Ətraflı axtarış
Baxanların
7973
İnternetə qoyma tarixi: 2012/02/13
Sualın xülasəsi
İslam nəzərindən təbliğ üslubu nədən ibarətdir?
Sual
İslam dininin təbliğ üslubu necə olmuşdur?
Qısa cavab

“Təbliğ” hər hansı bir xəbəri çatdırmaq mənasınadır. İlahi peyğəmbərlərin, xüsusilə həzrət Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in ilahi risalət vəzifəsi insanların zülmətlərdən nura doğru hidayətindən ibarət idi. Buna görə də İslamda təbliğ Allahın sözünü bəndələrinə çatdırmaq ünvanı ilə çox böyük əhəmiyyət daşıyır. İslamda təbliğ üslublarını üç qismə: kəlami (şifahi), yazılı və əməli qisimlərə bölmək olar. Bu üslubların hər birinin də müxtəlif növləri vardır. Şifahi təbliğ üslubu çıxış, əzadarlıq, elmi mübahisələr, əmr be məruf və nəhy əz münkər və s.-dən ibarətdir. Yazılı üslub məktub, dəvətnamə və s.-yə şamildir. Əməli üslubun da müxtəlif növləri vardır ki, ətraflı cavabda qeyd olunacaqdır.

Ətreaflı cavab

“Təbliğ” – münasib və təsirli vasitələrdən istifadə etməklə bir xəbərin çatdırılması mənasınadır. Tarix boyu öz sözlərini başqalarına çatdırmaq məqsədində olan bütün ideologiya və məktəblər insanları cəzb etmək üçün müxtəlif vasitə və üslublardan istifadə etmişlər. Hazırkı dünyada da insanların müxtəlif əqidə və fikirlərə cəzb olunması məqsədi ilə geniş miqyaslı təbliğatlar aparılır. Müxtəlif məktəb və ideologiya sahibləri münasib təbliğat vasitələrindən istifadə etməklə camaatı öz əqidə, fikir və düşüncələri ilə tanış etmək və bunun ardınca da  onları özlərinə ardıcıl etməyi qərara almışlar.

Sonuncu və kamil din olan İslam dini dünya səviyyəli və əbədi bir vəzifəyə malik olduğundan, bu dində ilahi hökmlərin və maarifin camaata çatdırılıb təbliğ olunması, onların ilahi maarif və dini məsələlərlə tanış edilməsi, ilahi nemətlərə müjdə verilməsi və ilahi əzabdan qorxudulması çox əhəmiyyətli məsələdir. Çünki mütərəqqi İslam dini hidayəti çox dəyərli bir məsələ hesab edir. İnsanlar İslam təlimləri, ilahi maarif və hidayətlə tanış olmayıncaya, onların ilahi hədəflərə doğru hidayət olunması da mümkün deyildir.

İslamda təbliğ üslublarını üç əsas qismə: şifahi (dillə), yazılı və əməli növlərə bölmək olar.

1. Şifahi təbliğin çoxlu növləri vardır, o cümlədən çıxışlar, xütbələr, azan, dua, Quranın nurani ayələrinin tilavəti, bayram günlərində şənlik mərasimlərinin təşkili, qəm-qüssəli günlərdə əzadarlıq və matəm mərasiminin keçirilməsi, elmi mübahisələr, əmr be məruf, nəhy əz münkər və s. qeyd etmək olar.

2. Yazılı təbliğ isə aşağıdakı vasitələrlə yerinə yetirilir:

a) Quran ayələri

Quranın nurani ayələri daim insanların ixtiyarında olan yazılı bir əsər ünvanı ilə onların hidayəti istiqamətində xüsusi dəyərə malikdir. Onun hətta bizim dövrümüzdə də hidayətində heç bir şəkk-şübhə yoxdur. Çünki Quranın özü buyurur: “Allah tərəfindən sizin üçün bir nur və ayıdın bir kitab gəlmişdir. Onun (Allahın) razılığına tabe olanları sağlamlıq yollarına hidayət edər, onları zülmətlərdən nura doğru çıxarar və düzgün yola hidayət edər.”[1]

b) Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən və məsum imamlardan (əleyhimus-salam) deyilmiş dəyərli hədislərin nəql olunması

v) Məktub göndərilməsi

Məktub göndərilməsi Peyğəmbər (səlləllahu əleyhi və alih)-in dəvətinin ilk günlərindən etibarən o həzrətin nəzər-diqqətində olmuşdur. Həbəşistanın padşahı Nəcaşiyə yazdığı məktub o həzrətin təbliğ nümunələrindən biridir. Hüdeybiyyə sülhündən sonra, eləcə də müşriklər tərəfindən təcavüzün dayandırılmasına əmin olduqdan sonra o həzrət Hicaz sərhədlərindən kənarda təbliğ işini əməli olaraq həyata keçirtdi, nümayəndələr və məktublar göndərməklə bütün dünya ölkələrini yeganə Allaha pərəstişə və İslam dinini qəbul etməyə çağırdı. Bu geniş miqyaslı dəvət o həzrətin dünyadan getdiyi zamana qədər davam etmişdir. Böyük şahlar, məsihilərin dini məqamları, məşhur qəbilələrin başçıları bu məktublarda xitab olunan şəxslərdən ibarət idi.[2]

