Ətraflı axtarış
Baxanların
8829
İnternetə qoyma tarixi: 2011/01/02
Sualın xülasəsi
Allah yerin və göylərin nurudur, bəs məqsəd hiss olunan nurdur? Əgər belə deyilsə, bəs hansı mənadadır?
Sual
Allah yerin və göylərin nurudur, bəs məqsəd hiss olunan nurdur? Əgər belə deyilsə, bəs hansı mənadadır?
Qısa cavab

"اللَّه نور السموات و الارض..."

1)- Ayəsində olan nur kəlməsindən məqsəd hiss olunan nur deyil. Çünki hiss olunan nur maddiyyat xasiyyətli və keyfiyətli cismdə təsir qoyan bir nurdur. Amma Allahın cism olmadığını sabit edən məntiq dəlilləri, bunun qarşısını alır ki, Allahı hiss olunan nur hesab edək.

Bundan əlavə bir çox ilahi ayələr Allahın görünməməsini və oxşar olmasını rədd edir. Bu qanunda Allahın cism olmadığını rədd edən dəlillərdir. Buna görə də əgər Allahdan (göylərin və yerin nuru) təbir olmuşdursa, məqsəd hiss olunan nur deyildir.

2)- Nur bir şeydir ki, həqiqəti aydın olub başqalarını da aydınlaşdıra. Yəni aydınlıq və dirlərini də aydınlaşdıran, aşkar başqalarını da aşkarlığa çıxaran, istər günəş, ulduz və şam kimi. Nuru hiss olunsun istərsə də elm və imanın nuru kimi olunmasın.

Əlbəttə "nur"dan ən tez başa düşülən məna, həmin hiss edilən mənadır. Amma nurun mənasına diqqət yetirdikdə (həqiqəti aşkar olub digərlərini də aşkar edən)- dir. Onu təhlil etdikdə nuru mənəvi varlıqlara nisbət verilməsi məlum olur; i insanın canına və batininə aydınlıq gətirir, doğrusu da budur. O cür ki, Quran "imanı" möminə verilmiş bir nur bilir. Ariflərin eşqi yalnız bu nur üçündür.

3)- O cür ki, Allah açıq aşkardır və başqa varlıqların aşkarlanmasına da səbəb olur, çünki onların yaradanı və xəlq edəni odur. "Nur" kəlməsini Allah haqqında işlətmək doğrudur, çünki hər bir şeyin varlığı başqaları üçün aşkar olması deməkdir.

Bəs "nur"un sadiq olduğu həmin varlığıdır. Buna görə də Allah taalaya "nur" demək tamamıyla öz yerindədir. Həqiqəti aşkar olan öz varlığını açıqlayır.

Bunun üçündə buna etiraf etmək lazımdır ki, o bir nurdur göylər və yer onun vasitəsiylə açkar olmuşdur.

4)- Göylər və yerdən məqsəd bütün varlıq və bütün yaranmışlardır. Gözə görünən olsun və yaxud görünməyən. Məqsəd yalnız səmada olan göylər deyil.

Bəs "Allah göylərin və yerin nurudur" ayəsindən məqsəd budur ki, Allah bütün dünyanın nuru və yaradanıdır.

Amma ayədə "yaradan" yox "nur" kəlməsindən istifadə edib bu nöqtəni nəzərə çatdırmaq istəyir nur o cür ki, aşkardır və bir şeyin onu aşkar etməsinə ehtiyacı yoxdur, Allah taala özü aşkar və məlumdur. Onu tanımaq üçün başqa bir vasitəyə ehtiyac yoxdur. O cür ki, ariflər imam və peyğəmbərlərdən itaət etmək haqda buyururlar. Yaranmışları Allahın varlığı və nuruyla tanımaq lazımdır nəinki, Allahı onun yaratdığı vasitəsilə tanıyaq.

İlahi insanlar üçün hər bir şey Allahın nuru vasitəsilə aşkar olur və onun nurundan başqa heç bir şeyi görmürlər. Əgər ilahi nur olmasa bütün varlıq zülmətdə puç olar.

