Please Wait
6040
Sualda qeyd olunan ayə, həzrət Musanın (ə) öz qövmündən ayrılaraq görüş (vədə) yerinə hərəkət edən zaman qardaşı cənab Haruna (ə) etdiyi sifarişin hekayətini bəyan edir. Çünki, xəlifə qərar vermək və canişin seçməyin vaxtı, ayrılıq zamanı və qeyb (özü olmayan) günləridir. Buna əsasən həzrət Musa (ə), Allahla danışmaq, Tövratın hökmlərini almaq və vəhyi qəbul etmək üçün təyin olunan vaxtda vədə yerinə gedərkən, Peyğəmbər olan həzrət Harunu (ə) öz yerinə camaatın arasında canişin qərar verdi və ona sifariş etdi ki, camaatın işlərini islah etməyə çalışsın və fəsad əhlinin yolu ilə getməsin.[1]
Bunu demək lazımdır ki, Harun (ə), özü Allahın Peyğəmbəri, günahdan məsum idi və fəsad əhlinin yolu ilə gedən deyildi. Şübhəsiz həzrət Musa (ə) hamıdan daha yaxşı öz qardaşının məqamını tanıyırdı. Bəs şəksiz o həzrətin (ə) bu kəlamdan məqsədi Harunu günah və küfrdən çəkindirmək olmayıb, bəlkə məqsədi bu olub ki, camaatın işinin idarəçiliyində fəsad əhlinin sözlərinə (nəzəriyyələrinə) qulaq asmasın (Əhəmiyyət verməsin) və həzrət Musanın (ə) camaatın arasında hazır olmayan vaxtına kimi onların yolu ilə getməsin.[2]
Buna əsasən, " وَ أَصْلِحْ وَ لا تَتَّبِعْ سَبِیلَ الْمُفْسِدِینَ" "Camaatı islah etməyə çalış və fitnə- fəsad törədənlərin yolu ilə getmə" cümləsindən məqsəd, camaatın işlərinin islahı və Harunun, fasidlərin nəzərlərinə uyğun yolla getməmək, onların zövqlərinin dalınca getməmək və onların təkliflərindən uzaq olmaqdır.
Bu ayədən məlum olur ki, o gün bəni İsrailin arasında fəsad törədən insanlar olub və həmişə ousquda durublar ki, bu iki böyük şəxsiyyətin zəhmətlərini aradan aparalar, öz iyrənc planları ilə onların işinə mane olalar. Çünki, Musa (ə) Haruna (ə) sifariş edir ki, heç vaxt onların yolunu getməyə və təkliflərini qəbul etməyə.
Əgər bu cür etməsə onların fırıldaq və kələyinə tuş olar, böyük çətinliklər və səbrlə ələ gələn ümmətin birliyi aradan gedər və bu birlik ixtilaf və ikitərəfliliklə əvəz olar.[3]
Bu sualın ətraflı cavabı yoxdur.
[1] - Qərar idi Musa (ə) orada 30 gecə (bütöv bir ay) qala. Sonra 10 gündə artırıldı və 40 günə çatdırıldı. Bu üzdən özü üçün canişin təyin etdi: "Biz Musa ilə vaxt təyin etdik, sonra onu on gecə (əlavə) təkmilləşdirdik. Bu tərtiblə, onun Allahının (onunla) təyin etdiyi vəqt qırx gecə ilə tamamlandı". Ali İmran surəsi, ayə 42.
[2] - Əl- mizan fi təfsiril- Quran, cild 8, səh 236.
[3] - Həmin.