3. Əməli təbliğ

İslam dini bu üsluba çox mühüm əhəmiyyət verir. Quranda buyurulur: “Yoxsa özünüzdən qafil olduğunuz halda camaatı yaxşılığa dəvət edirsiniz?!”[3] Başqa yerdə isə buyurulur: “Nə üçün özünüz əməl etmədiyiniz sözləri deyirsiniz?!”[4]

İmam Sadiq (əleyhimus-salam) buyurur: “Camaatı dilinizdən başqa bir şeylə Allaha doğru dəvət edin.”[5]

Peyğəmbər (səlləllahu əleyhi və alih) və məsum imamlar (əleyhimus-salam) da İslam təbliğində bu üslubdan çox geniş şəkildə istifadə edirdilər. Çünki sözün təsir etməsinin şərti insanın özünün ona əməl etməsidir. Həmçinin başqalarının göstərməyə aciz olduğu kəramət və möcüzəli işlərin Peyğəmbər və imamların vasitəsi ilə göstərilməsi digər əməli bir təbliğ üslubu idi və insanların İslama doğru yönəlməsində çox təsirli rol ifa edirdi.

Bundan əlavə, İslam dini təbliğdə çoxlu şərtləri və dəqiq incəlikləri nəzərdə almışdır ki, onlara riayət olunması təbliğ fəaliyyətlərinin müsbət nəticə verməsində, insanların qəlbinə və ruhuna nüfuz etməsində, bunun ardınca da İslamın irəliləməsində özünə məxsus rol ifa etmişdir. Aşağıdakı bəzi hallara işarə edə bilərik:

1. Təbliğ məkanının əhəmiyyəti

Dini məsələlərin təbliği, ilahi göstərişlərin bəndələrə çatdırılması münasib məkanlarda daha artıq təsirli olur. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) Allahın sözünü və İslam dəvətini həcc mövsümündə camaata çatdırırdı.

İmam Hüseyn (əleyhis-salam) Kərbəlaya hərəkət etməzdən əvvəl bir neçə ay Məkkədə qaldı. O həzrət hacıların gəlişini gözləyirdi ki, öz vəzifəsini təbliğ etsin, eləcə də Yezidin törətdiyi cinayətləri bütün ziyarətçilərə xatırlatsın. Onların hər biri imamın kəlamını öz məntəqəsində yaşayan camaata çatdıracaqdılar. Bundan sonra Kufəyə və Kərbəlaya doğru hərəkət etdi.

İmam Sadiq (əleyhis-salam) “Ərəfat” çölündə hacıların izdihamı arasında özünün dörd tərəfinə baxaraq hər tərəfdə üç dəfə buyururdu: “Ey camaat! Sizin rəhbəriniz (əvvəlcə) Peyğəmbər, ondan sonra Əli ibni Əbi Talib, sonra Həsən və Hüseyn, sonra Əli ibni Hüseyn, sonra Məhəmməd ibni Əli idi. İndi isə mənəm.”[6]

Məkkə və məscid kimi məkanlar təbliğ üçün münasib yerlərdir. Tarix boyu məscid və minbər həmişə yanaşı olmuşdur. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur: “Allahın məscidlərindən olan bir məsciddə oturaraq Allahın kitabını oxuyan və onu öz aralarında araşdıran elə bir qrup yoxdur ki, onlara ruhi asayiş nazil olmasın, onları rəhmət əhatə etməsin.”[7]

2. Təbliğin zamanı

Təbliğ üçün münasib zaman seçilməsi mübəlliğin müvəffəqiyyət qazanmasında çox təsirli amillərdən biridir. Quran ayələrinə və məsumların dualarına diqqət yetirməklə xüsusilə təbliğlə əlaqədar işlərin təsirli olmasında zamanın rolu aydın olur.