Bəs bu ayədən istifadə olur ki, Allah heç bir varlıq üçün gizli deyil, çünki hər bir şeyin aşkar olması onun varlıq və vücudundan qaynaqlanır.

Allah gizli deyil ki, yaratdıqları tərəfdən aşkar ola, onun varlığı hər kəsə aşkardır.

5)- Bu ayədən başqa bir nöqtəyə çatırıq o da bundan ibarətdir ki, biz Allaha "nur" deyirik amma "böyük nur" demirik.

Bu əqidə sahibləri "manuyə" Allahı "böyük nur" bilirlər. yəni hiss olunan nur digər nurlara qarşı böyük və üstündür, bu isə doğru bir əqidə və fikir deyil.

Quranın nəzərində Allah "yalnız nur" deməkdir o da hiss olunmayan nur.

Dünyanın varlıq nuru, ondan başqa hər bir şey qaranlıqdır. Dualarda oxuduğumuz kimi ("نورالنور") nurun- nur- nur üstündən nurdur. Həqiqi nur odur, əgər nur vardırsa onun bərəkəti və varlığı haqdır.

6)- Bu ayənin təfsir və təvilində çoxlu nəzəriyyələr var. Bunları bilmək üçün bu mövzuda olan təfsir və rəvayət kitablarına müraciət etmək lazımdır.

Ətreaflı cavab

Şübhəsiz ki, Quran Allahı "nur" olaraq adlandırmışdır.

"اللَّه نور السموات ولارض"[1]

(Allah göylərin və yerin nurudur) məqsəd isə hiss olunan nur deyil, hiss edilən nur Allahın yaratdığı varlıqlardan biridir. O cür ki, Quran kərim ənam surəsinin birinci ayəsində buyurur: "həmd yalnız Allah üçündür ki, göyləri və yeri yaradıb nur və zülməti onda qərar vermişdir."

Filosof, nəzər sahibləri və təfsir alimləri Allahın "cism" olmadığı üçün dəlillər gətirmişdir.[2] Buna görə də Allaha "nur" demək, onu hiss edilən bir varlıq demək olmaz.

Təfsir alimlərindən və nəzər sahiblərindən daha fərqli olaraq Fəxri Razi bu mövzuda daha çox mövzuda daha çox mübahisələrə işarə etmişdir. "   səh 5 "    " ayəsinin təfsirində altı dəlil Allahın cism olmadığına gətirir. Bu isbat edir ki, bu nur maddi və hiss olunan nur deyildir.[3]

Bundan əlavə Quran kərimdə bir çox ayələr var ki, Allahın cism və sonradan yaranmasını inkar edir.

Açıqladığımızdan bir daha yuxarı getsək, Quranda ""الله نور السموات و الارض"" ibarəti bir neçə yerdə müşahidə edirik. Burada Allahın axşar olmasını inkar edir.

Bəs Allahın nur olması, hiss olunan nur ola bilməz; çünki bu nurun həyatda çoxlu oxşar və bərabəri vardır.

"Nur"- un mənasını Əllamə Təbatəbai təhlil etdiyi vaxt buyurur: Nur kəlməsinin məruf bir mənası var. o da bundan ibarətdir ki, qara bir əşyanı bizim görmədiyimiz üçün işıqlandırır. Və hər bir şey onun vasitəsilə bizim üçün aşkar olur. Əlbəttə nunrun özü bizim üçün aşkar və məlumdur və başqa bir şey onu bizim üçün açkar etmir; Bəs nur "özü- özlüyündə aşkar və digər varlıqları da aşkar edəndir,"

Bu məna "nur"un birinci mənasıdır amma zaman keçdikcə ikinci mənada istifadə olunmuşdur və bundan ibarətdir ki, hiss olan hər bir şeyi aşkar edən varlığın mənasında işlənmişdir.

Bundan sonra isə zaman keçdikcə hiss olunmayan əşyaya da nur deyilmişdir.

