Ətraflı axtarış
Baxanların
6891
İnternetə qoyma tarixi: 2012/01/19
Sualın xülasəsi
Qurandakı dualarda və “ələykum ənfusəkum” – özünüzdən muğayat olun!” kimi ayələrə insanın özü irəli çəkilir və sonradan başqaları üçün dua etməsi tövsiyə edilir. Amma həzrət Zəhra (əleyha salam) əvvəlcə başqaları üçün dua edir, onları özündən qabağa keçirirdi. Bu məsələ necə izah edilə bilər?
Sual
Qurandakı dualarda əvvəlcə insanın özü, sonra onun yaxın adamları, axırda isə başqa möminlərə dua edilir. Eləcə də “ələykum ənfusəkum” kimi ayələrdə əvvəlcə insanın özü barəsində tövsiyə edilir. Amma rəvayətlərdə deyilir ki, həzrət Zəhra (əleyha salam) əvvəlcə başqaları üçün, sonra isə özü üçün dua edirdi. Zahirdə təzadlı görünən bu məsələ necə izah edilə bilər? Biz hansı tərtiblə əməl etməliyik?

Qısa cavab

Nəfsin islahı və rəzalətlərdən saflaşdırılması məqamında insan gərək özünü başqalarından irəli keçirsin. Bu, Quranda və rəvayətlərdə göstəriş verilən məsələdir. Çünki insan öz ruhunu islah edib aludəliklərdən, rəzalətlərdən saflaşdırılmayınca başqalarını hidayət edə bilməz. Amma dua edib Allahdan hacət istəmək məqamında çox yaxşı olar ki, insan başqalarını özündən irəli keçirsin. Rəvayətlərimizdə də bu məsələyə dair çox tövsiyə edilmişdir. Çünki bu iş insanın öz hacətinin mümkün olan tez bir zamanda yerinə yetirilməsinə səbəb olur və bu cür dua etdikdə daha artıq meyarla qəbul olunur.

Ətreaflı cavab

Belə nəzərə çarpır ki, “nəfsin rəzalətlərdən saflaşdırılması və günahlardan uzaqlaşmaq” məqamı ilə dua edərək Allahdan bir şey istəməklə əlaqədar verilən sualda anlaşılmazlıq və səhv baş vermişdir. Çünki ayə və rəvayətlərdən məlum olduğu kimi, birinci məqamda, yəni nəfsin islahı, ruhun saflaşdırılması və günahdan uzaq olmaq məqamında insan gərək özünü başqalarından irəli keçirsin. Qurani-kərim nəfsin təzkiyəsi (ruhun rəzalətlərdən saflaşdırılması) yolu ilə insanın özünü cəhənnəm odundan uzaq saxlaması, nəfsin rəzalətlərdən, əxlaqi çirkinlik və mənəvi aludəliklərdən paklaması istiqamətində mömin insanlara xitab edərək buyurur: “Ey iman gətirənlər! Özünüzlə məşğul olun və özünüzü (zəlalət, azğınlıq və üsyankarlıqdan) hifz edib saxlayın! Əgər siz hidayət olunsanız, yolunu azan şəxs sizə heç bir ziyan çatdıra bilməz.”[1] Başqa bir ayədə belə buyurulur: “Ey iman gətirənlər! Özünüzü və əhl-əyalınızı yanacağı camaat və daşlar olan bir oddan qoruyub saxlayın!”[2] (Yəni günah etməklə özünüzü belə bir atəşə düçar etməyin!)

Gördüyünüz kimi, burada duadan, Allahla raz-niyazdan söhbət getmir; bu məqam nəfsin islah olunması, əxlaqi rəzalətlərdən uzaq olmaq məqamıdır. O da insanın özünü və əhl-əyalını başqalarından irəli keçirməsini tələb edir. Əlbəttə, bu məsələ əmr be məruf və nəhy əz münkərin təkrarı mənasına deyildir. Çünki vacib əməllərin yerinə yetirilməsinin özü nəfsin islah olunma yollarından biridir və insanın “özünü islah etməsi” bəhanəsi ilə onları (əmr be məruf və nəhy əz münkəri) tərk etməsi rəva deyildir.