Mütəal Allah Quranı “Qədr” gecəsində nazil etmişdir: “Həqiqətən Biz onu Qədr gecəsində nazil etdik.”[8] Quranın nazil edilməsi üçün məhz belə bir zamanın seçilməsi onun əhəmiyyətini daha da artırır. Çünki “Qədr” gecəsi ən yaxşı zamanlarda, yəni mübarək Ramazan ayında yerləşir. Peyğəmbərin besətindən üç il sonra aşağıdakı ayə nazil oldu: “Ey Rəsulumuz! Sənə göstəriş verilən şeyləri uca səslə camaata çatdır və müşriklərdən üz çevir!”[9]

Bu və ondan sonrakı üç ayənin nazil olması göstərir ki, ondan qabaq Allah dininin aşkar elan edilməsi, eləcə də kafirlərdən və müşriklərdən uzaq olmaq üçün şərait mövcud deyilmiş.

Qüreyş kafirləri Peyğəmbər (səlləllahu əleyhi və alih)-in təbliğatının qarşısını aldıqları zaman həzrət haram aylardan istifadə edərək “Ukaz”, “Mincə”, “Zil-məcaz” kimi bazarlarda gəzib dolaşır, uca bir yerdə dayanaraq camaatı İslam dininə dəvət edirdi.[10] Çünki kafirlərin də etiqadına görə bu haram aylarda müharibə aparıb qan tökmək haram idi və buna görə də həzrətə heç bir xəsarət vura bilmirdilər.

3. Allahın adı ilə başlamaq

Hər işdə həqiqi mənada və gerçək təsir edən Allahdır, hər əməlin tovfiqi Allahın istəyinə tam mənada bağlıdır. Deməli, hər çıxışı Onun adı ilə başlamaq lazımdır. Belə olanda insanın danışığı ilahi arxaya və dəstəyə malik olur, camaatda müsbət təsir qoyur.

Allah tərəfindən Peyğəmbərə verilən ilk göstərişdə də “öz kəlamını və sözünü Allahın adı ilə başla” deyə fərman verilmişdi: “Yaradan Pərvərdigarın adı ilə oxu!”[11]

4. İlahi vəhylə sıx əlaqədə olmaq

Adi insanın kəlamı və sözü heç vaxt səhvdən uzaq ola bilməz. Yalnız o vaxt uzaq ola bilər ki, ilahi vəhyə istinad etsin. Təbliğatçı şəxs gərək Allah-taalanın Öz Peyğəmbərinə vəhy etdiyi şeylərə sarılsın. Çünki bu, “müstəqim yol”dan ibarətdir. Əks halda, inhiraf təhlükəsi mövcuddur: “Ey Rəsul! Sənə vəhy etdiyimiz şeylərə sarıl, çünki sən düzgün yoldasan!”[12]

Vəhy mənbəyinə sarılan və ona birləşmiş olan Peyğəmbərin kəlam və təbliği hər növ hava-həvəsdən uzaqdadır: “Bizim Rəsulumuz həvayi-nəfs üzündən söz demir. Onun sözü ona vəhy olunan şeylərdən başqa bir şey deyildir.”[13] Bu onun təsir qoyma sirlərindən biridir.

4. Məntiqi və dəlil-sübut əsasında olan mətləblərdən istifadə etmək, süst və əsassız bəyanlardan, habelə ədəb-ərkandan və insaniyyətdən uzaq olan şeylərdən çəkinmək

Qurani-kərim çoxlu ayələrdə öz mətləblərini dəlil-sübut əsasında bəyan edir, öz ardıcıllarına da göstəriş verir ki, kafirlərlə ən gözəl mübahisə əsasında danışsınlar.[14] Həmçinin buyurur: “Heç vaxt kafirlərə təhqiramiz və nalayiq sözlər deməyin.”[15] Quran öz iddialarını isbat etmək üçün hətta öz müxaliflərindən belə, dəlil istəyərək buyurur: “Ey Peyğəmbər! De:  əgər düz deyirsinizsə, dəlil-sübutunuzu gətirin!”[16]

Həmçinin “Dedik ki, (öz batil sözləriniz üçün) dəlil-sübut gətirin. Nəticədə (onlar rüsvay oldular və) bildilər ki, haqq yalnız Allaha məxsusdur.”[17]

5. Müjdə və təşviq

Qurani-kərim insanları haqqa dəvət etmək üçün çoxlu müjdələr verərək buyurur: “Öz var-dövlətlərini Allah yolunda (fəqirlərə) bağışlayan şəxslərin məsəli bir buğda dənəsinin məsəlinə bəzəyir: ondan yeddi sünbül cücərir və hər sünbüldə yüz (buğda) dənəsi olur. Allah istədiyi şəxs üçün iki qat, yaxud daha artıq əvəz verir.”[18]