Bunun üçündə "ağıl"a nur demişdirlər. çünki ağıl dərk edən şeyləri aşkar edir. Əlbəttə bunların hamısı "nur" mənasını təhlil etdikdə ələ gəlir və o da bundan ibarətdir"

"الظاهر بذاته المظهر لغیره"[4]

Bəs "nur" kəlməsindən başa düşülən birinci məna hiss olunan mənadır ki, başqa əşyaları nurlandırır və hissələrə ayrılır. Günəş, ulduq, işıq və şam kimi saçır. Əgər bu nuralar olmasaydı dünya zülmətdə qalardı, bu nurun nəticəsindədir ki dünya işıqlanır.

Amma fizika alimlərinin nəzərində "nur"un tərifi başqa cür olunmuşdur.

Mümkündür onların nəzərində nurun həqiqəti kəşf olmasın və yaxud onun həqiqəti haqda çoxlu müxalif nəzəriyyələr olsun. Amma bu həqiqətdir ki, dünyada "nur" adlı bir varlıq vardır. Bir varlıqdan qaynaqlanır ki, nurludur, termində isə onlara "nurun mənbəyi" deyilir. Amma "nur" kəlməsi yalnız hiss olunan şüaya deyilmir bəlkə hər bir şey ki, "aydın və aydınlıq" gətirsə ona nur deyilir. Başqa sözlə desək "görünən və göstərən" daha yaxşı olar. Misal üçün: "Elm" haqda deyirik: "elm nurdur" çünki onun həqiqətində aydınlıq vardır və həqiqətləri də aşkar edir.[5]

O cür ki, Quran kərim mömin haqda buyurur: "həqiqətən o şəxs ölmüşdü biz onu dirildik və onun üçün nur qərar verdik, onun vasitəsilə insanlar arasında gəzir..."[6] Bəs Quran ədəbiyyatında iman "nur"- dur. O cür ki, iman mömin üçün qəlbinə və batininə nur saçır. Ona məqsədi və hədəfi göstərib xoşbəxtliyə tərəf çağırır.

Bunun üçün də imana nur demək daha doğrusudur.

O cür ki, Ariflər "eşqə" "nur" deyirlər, Mövləvi deyir:

Eşq əhatə edən varlıqdır mən onda qərq

Ay kimi işıqlanıram eşqin nurundan.[7]

"Nur" kəlməsini Allaha nisbət vermək:

"Nur" kəlməsini Allaha nisbət vermək doğrudur, çünki Quranda və rəvayətlərdə bu cür nisbətlər verilmişdir.[8]

Amma buna diqqət etmək lazımdır ki, əgər deyiriksə, "Allah nurdur" məqsəd maddi və hiss olunan deyil. Bu mənanı daşıyır ki, Allahın həqiqəti, aydınlığın özü və aşkar edəndir, məlum və məlum edəndir, hər bir şeyin tapılması və zahir olması onun həqiqətindən qaynaqlanır, o özü isə aşkar və məlumdur. Heç bir şey onu açıq- aşkar etmir.

Bunun üçündə deyə bilərik: "Allah nurdur." Əllamə Təbatəbai buyurur: Əgər hər hansı bir şeyin varlığı digər bir şeyin zahir olmasına səbəb olursa, ona nur demək olar. Başqa bir tərəfdən isə hər bir şeyin əmələ gəlib zahir olması Allaha bağlıdır.

Bəs həqiqətən Allah həmin nurdur. Odur aşkarlığın həqiqəti və özündən başqa hər bir şeyi aşkar edən odur.

Digər bütün varlıqlar onun vasitəsilə aşkar olub özünə varlıq qazanır. Bəs Allah bir nurdur ki onun vasitəsilə göylər və yer zahir olur. "Allah göylərin və yerin nurudur"[9]

Ayəsindən məqsəd də budur.