Amma dua edib Allahdan müəyyən bir hacət diləmək məqamına gəldikdə isə, rəvayətlərdən aydın olduğu və çoxlu hallarda işarə edildiyi kimi bu məqamda vəziyyət tamamilə əksinədir. Çünki məsumların (əleyhimus-salam) göstərişlərinə uyğun olaraq burada daha yaxşı olar ki, insan başqalarını özündən qabağa salsın. İmam Həsən Müctəba (əleyhis-salam)-dan nəql olunur ki, əziz anası dua məqamında başqalarını özündən qabağa keçirir və oğlunun bu məsələ ilə əlaqədar sualının cavabında buyururdu: “Əvvəl qonşular, sonra evdəkilər.”[3]

İmam Səccad (əleyhis-salam)-dan da belə rəvayət olunur: “Həqiqətən məlaikələr hər vaxt insanın öz mömin qardaşı üçün – onun yanında olmadığı halda – dua etdiyini, yaxud onu yaxşılıqla xatırladığını görsə, ona xitab edərək deyirlər: “Necə də yaxşı qardaşsan! Öz mömin qardaşın üçün xeyir-dua və onu yaxşılıqla yad edirsən, halbuki o sənin yanında deyildir. Həqiqətən Allah mömin qardaşın üçün istədiyin şeyləri sənə də bəxş edəcəkdir.”[4]

Hədis mənbələrində bu qəbildən olan rəvayətlər çoxdur. Nümunə üçün, “Vəsailuş-şiə” kitabında “dua edərkən insanın möminləri özündən qabağa keçirməsinin müstəhəbliyi” adlı bir bab (bölmə) vardır. Orada insanın dua məqamında başqalarını özündən irəli keçirməsi ilə əlaqədar çoxlu rəvayət qeyd olunmuşdur.

Əlavə məlumat üçün aşağıdakı görünüşə baxa bilərsiniz:

“Azğın həyat yoldaşı qohum-əqrəba üçün dua etmək”, sual 14979 (sayt 14755



[1] “Maidə” surəsi, ayə: 105

[2] “Təhrim” surəsi, ayə: 6

[3] Şeyx Hürr Amili (rəhmətullahi əleyh), “Vəsailuş-şiə”, 7-ci cild, səh. 112

[4] Yenə orada, səh. 111

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Müslim ibn Əqilin qızlarının adı nə idi?
    13107 تاريخ بزرگان 2011/05/31
    Cənab Müslim ibn Əqilin həyatı barəsində olan kitabların hamısını araşdırarkən, bu nəticə ələ gəlir ki, cənab Müslimin Atikə və Həmidə adında iki qızı olubdur. Atikə Kərbəla hadisəsində Aşura günü düşmən xeymələrə hücum edərkən şəhid olur. Amma Həmidə Kərbəla əsirləri karvanında olub və cənab Müslimin nəsli yalnız onun vasitəsi ilə davam ...
  • Вилајәти фәгиһин васитә илә сечилмәси гајдасында дөвр ирады гаршыја чыхыр. Буну неҹә һәлл етмәк олар?
    7943 Nizamlar (Qurluşlar) 2010/02/06
    Һазырда Иран Ислам Республикасында вилајәти фәгиһи сечән мүтәхәссисләр (хубраган) мәҹлисини мүһафизләр шурасы тәсдиг едир. Инди бела бир шүбһә јараныр ки “әҝәр мүһафизләр шурасыны рәһбәр тәсдиг едирсә, мүһафизләр шурасынын үзвүләри вилајәти-фәгиһи сечән мүтәхәссисләри тәсдиг едирсә, вә онлар да рәһбәрлији сечирсә, бу мәсәлә гејри-мүмүкүн олан ...
  • 15 yaşa çatmadan öncə həddi buluğa çatmanın əlamətləri hansılardır?
    9669 Tklifin başlanması 2015/04/19
    Qız və oğlanlarda həddi büluğun olması aşağıdakı əlamətlərdən biri ilə bilinir: Qarın altında iri və kobud tüklərin əmələ gəlməsi (cinsi övrətlərin üstündə ); Spermanın gəlməsi istər yuxuda olsun istərsə də oyaq olan halda; (Öncəki, əlamətlər müşahidə edilmədiyi təqdirdə) Oğlanlarda qəməri tarixi ...
  • Yerli cavanlar cəmiyyəti arasında, Allahı tanıma mövzusunu necə izah vermək olar?
    6725 Qədim kəlam 2012/04/18
    Etiqadi məsələlər silsiləsində, Allah tanıma mövzusu ən mühüm mövzulardandır ki, çox geniş məsələləri əhatə edir. Siz bu məsələləri təbliğ və izah etmək üçün, iki məsələyə riayət etməlisiniz. Birincisi budur ki, münasib və məntiqi müzakirələr seçsinlər. İkincisi budur ki, xitab olunanların elmi səviyyəsi və ruhiyyəsi dəqiq formada riayət olunmalıdır. Birinci ...
  • “Səfiri Simurq” kitabını kim yazmışdır? Bunda hansı mətləblər mövcuddur?
    7135 Nəzəri irfan 2012/02/18
    “Səfiri Simurq” kitabının müəllifi Şeyx İşraq adı ilə məşhur olan Şəhabuddin Yəhya ibni Həbəş ibni Əmirək Əbul-fütuh Söhrəvərdidir (rəhmətullahi əleyh).“Səfir” hər növ uzadılmış səsə deyilir ki, hərfləri tələffüz olmadan deyilmiş olsun. Bu da iki dodağın arasından xaric olan sədaya deyilir.[i] “Simurq” da əfsanəvi quşlarının ...
  • Qurani- Kərimdə sonuncu ayə hansıdır? Məgər vəhyin əlavə edilmə imkanı olmuşdurmu?
    16486 Təfsir 2011/11/19
    Peyğəmbərə (s) nazil olan sonuncu ayə haqqında müxtəlif və bir çox rəvayətlər mövcuddur. Bu ayələrdən bu nəticəni əldə etmək olar ki, Peyğəmbərə (s) sonuncu kamil nazil olan surə “nəsr” olmuşdur. Bu surə ya Məkkənin fəthindən öncə yaxud fəthlə eyni zamanda nazil olmuşdur. Sonuncu nazil olan surə başlanğıc ...
  • Ислам дининдә дәјишән үнсүрләр вармы?
    8776 Təzə kəlam 2009/06/21
    Илаһи динләринпринсипләри ики гисимдән тәшкил олунуб: Бир гисми сабит үнсүр, диҝәри исә дәјишәндир. Илаһи динләрин дәјишмәз, сабит вә дүнјәви принсипләри һәмишәлик вә һәр заман олмушдур. Әслиндәинсанын
  • Öz iradəmizi necə gücləndirək?
    13703 Əməli əxlaq 2011/04/13
    İradəli şəxs o insandır ki, çətinliklə üzləşdikdə, onun öhdəsindən layiqincə gəlsin, onu yerinə yetirmək qərarına gəlir və öz səyi və payidarlığıyla onu icra edir. Aşağıdakı göstərişlər iradənin təqviyət olması üçün sifariş olunmuşdur: 1. Həyatınızda və yaxud hər hansı bir işi ilk mərhələdə yerinə yetirmək üçün onun hədəfini özünüz üçün ...
  • Ramazan ayında Peyğəmbərə və imamlara and içmək orucun batil olmasına səbəb olurmu?
    6726 Nizamlar hüquq və əhkam 2011/11/24
    And içmək orucu batil edən şeylərdən deyildir. Amma əgər and içməklə Allaha, Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə və o həzrətin canişinlərinə qəsdən müəyyən bir yalanı nisbət verərsə, bu iş Allahın, Peyğəmbərin və onun canişinlərinin adından yalan danışmağın nümunəsi olduğuna görə orucun batil olmasına səbəb olar.Amma dualarda qeyd olunan andlara ...
  • Nəsnasın keyfiyyəti və varlığı necədir?
    6838 آفرینش انسان و جهان 2015/05/04
    Nəsnas müxtəlif formalarda təsvir olunub. Bəzi rəvayətlərə əsasən həzrəti Adəmin (ə) yaradılışından öncə olublar. Əlbəttə digər rəvayətlərə əsasən insanlardan bir dəstəsi mənəvi saflıqdan uzaq olmağa, heyvani hisslərinin güclü olmasına və bir çox günahları törətdiklərinə görə nəsnasın nümunələrindən hesab ediliblər. ...

Ən çox baxılanlar

  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    167331 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    165635 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    120713 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    115341 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    113931 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    95575 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    57157 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    55536 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    47509 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    46695 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...