Başqa bir yerdə insanları saleh əmələ və namaza təşviq etmək üçün buyurur: “İman gətirib saleh işlər görən, namaz qılıb zəkat verənlərin mükafatları Pərvərdigarın yanındadır. Nə onlar üçün bir qorxu vardır, nə də qəm-qüssəli olarlar.”[19]

6. Xəbərdarlıq

Quran insanları yaxşı əməllərə təşviq edir, çirkin işlərdən çəkindirir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih)-in ən bariz və qabarıq hidayətlərindən biri insanları hər növ havapərəstlikdən çəkindirməsi idi. Çoxu ayələrdə kafirlərə və günahkarlara şiddətli əzab vədəsi ilə xəbərdarlıq edir və buyurur: “Allahın ayələrinə kafir olanlar üçün şiddətli əzab vardır və Allah-taala çox qüdrətli və intiqam alandır.”[20]

7. Dini təlimlərin təbliğində heç nədən qorxmamaq

Qurani-məcid təbliğ işində Allahdan başqa heç nədən qorxmayan həqiqi təbliğatçıları alqışlayaraq buyurur: “(Peyğəmbərlər) ilahi vəzifələri təbliğ edir və yalnız Ondan qorxur, Ondan başqa heç kəsdən qorxmurdular. Bu kifayətdir ki, Allah hesablara yetişəndir (onların əməllərinə mükafat verəndir).”[21]

Bu kimi incəliklərə diqqət yetirməklə, məsum rəhbərlər tərəfindən verilən göstərişlərə əməl etməklə İslam dini onların həqiqi ardıcılları tərəfindən sürətlə yayılmışdır.



[1] “Maidə” surəsi, ayə: 15 və 16

[2] Təbəri, İbni Cərir, “Tarixi Təbəri”, 2-ci cild, səh. 882, dəyərli alimlərdən bir qrupunun tədqiqi, Beyrut, “Ə’ləmi” müəssisəsi

[3] “Bəqərə” surəsi, ayə: 44

[4] “Səff” surəsi, ayə: 2. Höccətil-islam vəl-müslimin Möhsün Qiraətinin “Quran və təbliğ kitabı”, “Qurandan dərslər” nəşriyyatı

[5] “Biharul-ənvar”, 5-ci cild, səh. 198:

هَارُونُ عَنِ ابْنِ صَدَقَةَ عَنْ أَبِی عَبْدِ اللَّهِ ع أَنَّهُ قَالَ کُونُوا دُعَاةَ النَّاسِ بِأَعْمَالِکُمْ وَ لَا تَکُونُوا دُعَاةً بِأَلْسِنَتِکُمْ

[6] Kuleyni, Məhəmməd ibni Yəqub, “Furui kafi”, 4-cü cild, səh. 466, “Darul-kutbil-islamiyyə”, Tehran

[7] Nuri Təbərsi, Hacı Mirzə Hüseyn, “Müstədrəkul-vəsail”, 3-cü cild, səh. 363, “İslamiyyə” çapxanası, Tehran

[8] “Qədr” surəsi, ayə: 1

[9] “Hicr” surəsi, ayə: 94

[10] Həzrət Ayətullah Sübhani, Cəfər, “Furuği əbədiyyət”, 1-ci cild, səh. 326, “Hədəf” çapxanası, 1360-cı şəmsi il

[11] “Ələq” surəsi, ayə: 1

[12] “Zuxruf” surəsi, ayə: 43

[13] “Nəcm” surəsi, ayə: 3 və 4

[14] “Nəhl” surəsi, ayə: 125:

ادْعُ إِلى‏ سَبیلِ رَبِّکَ بِالْحِکْمَةِ وَ الْمَوْعِظَةِ الْحَسَنَةِ وَ جادِلْهُمْ بِالَّتی‏ هِیَ أَحْسَن

[15] “Ənam” surəsi, ayə: 108:

وَ لا تَسُبُّوا الَّذینَ یَدْعُونَ مِنْ دُونِ اللَّهِ فَیَسُبُّوا اللَّهَ عَدْواً بِغَیْرِ عِلْم

[16] “Bəqərə” surəsi, ayə: 111

[17] “Qəsəs” surəsi, ayə: 75

[18] “Bəqərə” surəsi, ayə: 261

[19] “Bəqərə” surəsi, ayə: 277

[20] “Ali-İmran” surəsi, ayə: 4

[21] “Əhzab” surəsi, ayə: 39:

الَّذینَ یُبَلِّغُونَ رِسالاتِ اللَّهِ وَ یَخْشَوْنَهُ وَ لا یَخْشَوْنَ أَحَداً إِلاَّ اللَّهَ وَ کَفى‏ بِاللَّهِ حَسیباً

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162891 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154990 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117777 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109720 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98852 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91322 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53358 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45277 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43737 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42903 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...