"Allah göylərin və yerin nurudur" mənası keçən bəhslərimizdə məlum oldu ki, əgər deyirik "Allah göylərin və yerin nurudur" o deməkdir ki, Allah göyləri və yeri yaradıb. Göyləri və yeri bu ayədə qeyd etməsi o deməkdir ki, bütün aləmi, varlığı və bütün gözə görünən və görünməyənlərdir.[10]

Burada məqsəd yalnız başımızın üstündəki göylər və ayağıımızın altındakı yer deyil. Bəs ayənin mənası bundan ibarətdir; Allah bütün dünyanın nurudur."yaradan"ibarəti yox "nur" ibarətinin işlədilməsi bu nöqtəni nəzərə çatdırır ki, "nur" özü aşkar olduğu üçün başqa bir aşkar edənə ehtiyacı yoxdur. Nurlandırmaq başqa əşyanın bir hissəsidir, Allah taala isə nurlandırıb aşkar edən bir varlığa ehtiyacı yoxdur. Aşkar- aydın olan bir varlığı sabit etməyə dəlil istəmir, çünki o özü başqa varlıqların yaradanıdır. Hacı Səbzivari deyir:

"یامن هو اختفى لفرط نوره"[11]

yəni ey o şəxs ki, öz nurunun şiddətindən pünhan olmuşdur.(gözə görünmür).

Bəs ariflərin dediyi, imam və peyğəmbərlərin irfanı kimi deyirlər Allah taala hər bir mənada aşkar və məlumdur onun varlığın dərk etmək üçün digər yaranmış və varlığın vasitəsinə ehtiyacı yoxdur. Başa cür desək, Allahın varlğını dərk etmək üçün "inni" dəlildən yox "limmi" dəlildən istifadə etmək lazımdır;[12] yəni əvvəl Allahı tanımaq lazımdır və Allahı tanımaqla onun yaratdıqlarına çatmaq lazımdır, nəinki, əvvəl onun yaratdıqlarını tanıyıb və onların ayəsində Allahı tanıyaq.

O cür ki, imam Hüseynin (ə) ərəfə duasında oxuyuruq:

«"الهى ترددى فى الاثار یوجب بعد المزار"»

İlahi sənin yaratdıqlarına nəzər saldıqca sənin görüşündən və ziyarətindən uzaqlaşıram.

Əmirəl möminin Əli (ə) Kumeyl duasında buyurur:

"و بنور وجهک الذى اضاء له کل شى‏ء"[13]

"And olsun sənin nuruna ki, bütün varlıq onun vasitəsilə işıqlanır." Əgər sənin həqiqət və nurun olmasa bütün varlıq zülmətdədir. Yəni heç bir şey yoxdur və bütün varlıq zülmətdə puş olmuşdur.

Gər sənin həqiqətinin nuru olmasa, hər bir şey zülmətdə (yoxluqda) qalacaqdır, əlbəttə bu o demək deyil ki, gecənin qaranlığı kimi zülmətdə qalacaqlar.

Bəs bu cür demək lazımdır: Allah özü nurdur və onun qarşısında heç bir nur yoxdur, bütün nurlar onun bərabərində zülmətdir. Çünki, yalnız öz varlığı öz zatında aşkar edilib məlum olan o Allahdır. Bundan əlavə varlıqlar əgər aşkar olub aşkar edəndirsə öz həqiqətlərində zülmət vardır. Allah onları aşkar edib üzə çıxarandır.[14]

Bunun üçün də Əllamə Təbatəbai bu ayədən çox gözəl istifadə etmişdir. Bundan istifadə olur ki, Allah heç bir varlıq üçün naməlum deyil, çünki hər bir varlığın başqaları və yaxud özü üçün yaranması, Allaha bağlıdır. Əgər Allah bir şeyi yaratmayıb ona vücud bağışlamasaydı, yaranmazdı,

Bəs hər şeydən əvvəl Allahın olması, lazımdır... Bəs belə bir nəticə alırıq ki, "Allah göylərin və yerin nurudur" ayəsində olan nur kəlməsi, Allahın nurudur və o nurdan dünya yaranmışdır. O bir nurdur ki, hər bir şey onun vasitəsilə nurlanır. O hər bir varlıq üçün bərabərdir və bu da Allahın rəhməti deməkdir.[15]

Bəs Quran ədəbiyyatında, Allah gizli və örtülü bir həqiqət deyil onu yaranmış varlıqların vasitəsilə tanımaq, belə bir mərifət naqis və zəifdir.

