Ətraflı axtarış
Baxanların
6911
İnternetə qoyma tarixi: 2011/05/17
Sualın xülasəsi
Nə üçün mübarək “Saffat” surəsində “müxləsin” kəlməsi “ismi-məful” (ixlaslı edilənlər) şəkilində işlədilmişdir? İsmi-məfulun (üzərində iş görülən) ismi-faildən (iş görəndən) üstünlüyü vardırmı və bunun mənası “Allah yalnız Onun Özü tərəfindən xalis edilən şəxsləri həlak etməyəcəkdir” olurmu?
Sual
Mübarək “Saffat” surəsində Allah-taala dəfələrlə “illa ibadəllahil-müxləsin” (Allahın müxləs bəndələrindən başqa) kəlməsindən istifadə etmişdir. Nə üçün “müxləs” kəlməsi işlədilmişdir, ismi-fail surətində (müxlis kimi) yox? İsmi-məfulun ismi-faildən üstünlüyü vardırmı? Mənası “Allah-taala yalnız Özünün xalis etdiyi şəxsləri həlak etməz” olurmu?
Qısa cavab

“Saffat” surəsindəki sözü gedən ayələrin düzümü keçmiş ümmətlərin taleyini bəyan edir: Allah-taala şirklərinə görə onların əksəriyyətini əzaba düçar etdi, yalnız Özü üçün xalis etdiyi az sayılı insanlardan başqa.

“Müxləs” kəlməsi təkcə peyğəmbərlərə deyil, onlardan qeyrilərinə də şamil ola bilər. Çünki həmin surədə bundan sonra həzrət Nuh (əleyhis-salam)-ın hadisəsi bəyan edilir ki, şübhəsiz, onunla birlikdə gəmiyə minərək nicat tapanlar Allaha pərəstiş edən adi insanlar idi.

Həmçinin ismi-fail həmişə ismi-məfuldan üstün deyildir; əksinə bu vəzndə gələn bir çox hallarda onların fərqləri vardır. Məsələn, Raziq (Allahın sifətlərindən olan ismi-fail, yəni ruzi verən) mərzuqdan (ruzi verilən şəxs) üstündür. Çünki mərzuq məxluqun sifətidir, Xaliqin sifəti də məxluqatın sifətindən üstündür. Eləcə də Xaliq-məxluq və sair kimi sifətləri də qeyd etmək olar. Amma burada “müxlis” – yəni xalis edən şəxs və müxləs, yəni müxlislərin dözdükləri əzab-əziyyətlərə dözdükdən sonra Allah tərəfindən pak-pakizə edilərək “müxləs” olan şəxs deməkdir. Həmin səbəbə görə müxlislərə nisbətən müxləslərin məqamları daha artıq yüksəkdir.

Ətreaflı cavab

Sözü gedən ayələr  kafirlər tərəfindən ilahi ayələrin təkzib edilməsi, Allaha şərik qoşulması, eləcə də onları təhdid edən ilahi əzab vədəsi  ilə əlaqədar nazil olmuşdur. Mərhum Əllamə Təbatəbai “Saffat” surəsinin 63-64-cü ayələrinin izahında yazır: “Bu ayədə kəlamın düzümü bu ümmətin müşriklərini qorxutmaq məqsədi daşıyır və bu ümmətin müşriklərini əvvəlki ümmətlərin müşriklərinə təşbeh etmək istəyir. Əvvəlki ümmətlərin əksəriyyəti haqq yolundan azmışdılar, bu ümmət də haqq yoldan azmışlar; o (keçmiş) ümmətlərə doğru çoxlu peyğəmbərlər göndərilmişdi, bu ümmətə doğru bir Peyğəmbər göndərilmişdir. Yalnız bir dəstə müxləs insandan başqa onların hamısı  öz peyğəmbərlərini təkzib etdilər. İstisna olunan bu dəstədən məqsəd  (peyğəmbərlərdən başqa) Allah tərəfindən xalis edilən (sair) bəndələrdir, yaxud müxləs və peyğəmbərlərdən daha ümumi bir mənadır.”[1]

Deməli, bu mübarək ayədə müxləs kəlməsi təkcə peyğəmbərlərə deyil, Allahın digər xalis bəndələrinə də şamildir. Həlak olanlar da müşriklər idilər. Necə ki, bu surədə qeyd olunanlara uyğun olaraq həzrət Nuh və İbrahim (əleyhiməs-salam)-ın dövrlərində az miqdardan başqa əksəriyyəti müşrik idilər və hamılıqla (ilahi əzab nəticəsində) həlak olmuşdular.

“Müxlis” ilə “müxləs”in arasındakı fərq ismi-fail və ismi-məful siğələrinə görə deyil, onların bu maddədən (خَلَصَ xə-lə-sə) alınan məna fərqinə qayıdır. Yəni, elə də deyildir ki, hər yerdə müəyyən bir sifət ismi-məful surətində gələrsə, ismi-faildən daha üstün bir mənanı çatdırmış olsun və ya əksinə. Xeyr, bu, felin maddəsinə bağlıdır. Misal üçün, ismi-fail vəznində olan Raziq Allahın sifətlərindəndir və Onun ruzi vermək xislətini bəyan edir. İsmi-məful vəznində olan mərzuq isə məxluqların sifətidir ki, Allah onlara ruzi verir. Şübhəsiz, Allahın sifəti məxluqun sifətindən yüksəkdədir. Həmçinin Xaliq və məxluqu da qeyd etmək olar. Amma “xə-lə-sə” maddəsindən alınan “müxlis” xalis edən deməkdir. Belə ki, insanın təkamül və özünü qurmağının ilk mərhələlərində əksər hallarda bu kəlmədən istifadə olunur. Amma müxləs nəfs ilə cihad apardıqdan sonra əldə olunan ali-mənəvi mərhələlərə aid edilir. Elə bir mərhələ ki, Şeytan ona nüfuz və vəsvəsə etməkdən məyus olur.[2] Bu zaman xalis olunmuş (Allah tərəfindən xalis edilmiş) mənasına olur.

Allah-taala “Hicr” surəsində Şeytanın sözünü belə bəyan edir: “İnsan nəslinin hamısını azdıracağam, Sənin müxləs bəndələrindən başqa.”[3] Yəni Şeytanın qüdrəti ümmətin müxləs bəndələrinə heç vaxt çatmır. Amma ümmətin başqaları bu səviyyədə olmasalar da,  qəti olaraq demək olmaz ki, müxləslərdən başqa hamısı həlak olacaqdır. Çoxlu müxlis insanlar öz ciddi səyləri və nəfs ilə cihadları sayəsində bir çox rəzalətlərdən paklaşır və ali səviyyələrə çatırlar. Onların bəziləri öz vücudi tutumlarına uyğun olaraq Allah tərəfindən sair aludəliklərdən də pak edilir və “pak edilmişlər” mərhələsinə çatırlar. Əlbəttə, bu dərəcəyə çatmaq – müxləs olmaq bir tərəfdən çoxlu səylərə bağlıdır, digər tərəfdən də Allahın hikməti təsirlidir.



[1] “Əl-mizan” təfsiri, 17-ci cild, səh. 217

[2] “Qurani-Kərim sözlərinin şərh və təfsiri”, Şəriətmədari, 1-ci cild, səh. 715

[3] “Hicr” surəsi, ayə: 40

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    162871 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    154924 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    117746 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    109683 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    98781 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    91290 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    53340 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    45204 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    43710 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    42874 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...