ziyafəte din, səh 243- 246

[35] - Bax, Məbaniye kəlame ictihad, Məhdi Hadi Tehrani, səh 45- 59

[36] - Bu qayda, imam Xumeyninin sözlərində fiqhi cəvahiri və fiqhi sünnəti olaraq adlandırılmışdır. Bax: bavərha və porseşha, səh 28- 31

[37] - Məcməyi fiqhi islami, səh 84- 85, Müsəvvəbeye mərcəyi fiqhi islami, 18- 23 Bəhmən 1366 Sazemane konfranse islami

[38] - Təhrirul vəsilə, cild 1, imam Xomeyni, səh 118- 119

[39] - Əl- müəlləqat ələl ürvətil- vüsqa, Məhəmməd Əli Girami, cild 1, səh 86- 90

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

  • Xüms ilinin sonunda gündəlik təlabat mallarının xümsünün hesablanması necə aparılır?
    7270 Nizamlar hüquq və əhkam 2012/05/19
    Həzrət Ayətullah uzma Xamenei bu suala belə cavab vermişdir: “Gündəlik istifadə edilən, düyü, yağ və s kimi mallar xüms ilinin sonunda artıq qalarsa” onların xüms pulu verilməlidir.[1] Xüms pulu həmin artılq qalan malın özündən verilməli olduğundan, məsələn ilin sonmunda 5 kq düyü ...
  • Bizim məntəqəmizdə təzəlikdə su lüləsi çəkilib amma suyun verilməsini nəzarətə alan texnikamız yoxdur. Buna baxmayaraq, bu lülədən bir xət çəkmişik və o sudan istifadə edirik. Bu iş düzgündürmü?
    4942 Maddi hüquqlar 2015/05/30
    Bu cür işləri gərək su idarəsinin məsul şəxsəlrindən icazə alıb və razılıq olmalıdır. Əgər sizin əməliniz onların qanunlarının ziddinədirsə, icazə yoxdur və qəsb hökmündədir. Təbi ki, belə su ilə alınan dəstəmaz və verilən qüsl batildir. Hər halda, işlədilən suyun pulunu hesablayıb su idarəsi mərkəzinə çatmalıdır. Əlavələr: Təqlid ...
  • Əhli-beyt (əleyhimus-salam)-ın düşmənlərinə lənət göndərməyin savabı xüsusunda məsum imamlardan rəvayət nəql olunmuşdurmu?
    9896 Hədis elmləri 2012/01/19
    Şiənin rəvayət məcmuələrində Əhli-beyt (əleyhimus-salam)-ın düşmənlərini lənətləmək və qarğış etməyin savabı ilə əlaqədar çoxlu rəvayət mövcuddur. İmam Riza (əleyhis-salam) Rəyyan ibni Şəbibə buyurdu: “Əgər Hüseyn (əleyhis-salam)-ın şəhid olan köməkçilərinin savabına nail olmaq və Peyğəmbər (səlləllahu əleyhi və alih) üçün düzəldilmiş otaqlarda sakin olmaq istəyirsənsə... hər vaxt Hüseyni xatırlasan, onun qatillərinə ...
  • вилајәти фәгиһдән мәгсәд нәдир?
    6214 Təzə kəlam 2009/11/10
    Әрәб дилиндә “вәли” сөзүндә үч мәна вар: 1)дост, 2) достлуг,3) көмәкчи. Вилајәт сөзүнә исә бу үч мәнадан әлавә даһа ики мәна вар: 1.Сәлтәнәт вә гүдрәт, 2. Һөкумәт вә рәһбәрлик.Фигһ термининдә “вилајәт” сөзү ики мәнада ишләнир:
  • Əhdə əməl etməməyin kəffarəsi nədir?
    6933 Nizamlar hüquq və əhkam 2011/05/30
    Əgər bir şıxs (təqlid mərcələrinin izahlı hökümlər risalələrində əhd üçün olan şərtlərlə)[1] Alahla əhd bağlasa və ona əməl etməsə (işi etmək ya onu tərk etməyə əhd etməsi arasında fərq yoxdur) kəffarə verməlidir. Yəni altımış fəqiri doyurmalı, ya iki ay oruc tutmalı,[2] ya da bir ...
  • Hilyətul- müttəqin kitabı qadınların mövqeyini onların şəninə uyğun açıqlayıbdırmı?
    6005 Əməli əxlaq 2011/11/19
    Şiənin nəzərində, Qurandan başqa heç bir kitaba yüz faiz etimad etmək olmaz. Ona görə də, kitablarda xüsusilə hədis kitablarında gələn məsələləri sənəd və dəlalət cəhətindən təhlil etmək lazımdır. Əgər bir məsələ slamın ümumi usuli və Quran təlimləri ilə ziddiyyəti olmasa, qəbul etmək lazımdır. Hilyətul—müttəqin kitabı barəsində, bəzi rəvayətlərin zəif və ...
  • Quranda nəsx (ayənin ləğv olunması) mümkündürmü?
    5960 Quran elmləri 2011/08/23
     Quranayəsininmütəvatir (dalbadalgələnhədis) vəqətiicmailələğvolunması (nəsx) ...
  • Дин нәдир?
    10244 Quran 2009/06/13
    Дин барәсиндә гәрб алимләри тәрәфиндән мүхтәлиф нәзәријјә вә мәтләбләр ирәли сүрүлүб. Гуран ајәләриндә “дин” ики мөвзуда ишләнмишдир.1-Гејби гүдрәтә олан һәр һансы етигад, истәр батил, истәрсә дә һагг ...
  • On ilə yaxındır ki, bir nəfərlə nişanlıyam. Biz, qanuni izdivacdan qabaq şəriət əqdini yerinə yetirə bilərikmi?
    5553 Nizamlar hüquq və əhkam 2012/02/12
    Bu barədə təqlid mərcələrinin cavabı belədir:1.             Xamenei: Onun, şəriət qəbul edən şərtlərini riayət etməklə öz- özlüyündə maneəsi yoxdur.2.             Sistani: Qızın əqdi gərək onun atasının icazəsi ilə ola.3.             Safi Gülpayqani: Mömin ...
  • Doğrudur ki, deyirlər Allah-Taala həmin enerjidir?
    6633 Qədim kəlam 2012/05/20
    Allah-Taala, vücudu vacib olan, alim, iradə sahibi, hər şeydən biniyaz, ehtiyacsız, məhdudiyyətsiz və hər bir nöqsandan pak və münəzzəhdir. Amma enerji naqis, ehtiyaclı, məhdud, elmsiz və iradəsiz bir mövcuddur. Allah-taalanın sifətləri ilə enerjinin xüsusiyyətləri arasında olan fərqlərindən məlum olur ki, enerji Allah-Taala deyil. Enerji, bir ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162868 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154913 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117742 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109678 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98776 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91288 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53340 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45193 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43707 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42868 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...