Həqiqi mərifət o dur ki, varlığı Allahın vasitəsilə tanıyaq, nə inki Allahı dünya və varlıqla. Bu ayədə buyurur ki, Allah nur, aşkar və məlumdur.

"Nur" yoxsa "Böyük nur":

Bu ayədən başqa bir mətləb istifadə olunur və o da bundan ibarətdir: Biz Allaha "nur" deirik amma "böyük nur" demirik. Onun üçün ki, əgər böyük nur varsa ondan əlavə kiçik bir nurda onun bərabərində vardır, Allah isə böyük nurdur. Quranın nəzərində isə bir nurdan əlavə nur yoxdur və o da Allahdır, ondan başqaları isə zülmət və puşdur. Bəs bir şeyi başqa biri ilə müqayisə etdikdə biri nur o biri isə nur deyil. Misal üçün elm, iman və ağıl... nurudurlar və öz nurlarını Allahdan alırlar. Belə olduqda Allahın bərabərində nur deyildirlər. başqa sözlə desək Allah "nur üstə nur"dur [16]

"نور النور" yəni bütün nurların nurudur nəinki böyük nurdur. Bəs "manəviyəyə" nisbət verilən əqidə bundan ibarətdir ki, onlar Allahı"نور اعظم"  böyük nur bilirlər, bundan əlavə "hiss olunan" nur kimi qəbul edirlər. amma ən uca və böyük nur bilsələrdə və hər kəs də belə bir əqidədə olsada, yalnış və səhv bir əqidədir.[17]

Sözümüzün sonunda imam Rza (ə)- dan bir rəvayətə işarə edirik: o həzrətdən Abbas ibni hilal "Allah göylərin və yerin nurudur" ayəsi haqqında sual edir, həzrət onun cavabında buyurur: göylərin və yerin əhli üçün hidayətçidir.[18]

Əlavə məlumat üçün mənbələr:

  1. Cavadi Amuli, Abdullah, təfsire mövzui Quran kərim. Cild 12. Fitrət dər Quran. Səh 191- 297 və cild 3, Vəhy və nubuvvət dər Quran, səh 138- 140

  2. Səduq. Tövhid.

  3. Təbatəbai, Məhəmməd Hüseyn, Təfsire Əl- mizan, cild 15, Nur Surəsi.

  4. Fəxri Razi, Təfsire kəbir, cild 23, Allah göylərin və yerin nurudur ayəsinin təfsiri.

  5. Mütəhhəri, Murtəza, Nur surəsinin təfsiri.

  6. Məkarim Şirazi, Nasir, Təfsire nümunə, cild 14. Nur surəsinin təfsiri.

  7. Haşim Bəhrani, Təfsire Burhan.



[1] - Nur surəsi, ayə 35

[2] - Bax: Kəşful Murad fi şərhe təcridul- etiqad. Səh 287. İmam Sadiq müəssisəsi. Əllamə Təba- təbai, Nihayətul- hikmət, səh 275

[3] - Fəxri Razi, Təfsire kəbir. Cüz 22. sək 224.

[4] - Təbatəbai, Seyyid Məhəmməd Hüseyn. Əl- mizan fi təfsire Quran, Tərcümə müsəvi Həmədani, cild 15, səh 172.

[5] - Mütəhhəri, Murtəza, Nur surəsinin təfsiri səh 101.

[6] - Ənam surəsi, ayə 122

[7] - Mövləvi, Məsnəvi, altıncı dəftər.

[8] - "Nur" Allahın adlarındandır, baxmayaraq ki, Qurani kərimdə bu cür gəlmişdir bir çox rəvayətlərdə də bu cür qeyd olunmuşdur. "nur" Allahın doxsan doqquz adlarından biri sayılır. Bax: Səduq, Tövhid, bab 29 səh 194 hədis 8 və səh 195, hədis 9, səh 219 hədis 11... Xisal, cild 2, bab 80. səh 593, hədis 4, bir çox dualardada misal üçün: Kumeyl və cövşəni kəbir kimi dualarda Allahın bu adından istifadə olunmuşdur. İslam arifləri də Allahın adları haqda dəyərli sözlər demişlər, amma onlara işarə etməyə fürsət yoxdur.

[9] - Əl- mizan təfsirinin tərcüməsi, cild 15, səh 172.

[10] - Mütəhhəri, Murtəza, Nur surəsinin təfsiri, səh 98

[11] - Səbzivari, Mollahadi. Mənzumə. Hikmət hissəsi.

[12] - Əlavə dəlillər üçün bax: Məntiq kitablarında, sənəat xəmsə və sənəat burhan hissələrinə.

[13] - Məfatih- əl- cinan. Kumeyl duası.

[14] - Bax Şəhid Mütəhhəri. Murtəza, Nur surəsinin təfsiri, səh 102

[15] - Əl- mizan təfsirinin tərcüməsi, cild 15, səh 173

[16] - Məfatih- əl- cinanda "nur" adlı dua var "یا نور یا نور النور..." cöşən kəbir duasında da bu cür gəlmişdir.

[17] - Bax: Şəhid Mütəhhəri, Murtəza, nur surəsinin təfsiri, səh 104 və 98- ci səhifənin izahatı.

[18] - Bax: Səduq, tövhid, on beşinci bab. Birinci hədis. Bəhrani, seyyid Haşim təfsiri Burhan. Cild 3, nur ayəsinin təfsiri.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Mən atamın sağlığında öz malımdan müəyyən bir məbləğ ilə onun evinin üstündə bir ev tikmişəm. Vəfatından sonra xərclədiyim məbləği onun əmlakından götürməyə şərən haqqım vardırmı?
    5583 Nizamlar hüquq və əhkam 2012/09/24
    Bu məsələdə bir neçə fərziyyə və ehtimal təsəvvür olunur ki, cavabı da onlara əsasən vermək lazımdır: 1. Əgər binaya əlavə etdiyiniz miqdarı atanıza, yaxud bacı və qardaş kimi yaxın adamlarınızdan birinə hədiyyə etmiş olsanız, bu halda onu geri ala bilməzsiniz. Çünki qohumlara verilən hədiyyəni geri ...
  • Bu aləm sona çatandan sonra təzə yaradılış olacaq?
    7110 Qədim kəlam 2012/09/01
    Allah ki, mütləq şəkildə fəyyazdır və feyz daimidir, bu fəyyazlıq daimi və ardıcıl yaradılışı tələb edir və yaradılışa laiq olan hər bir şeyi yaradır. Allahın fəyyaz və cavad olması yaratmaq və icad etməklə baş verir. Nəticədə fəyyaz olmağın tələbi yaradmaqdır. Allah heç vaxt feyzindən maneçilik ...
  • Allah kimdir və onu isbat etmək üçün hansı dəlillərdən istifadə etmək olar?
    13200 Qədim kəlam 2011/04/16
    Allah- Taala, mütləq kamal və varlıqdır ki, heç bir nöqsan və çatışmazlıq onda yoxdur. Bərabəri olmayan bir varlıqdır ki, hər işi görməyə hər an və zaman qadir, eşidən və şahiddir. İradə və ixtiyar sahibidir hər bir varlığın xaliqi (yaradıcısı) və diridir, hər xeyir iş və yaxşılığın mənbəyidir, bütün varlığı sevir ...
  • Quranda başqalarının qəlbin sındırmaq haqqında ayə varmı?
    24690 Təfsir 2011/08/23
    Hətta, əgərQurandabeləbirayəaçıqşəkildəyəni, “qəlbsındırmaq” ünvanıiləgəlməsədə
  • Allahın inkarının illəti onun isbatı dəlillərində çatdırılmanın zəif olmasıdır?
    7207 İslam fəlsəfəsi 2012/02/12
    Buna diqqət etməklə ki, İlahi Peyğəmbərlər özlərinin qəti hikmət və dəlilləri ilə yenədə öz zamanlarında kafir şəxslərin inkarı ilə qarşılaşıblar, bu, inkar edənlərin inadının nişanəsidir. Çünki, istəmirlər həqiqi təsdiq edələr. Baxmayaraq ki, kifayət edən dəlillər göstərilib və onların dəlillərinin hamısı rədd olunub. ...
  • Nəyə görə Allah- Taala təlaqdan şiddətli şəkildə edir?
    6843 Əhkam və hüquq fəlsəfəsi 2012/02/12
    İzdivac və təlaqın arasındakı qarşıdurmanı nəzərə alaraq, Allah- Taalanın təlaqdan nifrət etməsinin fəlsəfəsinə əl tapmaq üçün əvvəlcə gərək izdivacın əhəmiyyəti bəyan ola.[1]Allah- Taala Quranda, insanın cüt yaradılmasını İlahi nişanələrdən sayıb və onun aramlıq və rahatlığına səbəb olar.[2] Məsumların (ə) ...
  • Qurani-kərimdə gözəllikşünaslıq məsələsini isbat edən ayələr vardırmı?
    10202 Təfsir 2012/07/22
    Farsca ziba (gözəl) kəlməsinin müxtəlif mənaları vardır: layiqli, yaxşı, xoş surət. Termində isə kamalın üzərinə çəkilmiş şəffaf bir pərdəyə deyilir. Ümumiyyətlə, gözəlliyin dörd növü vardır: Hiss olunan, hiss olunmayan, məqul (əqli) və Allah-taalanın mütləq gözəlliyi. Quran nəzərindən insanın gözəlliyi, təbiət gözəlliyi, mənəvi və əxlaqi gözəlliklər ...
  • Nə üçün “Fatihə” (“Həmd”) surəsi “Səb`ul-məsani” adlandırılır?
    13961 Təfsir 2012/06/23
    Təfsir kitablarına və rəvayət mənbələrinə müraciət etməklə aydın olur ki, Qurani-əzim və “Səb`ul-məsani” dedikdə nəyin nəzarətə tutulmağı ilə əlaqədar müxtəlif nəzəriyyələr vardır: Bəziləri inanırlar ki, məqsəd Quran və onun ayələridir. Bəziləri inanırlar ki, “Səb`ul-məsani” dedikdə məqsəd “Həmd” surəsidir. Çünki bu surə Peyğəmbər (səlləllahu ...
  • Şiədə olan ədllə Mötəzilə ədlinin fərqi nədir?
    7901 Qədim kəlam 2012/04/17
    Şiə və Mötəzilə hər iki məktəb ədli öz məzhəbinin əsaslarından biri kimi tanıtdırırlar və hər iki məktəbin hüsnü qubhi əqliyə etiqadı vardır. Bu mənada kı bir sıra mövzular var ki, hətta müqəddəs şəriət tərəfindən onlarla əlaqədar bir hökm nazil olmasa da, əqil tək başına onların yaxşı və ya ...
  • Allah- Taalanın şəxsiyyəti varmı?
    6834 Nəzəri irfan 2011/05/05
    İslam dini xristianlığın əksinə olaraq Allah taalanı insan kimi təsəvvür etmir və etməyi də qadağan edir. Həmçinin Allah taalanı insan formasında (qiyafəsində) deyil, əksinə bənzəri olmayan nəhsayətsiz (sonsuz) vücud olaraq tanıtdırır. Bu cəhətdən də Allah taala insanla müqayisə olunmur; insanda olan sifətlərin heç biri onda axtarılmır və ya insanda olan ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164571 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    163186 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119637 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    113432 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    110090 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    93854 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54777 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    53682 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45975 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    45643 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...